Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-840/2022 05.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Sadıqov Cəlil Cəfərbala oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsində yerləşən 43 saylı evin, 70 nömrəli mənzilin cavabeh Cavabdeh qanunsuz sahibliyindən geri alınması, həmin şəxsin əşyaları ilə birlikdə mənzildən çıxarılmaqla mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi, cavabdehdən ididaçıya dəymiş 2500 manat zərərin, həmçinin ödədiyi dövlət rüsumunun əvəzi olaraq 100 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildimişdir ki, sözügedən mənzili 18.06.2021-ci ildə alqı-satqı müqaviləsi ilə alınsa da, Cavabdeh, həmin mənzilin sakinlərdən biri olaraq mənzili tərk etməyə razı olmur. Bunu nəzərə alaraq iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan X1 ilə İddiaçı arasında bağlanmış 18.06.2021-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən müəyyən olunur ki, X1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 43,9 kv m olan mənzili 74500 manata İddiaçı satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, ünvan 1 İddiaçı xüsusi mülkiyyətindədir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsində yerləşən 43 saylı evin 70 nömrəli mənzili Cavabdeh qanunsuz sahibliyindən geri alınmalı, Cavabdeh əşyaları ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsində yerləşən 43 saylı evin 70 nömrəli mənzilindən çıxarılmaqla, həmin mənzil boşaldılmalı və İddiaçı təhvil verilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, ev 43, 70 saylı mənzilin iddiaçının xüsusi mülkiyyətində olması, cavabdehin daşınmaz əmlaka hər hansı hüququnun olmaması iş materialları ilə sübuta yetirilmişdir. Cavabdeh mənzilə faktiki sahiblik etməklə iddiaçının mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olur. Cavabdehin mənzilə dair hər hansı hüququ müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, mülkiyyətçinin hüquqları qorunmalı və cavabdeh iddia ərizəsində qeyd edilən mənzildən əşyaları ilə bir yerdə çıxarılmalıdırlar. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya maddi zərər vurması iş materialları ilə sübuta yetirilmədiyindən, məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən iddiaçıya dəymiş 2500 manat zərərin tutularaq iddiaçıya ödənilməsi hissəsində rədd edilməlidir. Məhkəmə həmçinin Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsaəsn hesab edir ki, 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ bəndinin tələbinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkələrə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsində yerləşən 43 saylı evin 70 nömrəli mənzili Cavabdeh qanunsuz sahibliyindən geri alınsın, Cavabdeh əşyaları ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsində yerləşən 43 saylı evin 70 nömrəli mənzilindən çıxarılmaqla, həmin mənzil boşaldılsın və İddiaçı təhvil verilsin. 100 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-840/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-840/2022
05.05.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver