Məhkəmə qərarları › İş №2(004)-767/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-767/2022

31.10.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-767/2022 31.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçılar İddiaçı6, İddiaçı4, iddiaçıların nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndələri və vəkillləri Vəkil4, Vəkil5 və Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı6, İddiaçı5, İddiaçı7, İddiaçı4, İddiaçı1, İddiaçı3 və İddiaçı2 “X1 B.V” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" ASC-yə qarşı " əmək haqqının, son haqq-hesabın, digər ödəmələrin düzgün hesablanması və ödənilməsi, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı6 və qeyriləri mübahisə predmeti barəsində “X1 B.V” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" ASC-yə qarşı " əmək haqqının, son haqq-hesabın, digər ödəmələrin düzgün hesablanması və ödənilməsi, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi, daha sonra iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müəraciət edərək, cavabdeh "xxxx" ASC-dən: - İddiaçı6 xeyrinə 402096,45 manat əmək haqqı və digər ödənişlər üzrə qalıq borc, hüquqi yardıma görə ödənilmiş 300 manat, 9816,95 manat maaşların müxtəlif aylarda geçikdirilməsinə görə zərərin əvəzi, 45586,91 manat son haqq-hesabın geçikdirilməsinə görə zərərin əvəzi, 5000 manat ayrı-seçkiliyə məruz qoymaya görə kompensasiya, 10000 manat mənəvi zərər olmaqla, cəmi 472800,31 manat vəsaitin; - İddiaçı5 xeyrinə 358138,78 manat əmək haqqı və digər ödənişlər üzrə qalıq borc, hüquqi yardıma görə ödənilmiş 300 manat, 8809,21 manat maaşların müxtəlif aylarda geçikdirilməsinə görə zərərin əvəzi, 36452.46 manat son haqq-hesabın geçikdirilməsinə görə zərərin əvəzi, 10000 manat mənəvi zərər olmaqla, cəmi 413700,45 manat vəsaitin; - İddiaçı7 xeyrinə 362167,26 manat əmək haqqı və digər ödənişlər üzrə qalıq borc, hüquqi yardıma görə ödənilmiş 300 manat, 9544,20 manat maaşların müxtəlif aylarda geçikdirilməsinə görə zərərin əvəzi, 36837,99 manat son haqq-hesabın geçikdirilməsinə görə zərərin əvəzi, 10000 manat mənəvi zərər olmaqla, cəmi 409305,25 manat vəsaitin; - İddiaçı4 xeyrinə 333005,24 manat əmək haqqı və digər ödənişlər üzrə qalıq borc, hüquqi yardıma görə ödənilmiş 300 manat, 9831,51 manat maaşların müxtəlif aylarda geçikdirilməsinə görə zərərin əvəzi, 35048,64 manat son haqq-hesabın geçikdirilməsinə görə zərərin əvəzi, 5000 manat ayrı-seçkiliyə məruz qoymaya görə zərər, 10000 manat mənəvi zərər olmaqla, cəmi 393185,39 manat vəsaitin; - İddiaçı2 xeyrinə - 232656,40 manat əmək haqqı və digər ödənişlər üzrə qalıq borc, hüquqi yardıma görə ödənilmiş 300 manat, 6788,30 manat maaşların müxtəlif aylarda geçikdirilməsinə görə zərərin əvəzi, 26695,52 manat son haqq-hesabın geçikdirilməsinə görə zərərin əvəzi, 5000 manat ayrı-seçkiliyə məruz qoymaya görə kompensasiya, 10000 manat mənəvi zərər olmaqla, cəmi 281440,22 manat vəsaitin; - İddiaçı3 xeyrinə 370357,79 manat əmək haqqı və digər ödənişlər üzrə qalıq borc, hüquqi yardıma görə ödənilmiş 300 manat, 9804,74 manat maaşların müxtəlif aylarda geçikdirilməsinə görə zərərin əvəzi, 38238,40 manat son haqq-hesabın geçikdirilməsinə görə zərərin əvəzi, 10000 manat mənəvi zərər olmaqla, cəmi 428700,93 manat manat vəsaitin; - İddiaçı1 xeyrinə 280443,34 manat əmək haqqı və digər ödənişlər üzrə qalıq borc, hüquqi yardıma görə ödənilmiş 300 manat, 7899,44 manat maaşların müxtəlif aylarda geçikdirilməsinə görə zərərin əvəzi, 32222,20 manat son haqq-hesabın geçikdirilməsinə görə zərərin əvəzi, 5000 manat ayrıseçkiliyə məruz qoymaya görə kompensasiya, 10000 manat mənəvi zərər olmaqla, cəmi 335864,98 manat vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddia tələbini onunla əsaslandırmışdırlar ki, iddiaçılar İddiaçı6, İddiaçı5, İddiaçı7, İddiaçı4, İddiaçı2, İddiaçı3, İddiaçı1 cavabdeh "xxxx" ASC (RDM) ilə əmək müqavilələrinə əsasən əmək münasibətlərində olmuş, Təcili və Təxirəsalınmaz tibbi yardım həkimi vəzifəsində işləmişlər (əmək müqavilələri və əlavə sazişlər iddia ərizəsinə əlavə olunur). Cavabdeh 3-üçüncü şəxs qismində bu işə cəlb olunan “X2 B.VÄ Azərbaycan filialı ilə 2018-cı ılın dekabr ayında bağladığı əməkdaşlıq müqaviləsinə əsasən həkimlər (iddiaçılar) əmək müqaviləsinin 3.1-ci maddəsinə əsasən cavabdehin göndərişi ilə “Saipem”in müxtəlif gəmilərində çalışmış, maaşların hesablanması isə “Saipem” tərəfindən göstərilmiş qaydada aparılmış və ödənişlər RDM-nin qaimələri əsasında “Saipem” tərəfindən maliyyələşmişdir. İddiaçılar dənizdə müxtəlif gəmilərdə növbəli iş üsulu (vaxta üsulu) ilə işləmiş və onlara iş vaxtının cəmlənmiş uçotu tətbiq edilmişdir. Əmək müqavilələrinə əsasən iş saatları və istirahət günləri illik iş vaxtı normasına riayət olunmaqla vaxta müddəti 30 gündən çox olmamaqla müxtəlif müddətli vaxta və vaxtalararası istirahət günləri müəyyənləşdirilən vaxta rejimi müəyyən edilmişdir. Əmək müqavilələrində işçilərin gündəlik iş vaxtlarının 12 saatdan artıq olmaması, istirahət günlərinin həftənin istənilən gününə düşməsi, hər bir iddiaçının vəzifə maaşı və tarif (vəzifə) maaşına sahillə əlaqə şəraitindən asılı olmayaraq maksimum əmsalın ödənilməsi nəzərdə tutulmuşdur. Əmək müqavilələri standart formada tərtib edilmiş və bütün həkimlərlə eyni şərtlərlə bağlanmışdır. Əmək müqavilələrinin müddəti bitdikdən sonra dəfələrlə müxtəlif müddətlərə uzadılmış müqavilələr növbəti dəfə prolonqasiya olunmamış (əmək müqavilələrinə xitam verilməmişdən 9 ay əvvəlki tarixdən etibarən kontraktların müddətləri qısaldırilmışdır, müvafiq olaraq əvvəlcə 1 ildən 6 aya, sonra isə 3 ay müddətinə bağlanmışdır; cavabdeh 3 aylıq bağladığı müqavilələri 1 ay müddətinə bağlamaq istəsə də, iddiaçılar buna razılaşmamışdır) və əmək müqavilələrinə xitam verilməsi barədə əmrlər verilmişdir (əmək müqavilələri, əlavə sazişlər və əmrlər iddia ərizəsinə əlavə olunur). Əmrlərə əsasən müəssisədən kənar tibbi xidmətlərin təşkili şöbəsinin təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkimlərlə əmək müqavilələrinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən (müqavilənin müddətinin bitməsi) xitam verilməsi və işçilərlə son haqq-hesabın aparılması əmr edilmişdir. İddiaçılar haqq-hesab aparılmamışdan əvvəl cavabdehə şifahi və yazılı surətdə müraciət edərək, əmək haqqlarının və digər qanunla nəzərdə tutulan ödənişlərin son haqq-hesab zamanı düzgün hesablanaraq ödənilməsini, eləcə də, məzuniyyətlərinin tam şəkildə verilməsini xahiş etmişlər. (İddiaçıların yazılı ərizələri iddia ərizəsinə əlavə olunur). Lakin cavabdeh ödənişlərlə bağlı müvafiq araşdırmanın (hesablamaların) aparılması və odənilşlərin təmin olunması üçün “Saipem”ə müraciət etmələri üzrə zəruri tədbirlərin görülməsi və qaimə-fakturanın “Saipem”ə göndərilməsindən və vəsaitin RDM-in hesabına daxil olmasından sonra ödənişlərin həyata keçirilməsi mümkünlüyünü işçilərə bildirmişdir. Bundan sonra cavabdeh mütəxəssis cəlb edərək, hesablamalar aparmış, lakin bu günə qədər iddiaçılara əmək qanunvericiliyi ilə nəzərdə tutulan ödənişləri həyata keçirməmişdir. İddiaçılarda olan məlumata görə “Saipem”ə ümumiyyətlə bu haqda qaimə-faktura göndərilməmişdir. Bundan sonra mübahisənin məhkəmədənkənar qaydada həlli üçün cavabdehi mediasiya prosesinə dəvət etmişlər. Cavabdeh mediasiya prosesinə dəvət olunsa da, prosesə gəlməmiş və ilkin mediasiya sessiyasından sonra arayış alaraq, məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır (arayış və ödəniş barədə qəbz iddia ərizəsinə əlavə olunur). Ödənişlərdə səhvlərin olması iddiaçılara 2021-ci ilin iyul ayında məlum olmuşdur. Bununla bağlı işəgötürənə rəsmi müraciət etsələr də, əmək haqqı üzrə yaranmış fərq son haqqhesabda nəzərə alınmamış və iddiaçılara bu günə qədər ödənilməmişdir. Beləliklə, Qanunla nəzərdə tutulmuş 1 illik müddət ötürülməmişdir. İşəgötürən tərəfindən buraxılan qanun pozuntuları, əmək haqqı və digər ödəmələr üzrə iddiaçılara ödənilməyən borclar və iddiaçıların tələbləri:

1. Qanunla nəzərdə tutulan iş vaxtından əlavə işlədiklərinə görə cavabdeh tərəfindən ödəmələrin səhv hesablanması və son haqq-hesabda ödənilməməsi (Əmək Məcəlləsinin 93-cü və digər maddələrinin, Nazirlər Kabinetinin 106 saylı qərarının və əmək müqaviləsi şəsrtlərinin pozulması) İddiaçılar həkim vəzifəsində çalışdıqlarına görə onlara əmək qanunvericiliyi ilə qısaldılmış iş vaxtı tətbiq olunmalı idi. Belə ki, Əmək Məcəlləsinin 93-cü maddəsi xüsusi xarakterli işlərdə çalışan işçilərin qısaldılmış iş vaxtını müəyyən etmişdi. Həmin maddənin mətnindən aydın olur ki, həkimlərə həftə ərzində 36 saatdan çox olmamaq şərtilə qısaldılmış iş vaxtı müəyyən edilir. Həkimlərin iş yerləri üzrə peşələrinin, vəzifələrin siyahısı iş vaxtının konkret müddəti göstərilməklə Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuşdur. Belə ki, “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerləri üzrə iş vaxtının konkret müddəti göstərilməklə peşələrin, vəzifələrin Siyahısı”nın təsdiq edilməsi barədə AR Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 106 saylı Qərarına əsasən iş yerlərindən asılı olmayaraq həkimlərə 36 saatlıq iş həftəsi (istehsalat təqvimi) tətbiq olunmalıdır. Lakin İşəgötürən cavabdeh iddiaçıların əməyinin ödənilməsini həftəlik 36 saatlıq deyil, 40 saatlıq istehsalat təqvimi ilə hesablamış və bununla da iddiaçıların artıq işlədikləri saatların ödənilməsində ciddi səhvlər və aşkar qanun pozuntuları baş vermişdir. Belə ki, bütün iddiaçılarla eyni məzmunda bağlanmış əmək müqavilələrinin 4.6-cı maddəsinə əsasən iddiaçılara iş vaxtlarının illik cəmlənmiş uçotu tətbiq edilir. Lakin “Saipem”in daxili qaydalarına əsasən qanunla müəyyən olunmuş qaydada uçot dövrü aylıq, rüblük, yarımillik, illik deyil, 4 aylıq tətbiq edilmişdir. Buna qanun yol verir, lakin 4 aylıq faktiki uçot dövrü tətbiq etdikdə, faktiki saatların normal istehsalat təqvimi (həkimlər üçün həftəlik 36 saat), habelə müvafiq olaraq müqavilə ilə nəzərdə tutulan vəzifə tarif maaşına maksimum 1.75 artım əmsalı artıq saatlara düzgün tətbiq edilməmişdir. Belə ki, qısaldılmış iş rejiminə müvafiq olaraq 36 saatlıq təqvim tətbiq edildikdə, həm işin 1 saatının qiyməti dəyişir, həm də iş vaxtından artıq görülən işin həcmi artır. Bu da son nəticədə ödəmələrə ciddi təsir edir. Daha aydın izah üçün iddiaçılar qeyd edir ki, qısaldılmış iş rejiminin tətbiqi zamanı 36 saatlıq iş həftəsində çalışan işçi orta hesabla ayda 144 saat çalışır, 40 saatlıq iş həftəsində çalışan işçi isə təqribən 160.8 saat çalışa bilər. Deməli hər ay orta hesabla 16 saat əlavə iş saatları işləmiş iddiaçılar həmin saatlara görə adi maaş almışdır, halbuki iş vaxtlarının cəmlənmiş uçotu işçilərin bəlli bir dövr ərzində (ay, rüb, yarımil, il) işlədiyi saatların uçotunun dəqiq aparılmasını tələb edir və bu uçot dövrü ərzində işçinin müvafiq istehsalat təqvimində göstərilən saatlardan artıq işə cəlb olunması halında İşəgötürən İşçiyə artıq saatlarının 2 mislini ödəməlidir. Əmək Məcəlləsinin 165- ci maddəsinə əsasən İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla ödənilməlidir. Beləliklə, iddiaçılar həftədə 36 saat əvəzinə faktiki olaraq ümumi istehsalat təqviminə uyğun olaraq 40 saatlıq iş vaxtı norması ilə işə cəlb edilmiş və onlara artıq işlədikləri saatlar üçün əmək haqqı qanunla müəyyən olunmuş qaydada deyil, ümumi qaydada, yani bir qat adi maaş kimi ödənilmişdir. ( Məsələn, işçinin maaşı 2000 manat olarsa, artıq 10 saat işləmişsə, həftəlik 36 təqvim ilə işə cəlb olunan - 2000/144X10X2 =277.8 manat alacaq, 40 saat təqvim ilə cəlb olunan isə 2000/160.8X10X2= 248 manat alacaq.) Eyni zamanda nəzərə almaq lazımdır ki, Əmək Məcəlləsinin 154-cü maddəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Əmək müqaviləsinin 5.1-ci maddəsinə əsasən iddiaçılara hər ay tarif (vəzifə) maaşından əlavə tarif maaşına sahillə əlaqə şəraitindən asılı olmayaraq artımın (maksimum əmsalın, yəni 1.75 dəniz əmsalının) ödənilməsi nəzərdə tutulmuşdur. Əmək Məcəlləsinin 154-cü maddəsinin tələbinə görə tarif maaşına artım əmək haqqına aid olduğundan, həmin əmsal işçilərin işlədiyi artıq saatlara da tətbiq edilməli idi, lakin edilməyib. Beləliklə, göstərilən qanun pozuntularına görə cavabdehin iddiaçılara aşağıdakı məbləğdə borcu yaranmışdır: İddiaçı6 – 84754,92 manat; İddiaçı5 – 96538,24 manat; İddiaçı7 – 72671,59 manat; İddiaçı4 – 72003,69 manat ; İddiaçı2 – 49394,07 manat; İddiaçı3 – 77947,07 manat; İddiaçı1 – 59534,34 manat.

2. İddiaçılara istirahət vaxtının verilməməsi və kompensasiya edilməməsi (Əmək Məcəlləsinin 164-cü maddəsinin pozuntusu): Əmək Müqavilələrinin 4.3-cü maddəsinə əsasən iddiaçılara maksimum 30 gün vaxta və 30 gün vaxtalarası istirahət nəzərdə tutulmuşdur. Zəruri hallarda istisnaların olması müqavilə ilə nəzərdə tutulmuşdur. Məsələn, istisna hal kimi pandemiya dövründə iddiaçılar əlavə olaraq işə cəlb olunmuşdurlar. Lakin 30 günlük vaxtadan sonra bir gün də istirahətə çıxmadan növbəti 30 günlük işə cəlb olunmaları işəgötürən tərəfindən düzgün kompensasiya edilməmişdir. Bu o deməkdir ki, istirahət vaxtında işçiləri işə cəlb etdikdə onların əməyi düzgün qiymətləndirilməmiş və nəticədə iddiaçıların əmək hüquqları kobud surətdə pozulmuşdur. Bu cəlb olunmalar şəraitdən asılı olaraq zəruri olduğundan baş verməsinə baxmayaraq, iddiaçıların istirahət etmədən növbəti vaxtalara qalması və düzgün kompensasiya edilməməsi onların istirahət hüququnun kobud surətdə pozulması, səhhətinə və əməyin mühafizəsinə ciddi təhlükə yaratmasına zəmin yaratmışdır. ƏMnin 54-cü maddəsinə görə işçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən işçiyə Əmək Məcəlləsi ilə müəyyən edilmiş istirahət vaxtından, məzuniyyətlərdən istifadə etməsini təmin etməlidir. İsitirahər hüququ real olaraq təmin edilmədikdə, istirahət vaxtı işə cəlb olunma halları kompensasiya edilməlidir və bu kompensasiyanın həyata kemirilməsi qaydası qanunda aydın göstərilmişdir. Belə ki, Əmək Məcəlləsinin 164.1-ci maddəsinə əsasən İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı ... əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla ödənilməlidir. İddiaçıların vaxta müddətinin 30 gündən çox olduğu hallarda, istirahət müddəti azaldığından, iş saatlarının 4 aylıq uçotu zamanı, görülən iş istehsalat təqviminin norma saatlarından hər zaman həddindən artıq çox olmuşdur. Beləliklə iddiaçılara bir aylıq maaşdan əlavə iş aylıq normadan artıq vaxtda görüldüyünə görə maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla maaş ödənilməli idi. İddiaçılara isə istirahət günlərində işləmələrinə baxmayaraq, qanuna zidd olaraq yalnız bir aylıq vəzifə maaşı, yəni vəzifə maaşının bir qat məbləği ödənilmişdir. Bundan əlavə Əmək Məcəlləsinin 164.2-ci maddəsinə əsasən istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər. İdiaçılar bu istəklərini yazılı surətdə işəgötürənə bildirmiş, lakin işəgötürən nə bu haqlı tələbi təmin etmiş, nə də ki, son haqq-hesab edib işçilərə kompensasiya ödəmişdir. Bununla cavabdeh "xxxx" ASC və maaşların ödənilməsində cavabdehə səhv istiqamət verən “Saipem” işçilərin istirahət hüquqularını və ƏM-nin 164-cü maddəsini kobud surətdə pozmuş, iddiaçıları gəmilərdə vaxtalararası istirahət günlərində işlədərək, onların əməyinin düzgün kompensasiya olunmasını təmin etməmiş, işçilərin haqlı müraciətlərinə etinasız yanaşaraq, onlara qarşı açıq aşkar hörmətsizlik etmiş və mediasiya dəvətinə də gəlməmişdir. Göstərilən qanun pozuntularına görə cavabdehin iddiaçılara aşağıdakı məbləğdə borcu yaranmışdır: İddiaçı6 -77478,73 manat; İddiaçı5 – 37307,15 manat; İddiaçı7 – 59823,80 manat; İddiaçı4 -44488,29 manat; İddiaçı2 – 38294,82 manat; İddiaçı3 – 47120,68 manat; İddiaçı1 – 36408,20 manat.

3. İddiaçılara qanunla nəzərdə tutulan məzuniyyətlərin tam verilməməsi (Əmək Məcəlləsinin 136,139,140-cı maddələrinin, Nazirlər Kabinetinin 05 iyul 2004-cü il tarixli 92 saylı qərarının, Əmək müqaviləsinin 6.1-ci maddəsinin pozulması) Əmək müqavilələrinin 6.1-ci maddəsinin ikinci abzasına əsasən iddiaçılara 30 günlük müvafiq iş ili üçün ödənişli əsas əmək məzuniyyətin verilməsi nəzərdə tutulmuşdur. Bundan əlavə müqavilənin həmin müddəasında əlavə məzuniyyətin müddəti İşəgötürən tərəfindən AR qanunvericiliyinə əsasən müəyyən edilməsi göstərilmişdir. İddiaçıların yazılı ərizələrinə baxmayaraq, işəgötürən nə müqavilənin, nə qanunun tələblərinə düzgün riayyət etmişdir. Belə ki, iddiaçılara qanunla nəzərdə tutulan bütün əlavə məzuniyyətlər verilməmiş və son haqq-hesab zamanı kompensasiya edilməmişdir. “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”nın təsdiq edilməsi barədə AR Nazirlər Kabinetinin 05 iyul 2004-cü il tarixli 92 saylı Qərarı ilə "Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı" təsdiq edilmişdir. Həmin Qərarın XXXVİİ bölməsinin 176-cı bəndinə əsasən illər ərzində çaparaq saatlar 500 saatı keçdikdə işçilərə hər iş ili üçün əlavə 30 gün məzuniyyət verilməlidir. Bu əlavə məzuniyyət günləri iddiaçıların digər əsas və əlavə məzuniyyət günləri ilə cəmlənməli və yaxud kompensasiya edilməli idi. Belə ki, Əmək Məcəlləsinin 115-ci maddəsinə görə iddiaçılara 6 günlük əlavə məzuniyyət və 116-cı maddəsinə görə 6 günlük əlavə məzuniyyətlər nəzərdə tutulub və həmin məzuniyyət günləri iddiaçılara verilib (kompensasiya edilib). Nazirlər Kabinetinin 92 saylı qərarı ilə müəyyən edilmiş 30 günlük əlavə məzuniyyət isə verilməmiş və son haqq-hesabda kompensasiya edilməmişdir. İddiaçılar qanunla onlara nəzərdə tutulan 30 günlük əlavə məzuniyyətin iş ili üçün əsas və digər əlavə məzuniyyətlərlə birlikdə verməsini xahiş etmişlər. Cavabdeh isə əlavə məzuniyyəti verməmiş və bəzi əmrlərdən göründüyü kimi ƏM-nin 144-cü maddəsinə istinad edərək əlavə məzuniyəti kompensasiya etməmişdir. Əmək Məcəlləsinin 135-ci maddəsinə əsasən Əmək Məcəlləsinə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir. (ƏM- nin 143.1 -ci maddəsi). ƏM-nin 143.2-ci maddəsinə əsasən İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. Lakin ƏM-nin 144-cü maddəsi yalnız işçi məzuniyyətdən imtina etdikdə tətbiq edilir. İddiaçılar məzuniyyətdən imtina etməmiş, əksinə yazılı ərizə ilə müraciət edərək əlavə məzuniyyətlərinin əsas məzuniyyətlə birlikdə verilməsini xahiş etmişlər. Cavabdeh əmək müqaviləsinə xitam vermək niyyətini bildirərək, əlavə məzuniyyətləri işçilərə verməmiş və kompensasiya etməmişdir. Beləliklə, ddiaçılar hər il istehsalat təqvimində göstərilən normativ saatlardan artıq işləmiş, lakin onlara qanunla nəzərdə tutulan 30 günlük əlavə məzuniyyət verilməmişdir. Göstərilən qanun pozuntularına görə cavabdehin iddiaçılara aşağıdakı məbləğdə borcu yaranmışdır: İddiaçı6 – 49455,93 manat; İddiaçı5 – 43562,74 manat; İddiaçı7 – 57962,15 manat; İddiaçı4 – 46228,13 manat; İddiaçı2 – 31295,16 manat; İddiaçı3 – 55050,04 manat; İddiaçı1 – 36699,91 manat.

4. Əmək müqaviləsi üzrə nəzərdə tutulmuş əmsalın düzgün tətbiq olunmaması və ayrıseçkiliyə yol verərək, bəzi işçilərə müqavilədə nəzərdə tutulan əmsaldan aşağı məbləğlərin ödənilməsi. Əmək Müqaviləsinin 5.1 –ci maddəsi ilə işçiyə hər ay tarif maaşı və tarif maaşına sahillə əlaqə şəraitindən asılı olmayaraq maksimum əmsal ödənilməlidir. Nazirlət Kabinetitin 22 avqust 2002-ci il tarixli 137 saylı qərarının 4 –cü bölməsində bu əmsalın maksimum həddi 1.75 müəyyən olunmuşdur. Bu o deməkdir ki, əmək müqaviləsinin 5.1-ci maddəsi ilə nəzərdə tutulan maksimum əmsal 1.75 təşkil edir, yəni işçilərin vəzifə maaşına onun 75 faizi əlavə olunaraq əmək haqqı ödənilməlidir. İddiaçılardan İddiaçı7, İddiaçı5 və İddiaçı3 nisbətən daha yeni və şəraiti daha yaxşı hesab edilən “Xankəndi” gəmisində, digər iddiaçılar isə “İsrafil Hüseynov” və “Citadel” gəmilərində çalışmışdır. İddiaçıların eyni əmək fəaliyyəti ilə məşğul olmalarına baxmayaraq, cavabdeh “Xankəndi” gəmisində çalışan iddiaçılara müqavilə ilə nəzərə tutulmuş maksimum əmsalı, yəni 1.75 ödəmiş, “İsrafil Hüseynov” və “Citadel” gəmilərində çalışan digər iddiaçılara isə 2020-ci ilin 30 sentyabr tarixinə qədər sahildə 1.40, dənizdə 1.75 əmsal ödəmişdir, baxmayaraq ki, əmək müqaviləsində sahillə əlaqə şəraitindən asılı olmayaraq maksimal əmsal nəzərdə tutulmuşdur. Göstərilən qanun pozuntularına görə cavabdehin iddiaçılara aşağıdakı məbləğdə qalıq borcu vardır: İddiaçı6 – 9101,94 manat; İddiaçı4 – 8767,46 manat; İddiaçı2 – 9780,73 manat; İddiaçı1 – 6682,58 manat. Nəzərə alınsa ki, “Xankəndi” gəmisi daha yeni və daha şəraitlidir, “İsrafil Hüseynov” isə köhnə gəmidir və məhz həmin gəmidə 2019-cu il may ayının 8-də qəza baş verərək 14 nəfər insan xəsarət almış, bir nəfər isə həlak olmuşdur, bu gəmidə olan şəraitin digər yeni gəmilərdən zərərlilik və təhlükəlilik baxımından fərqini danmaq mümkün deyil. Belə olan halda yeni gəmidə müqavilə ilə nəzərdə tutulan maksimal əmsalın tətbiq edilməsi, şəraiti daha zəif olan, zərərlilik dərəcəsi daha yüksək olan gəmi işçilərinə isə bu əmsalın müqavilədə nəzərdə tutulduğu kimi tətbiq edilməməsi və yaxud aşağı əmsal ilə tətbiq edilməsi cavabdeh tərəfindən iddiaçılar İddiaçı6, İddiaçı4, İddiaçı1 və İddiaçı2 qarşı ayrı-seçkiliyə yol verilməsi, beləliklə Əmək Məcəlləsinin 16-cı, “İnsan Hüquqları və X6 haqqında Konvensiya”nm 14-cü maddəsinin pozulması kimi qiymətləndirilir. Əmək Məcəlləsinin 16-cı maddəsinə əsasən əmək münasibətlərində işçilərin əməyinin nəticələri ilə bağlı olmayan amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır. Cavabdeh tərəfindən iddiaçılar İddiaçı6, İddiaçı4, İddiaçı1 Və İddiaçı2 Qarşı ayrıseçkiliyə yol verilməsi qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Əmək Məcəlləsinin 16.3-cü maddəsinə əsasən əmək münasibətləri prosesində işçilər arasında bu maddənin birinci hissəsində göstərilən ayrı-seçkiliyə yol verən işəgötürən və ya digər fiziki şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq məsuliyyət daşıyır. Həmin Məcəllənin 16.4-cü maddəsinə əsasən ayrı-seçkiliyə məruz qalan işçi pozulmuş hüququnun bərpa edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. İddiaçılar İddiaçı6, İddiaçı4, İddiaçı1 və İddiaçı2 qarşı ayrıseçkiliyə yol verilməsinin maddi kompensasiyası kimi onların hər birinin xeyrinə 5000 AZN məbləğində, cəmi 20000 AZN məbləğində vəsaitin ödənilməsini pozulmuş hüquqlarının bərpası məqsədi ilə iddia tələblərinə daxil edirlər.

5. Əmək şəraiti ağır və zərərli olan işlərdə işçilərin tarif maaşlarına minimum artım əmsalının işçilərə ödənilib-ödənilməməsi barədə məlumatın verilməməsi və ödənilməməsi: Nazirlər Kabinetinin 22 avqust 2002-ci il 137 saylı qərarının 1-ci bölməsinə və AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 04 dekabr 2002 tarixli 15-4 nörməli qərarı ilə təsdiq edilən “İş yerlərinin attestasiyasının nəticələrinə əsasən əmək şəraitinin ağır və zərərliliyinin qiymətləndirilməsi metodikası”nın 8-ci bölməsinə əsasən, iş yerlərinin zərərliyinin səviyyəsi müəyyən edilmiş və həmin səviyyələrə uyğun əmsallar nəzərdə tutulmuşdur. Cavabdeh iddiaçıların əmək haqqlarına hansı əmsalın tətbiq edilməsi barədə onlara heç bir məlumat verməmişdir. Halbuki işçi hansı əmək şəraitində olması və iş yerinin hansı zərərlilik dərəcəsinə aid olduğu, bununla bağlı qanunla ona hansı imtiyazların verilməsi barədə tam məlumatlı olmalıdır. Bu məlumat işçilərdən gizlədilərək, heç bir mühasibat hesabatlarında əmsalın ödənilibödənilməməsini, və yaxud ödənilibsə hansı əmsal ilə ödənilməsi və bu əmsalı təsdiq edən hansı sənədin olması barədə işçilərə heç bir məlumat verilməmişdir. Bu məlumatı əldə etmək üçün iddiaçıların tələbi ilə cavabdeh "xxxx" ASC “Saipem”ə sorğu göndərmiş, lakin “Saipem” sorğuya cavabında peşələrin zərərliyindən xəbər vermiş və həkimlərin belə peşələrə aid olmamasını vurğulamışdır. Əslində isə məsələ peşələrdən deyil, iş yerlərinin və əmək şəraitinin zərərliyindən gedir. Belə olan təqdirdə, cavabdeh "xxxx" sorğunu təkrarlamalı və sualı dəqiqləşdirməli idi. Cavabdehin bu vacib məqamın dəqiqləşdirməməsi o deməkdir ki, İşəgötürən İşçilərinin əməyinin mühafizəsi və onların hüquqlarının təmin olunmasına formal yanaşmışdır. İş yerlərinə tətbiq edilən əmsalar ilə bağlı “Saipem”ə vəkil sorğusu da göndərilmiş, lakin sorğuya cavab verilməmişdir. Nazirlər Kabinetinin 22 avqust 2002-ci il 137 saylı qərarında nəzərdə tutulan ən aşağı əmsal 1,04 əmsalıdır. İddiaçılara ödənilmiş vəsaitləri təhlil etdikdə məlum olmuşdur ki, zərərliyin aşağı həddinə uyğun gələn 1.04 əmsalı faktiki iş saatlarına, yəni 12 saata tətbiq edilməli olduğu halda, təxminən 7 saat 10 dəqiqəyə tətbiq edilmişdir. Göstərilən qərarın qeyridüzgün tətbiqi nəticəsində iddiaçılara aşağıda göstərilən məbləğlər ödənilməmişdir: İddiaçı6 – 80082,11 manat; İddiaçı5 -74778,68 manat; İddiaçı7 – 67396,47 manat; İddiaçı4 – 71217,70 manat; İddiaçı2 – 45428,68 manat; İddiaçı3 – 84424,61 manat; İddiaçı1 – 55707,26 manat.

6. Digər maddi və mənəvi zərərin ödənilməsi üzrə tələblər Əmək Müqaviləsinin 5.1 –ci bəndinin 4-cü abzasına əsasən əmək haqqı növbəti ayın 10-da işçinin bankındakı hesabına köçürülür. Əmək haqqının verilməsi günü istirahət, səsvermə, ümümxalq hüzn günü və ya iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, o bilavasitə həmin günlərdən əvvəlki gündə verilir. İddiaçıların əmək haqqlarının ödənilməsi ayrıayrı vaxtlarda işəgötürənin təqsirindən gecikdirilmişdir. Əmək Məcəllənin 195-ci maddəsinin “f” bəndinə əsasən əmək müqaviləsi üzrə işəgötürən digər öhdəliklərini yerinə yetirmədiyinə görə işçiyə maddi ziyan dəydikdə işəgötürən tam maddi məsuliyyət daşıyır. Cavabdeh əmək müqaviləsi üzrə dəfələrlə öhdəliklərini yerinə yetirməmiş, ödənişləri gecikdirmiş, bununla da iddiaçılara maddi ziyan vurmuş, lakin heç vaxt bu ziyanı kompensasiya etməmişdir. Əmək Məcəlləsinin 172. 5-ci maddəsinə əsəsən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. İddiaçılar hesab edirlər ki, ƏM-nin 195-ci maddəsinin “f” bəndinə əsasən aşağıdakı məbləğdə ziyanın ödəniməsini tələb etməkdə haqlıdırlar: İddiaçı6 – 9816,95 manat; İddiaçı5 – 8809,21 manat; İddiaçı7 – 9544,20 manat; İddiaçı4 – 9831,51 manat; İddiaçı2 – 6788,30 manat; İddiaçı3 – 9804,74 manat; İddiaçı1 – 7899,44 manat. Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. ƏM-nin 178.1-ci maddəsinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. Həmin Məcəllənin 172.4-cü maddəsinə əsasən isə İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. İddiaçıların son iş günləri 2021-ci ilin iyulavqust aylarına təsadüf edir. Buna baxmayaraq son haqq-hesab bu günə qədər ödənilməmişdir. Bu hal isə iddiaçılara maddi zərər vurmuşdur. Son haqq-hesabın 2021-ci ilin dekabr ayının 15-nə qədər ödənilməməsinə və gecikdirilməsinə görə iddiaçılar hər gecikdirilən günə iddiaçılara verilməmiş məbləğin bir təqvim gününə düşən vəsaitin gecikdirilmiş günlərə vurulması ilə alınan məbləğin, yəni aşağıda göstərilən vəsaitlərin ödənilməsini tələb edirlər: İddiaçı6 – 135 gecikdirilən günə 45586,91 manat, (1 təqvim günü – 337,68 AZN); İddiaçı5- 159 gecikdirilmiş günə 36452,46 manat, (1 təqvim günü – 229,26 AZN); İddiaçı7 – 159 gecikdirilmiş günə 36837,99 manat, (1 təqvim günü – 231,69 AZN); İddiaçı4 – 133 gecikdirilən günə 35048,64 manat, (1 təqvim günü – 263,52 AZN); İddiaçı2- 141 gecikdirilmiş günə 26695,52 manat, (1 təqvim günü- 189,33 AZN); İddiaçı3 -159 gecikdirilmiş günə 38238,40 manat, (1 təqvim günü- 240,49 AZN); İddiaçı1 -144 gecikdirilmiş günə 32222,20 manat, (1 təqvim günü- 233,77AZN). İddiaçılar məhkəməyə müraciət etmək üçün vəkil ilə hüquqi yardım haqqında müqavilə bağlamışlar, bu xərclərin çəkilməsi faktiki olaraq idiaçılara maddi zərər vurmuşdur. Beləliklə cavabdeh iddiaçılara dəyən maddi ziyan görə hər birinə 300 manat ödəməlidir.

7. Mənəvi zərərin əvəzinin ödənilməsi Əmək müqaviləsinin 9.1-ci maddəsinə əsasən əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi maraqalarma ziyan vurarsa, digər tərəf qarşısında maddi və habelə mənəvi məsuliyyət daşıyır. İşəgötürən tərəfindən aylarla iddiaçılara son haqq-hesab üzrə əmək haqlarının ödənilməməsi, mütəmadi olaraq əmək haqqlarının gecikdirilməsi və kompensasiya edilməməsi, qanunla nəzərdə tutulan əlavə məzuniyyətlərin verilməməsi və kompensasiya edilməməsi iddiaçılara təkcə maddi deyil, mənəvi zərər vurmuşdur. Belə ki, iddiaçılar vəsaitləri vaxtında alsaydılar bir sıra maddi məsələlərinin həllində çətinlik çəkməzdilər. (Bank krediti götürməz, əvvəl götürülmüş kreditin ödənilməsində çətinlik çəkməzdilər və s.). İddiaçılara qarşı iş vaxtı (qanunsuz olaraq 1 illik bağlanan müqavilələri 3 aylıq və 6 aylıq müddətə uzatmaları, işçiləri əlavə təzyiq, stress və psixi gərginlik altında saxlamaları, işçilərin çarəsiz vəziyyətdə olmaları səbəbindən qanunsuz təhdidlər altında müqavilələrə imza atdırmaları, işçilər öz haqqlarını tələb edən kimi onlarla olan müddətli müqavilələrə xitam vermələri, maaşların aşağı salınması və təklif olunmuş yeni müqavilələrin ağ və qara mühasibatlıq əsasında aparılması təklifi, dörd iddiaçıya maksimal dəniz əmsalını tətbiq etməməklə ayrı-seçkiliyə yol verilməsi, eyni işlərə başqa işçilərin götürülməsi və s.) və işdən çıxarıldıqdan sonra törədilən qanunsuz hərəkətlər (əmək haqqlarının düzgün ödənilməməsi və nəticədə iddiaçıların əmlak hüquqlarının pozulması, son haqq-hesabın 4 aydan çox müddətin keçməsinə baxmayaraq ödənilməməsi, işçilərin müraciətlərinə cavab verilməməsi, məzuniyyət və istirahət hüquqlarının pozulması, mübahisənin məhkəmədənkənar qaydada həll ediməsindən boyun qaçırması və s.) iddiaçıların mənəvi sarsıntı keçirməsinə və onlara dərin mənəvi zərər vurmasına gətirib çıxarmışdır. İddiaçıların psixoloji vəziyyətinə dəymiş zərəri heç-bir meyarla hesablamaq və bərpa etmək mümkün deyil. Lakin iddiaçılara dəymiş mənəvi zərərin qismən ödənilməsi üçün mənəvi zərərin əvəzi kimi cavabdehdən iddiaçıların hər birinin xeyrinə kompensasiyanın tutulması ədalətli hesab edilir. İddiaçılar özlərinə dəyən mənəvi zərəri 70000 AZN (hər bir iddiaçıya 10000 manat nəzərdə tutulmaqla) dəyərində qiymətləndirirlər. Cavabdeh "xxxx" ASC məhkəməyə iddia tələbinə iddia müddətinin tətbiqi ilə bağlı ərizə verərək göstərmişdir ki, iddiaçıların "xxxx" ASC-dən işdən çıxarıldıqlarından 1 ildən çox müddət keçdiyi üçün iddia müddəti buraxılmışdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.4-cü maddəsinə (Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər) əsasən iddia müddəti buraxılmışdır. Cavabdeh olaraq iddia müddətinin ötürüldüyünü diqqətə çatdıraraq iddia müddətini tətbiq edərək işə xitam verilməsini xahiş edir. Mülki Məcəllənin 375.2-ci maddəsində qeyd olunur ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Odur ki, Mülki Məcəllənin 375-ci və Əmək Məcəlləsinin 296-cı maddələrini rəhbər tutaraq, iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçılar nümayəndəsi və vəkili Vəkil1 iddia müddətinin tətbiqinə dair ərizəyə etiraz edərək göstərmişdir ki, cavabdeh ərizəsində iddiaçıların Respublika Diaqnostika Mərkəzindən işdən çıxarılmasından bir ildən çox müddət keçdiyini bildirmişdir. Halbuki məhkəməyə təqdim edilmiş bütün sübutlar və materiallar məhkəmə tərəfindən cavabdehə göndərilmiş və elektron məhkəmə kabinetində 2021-ci ilin dekabr ayında yerləşdirilmişdir. Məhkəməyə təqdim olunmuş yazılı sübutlardan (əmrlər, məktublar, əmək kitabçaları, bildirişlər və s.) görünür ki, iddiaçılar- İddiaçı6 "xxxx" ASC-dən xx.xx.2021-ci il tarixdə, İddiaçı5 xx.xx.2021-ci il tarixdə, İddiaçı7 xx.xx.2021-ci il tarixdə, İddiaçı4 xx.xx.2021-ci il tarixdə, Tapdiqov Həmid xx.xx.2021-ci il tarixdə, İddiaçı3 xx.xx.2021-ci il tarixdə, İddiaçı2 isə xx.xx.2021-ci il tarixdə işdən çıxarılmışdılar. xx.xx.2021-ci il, xx.xx.2021-ci il və 23.072021-ci il tarixlərdə iddiaçılar işəgötürən cavabdehə rəsmi ərizələrlə müraciət edərək, əmək haqqlarının və son haqq- hesablarının düzgün hesablanaraq ödənilməsi, əlavə məzuniyyətlərinin verilməsi və əmək qanunvericiliyə ilə pozulmuş hüquqlarının bərpasını xahiş etmişlər. Cavabdeh iddiaçıların ərizələrinə cavab olaraq xx.xx.2021-ci il tarixdə bildirmişdir ki, ərizələrə qısa bir zamanda baxılacaq və müvafiq araşdırmalar aparıldıqdan sonra cavab veriləcək (daha sonra iddiaçılarla əyani görüşdə cavabdehin nümayəndəsi qısa bir zamanda müvafiq hesablamaların aparılmasından sonra əmək haqqları və son haqq-hesabların düzgün hesablanaraq, ödənilməsi üçün “X3 B.V” Azərbaycan Filialına hesabın göndəriləcəyini vurğulamışdır). İddiaçılar bir müddət hesablamaları gözlədikdən və əmək haqqlarının və digər ödənişlərin həyata keçirilməməsini gördükdən, və eləcə də “Saipem”ə ümumiyyətlə hesabın göndərilməməsini müəyyən etdikdən sonra xx.xx.2021-ci il tarixdə mediasiya prosesinin başlanması üçün cavabdeh və üçüncü şəxsə mediasiya prosesinə təklif məktubu göndərmiş, cavabdeh mediasiya prosesinə gəlməmiş və iddiaçılar xx.xx.2021-ci il tarixdə mediasiya prosesindən arayış alaraq, məhkəmədə iddia qaldırılması üçün vəkillə müqavilə bağlamışdırlar. xx.xx.2021-ci il tarixdə üzrə iddia ərizələri məhkəməyə daxil olmuşdur. Beləliklə, iddiaçıların "xxxx" ASC-dən işdən çıxarıldıqdan mediasiya prosesinə qədər 3-4 ay, məhkəməyə müraciət edənə qədər isə 5 aydan az müddət keçmişdir. Bu da o deməkdir ki, Əmək Məcəlləsinin 296.4-cü maddəsi ilə nəzərdə tutulmuş 1 illik iddia müddəti ötürülməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, iddia müddətinin tətbiqi ilə bağlı ərizənin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı6 və İddiaçı4 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Əlavə olaraq izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmənin hazırlıq iclasında cavabdehin nümayəndəsi RDM ilə Saipemin arasında bağlanmış Əməkdaşlıq Müqaviləsini və Əlavələri, üçüncü şəxs Saipem şirkəti isə xx.xx.2016-cı il tarixli əmək şəraiti üzrə iş yerlərinin attestasiya protokolunu və xx.xx.2018-ci il tarixli iş yerləri üzrə instrumental ölçmə və eləcə də ağırlıq və gərginlik protokollarını təqdim etmişlər. Saipemin nümayəndəsi məhkəmədə qeyd etmişdir ki, iddiaçılara ödənilən gündəlik müavinət Nazirlər Kabinetinin 137 saylı qərarının 1-ci bəndi ilə nəzərdə tutulan 1.04% əmsal deyil, həmin gündəlik müavinət RDM ilə Saipemin arasında bağlanmış Əməkdaşlıq Müqaviləsi ilə nəzərdə tutulmuş və Saipemin öz təşəbbüsü ilə işçilərə ödənilən müavinətlərdir. İddiaçılar normadan çox artıq saatlar işlədiklərinə görə əmək haqqı aldıqda həmin əmək haqqının tərkibində bəzi əlavələr və artımlar da olub və bu artımların mənasını, qaynağını, düzgün olubolmamasını qiymətləndirə bilməyiblər (aldıqları məvacib yüksək maaş təsiri bağışlayıb, lakin qanunla nəzərdə tutulan ödənişlər düzgün hesablansaydı nə qədər olmalı idi sualına cavabı və ödənişlərdə olan fərqi təqdim olunan hesablama sənədləri ilə, yəni paysliplərlə müəyyən edə bilməzdilər). Əvvəla iddiaçıların ağlına da gəlməzdi ki, Saipem və RDM kimi nüfuzlu işəgötürənlər işçilərin əmək haqqları ilə bağlı pozuntulara yol verər. İkincisi isə, iddiaçılara onların məvacibi haqqında tam açıq məlumat heç vaxt verilməmişdir. Saipem hətta vəkilin sorğularına cavablar vermirdi və bir çox ödənişlərlə bağlı məsələlər məhz məhkəmə prosesində müəyyən olundu. Məsələn, məhkəmə prosesində məyyən olundu ki, cavabdeh iddiaçılara 1.04 əmsalını ümumiyyətlə ödəməyib (Saipemin nümayəndəsi bu haqda məlumat verdi), halbuki iddiaçılar birinci iddialarında bu əmsalın qismən ödənildiyini düşünərək, yalnız çatışmayan hissəsini tələb edirdi. Məhkəmənin tələbi ilə müəyyən olunan digər bir hal da, Saipemin iş yerlərində zərərliyi müəyyən edən attestasiya protokolları ilə bağlı idi. İddiaçılar məhkəmənin israrlı tələbi ilə əldə olunan bu sənədləri özləri əldə edə bilmirdi. Əməkdaşlıq Müqaviləsi haqqında cavabdeh iddiaçılara 2021-ci ilin iyul ayında xəbər verdikdə onun Əlavələri ilə iddiaçıları tanış etməmişdi, həmin sənədlər vəkil sorğusu ilə də aşkarlanmadı, yalnız məhkəmə sorğusu ilə həmin sənədlər təqdim və tədqiq edildi. Belə olan halda iddiaçılar onlara ödənilən əmək haqqının düzgün olubolmaması barədə necə məlumat əldə edə bilərdilər? Cavabdeh və Saipem tərəfindən iddiaçıların hüquqlarının aşkar pozuntularından sonra və eləcə də Saipemin gələcəkdə həkimlərlə “qara mühasibatlıq” əsasında işləmək təklifini eşitdikdən sonra, iddiaçılar bundan imtina edərək, öz hüquqlarının pozulması barədə şübhələnib, mütəxəssisə üz tutub, cavabdehə yazılı surətdə müraciət etmişlər. Sənədləri əldə edə bilməyən, ümumiyyətlə əmək haqqının qaynağını dəqiq bilməyən işçi təkcə paysliplə necə pozuntunu aşkar edə bilərdi ki, məhkəməyə müraciət etsin və belə olan halda hansı müddətin buraxılmasından söhbət gedə bilər? İddiaçılar hər ay aldıqları əmək haqqlarının gecikdirilməsini bilsələr də, qanunla bu pozuntuya görə nəzərdə tutulan məsuliyyətdən xəbərsiz idilər. Bundan əlavə, əmək haqqı pul şəklində olaraq işçinin əmlakı sayılır. AR Mülki Məcəlləsinin 135-ci maddəsinə əsasən pul əşya sayılır, əmlak isə istənilər əşyaların və qeyri-maddi nemətlərin toplusudur. Eləcə də İşçi öz əmək haqqısının mülkiyyətçisidir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə olunur. İddiaçıların əmək haqqlarının düzgün hesablanmaması və son nəticədə verilməməsi onların əmək haqqlarından məhrum edilməsinə gətirib çıxarıb və deməli onların mülkiyət hüquqları (sahiblik, istifadə və sərəncam hüquqları) birmənalı olaraq pozulmuşdur; İddiaçıların hazırki iddiaları adi pul tələbi deyil, mülkiyyət hüquqlarının pozulmasının aradan qaldırılması. İddiaçıların mülkiyyət hüquqlarının bərpa edilməsinə yönəlmiş iddia tələbləridir. Belə olan halda bu tələblərə iddia müddətlərinin tətbiqi ümumiyyətlə düzgün deyil. AR Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan ualdırılması haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddətləri tətbiq edilmir. Məhkəmənin hazırlıq iclaslarında cavabdehin nümayəndəsi iddia tələblərinin hüquqi tərəfinə etiraz etməmiş, lakin hesablamalarla razı olmadığını bildirmişdir. Bundan sonra məhkəmənin təşəbbüsü ilə məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuş və ekspert rəyi məhkəməyə yalnız xx.xx.2022-ci il tarixdə daxil olmuşdu. Ekspert rəyində əmək haqqı üzrə borclar iddiaçıların tələblərindən xeyli aşağı məbləğdə göstərilmişdir. Buna baxmayaraq, iddiaçılar ekspert rəyinə etiraz etməmişlər. Çünki bir ay müddət verilmiş ekspertizanın 6 ay ərzində keçirilməsi iddiaçıların haqlı narazılığına səbəb olmuşdur və işin baxılma müddətinin daha da uzadılmasında maraqlı deyillər. Cavabdeh ekspert rəyinə etiraz vermiş və hesablamalarla bağlı özünün cəlb etdiyi auditorun xx.xx.2022-ci il tarixli rəyini məhkəməyə təqdim etmişdir. Auditor rəyinə etirazında auditorun eyni məsələ ilə bağlı bir il bundan əvvəl və hazırda təqdim etdiyi hesablamalarda kəskin fərqlərin olması sübut olunmuşdur Hesab edir ki, qeyd olunan auditor rəyi, ona əlavə olunmuş qoşmalar və hesablamalar sübut kimi qiymətləndirilməməli, sübutlar siyahısından çıxarılmalıdır. AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 9/1623 saylı ekspert rəyində göstərilən məbləğlər iddiaçıların hesab etdiyi məbləğlərdən aşağı olmasına baxmayaraq, bu ekspert eəyinə alternativ mütəxəssis rəyi olmadığından və ekspert rəyinin əsaslandığı hesablama metodikasının səhv olmadığını nəzərə alaraq, iddiaçılar həmin rəyə etiraz bildirməmiş və həmin rəyi iş üzrə əlavə sübut kimi qəbul etmişlər. Bu səbəbdən iddiaçılar iş üzrə həmin rəyin mötəbər sübut kimi qiymətləndirilməsini məhkəmədən xahiş edirlər. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil4 iddia tələbini qəbul etməyərək, çıxışında göstərmişdir ki, iddia ərizəsi xx.xx.2021-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. Mediasiya haqqında Qanunun 35.1-ci maddəsinə əsasən, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Mediasiya prosesinin tətbiqi barədə təklifin tarixinin xx.xx.2021-ci il olduğunu nəzərə almaqla iddiaçılar tərəfindən yalnız 2020-ci ilin oktyabr ayından başlayaraq işçilərin işdəıı çıxdığı iyul 2021-ci il tarixədək olan dövr üzrə iddia irəli sürülə bilərdi. Lakin iddiaçılar 2018-ci ilin iyun ayından 2021-ci ilin uyun ayınadək olan dövr üçün tələb irəli sürmüşdürlər. Qeyd edilən dövr üzrə RDM tərəfindən işçilərə hər ay üzrə əmək haqqının hesablanmasını əks etdirən haqq-hesab sənədləri (hesablama vərəqələri) təqdim edilmişdir. Bununla bağlı iddiaçılara göndərilən müvafiq elektron məktubların surəti iş materiallarına əlavə olunmuşdur. Beləliklə. RDM tərəfindən işçilərin əmək haqlarının hesablanma qaydası ilə tanış olmaları üçün şərait yaradılmış, işçilər də hər ay onlara ödənilən əmək haqqının necə hesablandığı ilə tanış olmuşlar və hər hansı etiraz bildirməmişdirlər. İddiaçılar öz əmək müqavilələrinə uyğun olaraq, 30 gündən artıq olmayan müxtəlif müddətli vaxta rejimi ilə dəniz şəraitində çalışmışdırlar və müqavilədə iş vaxtının illik cəmlənmiş uçotunun tətbiqi nəzərdə tutulmasına baxmayaraq, onlara faktiki 4 aylıq cəmlənmiş uçot tətbiq edilmişdir. İşçinin maraqlarına və maddi təminatına daha uyğun olduğundan cavabdeh tərəfindən 4 aylıq cəmlənmiş uçot rejimi seçilmişdir. Yəni işçi 4 ay ərzində işləməli olan normativ saatların sayından əlavə işləyərsə, o zaman işçiyə iş vaxtı normasından artıq işlənmiş saatlar üçün əlavə 2 qat hesablanmalıdır. Ola bilər ki, işçi aylıq normada göstərilən 144 saatdan çox işləsin, ancaq 4 ayın cəmindəki istehsalat təqvimində göstərilən saatda göstərilən vaxtı aşmayıbsa, işçiyə əlavə işlədiyi vaxta görə pul ödənilməməlidir. Bu məqam AR ƏM-nin 96-cı maddəsində göstərilib. Həmçinin bu tərəflər arasında bağlanmış müqavilədə də öz əksini tapmışdır. İddiaçılar iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizədə qeyd edirlər ki, AR Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli 137 nömrəli qərarı ilə əmək şəraiti ağır və zərərli olduğu üçün nəzərdə tutulmuş 1.04 əmsalı iddiaçıların əmək haqqlarına tətbiq edilməlidir və bu əmsal üzrə cavabdehdən absurd məbləğdə pul tələb edirlər. Halbuki, sözügedən Qərara əsasən, 1.04 əmsal tarif (vəzifə) maaşına tətbiq edilir və bu əmsal tarif (vəzifə) maaşına 4% artım deməkdir. Tarif (vəzifə) maaşı işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Əmək haqqının tərkibinə (i) aylıq tarif (vəzifə) maaşı, (ii) əlavələr və (iii) mükafatlar daxildir. Əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir (AR Əmək Məcəlləsinin 157-ci maddəsinin 2-cı, 3-cü və 4-cü bəndləri). İşçilərin tarif maaşı işəgötürən və işçi arasında imzalanan əmək müqavilələrində sabit məbləğ olaraq müəyyən olunmuşdur. Yəni bu hesablamanın formulası aşağıdakı kimi olmalıdır: 1 saatlıq tarif (vəzifə) maaşının dəyəri = aylıq tarif (vəzifə) maaşı / həmin ay üzrə tş vaxtın norması (36 saatlıq iş həftəsi üzrə) 1.04 əmsalına görə verilməli olan əlavə məbləğ = 1 saatlıq tarif (vəzifə) maaşının dəyəri x həmin ay üzrə iş vaxtın norması (36 saatlıq iş həftəsi üzrə) (faktiki iş saatları aylıq iş vaxtının normasından az olduqda isə faktiki işlədiyi saatlar) x 0.04 Məsələn: 2019-cu ilin fevral ayı üzrə iddiaçı Ə.Pərvizin tarif (vəzifə) maaşı 2819 manat. həmin ay üzrə iş vaxtın norması (36 saatlıq iş həftəsi üzrə) 144 saat olmuşdur. 2819 manat /144 saat = 19.58 manat 19.58 manat x 144 saat x 0.04 = 112.78 manat Hətta həmin iddiaçının bu ay üzrə 336 saat işləmiş olduğunu nəzərə alaraq hesablama aparılsa belə, 1.04 əmsal üzrə hesablanan məbləğ tələb olunan məbləğdən kəskin şəkildə aşağıdır (19.58 manat x 336 saat x 0.04= 263.15 manat). İddiaçıların həkim kimi çalışdığı iş üzrə üçüncü şəxsin gəmiləri iş yeri kimi attestasiyadan keçirilmiş və onun nəticələrinə görə həmin gəmilərdə işləmək həkimlər üçün ağır və zərərli hesab edilməmişdir. Bu səbəbdən də iddiaçılara AR Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli 137 nömrəli qərarı ilə əmək şəraiti ağır və zərərli olduğu üçün nəzərdə tutulmuş 1.04 əmsalı üzrə ümumiyyətlə hər hansı əlavə hesablanmamalıdır. Bu tələb qanuna uyğun deyildir. Belə ki, Əmək Məcəlləsinin 157-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Həmin maddənin 157-ci maddəsinin 4-cü və 5-ci hissələrinə əsasən, tarif (vəzifə) maaşı — işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Əmək haqqına əlavə isə əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Əmək Məcəlləsinin 9-cu maddəsinin “e” bəndinə əsasən, işçinin, iş vaxtından artıq vaxtda işə cəlb olunduqda, əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək hüququ vardır. Əmək Məcəlləsinin 54-cü maddəsinin 1-ci hissəsinin 7-ci abzasından görünür ki, qanunverici iş vaxtını (əmək funksiyasının bu Məcəllə ilə müəyyən edilmiş iş vaxtı müddətindən artıq olmayan iş vaxtında yerinə yetirilməsini) əmək şəraitinin bir elementi kimi təsbit etmişdir. Beləliklə, qanunvericiliklə müəyyən edilmiş iş vaxtı müddətindən artıq işlənmiş vaxta görə işçiyə hesablanmış ödənc tarif (vəzifə) maaşı deyil, əmək haqqına əlavədir. AR Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli 137 nömrəli qərarının 1-ci və 4-cü bəndlərinə əsasən qeyd olunan əmsallar (artımlar) işçinin əmək haqqına deyil, tarif (vəzifə) maaşına tətbiq edilir. Əlavələrə 1,75 artım əmsalının hesablanması həmin Qərarda nəzərdə tutulmamışdır. Belə ki. əlavələr tarif (vəzifə) maaşı ilə cəmi işçinin əmək haqqını təşkil edir. Müqayisə üçün qeyd edir ki, adı çəkilən Qərarda susuz torpaq ərazilərində daimi içməli su mənbəyindən 20 km-dən 40 km-dək uzaqda yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərə (Qərarın 3-cü bəndi) və dəniz səviyyəsindən hündürlükdə yerləşən müəssisə, idarə, təşkilatlarda və ya İş yerlərində çalışan işçilərə (Qərarın 5-ci bəndi) artım əmsalı əmək haqqına görə verilir. Odur ki, tarif (vəzifə) maaşı 2819 manat təşkil edən işçi üçün 1,75 artım əmsalı (75% artım deməkdir) istənilən halda 2.114,25 manatdan (2.189x0,75), 1,04 artım əmsalı (4% artım deməkdir) isə 87,56 manatdan (2.189x0.04) artıq ola bilməz və ekstra saatlara görə hesablanmış əlavə əmək haqqına bu artımın tətbiq edilməsi qanunvericiliyə ziddir. İddiaçılar 1,75 əmsalını (Xəzər dənizində yerləşən obyektlərdə işlərin görülməsi üçün) həmçinin istirahətdə olduğu günlər üçiin də tələb edirlər və onlar öz tələblərini əmək müqavilələrinin 5.1-ci maddəsi ilə əsaslandırırlar. Bu tələb və bu cür əsaslandırma AR Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli 137 nömrəli qərarına və bu əmsalın tətbiqi anlayışa ziddir. Belə ki, sözügedən qərarda Xəzər dənizində yerləşən obyektlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına sahillə əlaqə şəraitindən asılı olaraq müxtəlif əmsallar (artım) nəzərdə tutulmuşdur ki, bu əmsalların da ən böyüyü 1.75 əmsalıdır və cavabdeh iddiaçıların xeyrinə olaraq onlarla əmək müqaviləsi bağlayarkən sahillə əlaqə şəraitindən asılı olmayaraq 1.75 əmsalının verilməsini müqaviləyə daxil etmişdir. Müqavilələrdəki “sahillə əlaqə şəraitindən asılı olmayaraq" ifadəsi sahillə gəminin əlaqəsindən, gəminin sahildən neçə km aralıda olmasından asılı olmayaq iddiaçılara ən yüksək 1.75 əmaslının tətbiq edilməsi anlamı daşıyır. Müqavilələrdəki “sahillə əlaqə şəraitindən asılı olmayaraq" ifadəsi iddiaçının gəmidə olmadığı vaxta görə də 1.75 əmsalının tətbiq edilməli olması mənası vermir və bu ifadə iddiaçıların tələblərinin əsası kimi qəbul edilə bilməz. Hesab edir ki, hesablamalar iddiaçılar tərəfindən düzgün aparılmamışdır. Belə ki, Əmək Məcəlləsinin qeyd olunan 164-cü maddəsinin 4-cü hissəsinə əsasən istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn giinü görülən işə görə əməkhaqqı aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla ödənilməlidir. Əmək Məcəlləsinin 149-cu bəndinin 3-cü hissəsinə əsasən, gündəlik tarif (vəzifə) maaşı aylıq tarif (vəzilə) maaşının aylıq iş günü normasına bölünməsi yolu ilə tapılır. İddiaçılar isə AR ƏM-nin 164-cü maddəsi üzrə apardıqları hesablamalarında əsassız olaraq artıq məbləğ hesablayırlar. Birincisi, onlar hesablamanı AR ƏM-nin 164-cü maddəsində nəzərdə tutulduğu kimi gündəlik tarif (vəzifə) maaşına əsasən deyil, faktiki işlənmiş saatların iki misli kimi hesablayırlar. Burada nə alınır? Əvvəla, iş vaxtı normasına əsasən işçiyə tarif (vəzifə) maaşı (hər norma saat üçün tarif (vəzifə) maaşının 1 misli) artıq hesablanmışdır. Təqvim ayı çərçivəsində hesablamalar iş vaxtı normasına əsasən aparıldığı üçün (normadan kənar iş saatları üçün hesablamalar hər 4 aydan bir iş vaxtının cəmlənmiş uçotunda aparılır) AR ƏM-nin yuxarıda qeyd olunan normasına əsasən həmin ayın əmək haqqı hesablanarkən istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən iş üçün norma üzrə iş saatlarının (7,2 saat) daha bir misli əlavə hesablanmalıdır və nəticədə qeyd olunan günlərə düşən norma iş saatları üzrə 2 qat hesablamaya əməl olunur. İddiaçılar isə təqvim ayında olan istirahət günləri (30 iş günündən artıq günlər üçün) görülən iş üçün hesablamanı faktiki iş saatları əsas götürülməklə aparırılar. Nəzərə alınsa ki, gündəlik iş vaxtı norması 7,2 saat, faktiki iş vaxtı isə 12 saatdır, yalnız bu əsassız iddia üzrə 66,66% artıq məbləğ hesablanır. İzahat qaydasında bildirir ki, faktiki iş vaxtının qalan hissəsi (12-7,2=4,8 saat) 4 ayın yekununda cəmlənmiş uçotda (iş vaxtından artıq işlənmiş iş saatları hesablanarkən) ikiqat hesablanıb ödəniləcəkdir. Bundan başqa, yuxanda qeyd etdiyi kimi, normal saatlar üzrə tarif (vəzifə) maaşı tam hesablanmışdır və beləliklə iddiaçıların hesablamalarında 12 faktiki iş saatının 7,2 norma saatı üzrə təqvim ayında 3 qat hesablama aparılır: 1 misli aylıq tarif (vəzifə) maaşı kimi + 2 misli istirahət gününün iş saatı kimi. Daha sonra, istirahət gününə düşən həmin saatlar cəmlənmiş uçota salınır və həmin saatlara bir daha 2 qat hesablama aparılır. Nəticədə istirahət günündə işlənmiş iş saatlarının 7.2 saatı üçün 5 qat, 4,8 saatı üçün isə 4 qat hesablama aparılır. Bundan əlavə, iddiaçıların hesablamasında işçilərin treyninqdə olduğu günlər də naməlum səbəbdən “iş vaxtından artıq vaxtda görülən iş saatları” kimi nəzərə alınmış və həmin günlərdə görülən işlərə görə ikiqat hesablama aparılmışdır. Əmək Məcəlləsinin 89-cu maddəsinin 1-ci hissəsinə əsasən tam iş vaxtı - müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. İşçinin treyninqdə olduğu günlərdə hər hansı əmək funksiyasını icra etmədiyi üçün treyninqdə olmaq işçinin onun işdən sonra qalıb işləməsi demək deyil. İşəgötürən və işçilər arasındakı razılaşmaya əsasən, işçinin treyninqdə olduğu günlərə görə işçilərin həm orta aylıq əmək haqları saxlanmış, həm də onlara hər gün üçün əlavə ödənişlər (yemək və nəqliyyat xərcləri) edilmişdir. İddiaçıların əlavə məzuniyyəti vermədiyi üçün AR ƏM-nin 144-cü maddəsinə görə kompensasiya verilməsi bağlı qeyd etmək istəyir ki, istinad edilən hissədə göstərilən saatlar tibb işçilərinin hava nəqliyyatında uçuş saatlarını ehtiva edir. Bununla bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 17 dekabr 2021-ci il tarixli ********** saylı məktubu iş materiallarına əlavə olunmuşdur. Həmin məktubda da təsdiq olunur ki. sözügedən qərarla təsdiq edilmiş siyahının XXXVİİ. “Səhiyyə” bölməsinin 176-cı hissəsində iş ili ərzində çaparaq saatlar tibb işçilərinin (həkim, feldser və tibb bacılarının hava nəqliyyatında uçuş saatlarını ehtiva edir. Əlavə olaraq bildirmək istəyir ki, iddiaçıların bəziləri ilə bağlanmış əmək müqavilələrinə xitam verilmiş və yenidən müqavilə bağlanmışdır. Məsələn, İddiaçı5 ilə. İddiaçı7 ilə, İddiaçı3 ilə 2015-ci ildə bağlanmış əmək müqavilələrinə xx.xx.2020-ci il də xitam verilmişdir və həmin şəxslərlə xx.xx.2020-ci il tarixində yeni əmək müqavilələri bağlanılmışdır. Əmək müqavilələrinə xitam verilərkən qeyd olunan şəxslərlə son haqq-hesab aparılmışdır və bu fakt qeyd olunan şəxslər tərəfindən Əmək Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulan, iddia müddətləri ərzində mübahisələndirilməmişdir. Buna görə də həmin şəxslər üzrə hər hansı bir iddiaya yeni əmək müqavilələri bağlandığı tarixdən (xx.xx.2020) sonrakı əməliyyatlar üzrə baxıla bilər, Halbuki, adları çəkilən şəxslərin iddiaları 02.07,2020-ci il tarixində xitam verilmiş əmək müqavilələrini də əhatə edir. Həmçinin, adları çəkilən iddiaçılar əlavə məzuniyyətə görə kompensasiya tələb edərkən, AR ƏM-nin 143-cü və 144- cü maddələrində nəzərdə tutulmuş normaları nəzərə almamışdır. Belə ki, Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən ‘‘əmək münasibətlərinə xitam verilərkən bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir.”. İddiaçılar hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı 1 faizi məbləğində ödəııcin verilməsini tələb edirlər. Bununla əlaqədar məhkəmənin nəzərinə çatdırır ki, AR Əmək Məcəlləsinin 96-cı maddəsinə əsasən, “qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz”. İşçilərlə bağlanmış əmək müqavilələrinin 4.6cı bəndinə əsasən “işlərin dənizdə vaxta üsulu ilə təşkili zamanı iş vaxtının illik cəmlənmiş uçotu tətbiq edilir”. Beləliklə, işçilərə iş vaxtının cəmlənmiş uçotu üzrə hesablanmış məbləğlər hər təqvim ilinin sonunda hesablanıb verilməli idi. Faktiki olaraq bu məbləğlər işçilərə bir neçə ay qabaq, yəni hər 4 aydan bir hesablanıb verilmişdir. Bu baxımdan “əmək haqqının gecikdirilməsi” absurd iddia və səhv hesablamadır. İddiaçıların son haqq-hesabın gecikdirilməsinə görə tələb etdikləri məbləğlərlə razı deyil və hesab edir ki, tələb əsassız və qanunsuzdur. Belə ki, cavabdehin iddiaçılar qarşısında hər hansı borcu olmadığına görə və onlarla əmək müqaviləsinə xitam verilərkən son haqq- hesab vaxtında və düzgün (hətta artıqlaması ilə) aparıldığına görə hər hansı gecikmədən söhbət gedə bilməz. Dəymiş mənəvi ziyanla bağlı məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, cavabdehin hər hansı hərəkəti nəticəsində iddiaçılara hər hansı bir mənəvi zərərin yetirilməsi sübut olunmur. Buna görə də iddia bu hissədə də rədd olunmalıdır. 13. İddiaçıların iddia tələbinə dair məhkəmə tərəfindən təyin edilmiş mühasibatlıq ekspertizasının nəticəsi kimi AR ƏN Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixii 9/1623 saylı ekspert rəyinin sübut kimi heç bir mötəbərliyi olmadığından hesab edir ki, həmin rəy sübut kimi qiymətləndirilə bilməz və məhkəmə tərəfindən qərar qəbul edərkən ekspertin hesablamalarına hər hansı hissədə istinad oluna bilməz. Belə ki, rəy ziddiyyətlərlə doludur, ziddiyyətlərlə bağlı yaranmış suallara məhkəmə iclasında dindirilmiş ekspert tərəfindən hər hansı məntiqli açıqlama verilməmişdir. Yuxarıda göstərilənləri ümumilləşdirərək məhkəmənin nəzərinə çatdırır ki, RDM tərəfindən iddiaçılara əmək haqqı hesablanarkən bəzi yalnışlıqlara yol verilmişdir. Yol verilmiş yalnışlıqlar heç də hər zaman iddiaçıların əleyhinə olmamış, əksinə, bir çoxları onların xeyrinə olmuşdur, o cümlədən, iddiaçılara RDM tərəfindən könüllü şəkildə (öhdəlik olmadan) gündəlik müavinətlər və əlavələr ödənilmişdir, cəmlənmiş uçot üzrə ekstra saatların hesablanıb ödənilməsi illik deyil (müqavilədə yazıldığı kimi) 4 aydan bir həyata keçirilmişdir və s. Beləliklə, iddiaçılara işlədikləri dövrdə ödənilməli olan əmək haqqı RDM tərəfindən əmək haqqının bəzi elementləri üzrə əksik, bəzi elementləri üzrə isə artıq ödənilməsi yolu ilə artıqlaması ilə ödənilmişdir. Məsələn, (rəqəmlər şərtidir) iddiaçı işlədiyi ay ərzində əmək haqqı olaraq (bütün elementlər üzrə) 1000 manat almalı idisə, RDM tərəfindən iddiaçıya həmin ay üzrə 1200 manat əmək haqqı ödənilmişsə, bu halda əmək haqqının hər hansı bir elementi üzrə az hesablama aparılması əmək haqqının azaldılması kimi qiymətləndirilə bilməz, çünki hər bir halda işçinin iqtisadı marağına ziyan vurulmamışdır. İddiaçıların leyhinə olan əksik hesablamaların RDM-nin öhdəliyi kimi qəbul edilərək artıq ödənilmiş məbləğlərin nəzərə alınmaması ədalət prinsipinin pozulması deməkdir. Hesab edir ki, aparılmış məhkəmə tədqiqatı zamanı və iş materialları ilə iddiaçıların iddia tələbləri sübuta yetirilmədiyindən və RDM-nin iddiaçılara hər hansı əmək haqqı borcu olmadığından iddia tələbi tam şəkildə rədd edilməlidir. Yuxanda qeyd olunanaları nəzərə alaraq, iddia tələbinin tam şəkildə rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri və vəkilləri Vəkil5 və Vəkil2 Vəkil4 ilə eyni məzmunda izahat verərək, iddia tələbinin tam şəkildə rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatların dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan işəgötürən "xxxx" ASC ilə işçi İddiaçı6 arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin surətindən görünür ki, işçi xx.xx.2019-cu il tarixdən etibarən ilk 3 ayı sınaq müddəti sayılmaqla, 8 ay 7 gün müddətinə, xx.xx.2019-cu il tarixinədək təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin şərtlərinə əsasən, işçi dənizdə növbəli iş üzulu ilə işləyir.(4.2) İşçiyə hər ay 2819 manat əmək haqqı və tarif maaşına sahillə əlaqə şəraitindən asılı olmayaraq artım (maksimum əmsal) ödənilir. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğində, gecə vaxtı iş rejiminə görə iş vaxtının hər saatına görə saatlıq tarif maaşının 20%-i həddində əlavə haqq verilir.(5.1) xx.xx.2017-ci, xx.xx.2019-cu, xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli əlavə sazişlərlə əmək müqaviləsinin müddəti uzadılmış, əmək haqqı 2884 manat müəyyən edilmiş, “sahillə əlaqə şəraitindən asılı olmayaraq artım (maksimum əmsal)” sözləri “sahillə əlaqə şəraitindən asılı olaraq artım (əmsal)” sözləri ilə əvəz edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin baş direktoru vəzifəsini müvəqqəti icra edən R.Vəzirovun xx.xx.2021-ci il tarixli, 476-k nömrəli əmrinin surətindən görünür ki, müəssisədən kənar tibbi xidmətlərin təşkili şöbəsi təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkimi İddiaçı6 xx.xx.2021- xx.xx.2022-ci il iş dövrü üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək 30 təqvim günü növbəti əmək məzuniyyətinin verilməsi, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (müqavilənin müddətinin bitməsi) xitam verilməsi və son haqq-hesabın aparılması əmr olunmuşdur. İş materiallarında olan işəgötürən "xxxx" ASC ilə işçi İddiaçı5 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 001-571/15 saylı əmək müqaviləsinin surətindən görünür ki, işçi xx.xx.2015-ci il tarixdən etibarən ilk 3 ayı sınaq müddəti sayılmaqla, 1 il müddətinə təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin şərtlərinə əsasən, işçi dənizdə növbəli iş üzulu ilə işləyir.(4.2) İşçiyə hər ay 2002 manat əmək haqqı və tarif maaşına sahillə əlaqə şəraitindən asılı olmayaraq artım (maksimum əmsal) ödənilir. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğində, gecə vaxtı iş rejiminə görə iş vaxtının hər saatına görə saatlıq tarif maaşının 20%-i həddində əlavə haqq verilir.(5.1) xx.xx.2017-ci, xx.xx.2017-ci, xx.xx.2018-ci il tarixli və xx.xx.2020-ci il tarixli əlavə sazişlərlə əmək müqaviləsinin müddəti uzadılmış, əmək haqqı 2884 manat müəyyən edilmiş, “sahillə əlaqə şəraitindən asılı olmayaraq artım (maksimum əmsal)” sözləri “sahillə əlaqə şəraitindən asılı olaraq artım (əmsal)” sözləri ilə əvəz edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin baş direktoru vəzifəsini müvəqqəti icra edən R.Vəzirovun xx.xx.2021-ci il tarixli, 544-k nömrəli əmrinin surətindən görünür ki, müəssisədən kənar tibbi xidmətlərin təşkili şöbəsi təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkimi İddiaçı5 ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (müqavilənin müddətinin bitməsi) xx.xx.2021-ci il tarixindən xitam verilməsi, ƏM-nin 144cü maddəsinin 2-ci hissəsinə əsasən istifadə etmədiyi 2 təqvim günü məzuniyyətə görə pulu əvəzinin ödənilməsi və son haqq-hesabın aparılması əmr olunmuşdur. İş materiallarında olan işəgötürən "xxxx" ASC ilə işçi İddiaçı7 arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, işçi xx.xx.2015-ci il tarixdən etibarən ilk 3 ayı sınaq müddəti sayılmaqla, 1 il müddətinə təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin şərtlərinə əsasən, işçi dənizdə növbəli iş üzulu ilə işləyir.(4.2) İşçiyə hər ay 2612 manat əmək haqqı və tarif maaşına sahillə əlaqə şəraitindən asılı olmayaraq artım (maksimum əmsal) ödənilir. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğində, gecə vaxtı iş rejiminə görə iş vaxtının hər saatına görə saatlıq tarif maaşının 20%-i həddində əlavə haqq verilir.(5.1) xx.xx.2020-ci il tarixli əlavə sazişlə əmək müqaviləsinin müddəti uzadılmış, “sahillə əlaqə şəraitindən asılı olmayaraq artım (maksimum əmsal)” sözləri “sahillə əlaqə şəraitindən asılı olaraq artım (əmsal)” sözləri ilə əvəz edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin baş direktoru vəzifəsini müvəqqəti icra edən R.Vəzirovun xx.xx.2021-ci il tarixli, 543-k nömrəli əmrinin surətindən görünür ki, müəssisədən kənar tibbi xidmətlərin təşkili şöbəsi təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkimi İddiaçı7 ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (müqavilənin müddətinin bitməsi) xx.xx.2021-ci il tarixindən xitam verilməsi əmr olunmuşdur. İş materiallarında olan işəgötürən "xxxx" ASC ilə işçi İddiaçı4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, işçi xx.xx.2018-ci il tarixdən etibarən ilk 3 ayı sınaq müddəti sayılmaqla, 1 il müddətinə təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin şərtlərinə əsasən, işçi dənizdə növbəli iş üzulu ilə işləyir.(4.2) İşçiyə hər ay 2819 manat əmək haqqı və tarif maaşına sahillə əlaqə şəraitindən asılı olmayaraq artım (maksimum əmsal) ödənilir. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğində, gecə vaxtı iş rejiminə görə iş vaxtının hər saatına görə saatlıq tarif maaşının 20%-i həddində əlavə haqq verilir.(5.1) xx.xx.2020-ci və xx.xx.2021-ci il tarixli əlavə sazişlərlə əmək müqaviləsinin müddəti uzadılmış, əmək haqqı 2884 manat müəyyən edilmiş, “sahillə əlaqə şəraitindən asılı olmayaraq artım (maksimum əmsal)” sözləri “sahillə əlaqə şəraitindən asılı olaraq artım (əmsal)” sözləri ilə əvəz edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin baş direktoru vəzifəsini müvəqqəti icra edən R.Vəzirovun xx.xx.2021-ci il tarixli, 464-k nömrəli əmrinin surətindən görünür ki, müəssisədən kənar tibbi xidmətlərin təşkili şöbəsi təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkimi İddiaçı4 xx.xx.2021-xx.xx.2022-ci il iş dövrü üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək 32 təqvim günü növbəti əmək məzuniyyətinin verilməsi, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (müqavilənin müddətinin bitməsi) xitam verilməsi və son haqq-hesabın aparılması əmr olunmuşdur. İş materiallarında olan işəgötürən "xxxx" ASC ilə işçi İddiaçı1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, işçi xx.xx.2018-ci il tarixdən etibarən ilk 3 ayı sınaq müddəti sayılmaqla, 8 ay müddətinə təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin şərtlərinə əsasən, işçi dənizdə növbəli iş üzulu ilə işləyir.(4.2) İşçiyə hər ay 2100 manat əmək haqqı və tarif maaşına sahillə əlaqə şəraitindən asılı olmayaraq artım (maksimum əmsal) ödənilir. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğində, gecə vaxtı iş rejiminə görə iş vaxtının hər saatına görə saatlıq tarif maaşının 20%-i həddində əlavə haqq verilir.(5.1) xx.xx.2019-cu və xx.xx.2021-ci il tarixli əlavə sazişlərlə əmək müqaviləsinin müddəti uzadılmış, “sahillə əlaqə şəraitindən asılı olmayaraq artım (maksimum əmsal)” sözləri “sahillə əlaqə şəraitindən asılı olaraq artım (əmsal)” sözləri ilə əvəz edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin baş direktoru vəzifəsini müvəqqəti icra edən R.Vəzirovun xx.xx.2021-ci il tarixli, 464-k nömrəli əmrinin surətindən görünür ki, müəssisədən kənar tibbi xidmətlərin təşkili şöbəsi təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkimi İddiaçı1 xx.xx.2021-xx.xx.2022-ci il iş dövrü üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək 30 təqvim günü növbəti əmək məzuniyyətinin verilməsi, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (müqavilənin müddətinin bitməsi) xitam verilməsi və son haqq-hesabın aparılması əmr olunmuşdur. İş materiallarında olan işəgötürən "xxxx" ASC ilə işçi X9 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 001-570/15 saylı əmək müqaviləsinin surətindən görünür ki, işçi xx.xx.2015-ci il tarixdən etibarən ilk 3 ayı sınaq müddəti sayılmaqla, 1 il müddətinə təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin şərtlərinə əsasən, işçi dənizdə növbəli iş üzulu ilə işləyir.(4.2) İşçiyə hər ay 2002 manat əmək haqqı və tarif maaşına sahillə əlaqə şəraitindən asılı olmayaraq artım (maksimum əmsal) ödənilir. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğində, gecə vaxtı iş rejiminə görə iş vaxtının hər saatına görə saatlıq tarif maaşının 20%-i həddində əlavə haqq verilir. (5.1) AZ-İ seriyalı, 025336 saylı adın dəyişdirilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X7 adı “Günay”dan “Elvin”ə dəyişdirilmiş və bu barədə akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 69 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan işəgötürən "xxxx" ASC ilə işçi İddiaçı3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, əmək müqaviləsinin müddəti uzadılmış, əmək haqqı 2884 manat müəyyən edilmiş, “sahillə əlaqə şəraitindən asılı olmayaraq artım (maksimum əmsal)” sözləri “sahillə əlaqə şəraitindən asılı olaraq artım (əmsal)” sözləri ilə əvəz edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin baş direktoru vəzifəsini müvəqqəti icra edən R.Vəzirovun xx.xx.2021-ci il tarixli, 545-k nömrəli əmrinin surətindən görünür ki, müəssisədən kənar tibbi xidmətlərin təşkili şöbəsi təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkimi İddiaçı3 ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (müqavilənin müddətinin bitməsi) xx.xx.2021-ci il tarixindən xitam verilməsi, ƏM-nin 144cü maddəsinin 2-ci hissəsinə əsasən istifadə etmədiyi 2 təqvim günü məzuniyyətə görə pulu əvəzinin ödənilməsi və son haqq-hesabın aparılması əmr olunmuşdur. İş materiallarında olan işəgötürən "xxxx" ASC ilə işçi İddiaçı2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, işçi xx.xx.2018-ci il tarixdən etibarən ilk 3 ayı sınaq müddəti sayılmaqla, xx.xx.2019-cu il tarixinədək təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin şərtlərinə əsasən, işçi dənizdə növbəli iş üzulu ilə işləyir.(4.2) İşçiyə hər ay 1918 manat əmək haqqı və tarif maaşına sahillə əlaqə şəraitindən asılı olmayaraq artım (maksimum əmsal) ödənilir. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğində, gecə vaxtı iş rejiminə görə iş vaxtının hər saatına görə saatlıq tarif maaşının 20%-i həddində əlavə haqq verilir.(5.1) xx.xx.2019-cu və xx.xx.2020-ci il tarixli əlavə sazişlərlə əmək müqaviləsinin müddəti uzadılmış, əmək haqqı 1962 manat müəyyən edilmiş, “sahillə əlaqə şəraitindən asılı olmayaraq artım (maksimum əmsal)” sözləri “sahillə əlaqə şəraitindən asılı olaraq artım (əmsal)” sözləri ilə əvəz edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin baş direktoru vəzifəsini müvəqqəti icra edən R.Vəzirovun xx.xx.2021-ci il tarixli, 455-k nömrəli əmrinin surətindən görünür ki, müəssisədən kənar tibbi xidmətlərin təşkili şöbəsi təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkimi İddiaçı2 xx.xx.2021-xx.xx.2022-ci il iş dövrü üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək 27 təqvim günü növbəti əmək məzuniyyətinin verilməsi, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (müqavilənin müddətinin bitməsi) xitam verilməsi və son haqq-hesabın aparılması əmr olunmuşdur. İş materiallarına əlavə olunmuş ərizələrin surətindən görünür ki, iddiaçılar 2021-ci ilin iyul ayında "xxxx" ASC-nin baş direktoru vəzifəsini müvəqqəti icra edən R.Vəzirova ərizələrlə müraciət edərək, şirkətdən işdən çıxmaları ilə əlaqədar əlavə məzuniyyətin verilməsini və bütün haqq-hesabların yenidən yoxlanılaraq, fərqin onlara ödənilməsini xahiş etmişdirlər. İş materiallarına əlavə olunmuş "xxxx" ASC-nin baş direktoru vəzifəsini müvəqqəti icra edən R.Vəzirov tərəfindən iddiaçılara ünvanlanmış məktubların surətindən görünür ki, ərizələrində qeyd olunan məsələlərlə bağlı ekspert arıldığı və yoxlamalar aparıldığı, qısa müddət ərzində cavab veriləcəyi bildirilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-767/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə mübahisənin düzgün həllinə nail olmaq üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 9/1623 saylı ekspert rəyinə əsasən: Birinci sual üzrə: Ekspert qarşısında 36 saatlıq istehsalat təqvimi nəzərə alınmaqla iddiaçılara istehsalat təqviminə və əmək müqaviləsinin şərtlərinə görə əmək haqqı düzgün hesablanmışdırmı, (hər bir iddiaçı üçün ayrı ayrılıqda göstərilməklə), əgər düzgün hesablanmayıbsa əmək haqqı düzgün olaraq necə hesablanmalı və əmək haqqının ümumi məbləği nə qədər olmalıdır (əmək haqqında olar fərqlər hər bir iddiaçı üçün ayrı ayrılıqda illərlə və aylarla göstərilmək şərti ilə) və nəticə etibarı ilə cavabdehin iddiaçılara borcu varmı və bu borc hər bir iddiaçı üçün nə qədər təşkil edir sualı qoyulmuşdur. RDM ilə iddiaçıların arasında bağlanmış əmək müqaviləsinə əsasən iş vaxtının cəmlənmiş uçotu tətbiq edilmişdir (Əmək Müqavilələrinin 4.6-cı maddəsi). Lakin ekspertizaya təqdim olunmuş sənədlərdən görünür ki, şirkətdaxili qaydalara əsasən uçot dövrü aylıq, rüblük, yarımillik və yaxud illik deyil, 4 aylıq tətbiq edilmişdir. Bu cür uçot ƏM-nin 96-cı maddəsinə əsasən qanuna uyğun hesab edilir. Bildirilir ki, 4 aylıq faktiki uçot dövrü tətbiq edildikdə faktiki saatların istehsalat təqvimi (həkim olan iddiaçılar üçün 36 saat) düzgün nəzərə alınmayıb. Bununla da 36 saatlıq istehsalat təqvimi nəzərə alınmaqla iddiaçılara istehsalat təqviminə və əmək müqaviləsinin şərtlərinə görə əmək haqqı düzgün hesablanmayıb. Bundan başqa qeyd edilir ki, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin mütəxəssisi tədqiqata cəlb edilmişdir və Əmək Müfəttişliyinin xx.xx.2022-ci tarixli **********6 saylı 2 vərəqli məktubu Ekspertiza Mərkəzinə daxil olmuşdur. Həmin məktubun dördüncü abzasında aşağıdakılar göstərilmişdir. - Nəzərinizə çatdırırıq ki, iddiaçılar İddiaçı6, İddiaçı5,İddiaçı7, İddiaçı4, X5, İddiaçı3 və İddiaçı2 hər iki müəsissədə həkim vəzifələrində işlədiklərini nəzərə alaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 93-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 12 avqust tarixli J06 nömrəli Qərarının tələblərinə əsasən həftəlik iş norması 36 saatdan çox olmamaq şərtillə qisaldıİmıs is vaxtı müəyyən edilir. Belə ki, əmək haqqının düzgün hesablanması aşağıdakı qaydada olmalıdır: İddiaçılar xüsusi qrupa aid peşə sahibləri olduqlarına görə, bu qrupa aid olan peşə sahiblərinə istehsalat cədvəli həftədə 36 saatlıq norma saxlanılmaqla uyğunlaşdırılmalı və ona müvafiq olaraq hesablanmalı, bundan başqa, Azərbaycan Respublikası Əmək Məcəlləsi və Əmək qanunvericiliyinə əsasən, habelə təqdim olunmuş müqavilələrin şərtlərinə əsasən artımlar, əlavələr tam məbləğdə ödənilməlidir. Təqdim edilmiş iş materiallarında olan sənədlərə və yuxarıda göstərilənlərə əsasən aşağıdakılar müəyyən olunur.(bax rəyə əlavə edilmiş qoşmalara) Əmək haqqının ümumi məbləği: İddiaçı6- 742,225.03 AZN. İddiaçı5 – 696,651.95 AZN. İddiaçı4 – 639,028.49 AZN. İddiaçı7- 681,018.81 AZN. İddiaçı1- 504,889.66AZN. İddiaçı2- 409,680.24 AZN. İddiaçı3- 758,739.88 AZN. Nəticə etibarı ilə cavabdehin İddiaçılara aşağıdakı məbləğlərdə borcu var. (bax rəyə əlavə edilmiş qoşmalara) İddiaçı6- 284,546.66 AZN; İddiaçı5- 222,659.53 AZN; İddiaçı4- 226,486.68 AZN; İddiaçı7- 242,381.71 AZN; İddiaçı1- 178,731.44 AZN; İddiaçı2- 165,128.53 AZN; İddiaçı3 251,940.79 AZN; İkinci sual üzrə: Ekspert qarşısında 4 aylıq faktiki uçot dövrü tətbiq edilməsini nəzərə alaraq, faktiki saatların normal istehsalat təqvimi (həkimlər üçün həftəlik 36 saat), habelə müvafiq olaraq müqavilə ilə nəzərdə tutulan vəzifə tarif maaşına maksimum 1.75 artım əmsalı artıq saatlara düzgün tətbiq edilmişdirmi və bu hesabla, yəni qısaldılmış iş rejiminə müvafiq olaraq 36 saatlıq istehsalat təqvimi tətbiq edildikdə 1 iş saatının qiyməti nə qədər olacaq (hər bir iddiaçı üçün ayrılıqda göstərilməklə) sualları qoyulmuşdur. Hazırkı rəyin tədqiqi hissəsində göstərildiyi kimi, 4 aylıq faktiki uçot dövrünün tətbiq edilməsini və eləcə də faktiki saatların normal istehsalat təqviminin iddiaçılar üçün 36 saat müəyyən olunmasını nəzərə almaqla, əmək müqaviləsi ilə nəzərdə tutulan vəzifə tarif maaşına maksimum 1.75 artım əmsalı artıq saatlara tətbiq edilməmişdir. Qısaldılmış iş rejiminə müvafiq olaraq 36 saatlıq istehsalat təqvimi tətbiq edikdikdə 1 iş saatının qiymətini tapmaq üçün vəzifə taarif maaşını ayın norma istehsalat təqvim saatlarına bölməklə tapılır. Uçot dövrü 4 ay olduğuna görə 1 iş saatının orta qiyməti (orta saatlıq taarif maaşı) aylıq vəzifə taarif maaşının uçot dövrü üçün orta aylıq istehsalat norma saatlarına (həftəlik 36 saat normasına uyğun gələn aylıq norma saatlarına) bölünməklə tapılır. Orta aylıq istehsalat norma saatları dedikdə 4 ayın norma saatlarının cəmlənərək 4-ə bölünməsi başa düşülməlidir. Bu dövr üçün 1 saatlıq vəzifə taarif maaşının orta qiymətini tapmaq üçün aylıq vəzifə taarif maaşını həmin dövr üçün orta aylıq norma istehsalat saatlarının miqdarına bölmək lazımdır. Artıq saatların ödənişi zamanı 1.75 artım əmsalı nəzərə alınarkən hesablama qaydası aşağıdakı kimi olmalıdır:

1. Artıq saatları tapılması=dövr üçün faktiki iş saatlarının cəmi – həmin dövr üçün norma istehsalat saatlarının cəmi;

2. Artiq saatların ödənişi=artıq saatların miqdarı x bu dövr üçün orta saatlıq taarif maaşı x 2;

3. Artıq saatlara 1.75 əmsalının tətbiqi= artiq saatların miqdarı x bu dövr üçün orta saatlıq taarif maaşı x 75%;

4. Artıq saatların ödənişi = 2 və 3 bəndlərində alınan məbləğlərin cəmi. Misal üçün 2019-cu il may-avqust uçot dövründə həkimlər üçün istehsalat norma saatları – May 2019 üçün 149.20 saat, İyun 2019 üçün 112.20 saat, İyul 2019 üçün165.60 saat, Avqust 2019 üçün144.00 saatdır. Bü dövr üçün orta aylıq istehsalat norma saatlarını tapaq: (149.2+112.2+165.6+144)/4=142.75 saat. Bu uçot dövrü üçün orta saatlıq taarif maaşı=vəzifə taarif maaşı/142.75. İş materiallarında olan sənədlərə və yuxarıda göstərilənlərə əsasən bir iş saatının qiyməti aşağıdakı kimi müəyyən olunur. İddiaçı6 üçün- 2819/142.75=19.75 AZN; İddiaçı5 üçün -2819/142.75=19.75 AZN; İddiaçı4 üçün -2819/142.75=19.75 AZN; İddiaçı7 üçün-2553/142.75=17.88 AZN; İddiaçı1 üçün -.2100/142.75=14.71 AZN; İddiaçı2 üçün -1918/142.75=13.44 AZN; İddiaçı3 üçün -2819/142.75=19.75AZN. Üçüncü sual üzrə: İş materiallarında olan sənədlərdən göründüyü kimi, iddiaçılara artıq işlədikləri saatlar üçün əmək haqqı qanunla müəyyən olunmuş qaydada ödənilib. Lakin iddiaçıların işlədikləri artıq saatları 36 saatlıq iş rejiminə əsasən düzgün hesablanmayıb. Yəni cavabdeh iddiaçıların işlədiyi artıq saatları 40 saatlıq iş rejimi ilə hesabladığından, artıq saatların sayı az hesablanmış və nəticədə düzgün ödənilməmişdir. Beləliklə də, cavabdehin iddiaçılara aşağıda göstərilən məbləğdə borcu yaranmışdır: (bax rəyə əlavə edilmiş qoşmalara) İddiaçı6n 16.283,36 AZN; İddiaçı5- 13,365.28 AZN; İddiaçı4- 16.186,07 AZN; İddiaçı7- 19.572,61 AZN; İddiaçı1- 14.811,24 AZN; İddiaçı2- 12.717,88 AZN; İddiaçı3- 24.456,71 AZN. Dördüncü suallar üzrə: İş materiallarından göründüyü kimi, əmək müqaviləsi ilə nəzərdə tutulmuş 1.75 artım (dəniz əmsalı) 4 aylıq faktiki uçot dövrünün tətbiq edilməsini və eləcə də faktiki saatların normal istehsalat təqvimi iddiaçılar üçün 36 saat müəyyənləşməsini nəzərə alaraq, işçilərin (iddiaçıların) işlədiyi artıq saatlara tətbiq edilməmişdir. Beləliklə də cavabdehin iddiaçılara əmək haqqı üzrə aşağıda göstərilən məbləğdə borcu yaranmışdır, (bax rəyə əlavə edilmiş qoşmalara) İddiaçı6- 5.852,26 AZN; İddiaçı5- 10.475,74 AZN; İddiaçı4- 6.527,47 AZN; İddiaçı7- 9.961,30 AZN; İddiaçı1- 2.994,42 AZN; İddiaçı2- 2.515,29AZN; İddiaçı3- 10.425,38 AZN. Beşinci sual üzrə: İşçilərə (iddiaçılara) bir aylıq maaşdan əlavə iş aylıq normadan artıq vaxtda görüldüyünə görə maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla maaş ödənilməli idi. İddiaçılara isə istirahət günlərində işləmələrinə baxmayaraq yalnız bir aylıq vəzifə maaşı ödənilmişdir. Beləliklə işəgötürənin işçilərə 30 günlük vaxtdan sonra faktiki olaraq istirahət günlərində işə cəlb olunduqları günlər üçün əmək haqqı üzrə borc yaranmışdır: (bax rəyə əlavə edilmiş qoşmalara) İddiaçı6- 48.656,68 AZN; İddiaçı5- 40.128,85 AZN; İddiaçı4- 49.182,06 AZN; İddiaçı7- 58.941,34 AZN; X8- 40.053,70 AZN; İddiaçı2- 34.758,66 AZN; İddiaçı3- 50.049,57 AZN. Altıncı sual üzrə: Rəyin tədqiqi hissəsində göstərildiyi kimi, işdən çıxarılmamışdan əvvəl İddiaçılar tərəfindən Nazirlər Kabinetinin 92 saylı qərarı ilə müəyyən 30 günlük əlavə məzuniyyətin verilməsi üçün cavabdehə rəsmi ərizələrlə müraciətlər edilmişdir, iddiaçıların tələbi təmin edilməmiş, işçilərə əlavə məzuniyyət verilməmişdir. Bundan sonra verilməmiş məzuniyyət günləri son haqq hesabda kompensasiya edilməmişdir. Beləliklə də, cavabdehin iddiaçılara aşağıdakı məbləğdə borcu yaranmışdır: (bax rəyə əlavə edilmiş qoşmalara) İddiaçı6- 88.398,77 AZN; İddiaçı5- 42.495,44 AZN; İddiaçı4- 45.404,84 AZN; İddiaçı7- 51.994,95 AZN; X8- 39.220,53AZN; İddiaçı2- 31.482,94 AZN; İddiaçı3- 55.135,67 AZN. Yeddinci sual üzrə: Hazırkı rəyin təsviri hissəsində qeyd edildiyi kimi, ekspert qarşısında iş yerlərinin attestasiyası düzgün keçirilmişdirmi, əgər düzgün keçirilmişdirdə attestasiyanın nəticələri iddiaçılara dair hissədə düzgün tərtib olunmuşdurmu, Nazirlər Kabinetinin 22 avqust 2002-ci il 137 saylı qərarında nəzərdə tutulan əmsal iddiaçıların əmək haqqında nəzərdə tutulmuşdurmu, əgər nəzərdə tutulub və tətqbiq edilibsə hansı əmsal nəzərdə tutulub və ödənilib, əgər əmsal tətbiq olunmayıbsa tətbiq olunsaydı hansı əmsal tətbiq olunmalı idi, əmsalın tətbiq olunacağı təqdirdə işəgötürən işçilərə (iddiaçılara) illərlə və aylarla nə qədər əmək haqqı ödəməli idi (hər bir iddiaçı üçün ayrıayrılıqda), nəticədən asılı olaraq işəgötürənin (cavabdehin) işçilərə (iddiaçılara) borcu varmı (hər bir iddiaçı üçün aytı- ayrılıqda göstərilməklə) sualları qoyulmuşdur. “X1 B.V.” şirkəti tərəfindən təqdim edilmiş iddiaçıların iş yerlərinin attestasiyası haqqında sənədlərin tam olmaması, eləcə də təqdim olunan sənədlərin iddiaçılara aid olan hissələrində fərqli qaydada qiymətləndirilmə aparılması, ümumilikdə iş yerlərinin attestasiyasının düzgün aparılıb-aparılmaması, elacə də attestasiyanın nəticələrinin iddiaçılara aid hissələrdə düzgün tərtib olunması haqda suallara cavab verilməsi qeyri mümkündür. Ekspertizaya təqdim olunmuş sənədlərə əsasən bildirilir ki, Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 137 saylı Qərarında nəzərdə tutulmuş əmsalların heç biri iddiaçıların (onların başqa işçilərlə birgə eyni istehsalat sahəsində çalışmalarına baxmayaraq) əmək haqqlarında nəzərə alınmamışdır. Hazırda ekspert hesablamaları Nazirlər Kabinetinin 137 saylı “ Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Qərarı ilə müəyyənləşdirilmiş əmsallardan minimum əmsal (yəni 1.04) tətbiq edilərək aparılmışdır. Belə ki, Nazirlər Kabinetinin qərarı ilə müəyyənləşdirilmiş əmsallar iş yerlərində (istehsalat sahələrində) zərərliliyin dərəcəsinə uyğun olaraq və Attestasiyanın nəticələrinə əsasən mütləq işçilərin əmək haqqlarına tətbiq olunmalıdır. İddiaçılara heç bir əmsal tətbiq olunmamışdır. İş materiallarından göründüyü kimi, Attestasiya nəticələrində iddiaçıların əmək haqqlarına hansı əmsalın tətbiq olunması göstərilməmişdir. Belə olan halda Nazirlər Kabinetinin yuxarıda göstərilən müvafiq Qərarı ilə müəyyənləşdirilmiş ən aşağı ( minimum) əmsal tətbiq olunmalıdır. Daha yüksək əmsalların tətbiq olunub-olmaması yalnız düzgün qəbul edilən attestasiyanın nəticəsində müəyyən oluna bilər. Beləliklə, minimum 1.04 əmsalın tətbiq olunduğu təqdirdə işəgötürənin (cavabdehin) işçilərə (iddiaçılara) aşağıdakı kimi borcu yaranmışdır İddiaçı6- 88.398,77 AZN; İddiaçı5- 83.164,40 AZN; İddiaçı4- 74.802,92 AZN; İddiaçı7- 76.345,88 AZN; İddiaçı1- 60.538,60 AZN; İddiaçı2- 43.794,65 AZN; İddiaçı3- 88.535,55 AZN. Səkkizinci sual üzrə: İş materiallarında olan bankların kart hesabları üzrə çıxarışlarından görünür ki, iddiaçıların iş fəaliyyəti zamanında iddiaçıların əmək haqlarının ödənişində dəfələrlə gecikmələr olmuşdur. Əmək haqqı ödənişində ümumi olaraq gecikmə: İddiaçı6- 64 gün; İddiaçı5 - 66 gün; İddiaçı4 - 64 gün; İddiaçı7 - 66 gün; İddiaçı1 - 64 gün; İddiaçı2 - 64 gün; İddiaçı3 - 66 gün. Doqquzuncu və onuncu sual üzrə: İş materiallarına əsasən, iddiaçılara əmək haqqı ödənişləri Azərbaycan Respublikası Əmək Məcəlləsi və əmək qanunvericiliyinə görə tam və düzgün ödənilməmişdir. Həmçinin qeyd edilir ki, əmək qanunvericiliyində və müqavilələrdə nəzərdə tutulmayan artıq ödənilmiş əmək haqqı və əlavələrin mövcudluğu müəyyən olunmamışdır. Bundan başqa qeyd edilir ki, iş mateiallarından göründüyü kimi, iddiaçılara əmək haqqları, son haqq hesabları tam və düzgün hesablanmamış və ödənilməmişdir. Beləliklə cavabdehin iddiaçılara əmək haqqı (artımlar, əlavələr, son haqq-hesab) üzrə borcları yaranmışdır (bax rəyə əlavə edilmiş qoşmalara).o cümlədən; İddiaçı6- 294.363,61 AZN; İddiaçı5- 231.468,74 AZN; İddiaçı4- 236.318,18 AZN; İddiaçı7- 252.048,84 AZN; X8- 186.630,88 AZN; İddiaçı2- 171.916,83 AZN; İddiaçı3- 261.745,53 AZN. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin məhkəmənin müraciətinə xx.xx.2022-ci tarixli **********6 saylı cavab məktubundan görünür ki, müraciətə Xidmətin Bakı şəhər İdarəsində baxılmış və bildirilmişdir ki, iddiaçılar İddiaçı6, İddiaçı5, İddiaçı7, İddiaçı4, X5, İddiaçı3 və İddiaçı2 hər iki müəsissədə həkim vəzifələrində işlədiklərini nəzərə alaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 93-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 12 avqust tarixli 106 nömrəli Qərarının tələblərinə əsasən həftəlik iş norması 36 saatdan çox olmamaq şərti ilə qısadılmış iş vaxtı müəyyən edilir. Eyni zamanda bu kateqoriyalı işçilərə (həkim) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 115-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyyət hüququ verən zərərli və ağır istesalatların, peşə və vəzifələrin Siyahısının təstiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 iyul 2004-cü il tarixli 92 nömrəli Qərarına əsasən əsas əmək məzuniyyət gününə 6 təqvim günü əlavə məzuniyyət nəzərdə tutulub. İddiaçıların “X1 B.V” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə bağlanılmış əmək müqaviləsinə əsasən işlədikləri iş yeri Xəzər dənizində fəaliyyət göstərən gəmi olduğundan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 159-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli 137 nömrəli “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Qərarının 4-cü hissəsinə əsasən Xəzər dənizində yerləşən obyektlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına sahillə əlaqə şəraitindən asılı olaraq artımın (əmsalın) minimum miqdarı aşağıdakı kimi: - sahillə quru yol əlaqəsi olduqda 1.4 misli, quru yol əlaqəsi olmadıqda və sahildən 0,5 kmə qədər uzaqlıqda yerləşdikdə 1.5 misli, 0.5 km-dən 70 km-ə qədər uzaqlıqda yerləşdikdə 1.65 misli, 70-km artıq uzaqlıqda yerləşdikdə 1.75 misli müəyyən edilir. “X1 B.V” Şirkətinin Azərbaycan Respublikasındakı Filialında iş yerlərinin attestasiyasının keçirilməsi barədə sənədlər təhqiqat materialarında tam təqdim edilməmişdir. Mövcud olan sənədlərdən əmək şəraiti üzrə iş yerlərinin attestasiya xəritələrinə əsasən yalnız “Xankəndi” gəmisində həkim peşəsində işləyənləri əməyin ağırlığı sinifi 3.1-3.3, əməyin gərginliyi 3.1-3.3 müəyyənləşdirilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli, 38 nömrəli qərarına Əlavəsinin 3.4.6-cı maddəsində iş yerində təhlükəli və zərərli istehsalat amillərpn faktiki göstəriciləri zədə təhlükəsizliyi və işçilərin fərdi mühafizə vasitələri ilə təminatı üzrə tələblərdən və yaxud qüvvədə olan normalardan yüksək olduğu halda, bu cür iş yerlərində əmək şəraiti təhlükəli və zərərli sayılır. Əmək şəraitinin 3-cü sinfə (zərərlı) aid olunduğu zaman iş yeri müvafiq sinfin və zərərliyin dərəcəsinin (3.1, 3.2, 3.3, 3.4, eyni zamanda 3-zədə təhlükəsizliyi üzrə) göstərilməsi ilə və onun əməyin mühafizəsi üzrə normativ hüquqi aktların uyğunluğuna çatdırılması haqqında təkliflərin müəssisədə əmək şəraitinin yaxşılaşdırılması və sağlamlaşdırılması haqqında tədbirlər planına daxil edilməsi ilə şərtli attestasiya sayılır. Əmək şəraitinin 4-cü sinfə (təhlükəli) aid olunduğu halda, iş yeri attestasiya olunmamış sayılır və təcili olaraq yenidən təchiz edilməli və yaxud ləğv edilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, mübahisə üzrə həmin tarixdə keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdehin nümayəndəsi iştirak etməmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyət orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən hüquq münasibətlərini tənzim etdiyindən məhkəmə qeyd edir ki, mübahisənin həlli üçün əmək qanunvericiliyinin normaları tətbiq olunmalıdır. Həmin Məcəllənin 4-cü maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllə, qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda (bundan sonra ismin müvafiq halında “müəssisələr”), eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının səfirliklərində, konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir. Həmin Məcəllənin 5-ci maddəsinin 1-ci hissəsinə görə, Azərbaycan Respublikasının xarici dövlətlərlə, beynəlxalq təşkilatlarla bağladığı müqavilələrində başqa hal nəzərdə tutulmayıbsa, bu Məcəllə müvafiq xarici dövlətlərin, onların fiziki və hüquqi şəxslərinin, beynəlxalq təşkilatların, eləcə də vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri və qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınıb, fəaliyyət göstərən iş yerlərində heç bir şərt qoyulmadan tətbiq edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci bəndinin a və b yarımbəndlərinə əsasən əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, bu Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin əsas vəzifələrindən biridir. Həmin Məcəllənin 43-cü maddəsinin 1-ci hissəsinə görə, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Həmin Məcəllənin 43-cü maddəsinin 2-ci hissəsinin “ə” bəndinə əsasən əmək müqaviləsində işçinin əmək şəraitinin şərtləri - iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması göstərilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 93-cü maddəsinə əsasən yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerlərində (həkimlərə, müəllimlərə, elektrotexniki qurğularda, cihazlarda və qanunvericilikdə nəzərdə tutulan digər iş yerlərində işləyənlərə) həftə ərzində 36 saatdan çox olmamaq şərtilə qısaldılmış iş vaxtı müəyyən edilir. Həmin iş yerləri üzrə peşələrin, vəzifələrin siyahısı iş vaxtının konkret müddəti göstərilməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 96-cı maddəsinə əsasən:

1. Qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz.

2. İş vaxtının cəmlənmiş uçotunun tətbiqi qaydası kollektiv müqavilə ilə, müəssisədə iş vaxtının rejimini müəyyən edən qaydalarla və ya əmək müqaviləsi ilə tənzim edilir.

3. Hər il dekabr ayının sonunadək növbəti il üçün normal iş vaxtı üzrə istehsalat təqvimi və iş vaxtının normasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən iş vaxtından artıq iş - işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Həmin Məcəllənin 102-ci maddəsinə əsasən işəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur. İş vaxtının uçotunun aparılması forması və qaydası işəgötürən tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 109-cu maddəsinə əsasən bu Məcəllənin 107-ci maddəsi ilə yol verilən müstəsna hallarda istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işə cəlb edilən işçilərin əməyi 164-cü maddədə nəzərdə tutulan qaydada ödənilir. Həmin Məcəllənin 113-cü maddəsinə əsasən əmək məzuniyyəti - işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır. Həmin Məcəllənin 135-ci maddəsinin 2-ci bəndinə görə işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Həmin Məcəllənin 136-cı maddəsinə əsasən bu Məcəllənin 114-cü maddəsində nəzərdə tutulmuş əsas məzuniyyət, yalnız 115 və 116-cı maddələri ilə müəyyən edilmiş əlavə məzuniyyətlərlə cəmlənərək birlikdə verilməlidir. İşçinin eyni vaxtda bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş iki və daha çox əlavə məzuniyyətə hüququ olduqda onun əsas məzuniyyətinə daha çox müddətli bir əlavə məzuniyyət birləşdirilir. Həmin Məcəllənin 143-cü maddəsinə əsasən müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin “a” və “ç” bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir. İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Əmək münasibətlərinə xitam verilərkən bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə görə əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 172-ci maddəsinin 1-ci hissəsinə görə aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Həmin Məcəllənin 172-ci maddəsinin 2-ci hissəsinə görə kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. Həmin Məcəllənin 164-cü maddəsinə əsasən istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 avqust 2003-cü il tarixli 106 nömrəli Qərarı ilə təsdiq edilmiş "İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerləri üzrə iş vaxtının konkret müddəti göstərilməklə peşələrin, vəzifələrin Siyahısı”na əsasən iş yerindən asılı olmayaraq digər həkimlər üçün qısaldılmış iş vaxtının həftəlik müddəti (saatla) 36 saat müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında 2002-ci il 22 avqust tarixli, 137 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının müəssisə, idarə və təşkilatlarında iş yerlərinin attestasiyasının nəticələri əsasında əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına əmək şəraitinin ağır və zərərlik səviyyəsindən asılı olaraq artımın (əmsalın) minimum miqdarı aşağıdakı kimi müəyyən edilməsi qərara alınmışdır : əmək şəraiti ağır və zərərli işlərdə əmək şəraitinin ağır və zərərliliyinin: aşağı səviyyəsində 1,04; orta səviyyəsində 1,08; yuxarı səviyyəsində 1,12. Həmin Məcəllənin 195-ci maddəsinə əsasən şəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır: d) işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 287-ci maddəsinə əsasən, fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. 292-ci maddəsinin 1-ci bəndinə əsasən, pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər.. 294-cü maddəsinin 5-ci hissəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, araşdırılmış sübutlarla tərəflər arasında bağlanmış əmək müqavilələrində nəzərdə tutulmasına baxmayaraq, cavabdeh "xxxx" ASC tərəfindən iddiaçılar İddiaçı6, İddiaçı5, İddiaçı7, İddiaçı4, İddiaçı1, İddiaçı3 və İddiaçı2 36 saatlıq iş rejiminə əsasən artımların və əlavələrin tam məbləğdə ödənilməməməsi, nəticədə, iddiaçılara maddiz ziyan vurulduğu müəyyən edilmişdir. Belə olduğu halda, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin Vİ hissəsini və Əmək Məcəlləsinin 135, 143, 144, 154, 164, 172 və 195-ci maddələrinin tələblərini əsas tutaraq məhkəmə hesab edir ki, iddiaçılar haqlı olaraq, hazırki tələblərlə məhkəməyə müraciət etmişdirlər. Odur ki, iddia tələbləri maddi ziyan hissəsində əsaslı və qanuni olduğundan, qismən təmin edilməli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 9/1623 saylı ekspert rəyi əsas götürülməklə, cavabdeh "xxxx" ASC-dən iddiaçılar- İddiaçı6 xeyrinə 294.363,61 manat və hüququ yardıma görə ödənilmiş məbləğin əvəzi olaraq 300 manat, İddiaçı5 xeyrinə 231.468,74 manat və hüququ yardıma görə ödənilmiş məbləğin əvəzi olaraq 300 manat, İddiaçı7 xeyrinə 252.048,84 manat və hüququ yardıma görə ödənilmiş məbləğin əvəzi olaraq 300 manat, İddiaçı4 xeyrinə 236.318,18 manat və hüququ yardıma görə ödənilmiş məbləğin əvəzi olaraq 300 manat, İddiaçı2 xeyrinə 171.916,83 manat və hüququ yardıma görə ödənilmiş məbləğin əvəzi olaraq 300 manat, İddiaçı3 xeyrinə 261.745,53 manat və hüququ yardıma görə ödənilmiş məbləğin əvəzi olaraq 300 manat və İddiaçı1 xeyrinə 186.630,88 manat və hüququ yardıma görə ödənilmiş məbləğin əvəzi olaraq 300 manat pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir... Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, mənəvi zərərin əvəzi, bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. “Kletsova Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli X8 Hüquqları Məhkəməsi də mübahisənin mahiyyətini, pozuntunun xarakterini nəzərə alaraq iddiaçının iddiasının təmin edilməsi barədə məhkəmə aktının qəbul edilməsini mənəvi zərərin ödənilməsinin ədalətli kompensasiyası hesab etmişdir. "Alexina və digərləri Rusiyaya qarşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, mənəvi ziyana görə kompensasiya məsələsinə gəldikdə, məhkəmə hazırkı vəziyyətdə Konvensiyanın pozulduğunu aşkar edərsə, bu fakt ərizəçilər üçün mənəvi ziyanın ədalətli kompensasiyası kimi qəbul edilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, dəymiş maddi ziyanla bağlı hissəsində iddiaçıların pozulmuş hüquqlarının bərpa edilməsi nəzərə alınaraq, həmçinin, həmin hissələrdə iddia tələbləri kifayət qədər əsaslandırılmadığından, cavabdehdən mənəvi ziyana vəayrı-seçkiliyə məruz qoymaya görə kompensasiya tutulması hissələrində iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 -ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Həmin Məcəllənin 121.1-ci maddəsinə görə, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarına əlavə olunmuş mədaxil qəbzlərinin surətlərindən görünüyü kimi, iş üzrə hüquqi yardım göstərilməsi üçün iddiaçıların hər biri tərəfindən “V.M.N.” Vəkil Bürosunun hesabına 300 manat məbləğində pul vəsaiti ödənilmişdir. Məhkəmə hazırki üş üzrə hüquqi yardıma görə hər bir iddiaçının xeyrinə cavabdehdən tutulması tələb olunan 300 manat məbləğini ağlabatan məbləğ hesab edərək təmin olunması qənaətinə gəlir. AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.5-ci maddəsinə əsasən, iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu ödənilməlidir. Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/1623 saylı rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən göründüyü kimi, aparılmış tədqiqatın dəyəri 500 manat olmaqla Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə hesab edir ki, iddiaçılar dövlət rüsumunu ödəməkdən azad edildiyinə, iddia tələbi qismən, 60% həcmində təmin edildiyinə görə ödənilməli olan 2157,50 manat dövlət rüsumunun 1294,50 manatı və ekspertiza tədqiqatının dəyəti olan 500 manat cavabdehdən tutulub dövlət büdcəsinin hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən: - İddiaçı6 xeyrinə 294.363,61 (iki yüz doxsan dörd min üç yüz altmış üç manat 61 qəpik) manat və hüququ yardıma görə ödənilmiş məbləğin əvəzi olaraq 300 (üç yüz) manat; - İddiaçı5 xeyrinə 231.468,74 (iki yüz otuz bir min dörd yüz altmış səkkiz manat 74 qəpik) manat və hüququ yardıma görə ödənilmiş məbləğin əvəzi olaraq 300 (üç yüz) manat; - İddiaçı7 xeyrinə 252.048,84 (iki yüz əlli iki min qırx səkkiz manat 84 qəpik) manat və hüququ yardıma görə ödənilmiş məbləğin əvəzi olaraq 300 (üç yüz) manat; - İddiaçı4 xeyrinə 236.318,18 (iki yüz otuz altı min üç yüz on səkkiz manat 18 qəpik) manat və hüququ yardıma görə ödənilmiş məbləğin əvəzi olaraq 300 (üç yüz) manat; - İddiaçı2 xeyrinə - 171.916,83 (bir yüz yetmiş bir min doqquz yüz on altı manat 83 qəpik) manat və hüququ yardıma görə ödənilmiş məbləğin əvəzi olaraq 300 (üç yüz) manat; - İddiaçı3 xeyrinə 261.745,53 (iki yüz altmış bir min yeddi yüz qırx beş manat 53 qəpik) manat və hüququ yardıma görə ödənilmiş məbləğin əvəzi olaraq 300 (üç yüz) manat; - İddiaçı1 xeyrinə 186.630,88 (bir yüz səksən altı min altı yüz otuz manat 88 qəpik) manat və hüququ yardıma görə ödənilmiş məbləğin əvəzi olaraq 300 (üç yüz) manat pul vəsaiti tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh "xxxx" ASC-dən dövlət rüsumuna görə 1294,50 (bir min iki yüz doxsan dörd manat 50 qəpik) manat tutulub dövlət büdcəsinin hesabına köçürülsün. Ekspertiza tədqiqatının dəyəri olan 500 (beş yüz) manat məbləğində pul cavabdeh "xxxx" ASCdən tutularaq, X4, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ**********0000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər.

Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar