Məhkəmə qərarları › İş №2(004)-833/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-833/2024

05.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-833/2024 05.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Zaqatala rayon Dövlət Arxivinin Ərizəçi verdiyi xx.xx.2021-ci il tarixli 5452 nömrəli arayışda göstərilən Zaqatala rayon Fındıq Zavodunun 1976-1980-ci illər ərzində əmək haqqı kitablarında (Fond nömrə 17, Siy nömrə 2, qeyd 1976-nın oktyabrında və noyabrında adı Nazanı yazılıb) olan əmək haqqı barədə qeydiyyatın xx.xx.1959-cu ildə Zaqatala şəhərinə doğulmuş Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində Zaqatala rayon Dövlət Arxivini iş üzrə maraqlı şəxs qismində göstərmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə etdi və izahatında bildirdi ki, o, xx.xx.1959-cu ildə Zaqatala rayonunda anadan olmuşdur. 1976-cı ildə Zaqatala rayonu Fındıq zavodunda işləmişdir. Hazırda pensiya yaşı ilə əlaqədar sənədlərini toplamışdır. Bu zaman Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2021-ci illərə aid əmək haqqı kitablarında 1976-cı ilin oktyabr və noyabr aylarında adı “Nazanı” kimi qeyd edilmişdir. Bu səbəbdən də pensiya sənədlərində müəyyən çətinliklər yaranmışdır. Hazırda həmin zavod fəaliyyət göstərmir və buna görə texniki səhvin düzəldilməsi üçün zavoda müraciət edə bilmir. Onun bütün sənədlərdə adı Nazlı olmaqla, yalnız arxiv arayışının iki ayında “Nazanı” kimi yazılmışdır. Həmin sənəd hüquq müəyyənedici sənəddir və bu onun pensiya stajının müəyyən edilməsində əsas rol oynayır. Hazırda sənədlərdə olan bu uyğunsuzluğa görə pensiya alması ilə əlaqədar iş stajı düzgün hesablanmır, sənədlərdə olan bu uyğunsuzluğa görə müəyyən problemlər yaranmışdır. Hazırkı hüquqi faktın müəyyən edilməsi lazımdır. Odur ki, ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Zaqatala rayon Dövlət Arxivinin müdiri Mahirə Mustafayeva xx.xx.2023-cü il tarixli məktubla əmək haqqı kitablarından çıxarışları məhkəməyə göndərmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinin tələbinə uyğun olaraq maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, rəsmi sənədlərlə və işin faktiki halları ilə müəyyən edilir ki, Zaqatala rayon Dövlət Arxivinin Ərizəçi verdiyi xx.xx.2021-ci il tarixli 5452 nömrəli arayışda göstərilən Zaqatala rayon Fındıq Zavodunun 1976-1980-ci illər ərzində əmək haqqı kitablarında (Fond nömrə 17, Siy nömrə 2, qeyd 1976-nın oktyabrında və noyabrında adı Nazanı yazılıb) olan əmək haqqı barədə qeydiyyatda adı “Nazanı” kimi göstərilmişdir. Əmək haqqı barədə qeydiyyatda Ərizəçi adı texniki səhvlə “Nazanı” kimi göstərilmişdir. Əsas: Fındıq zavodunun 1976-1980-ci illərin əmək haqqı kitabları Fond nömrə 17, siy nömrə 2. Neyd: 1976-cı ilin oktyabrında və noyabrında adı “Nazanı” yazılıb. Zaqatala rayon Fındıq Zavodunun 1976-1980-ci illər ərzində əmək haqqı kitablarından Ərizəçi aid hissələrdən çıxarışlar, əmrdən çıxarışlar və sair sənədlər iş materiallarına əlavə edilib. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi xx.xx.2020-ci il tarixli ********** qeydiuyyat nömrəli çıxarışdan müəyyən edilir ki, ünvan 1 ünvanda yerləşən mənzil Ərizəçi xüsusi mülkiyyətindədir. Zaqatala rayon Dövlət Arxivinin Ərizəçi verdiyi xx.xx.2021-ci il tarixli 5452 nömrəli arayışdan və müəyyən edilir ki, Ərizəçi Zaqatala rayon Fındıq Zavodunun 1976-1980-ci illər ərzində əmək haqqı kitablarında (Fond nömrə 17, Siy nömrə 2, qeyd 1976-nın oktyabrında və noyabrında adı “Nazanı” yazılıb) olan əmək haqqı barədə qeydiyyatda adı “Nazanı” kimi göstərilmişdir. Zaqatala rayon VVAQ şöbəsinin verdiyi İİİ-JQ 271179 nömrəli nikahın haqqında şəhadətnamədən müəyyən edilir ki, X2 ilə X1 arasında xx.xx.1983-cü il tarixdə 18 nömrəli akt qeydi ilə nikahlarını bağlanmışlar. Nikahdan sonra arvada “Xəlilova” soyadı verilmişdir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə araşdırılması zamanı ərizəçinin izahatı və təqdim edilmiş rəsmi sənədlərlə təsdiq edilir ki, Ərizəçi 1976-cı ildə Zaqatala rayon Fındıq zavodunda işləmişdir. Hazırda pensiya yaşına çatdığı üçün pensiyaya çıxmaqdan ötrü sənədlər toplamışdır. Zaqatala rayon Dövlət Arxivinin Ərizəçi verdiyi xx.xx.2021-ci il tarixli 5452 nömrəli arayışda Zaqatala rayon Fındıq Zavodunun 1976-1980-ci illər ərzində əmək haqqı kitablarında (Fond nömrə 17, Siy nömrə 2, qeyd 1976-nın oktyabrında və noyabrında adı Nazanı yazılıb) olan əmək haqqı barədə qeydiyyatda adı Nazanı kimi göstərildiyi qeyd edilmişdir. Bu səbəbdən pensiya sənədlərində müəyyən çətinliklər yaranmışdır. Hazırda ərizəçi qeyd olunan texniki səhvin düzəldilməsini və sənədin ona məxsus olmasını başqa qaydada əldə edə bilmir. Bu səbəbdən ərizəçi məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Zaqatala rayon Dövlət Arxivinin Ərizəçi verdiyi xx.xx.2021-ci il tarixli 5452 nömrəli arayışda göstərilən Zaqatala rayon Fındıq Zavodunun 1976-1980-ci illər ərzində əmək haqqı kitablarında (Fond nömrə 17, Siy nömrə 2, qeyd 1976-nın oktyabrında və noyabrında adı Nazanı yazılıb) olan əmək haqqı barədə qeydiyyatın xx.xx.1959-cu ildə Zaqatala şəhərinə doğulmuş Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar