Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-920/2026 10.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X1 və Mahmudova Təranə Nəriman qızından ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi ilə, İddiaçının nümayəyndəsi Xəlilova Bahar ASəf qızının katibliyi ilə, iddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh İsa oğluna qarşı “borcun tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)- ****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi icraat qaydasında baxdı. İşin Halları
1. Tərəflər arasında ##.##.2023-cü il tarixli, AC-AMN/**-**-**/HR saylı mövcud borcun etirafı haqqında müqavilə bağlanmışdır.
2. Müqavilənin: 1.1. 1.1-ci bəndinə əsasən, borclu (cavabdeh) tələbkara (iddiaçıya) cəmi 6666,89 manat borcunun olduğunu etiraf edir.
3. 1.2-ci bəndinə əsasən, borclu borc məbləğini ## ###### 2023-cü il tarixinə qədər 6666,89 manatı hissə-hissə ## ### 2023-cü il tarixindən başlayaraq hər ay 834 manat məbləğində olmaqla tələbkara ödəməyi öhdəsinə götürür.
4. 1.3-cü bəndinə əsasən, borclu öhdəlik kimi öz üzərinə götürür ki, bu müqavilə təsdiqləndiyi gündən başlayaraq ## ###### 2023-cü il tarixinə qədər 6666,89 manat borcunu Cəmiyyətin xəzinəsinə mədaxil edəcəkdir.
5. 1.4-cü bəndinə əsasən, bu müqavilə ##.##.2023-cü il tarixinədək qüvvədədir
6. ##.##.2023-cü il tarixdə cavabdehin borc məbləğinin müəyyən edilməsi haqqında üç nüsxədə akt tərtib edilərək iddiaçının işçiləri tərəfindən imza ilə təsdiq edilmişdir.
7. Bundan başqa, cavabdeh yazılı ərizə təqdim edərək iddiaçıya 6666,89 manat məbləğində borcu olduğunu etiraf etmiş, ##.##.2023-cü il tarixədək borcu ödəyəcəyini bildirmiş və ərizəsini imzası ilə təsdiq etmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı cavabdehdən 6666,89 manat əsas borc, 500 manat dəbbə pulu və 91,67 manat dövlət rüsumu olmaqla cəmi 7258,56 manat pul vəsaitinin onun xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir
9. İddiaçı iddia ərizəsində göstərmişdir ki, tərəflər arasında ##.##.2023-cü il tarixli “mövcud borcun etirafı haqqında” müqavilə bağlanmışdır.Bu müqavilənin 1.1-ci bəndinə əsasən,borclu tələbkara cəmi 6666,89 manat borcunun olduğunu etiraf edir. Müqavilənin 1.2- ci maddəsinə əsasən borclu borc məbləğini ##.##.2023-cü il tarixinə qədər 6666,89 manat-ı hissə hissə ##.##.2023-cü il tarixindən başlayaraq hər ay 834 manat məbləğində olmaqla tələbkara ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 439.3-cü maddəsinə əsasən Qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyini pozaraq ödənişlərin verilməsində gecikmələr olduğundan ##.##.2023-cü ildən bu günə kimi hər hansı bir ödəniş olunmadığı üçün 500 manat dəbbə pulu hesablanmışdır. Ümumilikdə cavabdeh Cavabdeh İsa oğlunun Cəmiyyətə 6666,89 manat əsas borc, ## ##### 2023-cü ildən ## ###### 2026- cı ilə qədər 500 manat dəbbə pulu olmaqla cəmi 7166,89 manat borcu yaranmışdır. Şirkət tərəfindən tərtib olunan ##.##.2023cü il tarixli müqavilə məcəllədə nəzərdə tutulmuş formada tərtib olunmuş və hər iki tərəf öz imzası ilə təsdiqləmişdir. Bundan başqa, ərizədə qeyd olunan “əməkdaşlıq etmişəm” ifadəsi işçiişəgötürən arasındakı əmək münasibətlərini əks etdirmir. Həmin ifadə iddia ərizəsində tələb edilən məbləğin cavabdehin özünün müstəqil formada həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən irəli gəlməsi ilə bağlıdır.
10. ##.##.2026-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin ##.##.2023-cü il tarixli müqavilə üzrə həmin tarixə cəmi 7166,89 manat ödənilməmiş borcu mövcuddur.
11. ##.##.2026-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin ##.##.2023-cü il tarixli müqavilə üzrə həmin tarixə cəmi 7166,89 manat ödənilməmiş borcu mövcuddur.
12. Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-****/**** nömrəli, ##.##.2026-cı tarxili qətnaməsi ilə iddianın qismən təmin edilməsi,cavabdeh Cavabdeh İsa oğlundan 6666,89 manat əsas borc, 300 manat dəbbə pulu və 91,67 manat dövlət rüsumu olmaqla, cəmi 7058,56 manat məbləğində pul tutularaq iddiaçı İddiaçı ASC-nin xeyrinə ödənilməsi,iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
13. Cavabdeh Cavabdeh İsa oğlu qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-****/**** nömrəli, ##.##.2026-cı tarxli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
a) Apellyasiya şikayətinin dəlilləri
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının “əməkdaşlıq etmişəm” ifadəsinin əmək münasibətlərini deyil, cavabdehin müstəqil sahibkarlıq fəaliyyətini ifadə etdiyi barədə mövqeyi sadalanmış, lakin cavabdehin fərdi sahibkar statusu, VÖEN-i, sahibkarlıq fəaliyyətinin növü, tərəflər arasındakı əsas hüquq münasibətinin məzmunu və iddia olunan borcun konkret yaranma səbəbi araşdırılmamışdır. Mübahisəli məbləğ tərəflər arasındakı əmək münasibətləri və işəgötürən tərəfindən işçiyə aid edilən maddi ziyanla bağlı olmuşdur. Buna görə mübahisəyə Mülki Məcəllənin 882-ci maddəsi əsasında kommersiya mübahisəsi kimi deyil, əmək qanunvericiliyinin imperativ normaları nəzərə alınmaqla qiymət verilməli idi. Borcun məbləğinin müəyyən edilməsi haqqında aktın iddiaçının öz işçiləri tərəfindən imzalandığı, maliyyə arayışının birtərəfli qaydada tərtib edildiyi, dəbbə pulunun müqavilə şərti və hesablama qaydasının isə qətnamədə müəyyən edilmədiyi görünür. Bu normanıntətbiqi üçün etiraf edilən borcun hüquqi əsasının və tələb olunan formanın mövcudluğu yoxlanılmalıdır. Məhkəmə əsas borcun hansı əməliyyatdan, hansı mal və ya pul dövriyyəsindən, yaxud hansı zərərdən yarandığını müəyyən etməmiş, yalnız “borcun etirafı” sənədinə istinad etmişdir. şçininmaddi məsuliyyəti xüsusi şərtlərlə yaranır. İşəgötürən real ziyanın mövcudluğunu, işçinin təqsirini, qanunazidd əməli, səbəbli əlaqəni və ziyanın dəqiq məbləğini sübut etməlidir. İş materiallarında bu elementləri təsdiqləyən inventarizasiya, təhvil-təslim, yoxlama, ekspertiza və ya digər mötəbər sübutların olduğu qətnamədən görünmür. ##.##.2023-cü il tarixli aktın cavabdeh tərəfindən imzalanmaması və yalnız iddiaçının əməkdaşları tərəfindən təsdiqlənməsi, maliyyə arayışının isə iddiaçı tərəfindən birtərəfli hazırlanması onların müstəqil və yetərli sübut kimi qəbul edilməsinə imkan vermir. Dəbbə pulunun müqavilədə hansı bəndlə nəzərdə tutulduğu, hansı dövr və faiz üzrə hesablandığı müəyyən edilməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
16. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Xəlilova Bahar ASəf qızı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi.
17. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Mülki Məcəllə:
18. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
19. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
21. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.
22. Maddə 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz.
APELLYASİYA BAXIŞININ HƏDLƏRİ
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
24. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunan hissədə yoxlanılması təşkil edir.
APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələnəndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
26. İşin mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında ##.##.2023-cü il tarixli, AC-AMN/**-**-**/HR saylı mövcud borcun etirafı haqqında müqavilə bağlanmış, müqavilənin 1.1 və 1.2-ci bəndlərinə əsasən, borclu (cavabdeh) tələbkara (iddiaçıya) cəmi 6666,89 manat borcunun olduğunu etiraf etmiş, 1.2-ci bəndinə əsasən, borclu borc məbləğini ## ###### 2023-cü il tarixinə qədər 6666,89 manatı hissə-hissə ## ### 2023-cü il tarixindən başlayaraq hər ay 834 manat məbləğində olmaqla tələbkara ödəməyi öhdəsinə götürdür. Müqavilə yazılı şəkildə tərtib edilərək hər iki tərəfdən imzalanmış və iddiaçının möhürü ilə təsdiq edilmişdir. Eyni zamanda, iş materiallarından görünür ki, ##.##.2023-cü il tarixdə cavabdehin borc məbləğinin müəyyən edilməsi haqqında üç nüsxədə akt tərtib edilərək iddiaçının işçiləri tərəfindən imza ilə təsdiq edilmişdir. Bundan başqa, cavabdeh yazılı ərizə təqdim edərək iddiaçıya 6666,89 manat manat məbləğində borcu olduğunu etiraf etmiş, ##.##.2023-cü il tarixədək borcu ödəyəcəyini bildirmiş və ərizəsini imzası ilə təsdiq etmişdir.
27. Məhkəmə kollegiyası cavabdehin sahibkarlıq fəaliyyətinin araşdırılmaması dəlilinə münasibətdə qeyd edir ki, internet vergi idarəsindən əldə olunan çıxarışa əsasən cavabdeh Cavabdeh İsa oğlu (VÖEN **********) vergi uçotuna alınmış vergi ödəyicisidir.
28. Apellaytor borcun məbləğini müəyyən edən aktın işçilər tərəfindən müəyyən edildiyini qeyd etsədə iş materiallarından görünür ki, ##.##.2023-cü il tarixli borc məbləğinin müəyyən edilməsi haqqında akt da cavabdeh tərəfindən imzalanmışdır. Həmin aktda müəyyən edilmiş borc məbləği sonradan cavabdehin imzaladığı müqavilədə və yazılı ərizədə göstərilən 6666,89 manat məbləğinə uyğun gəlir. Cavabdehin ##.##.2023-cü il tarixli yazılı ərizəsində də iddiaçıya 6666,89 manat borcu olduğunu etiraf etdiyi və borcu ##.##.2023-cü il tarixinədək ödəyəcəyi göstərilmişdir.
29. Kollegiya apellyasiya şikayətinin borcun hansı konkret əməliyyatdan və ya hansı zərərdən yarandığının müəyyən edilməməsi barədə dəlilinə münasibətdə qeyd edir ki, müqavilə ilə cavabdeh borcun məbləğini və mövcudluğunu sonradan açıq şəkildə qəbul etmişdir. Borcun ilkin yaranma səbəbi ilə bağlı hər hansı etirazı olmuşdursa, cavabdeh bunu borcun etirafı haqqında müqaviləni və ərizəni imzaladığı zaman irəli sürə bilərdi. Lakin iş materiallarından belə bir etirazın edildiyi müəyyən edilmir.
30. Məhkəməm kollegiyası hazırkı iş üzrə borclunun öhdəliyini pozmasındakı təqsirinin dərəcəsini, iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini vurğulayaraq hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçı tərəfindən tələb olunan 500 manat olan dəbbə pulu azaldaraq 300 manat müəyyən etmişdir.
31. Belə ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır
32. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir (“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## #### 2021-ci il tarixli Qərar).
33. Apellyator apellyasiya şikayətində cavabdehin hüquqlarının müdafiəsi üçün şəriat yaradılmadığını, iddiaya etiraz təqdim edə bilmədiyini qeyd etsədə məhkəmə kollegiyası bildirir ki, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, elektron məhkəmə informasiya sistemi vasitəsi ilə iddiaya qarşı etirazını və sübutlarını təqdim edə bilərdi. Həmçinin apellyasiya icraatı zamanı şikayətə şifahi məhkəmə iclasında baxılmış, cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq iştirak etməmişdir.
34. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
35. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
36. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh Cavabdeh İsa oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.