Məhkəmə qərarları › İş №2(004)-762/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-762/2021

04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-762/2021 04.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx/xx/0519 saylı, xx xxxxxx 2018-ci il tarixli X1 müqaviləsi üzrə ödənilməmiş cərimə üzrə 537,32 manat məbləğində borcun, dövlət rüsumu qismində ödənilmiş 30 manat məbləğində pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi və lizinq obyekti sayılan, ümumi müqavilə dəyəri 2450 manat olan iddiaçıya məxsus 1 (bir) ədəd 2018-ci il buraxılışı olan, Comfort markalı divardan asılan məişət qaz qazanı, 1 ədəd divardan asılan məişət qaz qazanı asqı seti, 1 ədəd qaz requlyatoru, 1 ədəd stabilizator optimal, 2 ədəd pol oborot vintil 25-lik, 1 ədəd qaz şlanqı, 1 ədəd qaz vintili, 52 ədəd radiator, 6 ədəd radiator asqı seti, 12 ədəd radiator vintil köşə, 1 ədəd suşilka 80 aliminium, 2 ədəd suşilka vintili, 48 ədəd boru metak 20-lik, 72 ədəd boru metak 25-lik, 40 ədəd dirsək 90*20 mm-lik, 40 ədəd dirsək 90*25 mm-lik, 8 ədəd keçid 25-20-lik, 10 ədəd mufta 20 mm-lik, 10 ədəd mufta 25 mm-lik, 6 ədəd rekor 20 mm duz, 8 ədəd rekor 90*20 mm, 8 ədəd troynik 25 mm, 14 ədəd troynik 25-20 mm, 30 ədəd xamut cüt 20 mm, 40 ədəd xamut cüt 25 mm-lik, zəruri sənədləri və ləvazimatları ilə birlikdə Cavabdeh1 qanunsuz sahibliyindən geri alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, xx/xx/0519 saylı, xx xxxxxx 2018-ci il tarixli X1 müqaviləsi üzrə ödənilməmiş lizinq ödənişləri üzrə 949,26 manat, cərimə üzrə 100 manat olmaqla, cəmi 1049,26 (bir min qırx doqquz manat iyirmi altı qəpik) manat, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında xx/xx/0519 saylı xx xxxxxx 2018-ci il tarixli “X1” müqaviləsi bağlanmışdır. xx xxxxxx 2018-ci il tarixli lizinq obyektinin təhvil-təslim aktından görünür ki, 2018-ci il buraxılışı olan, Comfort markalı 1 ədəd divardan asılan məişət qaz qazanı, 1 ədəd divardan asılan məişət qaz qazanı asqı seti, 1 ədəd qaz requlyatoru, 1 ədəd stabilizator optimal, 2 ədəd pol oborot vintil 25-lik, 1 ədəd qaz şlanqı, 1 ədəd qaz vintili, 52 ədəd radiator, 6 ədəd radiator asqı seti, 12 ədəd radiator vintil köşə, 1 ədəd suşilka 80 aliminium, 2 ədəd suşilka vintili, 48 ədəd boru metak 20-lik, 72 ədəd boru metak 25-lik, 40 ədəd dirsək 90*20 mm-lik, 40 ədəd dirsək 90*25 mm-lik, 8 ədəd keçid 25-20-lik, 10 ədəd mufta 20 mm-lik, 10 ədəd mufta 25 mm-lik, 6 ədəd rekor 20 mm duz, 8 ədəd rekor 90*20 mm, 8 ədəd troynik 25 mm, 14 ədəd troynik 25-20 mm, 30 ədəd xamut cüt 20 mm, 40 ədəd xamut cüt 25 mm-lik Cavabdeh1 istifadəsinə verilmişdir. Müqavilənin 1.4-cü bəndindən görünür ki, lizinq obyektinin qiyməti 2450 manat təşkil edir. Müqavilənin 2.1-ci bəndinə əsasən isə lizinq ödənişlərinin ümumi məbləği isə 3115,65 manat təşkil edir. İş materiallarında olan xx/xx/0519 saylı xx xxxxxx 2018-ci il tarixli “Daxili Lizinq” müqaviləsinin 16.1-ci bəndinə əsasən, lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və lizinq obyektinin təyinatına uyğun olmadıqda, lizinq alan lizinq obyektinin vəziyyətini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə, həmçinin lizinq müqaviləsinin şərtlərini pozduqda lizinq verən müqavilənin icra edilməsindən birtərəfli qaydada imtina edə bilər. Həmin müqavilənin 16.2-ci bəndindən görünür ki, lizinq alan lizinq verənin tələbində göstərilmiş müddət ərzində lizinq verənə lizinq obyektini və lizinq obyektinin ayrılmaz hissəsi olan ləvazimat və sənədləri qaytarmağa borcludur. xx/xx/0519 saylı xx xxxxxx 2018ci il tarixli “X1” müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq «İddiaçı MMC ilə Cavabdeh2 arasında xx.xx.2018-ci il tarixli, xx/xx/0519-Z1 saylı zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.2-ci bəndinə əsasən zamin lizinq alan tərəfindən lizinq müqaviləsi üzrə öhdəliklərini icra etmədiyi və ya lazımınca yerinə yetirilmədiyi təqdirdə zamin və lizinq alan lizinq verən qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarına əlavə edilmiş xx/xx/0519 LQ1 saylı lizinq ödənişləri qrafikindən görünür ki, lizinq alan lizinq ödənişlərini hər ay 207,71 manat olmaqla, 15 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx/xx/0519, xx xxxxxx 2018-ci il tarixli “X1” müqaviləsi üzrə ödənişlər üzrə borc qalığı 949,26 manat, 537,32 manat cərimə haqqı olmaqla, cəmi 1486,58 manat borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli məktubların surətindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 X1 və zaminlik müqaviləsi üzrə öhdəliklərin icra edilməsi barədə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, müqaviləyə əsasən iddiaçı öhdəliklərini yerinə yetirmiş, cavabdehlər isə bunun əksinə olaraq öz öhdəliklərini yerinə yetirməmişdirlər. Məhkəmə iş materiallarını nəzərə alaraq hesab edir ki, iddiaçının tələbi təmin edilməli və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ödənilməmiş lizinq ödənişləri üzrə 949,26 manat, cərimə borcu üzrə 100 manat olmaqla, cəmi 1049,26 (bir min qırx doqquz manat iyirmi altı qəpik) manat, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12-ci maddəsinə əsasən, lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə, lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ödənilməmiş lizinq ödənişləri üzrə 949,26 manat, cərimə üzrə 100 manat olmaqla, cəmi 1049,26 (bir min qırx doqquz manat iyirmi altı qəpik) manat, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar