Məhkəmə qərarları › İş №2(004)-77/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-77/2024

15.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-77/2024 15.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “əmlakların naturada ayrılması, bu mümkün olmadıqda isə əmlakların açıq hərracdan satılaraq dəyərlərinin mülkiyyətçilər arasında paylara mütənasib surətdə bölüşdürülməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “əmlakların naturada ayrılması, bu mümkün olmadıqda isə əmlakların açıq hərracdan satılaraq dəyərlərinin mülkiyyətçilər arasında paylara mütənasib surətdə bölüşdürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, X18 küçəsi, ev 81 ünvanındakı 66,6 kv.m olan qeyri-yaşayış sahəsinin və Bakı şəhəri, Yasamal rayonu, X18 küçəsi, ev 81, mənzil 14 ünvanındakı 54,59 kv.m yaşayış sahəsinin paylarına mütənasib şəkildə ayrılması, yəni – 1/10 hissədə Cavabdeh1, 1/10 hissədə Cavabdeh2, 1/10 hissədə Cavabdeh3, 1/10 hissədə İddiaçı1 və 6/10 hissədə İddiaçı2 xeyrinə ayrılması, ayrılma mümükün olmadıqda əmlakın açıq hərracdan satılaraq satış pulunun mülkiyyətin mülkiyyətçiləri kimi onların - /10 hissədə Cavabdeh1, 1/10 hissədə Cavabdeh2, 1/10 hissədə Cavabdeh3, 1/10 hissədə İddiaçı1 və 6/10 hissədə X11 payına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X12 ilə İddiaçı2 1994-cü il tarixdə ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.1997-ci il təvəllüdlü İddiaçı1 dünyaya gəlmişdir. X5 Qətibə adlı xanımla daha öncəki nikahından isə üç övladı, cavabdehlər - Elman, Elnur və Elmar dünyaya gəlmişdir. Bakı şəhəri, Yasamal rayonu, X18 küçəsi, ev 81 ünvanındakı 66.6 kv.m olan qeyri-yaşayış sahəsi və Bakı şəhəri, Yasamal rayonu, X16 küçəsi, ev 81, mənzil 14 ünvanındakı 54.59 kv.m yaşayış sahəsi mərhum X9 məxsus olmuşdur. xx.xx.2022-ci il tarixində X12 vəfat etmişdir. Vəfat etdikdən sonra onlar müvafiq vərəsəlik işinin görülməsi üçün notariat kontoruna müraciət etmişlər. Notariat kontorunda müvafiq vərəsəlik işi açılaraq onlara vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Verilmiş şəhadətnaməyə əsasən onların adlarına Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. Həm yaşayış sahəsinə, həm də qeyri-yaşayış sahəsinə dair 1/10 hissədə İddiaçı1, 6/10 hissədə İddiaçı2, 3/10 hissədə isə mərhum X5 payı vardır. Mərhumun adına olan payın əsl sahibləri 3 cavabdehdir. Belə ki, cavabdehlərin hərəsinin 1/10 hissədə payı vardır ki, onlar paylarını qəbul etmədiklərinə görə payları açıq qalmış və mərhumun adına qeydiyyata alınmışdır. Hal-hazırda həmin mənzildə İddiaçı1 və İddiaçı2 yaşayır. Mənzil isə cəmi 54.59 kv.m-dir. Yəni həmin mənzildə bu qədər adamın birlikdə yaşaması mümkün deyil. Dəfələrlə cavabdehlərə mənzili və qeyri-yaşayış sahəsini satıb hər kəsin özü üçün ayrıca mənzil alıb rahat yaşamaqlarını təklif etmişdir. Onlar bununla qəti şəkildə razılaşmayaraq heç bir şəkildə danışığa gəlməmişlər. Bu səbəblə də onlar adlarına açıq saxlanılmış 3/10 hissədə payı qərəzli şəkildə qəbul etməmək üçün notariat kontoruna gəlməmişlər. Hal-hazırda cavabdehlər və onların ailələri ilə birlikdə onun və ailəsinin birlikdə yaşamasının qeyri-mümkün olması səbəbilə həmin əmlakın naturada ayrılması, bu mümkün olmadıqda isə əmlakların açıq hərracdan satılaraq əldə edilmiş məbləğin paylara müətənasib surətdə bölüşdürülməsinə dair məhkəmə qətnaməsi çıxarılmalıdır. Daha sonra, Cavabdeh3 iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “əmlakların naturada ayrılması, bu mümkün olmadıqda isə əmlakların açıq hərracdan satılaraq dəyərlərinin mülkiyyətçilər arasında paylara mütənasib surətdə bölüşdürülməsi” tələbinə dair iddiasına etiraz təqdim edərək etirazında bildirmişdir ki, iddiaçı onun ögey anasıdır, mübahisəli mənzil onun doğma anası olan X6 atası ilə evli olduğu müddətdə əkiz uşaq dünyaya gətirdiyinə görə 1988-ci il tarixdə Həmkarlar İttifaqının rəyi əsasında verilmişdir. Lakin sənədləşmə prosesi düzgün getməmişdir. İddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. İzahatlarına əlavə olaraq bildirmişlər ki, hazırda həmin mənzildə onlar yaşayır. Qeyri-yaşayış sahəsi zirzəmidir. Ondan heç kim istifadə etmir. Cavabdehlərin qeyriyaşayış sahəsində və mənzildə paylarının əvəzi olaraq kompensasiya ödəməyə imkanları yoxdur. Qeyri-yaşayış sahəsində və mənzildə paylarının əvəzi olaraq kompensasiya kimi Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonunda yerləşən yeni tikilidə 2 otaqlı, 60 kv.m mənzilin verilməsinə razı deyil. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdilər. İzahatlarına əlavə olaraq bildirmişlər ki, iddiaçıların qeyri-yaşayış sahəsində və mənzildə paylarının əvəzi olaraq kompensasiya ödəməyə imkanları yoxdur. Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmişdir. Lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdeh3 məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilərək Bakı şəhəri, Yasamal rayonu, X18 küçəsi, ev 81 ünvanındakı 66,6 kv.m olan qeyri-yaşayış sahəsi və Bakı şəhəri, Yasamal rayonu, X18 küçəsi, ev 81, mənzil 14 ünvanındakı ümumi sahəsi 54,59 kv.m olan mənzil açıq hərracda satılmalı, Bakı şəhəri, Yasamal rayonu, X18 küçəsi, ev 81 ünvanındakı 66,6 kv.m olan qeyri-yaşayış sahəsinin və Bakı şəhəri, Yasamal rayonu, X18 küçəsi, ev 81, mənzil 14 ünvanındakı ümumi sahəsi 54,59 kv.m olan mənzilin satışından əldə edilən vəsait tərəflərin paylarına uyğun olaraq, yəni 6/10 hissəsi İddiaçı2, 1/10 hissəsi İddiaçı1, 1/10 hissəsi Cavabdeh1, 1/10 hissəsi Cavabdeh2, 1/10 hissəsi Cavabdeh3 verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən X7 adına verilmiş MH seriyalı, 025870 nömrəli Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi 81 nömrəli yaşayış evinin 14 saylı mənzili xx.xx.1996-cı il tarixdə X7 adına qeydiyyata alınmışdır. İş materiallarında olan AZ-T 247338 seriya nömrəli Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 xx.xx.1997-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X3, anası İddiaçı2dır. İş materiallarında olan 3 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, X12 və X13 arasında Bakı Şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsində 21 dekabr 1994-cü il tarixdə 597 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikahdan sonra arvada Mehdiyeva soyadı verilmişdir. X1 xx.xx.2022-ci il tarixdə ölməsi ilə bağlı xitam verilmişdir. İş materiallarında olan AZ-İİ 284010 seriya nömrəli Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 945 nömrəli akt qeydi aparılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, reyestrdə 2V-305 nömrə ilə qeyd edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, V-81/2022 saylı vərəsəlik işi üzrə xx.xx.2022-ci il tarixdə vəfat etmiş X5 vərəsəsi İddiaçı2 şəhadətnamə verilən miras əmlak - Bakı şəhəri, Yasamal rayonu, X18 küçəsi, ev 81 ünvanındakı 66,6 kv.m olan qeyri-yaşayış sahəsindən 1/10 hissədə pay almalıdır. Şəhadətnamədə qeyd edilmişdir ki, Cavabdeh3 1/10 hissədə payı açıq saxlanılır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, reyestrdə 2V-2 nömrə ilə qeyd edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, V-81/2022 saylı vərəsəlik işi üzrə xx.xx.2022-ci il tarixdə vəfat etmiş X5 vərəsəsi İddiaçı2 şəhadətnamə verilən miras əmlak - Bakı şəhəri, Yasamal rayonu, X18 küçəsi, ev 81, mənzil 14 ünvanındakı ümumi sahəsi 54,59 kv.m olan mənzildən 1/10 hissədə pay almalıdır. Şəhadətnamədə qeyd edilmişdir ki, Cavabdeh3 1/10 hissədə payı açıq saxlanılır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, reyestrdə 2V-306 nömrə ilə qeyd edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, V-81/2022 saylı vərəsəlik işi üzrə xx.xx.2022-ci il tarixdə vəfat etmiş X5 vərəsəsi İddiaçı1 şəhadətnamə verilən miras əmlak - Bakı şəhəri, Yasamal rayonu, X18 küçəsi, ev 81 ünvanındakı 66,6 kv.m olan qeyri-yaşayış sahəsindən ibarət olan mirasdan 1/10 hissədə pay almalıdır. Şəhadətnamədə qeyd edilmişdir ki, Cavabdeh3 1/10 hissədə payı açıq saxlanılır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, reyestrdə 2V-1 nömrə ilə qeyd edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, V-81/2022 saylı vərəsəlik işi üzrə xx.xx.2022-ci il tarixdə vəfat etmiş X5 vərəsəsi İddiaçı1 şəhadətnamə verilən miras əmlak - Bakı şəhəri, Yasamal rayonu, X18 küçəsi, ev 81, mənzil 14 ünvanındakı ümumi sahəsi 54,59 kv.m olan mənzildən 1/10 hissədə pay almalıdır. Şəhadətnamədə qeyd edilmişdir ki, Cavabdeh3 1/10 hissədə payı açıq saxlanılır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli reyestrdə 2V-303 nömrə ilə qeyd edilmiş Ərarvadın ümumi əmlakındakı paya sağ qalmış ərə-arvada verilən Mülkiyyət hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X2 qalmış arvadı İddiaçı2 onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlak olan Bakı şəhəri, Yasamal rayonu, X18 küçəsi, ev 81 ünvanındakı 66,6 kv.m olan qeyri-yaşayış sahəsinin ½ hissəsinə mülkiyyət hüququ vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli reyestrdə 2V-304 nömrə ilə qeyd edilmiş Ərarvadın ümumi əmlakındakı paya sağ qalmış ərə-arvada verilən Mülkiyyət hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X2 qalmış arvadı İddiaçı2 onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlak olan Bakı şəhəri, Yasamal rayonu, X18 küçəsi, ev 81, mənzil 14 ünvanındakı ümumi sahəsi 54,59 kv.m olan mənzilin ½ hissəsinə mülkiyyət hüququ vardır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X18 küçəsi, ev 81 ünvanındakı 66,6 kv.m olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət kimi 6/10 hissədə İddiaçı2, 1/10 hissədə İddiaçı1 adına xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 3/10 hissədə pay açıq qalmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X18 küçəsi, ev 81, mənzil 14 ünvanındakı ümumi sahəsi 54,59 kv.m olan mənzil xüsusi mülkiyyət kimi 6/10 hissədə İddiaçı2, 1/10 hissədə İddiaçı1 adına xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 3/10 hissədə pay açıq qalmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı1 100 manat məbləğində dövlət rüsumunu məhkəmənin hesabına ödəmişdir. İş materiallarında olan Azərbayan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/5933 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X18 küçəsi, ev 81 ünvanındakı 66,6 kv.m olan qeyri-yaşayış sahəsi və Bakı şəhəri, Yasamal rayonu, X18 küçəsi, ev 81, mənzil 14 ünvanındakı ümumi sahəsi 54,59 kv.m olan mənzilin mülkiyyətçilərin paylarına uyğun şəkildə naturada ayrılmasının “İnşaat norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4 və 2.9 bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. İş materiallarında olan Azərbayan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Ekspertiz xərclərinə dair bildirişindən görünür ki, xx.xx.2023-cü il tarixli məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı1 və İddiaçı2 tərəfindən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvanlanmış təklifdən görünür ki, mərhum X4 miras qalmış paylı mülkiyyətləri olan Bakı şəhəri, Yasamal rayonu, X18 küçəsi, ev 81 ünvanındakı 66,6 kv.m olan qeyri-yaşayış sahəsini 65000 və Bakı şəhəri, Yasamal rayonu, X18 küçəsi, ev 81, mənzil 14 ünvanındakı ümumi sahəsi 54,59 kv.m olan mənzili 150000 manata satmaq qərarına gəlmiş və qanunvericiliyin tələbinə əsasən paylı mülkiyyət üçün ilk öncə əmlakın satışı zamanı digər payçılara təklif edildiyinə görə həmin əmlakı satmaq niyyətləri ilə ilk öncə onlara təklif etmişlər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X12 və iddiaçı X13 21 dekabr 1994-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahından xx.xx.1997-ci il təvəllüdlü İddiaçı1 dünyaya gəlmişdir. Bununla yanaşı, hazırki mülki iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 da X5 iddiaçı X8 əvvəlki nikahından olan övladlarıdır. X12 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Nəticədə ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə-arvada verilən Mülkiyyət hüququ haqqında Şəhadətnamələrə əsasən xx.xx.2022-ci il tarixdə vəfat etmiş X2 qalmış arvadı İddiaçı2 onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlak olan Bakı şəhəri, Yasamal rayonu, X18 küçəsi, ev 81 ünvanındakı 66,6 kv.m olan qeyri-yaşayış sahəsi və Bakı şəhəri, Yasamal rayonu, X18 küçəsi, ev 81, mənzil 14 ünvanındakı ümumi sahəsi 54,59 kv.m olan mənzilə ½ hissəsədə payı rəsmiləşdirilmişdir. Bundan sonra, mərhum X5 qanun üzrə vərəsələri kimi onun arvadı X13 və qızı İddiaçı1 notariusa müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, X18 küçəsi, ev 81 ünvanındakı 66,6 kv.m olan qeyri-yaşayış sahəsi və Bakı şəhəri, Yasamal rayonu, X18 küçəsi, ev 81, mənzil 14 ünvanındakı ümumi sahəsi 54,59 kv.m olan mənzildən ibarət mirası qəbul etdiklərinə dair iradə ifadələrini bildirmiş, nəticədə hər birinə qeyd edilən miras əmlaka hər birinin payı 1/10 hissə olmaqla Qanun üzrə vərəsəlik haqqında Şəhadətnamə verilmişdir. Miras əmlakın xx.xx.2022-ci il tarixdə açılmasına baxmayaraq qanun üzrə vərəsəlik üzrə 1-ci növbə vərəsə hesab edilən mərhumun birinci nikahından olan övladları cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 bugünədək miras əmlakın qəbulu ilə bağlı notariusa müraciət etməmiş, nəticədə Bakı şəhəri, Yasamal rayonu, X18 küçəsi, ev 81 ünvanındakı 66,6 kv.m olan qeyri-yaşayış sahəsi və Bakı şəhəri, Yasamal rayonu, X18 küçəsi, ev 81, mənzil 14 ünvanındakı ümumi sahəsi 54,59 kv.m olan mənzildən ibarət miras əmlakın 3/10 hissəsi açıq qalmışdır. Hazırda iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlərlə birgə yaşamaqlarının mümkünsüz olduğunu əsas gətirərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, X18 küçəsi, ev 81 ünvanındakı 66,6 kv.m olan qeyri-yaşayış sahəsinin və Bakı şəhəri, Yasamal rayonu, X18 küçəsi, ev 81, mənzil 14 ünvanındakı 54,59 kv.m yaşayış sahəsinin paylarına mütənasib şəkildə ayrılması, yəni – 1/10 hissədə Cavabdeh1, 1/10 hissədə Cavabdeh2, 1/10 hissədə Cavabdeh3, 1/10 hissədə İddiaçı1 və 6/10 hissədə X11 xeyrinə ayrılması, ayrılma mümükün olmadıqda əmlakın açıq hərracdan satılaraq satış pulunun mülkiyyətin mülkiyyətçiləri kimi onların - 1/10 hissədə Cavabdeh1, 1/10 hissədə Cavabdeh2, 1/10 hissədə Cavabdeh3, 1/10 hissədə İddiaçı1 və 6/10 hissədə İddiaçı2 payına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin hazırki mübahisədə bir məsələ mövcuddur ki, vərəsələrdən yalnız ikisinin miras əmlak üzərində qanun üzrə vərəsəlikdən irəli gələn hüquqları tanınmışdır, digər üç vərəsə olan cavabdehlər isə qanun üzrə vərəsə kimi onlara çatası payı qəbul etmək üçün rəsmi qaydada müraciət etməmiş və onların payı açıq qalmışdır. Qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində miras əmlakın qəbulundan imtina da etmədikləri üçün onların açıq qalan paya münasibətdə gözlənilən qanun üzrə vərəsəlikdən irəli gələn pay hüquqları mövcuddur. İş materiallarından və tərəflərin məhkəmə iclasıda verdiyi izahatlarından da bəllidir ki, cavabdehlərin həmin əmlakları qəbul etməklə bağlı iradə ifadələri mövcuddur, lakin bu hüquqların rəsmi şəkildə qeydə alınması üçün müraciət etməmişlər. Belə olan halda, bu hal 3/10 hissəsi açıq qalan Bakı şəhəri, Yasamal rayonu, X18 küçəsi, ev 81 ünvanındakı 66,6 kv.m olan qeyri-yaşayış sahəsi və Bakı şəhəri, Yasamal rayonu, X18 küçəsi, ev 81, mənzil 14 ünvanındakı ümumi sahəsi 54,59 kv.m olan mənzilə münasibətdə 1/10 hissədə və 6/10 hissədə hüquqları rəsmiləşdirilmiş paylı mülkiyyətçilər olan iddiaçılar İddiaçı1 və İddiaçı2 öz hüquqlarını həyata keçirməsində ciddi maneə yaradır. Odur ki, məhkəmə iddia tələbinə münasibət bildirmədən öncə qeyd etməyi zəruri hesab edir ki, prosessual qənaət prinsipi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında qeyd edilənlər nəzərə alınmaqla mövcud mübahisənin həll edilməsi baxımından ilk öncə açıq qalmış hissəyə hüququ olan şəxslərin payı müəyyən olunmalı, daha sonra digər məsələlər həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinin davamı olaraq qeyd edir ki, mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur. Yekun olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməsi, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarını nəzərə alaraq məhkəmə hesab edir ki, əgər miras qoyanın vərəsəsi miras açıldıqdan sonra qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində mirasın qəbulundan imtina etməmişsə, mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət edibetməməsindən asılı olmayaraq mirası qəbul etmiş sayılır. Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarındakı mövqeyi nəzərə alınmaqla, Bakı şəhəri, Yasamal rayonu, X18 küçəsi, ev 81 ünvanındakı 66,6 kv.m olan qeyri-yaşayış sahəsi və Bakı şəhəri, Yasamal rayonu, X18 küçəsi, ev 81, mənzil 14 ünvanındakı ümumi sahəsi 54,59 kv.m olan mənzilə qanun üzrə vərəsəlik hüququ üzrə cavabdehlərin hər birinin 1/10 hissədə paylarının mövcud olmasını və cavabdehlərin onlara çatası miras əmlakı qəbul etməkdən imtinaya dair ərizələrinin mövcud olmamasını, habelə iddiaçıların özlərinə çatası paya münasibətdə hüquqlarını rəsmiləşdirdiklərini nəzərə alaraq məhkəmə hesab edir ki, məsələyə prosessual qənaət prinsipi nöqteyi-nəzərdən yanaşılaraq, cavabdehlər özlərinə çatası payı qəbul etmək üçün notariusa müraciət etməsələr də, miras əmlakın açıq qalmış 3/10 hissəsinə münasibətdə də pay hüququ olan şəxslərin payı məhkəmə qətnaməsi ilə müəyyən edilməli daha sonra 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi paylı mülkiyyətdə olan əşyanın naturada bölünməsi bu mümkün olmadıqda isə əmlakın açıq hərraca çıxarılaraq satışdan əldə olunmuş vəsaitin paylı mülkiyyətçilərin payına uyğun bölüşdürülməsi məsələsi həll edilməlidir. Məhkəmə qeyd edir ki, cavabdehlərin 3/10 hissəsi açıq qalan Bakı şəhəri, Yasamal rayonu, X18 küçəsi, ev 81 ünvanındakı 66,6 kv.m olan qeyri-yaşayış sahəsi və Bakı şəhəri, Yasamal rayonu, X18 küçəsi, ev 81, mənzil 14 ünvanındakı ümumi sahəsi 54,59 kv.m olan mənzilə münasibətdə paylarının müəyyən edilməsi iddia tələbindən kənara çıxma hesab edilməməlidir, prosessual qənaət prinsipi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında qeyd edilənlər nəzərə alınmaqla mövcud mübahisənin həll edilməsi baxımından ilk öncə açıq qalmış hissəyə hüququ olan şəxslərin payı müəyyən olunmalı, daha sonra digər məsələlər həll edilməlidir. Hazırki mübahisə ilə bağlı işin hallarından görünən odur ki, X12 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Onun ölümü ilə miras açılmışdır. X12 tərəfindən hər hansı vəsiyyətnamə qoyulmadığından onun sağ olan birinci növbə qanun üzrə vərəsələri ölənin uşaqları – İddiaçı1, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 və arvadı- İddiaçı2 qanun üzrə vərəsələri vərəsəliyə çağrılmışlar. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mirasdan imtina ilə bağlı qanunvericilkdə nəzərdə tutulmuş müddət ərzində mirasdan imtina etməmiş, habelə mirası qəbul etməklə bağlı rəsmi müraciət etməmişlər. Odur ki, cavabdehlərin mirasdan imtina etmədikləri və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını və cavabdehlərin miras əmlakın qəbulu ilə bağlı məsələdən sui-istifadə edə bilmə imkanlarını nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı şəhəri, Yasamal rayonu, X18 küçəsi, ev 81 ünvanındakı 66,6 kv.m olan qeyri-yaşayış sahəsi və Bakı şəhəri, Yasamal rayonu, X18 küçəsi, ev 81, mənzil 14 ünvanındakı ümumi sahəsi 54,59 kv.m olan mənzil üzərində AR Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən 1/10 hissədə Cavabdeh1, 1/10 hissəsi Cavabdeh2, 1/10 hissəsi Cavabdeh3 payı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Mülki Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Göründüyü kimi, mübahisə predmeti olan əmlakın naturada bölünməsi mümkün deyildir. Belə ki, iş materiallarında olan Azərbayan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/5933 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X18 küçəsi, ev 81 ünvanındakı 66,6 kv.m olan qeyriyaşayış sahəsi və Bakı şəhəri, Yasamal rayonu, X18 küçəsi, ev 81, mənzil 14 ünvanındakı ümumi sahəsi 54,59 kv.m olan mənzilin mülkiyyətçilərin paylarına uyğun şəkildə naturada ayrılmasının “İnşaat norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4 və 2.9 bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Həmçinin, iddiaçılar məhkəmə iclasında verdikləri izahatlarında cavabdehlərin qeyriyaşayış sahəsində və mənzildə paylarının əvəzi olaraq kompensasiya ödəməyə imkanları olmadığını, qeyri-yaşayış sahəsində və mənzildə paylarının əvəzi olaraq kompensasiya kimi Cavabdeh1 onlara verdiyi təkliflə razılaşmayaraq, Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonunda yerləşən yeni tikilidə 2 otaqlı, 60 kv.m mənzilin verilməsinə razı olmadıqlarını bildirmişlər. Habelə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iddiaçıların qeyri-yaşayış sahəsində və mənzildə paylarının əvəzi olaraq kompensasiya ödəməyə imkanları olmadığını bildirmişlər. Qeyd edilənlərə əsasən təsdiq edilir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilmişdir. Bu səbəblərdən məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri, Yasamal rayonu, X18 küçəsi, ev 81 ünvanındakı 66,6 kv.m olan qeyri-yaşayış sahəsi və Bakı şəhəri, Yasamal rayonu, X18 küçəsi, ev 81, mənzil 14 ünvanındakı ümumi sahəsi 54,59 kv.m olan mənzil üzərində 6/10 hissədə İddiaçı2, 1/10 hissədə İddiaçı1, 1/10 hissədə Cavabdeh1, 1/10 hissədə Cavabdeh2, 1/10 hissədə Cavabdeh3 payı müəyyən edildiyindən və Bakı şəhəri, Yasamal rayonu, X18 küçəsi, ev 81 ünvanındakı 66,6 kv.m olan qeyri-yaşayış sahəsi və Bakı şəhəri, Yasamal rayonu, X18 küçəsi, ev 81, mənzil 14 ünvanındakı ümumi sahəsi 54,59 kv.m olan mənzilin paylı mülkiyyətçiləri arasında paylara mütənasib olaraq naturada bölünməsi mümkün olmadığından, mübahisəli əmlaklar açıq hərracdan satılmalı və satışdan əldə olunan pul vəsaiti paylı mülkiyyətçilərin arasında öz paylarına uyğun bölünməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq məhkəmə, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarındakı hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Yasamal rayonu, X18 küçəsi, ev 81 ünvanındakı 66,6 kv.m olan qeyri-yaşayış sahəsi və Bakı şəhəri, Yasamal rayonu, X18 küçəsi, ev 81, mənzil 14 ünvanındakı ümumi sahəsi 54,59 kv.m olan mənzil açıq hərracda satılmalı, Bakı şəhəri, Yasamal rayonu, X18 küçəsi, ev 81 ünvanındakı 66,6 kv.m olan qeyri-yaşayış sahəsinin və Bakı şəhəri, Yasamal rayonu, X18 küçəsi, ev 81, mənzil 14 ünvanındakı ümumi sahəsi 54,59 kv.m olan mənzilin satışından əldə edilən vəsait tərəflərin paylarına uyğun olaraq, yəni 6/10 hissəsi İddiaçı2, 1/10 hissəsi İddiaçı1, 1/10 hissəsi Cavabdeh1, 1/10 hissəsi Cavabdeh2, 1/10 hissəsi Cavabdeh3 verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı1 aid edilməli, iş üzrə keçirilmiş məhkəmə tikinti - texniki ekspertizasının xərci olan 100 (bir yüz) manat pul iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, X18 küçəsi, ev 81 ünvanındakı 66,6 kv.m olan qeyriyaşayış sahəsi və Bakı şəhəri, Yasamal rayonu, X18 küçəsi, ev 81, mənzil 14 ünvanındakı ümumi sahəsi 54,59 kv.m olan mənzil açıq hərracda satılsın. Bakı şəhəri, Yasamal rayonu, X18 küçəsi, ev 81 ünvanındakı 66,6 kv.m olan qeyriyaşayış sahəsinin və Bakı şəhəri, Yasamal rayonu, X18 küçəsi, ev 81, mənzil 14 ünvanındakı ümumi sahəsi 54,59 kv.m olan mənzilin satışından əldə edilən vəsait tərəflərin paylarına uyğun olaraq, yəni 6/10 hissəsi İddiaçı2, 1/10 hissəsi İddiaçı1, 1/10 hissəsi Cavabdeh1, 1/10 hissəsi Cavabdeh2, 1/10 hissəsi Cavabdeh3 verilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı1 aid edilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti - texniki ekspertizasının xərci olan 100 (bir yüz) manat pul iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X10 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar