Məhkəmə qərarları › İş №2(004)-798/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-798/2025

04.02.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-798/2025 04.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X9 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhər Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhər Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, övladı X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X11 onun oğludur. O, xx.xx.2003-cü il təvəllüdlüdür, hazırda 21 yaşındadır. Riadda anadan gəlmə ruhi xəstəlik var. Uzun illər müalicə etdirsələr də, müalicənin nəticəsi olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X1 xx.xx.2021-ci il tarixli, 1091 N-li Həkim Psixiatr Komissiyasının rəyi ilə X8 ağır kəmağıllıq diaqnozu qoyulmuşdur. Komissiyanın qərarı göstərir ki, ağır dərəcəli kəmağıllıq, kəskin imbesillik, kobud nitq və davranış pozuntuları ilə, daim kənar şəxslərin himayəsinə ehtiyac var. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatda da göstərilir ki, Riad Bağırlıda birinci dərəcəli əlillik, ağır dərəcəli kəmağıllıq, kəskin imbesillik, kobud nitq və davranış pozuntuları ilə müddətsiz ümumi xəstəliyi, kənar şəxsin daim köməyinə və qulluğuna ehtiyacı var. Sənədlərdən göründüyü kimi X11 ağır psixi xəstədir, fəaliyyət qabiliyyəti yoxdur, psixi pozuntunun nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilmir, öz hərəkətlərinə rəhbərlik edə bilmir, öz hərəkətlərini idarə edə bilmir, ona daim onlar qulluq edir, kömək edirlər, onu idarə edirlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdir və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Maraqlı şəxsin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Səadət Sarayı (Bakı nikah evi) tərəfindən verilmiş AZ-İİ seriyalı 051459 saylı, 02 iyul 2015-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X3 arasında 25 noyabr 1997-cı il tarixdə nikah bağlanmış və bu nikah 2267 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra ərə “Bağırov”, arvada “Bağırova” soyadı verilmişdir. - İş materiallarında olan Bakı şəhəri Nəsimi rayonu VVADQ qeydiyyat şöbəsi tərəfindən 14 aprel 2004-cü il tarixdə verilmiş AZ-İ seriyalı 464150 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2003-cü il tarixdə anadan olmuşdur, bu barədə doğum haqqında akt qeydləri kitabında 627 nömrə ilə qeyd edilmişdir. Atası Ərizəçi, anası isə X4r. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X1 xx.xx.2021-ci il tarixli, 1091 saylı Həkim Psixiatr Komissiyasının rəyinə əsasən X7 ağır kəmağıllılıq diaqnozu qoyulmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən təqdim edilmiş sonuncu müayinəyə dair məlumatın verilməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X8 “ağır dərəcəli kəmağıllıq, kəskin imbesillik, kobud nitq və davranış pozuntuları ilə” diaqnozu qoyularaq daim kənar şəxsin qulluğuna ehtiyacı olduğundan müddətsiz olaraq birinci dərəcəli əlil kimi qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi”nin Ambulator Məhkəmə Psixiatrik və Ekspertizasının xx.xx.2025-ci il tarixli, 21 saylı rəyinə əsasən X7 “AĞİR DƏRƏCƏLİ ƏQLİ GERİLİK (İMBESİLLİK DƏRƏCƏSİNDƏ), DAVRANİŞ POZUNTULARİ İLƏ“ (F 72.0) aşkar olunur. Bunu anamnestik məlumatlar (doğuş travması ilə doğulması, erkən psixofiziki inkişafının həmyaşıdlarından geri qalması, ağıl zəifliyi ilə əlaqədar təhsil almaması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının elektron arayışında Ağır dərəcəli əqli gerilik. Kəskin imbesillik kobud nitq və davranış pozuntuları ilə” diaqnozu ilə birinci dərəcəli əlil hesab olunması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 saylı “X2’da “Ağır dərəcəli əqli gerilik. Kəskin imbesillik kobud nitq və davranış pozuntulan ilə. Daim kənar şəxslərin himayəsinə ehtiyacı vaf” diaqnozu təyin edilməsi), həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zahirən narahat və gərgin olması, ünsiyyətə çətinliklə daxil olması, verilən sualları başa düşməməsi, anlaşılmaz sözlərlə cavab verməsi, anamnestik məlumatları açıqlaya bilməməsi, öz vəziyyətinə qarşı tənqidi münasibətinin olmaması və sair) sübut edir. Yoxlanılan şəxs X7 ağır dərəcəli əqli gerilik (İmbesillik dərəcəsində) müəyyən edilir. Yoxlanılan şəxs X11 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasının anlamaq və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında deyildir. R.A.Bağırlını psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hedab edilməsinə əsaslar var. Məhkəmə qeyd edir ki, ərizəçi X6 yaxın qohumu – atasıdır. Qanunun tələbinə görə belə bir ərizə ilə müraciət etmək hüququna malikdir. xx.xx.2003-cü il təvəllüdlü X6 psixi qüsurlu olması iş materialları ilə sübut olunur. Ona görə də məhkəmə qeyd edir ki, ərizə təmin edilməli, xx.xx.2003-cü il təvəllüdlü X11 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında həmçinin şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Yuxarıdakılara əsasən və MPM-nin 216-220-ci, 321-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.2003-cü il təvəllüdlü X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar