Məhkəmə qərarları › İş №2(004)-759/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-759/2022

17.02.2022 · Daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkyyəti hüququnun tanınması haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-759/2022 17.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi X1 oğlunun katibliyi Ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətini və Maraqlı şəxs2 maraqlı şəxs qismində cəlb etməklə daşınar əşyanın sahibsiz hesab edilməsinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Ərizəçi xüsusi icraat qaydasında ərizə və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ümumi dəyəri 21019 manat olan 583-585 əyarlı qızıldan hazırlanmış və ümumi çəkisi 823,46 qram təşkil edən 26 ədəd qolbaq, 66 ədəd boyunbağı, 23 cüt sırğa, 17 ədəd üzük, 21 ədəd qolbaq,5 ədəd kulonla birlikdə boyunbağı, 11 ədəd kulon, 4 ədəd mirvarili boyunbağının sahibsiz hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 13.07.2011-ci il tarixdə Tovuz Gömrük İdarəsinin “Sınıq körpü” gömrük postunda (hazırki Qərb Ərazi Baş Gömrük idarəsinin “Qırmızı körpü” gömrük postu) Türkiyədən Azərbaycan Respublikasına piyada keçidi ilə gələn Maraqlı şəxs2 Murat qızının əl yükündən gömrük nəzarətindən gizlədilmiş, kağıza bükülmüş vəziyyətdə sarı metaldan hazırlanmış 26 ədəd qolbaq və 1 düzüm muncuq və X3 ayağındakı corablarının içərisində, kəmərinin altında və başqa yerlərdə gömrük nəzarətindən gizlədilmiş sarı metaldan hazırlanmış 66 ədəd boyunbağı, 23 cüt sırğa, 17 üzük, 21 qolbaq, 5 kulonlu boyunbağı,11 kulon və 3 düzüm muncuq aşkar edilmişdir. Aşkarlanmış faktlar üzrə Tovuz Gömrük İdarəsində X3 və Maraqlı şəxs2 Murat qızının izahatı alındıqdan və zəruri araşdırmalar aparıldıqdan sonra X5 barəsində toplanmış material Tovuz Gömrük İdarəsinin 14.07.2011 -ci il tarixli 13/02-25/000513 nömrəli, Maraqlı şəxs2 Murat qızının barəsində toplanmış material isə Tovuz Gömrük İdarəsinin 14.07.2011 -cı il tarixli 13/02-25/000514 nömrəli məktubu ilə Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsinə göndərilmişdir. İstintaq İdarəsi tərəfindən hər iki material 25/25/013339 və 25/25/013340 qeydiyyat nömrəsi ilə icraata qəbul edilmişdir. Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində X3 və Maraqlı şəxs2 Murat qızı barəsində olan materiallar öyrənildikdə 13.07.2011-ci ildə Tovuz Gömrük İdarəsinin “Sınıq körpü” gömrük postu vasitəsilə Türkiyədən Azərbaycan Respublikasına piyada keçidi ilə gələn Maraqlı şəxs2 Murat qızının əl yükündə və üstündə kağıza bükülmüş vəziyyətdə, sarı metaldan hazırlanmış 26 ədəd qolbaq və 1 düzüm muncuq, X4 isə kəmərinin altında, ayaqlarındakı corabların içərisində və ciblərində sarı metaldan hazırlanmış 66 ədəd boyunbağı, 23 cüt sırğa, 17 üzük, 21 qolbağı, 5 ədəd kulonlu boyunbağı, 11 kulon və 3 düzüm muncuqun gömrük nəzarətindən gizli, yəni qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən külli miqdarda keçirilməsi müəyyən edilmiş və fakta görə Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə 08.09.2011-ci il tarixli qərarla cinayət işi başlanmışdır. İstintaq orqanı tərəfindən X2 və Maraqlı şəxs2 Murat qızından hüquqpozma predmeti kimi götürülmüş 26 ədəd qolbaq, 66 ədəd boyunbağı, 23 cüt sırğa, 17 ədəd üzük, 21 ədəd qolbaq, 5 ədəd kulonla birlikdə boyunbağı, 11 ədəd kulon, 4 ədəd mirvarili ooyunbağı 24.02.2012-ci il tarixli protokolla Dövlət Gömrük Komitəsinin xəzinəsinə təhvil verilmişdir. İstintaq orqanının 10.09.2011-ci il tarixli qərarı ilə cinayət işi üzrə kompleks məhkəmə fiziki-kimyəvi və məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. İstintaq orqanının qeyd olunan qərarının icrasına başlayan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 26.09.2011-ci il tarixli rəy tərtib edərək həmin tarixli məktubla istintaq orqanına göndərmişdir. Qeyd olunan rəydə tədqiqata təqdim edilmiş zərgərlik məmulatlarının 583-585 əyarlı qızıldan hazırlanmaqla ümumi kütləsi 823,46 qram olmaqla 13.07.2011- ci il tarixə respublikadaxili orta bazar qiyməti təxminən 21019 manat üç düzüm mirvari boyunbağının isə ümumi dəyərinin 150 manat təşkil etməsi qeyd edilmişdir. İstintaq orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş bütün istintaq və prosessual hərəkətlər yerinə yetirildikdən sonra 26.11.2011-ci il tarixli qərarı ilə Maraqlı şəxs2 Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, lakin o, istintaqdan gizləndiyinə görə ona ittiham elan etmək mümkün olmamışdır. Bu səbəbdən də 26.11.2011-ci il tarixdə istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən cinayət işi üzrə icraatın dayandırılması və Azərbaycan Respublikası CPM-nin 278-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin axtarışı haqqında qərar qəbul edilmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 01,05.2020-ci il tarixli Azərbaycan Respublikası qanununun qüvvəyə minməsi ilə əlaqədar istintaq orqanı tərəfindən 23.07.2020-ci il tarixdə cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının vətəndaşı Maraqlı şəxs2 qeyd edilən əməlində Azərbaycan Respublikası CM-nin 206-cı maddəsinin tərkib əlamətləri olmadığından barəsindəki cinayət təqibinə və Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə başlanılmış cinayət işinin icraatına həmçinin Maraqlı şəxs2 Murat qızının təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında 26.11.2011-ci il tarixli qərarına xitam verilmişdir. Onun əməlində Azərbaycan Respublikası İXM-nin 480 və 482.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərkib əlamətlərinin olduğu nəzərə alınaraq, toplanmış materiallardan zəruri sənədlərin surəti çıxarılaraq baxılması üçün aidiyyəti üzrə idarənin Təhqiqat şöbəsinə verilməsi və aşkar edilərək götürülmüş ümumilikdə 21019 manat dəyərində olan qızıl zinət əşyaları inzibati məsuliyyət məsələsi barədə müvafiq qərar qəbul edilənədək hazırda olduğu yerdə - Dövlət Gömrük Komitəsinin xəzinəsində saxlanılmasının nəzərə alınması barədə qərar qəbul edilmişdir. Bundan sonra Dövlət Gömrük Komitəsinin Təhqiqat şöbəsi tərəfindən 22.10.2020-ci il tarixdə Azərbaycan Respublikasının vətəndaşı Maraqlı şəxs2 barəsində başlanılmış 10000-0055/20 nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, hüquqpozma predmeti kimi götürülmüş 26 ədəd qolbaq, 66 ədəd boyunbağı, 23 cüt sırğa, 17 ədəd üzük, 21 ədəd qolbaq, 5 ədəd kulonla birlikdə boyunbağı, 11 ədəd kulon, 4 ədəd mirvarili boyunbağının 24.02.2012-ci il tarixli protokolla Dövlət Gömrük Komitəsinin xəzinəsinə təhvil verilməsinin nəzərə alınması və qərarın surəti bu qərarın 2-ci bəndində nəzərdə tutulan malların dövlət nəfinə keçirilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi üçün Hüquqi Təminat İdarəsinə göndərilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxs məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 323.1-ci maddəsinə əsasən daşınar əşyaların sahibsiz hesab edilməsi haqqında ərizə məhkəməyə bu əşyaya sahiblik etməyə başlamış şəxsin yaşadığı və ya olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən daşınar əşyanın sahibsiz hesab edilməsi haqqında ərizədə hansı əşyanın sahibsiz hesab edilməli olması göstərilməli, onun əsas fərqləndirici əlamətləri təsvir edilməli, habelə mülkiyyətçi tərəfindən əşyanın üzərində mülkiyyət hüququnu saxlamaq niyyətinin olmaması və ərizəçinin əşyaya sahiblik etməyə başlaması barədə sübutlar göstərilməlidir. Həmin Məcəllənin 326.1-ci maddəsinə əsasən məhkəmə hesab etsə ki, daşınar əşyanın mülkiyyətçisi yoxdur, yaxud mülkiyyətçi tərəfindən əşya onun üzərində mülkiyyət hüququnu saxlama niyyəti olmadan sahibsiz qoyulmuşdur, onda daşınar əşyanın sahibsiz hesab edilməsi və onun sahiblik etməyə başlamış şəxsin mülkiyyətinə verilməsi barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181.4-cü maddəsinə əsasən mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alqı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Əgər şəxs beş il fasiləsiz daşınar əşyaya öz mülkiyyəti kimi sahiblik etmişdirsə, o həmin əşyaya mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti). Əgər əldə edən əşyaya vicdansız sahiblik edirdisə və ya sonradan əşyanın ona məxsus olmamasını bilmişdirsə, daşınar əşyanın əldə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182.2-ci maddəsinə əsasən daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 26.09.2011-ci il tarixli rəydən görünür ki: “26 ədəd müxtəlif formalı qolbaq: Qolbaqların üzərində «Sozer 14k». «Mamuş», «Riva 585» damğaları həkk edilmişdir. Qolbaqların metalı 583/585 əyarlı qızıla uyğun olub, ümumi kütləsi 155,39 qram təşkil edir. Bır düzüm mirvarili boyunbağı: Boyunbağının kilidinin üzərində «585» damğası həkk edilmişdir Boyunbağının kilidinin metalı 583/585 əyarlı qızıla uyğun olub, ümumi kütləsi 43,19 qram təşkil edir. 66 ədəd müxtəlif formalı boyunbağı: Boyunbağıların üzərində «585» damğası həkk edilmişdir. Boyunbağıların metalı 583/585 əyarlı qızıla uyğun olub, ümumi kütləsi 241,66 qram təşkil edir. 22 cüt sırğa: Sırğaların üzərində «585» damğaları həkk edilmişdir. Sırğaların metalı 583/585 əyarlı qızıla uyğun olub, ümumi kütləsi 62.28 qram təşkil edir. Sırğa cütlərinin bəzilərində olan göy rəngli qaşlar topaz, qırmızı rəngli qaşlar korund qrupuna, şəffaf rəngsiz qaşlar isə sirkon qaşlara aiddir. Üzərində ümumi sayı 64 ədəd brillyant qaş olan sırğa cütü: Sırğa cütünün üzərində «GoldStore» və «750» damğaları həkk edilmişdir. Sırğa cütündə olan brilyant. qaşların hər biri təxminən 0,016 karat ölçüdə olaraq keyfiyyətləri 2/4-dür. Sırğa cütünün metalı 750 əyarlı qızıla uyğun olub, kütləsi 7,30 qram təşkil edir. 15 ədəd müxtəlif formalı üzük: Üzüklərin üzərində «585» damğası həkk edilmişdir. Üzüklərin metalı 583/585 əyarlı qızıla uyğun olub, ümumi kütləsi 50,64 qram təşkil edir. Üzüklərdə olan şəffaf rəngsiz qaşlar sirkon qaşlara aiddir. Üzərində 23 ədəd brilyant qaş olan üzük: Üzüyün üzərində «GoldStore» və «750» damğalan həkk edilmişdir. Üzükdə olan brilyant qaşların hər biri təxminən 0,016 karat ölçüdə olaraq keyfiyyətləri 2/4-dür. Üzüyün metalı 750 əyarlı qızıla uyğun olub, kütləsi 5,60 qram təşkil edir. Üzərində 20 ədəd brilyant qaş olan üzük. Üzüyün üzərində «7M» və «M583» damğaları həkk edilmişdir. Üzükdə olan briiyant qaşların hər biri təxminən 0,004 karat ölçüdə olaraq keyfiyyətləri 3/3-dür. Qara rəngli qaş sadə qaşlara aiddir. Üzüyün metalı 500 əyarlı qızıla uyğun olub, kütləsi 15.17 qram təşkil edir. 21 ədəd müxtəlif formalı qolbaq: Qolbaqların üzərində «Altinbaş», «14k» damğalan həkk edilmişdir. Qolbaqların metalı 583/585 əyarlı qızıla uvğun olub, ümumi kütləsi 52,95 qram təşkil edir. 05 ədəd kulonlu boyunbağı: Məmulatların üzərində «585» damğalan həkk edilmişdir. Məmulatların metalı 583/585 əyarlı qızıla uyğun olub, ümumi kütləsi 11.78 qram təşkil edir. Məmulatların bəzilərində olan göy rəngli qaşlar topaz, qırmızı rəngli qaşlar korund qrupuna, şəffaf rəngsiz qaşlar isə sirkon qaşlara aiddir. 10 ədəd kulon: Kulonların üzərində «585» damğaları həkk edilmişdir Kulonların metalı 583/585 əyarlı qızıla uyğun olub, ümumi kütləsi 27.92 qram təşkil edir. Kulonların bəzilərində olan göy rəngli qaşlar topaz, şəffaf rəngsiz qaşlar isə sirkon qaşlara aiddir. Üzərində 10 ədəd brilyant və 01 ədəd göy rəngli qaş olan kulon: Kulonun üzərində damğa həkk edilməmişdir. Kulonda olan brilyant qaşların hər biri təxminən 0,10 karat ölçüdə olaraq keyfiyyətləri 2/3-dür. Göy rəngli qaş topaz qrupuna aiddir. Kulonun metalı 750 əyarlı qızıla uyğun olub, kütləsi 7.60 qram təşkil edir. Uç düzüm mirvarili boyunbağı: Boyunbağıların kilidinin üzərində «585» damğası həkk edilmişdir. Boyunbağıların kilidinin metalı 583/585 əyarlı qızıla uyğun olub, ümumi kütləsi 141,98 qram təşkil edir. Tədqiqata təqdim edilmiş zərgərlik məmulatlarının ümumi kütləsi 823.46 qram təşkil edir. Qeyd olunan xüsusatları nəzərə alaraq, aparılmış tədqiqat nəticəsində Bakı şəhərinin ticarət şəbəkələrində mövcud olan qiymətlərə əsasən, 1 qram 500 əyarlı qızıl məmulatının orta bazar qiymətinin 27,00 manat, 1 qram 583-585 əyarlı qızıl məmulatının orta bazar qiymətinin 31,00 manat, 1 qram 750 əyarlı qızıl məmulatının orta bazar qiymətinin 40,00 manat olmasını və brilyant qaşların qiymətləri isə Zərgərlik məmulatı və uyğun materialların ekspertizası» adlı metodik vəsaitinə əsasən tədqiqata təqdim edilmiş zərgərlik məmulatlarının respublikadaxili orta bazar qiyməti aşağıdakı kimi müəyyən edilir: 26 ədəd müxtəlif formalı qolbaq: Qiyməti 4817,00 manat. Bir düzüm mirvarili boyunbağı: Qiyməti 50,00 manat. 66 ədəd müxtəlif formalı boyunbağı: Qiyməti 7491,00 manat. 22 dil sırğa: Qiyməti 1931,00 manat. Üzərində ümumi sayı 64 ədəd brilyant qaş olan sırğa cütü: Qiyməti 591.00 manat, 15 ədəd müxtəlif formalı üzük: Qiyməti 1570,00 manat. Üzərində 23 ədəd brilyant qaş olan üzük: Qiyməti 331,00 manat. Üzərində 20 ədəd brilyant qaş olan üzük: Qiyməti 445,00 manat. 21 ədəd müxtəlif formalı qolbaq: Qiyməti 1641,00 manat. 05 ədəd kulonlu boyunbağı: Qiyməti 365,00 manat. 10 ədəd kulon: Qiyməti 866,00 manat. Üzərində 10 ədəd brilyant və 01 ədəd göy rəngli qaş olan kulon: Qiyməti 771,00 manat. Üç düzüm mirvarili boyunbağı: Qiyməti 150,00 manat. Tədqiqata təqdim edilmiş zərgərlik məmulatlarının 13 iyul 2011-ci il tarixə respublikadaxili orta bazar qiyməti təxminən 21019,00 manat müəyyən edilir.” Beləliklə, tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, ərizədə qeyd olunan əmlakların mülkiyyətçiləri keçən 11 il ərzində həmin əmlaklar barədə maraqlanmamış, həmin əmlaklar sahibsiz qalmışdır. Bu müddət ərzində həmin əşyalar dövlət orqanı - Dövlət Gömrük Komitəsində saxlanılmışdır. Odur ki, məhkəmə hesab edir ki, ərizə əsaslıdır və təmin edilərək həmin daşınar əşyalar sahibsiz hesab edilməli və dövlət mülkiyyətinə verilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, ərizədə göstərilən əşyaların dəyəri, yəni 21019 manat hal-hazırda əmlakların qiyməti kimi qəbul edilə bilməz. Belə ki, həmin qiymət 13 iyul 2011-ci il tarixdə mövcud olmuş Respublikadaxili orta bazar qiymətlərinə uyğun müəyyən olunmuş qiymətdir. Mərkəzi bankın internet səhifəsindən alınmış məlumatdan görünür ki, həmin tarixdən hal-hazıradək qızılın qiymətində dəfələrlə artım olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, qızıl-zinət əşyalarının dəyərində daim artım olduğundan hazırkı işdə göstərilən əşyaların real bazar dəyərinin dövlət büdcəsinə mədaxil olunmasının təmin edilməsi üçün həmin əşyaların icra zamanı real bazar qiyməti müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ : Ərizə təmin edilsin. Aşagıda göstərilən daşınar əşyalar sahibsiz hesab edilsin və dövlət mülkiyyətinə verilsin: 26 ədəd müxtəlif formalı qolbaq: Qolbaqların üzərində «Sozer 14k». «Mamuş», «Riva 585» damğaları həkk edilmişdir. Qolbaqların metalı 583/585 əyarlı qızıla uyğun olub, ümumi kütləsi 155,39 qram təşkil edir; Bır düzüm mirvarili boyunbağı: Boyunbağının kilidinin üzərində «585» damğası həkk edilmişdir Boyunbağının kilidinin metalı 583/585 əyarlı qızıla uyğun olub, ümumi kütləsi 43,19 qram təşkil edir; 66 ədəd müxtəlif formalı boyunbağı: Boyunbağıların üzərində «585» damğası həkk edilmişdir. Boyunbağıların metalı 583/585 əyarlı qızıla uyğun olub, ümumi kütləsi 241,66 qram təşkil edir; 22 cüt sırğa: Sırğaların üzərində «585» damğaları həkk edilmişdir. Sırğaların metalı 583/585 əyarlı qızıla uyğun olub, ümumi kütləsi 62.28 qram təşkil edir. Sırğa cütlərinin bəzilərində olan göy rəngli qaşlar topaz, qırmızı rəngli qaşlar korund qrupuna, şəffaf rəngsiz qaşlar isə sirkon qaşlara aiddir; Üzərində ümumi sayı 64 ədəd brillyant qaş olan sırğa cütü: Sırğa cütünün üzərində «GoldStore» və «750» damğaları həkk edilmişdir. Sırğa cütündə olan brilyant. qaşların hər biri təxminən 0,016 karat ölçüdə olaraq keyfiyyətləri 2/4-dür. Sırğa cütünün metalı 750 əyarlı qızıla uyğun olub, kütləsi 7,30 qram təşkil edir; 15 ədəd müxtəlif formalı üzük: Üzüklərin üzərində «585» damğası həkk edilmişdir. Üzüklərin metalı 583/585 əyarlı qızıla uyğun olub, ümumi kütləsi 50,64 qram təşkil edir. Üzüklərdə olan şəffaf rəngsiz qaşlar sirkon qaşlara aiddir; Üzərində 23 ədəd brilyant qaş olan üzük: Üzüyün üzərində «GoldStore» və «750» damğalan həkk edilmişdir. Üzükdə olan brilyant qaşların hər biri təxminən 0,016 karat ölçüdə olaraq keyfiyyətləri 2/4-dür. Üzüyün metalı 750 əyarlı qızıla uyğun olub, kütləsi 5,60 qram təşkil edir; Üzərində 20 ədəd brilyant qaş olan üzük. Üzüyün üzərində «7M» və «M583» damğaları həkk edilmişdir. Üzükdə olan brilyant qaşların hər biri təxminən 0,004 karat ölçüdə olaraq keyfiyyətləri 3/3-dür. Qara rəngli qaş sadə qaşlara aiddir. Üzüyün metalı 500 əyarlı qızıla uyğun olub, kütləsi 15.17 qram təşkil edir; 21 ədəd müxtəlif formalı qolbaq: Qolbaqların üzərində «Altinbaş», «14k» damğaları həkk edilmişdir. Qolbaqların metalı 583/585 əyarlı qızıla uvğun olub, ümumi kütləsi 52,95 qram təşkil edir; 05 ədəd kulonlu boyunbağı: Məmulatların üzərində «585» damğalan həkk edilmişdir. Məmulatların metalı 583/585 əyarlı qızıla uyğun olub, ümumi kütləsi 11.78 qram təşkil edir. Məmulatların bəzilərində olan göy rəngli qaşlar topaz, qırmızı rəngli qaşlar korund qrupuna, şəffaf rəngsiz qaşlar isə sirkon qaşlara aiddir; 10 ədəd kulon: Kulonların üzərində «585» damğaları həkk edilmişdir Kulonların metalı 583/585 əyarlı qızıla uyğun olub, ümumi kütləsi 27.92 qram təşkil edir. Kulonların bəzilərində olan göy rəngli qaşlar topaz, şəffaf rəngsiz qaşlar isə sirkon qaşlara aiddir; Üzərində 10 ədəd brilyant və 01 ədəd göy rəngli qaş olan kulon: Kulonun üzərində damğa həkk edilməmişdir. Kulonda olan brilyant qaşların hər biri təxminən 0,10 karat ölçüdə olaraq keyfiyyətləri 2/3-dür. Göy rəngli qaş topaz qrupuna aiddir. Kulonun metalı 750 əyarlı qızıla uyğun olub, kütləsi 7.60 qram təşkil edir; Uç düzüm mirvarili boyunbağı: Boyunbağıların kilidinin üzərində «585» damğası həkk edilmişdir. Boyunbağıların kilidinin metalı 583/585 əyarlı qızıla uyğun olub, ümumi kütləsi 141,98 qram təşkil edir. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar