Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-760/2023 13.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə Rafiq oğlunun, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X1 iştirakı ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində AR Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə cavabdehlər Cavabdeh3, AR Mərkəzi Bankı, Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsi və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "hərracın nəticələrinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində AR Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə cavabdehlər Cavabdeh3, AR Mərkəzi Bankı, Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsi və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "hərracın nəticələrinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,"xxxx" MMC tərəfindən keçirilmiş xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə keçirilmiş hərracların nəticələrinin etibarsız hesab olunması, Bakı Hərrac Mərkəzi” MMC-nin hərracın nəticələrinə dair xx.xx.2022-ci il tarixli Y- 193/22 nömrəli Protokolun nəticələrinin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli 1(103)-984/2019 saylı icra vərəqəsinə əsasən İddiaçı məxsus və üzərinə həbs qoyulmuş Bakı şəhəri Nəsimi rayonunda 28 May küçəsində yerləşən 21A saylı evin 4, 6, 8, 14, 25, 27, 29, 31, 35 və 49 saylı mənzillərinin (bundan sonra - mübahisəli mənzillər), Bakı şəhəri Nəsimi rayonunda 28 May küçəsində 21A ünvanında yerləşən qeyri-yaşayış sahələrinin hərrac yolu ilə satılaraq əldə olunmuş vəsaitin ilk növbədə Azərbaycan Respublikasının Mərkəzi Bankına ödənilməli, artıq qalan vəsait isə ləğv edilmiş "xxxx" ASC-yə və vergi borclarının ödənilməsinə yönəldilməlidir. İcra sənədi üzrə Nəsimi rayon İcra şöbəsində xx.xx.2019-cu il tarixdə müvafiq qaydada icraata başlanılmış (icra məmuru Pərviz Babayev), iş 2 ildən artıq müddətdə hərəkətsiz saxlanıldıqdan sonra xx.xx.2022-ci il tarixdə qiymətləndiricinin dəvət edilməsi haqqında qərar qəbul edilərək "xxxx" MMC-yə sifariş verilmişdir. İcra işinin materiallarına əlavə olunmuş qiymətləndiricinin dəvət edilməsi haqqında qərarın aidiyyəti şəxslərə göndərilməsi haqqında müşaiyət məktubunun surətindən görünür ki, həmin qərar İddiaçı ümumiyyətlə göndərilməmiş, başqa sözlə, qiymətləndirmə gizli qaydada həyata keçirilmişdir ki, bununla da iddiaçının “qiymətləndiricinin dəvət edilməsi haqqında” qərardan şikayət vermək hüququ bilərəkdən məhdudlaşdırılmış, qərarda bu hüquq ümumiyyətlə nəzərdə belə tutulmamışdır.” "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 041/22 nömrəli ekspert rəyində 14 saylı mənzilin bazar qiyməti 261.660 manat, 039/22 saylı rəydə 6 saylı mənzilin qiyməti 261.660 manat, 038/22 saylı rəydə 4 saylı mənzilin qiyməti 261.660 manat, 046/22 saylı rəydə 35 saylı mənzilin qiyməti 261.660 manat, 045/22 saylı rəydə 31 saylı mənzilin qiyməti 261.660 manat, 044/22 saylı rəydə 29 saylı mənzilin qiyməti 261.660 manat, 043/22 saylı rəydə 27 saylı mənzilin qiyməti 261.660 manat (mənzilə baxış keçirilməyib), Q42J22 saylı rəydə 25 saylı mənzilin qiyməti 261.660 manat (mənzilə baxış keçirilməyib), 040/22 saylı rəydə 8 saylı mənzilin qiyməti 261.660 manat (mənzilə baxış keçirilməyib) müəyyən edilmişdir. Lakin iş materiallarında olan sənədlərdən görünür ki, icra məmuru qiymətləndiricinin dəvət edilməsi haqqında qərarı "xxxx" MMC-yə göndərmiş, sonuncu tərəfindən tərtib edilmiş “ekspert rəyi” M.V.Babayev adlı qiymətləndirici tərəfindən imzalanmışdır. Halbuki qanuna əsasən 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndirici dəvət olunmalı idi, sifariş MMC-yə göndərilməməli idi. Həmçinin, iş materiallarında M.V.Babayevin 5 ildən az olmayaraq fəaliyyət göstərməsini, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməməsini təsdiq edən sənədlər mövcud deyildir.M.V.Babayev rəyi və müşaiyət məktubunu "xxxx" MMC-nin direktoru kimi imzalamışdır.Lakin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet vergi idarəsindən əldə olunan məlumatdan görünür ki, "xxxx" MMC-nin direktoru X3r. Bu isə vəzifə səlahiyyətlərinin mənimsənilməsi olmaqla, bir daha sübut edir ki, İddiaçı əmlakı qanunvericiliyin bütün tələbləri pozulmaqla talanır. “Sərraf- M" MMC qiymətləndirmənin nəticələri haqqında hesabat əvəzinə ekspert rəyi tərtib etmişdir. Əvvəla qeyd olunmalıdır ki, icra məmuru ekspert deyil, qiymətləndirici dəvət edilməsi haqqında qərar qəbul etmişdir. İkincisi, "xxxx" MMC-nin ekspert rəyi tərtib etmək səahiyyəti də yoxdur. Bununla da, M.V.Babayev adlı şəxs ikinci kobud qanuntusuna yol verərək ekspertin də səlahiyyətlərini mənimsəmiş olmuşdur. M.V.Babayev nə ekspert deyil, nə ekspert olmasını təsdiq edən şəhadətnaməsi yoxdur, nə də icra məmurunun məhkəmə ekspertizası təyin etmək səlahiyyəti yoxdur ki, M.V.Babayev ekspert rəyi tərtib etsin. Məhkəmə bu hissəsə xüsusi qərardad qəbul edərək göstərilən xüsusatların araşdırılmasını aidiyyəti qurumlara tapşırmalıdır. Qiymətləndirmədən sonra icra məmuru və qurumun rəhbəri əmlakların açıq hərracda satılması (49 saylı mənzil istisna olmaqla) üçün xx.xx.2022-ci il tarixli 5340/133564/19-5-33 nömrəli məktubla “Bakı Hərrac Mərkəzi" MMCyə sifariş vermişdir. İddiaçı isə həmin sifarişdən məlumatı belə olmamışdır. Sifarişdə İddiaçı ünvanı Bakı şəhəri, T.Elçin küçəsi, ev 7, mənzil 33 göstərilmişdir. Halbuki İddiaçı 7 ildən artıqdır ki, cəzaçəkmə müəssisəsindədir, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilən icra vərəqəsində də onun ünvanı Penitensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisəsi göstərilmişdir. Bu da bir daha icra qurumunun İddiaçı qarşı qərəzli olduğunu, əmlakları gizli qaydada özgəninkiləşdirmək niyyətində olduqlarını sübut edir. Sözügedən əmlaklar ipoteka ilə yüklü edildiyinə görə “İpoteka haqqında" Qanunun 41.2-ci maddəsinə xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliyə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir, icra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verməli idi.icra məmuru qanunun bu tələbinə əməl etməmiş, əmlakın satılması üçün istədiyi hərrac təşkilatına sifariş vermiş, başqa sözlə, tərəflərlə razılıq əldə edilməsinə belə səy göstərməmişdir. Bu barədə İddiaçı vəkili Ədliyyə Nazirliyinin İcra baş idarəsinə və "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli müraciət ünvanlamasına baxmayaraq, həmin müraciətə hazıradək cavab verilməmişdir. Əmlakların açıq hərracda ilkin satışı xx.xx.2022-ci il tarixə təyin edilmiş, bu barədə hərrac bildirişi xx.xx.2022-ci il tarixdə İddiaçı imza etdirilməklə təqdim olunmuşdur.Hərracın keçirilməsinə dair bildiriş ipoteka qoyan İddiaçı hərraca 8 gün qalmış təqdim olunmuşdur ki, bu da kobud qanun pozuntusudur. xx.xx.2022ci il tarixdə keçirilmiş açıq hərrac baş tutmadığına görə növbəti hərrac xx.xx.2011-ci il tarixə təyin olunmuşdur. Bu dəfə isə ümumiyyətlə İddiaçı məlumat verilməmiş, bu barədə onun vəkili iş materialları ilə tanış olarkən məlumat əldə etmişdir. xx.xx.2022-ci il tarixdə keçirilmiş hərrac zamanı isə mübahisəli mənzillərdən birini - 21A saylı evin 6 saylı mənzilini Kəlbəcər şəhər sakini Cavabdeh3 222.411 manata almışdır. Hərrac barədə mülkiyyətçinin məlumatı olmadığı halda, Kəlbəcər şəhər sakininin hərrac barədə məlumat əldə etməsi və qalib alıcı elan edilməsi müəmmalı deyilmi? İddiaçı vəkili Vəkil1 tərəfindən Ədliyyə Nazirliyinin İcra baş idarəsinə və "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli müraciətdə İddiaçıla arvadı arasında “əmlakın bölünməsi tələbi" dair mülki işə baxılıb qurtaranadək Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-326/2020 saylı qərardadı ilə İddiaçı məxsus müəyyən əmlakların, o cümlədən açıq hərracda satışının təşkil edilməsi barədə sifariş verilmiş əmlakların özgəninkiləşdirilməsi qadağan edilmiş və tərəfindən icra məmuruna bu barədə məlumat verilməsinə baxmayaraq, hərracın keçirilməsi davam etdirilmişdir.Vəkilin qeyd olunan müraciətində "xxxx" MMC-nin 5 il daimi fəaliyyətinin olmaması xüsusilə vurğulansa da, nə icra məmuru, nə də hərrac təşkilatı buna məhəl qoymamışdır. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022- ci il tarixli məktubunda fəaliyyətinin aktiv olduğu qeyd olunmuşdur. 5 illik fəaliyyətin olmamasını sübut etmək məqsədilə "xxxx" MMC-nin təsis olunduğu tarixdən 2021-ci ilədək aktiv fəaliyyətinin olub-olmaması, hansı məbləğdə gəlir (mənfəət) və s. vergiləri ödəyib-ödəməməsi (illər göstərilməklə), habelə ona təqdim edilmiş və ya onun tərəfindən təqdim qaimə-fakturalar barədə məlumatların göndərilməsi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən xahiş olunmuş, lakin xx.xx.2022-ci il tarixli məktubda qeyd olunan məlumatların sirr təşkil etməsi əsas göstərilərək verilməsindən imtina olunmuşdur.Hərrac təşkilatının 5 il əvvəl təsis edilərək vergi orqanlarında qeydiyyata alındıqdan sonra ötən dövrdə VÖEN aktiv olmasına baxmayaraq, faktiki fəaliyyətinin olmaması, yəni vergi bəyannamələrində fəaliyyətinin 0 (sıfır) göstərilməsi həmin təşkilatın daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilat hesab olunub-olunmaması barədə izah verilməsi barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinə müraciətlər ünvanlanmışdır.Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********686900 saylı məktubunda qeyd edilmişdir ki, ixtisaslaşdırılmış təşkilatın 5 ildən az olmayan dövrdə daimi fəaliyyət göstərməsi qeyd olunan müddət üzrə vergi ödəyicisi kimi vergi orqanlarında uçotda olması ilə yanaşı eyni zamanda dövriyyəsinin olması ilə də şərtləndirilir. Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsi xx.xx.2022-ci il tarixli xx/xx-2858/2 nömrəli məktubunda göstərmişdir ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 90.1-ci maddəsinə əsasən normativ hüquqi aktın məzmununda qeyri- müəyyənliklər və fərqlər, habelə tətbiqi təcrübəsində ziddiyətlər aşkar edildikdə həmin aktı qəbul etmiş normayaratma orqanı və ya Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin dördüncü hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müvafiq normaları şərh edir. Qanunvericilikdə hərrac təşkilatının 5 illik fəaliyyət dedikdə onun vergi ödəyicisi kimi aktiv olması deyil, həmin illər ərzində müxtəlif hərraclar keçirməsini ehtiva edir. Çünki ipoteka ilə yüklü edilmiş əmlakı yeni yaranmış hər hansı hərrac təşkilatı deyil, bu sahədə oturuşmuş təcrübəsi olan təşkilat həyata keçirməlidir. Məhz ona görə də “Bakı Hərrac Mərkəzi" MMC tərəfindən kobud qanun pozuntularına yol verilmiş, bu pozuntulara yol verilməsi isə onların bu sahədə oturuşmuş təcrübəsinin olmamasından və qanunvericiliyin tələblərini dərindən bilməmələrindən xəbər verir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil1 26 yanvar 2023-ci il tarixində iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək,"xxxx" MMC tərəfindən keçirilmiş xx.xx.2022, xx.xx.2022-ci il tarixli hərracların, habelə xx.xx.2022-ci il tarixli Y- 193/22 nömrəli protokolun, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində yerləşən 21A saylı evin 4, 8, 14, 25, 27, 29, 31, 35 saylı mənzillərin 1.167.657,75 manat borc əvəzinə Mərkəzi Bank tərəfindən əldə edilməsinə dair xx.xx.2022-ci il tarixli 193/222 saylı protokolun, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində yerləşən 21A ünvanında yerləşən ümumi sahəsi 329,7 kv.m olan qeyri-yaşayış sahəsinin 735643,12 manat əvəzinə Mərkəzi Bank tərəfindən əldə edilməsinə dair xx.xx.2023-cü il tarixli 409/22 saylı protokolun, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində yerləşən 21A ünvanında yerləşən ümumi sahəsi 329,7 kv.m olan qeyri-yaşayış sahəsinin 735643,12 manat əvəzinə Mərkəzi Bank tərəfindən əldə edilməsinə dair xx.xx.2023-cü il tarixli 410/22 saylı protokolun nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X5 iddia tələbini qəbul etməyərək, izahatında göstəmişdir ki, hərrac mərkəzi tərəfindən keçirilmiş hərrac tam qanunidir. Belə ki, iddiaçı qeyd edir ki, ən azı 5 il daimi fəaliyyət göstərməmişlər. Bu məsələ isə yanlız ipoteka işlərinə aiddir. Lakin onlar ipoteka işlərindən də əlavə digər sifarişlər almış, hərraclar keçirmişlər. Kifayət qədər də təcrübə qazanmışlar. İcarə müqavilələrindən də məlum olur ki, 2016-cı ildən fəaliyyət göstərmişlər. Bu illər ərzində fəaliyyətlərini dayandırmamışlar. Eyni zamanda bildirir ki, ipoteka haqqında Qanuna əsasən hərrac təşkilatı sifariş əsasında xəbərnaməli bildiriş göndərir, təşkilat da vaxtı-vaxtında bildirişləri göndərmişdir. Poçt tərəfindən çatdırılıb-çatdırılmaması Hərrac Mərkəzinin məsuliyyəti deyil. Eyni zamanda İpoteka haqqında Qanunda qeyd olunur ki, hərrac təşkilatı öz saytında, elot.gov.az xəbər saytında və Market qəzetində elan yerləşdirir. Tərəflərindən həmin tədbirlər də görülmüşdür. İddianın əsassız olduğundan rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə Rafiq oğlu iddia tələbini qəbul etməyərək izahatında göstəmişdir ki, iddia tələbi tamamilə əsassızdır. Belə ki, iddiaçı icra sənədinin icrasını yubatmaq üçün iddia qaldırmışdır. Hərrac bildirişləri hərrac təşkilatı tərəfindən tərəflərə göndərilir. Bildirişin çatdırılması kimi bir öhdəlik nəzərdə tutulmur. Bundan başqa qəzetdə və saytda elan verilir. Hərrac təşkilatı kifayət qədər öz öhdəsinə düşən vəzifələri yerinə yetirmiş, həm əlaqəli şəxsləri, həm də geniş publikanı bu barədə məlumatlandırmışdır. İddiaçı tərəfin məqsədi işi uzatmaq, tərəfləri süründürməkdən ibarətdir. Bank tərəfindən qanunvericiliyin tələblərinə riayət ediməklə hərrac vasitəsilə əmlaklar satın alınmışdır. Ona görə də iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, Cavabdeh3 kütləvi informasiya vasitəsi ilə hərrac barədə məlumatı olmuşdur. Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində yerləşən 21A saylı evin 6 saylı mənzili Cavabdeh3 tərəfindən alınmışdır. İddia ərizəsi tamamilə formal xarakter daşıyır. Ona görə də iddianın rədd edilməsini xahiş edir. Cavabdehə Bakı şəhəri Nəsimi rayon icra şöbəsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə onların səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir Belə ki, iş materiallarında olan 28 avqust 2019-cu il tarixli Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-984/2019 saylı, icra vərəqəsinin sürətindən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 oktyabr 2016-cı il tarixli hökmü İddiaçı məxsus və üzərinə həbs qoyulmuş Bakı şəhərinin Nəsimi rayonunda 28 may küçəsində yerləşən 21 a saylı evin 4, 6,8, 14,25,27,29, 31, 35 və 49 saylı mənzillərinin, Bakı şəhərinin Nəsimi rayonunda 28 may küçəsində f 21 a ünvanında yerləşən qeyri yaşayış sahələrinin müsadirə olunmaqla hərrac yolu ilə satılması və əldə edilən vəsaitin vergi borcunun ödənilməsi,”Texnikabank” ASC və "xxxx" ASC-yə vurulmuş ziyanın ödənilməsinə aid hissədə ləğv olunması, İddiaçı məxsus və üzərinə həbs qoyulmuş Bakı şəhərinin Nəsimi rayonunda 28 may küçəsində yerləşən 21 a saylı evin 4, 6,8, 14, 25, 27, 29, 31, 35 və 49 saylı mənzillərinin, Bakı şəhərinin Nəsimi rayonunda 28 may küçəsində 21 a ünvanında yerləşən qeyri yaşayış sahələrinin hərrac yolu ilə satılaraq, əldə olunan vəsait ilk növbədə Azərbaycan Respublikasının Mərkəzi Bankına ödənilməsi, hərracdan əldə olunan vəsaitdən artıq qalarsa 28.336 manat vurulmuş ziyana görə "xxxx" ASC-yə və vergidən yayındırılmış məbləğə görə 509.524,25 manat Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə ödənilməsi qərara alınmışdır. İş materiallarında olan X2 xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-984/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borclu İddiaçı könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. İş materiallarında olan X2 xx.xx.2022-ci il tarixli qiymətləndiricinin dəvət edilməsi haqqında qərardan görünür ki, borclu İddiaçı məxsus və üzərinə həbs qoyulmuş Bakı şəhəri- Nəsimi rayonu, 28 May küçəsində yerləşən 21 a saylı evin 4,6,8,14,25,27,29,31,35 və 49 saylı mənzillərin və həmin ünvanda yerləşən qeyri-yaşayış sahələrinin qiymətləndirilməsi üçün “Sərraf-M" MMC-dən mütəxəssis dəvət edilməsi, qiymətləndiricinin xidmətindən istifadə olunması ilə bağlı xərclər bərabər həcmdə tərəflərin üzərinə qoyulması qərara alınmışdır. İş materiallarında olan “Sərraf-M" MMC-nin 038/22 saylı, 02 mart 2022-ci il tarixli ekspert rəylərinin nəticə hissələrindən görünür ki, aparılan təhlil və hesabatlar nəticəsində İddiaçı məxsus və üzərinə həbs qoyulmuş Bakı şəhəri- Nəsimi rayonu, 28 May küçəsində yerləşən 21 a saylı evin 4, 6, 8, 14, 25, 27, 29, 31 və 35 saylı mənzillərin real bazar dəyəri 261.660 manat təşkil edir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin "xxxx" MMC-nə və İddiaçı ünvanladığı 28 aprel 2022-ci il tarixli “Hərracın keçirilməsi haqqında” Sifarişdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-984/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən İddiaçı məxsus və üzərinə həbs qoyulmuş Bakı şəhəri Nəsimi rayonu, 28 May küçəsində yerləşən 21 a saylı evin 4,6,8,14,25,27,29,35 saylı mənzillərin qiyməti 261.660 manat müəyyən edilmişdir. Mənzillərin açıq hərracda satışını təşkil edib, satışdan əldə olunan məbləğin Nəsimi Rayon İcra Şöbəsinin depozit hesabına köçürülməsi xahiş olunmuşdur. İş materiallarında olan "xxxx" MMC-nin 06 may 2022-ci il tarixli 193/22 saylı hərrac bildirişində qeyd edilir ki, Nəsimi Rayon İcra Şöbəsinin 5340-133564/19-5-33 saylı,xx.xx.2022-ci il tarixli sifariş məktubuna əsasən,borclu İddiaçı məxsus olan Bakı şəhəri,Nəsimi rayonu,28 may küçəsi 21 a saylı evin 4,6,8,14,25,27,29,35 saylı mənzillərin ilkin satış qiymətləri 261660 manat təşkil edir. Hərrac 01 iyun 2022-ci il tarixdə, saat 11:00-a təyin edilmişdir. İş materiallarında olan 01 iyun 2022-ci il tarixli 193/22 nömrəli "xxxx" MMC-nin tərəfindən hərracın baş tutmamasına dair protokola əsasən müəyyən edilir ki, 01 iyun 2022ci il tarixinə təyin edilmiş ilkin hərrac hərracın iştirakçısı olmaması səbəbindən hərrac baş tutmamışdır. İş materiallarında olan "xxxx" MMC-nin 03 iyun 2022-ci il tarixli 193/22 saylı hərrac bildirişində qeyd edilir ki, Nəsimi rayon icra şöbəsinin 5340-133564/19-5-33 saylı, xx.xx.2022-ci il tarixli sifariş məktubuna əsasən, borclu İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi 21 a saylı evin 4,6,8,14,25,27,29,35 saylı mənzillərin təkrar satiış qiymətləri 222411 manat təşkil edir. Hərrac 20 iyun 2022-ci il tarixdə, saat 11:00-a təyin edilmişdir. İş materiallarında olan 20 iyun 2022-ci il tarixli, Y-193/22 nömrəli "xxxx" MMC-nin tərəfindən hərracın nəticələri haqqında yekun protokolunun surətindən müəyyən olunur ki, 20 iyun 2022-ci il, saat 11:00-a təyin edilmiş hərracda Bakı Apellyasiya Məhkəməsinin 1(103)-984/2019 saylı, xx.xx.2019-ci il tarixli icra sənədinə əsasən İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi 21 a, 6 saylı mənzili son qiyməti 222411 manat dəyərində olmaqla Cavabdeh3 əldə etmişdir. İş materiallarında olan 20 iyun 2022-ci il tarixli "xxxx" MMC ilə Cavabdeh3 arasında bağlanılmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi 21 a, 6 nömrəli mənzili 222411 manat dəyərində olmaqla Cavabdeh3 tərəfindən alınmışdır. İş materiallarında olan 17 iyun 2022-ci il tarixli 193/22 nömrəli "xxxx" MMC-nin tərəfindən hərracda iştirak üçün sifarişin surətindən görünür ki, Cavabdeh3 əmlakın hərracda iştirakı üçün ərizəsinin qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan 12 yanvar 2023-cü il tarixli, 410/22 nömrəli "xxxx" MMC tərəfindən ipoteka predmetnin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokolunun surətindən müəyyən olur ki, keçirilmiş hərracda Bakı Apellyasiya Məkəməsinin 1(103)-984/2019 saylı, xx.xx.2019-ci il tarixli icra sənədinə əsasən İddiaçı məxsus olan Bakı şəhəri,Nəsimi rayonu,28 may küçəsi 21 a, ünvanında yerləşən ümümi sahəsi 309,0 kv.m olan qeyri-yaşayış sahəsi ipoteka saxlayan Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 2068368,75 manata əldə edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 410/22 saylı hərrac bildirişində qeyd edilir ki, Nəsimi Rayon İcra Şöbəsinin 11316-133564/19-5-33 saylı, xx.xx.2022-ci il tarixli sifariş məktubuna əsasən,borclu İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi 21 a, ünvanında yerləşən ümümi sahəsi 309,0 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti ******* manat təşkil edir. Hərrac 30 noyabr 2022-ci il tarixdə, saat 11:00-a təyin edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 410/22 saylı hərrac bildirişində qeyd edilir ki, Nəsimi Rayon İcra Şöbəsinin 11316-133564/19-5-33 saylı,xx.xx.2022-ci il tarixli sifariş məktubuna əsasən, borclu İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi 21 a, ünvanında yerləşən ümumi sahəsi 309,0 kv.m olan qeyri-yaşayış sahəsinin satiş qiyməti ******* manat təşkil edir. Hərrac 20 dekabr 2022ci il tarixdə, saat 11:00-a təyin edilmişdir. İş materiallarında olan AZ 1045/********** nömrəli teleqramın məzmunundan görünür ki, İddiaçı ünvanlanan SS808681686 AZ saylı məktub xx.xx.2022-ci il tarixdə saat 12:38-də təyinatı üzrə çatdırılmışdır. İş materiallarına əlavə edilmiş “Market” reklam və elanlar qəzetinin 04-10 noyabr 2022-ci il tarixli sayından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi 21 a, ünvanında yerləşən ümumi sahəsi 309,0 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti ******* manat müəyyən edildiyini və açıq hərracın 30 noyabr 2022-ci il tarixdə 11:00da keçirilməsi barədə məlumat dərc olunmuşdur. İş materiallarına əlavə edilmiş “Market” reklam və elanlar qəzetinin 02-08 dekabr 2022-ci il tarixli sayından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi 21 a, ünvanında yerləşən ümumi sahəsi 309,0 kv.m olan qeyri-yaşayış sahəsinin təkrar satış qiyməti ******* manat müəyyən edildiyini və açıq hərracın 20 dekabr 2022-ci il tarixdə 11:00da keçirilməsi barədə məlumat dərc olunmuşdur. İş materiallarına əlavə edilmiş “Market” reklam və elanlar qəzetinin 23-29 dekabr 2022-ci il tarixli sayından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi 21 a, ünvanında yerləşən ümumi sahəsi 309,0 kv.m olan qeyri-yaşayış sahəsinin təkrar hərracı 20 dekabr 2022-ci il tarixdə baş tutulmaması barədə məlumat dərc olunmuşdur. İş materiallarında olan 04 iyul 2022-cü il tarixli, 193/22 nömrəli "xxxx" MMC-nin tərəfindən ipoteka predmetnin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokolunun surətindən müəyyən olunur ki, İddiaçı məxsus Bakı şəhəri Nəsimi rayonu, 28 May küçəsində yerləşən 21 a saylı evin 4,8,14,25,27,29,35 saylı mənzillər ipoteka saxlayan Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən əldə edilmişdir. İş materiallarında olan AZ 1004/000392586 nömrəli teleqramın məzmunundan görünür ki, xx.xx.2022-ci il tarixində Quliyev Nicata ünvanlanan SS787768668AZ saylı məktub xx.xx.2022-ci il tarixdə saat 12:38-də təyinatı üzrə çatmışdır. İş materiallarına əlavə edilmiş “Market” reklam və elanlar qəzetinin 06-12 may 2022-ci il tarixli sayından görünür ki, ünvan 9 ünvanında yerləşən mənzillərin ilin satış qiymətləri 261660 manat müəyyən edilmişdir acıq hərrac 01 iyun 2022-ci il tarixdə saat 11:00-da baş tutmaması barədə məlumat dərc olunmuşdur. İş materiallarına əlavə edilmiş “Market” reklam və elanlar qəzetinin 03-09 iyun 2022-ci il tarixli sayından görünür ki, ünvan 10 ünvanında yerləşən mənzillərin təkrar hərracı 20 iyun 2022-ci il tarixdə baş tutmaması barədə məlumat dərc olunmuşdur. İş materiallarına əlavə edilmiş qəzetinin 24-30 iyun 2022-ci il tarixli sayından görünür ki, ünvan 11 ünvanında yerləşən mənzillərin təkrar hərracı 20 iyun 2022-ci il tarixdə 11:00da baş tutmaması barədə məlumat dərc olunmuşdur. İş materiallarında olan 12 yanvar 2023-cü il tarixli, 409/22 nömrəli "xxxx" MMC-nin tərəfindən ipoteka predmetnin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokolunun surətindən müəyyən olur ki, Bakı Apellyasiya Məkəməsinin 1(103)-984/2019 saylı, xx.xx.2019-ci il tarixli icra sənədinə əsasən İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi 21 a, ünvanında yerləşən ümümi sahəsi 329,7 kv.m olan qeyriyaşayış sahəsi ipoteka saxlayan Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 2068368,75 manata əldə edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 409/22 saylı hərrac bildirişində qeyd edilir ki, Nəsimi Rayon İcra Şöbəsinin 11315-133564/19-5-33 saylı, xx.xx.2022-ci il tarixli sifariş məktubuna əsasən,borclu İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi 21 a, ünvanında yerləşən ümümi sahəsi 329,7 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin satiış qiyməti ******* manat təşkil edir. Hərrac 30 noyabr 2022ci il tarixdə, saat 11:00-a təyin edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 409/22 saylı hərrac bildirişində qeyd edilir ki, Nəsimi rayon icra şöbəsinin 11315-133564/19-5-33 saylı,xx.xx.2022-ci il tarixli sifariş məktubuna əsasən, borclu İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi 21 a, ünvanında yerləşən ümümi sahəsi 329,7 kv.m olan qeyri-yaşayış sahəsinin satış qiyməti 980857,50 manat təşkil edir. Hərrac 20 dekabr 2022-ci il tarixdə, saat 11:00-a təyin edilmişdir. İş materiallarına əlavə edilmiş “Market reklam və elanlar qəzetinin 04-11 noyabr 2022ci il tarixli sayından görünür ki, ünvan 12 ünvanında yerləşən ümümi sahəsi 329,7 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti ******* manat məbəğində müəyyən olunmuşdur. Açıq hərracı 30 noyabr 2022-ci il tarixdə saat 11:00-da baş tutulmaması barədə məlumat dərc olunmuşdur. İş materiallarına əlavə edilmiş “Market” reklam və elanlar qəzetinin 02-08 dekabr 2022-ci il tarixli sayından görünür ki, Bakı şəhəri,Nəsimi rayonu,28 may küçəsi 21 a, ünvanında yerləşən ümümi sahəsi 329,7 kv.m olan qeyri-yaşayış sahəsinin tərkar satış qiyməti 980857,50 manat məbəğində müəyyən olunmuşdur. Açıq hərracı 20 dekabr 2022-ci il tarixdə saat 11:00-da baş tutulmaması barədə məlumat dərc olunmuşdur. İş materiallarına əlavə edilmiş “Market” reklam və elanlar qəzetinin 23-12 dekabr 2022-ci il tarixli sayından görünür ki, ünvan 12 ünvanında yerləşən ümümi sahəsi 329,7 kv.m olan qeyri-yaşayış sahəsinin tərkar hərracı 20 dekabr 2022-ci il tarixdə baş tutmamışdır. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "xxxx" MMC-ə ünvanlanmış məlumatda cəmiyyətin vergi uçötuna alındığı xx.xx.2016-cı il tarixdən fəaliyyətinin dayandırılması barədə ərizəsi vergi orqanlarına daxil olmamış, hesabat dövrləri üzrə bəyannamələr təqdim edilmiş və xx.xx.2023-cü il tarixə təqdim edilməmiş bəyannamələri mövcud deyildir və hal-hazırda cəmiyyətin fəaliyyəti aktivdir. Azərbaycan Respublikasının “İcra haqqında” Qanununun: 53.1. Üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. 53.2. Vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakı istisna olmaqla, borclunun əmlakı qanunla nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. 62.2. Hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. 53.3. Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. 62.2. Hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414-cü maddəsinə əsasən: 414.1. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. 414.2. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. 414.3. Bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. 414.4. Hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır. 414.5. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, hərracın formasını satılan əmlakın mülkiyyətçisi və ya satılan əmlak hüququnun sahibi müəyyənləşdirir. “İpoteka haqqında” AR Qanununun 41.2-ci maddəsiən əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. “İcra haqqında” AR Qanununun 62.1-ci madəsinə əsasən icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi hərrac təşkilatı icra məmurunun sifarişi əsasında hərracı keçirir və hərrac təşkilatı tərəfindən hərracın keçirilməsi barədə (vaxtı və yeri barədə) icra sənədi üzrə tələbkar və borcluya məlumat verilir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli 1(103)-984/2019 saylı icra vərəqəsi ilə iddiaçıya məxsus və üzərinə həbs qoyulmuş əmlakların açıq hərracda satılması və satışdan əldə olunan pulun Mərkəzi Banka, qalan məbləğin isə ləğvedilmiş "xxxx" ASC-yə və vergi borclarının ödənilməsinə yönəldilməsi qərara alınmışdır. Keçirilmiş hərraclar nəticəsində əmlaklar satılmışdır. İş materiallarından da göründüyü kimi, hərracların keçirilməsi qaydalarına riayət olunmuş, iddiaçının ünvanına rəsmi qaydada məlumat göndərilmişdir. Hərracların keçirilməsi barədə “Market” reklam və elanlar qəzetinin müxtəlif buraxılışlarında rəsmi məlumat dərc olunmuşdur. İddiaçı "xxxx" MMC tərəfindən hərracın keçirilməsinin qanunsuz olduğunu bildirsə də məhkəmə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin əsaslanaraq hesab edir ki, "xxxx" MMC xx.xx.2016-cı il tarixdən fəaliyyət göstərir və bugünə qədər fəaliyyətinin dayandırılması barədə hər hansı rəsmi məlumat olmadığından iddiaçının bu əsası qəbuledilməzdir. Məhkəmə qeyd edir ki, hərracların keçirilməsində qanunvericiliyin tələblərinə riayət edilmiş və hər hansı qanun pozuntusuna yol verilməmişdir. Bu səbəbdən də iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, hazırkı mübahisə üzrə isə hərracların yekunları barədə protokolların etibarlılığını şübhə altına alan hal müəyyən edilməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, mənzillərə və qeyri-yaşayış sahələrinə dair keçirilən hərraclar qanunvericiliyin tələblərinə uyğun keçirilmiş və hərracın yekunları barədə protokollar tərtib edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Buna görə də qeyd edilən hərracın yekunları barədə protokolların etibarsız hesab edilməsinə əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir. Həmçinin iddiaçı tələbinin əsası kimi istinad etdiyi faktları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində AR Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə cavabdehlər Cavabdeh3, AR Mərkəzi Bankı, Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsi və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "hərracın nəticələrinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-760/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-760/2023
13.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver