Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-832/2022 31.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Paşalı Raziyə İqbal qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-ya qarşı “borcun silinməsi və pul tələbinə” dair iddia tələbi üzrə mülki işə Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-ya qarşı “borcun silinməsi və pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş zərərin, istifadə etdiyi qazın sərfiyyatı üçün ödədiyi qanunsuz olaraq ondan tutulmuş vəsaitin Cavabdeh İB-dan tutulması və pozulmuş hüquqlarının bərpası barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra 10.02.2022-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında İddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, faktiki yaşadığı və **********20000 abonent kodu ilə qeydə alınmış ünvan 1 ünvanı üçün ona 30.03.2018-ci il tarixli 58/2083 nömrəli akt üzrə hesablanmış 439,20 manat borcun silinməsi və həmin borca görə ondan tutulmuş 160 manat vəsaitin Cavabdeh İB-dan tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddiasının təmin edilməsini xahiş etdi. İddiaçı izahatında tələbini onunla əsaslandırdı ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ona məxsusdur və ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Bir müddət o, smart kart vasitəsilə sayğaca qaz yükləyərkən müəyyən etmişdir ki, yüklənmiş vəsait hamısı deyil az qismi sayğaca yüklənir. Bunun səbəbini müəyyən etmək məqsədilə aidiyyəti quruma müraciət etmiş və həmin qurum tərəfindən ona təqdim edilmiş akt və saldo vərəqəsindən aşkar etmişdir ki, 30.03.2018-ci il tarixdə onun yaşadığı mənzildən çöldə quraşdırılmış sayğaca, özünün və ya hər hansı ailə üzvünün iştirakları olmadan baxış keçirilərək plomba müdaxilə edilməsi əsası ilə qanunsuz akt tərtib edilmiş və cərimə olaraq ona əsassız 439,20 manat borc yazılmışdır. Qeyd olunan aktla razılaşmır, belə ki, aktdan heç bir məlumatı olmamış, akta nəzər yetirildikdə isə guya onun imzalanmaqdan imtina etməsi barədə qeydiyyat aparılmışdır. Halbuki, ona pozuntunun aşkar edilməsi barədə əvvəlcədən nə şifahi, nə də yazılı formada məlumat belə verilməmiş, plomba müdaxilədən və aktın tərtibatından ümumiyyətlə məlumatsız olmuş, bu səbəbdən də akta onun imzalanmaqdan imtinası belə qeyri-mümkündür. Bundan başqa iddiaçı qeyd etmişdir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydaları”nın tələblərinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacına görə istehlakçı məsuliyyət daşıya bilməz. Həmçinin qaz sayğacı ona məxsus əmlakın ərazisində deyil, hamı üçün əlçatan, açıq ərazidə yerləşdiyindən sayğacın zədələnməsində onun təqsirinin olmasına dair hər hansı mötəbər sübut mövcud deyildir. Sayğacın zədələnməsində onun təqsirinin olmasına dair onun iştirakı ilə hər hansı aidiyyəti qurumda araşdırma aparılmamışdır. Bütün bunlara baxmayaraq, hazıradək Cavabdeh İB-nın onun barəsində qanunsuz olaraq tərtib edilmiş 30 mart 2018-ci il tarixli 58/2083 nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 493,2 manat cərimə borcuna görə, ondan 160 manat vəsait çıxılmış və həmin borca görə hazırda da ondan müəyyən məbləğlərdə vəsait tutulmaqda davam edir. Baxmayaraq ki, o, qaz sayğacına heç bir müdaxilə etməmiş və onun tərəfindən yararsız vəziyyətə salınmamışdır. İddiaçı məhkəməyə sübutlarını təqdim etməklə yanaşı məhkəmə iclaslarına cavabdehin nümayəndəsinin gəlməməsini nəzərə alaraq işə qiyabi icraatda baxılmasına dair məhkəməyə yazılı ərizə təqdim etdi. Cavabdeh İB məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Birliyin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə tərəfindən cavabdehə məhkəmənin bildirişlərinin çatdırılması məqsədilə zəruri olan bütün tədbirlər görülmüşdür. Belə ki, məhkəmə bildirişləri cavabdehin hüquqi ünvanına göndərilmiş və rəsmi qaydada təqdim edilmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan: - Cavabdeh İB ilə istehlakçı İddiaçı arasında bağlanmış 20.07.2019-cu il tarixli müqavilədən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi evə Smart G-4 İTRON GALLUS PAY markalı **********6 nömrəli qaz sayğacı quraşdırılmışdır. Həmin müqavilənin 4.3-cü bəndindən görünür ki, həmin mənzildə PQ-4, samovar və qızdırıcı radiator peçi kimi qaz qurğuları quraşdırılmışdır. - Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 58/2083 nömrəli, 30.03.2018-ci il tarixli aktdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi evdə qaz sayğacının plombunun sındırılması aşkar edilmiş və itirilmiş qazın bərpası üçün 2196 m2 həcmində qaz sərfiyyatı hesablanmışdır. Aktdan həmçinin müəyyən edilir ki, “İstehlakçının nümayəndəsi” qrafasında “İddiaçı, imza imtina etdi” qeydi aparılmışdır. - Cavabdeh İB Bakı Regional Qazın Satışı Departamentinin rəisi tərəfindən 30.03.2018-ci ildə təsdiq edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ünvan 1 ünvanında qaz paylayıcısı tərəfindən sayğacın yivli birləşməsinə vurulmuş plombun qılması aşkar edildiyindən, ünvanda istifadə edilən qaz qurğularına münasibətdə, yəni PQ4 cihazının maksimal saatlıq qaz sərfinin 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 60 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfinin 1.5 m3/saat, orta günlük iş rejimi 10 saat və hesabat müddəti 60 gün, radiatorun maksimal saatlıq qaz sərfinin 0,8 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 60 gün qəbul edilməklə itirilmiş qazın həcmi 2196 m3 müəyyən olunmuşdur. - Abonent İddiaçı Cavabdeh İB Bakı Regional Qazın Satışı Departamenti tərəfindən ünvanlanmış 10 dekabr 2021-ci il tarixli məktubdan müəyyən edilir ki, onun Departamentə ünvanlanmış müraciətinə baxılmış və araşdırma zamanı məlum olmuşdur ki, Cavabdeh İBnın əməkdaşları tərəfindən sayğaca növbəti baxış zamanı ünvan 1 ünvanında istehlakçının istifadəsində olmuş əvvəlcədən ödənişli G-4 markalı 1102AQ**********7 nömrəli qaz sayğacının filyans birləşmələrinə vurulmuş xüsusi nömrəli plombun olmadığı aşkar edilmiş və 58/2083 nömrəli akt tərtib olunaraq 439,2 manat məbləğində hesabat aparılmış və həmin məbləğ istehlakçının hesabına daxil edilmişdir. - Abonentin saldosundan görünür ki, abonent kodu **********20000 olan ünvan 1 ünvanında yerləşən fərdi evə akta görə 439,2 manat borc hesablanmışdır. - 28.01.2022-ci il tarixli hesabdan çıxarışdan isə görünür ki, abonent kodu **********20000 olan ünvan 1 ünvanında yerləşən fərdi evə akta görə 439,2 manat borcdan, 2018-ci ilin iyun ayından 2022-ci ilin fevral ayınadək hissə-hissə olmaqla, cəmi 161,6 manat İddiaçı hesabından Cavabdeh İB tərəfindən tutulmuşdur. Hazırda 277,6 (iki yüz yetmiş yeddi manat altmış qəpik) manat borc isə hesabda ödənilməmiş qalmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı faktiki sahibliyindədir. Qaz paylayıcısı olan Cavabdeh İB ilə məişət qaz qurğusu istifadəçisi olan İddiaçı arasında qazın alqı-satqısına dair müqavilə imzalanmış və əvvəlcədən ödənişli G-4 markalı qaz sayğacı evin həyətinin çöl hissəsinə quraşdırılmışdır. Cavabdeh İB-nin əməkdaşları tərəfindən növbəti baxış zamanı 30.03.2018-ci il tarixli, 58/2083 nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib olunmuşdur. Akta əsasən G-4 markalı 1102AQ**********7 nömrəli qaz sayğacının filyans birləşmələrinə vurulmuş xüsusi nömrəli plombun olmadığı aşkar edilmiş, lakin həmin akt istehlakçı İddiaçı rəsmi qaydada təqdim edilməmiş və aktda imzadan imtina etdi qeydi aparılmışdır. Eyni zamanda akta əsasən mənzildə istifadə edilən qaz qurğularına münasibətdə, yəni PQ4 cihazının maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 60 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 10 saat və hesabat müddəti 60 gün, radiatorun maksimal saatlıq qaz sərfi 0,8 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 60 gün qəbul edilməklə itirilmiş qazın həcmi 2196 m3, yəni 439,2 manat məbləğində hesablanmış və istehlakçının hesabına daxil edilmişdir. Həmçinin işin faktiki halları ilə müəyyən edilir ki, iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən fərdi evə quraşdırılmış qaz sayğacı evin hasarından kənarda yerləşir. 28.01.2022-ci il tarixli hesabdan çıxarışa əsasən isə müəyyən edilir ki, abonent kodu **********20000 olan ünvan 1 ünvanında yerləşən fərdi evə sözügedən akta görə hesablanmış 439,2 manat borcdan 2018-ci ilin iyun ayından 2022-ci ilin fevral ayınadək hissə-hissə olmaqla 161,6 (bir yüz altmış bir manat altmış qəpik) manat İddiaçı hesabından Cavabdeh İB-nin xeyrinə tutulmuş, hazırda 277,6 (iki yüz yetmiş yeddi manat altmış qəpik) manat borc isə hesabda ödənilməmiş qalmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Həmçinin “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, məişət qaz qurğusu ümumi qaz sərfiyyatı saatda 10 kub metrədək olan, əhalinin məişət ehtiyacları üçün qazın yanacaq kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusu, sənaye qaz qurğusu isə ümumi qaz sərfiyyatı saatda 10 kubmetrdən artıq olan, istilik enerjisinin alınması və məişət ehtiyacları üçün qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı ilə əlaqədar xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusudur. Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Tərəflər arasında bağlanmış müqavilənin 2.3.4-cü maddəsinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçıya aid edilmiş vəzifədir. Eyni zamanda qeyd olunmalıdır ki, «Normativ-hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.0.6-cı maddəsinə əsasən normativ hüquqi aktın rəsmiləşdirilməsi – normativ hüquqi aktın səlahiyyətli şəxs tərəfindən imzalanması və Azərbaycan Respublikasının X2 Reyestrinə daxil edilməsidir. X1 85.1-ci maddəsinə əsasən qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda, onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Qanunun 85.2-ci maddəsinə əsasən bu Konstitusiya Qanununun 95.1-ci maddəsində göstərilən aktlar istisna olmaqla, digər normativ hüquqi aktlar, həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda, X2 Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının 14 mart 2011-ci il tarixli 11 saylı qərarı X2 Reyestrinin elektron variantında dərc edilmədiyindən, həmin qərarın müddəaları istehlakçı kimi hazırkı İddiaçı üçün məcburi xarakter daşımır. Bu səbəbdən də qeyd olunan qərar rəhbər tutulmaqla, ona təbii qazdan istifadəyə görə qərarla müəyyən edilmiş düsturla sərfiyyata uyğun məbləğin hesablanması qanuni sayıla bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı fiziki şəxs olmaqla, eyni zamanda məişət qaz qurğusundan istifadə etdiyindən, qanunvericiliyin tələblərinə əsasən qaz sayğacının saz vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşımır. Habelə sayğacın nasaz vəziyyətə düşməsinin iddiaçının təqsirindən baş verməsi iş materialları, cavabdehin dəlil və sübutları ilə təsdiq olunmur. Belə ki, cavabdeh tərəfindən sayğacın iddiaçının təqsiri ucbatından yararsız vəziyyətə düşməsi barədə sübutları məhkəməyə təqdim etməmiş və məhkəmə araşdırması zamanı da bu hal öz təsdiqini tapmamışdır. Həmçinin iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus fərdi evə cavabdeh tərəfindən tərtib edilmiş akta əsasən hesablanmış 439,2 manat cərimədən 161,6 manat hissəsi ondan tutulmuşdur. Lakin iddiaçı dəqiqləşdirmə ərizəsində 160 manat vəsaitin Cavabdeh İB-dan tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə idda tələbi həcmində baxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki mülki iş üzrə məhkəmənin hazırlıq və baxış iclaslarına dair bildirişlər cavabdeh Cavabdeh İB-yə rəsmi qaydada təqdim edilmiş, eyni zamanda “Elektron Məhkəmə İnformasiya Sistemi” vasitəsilə cavabdehin elektron ünvanına yerləşdirilmişdir. Görülən bütün tədbirlərə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və məhkəməyə onun tərəfindən hər hansı sübut, etiraz və sair sənəd daxil olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, ünvan 1 ünvanında yaşayan, **********20000 abonent kodu ilə qeydə alınmış abunəçi İddiaçı 30.03.2018-ci il tarixli 58/2083 nömrəli akt üzrə hesablanmış 439,20 manat borc silinməli və həmin borca görə İddiaçı tutulmuş 160 manat Cavabdeh İB-dan tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanında yaşayan, **********20000 abonent kodu ilə qeydə alınmış abunəçi İddiaçı 30.03.2018-ci il tarixli 58/2083 nömrəli akt üzrə hesablanmış 439,20 (dörd yüz otuz doqquz manat iyirmi qəpik) manat borc silinsin və həmin borca görə İddiaçı tutulmuş 160 (bir yüz altmış) manat Cavabdeh İB-dan tutularaq İddiaçı ödənilsin. Cavabdeh qətnamənin rəsmi qaydada ona verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(004)-832/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(004)-832/2022
31.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver