Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-829/2021 09.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı üçüncü şəxs qismində AR Təhsil Nazirliyinin Bakı şəhər Təhsil İdarəsi cəlb edilməklə cavabdehlər 2 saylı Bakı Cavabdeh2 notariat ofisi və Cavabdeh1 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər 2 saylı Bakı Cavabdeh2 notariat ofisi və Cavabdeh1 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək xx.xx.2018-ci il tarixli 2 saylı Bakı Cavabdeh2ndə notariat kontorunda Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış “təsis payının bağışlanma” müqaviləsinin ləğv edilməsi və tərəflərin ilkin vəziyyətinə qaytarılması, İddiaçı direktor vəzifəsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili X3 xx.xx.2021-ci il tarixdə iddia tələbinin dəyişdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2018-ci il tarixli, 3M-358 reyestr nömrəli ƏlCavabdeh1 ilə İddiaçı arasında bağlanmış “Təsis payının bağışlanması” müqaviləsinin etibarsız sayılması, onun hüquqi nəticələrinin ləğv edilməsi və tərəflərin ilkin vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X3 izahat verərək bildirir ki, xx xxxxxx 2018-ci il tarixli Təsis payının bağışlama müqaviləsinə əsasən, iddiaçının keçmiş həyat yoldaşı “X4’"MMC-nin özünə məxsus 10 təsis payın ona bağışlamışdır. Buna səbəb isə onun tərəfindən Dövlət işinə keçməsi kimi qeyd edilmişdir. Lakin 2020-ci ilin oktyabr ayında iddiaçıya məlum olmuşdur ki, keçmiş həyat yoldaşı məlum MMC ilə AR Təhsil Nazirliyinin Bakı şəhər üzrə Təhsil İdarəsi ilə əlavə tədris keçirilməsi ilə bağlı 3 tərəfli müqavilələr 2017-ci ildə bağlanmış və qeyd olunan təhsil ocaqları tərəfindən 2017-ci ilin müxtəlif aylarının əvvəllərində ümumillikdə MMC-nin hesabına 7435 manat pul vəsaiti köçürülmüşdür. Qeyd edir ki, məlum müqavilələr onun tərəfindən imzalanmamış və məlum pul vəsaiti onun təsisçi və direktor olmağından qabaq əldə olunmuşdur. Məqsəd isə həmin pul vəsaitlərini gələçəkdə ondan tutulması olmuşdur. Cavabdeh1 bilərəkdən qabaqçadan planlaşdırılmış şəkildə Təhsil Nazirliyinin Bakı şəhər üzrə Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələri ilə müqavilə bağlayaraq onlardan öz hesabına pul vəsaiti köçürmək və həmin pul vəsaitini mənimsəmək olmuşdur. 2018-ci ilin avqust ayında təsis payın ona bağışlayan zaman ona və notariat kontoruna yalandan məlumat verərək bildirmişdir ki, MMC-nin heç bir dövlət və qeyri-dövlət təşkilatlarına heç bir borcu mövcud deyildir. Həmçinin qeyd edir ki, o zaman bağlanmış müqavilələrdə imzalar ona məxsus deyildir, həmçinin əldə olunmuş pul vəsaiti heç biri ona çatmamışdır. Belə olan halda cavabdeh etibarından sui-istifadə edərək, onualdadaraq həmin müqaviləyə imza etdirmiş və təsisçi və direktor vəzifələrini ona ötürmüşdür. İddiaçı 1-ci və 2-ci cavabdehə pretenziya qaydasında müraciət etmiş və məlum müqavilənin ləğv olunmasın xahiş etmişdir. Cavabdehlər tərəfindən imtina olunduğundan yeganə yol məlum müqaviləni məhkəmə qaydasında ləğv etmək və tərəflərin ilkin vəziyyətə qayıtmasıdır. İddianın təmin olunmasını xahiş edir. Əvvəlki məhkəmə iclasında iıştirak edən üçüncü şəxs qismində cəlb olunmuş AR Təhsil Nazirliyinin Bakı şəhər Təhsil İdarəsinin nümayəndəsi X2 izahat verərək bildirir ki, iddia tam əsassızdır. Təhsil müəssisəsi ilə müqavilə bağlanan zaman Cavabdeh1 tam səlahiyyətli şəxs olub. Bütün sənədlərdə qanuni təmsilçi İlqardır. Təhsil Nazirliyi pozuntuya yol verməyib. Təhsil Nazirliyi Cavabdeh1la müqaviləni tam qanuni şəkildə bağlayıb. Müqavilə öhdəlik tam icra olunana qədər qüvvədə olur. İddiaçı ilə Cavabdeh1 arasında təsis payının bağışlanması ilə müqavilə bağlanan zaman həmin MMC-nin borcu olmayıb. İddianın təmin edilməməsini xahiş edir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar, məhkəməyə gəlməmiş və gəlməmələrin səbəbi barəsində məhkəməyə məlumat verməmişdilər. Cavabdehlərin məhkəmə iclasına gəlməmələrin səbəbi barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh1 ilə İddiaçı arasında Bakı 2 saylı Cavabdeh2 notariat kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli “təsis payının bağışlanması” müqaviləsinin surətinə əsasən bağışlayan «X4» MMC-nin Cavabdeh1 məxsus olan nizamnamə üzrə 10 (on ) pay təşkil edən həmin təsis payını arvadı-hədiyyə alan İddiaçı bağışlamağı, həmin MMC-nin payın təsisçilik hüquqlarını hədiyyə alan tərəfə verməyi və girov qoyulmamış, həbs altında olmayan, barəsində məhkəmə mübahisəsi olmayan payı bağışlamağı öhdəsinə götürmüşdür, hədiyyə alan isə həmin payları qəbul etmişdir. İş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-208/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən “X4” MMC-dən 7435,47 manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən olunur ki, «X4» MMC ilə Təhsil Nazirliyi Bakı şəhər Təhsil İdarəsi arasında 2017-ci il tarixdə birgə fəaliyyət haqqında müqavilələr bağlanmışdır. Həmin müqavilələr üzrə «X4» MMC-nin öhdəliklərini yerinə yetirməməsinə görə 7435,47 manat borcu yaranmışdır. İş materiallarında olan Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-6519/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh1 arasında Bakı Nikah evində 3795 № ilə bağlanmış xx.xx.2008-ci il tarixli nikah pozulmuşdur. İşin mübahisəsiz halı odur ki, xx.xx.2018-ci il tarixdə İddiaçı ilə Cavabdeh1 arasında «X4» MMC-nin Cavabdeh1 məxsus olan nizamnamə üzrə 10 (on ) pay təşkil edən həmin təsis payının bağışlama müqaviləsi bağlanmışdır. Eyni zamanda, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-208/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunur ki, «X4» MMC-nin öhdəliyini icra etmədiyinə görə 7435,47 manat məbləğində borcu yaranmışdır. Hazırda İddiaçı «X4» MMC-nin 7435,47 manat məbləğində borcunun olmasından təsis payının ona bağışlanması zamanı xəbəbsiz olduğunu bildirirək, məhz Cavabdeh1 tərəfindən borcun olmadığı barədə aldadılmasını əsas gətirərək bağışlama müqaviləsinin etibarsız hesab edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Çünki, təsis payının bağışlanması müqaviləsi və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, İddiaçı «X4» MMC-nin öhdəliklərindən və borcundan xəbərsiz olmuşdur. Bakı Kommersiya Məhkəməsinin 2- 2(113)-208/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə MMC-dən tutulan borc təsis payının bağışlanması, yəni xx.xx.2018-ci il tarixədək məhz «X4» MMC-nin öhdəliyinin icra etmədiyinə görə yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası MM-in 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. AR Mülki Məcəlləsinin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən almanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki. aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Həmin məcəllənin 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Beləliklə məhkəmə qeyd edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 3M-358 reyestr nömrəli “təsis payının bağışlanması” müqaviləsi etibarsız hesab edilməli, müqavilənin nəticələri ləğv edilməli və tərəflər ilkin vəziyyətinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 3M-358 reyestr nömrəli “təsis payının bağışlanması” müqaviləsi etibarsız hesab edilsin, müqavilənin nəticələri ləğv edilsin və tərəflər ilkin vəziyyətinə qaytarılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-829/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-829/2021
09.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver