Məhkəmə qərarları › İş №2(004)-754/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-754/2021

22.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-754/2021 22.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı xxxx” MMC Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqavilə üzrə, Samsung markalı paltaryuyan, paltaryuyan üçün ərp əleyhinə vasitə, paltaryuyan maşının ilk işə salınması üçün vasitə, paltaryuyan maşın təmizləyicisi üçün 1317,60 manat ödənilməmiş hissə, 162,40 manat dəbbə pulu olmaqla, 1480 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə, Kenwood markalı Ətçəkən və Şirəçəkən üçün 790,80 manat ödənilməmiş hissə, 195,20 manat dəbbə pulu olmaqla, 986 manat, ümumilikdə 2466 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq, iddiaçıya ödənilməsi barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən, Samsung markalı Paltaryuyan, Paltaryuyan üçün ərp əleyhinə vasitə, Paltaryuyan maşının ilk işə salınması üçün vasitə, Paltaryuyan maşın təmizləyicisi, Kenwood markalı Ətçəkən və Şirəçəkən almış və nəticədə 2466 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1317,60 manat (24 ay x 54,90 manat + 0 manat ilkin ödəniş) Samsung markalı paltaryuyan, paltaryuyan üçün ərp əleyhinə vasitə, paltaryuyan maşının ilk işə salınması üçün vasitə, paltaryuyan maşın təmizləyicisi üçün ümumilikdə, 1480 manat olmaqla ondan, 1317,60 manat ödənilməmiş hissə, 162,40 manat dəbbə; xx.xx.2019-cu il tarixli müqaviləsfnə əsasən, alqı-satqı qiyməti 790,80 manat (12 ay x 65,90 manat + 0 manat ilkin ödəniş) Kenwood markalı Ətçəkən və Şirəçəkən üçün ümumilikdə, 986 manat olmaqla ondan, 790,80 manat ödənilməmiş hissə, 195,20 manat dəbbə; Cavabdehin cəmi ödədiyi məbləğ 0 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan baxıımasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3, 442, 445.2.1, 448.1, 449.1, 449.4, 467, 577.1, 577.2, 600.1, 600.2, 600.5ci maddələrini nəzərə alaraq, müəyyən etdi ki, cavabdeh, “xxxx” MMC ilə bağladığı xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən, Samsung markalı Paltaryuyan, Paltaryuyan üçün ərp əleyhinə vasitə, Paltaryuyan maşının ilk işə salınması üçün vasitə, Paltaryuyan maşın təmizləyicisi, Kenwood markalı Ətçəkən və Şirəçəkən almış və nəticədə 2466 manat borc yaranmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2019cu il tarixli müqavilə üzrə, Samsung markalı paltaryuyan, paltaryuyan üçün ərp əleyhinə vasitə, paltaryuyan maşının ilk işə salınması üçün vasitə, paltaryuyan maşın təmizləyicisi üçün 1317,60 manat ödənilməmiş hissə, 162,40 manat dəbbə pulu olmaqla, 1480 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə, Kenwood markalı Ətçəkən və Şirəçəkən üçün 790,80 manat ödənilməmiş hissə, 195,20 manat dəbbə pulu olmaqla, 986 manat, ümumilikdə 2466 manat borc yaranmışdır. Göründüyü kimi, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. AR Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Qanunvericilik eyni zamanda nəzərdə tutur ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə, Samsung markalı paltaryuyan, paltaryuyan üçün ərp əleyhinə vasitə, paltaryuyan maşının ilk işə salınması üçün vasitə, paltaryuyan maşın təmizləyicisi üçün 1317,60 manat ödənilməmiş hissə, 20,40 manat dəbbə pulu olmaqla, 1338 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə, Kenwood markalı Ətçəkən və Şirəçəkən üçün 790,80 manat ödənilməmiş hissə, 30,20 manat dəbbə pulu olmaqla, 821 manat, ümumilikdə 2159 manat borc və 30 manat dövlət rüsumu tutularaq, iddiaçıya ödənilməlidir. Məhkəmə onu da qeyd edir ki, iddia cərimənin tutulmasının qalan hissəsinə münasibətdə təmin edilməməlidir. Belə ki, məhkəmə AR Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunun azaldılmasını məqbul saymışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə, Samsung markalı paltaryuyan, paltaryuyan üçün ərp əleyhinə vasitə, paltaryuyan maşının ilk işə salınması üçün vasitə, paltaryuyan maşın təmizləyicisi üçün 1317,60 manat ödənilməmiş hissə, 20,40 manat dəbbə pulu olmaqla, 1338 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə, Kenwood markalı Ətçəkən və Şirəçəkən üçün 790,80 manat ödənilməmiş hissə, 30,20 manat dəbbə pulu olmaqla, 821 manat, ümumilikdə 2159 (iki min yüz əlli doqquz) manat borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi dəbbə pulunun qalan hissəsinə münasibətdə təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar