Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-1012/2026 18.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından İddiaçı İddiaçı cavabdeh “Armarium Mebel İnteryer” MMC-yə qarşı “xidmət müqaviləsi üzrə borcun tutulmasına dair” kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Leyla Rauf qızı Əliyevanın sədrliyi və məruzəsi ilə, X6 və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh “Armarium Mebel İnteryer” MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. İddiaçı (icraçı) ilə “Armarium Mebel İnteryer” MMC arasında ##.##.2025-ci il tarixli, ***/** saylı Xidmət göstərilməsi barədə müqavilə bağlanmışdır. Müqavilənin predmetinə əsasən, sifarişçi tapşırır, icraçı isə aylıq mühasibatlıq və bütün hesabatların dövlət orqanlarına təqdim edilməsi, elektron kaıgüzarlıq vasitəsilə vergi orqanı ilə yazışmaların aparılması, HR işləri, məzuniyyət və əmək haqqıların hesablanması işlərini yerinə yetirməyi, “Sifarişçi” isə göstərilmiş xidmətlərinin müqabilində bu müqavilədə nəzərdə tutulmuş məbləği ödəməyi öz üzərinə götürür. Həmin müqavilənin: 3.1 – 3.3-cü bəndlərinə əsasən, tərəflərin razılığına əsasən, bu müqavilədə nəzərdə tutulan xidmət haqqı iyul ayı daxil olmaqla aylıq 1500 manat + 270 ƏDV təşkil edir. Ödəmə bank və ya nağd yolla edilə bilir. Sifarişçi tərəfindən əsassız olaraq müqavilə və yaxud müqavilənin şərtləri pozularsa, ödənilmiş məbləğ geri qaytarılmır. 4.1 – 4.4-cü bəndlərinə əsasən müqavilə üzrə işlər başa çatdırıldıqdan sonra qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilmiş sənədlərin Sifarişçiyə təqdim edilməsi e-qaimə vasitəsilə həyata keçirilir. Təhvil-qəbul aktını alan Sifarişçi ən çoxu üç iş günü müddətində müqavilə ilə tanış olmalı və heç bir etirazı olmazsa, imza edib İcraçıya qaytarmalıdır. Sifarişçinin əsaslandırılmış etirazı olarsa, bu barədə hər iki tərəfin imzası ilə akt tərtib edilir və orada başa çatdırılacaq işlərin siyahısı və icra müddəti göstərilir. Başa çatdırılacaq işlər vaxtından əvvəl yerinə yetirilərsə, Sifarişçi onu vaxtından əvvəl qəbul edir və dəyərini razılaşdırılmış qiymətlə ödəyir.
2. İddiaçı tərəfindən “Armarium Mebel İnteryer” MMC-yə ##.##.2025, ##.##.2025, ##.##.2025, ##.##.2026 və ##.##.2026-cı il tarixlərdə hər biri 1770 manat məbləğində ümumilikdə 8850 manat məbləğində elektron-qaimələr göndərilmişdir.
3. İşdə olan hesabdan çıxarışa əsasən “Armarium Mebel İnteryer” MMC tərəfindən ##.##.2025-ci il tarixdə MT2507 ******** saylı elektron qaimə üzrə 1500 manat, ##.##.2025ci il tarixdə MT2508 ******** saylı elektron qaimə üzrə 1500 manat, ##.##.2025-ci il tarixdə MT2507 ******** saylı elektron qaimə üzrə 1500 manat, habelə həmin ödənişlərə uyğun ##.##.2025-ci il tarixdə 270 manat, ##.##.2025-ci il tarixdə 270 manat və ##.##.2025-ci il tarixdə 270 manat ƏDV cavabdeh tərəfindən ödənilmişdir.
4. İş materiallarına əlavə edilmiş “Armarium Mebel İnteryer” MMC-yə məxsus şəxsi hesab vərəqəsindən görünür ki, 2025-ci ilin 3-cü və 4-cü rübləri üzrə müvafiq hesabatlar vergi orqanına təqdim edilmişdir. Həmçinin ##.##.2026-cı il tarixdə 2025-ci il üzrə, ##.##.2026-cı il tarixdə 2026-cı ilin yanvar ayı üzrə rəsmi statistika hesabatı təqdim edilmişdir. Birinci instansiya məhkəməsindəki icraat:
5. İddiaçı ## #### 2025-ci il tarixli, ***/** №-li xidmət göstərilməsi müqaviləsinə əsasən yaranmış (ƏDV daxil olmaqla) 8850 manat məbləğində pulun, 221,3 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə 9071,3 manat pulun və 111 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında arasında ## #### 2025ci il tarixli, ***/** №-li xidmət göstərilməsi barədə müqavilə bağlanmışdır. Müqavilənin 1.1- ci bəndinə əsasən sifarişçi tapşırır, icraçı isə aylıq mühasibatlıq və bütün hesabatların dövlət orqanlarına təqdim edilməsi, elektron kargüzarlıq vasitəsilə vergi orqanı ilə yazışmaların aparılması, HR işləri, məzuniyyət və əmək haqqıların hesablanması işlərini öz üzərinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən “sifarişçi” göstərilmiş xidmətlərinin müqabilində bu müqavilədə nəzərdə tutulmuş məbləği ödəyir. Müqavilənin 3.1-ci bəndinə əsasən tərəflərin razılığına əsasən, bu müqavilədə nəzərdə tutulan xidmət haqqı İyul ayı daxil olmaqla aylıq 1500,00 + 270 ƏDV manat təşkil edir. İddiaçı tərəfindən ## #### 2025-ci il tarixli, ***/** №-li müqaviləyə əsasən xidmətlər göstərilmiş, lakin sifarişçi “Armarium Mebel İnteryer” MMC tərəfindən qarşılığında ödəniş edilməmişdir. Belə ki, cavabdeh tərəfindən aşağıdakı elektron-qaimə fakturalar üzrə ödəniş edilməmişdir: 1. ##.##.2025-ci il tarixli, MT2510 seriyalı ******** saylı qaiməyə əsasən – 1770 manat 2. ##.##.2025-ci il tarixli MT2511 seriyalı ******** saylı qaiməyə əsasən – 1770 manat 3. ##.##.2025-ci il tarixli MT2512 seriyalı ******** saylı qaiməyə əsasən – 1770 manat 4. ##.##.2026-cı il tarixli MT2601 seriyalı ******** saylı qaiməyə əsasən – 1770 manat 5. ##.##.2026-cı il tarixli MT2601 seriyalı ******** saylı qaiməyə əsasən - 1770 manat. Cavabdehin MT************ saylı, MT************ saylı, MT************ saylı, MT************ saylı və MT************ saylı qaimələr üzrə ##.##.2026-cı il tarixinə 7500 manat əsas, 1350 manat isə ƏDV borcu vardır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2026-cı il tarixli məktubda bildirilmişdir: “##.##.2025 tarixli, ***/** saylı müqaviləyə ##.##.2026-cı il tarixindən xitam verilir. 2025-ci il sentyabr, oktyabr, noyabr, dekabr və 2026-cı il yanvar ayları üzrə iş və xidmətlər müqaviləyə uyğun olaraq göstərilmiş, təhvil verilmişdir. Müvafiq dövr üçün, yəni 5 ay üzrə təhvil verilmiş iş və xidmətlər üzrə hesabda sərəncam olması səbəbindən borclar ödənilməmişdir. 5 aylıq xidmət haqqı borcunun müqaviləyə xitam verilməsinə baxmayaraq qısa müddətdə Sizin hesabınıza ödənilməsini təmin edəcəyik. Xahiş edirik nəzərə alasınız”. Beləliklə, ## #### 2025-ci il tarixli, ***/** №-li müqaviləsi üzrə ümumillikdə 14160 manat dəyərində xidmət göstərilmiş, lakin müqavilə üzrə cavabdehin 8850 manat borcu qalmışdır. Bununla əlaqədar cavabdehə pretenziya göndərilərək “İddiaçı” ilə “Armarium Mebel İnteryer” MMC arasında ## #### 2025-ci il tarixli, ***/** №-li xidmət göstərilməsi müqaviləsinə əsasən 7500 manat əsas və 1350 manat ƏDV borcunun, ümumillikdə 8850 manat pulun 3 gün müddətində cavabdehə ödənilməsi xahiş edilmiş, lakin müqavilə üzrə hər hansı ödəniş edilməmişdir.
7. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 389.3, 425.1, 442, 443.1, 445.3, 445.7, 448.1, 448.2, 21-ci maddələri göstərilmişdir.
8. Cavabdeh iddia ərizəsinə etirazında qeyd etmişdir ki, aralarında bağlanmış ##.##.2025-ci il tarixli xidmət müqaviləsinə ##.##.2026-cı il tarixdə xitam verilməsi tələbi ilə cavabdeh tərəfindən iddiaçıya bildiriş göndərilmişdir. Bilidirişin göndərilmə tarixi xidmət müqaviləsinin pozulmasının tələb edildiyi günlə eynidir. Bildiriş onların iradəsinə zidd olaraq iddiaçının özü tərəfindən özünə göndərilməklə, əslində dekabr ayında tərəfinizdən təhviltəslimlər edilməli, danışıqlar əsasında xidmət müqaviləsi ləğv edilməli idi. Bu barədə iddiçının özünə də irad bildirilmişlər. Xidmət müqaviləsi üzrə qarşılıqlı narazılıqlar yarandığı üçün və xidmətdən müəyyən narazılıqları olduğu üçün təklif etmişlər ki, görülən işlər barədə rəsmi hesabat və hesabatlarının bazası təqdim olunsun ki, xidmət göstərilən şəxslə müqaviləni ləğv etdikdən və başqa xidmət müqavilələri ilə çalışdıqdan sonra mühasibatlıqvergi məsələləri üzrə işlərə qaydası ilə davam edə bilsinlər. Tələbləri cavabsız qalmaqla onlara verilməli olan hesabat sənədləri təqdim olunmamış, xidmət göstərdikləri ərəfədə X3 Xidməti kimi dövlət orqanlarından gələn rəsmi sorğulara iddiaçı tərəfindən nəzarət edilməmiş, şirkət məlumatlandırılmamış, nəticədə dövlət orqanlarının müraciətlərinə vaxtında münasibət göndərilmədiyi üçün Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarına əsasən şirkətlıri 2000 (iki min) manat məbləğində cərimə olunmuşdur. Bu isə şirkət üçün yalnız maddi deyil, işgüzar nüfuza təsir edən itkidir. Yəni son aylarda demək olar ki, faktiki olaraq tam xidmətlər göstərilməmiş, həm bu səbəbdən, həm də tələb etdiyikləri xidmət hesabatı və cədvəllərin bazaya əlavə edilməsi üçün xidmət alan şirkətə təqdim edilmədiyinə görə çətin vəziyyətə salınmışlar. Bundan əlavə, şirkət yeni qurulduğu üçün sosial ödənişlərin gecikdirilməsi səbəbindən hesablara yergi orqanları tərəfindən qoyulan sərəncam nəticəsində əmək haqqından başqa ödənişlərin üzrlü səbəbdən ödənilməsi mümkün olmamış, vergi xidmətlərini göstərən iddiaçı tərəfindən qanunla müəyyən edilmiş qaydada vergi orqanları ilə şirkətin mənafeyinə uyğun yazışmalar aparılmaqla sərəncamın götürülməsi, şirkət fəaliyyətinin davam etməsi və ya borcun hissə-hissə ödənilməsi barədə heç bir bildiriş göndərilməmiş, müqavilənin predmetinə uyğun tam və keyfiyyətli xidmətlər göstərilməməsi nəticəsində şirkətə həm maddi, həm də işgüzar nüfuz baxımından kifayət qədər ziyan dəymişdir. Bu onunla da sübut oluna bilər ki, qarşı tərəflə münasibətləri bitirdikdən sonra vergi orqanları ilə aparılan rəsmi danışıqlar nəticəsində hesablar sərəncamdan azad edilərək şirkətin aktiv fəaliyyəti yaranmışdır. Hesabatlar və s. təqdim olunmadan necə ola bilər ki, iddia tələbini qəbul edirmiş kimi, cavabdeh öz mənafeyinə zidd olaraq iddiaçıya məktub göndərsin. Halbuki şirkət tərəfindən xəbərdarlıq edilmişdi ki, xidmət göstərilmədiyi günlərin ödənişi edilməməlidir. Bütün bu aylar ərzində bütün insan resursları və mühasibatlıq işləri iddiaçının öhdəliyində olmuş, bundan və məktubun məzmunundan da görünür ki, etimaddan sui-istfadə edilməklə ASAN imza şirkətin mənafeyinə zidd olan ərizənin hazırlanaraq göndərilməsi üçün istifadə olunmuşdur. Bundan sonra iddiaçının hesabat vermədən, şirkətin zərərinə məhkəmə qərarları ilə nəticələnən xidmətinin nəticəsində necə ola bilər ki, ard-arda iddia tələbi, ondan əvvəl isə guya bu qədər zərərdən sonra iddia tələbini qəbul etdikləri ərizə onlara göndərilmişdir. İddia tələbini və guya iddiaçıya göndərilmiş bildirişin məzmununu qəbul etmirlər. Belə ki, xidmət haqqının tam ödənilməsi üçün xidmətlərin tam, vaxtında və keyfiyyətli şəkildə həyata keçirilməsi tələb olunur. Bundan əlavə onlar bir neçə ay ərzində əldə etdikləri baza məlumalarının və hesabatların təqdim edilməsini iddiaçıdan rəsmi olaraq tələb etsələr də, heç bir cavab və hesabat verilməmişdir. Mülki Qanunvericilikdə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442). Yuxarıda qeyd olunanları, şirkətin qış aylarında olan ödəmə qabiliyyətsizliyində iddiaçının hərəkətsizliklə təsiri və s. təqdim edəcəkləri sübutlara əsasən, iddiaçı faktiki olaraq müqavilə üzrə keyfiyyətli xidmət göstərməmiş, şirkəti lazımı məsələlərdə məlumatlandırmamış, vergi orqanları ilə şirkət mənafeyinə uyğun bütün yazışmaları aparmamışdır. Nəticədə isə həm məhkəmə qərarı, həm digər səbəblərdən şirkət hərtərəfli zərərə uğramşdır. Odur ki, iddia tələbinin rədd edilməlidir.
9. İddiaçı etiraza mülahizəsində qeyd edir ki, cavabdeh tərəfindən məktub göndərilərək borcun qısa müddət ərzində ödəniləcəyi bildirilmişdir. Ona ASAN imza təqdim edilməmiş, ASAN imzanın təhvil-təslim edilməsi barədə hər hansı akt tərtib olunmamışdır. ASAN imza müəssisənin özündə olduğundan bütün əməliyyatları müəssisə rəhbəri özü təsdiq etmiş və imzalamışdır. Bütün əməliyyatlar cavabdeh tərəfindən aparılmışdır. Cavabdeh iddia ərizəsinə etirazında qeyd etmişdir ki, “Xidmət müqaviləsi üzrə qarşılıqlı narazılıqlar yarandığı üçün və xidmətdən müəyyən narazılıqlarımız olduğu üçün təklif etmişik ki, bizə görülən işlər barədə rəsmi hesabat və hesabatlarımızın bazası təqdim olunsun ki, biz xidmət göstərilən şəxslə müqaviləni ləğv etdikdən və başqa xidmət müqavilələri ilə çalışdıqdan sonra mühasibatlıq-vergi məsələləri üzrə işlərə qaydası ilə davam edə bilək”. Bununla bağlı bildirirəm ki, xidmət müqaviləsi ilə bağlı hər-hansı narazılıq yaranmamışdır. Əgər xidmət müqaviləsi ilə bağlı hər hansı narazılıq olmasını təsdiq edən sübutlar varsa, onların məhkəməyə təqdim edilməsi xahiş olunur. Cavabdeh aylıq xidmət haqqı ödənişlərini edə bilmədiyindən onun rəhbəri telefonla əlaqə saxlayaraq bildirmişdir ki, borcun böyüməsini istəmirlər, bank hesablarına sərəncam qoyulduğundan, bağlanmış xidmət müqaviləsinə əsasən ödənişi vaxtında edə bilmədiyimizdən bizə zaman verdiyiniz üçün sizə təşəkkür edirik”. Telefon vasitəsilə bunu bildirdikdən sonra ##.##.2026-cı ildən işin dayandırılması xahiş edilmişdir. Bununla əlaqədar iş və xidmətlərin göstərilməsi ##.##.2026-cı il tarixdən dayandırılmışdır. Müəssisənin rəhbəri həm telefon, həm də rəsmi şəkildə bu dövrədək olan dövr üzrə də xidmət haqqı məbləğini yaxın vaxtlarda ödəyəcəyini bildirmişdir. Lakin daha sonra öz vədindən yayındığını gördükdən sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh həmçinin iddia ərizəsinə etirazında bildirmişdir: “Tələbimiz cavabsız qalmaqla bizə verilməli olan hesabat sənədləri təqdim olunmamış, xidmət göstərdiyiniz ərəfədə X3 Xidməti kimi dövlət orqanlarından gələn rəsmi sorğulara tərəfinizdən nəzarət edilməmiş, şirkət məlumatlandırılmamış, nəticədə dövlət orqanlarının müraciətlərinə vaxtında münasibət göndərilmədiyi üçün Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarına əsasən şirkətimiz 2000 manat məbləğində cərimə olunmuşdur”. Lakin ASAN imza vasitəsilə bütün əməliyyatlar müəssisənin özü tərəfindən aparılmışdır. Ona ASAN imza təhvil verilməmişdir. Onun öhdəlikləri vergi hesabatlarının tərtib edilməsindən ibarət olmuşdur. Vergi orqanından elektron kargüzarlıq vasitəsilə gəlmiş məktublara baxılararaq cavablar müəssisənin rəhbəri ilə razılaşdırıldıqdan sonra təqdim edilmişdir. Onlar tərəfindən ancaq vergi orqanları ilə yazışmalar aparılmışdır. Digər dövlət orqanlarından gələn məktublar isə ona təqdim edilməmişdir. Müəssisənin öz işçisi müəssisədən narazı olduğu üçün müvafiq qurumlara şikayət vermişdir. Cavabdehə cərimə tətbiq edilməsi onunla əlaqədar olmamışdır. X3 Xidməti ilə əlaqədar problemlər müəssisənin işçilərinin əmək haqqılarını vaxtı-vaxtında ödəməməsi, işçilərin aldadılaraq işdən azad edilməsi halları ilə bağlıdır. Müəssisə əmək qanunvericiliyinin tələblərini pozduğu üçün cərimə edilmişdir. 10. Cavabdeh iddiaçının mülahizəsinə münasibıt bildirərək qeyd etmişdir ki, iddiaçı məktubun onlar tərəfindən göndərilməməsi barədə ona ünvanlanmış bildiriş və məhkəməyə ünvanlanmış məlumatlarına baxmayaraq bildirir ki, cavabdeh tərəfindən məktub göndərilərək borcun qısa müddət ərzində ödəniləcəyi bildirilmişdir, ona ASAN imza təqdim edilməmiş, ASAN imzanın təhvil-təslim edilməsi barədə hər hansı akt tərtib olunmamışdır. ASAN imza müəssisənin özündə olduğundan bütün əməliyyatları müəssisə rəhbəri özü təsdiq etmiş və imzalamışdır. Bütün əməliyyatlar “Armarium Mebel İnteryer” MMC tərəfindən aparılmışdır. Bildiyi kimi ASAN imzanın istifadə qaydasına uyğun olaraq müəyyən kodlar imza və sistemə giriş üçün gələn mesaj əsasında təstiqlənir. Şirkət əməkdaşları tərəfindən iddiaçının həyata keçirdiyi əməliyyatlar təstiq edilmiş, təbii ki, əməkdaşa koddan başqa hansı əməliyyatın təsdiq olunması barədə məlumat gəlməmişdir. Aralarında bağlanmış müqaviləyə və ümumiyyətlə hüquq normalarına əsasən hər iki tərəf hüquqi məsuliyyətinin fərqində olduğu üçün uzun müddət etibar əsasında belə davam edilmiş, bütün fəaliyyətlər iddiaçı tərəfindən həyata keçirilməklə imza üçün şirkət əməkdaşına kod göndərilmişdir. Çoxsaylı əməliyyatların məhz iddiaçının dediyinin əksinə iddiaçı tərəfindən keçirilməli olduğunu və keçirildiyini yazışma və telefon danışıqları ilə sübut edə bilərlər. Qeyd olunan bildiriş isə hesabatların təhvil-təslimini göndərdiyimiz dönəmlərdə guya bizim adımızdan qarşı tərəfə göndərilmişdir. Halbuki bildirdiyi kimi rəhbərliklə danışıqlara nəzər keçirsək hesabatın israrla tələb edildiyini görmək mümkündür ki, belə halda bütün iddianı şirkət qəbul etməsi barədə bildiriş göndərə bilməzdi. 2.-ci bənddə hesabatlarla bağlı tələbi vurğulansa da hesabatların bu günə kimi hansı səbəbdən təqdim edilməməsi və şirkət daxilində aparılan hesabatların arasında əlaqəni kəsməklə uçot və s. sənədlərin qaydaya salınmasına maneə törətmə səbəbləri qeyd edilmişdir. Bu bəndi xüsusi nəzərə alaraq məhkəmədən hesabatların təqdim edilməsi üçün iddiaçıya sorğu verilməsində yardım göstərilməsini xahiş edir. Belə ki, iş gedişatında həm X4 verilməli olan hesabatların verilmədiyi, elektronn sistemlər vasitəsilə X3 tərəfindən verilmiş sorğular barədə xidmət göstərdiiyi şirkətə verilməmiş məlumatlara görə şirkətə dəymiş maddi və işguzar nüfuz zərəri çox aydın görünür. Odur ki, haqq-hesabların aparılması və xidmət müqaviləsinin hesablanması üçün bütün görülən barədə hesabatların və bizə aid olan hissədə bazanın təqdim edilməsi zəruridir. İddiaçı qeyd edir ki, cavabdeh aylıq xidmət haqqı ödənişlərini edə bilmədiyindən “Armarium Mebel İnteryer” MMC-nin rəhbəri telefonla əlaqə saxlayaraq bildirmişdir ki, borcun böyüməsini istəmir, bank hesablarına sərəncam qoyulduğundan, bağlamış xidmət müqaviləsinə əsasən ödənişi vaxtında edə bilmədiyindən zaman verildiyi üçün təşəkkür edir. İddiaçı xidmət müqaviləsi bağlayarkən danışıqlar aparılması və şərtlərin müəyyənləşdirilməsi üçün ofisə gəldiyi zaman köhnə Vergilər Nazirliyi əməkdaşı olduğunu bildirərək vergi ilə bağlı yaranacaq bütün məsələlərdə və risklərdə köməklik göstərəcəyini bildirdiyi üçün yeni qurulan şirkət olaraq vergi məsələləri ilə bağlı bütün zəruri tədbirləri görmək üçün mütəxəssisə ehtiyacı var idi və bunu iddiaçıya bildirmişdi. Şirkətin müəyyən alacaqları gecikdiyi üçün sosial ödənişlərin gecikməsi səbəbindən hesaba qoyulmuş sərəncamın götürülməsi, borcun aylara bölünməsi və s. işin davam etdirilməsi, ödənişlərin aparılması üçün sərəncamın qaldırılmasına iddiaçı tərəfindən heç bir tədbir görülməmişdir. Halbuki qeyd olunanlar qanunla mümkündür və şirkətin işlərinin pisləşməməsi üçün bunu etmək vacib idi. Əgər hər hansı tədbir görülmüş və ya ən azından məktub və s. müraciət yazılmışdırsa məlumat verilməsini xahiş edir. Təqdim edəcəyi yazışma və danışıqlardan, həmçinin də müqavilə şərtlərindən də göründüyü kimi iddiaçının öhdəlikləri yalnız vergi hesabatlarının tərtib edilməsindən ibarət olmamışdır. Həmçinin də iddiaçı özü də qeyd etmişdir ki, tərəfindən vergi orqanları ilə yazışmalar aparılmışdır. Aparılan yazışmalarda işin davam etdirilməsi üçün vergi sərəncamının aradan qaldırılması üçün hər hansı kömək edici yazışmalar olmamış, şirkət mənafeyi qorunmamış, işlər getdikcə çətinləşmişdir. İddiaçı bildirir ki, cavabdehə cərimə tətbiq edilməsi onunla əlaqədar olmamışdır. Halbuki, X3 Xidmətinin sorğusuna sorğuda qeyd olunan müddət ərzində cavab verilməməsi şirkətin məhkəmə qərarı ilə cərimələnməsi ilə nəticələnmişdir. Şirkət belə bir sorğunun dekabr ayında elektron sistem vasitəsilə göndərilməsindən məhkəmə zamanı xəbər tutmuş və pozuntunu aradan qaldırmışdır. İddiaçı müəssisənin işçilərinin əmək haqqılarını vaxtı vaxtında ödəməməsini, işçilərin aldadılaraq işdən azad edilməsi hallarını qeyd etmişdir ki, bunun sübut olunmasını tələb edir. Əlavə olaraq bildirir ki kommersiya sirri daşıyan məlumatlar barədə xidmət müqaviləsi əsasında aldığı məlumatların yayılması və işgüzar nüfuzun ləkələnməsinə yönəlmiş bu qeydlə bağlı tərəfindən iddiaçıya qarşı müvafiq iddia qaldırılacaqdır. Həmçinin qeyd etmək istəyir ki, iddiaçı şirkətlə şəxsən fiziki şəxs kimi müqavilə bağlasa da, sonradan ona məlum olmuşdur ki, işlərini başqa şəxslərə gördürür ki bu da bütün kommersiya sirri və baza məlumatları müqavilə bağlamadığı şəxslərə onun iradsinə zidd olaraq verilməsi deməkdir.
10. Həmçinin iddiaçı məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, ## #### 2025-ci il tarixli, 025/25№-li xidmət göstərilməsi haqqında müqaviləyə əsasən müqavilə müddətində tərəflərindən cavabdeh MMC-yə aşağıdakı xidmətlər göstərilmişdir: 1. İyul 2025 – iyun 2025ci il dövr və 2026-cı il yanvar ayı daxil olmaqla ƏDV hesabatlarının verilməsi; 2. 2026-cı ilin fevral ayının 1-dək rüblük vahid bəyannamələrinin hazırlanması; 3. DSMF hesablatlarının hazırlanması; 4. ÖMV hesabatlarının hazırlanması; 5. Mənfəət vergisi üzrə cari vargi arayışlarının hazırlanması; 6. İşçilərin qeydiyyat alınması, rəsmiləşdirilməsi, məzuniyyətlərin hesablanması; 7. 1C proqramına məlumatların işlənməsi; 8. Alış-satış əməliyyatlarının işlənməsi, bank əməliyyatlarının həyata keçirilməsi; 9. Avtomatlaşdırılmış Vergi İnternet Sisteminə (AVİS) daxil olan məktublara nəzarət edilməsi: 10. Statistik hesabatların hazırlanması: 4 əmək, 1 istehsal, 12 istehsal hesabatlarının verilməsi Nəzərinizə çatdırırıq ki, tərəfimizdən yuxarıda göstərilən xidmətlərin göstərilməsinə baxmayaraq 5 ay üzrə xidmət haqqı ödənilməmişdir. Qeyd edilən əməliyatların icra edilməsi faktı AVİS sistemi ilə də təsdiq edilir.
11. Cavabdeh əlavə olaraq bildirmişdir ki, əgər müqaviləyə nəzər yetirsə görünür ki, bütün xidmətlər fiziki olaraq iddiaçının özü tərəfindən görülməli idi. Sonradan əməkdaşlar məlumat vermişdir ki, fərqli insanlar iddiaçının işi onlara tapşırdığını bildirmişdir. Yazışmalarda aparılan əməliyyat və elektron sistemə girişlərlə bağlı yazışmalardan da aydın görünür ki, əməliyyatları başqa şəxslər aparmışdır. Bu isə kommersiya sirrinin pozulması deməkdir. Əlavə məlumat üçün bilririr ki, qış aylarından başlayaraq şirkət borclulardan ödənişləri vaxtında, tam ala bilməməsi nəticəsində bəzi öhdəliklərini yerinə yetirə bilmədiyi, icrasını gecikdirdiyi üçün Vergi orqanları tərəfindən hesablara sərəncam qoyulmuş, bu sərəncamın götürülməsi üzrlü səbəblər göstərildiyi halda müvafiq yazışma və məlumatlar verildikdə qanunla mümkün olsa da iddiaçı müqavilə üzrə öhdəliklərinə səthi yanaşmış, şirkətin mənafeyi üçün sadə işlərdən başqa öhdəliklərini yerinə yetirməmiş,sərəncam səbəbindən material alınıb işlərin davam etdirilməsi çətinliyinə görə işlərində gecikmələr başlamışdır. Lakin hazırki xidmət sayəsində bir neçə ay sonra sərəncam götürülməklə işlər çətinliklə də olsa aktivləşməyə başlamışdır. Halbuki şirkətin iddiaçı ilə xidmət müqaviləsi bağlamaqda marağı belə problemlərə düşməmək, işin gecikməməsi və iddiaçının müqavilə bağlayarkən iddia etdiyi kimi işi peşəkara-keçmiş vergi əməkdaşına həvalə etmək olmuşdur. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən İcraçı aylıq mühasibatlıq xidmətlərinin göstərilməsi, o cümlədən bütün zəruri hesabatların dövlət orqanlarına vaxtında və düzgün təqdim edilməsi, vergi orqanları ilə yazışmaların aparılması, HR işləri və əmək haqqı hesablamalarının həyata keçirilməsi öhdəliyini üzərinə götürmüşdür. Lakin faktiki vəziyyət göstərir ki, İcraçı tərəfindən müqavilə üzrə öhdəliklər lazımi qaydada, tam həcmdə vəqanunvericiliyin tələblərinə uyğun şəkildə yerinə yetirilməmişdir. Bundan əvvəl cavabdeh tərəfindən məhkəməyə göndərilən ərizələrə və şirkətə dəymiş zərərlərə əlavə olaraq aşağıda göstərilənləri də qeyd edir: Belə ki: - Fevral 2026-cı il üzrə 4-Əmək statistik hesabat təqdim edilməmişdir; - 2025-ci il üzrə 1-İstehsal statistik hesabat təqdim edilməmişdir; - 2025- ci il üzrə 1-Əmək statistik hesabat natamam təqdim edilmişdir. Həmçinin də məhkəmə və dövlət orqanları tərəfinndən sorğuya cavabın gecikdirilməsi səbəbi ilə şirkətə cərimələr tətbiq edilmişdir. Qeyd olunan hesabatların qanunvericiliklə müəyyən edilmiş müddətlərdə təqdim edilməməsi və natamam şəkildə hazırlanması nəticəsində müvafiq dövlət orqanları tərəfindən izahatların kağız formasında təqdim edilməsi tələb olunmuş, bu isə Sifarişçi üçün inzibati məsuliyyət və maliyyə sanksiyaları riski yaratmışdır. Bununla yanaşı bildirir ki, Müqavilənin 4-cü bölməsinə uyğun olaraq xidmətlərin təhvil verilməsi və qəbul edilməsi müvafiq qaydada rəsmiləşdirilməli olduğu halda, göstərilən xidmətlər üzrə təhvil-təslim aktları təqdim edilməmiş və sifarişçi tərəfindən imzalanmamışdır. Bu səbəbdən xidmətlərin qəbul edilməsi faktı baş verməmişdir. Şirkət isə hələ də bu vəziyyətdən əziyyət çəkməkdədir və əlavə xidmətlər almaqla ödəniş etməyə məcbur qalmışdır. Eyni zamanda qeyd edir ki, müqavilənin 2.1-ci bəndinə əsasən icraçı xidmətlərin göstərilməsi üçün zəruri sənədlər təqdim edilmədiyi halda xidmət göstərməkdən imtina etmək hüququna malik olmuşdur. Lakin bu barədə sifarişçiyə hər hansı rəsmi bildiriş təqdim edilməmişdir ki, bu da icraçının öhdəliklərini lazımi qaydada təşkil etmədiyini göstərir. Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirir ki, icraçı tərəfindən xidmətlər natamam və keyfiyyətsiz şəkildə göstərilmiş, müqavilə şərtləri pozulmuşdur. Bu səbəbdən sifarişçi tərəfindən ödənişin həyata keçirilməməsi əsaslı hesab edilir.
12. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh “Armarium Mebel İnteryer” MMC-dən ## #### 2025-ci il tarixli, ***/** №-li xidmət göstərilməsi müqaviləsinə əsasən yaranmış ƏDV daxil olmaqla 8850 manat xidmət haqqı borcunun, 221,3 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə 9071,3 manat məbləğində pulun və 111 manat dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.
13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edib ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. MM-nin 386.1-ci maddəsindən göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya qanundan irəli gəlməklə, əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır) və ya özgə işlərinin tapşırıqsız aparılması ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında ##.##.2025-ci il tarixli, ***/** saylı xidmət müqaviləsi əsasında öhdəlik hüquq münasibətləri yaranmış və tərəflər üzərlərinəhəmin müqavilədən irəli gələn vəzifələr götürmüşlər. Belə ki, müqaviləyə əsasən, iddiaçının əsas öhdəliyi cavabdehin tapşırığına əsasən aylıq mühasibatlıq və bütün hesabatların dövlət orqanlarına təqdim edilməsi, elektron kargüzarlıq vasitəsilə Vergi orqanı ilə yazışmaların aparılması, HR işləri, məzuniyyət və əmək haqqların hesablanması işlərini yerinə yetirməkdən, cavabdehin əsas öhdəliyi isə göstərilmiş xidmətlərin müqabilində bu müqavilədə nəzərdə tutulmuş məbləği ödəməkdən ibarət olmuşdur. İş materiallarından görünüb ki, iddiaçı tərəfindən cavabdehə ##.##.2025, ##.##.2025, ##.##.2025, ##.##.2026 və ##.##.2026-cı il tarixlərdə hər biri 1770 manat məbləğində ümumilikdə 8850 manat məbləğində elektron-qaimələr göndərilmişdir. İşdə olan hesabdan çıxarışa əsasən cavabdeh tərəfindən ##.##.2025-ci il tarixdə MT2507 ******** saylı elektron qaimə üzrə 1500 manat, ##.##.2025-ci il tarixdə MT2508 ******** saylı elektron qaimə üzrə 1500 manat, ##.##.2025-ci il tarixdə MT2507 ******** saylı elektron qaimə üzrə 1500 manat, habelə həmin ödənişlərə uyğun ##.##.2025-ci il tarixdə 270 manat, ##.##.2025-ci il tarixdə 270 manat və ##.##.2025-ci il tarixdə 270 manat ƏDV cavabdeh tərəfindən ödənilmişdir. Bundan başqa, iş materiallarına əlavə edilmiş cavabdeh MMC-yə məxsus şəxsi hesab vərəqəsindən görünüb ki, 2025-ci ilin 3-cü və 4-cü rübləri üzrə müvafiq hesabatlar vergi orqanına təqdim edilmişdir. Həmçinin ##.##.2026-cı il tarixdə 2025-ci il üzrə, ##.##.2026-cı il tarixdə 2026-cı ilin yanvar ayı üzrə rəsmi statistika hesabatı təqdim edilmişdir. Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq müəyyən edib ki, iddiaçı tərəfindən razılaşdırılmış xidmətlər göstərilmiş, cavabdeh MMC-nin fəaliyyəti üzrə 2025-ci ilin 3-cü və 4-cü rübləri üzrə müvafiq hesabatlar, həmçinin ##.##.2026-cı il tarixdə 2025-ci il üzrə, ##.##.2026-cı il tarixdə 2026-cı ilin yanvar ayı üzrə rəsmi statistika hesabatı vergi orqanına təqdim edilmişdir. Lakin cavabdeh sonuncu dəfə ##.##.2025-ci il tarixdə qeyd edilən xidmətlərə görə ödəniş etmiş, bundan sonra hər hansı ödəniş həyata keçirməmişdir. Beləliklə, iddiaçı cavabdehə müqavilədə razılaşdırılmış xidmətləri göstərməklə müqavilə ilə üzərinə götürdüyü öhdəliyini lazımınca icra etmişdir. Cavabdeh isə göstərilmiş xidmətlərin qəbul edilməsinə dair hüququndan istifadə etmiş, lakin müəyyən ödənişlər etsə də, yaranmış borcu tam ödəməyərək vəzifəsini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı xidmətlərin dəyərinin əvəzi olaraq 8850 manat məbləğində pulun ona ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin, iddianın müqavilə üzrə ödənişin gecikdirilməsinə görə illik 5% nisbətində faizin ödənilməsi hissəsini də araşdıraraq hesab edib ki, iddia həmin hissədə təmin edilməlidir. İşin məhkəmə araşdırması nəticəsində müəyyən edilib ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü elektrik enerjisinin dəyərinin ödənilməsinə dair öhdəliyini pozaraq ödəməmiş, ödənişləri gecikdirmişdir. Bu halda iddiaçı qanunun ona verdiyi hüquqi imkandan istifadə edərək öhdəliyin gecikdirildiyi vaxt üçün iddiaçıdan illik 5% nisbətində pul tələb etməyə haqlıdır. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair ## ###### 2014-cü il tarixli qərarında da göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görəkreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə hesab edib ki, ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
14. Birinci instansiya məhkəməsi işi mahiyyəti üzrə həll edərkən Mülki Məcəllənin 6.2, 385.1, 386.1, 425.1, 442-ci maddələrinə istinad etmişdir.
15. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddiaçının iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri:
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan müraciətlərinin əsası araşdırılsa aşkar ediləcəkdir ki, öhdəlik müqavilənin şərtlərinə uyğun qaydada icra edilməmiş, şirkətin komersiya sirləri üçüncü şəxrlərə verilmiş, şirkətə maddi və işgüzar zərər dəymişdir. -İlk olaraq iddiaçının göstərdiyi xidmətlərlə və digər məsələlərlə bağlı aralarında yaranan mübahisələr üzrə məsələlərin həll edilməsi üçün iddiaçıya cavabeh tərəfindən pretenziya məktubu göndərilmişdir. İddiaçıya bildirilmişdir ki, “Armarium Mebel İnteryer” MMC ilə dəfələrlə xidmət müqaviləsi üzrə öhdəliklərin tam yerinə yetirilməsi, hesabatların dəqiq şəkildə davam etdirilməsinin mümkün olması üçün ona bildiriş göndərilsə də tərəfindən heç bir münasibət bildirilməmiş, tədbir görülməmişdir. Əksinə həm məhkəməyə təqdim etdiyi ərizələrə, həm də iddiaçıya göndərilmiş bildirişlərə tələb və etirazlarına tam aid olmayan münasibət bildirilmişdir. Belə ki, elektron kargüzarlıq sisteminə əməkdaşları tərəfindən baxış keçirilərkən məlum olmuşdur ki, aralarında bağlanmış ##.##.2025-ci il tarixli xidmət müqaviləsinə ##.##.2026-cı il tarixdə xitam verilməsi tələbi ilə “Armarium Mebel İnteryer” MMC tərəfindən İddiaçı bildiriş göndərilmişdir. Bildirişin göndərilmə tarixi xidmət müqaviləsinin pozulmasının tələb edildiyi günlə eynidir. Sözügedən bildiriş cavabdehin iradəsinə zidd olaraq iddiaçı tərəfindən ona göndərilməklə, əslində dekabr ayında təhviltəslimlər edilməli, danışıqlar əsasında xidmət müqaviləsi ləğv edilməli idi. Xidmət müqaviləsi üzrə qarşılıqlı narazılıqlar yarandığı üçün və xidmətdən müəyyən narazılıqları olduğu üçün təklif etmişdir ki, cavabdehə görülən işlər barədə rəsmi hesabat və hesabatlarının bazası təqdim olunsun ki, cavabdeh iddiaçıdan sonra mühasibatlıq-vergi məsələləri üzrə işlərə qaydası ilə davam edə bilsin. Cavabdehin tələbi cavabsız qalmaqla cavabdehə verilməli olan hesabat sənədləri təqdim olunmamış, xidmət göstərdiyi ərəfədə X3 Xidməti kimi dövlət orqanlarından gələn rəsmi sorğulara tərəfinizdən nəzarət edilməmiş, şirkət məlumatlandırılmamış, nəticədə dövlət orqanlarının müraciətlərinə vaxtında münasibət göndərilmədiyi üçün Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarına əsasən şirkət 2000 manat məbləğində cərimə olunmuşdur. Bu isə şirkət üçün yalnız maddi deyil, işgüzar nüfuza təsir edən itkidir ki, həmin dövrdə bir çox sənədlər və məktublar barədə məlumat verilməmişdir. Halbuki müqavilədən də göründüyü kimi iddiaçının şirkətə göstərdiyi xidmətə həm mühasibatlıqla bağlı xidmətlər, həm də insan resurslarının işi ilə bağlı xidmətlər aid olmuşdur. Tələb etdiyi hesabatlar və s. təqdim olunmadan necə ola bilər ki, iddia tələbini qəbul edirmiş kimi, öz mənafelərinə zidd olaraq iddiaçı tərəfə məktub göndərilsin. Bütün bu aylar ərzində bütün insan resursları və mühasibatlıq işləri iddiaçının öhdəliyində olmuş, bundan və məktubun məzmunundan da görünür ki, etimaddan sui-istifadə edilməklə ASAN imza şirkətin mənafeyinə zidd olan ərizənin hazırlanaraq iddiaçıya göndərilməsi üçün istifadə olunmuşdur. Bundan sonra iddiaçının hesabat vermədən, şirkətin zərərinə məhkəmə qərarları ilə nəticələnən xidmətinin nəticəsində necə ola bilər ki, ard-arda iddia tələbi, ondan əvvəl isə guya bu qədər zərərdən sonra iddia tələbini qəbul etdikləri ərizə göndərilmişdir. Bildirir ki, xidmət haqqının tam ödənilməsi üçün xidmətlərin tam, vaxtında və keyfiyyətli şəkildə həyata keçirilməsi tələb olunur. Bundan əlavə cavabdehin bir neçə ay ərzində əldə etdikləri baza məlumalarının və hesabatların təqdim edilməsini iddiaçıdan rəsmi olaraq tələb etmişdir. Rəhbərliklə danışıqlara nəzər keçirsə hesabatın israrla tələb edildiyini görmək mümkündür ki, belə halda bütün iddianı şirkət qəbul etməsi barədə bildiriş göndərə bilməzdi. Məhkəmədən hesabatların təqdim edilməsi üçün iddiaçıya sorğu verilməsində yardım göstərilməsini xahiş etmişdir. Verilən cavablar isə natamam və ya sorğunun mahiyyətinə uyğun olmayan cavablar olmuşdur. Belə ki, iş gedişatından həm X4 verilməli olan hesabatların verilmədiyi, elektron sistemlər vasitəsilə X3 tərəfindən verilmiş sorğular barədə xidmət göstərdiyi şirkətə verilməmiş məlumatlara görə şirkətə dəymiş maddi və işgüzar nüfuz zərəri çox aydın görünür. Odur ki, haqq-hesabların aparılması və xidmət müqaviləsinin hesablanması üçün bütün görülən işlər barədə hesabatların və onlara aid olan hissədə bazanın təqdim edilməsi zəruridir. İddiaçı xidmət müqaviləsi bağlayarkən danışıqlar aparılması və şərtlərin müəyyənləşdirilməsi üçün ofislərinə gəldiyi zaman köhnə Vergilər Nazirliyi əməkdaşı olduğunu bildirərək vergi ilə bağlı yaranacaq bütün məsələlərdə və risklərdə köməklik göstərəcəyini bildirdiyi üçün yeni qurulan şirkət olaraq vergi məsələləri ilə bağlı bütün zəruri tədbirləri görmək üçün mütəxəssisə ehtiyacları var idi və bunu iddiaçıya bildirmişdir. Şirkətin müəyyən alacaqları gecikdiyi üçün sosial ödənişlərin gecikməsi səbəbindən cavabdehin hesabına qoyulmuş sərəncamın götürülməsi, borcun aylara bölünməsi və s. işin davam etdirilməsi, ödənişlərin aparılması üçün sərəncamın qaldırılmasına iddiaçı tərəfindən heç bir tədbir görülməmişdir. Halbuki qeyd olunanlar qanunla mümkündür və şirkətin işlərinin pisləşməməsi üçün bunu etmək vacib idi. Əgər hər hansı tədbir görülmüş və ya ən azından məktub və s. müraciət yazılmışdırsa məlumat verilməsini xahiş edirlər. İddiaçı bildirir ki, cavabdehə cərimə tətbiq edilməsi onunla əlaqədar olmamışdır. X1 Müfəttişliyi Xidmətinin sorğusuna sorğuda qeyd olunan müddət ərzində cavab verilməməsi şirkətin məhkəmə qərarı ilə cərimələnməsi ilə nəticələnmişdir. Şirkət belə bir sorğunun dekabr ayında elektron sistem vasitəsilə göndərilməsindən məhkəmə zamanı xəbər tutmuş və pozuntunu aradan qaldırmışdır. Yəni tərəfindən dəfələrlə bu məsələyə qısa cavab olaraq “Cərimə işçinin narazı qalıb şikayət verməsi səbəbindən yaranıb, bizə görə olmayıb” deyilməsi məsələnin və cəriməyə əsas olan halların, inzibati norma və tövsifin dəqiq anlaşılmadığını göstərir. Belə ki, işçinin şikayətindən sonra şikayətin araşdırılması üçün şirkətdən tələb olunan sənədlər təqdim edilsəydi,yəni sorğu barədə şirkət məlumatlandırılsaydı cərimə tətbiq olunmayacaqdı. İzah üçün bildirir ki, əmək qaydalarının pozulması üçün nəzərdə tutulmuş inzibati tənbeh normaları fərqlidir. İddiaçı müəssisənin işçilərinin əmək haqqılarını vaxtı vaxtında ödəməməsini, işçilərin aldadılaraq işdən azad edilməsi hallarını qeyd etmişdir ki, bunun sübut olunmasını tələb edir. Əlavə olaraq bildirir ki, kommersiya sirri daşıyan məlumatlar barədə xidmət müqaviləsi əsasında aldığı məlumatların yayılması və işgüzar nüfuzun ləkələnməsinə yönəlmiş bu qeydlə bağlı tərəflərindən iddiaçıya qarşı müvafiq iddia qaldırılacaqdır. Həmçinin qeyd etmək istəyir ki, iddiaçı şirkətlə şəxsən fiziki şəxs kimi müqavilə bağlasa da, sonradan cavabdehə məlum olmuşdur ki, işlərini başqa şəxslərə gördürür ki, bu da bütün kommersiya sirri və baza məlumatlarını müqavilə bağlamadığı şəxslərə cavabdehin iradəsinə zidd olaraq verilməsi deməkdir. İddiaçının öz ərizəsində də qeyd etdiyi kimi, Azərbaycan Respublikasının “Kommersiya sirri haqqında” Qanununun 2.0.7-ci maddəsinə əsasən kommersiya sirrini yaymaq dedikdə müvafiq qanunvericiliyin, yaxud müqavilə şərtlərinin pozulması yolu ilə kommersiya sirrinin başqa şəxslərə açıqlanması başa düşülür. Həmin qanunun 2.0.1-ci maddəsinə əsasən isə kommersiya sirri hüquqi və fiziki şəxslərin istehsal, texnoloji, idarəetmə, maliyyə və başqa fəaliyyəti ilə bağlı, sahibinin razılığı olmadan açıqlanması, onların qanuni maraqlarına ziyan vura bilən məlumatlar başa düşülür. Yuxarıda qeyd olunan məlumatlar məsələnin araşdırılmasında heç bir rol oynamamaqla elektron məhkəmə sisteminə nəzarət edən fərqli insanlar bu barədə məlumatlanmışdır. İddiaçı hansı hüquqa əsaslanaraq “Müəssisə işçilərinin əmək haqlarını vaxtı vaxtında ödəmir” ifadəsini istifadə edə bilir? Belə bir məsələnin yayılması və ya şəxsi müdafiə və maraqlar üçün istifadəsi şirkətin təməl sirrlərinin etibar edildiyi xidmət fəaliyyətini göstərmə etikasına və hüquqa uyğundurmu? İkinci bir tərəfdən məsələnin araşdırması zamanı işçilərdən alınan məlumatları da cəmlədikdən sonra bizə məlum olmuşdur ki, iddiaçı ilə şəxsən (yəni heç bir şirkətlə deyil) müqavilə barğlanmış, xdməti şəxsən götürmə öhdəliyi razılaşdırılmış və bu məsələlərdə rəqib şirkətlərə məlumatların ötürülməsi və s. səbəbindən cavabdehin həssaslığını bildirilməklə müqavilədə “subxidmət” tərzində bir razılaşma olmamışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
17. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, ## #### 2025-ci il tarixli, ***/** №-li müqaviləsi üzrə ümumillikdə 14160 manat dəyərində xidmət göstərilmiş, lakin müqavilə üzrə "Armarium Mebel İnteryer" MMC-nin 8850 manat borcu qalmışdır. Bununla əlaqədar olaraq iddiaçı tərəfindən "Armarium Mebel İnteryer"xxxx“İddiaçı” ilə “Armarium Mebel İnteryer” MMC arasında ## #### 2025-ci il tarixli, ***/** №-li xidmət göstərilməsi müqaviləsinə əsasən 7500.0 manat əsas və 1350 manat ƏDV borcunun, ümumillikdə 8850 manat məbləğin 3 gün müddətində "Armarium Mebel İnteryer" MMC-yə ödənilməsi xahiş edilmiş, lakin cavabdeh tərəfindən müqavilə üzrə hər hansı ödəniş edilməmişdir. Hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti tamamilə əsassızdır və formal mülahizələrə əsaslanmışdır. Belə ki, iddiaçı tərəfindən ## #### 2025-ci il tarixli, ***/** №-li müqaviləyə əsasən xidmətlər göstərilmiş, lakin sifarişçi “ARMARİUM MEBEL İNTERYER” MMC tərəfindən qarşılığında ödəniş edilməmişdir. Belə ki, cavabdeh tərəfindən aşağıdakı elektron-qaimə fakturalar üzrə ödəniş edilməmişdir: 1. ##.##.2025-ci il tarixli, MT2510 seriyalı ******** saylı qaiməyə əsasən – 1770 manat 2. ##.##.2025-ci il tarixli MT2511 seriyalı ******** saylı qaiməyə əsasən – 1770 manat 3. ##.##.2025-ci il tarixli MT2512 seriyalı ******** saylı qaiməyə əsasən – 1770 manat
4. ##.##.2026-cı il tarixli MT2601 seriyalı ******** saylı qaiməyə əsasən – 1770 manat 5. ##.##.2026-cı il tarixli MT2601 seriyalı ******** saylı qaiməyə əsasən - 1770 manat. Cavabdehin MT************ saylı, MT************ saylı, MT************ saylı, MT************ saylı və MT************ saylı qaimələr üzrə ##.##.2026-cı il tarixinə 7500 manat əsas, 1350 manat isə ƏDV borcu vardır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2026-cı il tarixli məktubda bildirilmişdir ki, “##.##.2025 tarixli, ***/** saylı müqaviləyə ##.##.2026-cı il tarixindən xitam verilir. 2025-ci il sentyabr, oktyabr, noyabr, dekabr və 2026-cı il yanvar ayları üzrə iş və xidmətlər müqaviləyə uyğun olaraq göstərilmiş, təhvil verilmişdir. Müvafiq dövr üçün, yəni 5 ay üzrə təhvil verilmiş iş və xidmətlər üzrə hesabda sərəncam olması səbəbindən borclar ödənilməmişdir. 5 aylıq xidmət haqqı borcunun müqaviləyə xitam verilməsinə baxmayaraq qısa müddətdə Sizin hesabınıza ödənilməsini təmin edəcəyik. Xahiş edirik nəzərə alasınız”. Beləliklə, ## #### 2025-ci il tarixli, ***/** №-li müqaviləsi üzrə ümumillikdə 14160 manat dəyərində xidmət göstərilmiş, lakin müqavilə üzrə cavabdehin 8850 manat borcu qalmışdır. Eyni zamanda qeyd etmək lazımdır ki, cavabdeh tərəfindən ona asan imza təqdim edilməmiş, asan imzanın təhvil-təslim edilməsi barədə cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Asan imza müəssisənin özündə olduğundan bütün əməliyyatları müəssisə rəhbəri özü təsdiq etmiş və imzalamışdır. Bütün əməliyyatlar “Armarium Mebel İnteryer” MMC tərəfindən aparılmışdır. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, “Xidmət müqaviləsi üzrə qarşılıqlı narazılıqlar yarandığı üçün və xidmətdən müəyyən narazılıqlarımız olduğu üçün təklif etmişik ki, bizə görülən işlər barədə rəsmi hesabat və hesabatlarımızın bazası təqdim olunsun ki, biz xidmət göstərilən şəxslə müqaviləni ləğv etdikdən və başqa xidmət müqavilələri ilə çalışdıqdan sonra mühasibatlıqvergi məsələləri üzrə işlərə qaydası ilə davam edə bilək” Bununla bağlı bildirir ki, xidmət müqaviləsi ilə bağlı hər hansı narazılıq yaranmamışdır. Birinci instansiya məhkəməsinə təqdim etdiyi mülahizədə əgər xidmət müqaviləsi ilə bağlı hər hansı narazılıq olmasını təsdiq edən sübutlar varsa, onların məhkəməyə təqdim edilməsini xahiş etmiş, lakin cavabdeh tərəfindən məhkəməyə bununla bağlı hər hansı sübut təqdim edilməmişdir. Cavabdeh aylıq xidmət haqqı ödənişlərini edə bilmədiyindən “Armarium Mebel İnteryer” MMC-nin rəhbəri telefonla əlaqə saxlayaraq bildirmişdir ki, borcun böyüməsini istəmir, bank hesablarına sərəncam qoyulduğundan, bağlanmış xidmət müqaviləsinə əsasən ödənişi vaxtında edə bilmədiklərindən zaman verdikləri üçün təşəkkür edir. Telefon vasitəsilə bunu bildirdikdən sonra ##.##.2026-cı ildən işin dayandırılması xahiş edilmişdir. Bununla əlaqədar iş və xidmətlərin göstərilməsi ##.##.2026-cı il tarixdən dayandırılmışdır. Müəssisənin rəhbəri həm telefon, həm də rəsmi şəkildə bu dövrədək olan dövr üzrə də xidmət haqqı məbləğini yaxın vaxtlarda ödəyəcəyini bildirmişdir. Lakin daha sonra öz vədindən yayındığını gördükdən sonra tərəfindən məhkəməyə müraciət edilmişdir. Bir daha qeyd edir ki, asan imza vasitəsilə bütün əməliyyatlar müəssənin özü tərəfindən aparılmışdır. İddiaçının öhdəlikləri vergi hesabatlarının tərtib edilməsindən ibarət olmuşdur. Vergi orqanından elektron kargüzarlıq vasitəsilə gəlmiş məktublara baxılararaq cavablar müəssisənin rəhbəri ilə razılaşdırıldıqdan sonra təqdim edilmişdir. İddiaçı tərəfindən ancaq vergi orqanları ilə yazışmalar aparılmışdır. Digər dövlət orqanlarından gələn məktublar isə iddiaçıya təqdim edilməmişdir. Müəssisənin öz işçisi müəssisədən narazı olduğu üçün müvafiq qurumlara şikayət vermişdir. Cavabdehə cərimə tətbiq edilməsi iddiaçı ilə əlaqədar olmamışdır. X3 Xidməti ilə əlaqədar problemlər müəssisənin işçilərinin əmək haqqılarını vaxtı-vaxtında ödəməməsi, işçilərin aldadılaraq işdən azad edilməsi halları ilə bağlıdır. Müəssisə əmək qanunvericiliyinin tələblərini pozduğu üçün cərimə edilmişdir. Eyni zamanda cavabdehin “şirkətin kommersiya sirrinin üçüncü şəxslərə verilməsi” arqumentinə cavab olaraq bildirir ki, iddiaçı tərəfindən cavabdehin kommersiya sirrini pozacaq heç bir hərəkətə yol verilməmiş, heç bir məlumat üçüncü şəxslərə keçməmiş, konfidensiallıq tam şəkildə qorunmuşdur. Cavabdehin bu fikri digər fikirləri kimi yalnız formal mülahizələrə əsaslanmış, bu fikri təsdiq etmək üçün heç bir sübut təqdim edə bilməmişdir. Göründüyü kimi tərəfimdən cavabdehə müqavilədə razılaşdırılmış xidmətləri göstərməklə müqavilə ilə üzərimə götürdüyü öhdəliyini lazımınca icra etmişdir. Cavabdeh isə göstərilmiş xidmətlərin qəbul edilməsinə dair hüququndan istifadə etmiş, lakin müəyyən ödənişlər etsə də, yaranmış borcu tam ödəməyərək vəzifəsini lazımınca yerinə yetirməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
18. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin rədd edilməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
19. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir.. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq:
20. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. -753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. -445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Apellyasiya baxışının hədləri
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
23. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edilmiş və həmin qətnamə cavabdeh tərəfindən mübahisələndirilmişdir. Odur ki, qətnamənin əsaslığı bütövlükdə yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
25. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı İddiaçı ilə cavabdeh “Armarium Mebel İnteryer” MMC arasında bağlanmış ##.##.2025-ci il tarixli, ***/** saylı xidmət göstərilməsi barədə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən iddiaçı müqavilə üzrə öhdəliklərini icra edərək aylıq mühasibatlıq və digər hesabatların dövlət orqanlarına təqdim edilməsi, elektron kargüzarlıq vasitəsilə vergi orqanı ilə yazışmaların aparılması, HR işləri, məzuniyyət və əmək haqların hesablanması işlərini yerinə yetirməyi, cavabdeh isə göstərilmiş xidmətlərinin müqabilində bu müqavilədə nəzərdə tutulmuş məbləği ödəməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçı cavabdehin xidmət haqqını müqavilədə nəzərdə tutulmuş müddətdə ödəmədiyini, nəticədə iddiaçıya 8850 manat məbləğində borcun yarandığını əsas göstərərək həmin borcun tutulmasını tələb edir. Cavabdeh isə xidmətlərin tam və keyfiyyətli göstərilməməsi, bəzi hesabat və sənədlərin təqdim edilməməsi, dövlət orqanlarının sorğularına vaxtında cavab verilməməsi nəticəsində şirkətə zərər dəyməsi, habelə təhvil-təslim aktlarının olmamasını əsas gətirərək iddianın rədd edilməsini tələb edir.
26. Məhkəmə ilk növbədə tərəflər arasında bağlanmış müqavilənin xidmət müqaviləsi olduğunu, xidmət müqaviləsini tənzimləyən xüsusi normaların qanunvericilikdə yer almadığını nəzərə alaraq qeyd edir ki, mübahisəyə xidmət müqaviləsi ilə oxşar olan podrat müqaviləsinin normaları tətbiq edilməlidir. Odur ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 752.1-ci maddəsi təşkil edir. Kollegiya qeyd edir ki, iddiaçı iddia etdiyi həcmdə və dəyərdə xidmətlərin göstərilməsi faktını və həmin xidmətlərə görə borcun mövcud olması faktını sübuta yetirmək üçün iddiaçı tərəfindən görülmüş işlərin həcmini və dəyərini təsdiq edən elektron qaimələri, əvvəlki dövrlərdə elektron qaimələr üzrə ödənişlərin icra edilməsini təsdiq edən hesabdan çıxarış məlumatlarını məhkəməyə təqdim etmişdir. Cavabdeh isə iddiaya etiraza əsas kimi iddiaçı tərəfindən müqavilə üzrə xidmətlərin keyfiyyətli göstərilməməsinə, o cümlədən ayrıayrı dövlət
27. orqanlarından daxil olmuş müraciət və sorğulara vaxtında münasibət bildirilməməsinə, bunun nəticəsində isə şirkətə zərər dəyməsinə, tərəflər arasında müqaviləyə 2025-ci ilin dekabr ayında xitam verilməsi barədə tərəflər arasında razılaşma olsa da, cavabdehin iddiaçının ASAN imzasından istifadə etməklə yalnız 2026-cı lin yanvar ayının 30-da xitam bildirişi göndərməsinə istinad etsə də, həmin halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
28. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, məhkəmə mübahisəsinədək olan müddət ərzində cavabdehin iddiaçıya göstərilmiş xidmətlərin keyfiyyəti ilə bağlı hər hansı irad bildirməsi, xidmətlərdə yol verilmiş qüsurların aradan qaldırmasını, xidmətlərin qüsurlu icra edilməməsi ilə bağlı xidmət haqqının azaldılmasını tələb etməsi iş materiallarına əsasən müəyyən edilmir, əksinə iddiaçının müqavilə üzrə göstərilmiş aylıq xidmətlərə dair göndərdiyi elektron qaimələr cavabdeh tərəfindən düzəliş üçün qaytarılmamış və həmin qaimələrlə bağlı cavabdehə və ya vergi orqanına hər hansı formada etiraz edilməmişdir.
29. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklərinin pozulması nəticəsində X3 Xidmətinin inzibati protokolu əsasında məhkəmə tərəfindən inzibati məsuliyyətə cəlb edilməklə 2.000 manat məbləğində cərimələnməsi barədə cavabdehin dəlillərinə gəldikdə isə qeyd olunmalıdır ki, birincisi, cavabdeh cərimə məbləğinin müqavilə öhdəliklərinin pozulması nəticəsində dəymiş maddi zərərin əvəzi kimi iddiaçıdan tutulmasına dair cavabdeh tərəfindən müstəqil tələb irəli sürülməmişdir. İkincisi, cərimənin tətbiqinin iddiaçı tərəfindən mübahisəli müqavilə öhdəliyinin pozulması nəticəsində baş verməsi, yəni cavabdehin iddia etdiyi kimi X3 Xidməti tərəfindən iddiaçıya sorğusu göndərilməsi, iddiaçının hərəkətsizliyi nəticəsində sorğunun cavablandırılmaması, eləcə də ümumiyyətlə mübahisəli müqaviləyə əsasən X3 Xidməti ilə yazışmaların aparılması öhdəliyinin iddiaçıya aid edilməsi hər hansı sübutlar ilə öz təsdiqini tapmamışdır. Odur ki, həmin dəlillər də formal mülahizə kimi qiymətləndirilir.
30. Beləliklə, kollegiya hesab edir ki, iddiaçının mübahisəli dövrdə cavabdehə xidmət göstərməsi faktı işin yuxarıda göstərilən halları ilə öz təsdiqini tapdığından iddiaçı tərəfindən göstərilmiş xidmətlərə görə xidmət haqqının tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
31. Eyni zamanda cavabdehin xidmət müqaviləsi üzrə öhdəliklərinin icrasını gecikdirilməsi iş materialları ilə müəyyən edildiyini nəzərə alaraq kollegiya hesab edir ki, cavbadehdən iddiaçının xeyrinə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən 221,6 manat məbləğində faizlərin tutulması hissəsində də birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
32. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
33. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
34. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh “Armarium Mebel İnteryer” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov