Məhkəmə qərarları › İş №2(004)-760/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-760/2022

01.02.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-760/2022 01.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi cəlb edilməklə cavabdehlər 3 saylı Bakı “ASAN” xidmət mərkəzinin notariusu, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsız hesab edilməsi və miras payının müəyyən edilməsi” tələbinə dair mülki işə Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi cəlb edilməklə cavabdehlər 3 saylı Bakı “ASAN” xidmət mərkəzinin notariusu, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsız hesab edilməsi və miras payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə 16.12.2021-ci il tarixdə məhkəməyə müraciət edərək 3 saylı Bakı “ASAN” xidmət mərkəzinin notariat ofisi tərəfindən təsdiq edilən və reyestrdə 2V/397 nömrə ilə qeyd olunan vəsiyyətnaməyə əsasən 18.06.2021-ci ildə verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ üzrə 572 saylı şəhadətnamənin və qanun üzrə vərəsəlik hüququ haqqında 573 saylı şəhadətnamənin qismən etibarsız hesab edilərək Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat-Pirşağı yolu 1ci kilometr, 1A ünvanında yerləşən qeyri-yaşayış obyektinə payların yenidən düzgün bölünməsi, vəsiyyətnamə üzrə vərəsəlik hüququ üzrə 572 saylı şəhadətnaməyə əsasən həmin əmlakın ½ hissəsindən İddiaçı Yunus oğluna verilməsi, 572 saylı şəhadətnamə əsasında ½ hissədə pay almış Cavabdeh2 ½ hissədə payının ləğv edilərək qanun üzrə vərəsə kimi payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 14.01.2022-ci il tarixdə iddia ərizəsinə etiraz verərək iddia tələbi əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 izahat verərək bildirir ki, 09.06.2020-ci tarixdə vəfat etmiş iddiaçının mərhum atası X2 tərəfindən 02.06.2017-ci il tarixdə 3 saylı Bakı “ASAN" xidmət mərkəzində notariat ofisi tərəfindən təsdiq edilən və reyestrdə 2V/397 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən vəsiyətnamədə göstərilən əmlaklarının vərəsələri arvadı Cavabdeh2, Bakı şəhəri, Yasamal rayonu, oğlu İddiaçı, oğlu Cavabdeh3 və qızı Cavabdeh4dır. Onlar miras əmlakından vəsiyyətnamədə göstərilən mirası qəbul edərək pay almışdır. İddiaçıya Sabunçu rayonu, Zabrat qəsəbəsi, 1 A Zabrat-Pirşağa yolu,1-ci km ünvanında yerləşən ümumi sahəsi 173.3 kv/m olan qeyri-yaşayış sahəsi vəsiyyət olunmuşdur. Vəsiyyətnaməyə əsasən ona mərum Sabunçu rayonu, Zabrat qəsəbəsi, 1 A Zabrat-Pirşağa yolu, 1-ci km ünvanında yerləşən ümumi sahəsi 173.3 kv/m olan qeyri-yaşayış sahəsinin ½ hissəsindən İddiaçı Yunus oğlu ½ hissədə pay almaldır. Şəhadətnamənin qeyd hissəsində, əmlakın ½ hissəsinə mülkiyyət hüququ haqqında şəhədətnamə, qalan hissənin ½ hissəsinin ½ hissəsinə qanun üzrə vərəsəlik hüququ şəhadətnamə verilmişdir. 3 saylı Bakı “ASAN” xidmət mərkəzində notariat ofisi tərəfindən verilmiş 18 iyun 2021-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqda şəhadətnaməyə əsasən mübahisə olan Sabunçu rayonu, Zabrat qəsəbəsi, 1 A Zabrat-Pirşağa yolu, 1-ci km ünvanında yerləşən qeyri-yaşayış binasına Cavabdeh2 X2 ilə yaşadığı dövürdə yəni birgə nikah dövründə əldə olunmuş əmlak kimi qiymətləndirlərək ½ hissədə payı müəyyən edilmişdir. Cavabdeh2 ilə iddiaçının atası 04.10.2013-cü ildə nikaha daxil olarkən artıq mübahisə predmeti olan Sabunçu rayonu, Zabrat qəsəbəsi, 1 A, Zabrat-Pirşağa yolu, 1-ci km ünvanında yerləşən əmlak atasının mülkiyyətində olmuşdur. Hesab edir ki, 3 saylı Bakı “ASAN” xidmət mərkəzində notariat ofisi tərəfindən verilmiş 18 iyun 2021 -ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqda şəhadətnamə əsasında paylar müəyyən edilərkən düzgün bölgü aparılmamış və nəticə etibarilə iddiaçının vərəsəlik payı azaldılaraq ögey anası ilə birgə nikahda əldə olunmuş əmlak kimi qiymət verilərək Cavabdeh2 qızna ½ hissədə pay vermişdir. İddianın təmin olunmasını xahiş edir. Cavabdehlər 3 saylı Bakı “ASAN” xidmət mərkəzinin notariusu, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 104707 saylı, 07.08.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X3 09.06.2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan vətəndaşlıq vəziyyəti haqqında avtomatlaşdırılmış sistemdən çıxarışa əsasən X3 04.10.2013-cü il tarixdə X4 ilə nikaha daxil olaraq ailə qurmuşdur. Nihahdan sonra ərə Ələkbərov, arvada Ələkbərova soyadı verilmişdir. İş materiallarında olan 18.06.2021-ci il tarixli, 572 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən 09.06.2020-ci il tarixdə vəfat etmiş X1 vəsiyyətnamədə göstərilən əmlakının vərəsələri arvadı Cavabdeh2 Təyyar qızı, oğlu İddiaçı və oğlu Cavabdeh3dur. Miras əmlak üzrə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi 1A, Zabrat-Pirşağı yolu, 1-ci km ünvanında yerləşən ümumi sahəsi 173,3 m2 olan qeyri-yaşayış binasının ½ hissəsindən İddiaçı ½ hissədə, Bakı şəhəri, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 0,020786 ha olan torpaq sahəsinin ½ hissəsindən Cavabdeh2 ½ hissədə, ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 89,3 m2 , yaşayış sahəsi 46,4 m2, 3 otaqlı olan mənzildən Cavabdeh3 ½ hissədə pay almalıdır. Şəhadətnamədə qeyd olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi 1A, Zabrat-Pirşağı yolu, 1-ci km ünvanında yerləşən əmlakın ½ hissəsinə mülkiyyət hüququ haqqında şəhadətnamə, qalan ½ hissəsinin ½ hissəsinə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan 18.06.2021-ci il tarixli, 573 saylı qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi 1A, Zabrat-Pirşağı yolu, 1-ci km ünvanında yerləşən ümumi sahəsi 173,3 m2 olan qeyri-yaşayış binasının 1/4 hissəsindən Cavabdeh2 Təyyar qızı, oğlu İddiaçı və oğlu Cavabdeh3, qızı Cavabdeh4 hər biri ¼ hissədə pay almalıdırlar. İşin müəyyən olunmuş halları odur ki, X3 04.10.2013-cü ildə Cavabdeh2 ilə nikaha daxil olaraq ailə qurmuşdur. X3 09.06.2020-ci il tarixdə vəfat etmiş, arvadı Cavabdeh2, oğulları İddiaçı, Cavabdeh3 və qızı Cavabdeh4 onun qanun üzrə vərəsələridir. Hazırki iş üzrə iddiaçının tələbi vəsiyyətnamə üzrə vərəsəlik hüququ üzrə 572 saylı şəhadətnamənin və qanun üzrə vərəsəlik hüququ haqqında 573 saylı şəhadətnamənin qismən etibarsız hesab edilməsi, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat-Pirşağı yolu 1ci kilometr, 1A ünvanında yerləşən qeyri-yaşayış obyektinə payların yenidən düzgün bölünməsi, vəsiyyətnamə üzrə vərəsəlik hüququ üzrə 572 saylı şəhadətnaməyə əsasən həmin əmlakın ½ hissəsindən İddiaçı Yunus oğluna verilməsi, 572 saylı şəhadətnamə əsasında ½ hissədə pay almış Cavabdeh2 ½ hissədə payının ləğv edilərək qanun üzrə vərəsə kimi payının verilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İlk növbədə qeyd olunmalıdır ki, vəsiyyətnamə üzrə vərəsəlik hüququ üzrə 572 saylı şəhadətnaməyə əsasən mübahisə predmeti olan miras əmlak üzrə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi 1A, Zabrat-Pirşağı yolu, 1-ci km ünvanında yerləşən ümumi sahəsi 173,3 m2 olan qeyri-yaşayış binasının ½ hissəsindən İddiaçı ½ hissədə pay almalıdır. Çünki, əmlakın ½ hissəsinə “Mülkiyyət hüququ haqqında şəhadətnamə və qalan ½ hissəsinin ½ hissəsinə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan, 573 saylı qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrnin notarial qaydada təsdiq edilmiş surətinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi 1A, Zabrat-Pirşağı yolu, 1-ci km ünvanında yerləşən ümumi sahəsi 173,3 m2 olan qeyri-yaşayış binasının 1/4 hissəsindən Cavabdeh2 Təyyar qızı, oğlu İddiaçı və oğlu Cavabdeh3, qızı Cavabdeh4 ¼ hissədə pay almalıdırlar. Çünki, əmlakın ½ hissəsinə “Mülkiyyət hüququ haqqında şəhadətnamə və qalan ½-hissəsinin ½ hissəsinə Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Məhkəmə hesab edir ki, 572 və 573 saylı şəhadətnamələrlə paylar müəyyən edilərkən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Çünki, şəhadətnamələrdən aydın şəkildə görünür ki, mübahisə predmeti olan əmlakın ½ hissəsinə “Mülkiyyət hüququ haqqında şəhadətnamə verildiyindən paylar yerdə qalan ½ hissə üzrə bölünmüşdür. Belə ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi 1A, Zabrat-Pirşağı yolu, 1-ci km ünvanında yerləşən ümumi sahəsi 173,3 m2 olan qeyri-yaşayış binasının½ hissəsinə “Mülkiyyət hüququ haqqında şəhadətnamə verildiyindən yerdə qalan ½ hissəsinin ½ hissəsinə Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 573 saylı şəhadətnamə ilə isə mülki qanunvericiliyinin tələbinə uyğun olaraq miras qoyanın birinci növbə vərəsələrinin məcburi payı müəyyən edilmişdir. Hazırki iş üzrə isə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi 1A, Zabrat-Pirşağı yolu, 1-ci km ünvanında yerləşən ümumi sahəsi 173,3 m2 olan qeyri-yaşayış binasının ½ hissəsinə verilmiş “Mülkiyyət hüququ haqqında şəhadətnamə mübahisə predmeti deyil. Yəni həmin şəhadətnamənin etibarsızlığını iddiaçı tələb etməmişdir. Ona görə də məhkəmə belə bir tələb olmadığı halda Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi 1A, Zabrat-Pirşağı yolu, 1-ci km ünvanında yerləşən ümumi sahəsi 173,3 m2 olan qeyriyaşayış binasının ½ hissəsinə verilmiş “Mülkiyyət hüququ haqqında şəhadətnamənin qanuniliyini yoxlaya bilməz. Ümumiyyətlə, iş materiallarına belə bir şəhadətnamə əlavə edilməmişdir. Əgər iddiaçı hesab edirsə ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi 1A, Zabrat-Pirşağı yolu, 1-ci km ünvanında yerləşən ümumi sahəsi 173,3 m2 olan qeyriyaşayış binasının ½ hissəsinə dair “Mülkiyyət hüququ haqqında şəhadətnamə düzgün verilməmiş və onun hüquqları pozulmuşdur, o zaman iddiaçı həmin şəhadətnaməni məhkəmədə mübahisələndirə və həmin şəhadətnamə ilə verilən paya özünün miras payının müəyyən edilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 1133-cü maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 yanvar 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, vəsiyyət üzrə vərəsəlik zamanı miras əmlak vəsiyyətnamədə göstərilən şəxslərə keçir. Bu zaman vərəsəliyin şərtləri və qaydası vərəsəlik hüququnun əsas prinsiplərindən olan vəsiyyət etmək azadlığına uyğun olaraq miras qoyanın iradəsi ilə müəyyən edilir. Lakin nəzərə alınmalıdır ki, vəsiyyət etmək azadlığı prinsipi mütləq xarakter daşımır. Belə ki, mülki qanunvericilikdə vəsiyyət üzrə vərəsəlik və vəsiyyət etmək azadlığı məcburi vərəsələr institutu ilə məhdudlaşdırılmışdır. Məcburi pay hüququ olan vərəsələrə vəsiyyətnamədən asılı olmayaraq mirasdan məcburi pay almaq hüququna malik olan şəxslər aiddir. Həmin şəxslərin dairəsinin mövcudluğu vərəsəlik hüququnun cəmiyyətdə sosial-təminat funksiyasına malik olması ilə əlaqədardır. Bu funksiyanın təyinatı məhz birinci növbəli vərəsələr dairəsinə aid olan, bilavasitə miras qoyana daha yaxın olan, onunla bir qayda olaraq, birgə təsərrüfat aparan, onun himayəsində olan və ya həmin əmlakın əldə edilməsində bu və ya digər formada rolu olan şəxslərin maraqlarının müdafiəsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə qeyd edir ki, İddiaçı cavabdehlər 3 saylı Bakı “ASAN” xidmət mərkəzinin notariusu, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı 3 saylı Bakı “ASAN” xidmət mərkəzinin notariat ofisi tərəfindən təsdiq edilən və reyestrdə 2V/397 nömrə ilə qeyd olunan vəsiyyətnaməyə əsasən 18.06.2021-ci ildə verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ üzrə 572 saylı şəhadətnamənin və qanun üzrə vərəsəlik hüququ haqqında 573 saylı şəhadətnamənin qismən etibarsız hesab edilərək Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat-Pirşağı yolu 1-ci kilometr, 1A ünvanında yerləşən qeyri-yaşayış obyektinə payların yenidən düzgün bölünməsi, vəsiyyətnamə üzrə vərəsəlik hüququ üzrə 572 saylı şəhadətnaməyə əsasən həmin əmlakın ½ hissəsindən İddiaçı Yunus oğluna verilməsi, 572 saylı şəhadətnamə əsasında ½ hissədə pay almış Cavabdeh2 ½ hissədə payının ləğv edilərək qanun üzrə vərəsə kimi payının müəyyən olunması barədə iddiası rədd edilməlidir. Məhkəmə qeyd edir ki, iddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər 3 saylı Bakı “ASAN” xidmət mərkəzinin notariusu, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı 3 saylı Bakı “ASAN” xidmət mərkəzinin notariat ofisi tərəfindən təsdiq edilən və reyestrdə 2V/397 nömrə ilə qeyd olunan vəsiyyətnaməyə əsasən 18.06.2021-ci ildə verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ üzrə 572 saylı şəhadətnamənin və qanun üzrə vərəsəlik hüququ haqqında 573 saylı şəhadətnamənin qismən etibarsız hesab edilərək Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat-Pirşağı yolu 1ci kilometr, 1A ünvanında yerləşən qeyri-yaşayış obyektinə payların yenidən düzgün bölünməsi, vəsiyyətnamə üzrə vərəsəlik hüququ üzrə 572 saylı şəhadətnaməyə əsasən həmin əmlakın ½ hissəsindən İddiaçı Yunus oğluna verilməsi, 572 saylı şəhadətnamə əsasında ½ hissədə pay almış Cavabdeh2 ½ hissədə payının ləğv edilərək qanun üzrə vərəsə kimi payının müəyyən olunması barədə iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar