Məhkəmə qərarları › İş №2(004)-7729/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-7729/2021

09.12.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-7729/2021 09.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hakimi Axundova Günay Təyar qızı, İddiaçı üçüncü şəxs qismində X3 və maraqlı şəxs qismində AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb olunmaqla cavabdeh 3 saylı “ASAN Xidmət” mərkəzinin notariusuna qarşı “şəhadətnamənin etibarsız hesab edilməsi və payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı üçüncü şəxs qismində X2 və maraqlı şəxs qismində AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb olunmaqla cavabdeh 3 saylı “ASAN Xidmət” mərkəzinin notariusuna qarşı “şəhadətnamənin etibarsız hesab edilməsi və payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdeh qismində qoyulan 3 saylı Bakı ASAN Xidmət mərkəzinin notariat ofisi tərəfindən təsdiq edilən və 2V/397 nömrəsi ilə qeydiyyata alınan vəsiyyətnaməyə əsasən 18 iyun 2021-ci il verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququnu təsdiqləyən 572 saylı şəhadətnamənin və qanun üzrə vərəsəlik hüququnu təsdiqləyən 573 saylı şəhadətnamənin qismən etibarsız hesab edilərək, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat-Pirşağı yolu, 1-ci kim, 1A ünvanında qeyri-yaşayış obyektinə münasibətdə payların düzgün şəkildə yenidən bölünməsi, vəsiyyətnamə üzrə vərəsəlik hüququ 572 saylı şəhadətnaməsinin ½ hissəsindən İddiaçı verilməsi, 572 saylı şəhadətnaməsinin ½ hissədə pay almış X1 ½ hissədə ləğv edilərək qanun üzrə vərəsə kimi pay verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmuna uyğun deyil. Belə ki, iddiaçının irəli sürdüyü tələb vərəsəlik haqqında şəhadətnamənin ləğvi edilməsidir. Bu halda vərəsəlik haqqında şəhadətnamədə adları olan vərəsələr tələb üzrə cavabdeh qismində qoyulmalıdır. Eyni zamanda, iddia icraatı qaydasında baxılan işlərdə iddiaçı, cavabdeh, müstəqil tələb irəli sürən və sürməyən üçüncü şəxslər olur. Lakin iddiaçının vərəsəlik üzrə şəhadətnamənin ləğvi ilə bağlı irəli sürdüyü tələb iddia icraatı qaydasında verildiyi halda, iddia ərizəsində AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-in 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən, qeyd edirəm ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı üçüncü şəxs qismində X3 və maraqlı şəxs qismində AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb olunmaqla cavabdeh 3 saylı “ASAN Xidmət” mərkəzinin notariusuna qarşı “şəhadətnamənin etibarsız hesab edilməsi və payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar