Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-973/2026 17.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər Şirinov Ziya Allahverdi oğlundan (sədrlik edən və məruzəçi), Abdullayev Elşən Uğur oğlu və Mahmudova Təranə Nəriman qızından ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Sadıqov İlkin Faiq oğlunun, Azərbaycan Respublikası Hesablama Palatasının nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh cavabdeh1 qarşı (Azərbaycan Respublikası Hesablama Palatası və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "pul" tələbinə dair Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-***/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İşin halları
1. Satıcı “xxxx” MMC ilə alıcı Əliyev Ərani Seymur oğlu arasında bağlanmış ##.##.2022- ci il tarixli, *** nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır.
2. Satıcı “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## ###### tarixli, *** nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən, damazlıq heyvanların gömrük dəyərinə 60 faiz həcmində güzəşt tətbiq etməklə bu Müqavilənin 1.2 bəndində göstərilmiş damazlıq heyvanın Alıcıya satılmasını, Alıcı isə həmin damazlıq heyvanların Müqavilənin 1.2 bəndində müəyyən edilmiş dəyərinin Satıcıya ödənilməsini və onun qəbul edilməsini öhdəsinə götürür. Satıcı 60 (altmış) baş Simmental cinsli damazlıq heyvanları (bundan sonra-Damazlıq heyvanlar) Alıcıya satır, Alıcı isə öz növbəsində həmin damazlıq heyvanların dəyərini ödəyir və qəbul edir. Alıcının güzəştli şərtlərlə aldığı damazlıq heyvanların təkrar satışına və ya üçüncü şəxslərə verilməsinə icazə verilmir.
3. Müqavilənin 1.2-ci bəndinə əsasən Alıcı 60 (altmış) baş damazlıq heyvanlarına 337 040.43 (üç yüz otuz yeddi min qırx manat qırx üç qəpik) manat satış dəyəri təşkil edən məbləği ödəyir.
4. Müqavilənin 1.3 və 1.4-cü bəndlərinə əsasən Əvvəlcədən ödənilmiş məbləğ Satıcı tərəfindən damazlıq heyvanların alışına yönəldilir və geri qaytarılmır. Bu müqavilənin 1.2ci bəndində qeyd edilmiş ödənişlər yalnız 1.1-ci bənddə qeyd edilən cins damazlıq heyvanın ödənişinə yönəldilir. Müqavilədə əks olunmuş cədvəl siyahısından görünür ki, alıcıya satılan 60 baş Simmental cinsli damazlıq heyvanın hər biri fərdi birka nömrəsi ilə müəyyən edilmişdir. Həmin damazlıq heyvanların birka nömrələri aşağıdakılardır: 1) AT 05 5172 574, 2) AT 15 1904 474, 3) AT 20 5372 674, 4) AT 63 3265 769, 5) AT 75 5980 369, 6) AT 88 8659 569, 7) AT 90 7921 469, 8) AT 10 1708 174, 9) AT 15 3425 874, 10) AT 17 8400 274, 11) AT 52 2107 969, 12) AT 74 4990 269, 13) AT 87 8152 169, 14) AT 89 1655 669, 15) AT 89 7999 669, 16) AT 89 9893 369, 17) AT 90 2550 469, 18) AT 90 4784 269, 19) AT 98 0550 869, 20) AT 98 0978 669, 21) AT 20 1740 374, 22) AT 78 3934 569, 23) AT 71 1621 469, 24) AT 10 0476 874, 25) AT 17 6160 774, 26) AT 46 6548 274, 27) AT 51 1631 269, 28) AT 73 1247 369, 29) AT 73 1469 269, 30) AT 85 9203 269, 31) AT 40 4197 674, 32) AT 08 9784 874, 33) AT 19 3374 274, 34) AT 19 3375 374, 35) AT 17 2862 874, 36) AT 19 3371 874, 37) AT 83 2398 169, 38) AT 08 9753 174, 39) AT 82 7059 969, 40) AT 07 3130 274, 41) AT 16 9858 774, 42) AT 73 7571 969, 43) AT 84 3337 969, 44) AT 10 8355 974, 45) AT 70 3029 969, 46) AT 84 1454 769, 47) AT 86 0581 269, 48) AT 32 1067 569, 49) AT 70 6073 169, 50) AT 58 5676 369, 51) AT 02 8411 774, 52) AT 70 6072 969, 53) AT 82 6128 169, 54) AT 71 5765 769, 55) AT 71 8143 169, 56) AT 59 1338 569, 57) AT 82 4329 969, 58) AT 59 8691 969, 59) AT 59 9164 369, 60) AT 83 6727 769. Müqaviləyə əsasən əvvəlcədən ödəniş məbləği 150.000 manatdır.
5. ##.##.2022-ci il tarixli ödəniş qəbzinə əsasən Əliyev Ərani Seymur oğlu “xxxx” MMC-yə 150.000 manat pul köçürmüşdür.
6. Aqrar Sığorta Fondunun İdarə Heyətinin ## ###### 2020-ci il tarixli **/** nömrəli qərarı ilə təsdiq edilmiş kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə sığorta şəhadətnaməsindən görünür ki, “xxxx” ASC ilə Əliyev Ərani Seymur oğlu arasında kənd təsərrüfatı heyvanlarının sığortası üzrə HS- **********-BS nömrəli sığorta şəhadətnaməsi bağlanmış, sığorta predmeti kimi müqavilənin ** nömrəli əlavəsində göstərilən kənd təsərrüfatı heyvanları müəyyən edilmiş, sığorta predmetinin yerləşdiyi ərazi Abşeron təsərrüfatı, sığortanın qüvvədə olduğu müddət ##.##.2022-ci il saat 23:59-dan ##.##.2023-cü il saat 23:59-dək, ümumi sığorta məbləği 331.128,06 AZN, ümumi sığorta haqqı 31.457,04 AZN, sığortalı tərəfindən ödənilməli olan sığorta haqqı isə 15.728,52 AZN olaraq göstərilmişdir. Həmçinin həmin sığorta şəhadətnaməsinin “Mühüm şərtlər” bölməsindən görünür ki, yalnız müəyyən edilmiş tələblərə cavab verən heyvanlar aqrar sığortanın predmeti hesab olunur və bu tələblərdən biri də heyvanın birkalanmış olmasıdır. Eyni zamanda sığorta şəhadətnaməsinin “Sığorta riskləri” bölməsindən görünür ki, şəhadətnamə üzrə heyvanın ölümü və ya məcburi kəsimi aşağıdakı risklər nəticəsində təminat altına alınmışdır: yoluxucu xəstəliklər, ilan və ya həşərat sancması, zəhərli otlar və ya yemlərdən zəhərlənmə, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri nəticəsində heyvanın ölümü, o cümlədən heyvanın daşınması zamanı yol-nəqliyyat hadisəsi, heyvanın elektrik cərəyanına məruz qalması, heyvana qulluq zamanı üçüncü şəxslər tərəfindən kimyəvi maddələrin təsiri ilə zəhərlənməsi, mülkiyyət əleyhinə hüquq pozuntusu, təbii fəlakətlər (zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına, dolu, sel və ya subasma, leysan, ildırım, şaxtavurma və normadan artıq yağan qar yağıntıları), habelə yanğın nəticəsində heyvanın ölümü.
7. HS-**********-BS saylı sığorta şəhadətnaməsinə Əlavə №*-də göstərilən birkalanmış Simmental cinsli damazlıq heyvanların birka nömrələri aşağıdakılardır: 1) AT 05 5172 574, 2) AT 10 1708 174, 3) AT 70 3029 969, 4) AT 71 8143 169, 5) AT 89 1655 669, 6) AT 78 3934 569, 7) AT 15 3425 874, 8) AT 73 1469 269, 9) AT 89 9893 369, 10) AT 17 8400 274, 11) AT 02 8411 774, 12) AT 73 7571 969, 13) AT 59 1338 569, 14) AT 17 2862 874, 15) AT 88 8659 569, 16) AT 20 1740 374, 17) AT 16 9858 774, 18) AT 07 3130 274, 19) AT 10 0476 874, 20) AT 17 6160 774, 21) AT 46 6548 274, 22) AT 51 1631 269, 23) AT 73 1247 369, 24) AT 15 1904 474, 25) AT 90 7921 469, 26) AT 75 5980 369, 27) AT 63 3265 769, 28) AT 20 5372 674, 29) AT 52 2107 969, 30) AT 74 4990 269, 31) AT 87 8152 169, 32) AT 89 7999 669, 33) AT 90 2550 469, 34) AT 90 4784 269, 35) AT 98 0550 869, 36) AT 98 0978 669, 37) AT 83 6727 769, 38) AT 71 1621 469, 39) AT 59 9164 369, 40) AT 59 8691 969, 41) AT 82 4329 969, 42) AT 82 6128 169, 43) AT 70 6072 969, 44) AT 58 5676 369, 45) AT 70 6073 169, 46) AT 32 1067 569, 47) AT 84 1454 769, 48) AT 10 8355 974, 49) AT 84 3337 969, 50) AT 82 7059 969, 51) AT 08 9753 174, 52) AT 83 2398 169, 53) AT 19 3371 874, 54) AT 08 9784 874, 55) AT 85 9203 269, 56) AT 71 5765 769, 57) AT 86 0581 269, 58) AT 19 3375 374, 59) AT 19 3374 274, 60) AT 40 4197 674
8. Aqrar Sığorta Fondunun İdarə Heyətinin ## ###### 2020-ci il tarixli **/** nömrəli qərarı ilə təsdiq edilmiş kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə sığorta şəhadətnaməsindən görünür ki, “xxxx” ASC ilə Əliyev Ərani Seymur oğlu arasında kənd təsərrüfatı heyvanlarının sığortası üzrə HS- **********-BS nömrəli sığorta şəhadətnaməsi bağlanmış, sığorta predmeti kimi müqavilənin ** nömrəli əlavəsində göstərilən kənd təsərrüfatı heyvanları müəyyən edilmiş, sığorta predmetinin yerləşdiyi ərazi Abşeron təsərrüfatı, sığortanın qüvvədə olduğu müddət ##.##.2022-ci il saat 23:59-dan ##.##.2023- cü il saat 23:59-dək, ümumi sığorta məbləği 5.612,34 AZN, ümumi sığorta haqqı 533,18 AZN, sığortalı tərəfindən ödənilməli olan sığorta haqqı isə 266,59 AZN olaraq göstərilmişdir. Şəhadətnamədə sığorta riskləri və mühüm şərtlər yuxarıdakı sığorta şəhadətnaməsində nəzərdə tutulan şərtlərlə eyni məzmundadır.
9. HS-**********-BS saylı sığorta şəhadətnaməsinə Əlavə №*-də göstərilən birkalanmış Simmental cinsli damazlıq heyvanın birka nömrəsi belədir: 1) AT 05 5172 574
10. “xxxx” ASC tərəfindən verilmiş bank hesabı çıxarışından görünür ki, cavabdeh1 məxsus hesab üzrə ##.##.2022-ci il tarixində “AQRAR SIĞORTA FONDU”nun hesabına 15.728,52 manat məbləğində, ##.##.2022-ci il tarixində isə yenidən “AQRAR SIĞORTA FONDU”nun hesabına 266,59 manat məbləğində köçürmə həyata keçirilmişdir. Hesab çıxarışında həmin ödənişlərin təyinat hissəsində müvafiq olaraq damazlıq heyvanların sığortası ilə bağlı ödənişlərin göstərildiyi görünür.
11. .##.##.2022-ci il tarixli ərizədən görünür ki, Əliyev Ərani Seymur oğlu Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədrinə müraciət edərək, ##.##.2022-ci il tarixli *** saylı alqı-satqı müqaviləsinə əsasən satış dəyəri 337040,43 AZN olan 60 baş Simmental cinsli damazlıq heyvanın satış dəyərinin minimum 40 faizini şəxsən ödəməyi, qalan 60 faizinin isə Agentliyin vəsaiti hesabına güzəşt edilməsini və vəsaitin “xxxx” ASC-də açılmış hesabına köçürülməsini xahiş etmişdir.
12. ##.##.2022-ci il tarixli “damazlıq heyvanın güzəştli şərtlərlə satışı və lizinqinin maliyyələşdirilməsi ilə əlaqədar öhdəlik haqqında” iltizamdan görünür ki, Əliyev Ərani Seymur oğlu Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaiti hesabına ona veriləcək 60 baş Simmental cinsli damazlıq heyvanı saxlama şəraitinə və qidalanma normalarına uyğun qulluq etməyi, damazlıq heyvanın verilməsinə dair onunla bağlanmış müqavilələrdə nəzərdə tutulmuş öhdəlikləri mütəmadi olaraq icra etməyi, habelə damazlıq heyvanı 3 il ərzində üçüncü şəxslərin mülkiyyətinə və ya istifadəsinə verməməyi, baytar mütəxəssisinin rəyi alınmadan kəsməməyi öz üzərinə götürmüşdür. Yuxarıda sadalanan tələbləri pozduğu təqdirdə, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, habelə onunla bağlanmış müqavilələrə uyğun olaraq məsuliyyətə cəlb ediləcəyi, Azərbaycan Respublikasının dövlət büdcəsindən Agentliyə ayrılmış vəsait hesabına müvəkkil kredit təşkilatları vasitəsilə ona ödənilmiş güzəşt məbləğini qaytaracağı, habelə Agentliyə, müvəkkil kredit təşkilatına və ya üçüncü şəxslərə vurulmuş zərəri (ziyanı) ödəyəcəyi haqda xəbərdar edildiyi müəyyən olunur.
13. “xxxx” ASC-yə məxsus bank çıxarışından görünür ki, Əliyev Ərani Seymur oğluna məxsus AZ**AIIB*******D************* nömrəli cari hesab üzrə çıxarış ##.##.2022– ##.##.2023-cü il dövrünü əhatə edir. Həmin çıxarışda Aqrar Sığorta Fondu tərəfindən ##.##.2022-ci il tarixdə 5.051,11 manat, ##.##.2022-ci il tarixdə 5.051,11 manat, ##.##.2022-ci il tarixdə 1.933,77 manat və ##.##.2022-ci il tarixdə 1.933,77 manat məbləğində sığorta ödənişlərinin həyata keçirildiyi, ödəniş təyinatında müvafiq sığorta şəhadətnamələrinin nömrələri və sığortalanmış heyvanların birka nömrələrinin göstərildiyi müəyyən edilir.
14. .##.##.2023-cü il tarixli aktdan görünür ki, Abşeron rayon HSBX idarəsinin əməkdaşları – özəl baytar həkim Məmmədov Zakir, idarənin dezinfektoru Eyvazov Rasim, sosial işçi Nağıyev Rövşən, habelə heyvan sahibi Əliyev Ərani və birqadir Əliyev Seymur tərəfindən akt tərtib edilmişdir. Həmin aktda qeyd olunmuşdur ki, Əliyev Seymurun çağırışı əsasında Məhəmmədli kəndində yerləşən mal-qara fermasına baxış keçirilmiş, baxış zamanı heyvanların ağzından köpük gəlməsi, heyvanların əksəriyyətində timpaniya əlamətlərinin olması müəyyən edilmişdir. Aktda, Əliyev Seymurun izahatına əsasən, parazitar xəstəliklərlə mübarizə məqsədilə heyvanların “Niasidol” maddəsi ilə yuyulduğu, ümumilikdə 48 baş iri buynuzlu mal-qaranın çimizdirildiyi, bundan sonra həmin heyvanlardan 7 başının öldüyü, qalan heyvanların vəziyyətinin isə yaxşı olmadığı göstərilmişdir. Eyni zamanda aktda təcili olaraq heyvanlara zəhərlənməyə qarşı dərmanlardan – o cümlədən atropin qlükoza, natriy-xlor və digər preparatlardan istifadə edildiyi, lakin buna baxmayaraq artıq 7 baş heyvanın tələf olduğu qeyd edilmişdir. Aktda ölmüş heyvanların birka nömrələri də göstərilmiş və onların AT 904784269, AT 783934569, AT 176160774, AT 193371874, AT 841454769, AT 7116214069 və AT ********* nömrəli heyvanlar olduğu öz əksini tapmışdır.
15. Heyvanların qeydiyyatı aparılan jurnaldan görünür ki, daha 3 heyvan 27 iyul, 30 avqust və ## ######## 2023-cü il tarixində zəhərlənmədən ölmüşdür. Ölən heyvanların birka nömrələri: 1) AT 070 6073 169 2) AT 82 4329 969 3) AT 71 8143 169. Jurnal baytar həkimi Məmmədov Zakir tərəfindən imzalanmış və Abşeron rayon Heyvan Sağlamlıq və Baytarlıq İdarəsinin möhürü ilə təsdiq edilmişdir. 24.Abşeron rayonunun Məmmədli kəndi ərazisində Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələrinin və təsərrüfat müdiri Əliyev Seymur Ellaz oğlunun iştirakı ilə tərtib edilən ##.##.2024-cü il tarixli akta əsasən təsərrüfatda olan heyvanlar barədə birka nömrələri göstərilməklə cədvəl tərtib edilmişdir. Cədvəldə 2021-2023-cü illərdə güzəşt tətbiq olunan dəyəri dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilmiş 60 baş damazlıq heyvandan 17 başının yerində olmadığı müəyyən edilmişdir.
16. .Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü il ## ##### *-*/*-*- **/**** nömrəli qərarı ilə təsdiq edilmiş proqrama əsasən “Damazlıq heyvandarlıq sahəsinə dövlət dəstəyinin səmərəliliyinin və nəticəliliyinin qiymətləndirilməsinin auditi üzrə aparılan səmərəlilik auditinin nəticələri haqqında” hesabatından arayışdan görünür ki, 2024-cü ildə Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən “Damazlıq heyvandarlıq sahəsinə dövlət dəstəyinin səmərəliliyinin və nəticəliliyinin qiymətləndirilməsi” mövzusunda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tabeliyindəki müvafiq qurumları üzrə səmərəlilik auditi həyata keçirilmişdir. Audit zamanı 2021-2024-cü illərdə Azərbaycan Respublikası Prezidentinin ## ###### 2018-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”na uyğun olaraq Aqrar Kredit və İnkişaf Agentliyinin (Agentlik) vəsaiti hesabına damazlıq heyvanların güzəştli şərtlərlə alışının maliyyələşdirilməsi məqsədilə ayrılmış vəsaitin vəziyyətinin qiymətləndirilməsi aparılmışdır. Auditin gedişatında Agentliyin vəsaiti hesabına güzəştli şərtlərlə damazlıq heyvan almış sahibkarlıq subyektlərinin təsərrüfatlarına baxış keçirilmiş və bir sıra nöqsanlar qeyd edilmişdir. Müvafiq audit hesabatında Əliyev Ərani Seymur oğlunun Abşeron rayonu, Məhəmmədli kəndində olan təsərrüfatına baxış zamanı Agentliyin vəsaiti hesabına maliyyələşdirilən 59 baş damazlıq heyvandan 20 baş heyvanın təsərrüfatda olmadığı qeyd edilmişdir. Bununla da, Ə. Əliyev tərəfindən imzalanmış və maliyyələşmə ilə bağlı müvəkkil kredit təşkilatından təqdim edilmiş sənədlər sırasında yer alan “Damazlıq heyvanların güzəştli şərtlərlə satışı və lizinqinin maliyyələşdirilməsi ilə əlaqədar öhdəlik haqqında” İltizamda nəzərdə tutulmuş öhdəliklərə əməl edilməmişdir. Habelə, Azərbaycan Respublikası Hesablama Palatasının audit hesabatının qoşmasından çıxarışda Əliyev Ərani Seymur oğlunun 2021–2023-cü illərdə cəmi 59 baş iribuynuzlu damazlıq heyvan aldığı, audit dövründə həmin heyvanlardan 20 başın yerində olmadığı, bir baş heyvanın qiymətinin 5.196 manat, tətbiq edilmiş güzəşt məbləğinin 103.920 manat, yerində olmayan heyvanlara görə verilmiş güzəşt məbləğinin isə 62.352 manat olduğu göstərilmişdir.
17. .İribuynuzlu heyvanların identifikasiyası üçün vizual birkaların təhvil-təslim aktı”ndan görünür ki, ##.##.2024-cü il tarixdə Azərbaycan Respublikasının Qida X19-Xızı regional bölməsinin “Heyvan sağlamlığı və baytarlıq nəzarəti” sektoru tərəfindən fiziki şəxs Əliyev Ərani Seymur oğlunun heyvandarlıq təsərrüfatına iribuynuzlu heyvanların identifikasiyası məqsədilə 46 (qırx altı) ədəd vizual birka təhvil verilmişdir. Aktda birkaların seriya nömrələrinin AZ 2000335701-dən AZ 2000335746-dək olduğu, sənədin müvafiq vəzifəli şəxslər və təsərrüfat sahibi cavabdeh1 tərəfindən imzalandığı təsbit edilmişdir.
18. .Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitinin istifadəsinə dair ## ###### 2025-ci il tarixli aktda göstərilmişdir ki, Agentliyin ## ###### 2025-ci il tarixli əmrinə əsasən aparılmış monitorinq zamanı müvəkkil kredit və ya lizinq təşkilatı qismində “xxxx” ASC tərəfindən 60 baş simmental cinsli heyvanların alınması məqsədilə Əliyev Ərani Seymur oğluna ayrılmış subsidiyanın istifadəsi vəziyyəti araşdırılmış, aktda subsidiya məbləği kimi 187.040,43 manat qeyd edilmişdir. Həmin aktın “Aşkar olunmuş çatışmazlıqlar” bölməsində isə qeyd olunmuşdur ki, vətəndaşla ##.##.2025-ci il tarixdə telefon əlaqəsi olmuş, o, heyvandarlıq təsərrüfatını ləğv etdiyini və bununla bağlı Nazirliyə məlumat verdiyini bildirmişdir.
19. 28.##.##.2025-ci il tarixli maliyyə arayışından görünür ki, “xxxx” MMC ilə Əliyev Ərani Seymur oğlu arasında bağlanmış ##.##.2022-ci il tarixli *** nömrəli müqavilə və ##.##.2022-ci il tarixli iltizam əsasında 59 baş simmental cinsli iribuynuzlu damazlıq heyvan üzrə 183.922,97 manat məbləğində güzəşt (subsidiya) ayrılmış, lakin alıcı tərəfindən öhdəliklərin pozulması nəticəsində Agentliyə eyni məbləğdə – 183.922,97 manat zərər dəymişdir. Arayışda həmçinin qeyd olunur ki, damazlıq heyvanların alqı-satqı dəyəri 331.423,09 manat, gömrük dəyəri və dəymiş zərər üzrə gömrük dəyəri isə 306.538,29 manat olmuş, bu məbləğin 60%-i həcmində güzəşt hesablanaraq dəymiş zərərin cəmi 183.922,97 manat təşkil etdiyi müəyyən edilmişdir. Eyni sənəddə Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü il üzrə auditor hesabatına əsasən 2024-cü ilin 1-ci rübündə aparılmış monitorinq zamanı güzəşt ayrılmış 17 baş heyvanın təsərrüfatda olmadığı, həmçinin Agentliyin nəzarət və qiymətləndirmə şöbəsinin monitorinqinin nəticəsinə görə ##.##.2025-ci il tarixli akta əsasən fermerin təsərrüfatı ləğv etdiyi bildirilmişdir.
20. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən cavabdeh1 göndərilən ##.##.2026-cı il tarixli pretenziya məktubundan görünür ki, damazlıq heyvanların qorunub saxlanılması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi əsas gətirilərək, iddiaçı tərəfindən cavabdehdən Agentliyə vurulduğu iddia edilən zərərin əvəzi kimi 183.922,97 manat məbləğində güzəşt məbləğinin geri qaytarılması tələb edilmiş, əks halda həmin məbləğin məhkəmə qaydasında, o cümlədən məhkəmə xərcləri ilə birlikdə tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
21. Azərbaycan Respublikası Hesablama Palatasının nümayəndələrinin hazırkı iş üzrə mülahizəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Hesablama Palatası “Hesablama Palatası haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 1.0.1 -ci maddəsinə əsasən kənar dövlət maliyyə nəzarəti funksiyasını həyata keçirən ali audit orqanıdır. Qanunun 20.1-ci maddəsinə əsasən Hesablama Palatası (bundan sonra - Palata) kənar dövlət maliyyə nəzarətinin vaxtında, keyfiyyətlə və səmərəli keçirilməsini təmin etmək məqsədilə illik iş planını hazırlayır və özfəaliyyətini illik iş planı əsasında həyata keçirir. Kənar dövlət maliyyə nəzarəti tədbirləri Qanuna əsasən yalnız dövlət orqanları, büdcədənkənar dövlət fondları, bələdiyyələr, publik hüquqi şəxslər, siyasi partiyalar, dövlətin və (və ya) bələdiyyələrin səhmi (payı) olan hüquqi şəxslər üzrə aparılır. Qanunun və digər müvafiq hüquqi aktların tələbləri rəhbər tutularaq, Palatanın 2024-cü il üzrə İş planına əsasən Palatanın Kollegiyasının 2024-cü il ## ###### tarixli *-*/*-*-**/**** nömrəli və 08 aprel tarixli *-*/*-*-**/**** nömrəli Qərarları ilə AKİA-da “Damazlıq heyvandarlıq sahəsinə dövlət dəstəyinin səmərəliliyinin və nəticəliliyinin qiymətləndirilməsinin auditi" aparılmışdır. Auditin əsas məqsədini damazlıq heyvandarlıq sahəsinə dövlət dəstəyinin səmərəliliyinin və nəticəliliyinin qiymətləndirilməsi, nöqsan və boşluqların aradan qaldırılması istiqamətində təklif və tövsiyələrin verilməsi təşkil etmişdir. Auditin predmetini isə ilkin damazlıq işinin səmərəliliyi və nəticəliliyi, damazlıq heyvandarlığa maliyyə dəstəyinin səmərəliliyi və damazlıq heyvandarlıq sahəsində nəzarət mexanizmlərinin səmərəliliyi və nəticəliliyi təşkil etmişdir. Başqa sözlə deyilsə, auditin predmetini cavabdeh1 və digər konkret fiziki və hüquqi şəxsə damazlıq heyvandarlıq sahəsində verilmiş dövlət vəsaiti deyil, ümumilikdə respublika üzrə AKİA tərəfindən yüzlərlə fermerə verilmiş dövlət vəsaiti və yuxarıda göstərilən digər məsələlər təşkil etmişdir. Beləliklə qeyd edək ki, maliyyə nəzarəti tədbirləri özəl sektor subyektlərinə münasibətdə deyil, dövlət sektoru subyektlərinə münasibətdə icra edilir. Nəzarət tədbirinin predmeti ilə bağlı məlumatlar əsasən dövlət vəsaitinin istifadə və idarəedilməsini həyata keçirmiş, dövlət qurumları tərəfindən audit qrupuna təqdim edilir. Əlavə olaraq qeyd edilməlidir ki, kənar dövlət maliyyə nəzarət tədbirinin bir növü olan auditlərdə sənədlərin təhlili, yenidən hesablama, yerində baxış, sorğuların keçirilməsi və digər audit prosedurları icra edilir. Bu auditin gedişatında da Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin əməkdaşlarının Nazirliyin müvafiq rayon (şəhər) Dövlət Aqrar İnkişaf Mərkəzlərinin, Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi və digər aidiyyəti qurumlarının, habelə heyvan sahiblərinin və işçilərinin iştirakı ilə güzəşt məbləğləri ödənilmiş təsərrüfatlarda (alıcılarda) damazlıq heyvanların mövcud vəziyyətinə (hər baş damazlıq heyvanın birka nömrəsi göstərilməklə) dair aparılmış monitorinqlərin nəticələri, təqdim edilmiş məlumatlar təhlil edilmişdir. ##.##.2024-cü il tarixində Abşeron rayonunun Məmmədli kəndi ərazisində Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələrinin və təsərrüfat müdiri X2 iştirakı ilə akt tərtib edilmişdir. Tərtib edilmiş akta əsasən təsərrüfatda olan heyvanlar barədə birka nömrələri göstərilməklə cədvəl tərtib edilmişdir. Təqdim edilən məlumat audit üzrə aparılan prosedurlarda nəzərə alınmışdır. 2021-2023-cü illərdə güzəşt tətbiq olunan dəyəri dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilmiş 59 baş damazlıq heyvandan 17 başının yerində olmadığı müəyyən edilmişdir. Akta əlavə edilən cədvəllərdə heyvanları identikləşdirməyə imkan verəcək birka nömrələri əsasında məhz 17 baş güzəştli şərtlərlə alınmış heyvanların yerində olmadığı müəyyən edilmişdir. Təsərrüfatda (yerində) olmayan 17 baş damazlıq heyvan üzrə dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilmiş 60% güzəşt məbləği 52999,2 manat təşkil edir. Qeyd edək ki, monitorinqlərdə heyvanların onların birkası üzrə identik olması vacibdir. Birka heyvanın cinsə məxsus olmasını (yəni digər cinslərdən qiymət fərqi və müqavilə üzrə alınmasını), uçotunu və qeydiyyatını, ona dövlət vəsaiti hesabına güzəşt verilməsini müəyyən edir. Belə ki, təsərrüfatda fermerə məxsus başqa heyvanların olması mümkündür. Bu səbəbdən birka nömrələri olmadıqda, yəni heyvanların identikləşdirilməsi mümkün olmadıqda audit zamanı bu, güzəştli şərtlərlə alınmış heyvanların təsərrüfatda olmadığı kimi qiymətləndirilir. Auditin nəticələri üzrə Palatanın Kollegiyasının ## #### 2024cü il tarixli *-*/*-*-***/**** nömrəli Qərarı ilə təsdiqlənmiş Auditor hesabatında yuxarıda qeyd edilən məsələlər aşağıdakı kimi öz əksini tapmışdır: Aparılmış monitorinqlərin nəticələri (müvafiq sığorta hadisələrinin baş verməməsi şərti ilə) auditlə əhatə olunan dövrdə AKİAnın xətti ilə 19 (on doqquz) alıcı şəxs (7-si hüquqi, 12-si fiziki şəxs, o cümlədən cavabdeh1) üzrə maliyyələşdirilmiş 60%-lik güzəştin predmetini təşkil edən iribuynuzlu damazlıq heyvanlardan 28,6%-nin, yəni güzəştin məbləği 1741473,0 manata bərabər olan 571 baş sayının müvafiq təsərrüfatlarda mövcud olmadığını deməyə əsas vermişdir. Auditin nəticələri üzrə aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədi ilə Palatanın Kollegiyasının ## #### 2024-cü il tarixli *-*/*-*-***/**** nömrəli “Damazlıq heyvandarlıq sahəsinə dövlət dəstəyinin səmərəliliyinin və nəticəliliyinin qiymətləndirilməsinin auditinin nəticələri haqqında" Qərarının 2.3-cü bəndi ilə monitorinqlərin nəticəsində mövcudluğu aşkar edilməmiş (müvafiq sığorta hadisələrinin baş verməməsi şərti ilə) 4456 baş iri və xırdabuynuzlu damazlıq heyvanların dəyərinin 60,0%-lik güzəşti üzrə maliyyələşdirilmiş 5127534,4 manat, eyni zamanda Nazirlik daxili nəzarət qaydasında 86 baş Simmental cinsli damazlıq heyvanın alıcısı kimi çıxış etmiş bir təsərrüfatda ("xxxx" MMC-yə məxsus Samux rayonunun Sarıqamış kəndi ərazisindəki) aparılmış monitorinqin nəticəsində mövcudluğu aşkar edilməmiş (müvafiq sığorta hadisələrinin baş verməməsi şərti ilə) həmin heyvanların dəyərinin 60,0%-lik güzəşti üzrə maliyyələşdirilmiş 268678,5 manat, eləcə də AKİA daxili nəzarət qaydasında damazlıq heyvandarlıq təsərrüfatlarında aparılan monitorinqlərin nəticələrinə dair sənədlərdə “tələf olunma" ilə əlaqələndirilərək mövcud olmadığı qeyd edilmiş 38 baş damazlıq heyvanların dəyərinin 60,0%-lik güzəşti üzrə maliyyələşdirilmiş 124100,0 manat, ümumilikdə 5520312,9 manat məbləğində çatışmazlığın bərpa olunması üçün zəruri tədbirlərin AKİA tərəfindən həyata keçirilməsi qərara alınmışdır.Qərarın 2.3-cü bəndində yer alan 4456 baş iri və xırdabuynuzlu damazlıq heyvanların dəyərinin 60,0%-lik güzəşti üzrə maliyyələşdirilmiş 5127534,4 manat cavabdeh1 üzrə heyvanları da əhatə edir. Sözügedən Qərarın icrası olaraq, AKİA tərəfindən cavabdeh1 verilmiş subsidiya vəsaitinin istifadə vəziyyətinə dair monitorinq keçirilmiş, monitorinq əsasında ##.##.2025-ci il tarixli akt tərtib olunmuş, həmin aktda qeyd edilmişdir ki, vətəndaşla telefon əlaqəsi yaradılmış, lakin o bildirmişdir ki, heyvandarlıq təsərrüfatını ləğv etmiş və bununla bağlı Nazirliyi məlumatlandırmışdır. Həmçinin, cavabdeh1 tərəfindən AKİA-nın vəsaiti hesabına ona verilən damazlıq heyvanların saxlanma şəraitinə və qidalanma normalarına qulluq edəcəyinə, verilən damazlıq heyvanların verilməsinə dair onunla bağlanmış müqavilələrdə nəzərdə tutulan öhdəliklərini mütəmadi olaraq ödəyəcəyinə, habelə verilən damazlıq heyvanların 3 il ərzində damazlıq heyvanları üçüncü şəxslərin mülkiyyətinə və ya hər hansı bir formada istifadəsinə verməyəcəyinə, baytarın müsbət rəyi alınmadan kəsməyəcəyinə dair ##.##.2022-ci il, tarixli “Damazlıq heyvanın güzəştli şərtlərlə satışı və lizinqinin maliyyələşdirilməsi ilə əlaqədar öhdəlik haqqında" iltizam verilmişdir. Audit dövründə qeyd olunan iltizam qüvvədə olmuşdur. Alıcı cavabdeh1 üzrə damazlıq heyvanların alınmasına görə 60% güzəşt məbləği ##.##.2022-ci il tarixində maliyyələşdirilmişdir. Hesablama Palatasının həyata keçirdiyi audit tədbiri 2021-2023-cü illəri əhatə etmişdir. Bu səbəbdən qeyd edilən maliyyələşmə üzrə vəziyyətə də audit zamanı qiymət verilmişdir. Bununla yanaşı qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsiniə əsasən malların təqdim edilməsinin gəlir hesab olunduğu, bu zaman qəbz, nəzarət-kassa aparatının çeki, elektronqaimə faktura təqdim edilməli olduğu imperativ normalar kimi müəyyən edilmişdir. Həmçinin, ##.##.2006-cı il tarixli *** nömrəli, ##.##.2007-ci il tarixli *** nömrəli “Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq qaydalarla və digər normativ hüquqi aktlarla heyvanların (o cümlədən xəstə heyvanların) satışı, kəsilməsi, məhv edilməsi (basdırılması və s.) ilə bağlı xüsusi proseduralar (ekspertizası, akt tərtib edilməsi və s.) müəyyən edilmişdir. Göstərilən sənədlər (yəni qəbz, nəzarət-kassa aparatının çeki, elektron-qaimə faktura, kəsim barədə baytar sənədləri, sığorta ödənişi sənədləri) iltizam dövründə və ya sonradan heyvanların faktiki hərəkətini izləməyə imkan verə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq, dövlət vəsaiti hesabına maliyyələşdirilmiş xüsusi təyinata malik olan güzəşt məbləğlərinin müvafiq şərtlərə əməl etməmiş subyektlər üzrə geri qaytarılmasının dövlətə dəyən zərərin aradan qaldırılması olduğunun nəzərə alınması xahiş edilir.
Birinci instansiya məhkəməsindəki icraat
22. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi cavabdeh cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 183 922,97 (bir yüz səksən üç min doqquz yüz iyirmi iki manat 97 qəpik) manat dəymiş ziyan və hüquqi yardımla bağlı ödənilmiş 576,28 (beş yüz yetmiş altı manat iyirmi səkkiz qəpik) manat xərcinin, cəmi 184 499,25 (bir yüz səksən dörd min dörd yüz doxsan doqquz manat 25 qəpik) manat pul vəsaitinin cavabdeh cavabdeh1 tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ## #### 2022-ci il tarixində (*** №-li müqavilə) Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vasitəsilə güzəştli maliyyələşmə ilə 59 (əlli doqquz) baş "Simmental" cinsli iribuynuzlu mal-qara əldə etmişdir. Damazlıq heyvanların alınması üçün cavabdeh cavabdeh1 183 922,97 (bir yüz səksən üç min doqquz yüz iyirmi iki manat 97 qəpik) manat miqdarında güzəşt məbləği ayrılmışdır. 2024-cü ilin 1-ci rübü ərzində Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən keçirilmiş monitorinq nəticəsində güzəşt (subsidiya) ayrılmış 17 baş heyvanın təsərrüfatda olmaması aşkar edilmişdir və Agentliyin nümayəndələri tərəfindən keçirilmiş monitorinq nəticəsində tərtib olunmuş ## ###### 2025-ci il tarixli akta əsasən fermerin təsərrüfatı ləğv etdiyi məlum olmuşdur. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə qaydalarının 6.2.2-ci bəndinə əsasən idxal edilən damazlıq heyvanın gömrük dəyərinin, ölkə daxilində yetişdirilmiş damazlıq heyvanların isə qiymətləndirmə nəticəsində müəyyən edilən dəyərinin 60 faizi həcmində güzəşt tətbiq edilir və bu güzəşt məbləği Azərbaycan Respublikasının dövlət büdcəsindən bunun üçün Agentliyə ayrılmış vəsait hesabına müvəkkil kredit təşkilatları vasitəsilə ödənilir. Cavabdeh ##.##.2022-ci il tarixli İltizamla Agentlik vəsaiti hesabına ona verilən damazlıq heyvanların saxlanma şəraitinə və qidalanma normalarına qulluq edəcəyinə, öhdəliklərini mütəmadi olaraq ödəyəcəyinə, 3 il ərzində damazlıq heyvanları üçüncü şəxslərin mülkiyyətinə və ya hər hansı bir formada istifadəsinə verməyəcəyinə, baytarın rəyi olmadan məcburi kəsim etməyəcəyinə dair öhdəlik götürmüş, əks halda isə cavabdehə ödənilmiş güzəşt məbləğinin geri qaytarılması, habelə Agentliyə vurulan zərərəin ödənilməsi haqqında xəbərdar edilmişdir. Cavabdeh damazlıq heyvanların qorunub saxlanılması ilə əlaqədar götürdüyü öhdəlikləri icra etməmiş, nəticədə Agentliyə 183 922,97 (bir yüz səksən üç min doqquz yüz iyirmi iki manat 97 qəpik) manat ziyan vurmuşdur. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq onun tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları dövlət rüsumundan azaddır. Hazırkı iş üzrə hüquqi yardım göstərilməsi, iddia tələblərinin irəli sürülməsi və məhkəmədə müdafiə edilməsi üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə “xxxx” MMC arasında hüquq xidmətlərinin satınalınması müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən hər bir iş üzrə hüquqi yardım xidmətinin qiyməti 576,28 manat müəyyən edilmişdir. Həmin məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinə dair ilkin sübutlar tərəflər arasındakı müqavilə, texnikaların təhvil təslim aktları, maliyyə arayışı, iddiaçı ilə “xxxx” MMC arasındakı sazişdən ibarətdir. Hüquqi yardıma görə ödəniş isə nəzərdə tutulmuş məbləğ ödənildikdən sonra müvafiq ödəniş tapşırığı və digər zəruri sübutlar məhkəməyə təqdim ediləcəkdir.
24. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahat verərək bildirmişdir ki, cavabdehlə AKİA arasında müqavilə bağlanmayıb. Belə ki, vətəndaş banka müraciət edib. Bankda AKİA-ya müraciət edib. Cavabdehin qeyd etdiyi öhdəliklə bağlı məsələlər iltizamla müəyyən olunur. Hesablama Palatasının monitorinqi ümumi prosesdir. Yəni hər hansı bir fərdə münasibətdə keçirilmir. İddia ərizəsində qeyd edilən məlumatlara əsasən cavabdeh 17 baş heyvanla bağlı öhdəliklərini pozub.
25. Hazırki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianın təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, hazırda baxılan iş üzrə uzun müddətdir ki, məhkəmə araşdırması aparılır. Azərbaycan Respublikası Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən vətəndaş cavabdeh1 iribuynuzlu heyvanların əldə edilməsi üçün güzəştli maliyyə şərtlərilə 183.922 manat 97 qəpik kredit məbləği ayrılmışdır. Sonradan “vəsaitdən istifadə qaydalarının monitorinqi”nə əsasən 2024-cü ilin ilk rübündə cavabdeh cavabdeh1 məxsus təsərüffatda Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən yoxlama işləri həyata keçirilmişdir. Həmin tədbirlər zamanı əldə edilməsi üçün subsidiya ayrılmış heyvanların təsərrüfatda olmadığı müəyyən edilmişdir. Sonradan Azərbaycan Respublikası Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndələri tərəfindən keçirilmiş monitorinq nəticəsində tərtib edilmiş ##.##.2025-ci il tarixli akta əsasən fermerin sahibkar təsərrüfatını ümumiyyətlə ləğv etdiyi müəyyən edilmişdir. AR Prezidentinin ##.##.2018-ci il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə qaydaları”nın 6.2.2ci bəndinə əsasən “idxal edilən damazlıq heyvanın gömrük dəyərinin, ölkə daxilində yetişdirilmiş damazlıq heyvanların isə qiymətləndirmə nəticəsində müəyyən edilən dəyərinin 60 faizi həcmində güzəşt tətbiq edilir və bu güzəşt məbləği Azərbaycan Respublikasının dövlət büdcəsindən bunun üçün Agentliyə ayrılmış vəsait hesabına müvəkkil təşkilatlar vasitəsilə ödənilir.” Həmin vəsait vətəndaşa ayrıldığı andan etibarən onun müvafiq öhdəlikləri yaranmış hesab edilir və bu öhdəliklər onun tərəfindən imzalanan iltizamda da öz təsdiqini tapır. Hazırkı iş üzrə cavabdeh cavabdeh1 da agentliyin kredit xətti ilə heyvanları əldə edərkən imzaladığı ##.##.2022-ci il tarixli iltizama əsasən heyvanların saxlanma şəraitinə, qidalanma normalarına, öhdəliklərini mütəmadi olaraq yerinə yetirəcəyinə, 3 il ərzində həmin damazlıq heyvanları hər hansı formada üçüncü şəxslərin mülkiyyətinə və ya istifadəsinə verməyəcəyinə, baytar rəyi olmadan məcburi kəsim etməyəcəyinə dair öhdəlik götürmüşdür. Cavabdehin imzaladığı iltizamda öhdəliklərini pozduğu təqdirdə ödənilmiş güzəşt məbləğinin geri qaytarılacağı və Agentliyə vurulmuş maddi zərərin ödəniləcəyi barədə xəbərdarlıq öz əksini tapmışdır. Vətəndaş cavabdeh1 üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməməsi nəticəsində Agentliyə 183.922 manat 97 qəpik məbləğində maddi ziyan vurulmuş, həmçinin AR Mülki Məcəlləsinin 427.3 (Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.) və 445.2.1-ci maddələrinin də tələblərini pozmuşdur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları dövlət rüsumundan azaddır. Hazırkı iş üzrə hüquqi yardım göstərilməsi, iddia tələblərinin irəli sürülməsi və məhkəmədə müdafiə edilməsi üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə “xxxx” MMC arasında hüquq xidmətlərinin satınalınması müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən hər bir iş üzrə hüquqi yardım xidmətinin qiyməti 576,28 manat müəyyən edilmişdir. Həmin məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəməyə qədərki dövrdə həmin heyvanların hansı səbəblərdən vəfat etdiyinə dair cavabdeh tərəfindən Agentliyə hansısa sənəd təqdim edilməmişdir.
26. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdeh izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. 2022-ci ildə may ayının 5-də 60 baş heyvanı təhvil almışdır. 3 illik öhdəliyi olub. Öhdəliyi 2025-ci ilin may ayının 5-də bitib. 2024-cü ildə aparılan monitorinq zamanı şəxsən iştirak etməmişdir. Monitorinqdən sonrakı gün o, onlara yaxınlaşdı. Belə ki, monitorinq aparılan zaman müəyyən mexaniki səhvlər yaranmışdır. Həmin mexaniki səhvləri düzəltdilər və yenidən baxış keçirildi. Baxış keçirilən zaman 46 baş heyvan var idi. Qalan 14 baş heyvan tələf olmuşdur. Həmin 14 heyvandan 4 heyvan sığortaya düşüb. Həmin heyvanların ölüm kağızlarını və sığorta kağızlarını da o, onlara təqdim etmişdir. Sonra ona bildirdilər ki, həmin heyvanları yenidən AQTA-da birka vurdur. Həmin heyvanları birkalatdırdıqdan sonra may ayında AKİA-nın İlkin adlı əməkdaşına bildirdi. 2025-ci ilin may ayında öhdəlikləri bitir. ## #### 2022-ci ildə “xxxx” MMC-ilə müqavilə bağlamış və ödənişini ödəmiş və mayın 5-i heyvanları təhvil almışdır. Avqust ayında ölkədə heyvandarlıqla bağlı ciddi xəstəlik yayılmışdır. Həmin xəstəlik nəticəsində heyvanların saxlanılması ilə bağlı ciddi problemler yaranırdı. Həmin dövrdə 70.000 manatdan çox məbləğdə ziyan çəkmişdir. Həmin heyvanları noyabr ayında satmışdır. 4 baş heyvan tələf olmuşdur. Həmin müddətdə bütün öhdəlikləri bitmişdir. Ona görədə həmin heyvanların satılması ilə bağlı heç kəsə məlumat verməmişdir. Keçirilən monitorinq zamanı qeyd edilmişdir ki, 17 baş heyvan təsərrüfatda yoxdur. Lakin növbəti gün o, monitinq yoxlanışları həyata keçirən şəxslərlə görüşmüşdür. Həmin monitorinq siyahısında texniki səhvlər var idi, bunları bildirdikdən sonra yenidən heyvanlara baxış keçirildi. Daha sonra yeni siyahı tərtib olunmuşdur. Bunu AKİA-ya təqdim etdi. Eyni zamanda heyvanların ölüm kağızlarını da o, AKİA-nın əməkdaşı İlkin müəlimə təqdim etmişdir. Daha sonra ona heç bir məlumat verilmədi. 150.000 manat əsas məbləği və 16.000 manat sığorta məbləğini o ödəmişdir. Ödənişlərin bir qismini də AKİA ödəyib. Hesablama Palatasının siyahısınndakı bir birkalı heyvan ümumiyyətlə ona verilməyib.İlk əvvəl AKİA-da o siyahı idi, sonradan təhvil təslim katlarında da bu məsələ düzəldi. X12 verilən siyahı köhnə siyahı idi. Hesablama Palatası tərəfindən monitorinq keçirildikdən sonra ona heç bir sənəd verilmədi. 60 baş heyvanı təhvil almışdır. Bununla bağlı öhdəlikdə yazmışdır. Heyvanları aldıqdan 10 gün sonra AKİA ödəniş etməli idi. AKİA tərəfindən ödəniş edilənə qədər ona verilən 60 baş heyvandan biri tələf olmuşdur. Ona görə də AKİA da olan siyahıda 59 heyvan görünür. Onlarda olan siyahıdakı bir heyvan ümumiyyətlə onda olmayıb.Ona görə də Hesablama Palatasının keçirdiyi monitorinq zamanı problemler yarandı. Monitoriqndən sonrakı gün o yenidən AKİA-ya getmiş və nümayəndələrin iştirakı ilə yenidən monitorinq keçirildi. 1 gün sonra o yenidən AKİA-ya getmişdir. Ora getməyinin səbəbi o idi ki, yoxlama zamanı onda 14 heyvanın olmaması aşkar edilmişdir. Bunun səbəblərini bildirmək üçün getmişdir. Belə ki, həmin 14 heyvanın 4 baş heyvanı sığortaya düşmüş,10 baş heyvan isə ölmüşdür.Həmin sənədləri də AKİA-ya təqdim etmişdir. Hal hazırda AKİA-da 17 baş heyvanın olmaması barədə heç bir sübut yoxdur.Yəni həmin heyvanların hansı olduqlarını, hansı birka ilə nömrələndikləri barədə heç bir sübutları yoxdur. Tələf olan heyvanların sayı 17 deyil, 14dür. 14 baş heyvandan 4-nə görə qarşı tərəfə sığorta ödənişi həyata keçirilib. Geriyə qalan 10 heyvanın da ölüm səbəbilə bağlı müvafiq sənədləri AKİA-ya təqdim etmişdir. Hesablama Palatası səmərəlilik auditinin müəyyənləşdirilməsi məqsədilə ilk dəfə monitorinq aparmağa gələndə o orada yox idi. Hesablama Palatası və Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları monitorinq aparmağa birlikdə gəlmişdilər. İddiaçı tərəfin tələbi əsasında təsərrüfatında sağ qalan 46 baş heyvanı X17 yenidən birkalatmışdır. Bu barədə müvafiq sənədləri məhkəməyə təqdim etmişdir. Monitorinq 2024-cü ildə aparılsa da, müvafiq iddia 2025-ci ilin noyabr ayında qaldırılıb. Heyvanlar çox qısa müddət ərzində zəhərlənərək tələf olublar. X11 Xidmətinin əməkdaşları hər gün monitorinq aparmağa gəlirdilər. 14 baş heyvan 2023- cü ilin iyul ayında tələf olmuşdu. Zəhərlənmə sığorta ödənişinin predmeti hesab edilmir. Hevyanların çimizdirilməsi xidməti özü tərəfindən daim həyata keçirilmiş standart prosedur olmuşdur. Mütəxəssisin qeyd etdiyi məqamları ilk dəfədir ki, eşidir. Lakin 2000-ci ildən etibarən bu işlə məşğuldur. İlk dəfədir ki, belə bir toplu heyvan tələfatı ilə qarşılaşırlar. “Niasidol” dərmanını baytar apteklərindən əldə edirlər. Həmin çimizdirilmə xidməti həyata keçirilərkən orada deyildi. Lakin bundan əvvəl həmin heyvanlarda problem olduğu hiss edilirdi. Həmin heyvanların əti bəzi Bakı kəndlərində istifadə edilir. Lakin o, xəstə heyvanları kəsməyə göndərmir. Sözügedən dərmanlar heyvanların baxımında sovet dövründən etibarən istifadə edilir. Kütləvi tələfatı həmin dərmanla bağlamaq əsassızdır. Həmin heyvanları 2022-ci ilin may ayında əldə etmişdir. 2023-cü ilin iyuluna qədər hər ay həmin heyvanların özü tərəfindən çimizdirilməsi həyata keçirilib. Lakin ilk dəfədir ki, belə bir halla qarşılaşırlar. Dolanışığını həmin heyvanların hesabına əldə edilən gəlir vasitəsilə həyata keçirir. Onların tələf olmasına gətirəcək səhlənkarlıq edə bilməz. Hesablama Palatasının fermer təsərrüfatlarındakı yoxlamaları formal əsaslarla aparılır.
27. Hazırki məhkəmə iclasında iştirak edən cavabdeh iddianın rədd olunmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, imzaladığı ##.##.2022-ci il tarixli iltizamla üzərinə götürdüyü öhdəliklərin icrası müddəti ##.##.2025-ci il tarixində başa çatmışdır. Lakin AKİA tərəfindən təsərrüfatındakı yoxlama bundan 4 ay sonra sonra həyata keçirilmişdir. İddia tələbində qeyd edilir ki, guya o, AKİA-nın nümayəndələrinə AR Kənd Təsərrüfatı Nazirliyinə məlumat verərək təsərrüfatı bağladığını bildirmişdir. Halbuki, bu, tam olaraq yalandır. İddiaçı tərəfin buna dair sübutlar təqdim etməsini tələb edir. Eyni zamanda iddiaçı tərəfin təkcə tələf olmuş heyvanlara görə yox, ümumi ayrılmış kredit məbləğini ondan tələb etməsini də mütənasib hesab etmir. Təsərrüfatında 2024-cü ilin mart ayında AR Hesablama Palatası tərəfindən həyata keçirilən yoxlamaya dair AKİA-nın əlində bir dənə belə olsun sənəd mövcud deyil.Onlar məhkəmə prosesi ərzindəki onun izahatlarına əsasən köhnə tarixlərə aid sənədlər tərtib edərək məhkəməyə təqdim edirlər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanunu mövcuddur. İddiaçı tərəfindən təsərrüfatında aparılan yoxlamalar zamanı həmin Qanunun tələblərinə riayət edilməmişdir. İddiaçı tərəf əvvəl həmin heyvanların sadəcə yerində olmadığını bildirib, tələf olduğunu qəbul etmirdi. Bu gün isə öz mövqeyini dəyişərək həmin heyvanların tələf olduğunu qəbul etsə də, bunun onun təqsiri ucbatından baş verdiyini iddia etmək istəyir. ##.##.2022-ci il tarixində imzaladığı iltizama əsasən üzərinə götürdüyü öhdəliyin icrası müddəti ##.##.2025-ci il tarixində bitdiyi halda AKİA hansı normativ akta əsaslanaraq özündə onun təsərrüfatında yoxlama aparmaq səlahiyyəti görürdü? Eyni zamanda qanunvericiliyin göstərişlərinə əsasən AR Hesablama Palatası yalnız dövlət orqanları tərəfindən xərclənən maliyyə vəsaitlərinin səmərəliliyinə dair yoxlamalar aparmaq səlahiyyətinə malikdir. Belə olduğu təqdirdə onların da özəl sahibkarlıq subyektlərinin fəaliyyətinə dair hansısa nəzarət tədbiri həyata keçirmək ixtiyarı yoxdur. Məsələn, iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi maliyyə arayışı onun məhkəmə prosesindəki izahatlarına əsasən hazırlanıb. Halbuki, həmin maliyyə arayışının əsaslandığı monitorinqin sənədləri AKİA-da mövcud deyil. 4 heyvanın tələf olması ilə bağlı sığorta ödənişi verilsə də, digərləri üçün bu mümkün olmadı. Həmin heyvanların tələf olma səbəbinin sığorta ödənişinin predmeti olmadığını bildiyindən bununla bağlı özü müraciət etməmişdir. Sığorta ödənişi ala bildiyi 4 heyvanın tələf səbəbi doğuşla bağlı idi. Zəhərlənmə isə sığorta ödənişinin predmeti deyil. Həmin heyvanlardan biri ilə bağlı Abşeron Rayon Baytarlıq İdarəsinin əməkdaşı Eyvazov Rasimin iştirakı ilə tərtib edilmiş ##.##.2022-ci il tarixli “yarma protokolu” tərəfindən aşkar edilmişdir. Buna baxış keçirilməsini xahiş edir. Həmin heyvanlarla bağlı yarma prosesi həyata keçirtsə belə sığorta ödənişi ala bilməyəcəkdi. Eyni zamanda mübahisənin məhkəmə müstəvisinə qədər gəlib çatacağını gözləmədiyindən bununla bağlı müvafiq sənədləri toplamamışdır. O həmin heyvanların əldə edilməsi üçün özü də kifayət qədər yüksək məbləğdə xərc çəkmişdir. Belə olduğu təqdirdə onların öz təqsiri ucbatından tələf olmasına səbəb verəcək səhlənkarlıq etməyi mümkün deyil. Yarma protokolunun əldə edilməsi təxminən 150-200 manata başa gəlir. Güzəştli şərtlərlə əldə etdiyi heyvanlara görə dövlət qarşısında məsuliyyətinin yarandığını qəbul edir. X3 atasıdır. O həmin vaxt başqa yerdə olduğuna görə, atası mahiyyətinə varmadan həmin aktı imzalayıb. Həmin şəxs atası olsa da, qanuni nümayəndə kimi təmsil etmək səlahiyyətinə malik deyil.Hesablama Palatası tərəfindən də qəbul edilir. Hesablama Palatası tərəfindən audit prosesi AKİA üçün ayrılmış dövlət vəsaitinin sərf edilməsinin səmərəliliyinin yoxlanılması məqsədilə aparılmışdır. Sahibkarla bağlı Hesablama Palatasının hansısa bir mövqeyi mövcud deyildir. Bu məsələdə maraqlı olduqları yeganə hissə səmərəsiz istifadə edilmiş vəsaitin dövlət büdcəsinə bərpasının həyata keçirilməsi ilə bağlıdır
28. Məhkəmə iclaslarında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 nümayəndəsi X4 izahat verərək bildirmişdir ki, hazırkı məhkəmə mübahisəsinə Agentlik müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildikdən sonra zəruri araşdırma aparılmışdır. Aparılan araşdırma nəticəsində heyvanların ölüm faktına dair cavabdehin iştirakı ilə tərtib olunmuş ##.##.2023-cü il tarixli akt aşkar edilmişdir. Həmin aktı məhkəməyə təqdim etmək istəyir. 2021-ci ildən etibarən baytarlar fərdi sahibkar şəklində fəaliyyət göstərməyə başlayıblar. Heyvanlar kütləvi tələf olduqda bununla bağlı tədbirlər Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilir. Bununla bağlı dəvət etdikləri mütəxəssis X8 məhkəmə prosesində ətraflı məlumat verə bilər.
29. Əvvəlki məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 nümayəndəsi X8 izahat verərək bildirmişdir ki, həmin aktda qeyd edilən heyvanların evtaparazitlərə qarşı yuyulması məqsədilə istifadə edilən “niasidol” dərmanı 60% “diazinol” tərkiblidir. Lakin həmin dərmandan istifadə ilə bağlı bir sıra məcburi göstərişlər mövcuddur. Belə ki, istifadə baytar həkimin müşahidəsi altında həyata keçirilməli, toksiki təsiri olduğundan dozanın yüksək olmamasına riayət edilməlidir. Həmin dərman istifadə qaydası 1 ton suya 1 litr dərman məhlulu qarışdırılmaqla sprey şəklində vurulmasından ibarətdir. İstifadə edilərkən havanın temperaturu və rütubət dərəcəsi, heyvanların aclığı və susuzluğu kimi amillər nəzərə alınmalıdır. Bu qaydalar barədə yerlərdə olan nümayəndələri vasitəsilə fermerləri mütəmadi olaraq məlumatlandırırlar. Heyvan tox və ya susuz, həmçinin dərisində nəm və ya travma əlamətləri olduğu zaman bu dərman vasitəsilə çimizdirilməsinə yol verilmir. Heyvanların çimizdirilməsi Nazirlər Kabinetinin ## #### 2021-ci il tarixli, *** saylı “Baytarlıq xidməti və nəzarəti tədbirlərinə görə alınan xidmət haqqının məbləği”nin təsdiq edilməsi haqqında qərarına əsasən ödənişli xidmətlərə aid edilir. Bu barədə xidmət fermerin şəxsi təşəbbüsü ilə yox, yerli qurumlar tərəfindən həyata keçirilməlidir. Vətəndaş müraciəti olmadan baytarlıq xidmətinin fərdi təsərrüfatda məcburi yoxlama aparmaq səlahiyyəti yoxdur. Bu barədə baytarlıq xidmətinin yerli qurumlarına məlumat vermək birbaşa vətəndaşın məsuliyyətində olan məsələdir. Zəhərlənmə nəticəsində tələf olan heyvanın cəsədinə ilkin baxış zamanı səbəblərini müəyyən etmək mümkün olur. Nazirlər Kabinetinin ##.##.2006-cı il tarixli, ** saylı qərarında Baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklərinin siyahısı qeyd edilmişdir. 7 baş heyvanın tələf olmasındakı problem “niasidol” dərmanından istifadə ilə bağlı deyil. Burdakı əsas problem həmin dərmanın istifadə qaydalarına düzgün riayət edilməməsindədir. Cavabdeh tərəf baytar həkimi xidmətinin göstərilməsinə görə ödəniş həyata keçirmək istəmədiyindən həmin fəaliyyəti fərdi qaydada icra etməyə çalışıb. Nəticədə isə həmin dərmandan istifadə ilə bağlı normativlərin tələbləri pozulmuşdur.
30. Bakı Kommersiya Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
31. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
a) Apellyasiya şikayətinin dəlilləri
32. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə üçüncü şəxs olan Aqrar Xidmətlər Agentliyinin nümayəndəsinin izahatına lazımi hüquqi qiymət verməmişdir. Nümayəndə məhkəmə iclasında izah etmişdir ki, heyvanların ektoparazitlərə qarşı yuyulmasıməqsədilə istifadə edilən "Niasidol" preparatı 60 faiz diazinon tərkiblidir və toksiki təsirə malik baytarlıq preparatıdır. Bu tələblərə əməl edilmədikdə preparatın toksiki təsiri nəticəsində heyvanların zəhərlənməsi və tələf olmasıriski yaranır. Aqrar Xidmətlər Agentliyi tərəfindən bu qaydalar fermerlərə yerli nümayəndələri vasitəsilə mütəmadi olaraq izah edilir. İş materiallarından və məhkəmə araşdırması zamanı verilmiş izahatlardan göründüyü kimi, heyvanların tələf olmasıməhz "Niasidol" preparatından istifadə qaydalarına əməl edilməməsi ilə əlaqədar baş vermişdir. Cavabdeh isə preparatın baytar həkimin nəzarəti altında tətbiq edildiyini, müəyyən olunmuş dozaya riayət olunduğunu, preparatın istifadəsi zamanı zəruri baytarlıq tələblərinin yerinə yetirildiyini təsdiq edən hər hansımötəbər sübut təqdim etməmişdir. cavabdeh, üzərinə götürdüyü müqavilə öhdəliklərinə əsasən, damazlıq heyvanların saxlanılmasını, onlara düzgün qulluq göstərilməsini və baytarlıq tədbirlərinin müəyyən edilmiş qaydalara uyğun həyata keçirilməsini təmin etməli idi. "Niasidol" preparatından istifadə zamanıməcburi baytarlıq qaydalarına riayət edilməməsi isə məhz cavabdehin həmin öhdəlikləri lazımi qaydada icra etmədiyini göstərən haldır. Buna görə də heyvanların tələfi təsadüfi hadisə və ya cavabdehin iradəsindən asılı olmayan hal kimi deyil, onun lazımi qayğı və ehtiyatlılıq göstərməməsinin nəticəsi kimi qiymətləndirilməlidir. Xəstəliyin doğrudan da baş verdiyi halda onun müəyyən edilməsi üçün rəsmi sənəd olan İlkin akt və sınaq protokolu təqdim edilməmişdir
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
34. Məhkəmə icraatı iştirakçılarının izahatları
35. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Sadıqov İlkin Faiq oğlu apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir.
36. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Hesablama Palatasının nümayəndəsi X7 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir.
37. Digər tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların cavabedehin olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
Azərbaycan Respublikası Mülki Məcəlləsi
38. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
39. 21.2-ci maddəsində göstərilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
40. 21.2-ci maddəsinə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
41. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
42. .427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər.
43. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
44. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
47. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
50. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
51. Maddə 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. APELLYASİYA BAXIŞININ HƏDLƏRİ
52. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
54. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin tam olaraq qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.
APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
56. Belə ki, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
57. Qeyd olunmalıdır ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir və məhkəmənin vəzifəsi iddiaçının bildirdiyi faktiki halların iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Başqa sözlə, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşısa da, o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlıdır və qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusuna istinadən qəbul edir.
58. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, ##.##.2022-ci il tarixdə “xxxx” MMC ilə Əliyev Ərani Seymur oğlu arasında *** nömrəli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh 60 baş Simmental cinsli damazlıq heyvan əldə etmişdir. Damazlıq heyvanların alınmasının maliyyələşdirilməsi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaiti hesabına güzəştli şərtlərlə həyata keçirilmiş, cavabdeh isə ##.##.2022-ci il tarixdə imzaladığı “Damazlıq heyvanın güzəştli şərtlərlə satışı və lizinqinin maliyyələşdirilməsi ilə əlaqədar öhdəlik haqqında” iltizamla damazlıq heyvanları üç il müddətində saxlamağı, onlara lazımi qulluq göstərməyi, müqavilə üzrə öhdəliklərini yerinə yetirməyi, həmin müddət ərzində heyvanları üçüncü şəxslərin mülkiyyətinə və ya istifadəsinə verməməyi və baytar mütəxəssisinin rəyi olmadan kəsməməyi öhdəsinə götürmüşdür. İltizam üzrə öhdəlik müddəti ##.##.2025-ci il tarixdə başa çatmışdır.
59. Hazırkı mübahisənin əsasını cavabdehə güzəştli şərtlərlə verilmiş damazlıq heyvanlardan 17 başının təsərrüfatda olmaması təşkil edir.
60. Bu hal ##.##.2024-cü il tarixli monitorinq aktında qeyd edilmiş, sonradan Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən 2024-cü ildə aparılmış audit zamanı həmin monitorinqin nəticələri əsas götürülərək güzəştli şərtlərlə alınmış 17 baş damazlıq heyvanın yerində olmadığı müəyyən edilmişdir. Hesablama Palatasının auditinin nəticələrindən sonra iddiaçı tərəfindən ##.##.2025-ci il tarixdə cavabdehə münasibətdə monitorinq keçirilmiş və tərtib edilmiş aktda cavabdehin heyvandarlıq təsərrüfatını ləğv etdiyi, bununla bağlı Nazirliyi məlumatlandırdığı qeyd edilmişdir.
61. Kollegiya qeyd edir ki, ##.##.2024-cü il tarixli monitorinq aktında, həm də Hesablama Palatasının audit materiallarında 17 baş damazlıq heyvanın təsərrüfatda olmadığı göstərilsə də, ##.##.2024-cü il tarixli aktında göstərilən birka nömrələri ilkin ##.##.2022-ci il tarixli alqı-satqı müqaviləsində qeyd edilən birka nömrələri ilə müqayisə edildikdə üç baş heyvanın birka nömrəsinin müqavilədə ümumiyyətlə mövcud olmadığı müəyyən edilir (1) AT 43 2888 469 2) AT 23 5900 269 3) AT 10 0728 669) Bundan əlavə, ##.##.2024-cü il tarixli iribuynuzlu heyvanların identifikasiyası üçün vizual birkaların təhviltəslim aktı ilə cavabdehin təsərrüfatında mövcud olan 46 baş iribuynuzlu heyvana Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yeni vizual birkalar verilmişdir. Həmin sənəd də faktiki olaraq təsərrüfatda 46 baş heyvanın mövcud olmasını təsdiq edir. Belə olan halda, iş materialları ilə 17 deyil, ən çoxu 14 baş damazlıq heyvanın təsərrüfatda olmaması müəyyən edilir. Qalan 10 baş heyvanın 2023-cü ilin iyul, avqust və sentyabr aylarında zəhərlənərək tələf olması barədə iş materiallarında ##.##.2023-cü il tarixli akt və heyvanların qeydiyyat jurnalı mövcuddur. Həmin ##.##.2023-cü il tarixli aktdan görünür ki, heyvanlarda zəhərlənmə əlamətləri müşahidə edilmiş, onlara zəhərlənməyə qarşı dərman preparatları tətbiq olunsa da, 7 baş heyvan və qeydiyyat jurnalına əsasən daha 3 baş heyvan 27 iyul, 30 avqust və ## ######## 2023-cü il tarixində zəhərlənərək tələf olmuşdur. İş üzrə üçüncü şəxs qismində iştirak edən Aqrar Xidmətlər Agentliyinin nümayəndəsi X8 məhkəmə iclasında verdiyi izahatında heyvanların tələf olmasının "Niasidol" preparatından istifadə qaydalarına əməl edilməməsi ilə əlaqədar olduğunu bildirsə də, həmin izahat cavabdehin bu qaydaları pozduğunu və ya heyvanların məhz onun təqsiri üzündən tələf olduğunu təsdiq edən hər hansı obyektiv sübutla təsdiq olunmur. 4 baş heyvanla bağlı isə aqrar sığorta hadisəsi baş vermiş və “xxxx” ASC-yə məxsus bank çıxarışından görünür ki, Aqrar Sığorta Fondu tərəfindən ##.##.2022-ci il tarixdə 5.051,11 manat, ##.##.2022-ci il tarixdə 5.051,11 manat, ##.##.2022-ci il tarixdə 1.933,77 manat və ##.##.2022-ci il tarixdə 1.933,77 manat məbləğində sığorta ödənişləri həyata keçirmiş, ödəniş təyinatında müvafiq sığorta şəhadətnamələrinin nömrələri və sığortalanmış nömrələrinin göstərildiyi müəyyən edilir. Belə olan halda cavabdehin iltizam üzrə üzərinə götürdüyü öhdəlikləri pozması nəticəsində heyvanların tələf olmasını təsdiq edən sübutlar müəyyən edilmir.
62. Kollegiya qeyd edir ki, iş üzrə isə iddiaçı tərəfindən cavabdehin damazlıq heyvanları üçüncü şəxslərin mülkiyyətinə və ya istifadəsinə verməsi, baytar mütəxəssisinin rəyi olmadan kəsməsi, saxlama və qidalanma normalarını pozması, baytarlıq tədbirlərini müəyyən edilmiş qaydada həyata keçirməməsi və ya iltizam üzrə digər konkret öhdəliklərini pozması barədə mötəbər sübutlar təqdim edilməmişdir.
63. Heyvanların tələfinin məhz cavabdehin hərəkəti və ya hərəkətsizliyi, o cümlədən “Niasidol” preparatının tətbiqi qaydalarının pozulması nəticəsində baş verdiyi mötəbər sübutlarla müəyyən edilməlidir.
64. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülüb. Tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı, iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.
65. Eyni zamanda, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu baxımdan məhkəmə kollegiyası vurgulayır ki, sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: birincisi, güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; ikincisi, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; üçüncüsü, bu sübutlar birbirini təsdiq
66. etməli və tamamlamalıdır; dördüncüsü, bu sübutlar birlikdə dəyərləndirilməlidir.
67. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
68. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-***/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyatorun ödədiyi dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.