Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-776/2024 29.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərsu” ASC-yə qarşı “əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, N. Nərimanov küçəsində ev 5A, 2 saylı evin əvvəlki ev sahibi Tsepkovanın adına 1761 elektrik manat borcu, 1228.60 manat su borcu, 2 nömrəli mənzildə 752 manat su borcu, 3 nömrəli mənzildə isə 200 manat su borcunun silinməsi; onun adında olan Nəcəf ünvan 1 ünvanlarındakı borcların silinməsinə, mənzillərdə əsassız və qanunsuz şəkildə Azərsu ASC-nin abonent bazasında qeydiyyat olunmuş X10, xx.xx.1997-il il təvəllüdlü X7, 2 nömrəli mənzildə xx.xx.1975-ci il təvəllüdlü X16, xx.xx.1956-cı il təvəllüdlü X11 və xx.xx.1982-ci il təvəllüdlü X3 Azərsu ASC-nin abonent qeydiyyat bazasından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, hələ 2004 və 2005-ci ildə N. Nərimanov küçəsi 5A saylı binanın 1,2,3 saylı mənzillərini alqı-satqı müqaviləsi əsasında alıb Dövlət Əmlak Komitəsinin qeydiyyat idarəsindən kupçalar almışdır. O, aldığı bu üç mənzilə 20 ildən artıq bu günə qədər nə özünü nə də qeyri şəxsləri pasport qeydiyyatına salmamışdır. Tsepkova adında vətəndaşdan aldığı mənzil 1-də heç bir elektrik, su, qaz istifadəsi yoxdur, 20 ildir ki, heç yaşayış da olmamışdır. 02 nömrəli mənzildə Hüseynova Məhluqə 03 nömrəli mənzildə isə X15 məcburi köçkünləri məskunlaşmışdır. O, aldığı mənzillərin ev sahiblərinin qeydiyyatdan çıxarılmasına dair xx.xx.2019-cu il tarixli 2(009)-1078/2019 nömrəli məhkəmə qətnaməsi almışdır və Azərsu ASC-yə təqdim etmişdir. Bildirir ki, 15 ildən artıq hüquqi dövlət quruculuğu ilə, Ali Baş Komandan, sevimli prezidentimizin etimadını Azərsu ASC işçiləri pozmuş, disiplinə zidd, laqeyd yanaşaraq vətəndaşların xəbəri olmadan onların mənzillərində yaşamayan şəxslərin adlarını məlumat bazalarında qeyd edərək qanunsuz şəkildə ödənişlər tələb etmişlər. Odur ki, vətəndaşların sərbəst yaşama, mülkə sahib olma hüququ, hal hazırda maddi və mənəvi hüququnun pozulması əsasında N. Nərimanov küçəsində ev 5A, 1 saylı mənzildə 1228.60 AZN su borcu, 2 nömrəli mənzildə 752 AZN su borcu, 3 nömrəli mənzildə isə 200 manat su borcu silinməli, qanunsuz məlumat bazalarında salınmışlar dərhal çıxarılmalıdır. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, elektrik borcuna aid hissənin iddia tələbindən çıxarılmasını, ünvan 2 ünvanları üzrə Abdullayev, X16 və X5 adları Cavabdeh ASC-nin uçot-qeydiyyat məlumatlarından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştiak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştiak edən Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etmədiyini və məhkəmədən iddianın təmin olunmamasını xahiş etdiyini bildirdi. Məhkəmə tərəflərin izahatını, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarinda olan; Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 218404 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, N.Nərimanov küçəsi, 5A saylı evin 16,2 kv.m. yaşayış sahəsindən ibarət 1 otaqlı, 1 saylı mənzil xx.xx.2005-ci il tarixində X8 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 218327 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, N.Nərimanov küçəsi, 5A saylı evin 29,33 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı, 2 saylı mənzil xx.xx.2005-ci il tarixində X8 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 196491 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, N.Nərimanov küçəsi, 5A saylı evin 47,0 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 3 saylı mənzil xx.xx.2004-cü il tarixində X8 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X8 mülkiyyətində olan ünvan 3 ünvanında şəxsin qeydiyyatda olan şəxslər: X16, X11 və X4r. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(009)-1078/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X8 Cavabdeh ASC-yə qarşı “kommunal xidmətlərdən istifadəyə görə qanunsuz ödəmə tələbinin dayandırılması” tələbinə dair iddia ərizəsinin qismən təmin edilməsi, ünvan 4 ünvanlarında qeydiyyatda olmayan şəxslərin Cavabdeh ASC-nin uçot-qeydiyyat məlumatlarından silinməsi qət olunmuşdur. ünvan 6 Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş 27 oktyabr 2023-cü il tarixli 042823 nömrəli arayışdan görünür ki, X17 həqiqətən də Bakı şəhəri, N.Nərimanov küçəsi, ev 5A, mənzil 1-də pasport qeydiyyatındadır. Ev şəxsin adınadır və qeydiyyatda heç kim yoxdur. ünvan 6 Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş 27 oktyabr 2023-cü il tarixli 042832 nömrəli arayışdan görünür ki, X17 həqiqətən də ünvan 3-də pasport qeydiyyatındadır. X1 rayonundan məcburi köçkünüdür. Göstərilən ünvanda qeydiyyatsız yaşayır, qeydiyyatda heç kim yoxdur. ünvan 6 Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş 27 oktyabr 2023-cü il tarixli 042831 nömrəli arayışdan görünür ki, X17 həqiqətən də ünvan 7-də pasport qeydiyyatındadır. X2 rayonundan məcburi köçkünüdür. Göstərilən ünvanda qeydiyyatsız yaşayır, qeydiyyatda heç kim yoxdur. Abonent kartından (saldo) görünür ki, Cavabdeh ASC ilə Abdullayev arasında Bakı şəhəri, N.Nərimanov küçəsi, ev 5A, mənzil 1 ünvanında yerləşən sonuncuya məxsus fərdi yaşayış evinə su və çirkab xidmətlərinin göstərilməsi ilə əlaqədar 11585180 saylı, xx.xx.2000-ci il tarixli müqavilə bağlanmışdır (Abonent kodu: **********010). Həmin ünvana 2015-ci ildən 2024-cü ilin yanvar ayınadək hesablanmış yekun borc məbləği 1258,60 manat təşkil edir. Abonent kartından (saldo) görünür ki, Cavabdeh ASC ilə Əli Cümşüdov arasında ünvan 3 ünvanında yerləşən sonuncuya məxsus fərdi yaşayış evinə su və çirkab xidmətlərinin göstərilməsi ilə əlaqədar 11424407 saylı, xx.xx.1999-cu il tarixli müqavilə bağlanmışdır (Abonent kodu: **********020). Həmin ünvana 2015-ci ildən 2024-cü ilin yanvar ayınadək hesablanmış yekun borc məbləği 766,98 manat təşkil edir. Abonent kartından (saldo) görünür ki, Cavabdeh ASC ilə Vilayət Əliyev arasında ünvan 7 ünvanında yerləşən sonuncuya məxsus fərdi yaşayış evinə su və çirkab xidmətlərinin göstərilməsi ilə əlaqədar 11603491 saylı, xx.xx.1999-cu il tarixli müqavilə bağlanmışdır (Abonent kodu: **********030). Həmin ünvana 2017-ci ildən 2024-cü ilin yanvar ayınadək hesablanmış yekun borc məbləği 215,98 manat təşkil edir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən, istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Su Məcəlləsinin 30-cu maddəsinə əsasən sudan istifadənin qaydaları və şərtləri, tərəflərin qarşılıqlı hüquq və vəzifələri müqavilələr əsasında tənzimlənir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən sudan istifadə müqavilələri su obyektlərinin istifadəçiləri ilə su istehlakçıları arasında bağlanır. Həmin Məcəllənin 98-ci maddəsinə əsasən, xüsusi mülkiyyətdə olan su obyektlərinə sudan istifadə haqqı mülkiyyətçilərlə su istehlakçıları arasında bağlanmış müqavilə əsasında müəyyən olunur. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin c bəndinə əsasən istehlakçılar bu maddədə göstərilmiş digər hüquqlarla yanaşı, su təchizatı müəssisələri ilə su almaq üçün su kəmərinə qoşulması barədə müqavilə bağlamaq hüququna malikdir. Həmin Qanununun 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Su təchizatı və tullantı suları” haqqında qanunun 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna və müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə” Qaydalarının 2-ci bəndinə əsasən istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək) su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Həmin Qaydaların 4.1.3-cü bəndinə görə isə verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir. “Sudan istifadə Qaydaları”nın 5.1.5-ci bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarındandır. “Sudan İstifadə qaydaları”nın 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən – mülkiyyət hüququ subyektin ona məxsus əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Məhkəmə qeyd edir ki, mülkiyyətçinin hüquq və maraqları əmlaka sahibliyin mövcud olduğu hallarda da pozula bilər. Bu cür pozuntu həm istifadə, həm də sərəncam hüquqlarının həyata keçirilməsinə olan maneələrlə əlaqədar ola bilər. Belə ki, mülkiyyətçi sahiblikdən məhrum etməklə əlaqədar olmayan hüquqlarını pozan hərəkətlərin qarşısının alınmasını və aradan qaldırılmasını tələb edə bilər. Məhkəmə iş materiallarında olan sübutları keçirilmiş məhkəmə iclaslarında tərəflərin vermiş olduqları izahatlarla birlikdə araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, hazırki tərəflər arasında su və çirkab sularının xidməti üzrə müqavilə bağlanmamışdır. İddia ərizəsi və iş materiallarına əlavə edilmiş sənədlərə əsasən müəyyən olunur ki, iddiaçının mülkiyyətində olan ünvan 4 ünvanlarında qeydiyyatda olmayan şəxslərlə bağlı Cavabdeh ASC tərəfindən əsassız və qanunsuz şəkildə su istifadə borcları hesablanmış, iddiaçının həmin quruma müraciətləri heç bir nəticə verməmişdir. Bununla da iddiaçı, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş abonent kartlarından görünür ki, qeyd olunan mənzillərdə qeydiyyatda olmayan, mənzil mülkiyyətçisi olmayan şəxslər barədə məlumatlar öz əksini tapır. Nərimanov rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 35 saylı MKİS tərəfindən təqdim olunmuş arayışlara əsasən iddia tələbində göstərilən Nəcəf ünvan 8 ünvanlarında heç bir şəxsin qeydiyyatda olmadığı təsdiqlənir. Abonent kartlarının ikisində Vilayət Əliyev və Əli Cümşüdov adlı şəxslərin, digər abonent kartlarında isə abonent kimi Abdullayev soyadı abonent kimi göstərilmişdir. Beləliklə, məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Bakı şəhəri, Nəcəf Nərimanov küçəsi ev 5/A, mənzil 1 (Abonent kodu:**********010) ünvanı üzrə əsassız hesablanmış 1228,60 (bir min iki yüz iyirmi səkkiz manat altmış qəpik) manat, Bakı şəhəri, Nəcəf Nərimanov küçəsi ev 5/A, mənzil 2 (Abonent kodu:**********020) ünvanı üzrə əsassız hesablanmış 752 (yeddi yüz əlli iki) manat, Bakı şəhəri, Nəcəf Nərimanov küçəsi ev 5/A, mənzil 3 (Abonent kodu:**********030) ünvanı üzrə əsassız hesablanmış 200 (iki yüz) manat məbləğində borcun abonentin hesabından silinməsi vəzifəsi Cavabdeh ASCyə həvalə edilməli, ünvan 2 ünvanları üzrə Abdullayev, X16 və X5 adları Cavabdeh ASCnin uçot-qeydiyyat məlumatlarından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Nəcəf Nərimanov küçəsi ev 5/A, mənzil 1 (Abonent kodu:**********010) ünvanı üzrə əsassız hesablanmış 1228,60 (bir min iki yüz iyirmi səkkiz manat altmış qəpik) manat, Bakı şəhəri, Nəcəf Nərimanov küçəsi ev 5/A, mənzil 2 (Abonent kodu:**********020) ünvanı üzrə əsassız hesablanmış 752 (yeddi yüz əlli iki) manat, Bakı şəhəri, Nəcəf Nərimanov küçəsi ev 5/A, mənzil 3 (Abonent kodu:**********030) ünvanı üzrə əsassız hesablanmış 200 (iki yüz) manat məbləğində borcun abonentin hesabından silinməsi vəzifəsi Cavabdeh ASC-yə həvalə edilsin. ünvan 2 ünvanları üzrə Abdullayev, X16 və X5 adları Cavabdeh ASC-nin uçotqeydiyyat məlumatlarından silinsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-776/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-776/2024
29.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver