Məhkəmə qərarları › İş №2(004)-751/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-751/2025

08.01.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-751/2025 08.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X21 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh ünvan 2 qarşı “buraxılmış prossesual müddətin bərpa edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ünvan 2 qarşı “buraxılmış prossesual müddətin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vərəsəliyin qəbulu müddətinin onun işi ilə əlaqədər buraxılmasının səbəbi üzürlü hesab edərək, buraxılmış prossesual müddətinin bərpa edilməsi barədə qətnamə qəbul edilmnəsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, 19 saylı notariat ofisinə müraciət edərək, xx.xx.2022-ci ildə vəfat etmiş anası, X6 məxsus olan miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, 19 saylı notariat ofisi Notariat hərəkətini aparmaqdan imtina edilməsi haqqında qərar vermişdir. Bildirmişdir ki, o, xx.xx.2018-ci ildən hal-hazıradək Türkiyə Respublikasında müəllim kimi çalışır. Bakıya gəlib-getmək çətin olduğundan vaxtında mirası qəbul edə bilməmişdir. Hesab edir ki, prosessual müddətin buraxılmasının səbəbi üzrlüdür və buna görə də məhkəmə tərəfindən bərpa edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, onun məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, anaları 2022-ci ildə vəfat edib. O, vəfat etdikdən sonra notariat kontoru yaxın olduğundan o gedib, mirası rəsmi qəbul etdi. Bacısı Türkiyədə işləyir və yalnız məzuniyyət vaxtında ölkəyə gəlir. O, bacısı gələndə ona gedib miras əmlakı qəbul etməsini bildirmişdir. Lakin notariat kontoru ona müddəti ötürdüyünü bildirmişdir. Miras əmlak bir ədəd evdir. Bacısından başqa bir qardaşı da var idi, o, 2019-cu ildə dünyasını dəyişib. Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh ünvan 2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan TC Milli Eğitim Bakanlığının xx.xx.2017-ci il tarixli vəsiqəsinə əsasən X1 qeydiyyatda olan xx.xx.1961-ci il təvəllüdlü İddiaçı X31 Liseyində fəaliyyət göstərmişdir. İş materiallarında olan Türkiyə Cümhuriyyətinin **********8 identifikasiya nömrəli xx.xx.2023cü il tarixli işə icazə vəsiqəsindən görünür ki, son etibarlılıq müddəti xx.xx.2024-cü il tarixə kimi olan X19 xx.xx.1961-ci il təvəllüdlü İddiaçı iş yeri ünvanı X24 yayımcılık sağlık inşaat tarım hayvancılık limited şirkəti kimi göstərilmişdir. İş materiallarında olan PC AZE seriyalı, C02136385 nömrəli ümumvətəndaş pasportuna əsasən İddiaçı 01 iyul 2022-07 iyul 2022-ci il tarixlərində və sonuncu dəfə 06 iyul 2024-cü il-12 avqust 2024-cü il tarixlərində Azərbaycan Respublikası ərazisində olmuşdur. İş materiallarında olan Qazax rayon qeydiyyat şöbəsinin AZ №046038 saylı, 01 avqust 1961-ci il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən X13 xx.xx.1961-ci il tarixdə Qazax rayonunda anadan olmuşdur. X4, anası isə X7r. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinin AZ №347621 saylı, 10 mart 1963-cü il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən Nümayəndə xx.xx.1963-cü il tarixdə Ağstafa rayonunda anadan olmuşdur. X4, anası isə X7r. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* saylı, xx.xx.2012-ci il tarixli çıxarışına əsasən ünvan 1 tam mülkiyyət hüququ üzrə X5 adına xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmişdir. İş materiallarında olan 03 saylı Bakı “Asan Xidmət” Mərkəzi qeydiyyat şöbəsinin AZ-İİ №001091 saylı, 27 fevral 2019-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X16 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinin AZ-İİ №284179 saylı, 06 iyul 2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X8 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinin AZ-İİ №300442 saylı, 03 dekabr 2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X15 xx.xx.1994cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinin 06 dekabr 2022-ci il tarixli arayışa əsasən X15 ilə X5 nikahı haqqında 27 avqust 1960-cı il tarixdə 56 saylı akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə Mehtiyev, arvada Hadıyeva soyadı verilmişdir. İş materiallarında olan 56 saylı MKİS-in 16 dekabr 2022-ci il tarixli arayışına əsasən ünvan 1 ünvanında qeydiyyatda olmuş və yaşamış X8 xx.xx.2022-ci il tarixdə vəfat etmiş, onunla birgə vəfat etdiyi günədək həmin ünvanda qonşuları X9, X2 və X11 aktına əsasən Nümayəndə (1963) qeydiyyatsız yaşamışlar. Həmin ünvanda Mehdiyeva Könül (1975), X17 (2003) və X12 (2001) qeydiyyatdadırlar. İş materiallarında olan Nümayəndə ünvan 2 ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən xx.xx.2022-ci il tarixdə vəfat etmiş ünvan 1 ünvanında yaşamış anası X8 vəfat etdiyindən o, miras qalan əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri 19 saylı Notariat Kontorunun xx.xx.2024-cü il tarixli “Notariat hərəkətini aparmaqdan imtina edilməsi haqqında” qərara əsasən İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş və notariusun hərəkətlərindən məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. MM-in 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. MM-in 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. MM-in 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. MM-in 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2022-ci tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər. Həmin qərarın təsviri-əsaslandırıcı hissələrində qeyd olunan hüquqi mövqeyə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı müraciətdə qaldırılan məsələyə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. O da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1248-ci maddəsinə uyğun olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Qeyd olunan qanunvericilik norması mirasın qəbulu müddətinin ötürülməsinin həmin vərəsənin vərəsəlik hüququnun xitamına səbəb olmadığını ehtiva etməklə, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddətin kəsici müddət olmasını da istisna edir. Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilməli, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməlidir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçının anası X8 xx.xx.2022-ci il tarixdə vəfat etmiş və bununla da vərəsəlik açılmışdır. İddiaçı tərəfindən miras payının müəyyən edilməsi məqsədilə Bakı şəhəri 19 saylı Notariat Ofisinə ərizə ilə müraciət edilmiş, lakin sonuncu tərəfindən miras əmlakın qəbul edilməsi ilə bağlı 3 aylıq müddətin iddiaçı tərəfindən ötürülməsi əsası ilə imtina edilmişdir. İşin mübahisəsiz halıdır ki, iddiaçı daimi olaraq Türkiyədə yaşayır və işləyir. Anasının ölümündən sonra ölkə ərazində sonuncu dəfə 06 iyul 2024-cü il-12 avqust 2024-cü il tarixlərində olmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Nəzərə almaq lazımdır ki, ünvan 1 ünvanında yerləşən miras əmlakına dair mülkiyyət hüququ xx.xx.2012-ci il tarixdə dövlət qeydiyyatına alınmış və iddiaçı tərəfindən miras əmlakın qəbul edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli ərizə ilə yazılı qaydada notariat ofisinə müraciət edilmişdir. İddiaçının Türkiyə Cumriyyətində daimi yaşaması və müəllimə kimi çalışması, bu səbəbdən ölkə ərazisinə gələrək miras qəbulu üçün notariat orqanına vaxtında müraciət etməməsi üzrlü hesab edilərək bərpa edilməlidir. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı tərəfindən anası mərhum X3 qalmış miras əmlakın qəbulu üçün buraxılan müddət üzrlü hesab edilərək bərpa edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı tərəfindən anası mərhum X3 qalmış miras əmlakın qəbulu üçün buraxılan müddət üzrlü hesab edilərək bərpa edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar