Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-788/2021 10.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Ağalı Tural Qara oğlunun katibliyi, İddiaçının nümayəndəsi Guseinov Gasanın iştirakı ilə, İddiaçı ”İddiaçı” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ”İddiaçı” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1040 manat və 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli UNİ-2941 saylı “Daxili lizinq" müqaviləsinə əsasən İddiaçı ASC-nin mülkiyyətində olan 2014-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-PZ- *** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. xx xxxxxxx 2018-ci il tarixdə Cavabdeh idarə etdiyi “Daewoo Gentra” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətmiş, nəticədə X1 mülkiyyətində olan “Renault Clio” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1010 manat məbləğində maddi ziyan dəymişdir. Yol-nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması və avtomobili etibarnamə olmadan idarə etməsi müəyyən edilmişdir. “Renault Clio” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X4 İddiaçı ASC və Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi tələbinə ilə” Yasamal rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli, 2(004)-6985/2019 saylı qətnaməsi ilə X1 iddia tələbi təmin edilmiş, cavabdeh İddiaçı ASC və Cavabdeh 1010 manat məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması qət edilmişdir. İddiaçı ASC qətnamə üzrə 1040 manat məbləğində pulu xx xxxx 2020-ci il tarixdə X1 hesabına ödəmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi Cavabdeh təqsiri ucbatından iddiaçı tərəfindən sığorta şirkətinə ödəniş olunmuşdur. Bununla da cavabdehin İddiaçı ASC qarşısında öhdəliyi yaranmışdır. Belə ki, cavabdehin təqsiri nəticəsində subroqasiya qaydasında zərərin əvəzi olaraq “xxxx” ASC-yə ödənilmiş məbləğ Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə həmin digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan inzibati xəta haqqında İXP seriyalı ******* saylı xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə İXM-nin 332.1-ci və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibatı xətaları törətmiş və barəsində inzibati tənbeh vermə haqqında TP ******* saylı xx.xx.2019-cu il tarixli qərar ilə 40 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli UNİ-2941 saylı daxılı lizinq müqavilsəindən görünür ki, 2014-cü il buraxlışlı, “Daewoo Gentra” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)- 6985/2019 saylı qətnaməsindən görünür ki, cavabdehlər İddiaçı ASC və Cavabdeh müştərək qaydada 1010 manat məbləğində maddi zərər və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq X2 xeyrinə ödənilməsi qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, xx.xx.2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh idarə etdiyi 2014-cü il buraxlışlı, “Daewoo Gentra” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə X3 məxsus 2008-ci il buraxılışlı “RENAULT CLİO” markalı **-RV-*** dövlət nömrə nişanlı avtomobil ilə toqquşmuş və nəticədə X3 məxsus avtomobilə zərər vurulmuşdur. Həmin zərərin məbləği “xxxx” Firması tərəfindən 1010 manat müəyyən edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən olunmuşdur ki, Cavabdeh idarə etdiyi 2014-cü il buraxlışlı, “Daewoo Gentra” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı ASC-yə məxsus olmuş və Cavabdeh həmin avtomobili etibarnaməsiz idarə etmişdir. Hazırda iddiaçı ”İddiaçı” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1040 manat və 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməldir. Belə ki, iş materiallarında olan Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-6985/2019 saylı qətnamədən görünür ki, cavabdehlər İddiaçı ASC və Cavabdeh müştərək qaydada 1010 manat məbləğində maddi zərər və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq X2 xeyrinə ödənilməsi qət edilmiş və qətnamə qənuni qüvvəsini almışdır. Belə ki, Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-6985/2019 saylı qətnaməsindən göründüyü kimi Cavabdeh avtomobili etibarnaməsiz idarə edərək, təqsirli olduğu yol-nəqliyyat hadisəsi nəticəsində X3 maddi zərər vurduğundan X5 vurulmuş zərəri tələb etmək hüququ yaranmışdır. Digər cavabdeh İddiaçı ASC ilə bağlı məhkəmə qeyd etmişdir ki, yüksək təhlükə mənbəyi 2014-cü il buraxlışlı, “Daewoo Gentra” markalı, **-PZ- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququna dair müvafiq etibarnamə və digər hüquq əsas olmadan inzibati xəta törədən Cavabdeh tərəfindən idarə edildiyindən, İddiaçı ASC-yə məxsus bu avtomobilin digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində onun sahibliyindən çıxması işdə olan sübutlarla təsdiq olunmadığından həmin mənbənin vurduğu zərər üçün cavabdeh İddiaçı ASC də məsuliyyət daşımalıdır və mülki hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi vəzifəsi mülkiyyətçi kimi onun öhdəsinə də qoyulmuşdur. Göründüyü kimi, İddiaçı ASC Cavabdeh ilə birgə məsuliyyət daşıyır. Bu səbəbdən də onun Cavabdeh qarşı olan iddiası tamamilə əsassızdır. İş materiallarında Cavabdeh iddiaçı qarşısında öhdəliyinin yaranmasını təsdiq edən heç bir sübut yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi məhkəmə tərəfindən rədd edildiyi üçün iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-788/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-788/2021
10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver