Məhkəmə qərarları › İş №2(004)-857/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-857/2025

16.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-857/2025 16.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, Ərizəçi, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1 cəlb edilməklə “sənədin şəxsə məxsusluğu faktının müəyyən olunması” tələbinə dair ərizəsinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1 cəlb edilməklə “sənədin şəxsə məxsusluğu faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Ərizəçi xx.xx.1962-ci ildə Bakı şəhərində anadan olmuş və həmin vaxt mənə Bakı şəhəri 26 Bakı Komissarları rayonu (hazırki Bakı şəhəri Səbail rayonu) VVAQ Bürosu tərəfindən rus dilində, kiril əlifbası ilə xx.xx.1962-ci il tarixli, AZ № 318119 saylı X4 verilərək soyadı “Aliverdibekov” kimi göstərilmişdir. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra latın qrafikasına keçməklə əlaqədar ərizəçiye verilmiş və şəxsiyyətini təsdiq edən bütün sənədlər Azərbaycan dilində, latın qrafikası ilə yazılaraq soyadı “Əliverdibəyov” olaraq göstərilmişdir. 2007-ci ilin yanvar ayının 6-da Özbəkistan Respublikası vətəndaşı Maraqlı şəxs2 ilə nikaha daxil olmuş və nikahı Daşkənd şəhər X3 nikah aktları qeydləri kitabında 18 nömrə ilə qeydə alınaraq rus dilində kiril əlifbası ilə 1-TN № ******* saylı Nikah haqqında Şəhadətnamə verilmişdir. Həmin Şəhadətnamədə ərizəçinin soyadı rus dilində kiril əlifbası ilə “Aliverdibekov” göstərilmişdir. Birgə nikahdan övladı olmamış və xeyli müddətdir ki, ərizəçi Bakı şəhərində, yuxarıda qeyd edilən ünvanda, arvadı Maraqlı şəxs2 isə Özbəkistan Respublikasının Daşkənd şəhərində yaşayır. Maraqlı şəxs2 ərizəçinin razılığı olmaqla nikahın pozulması barədə Daşkənd şəhər Qeydiyyat İdarəsinə müraciət etmiş, ancaq həmin idarədən ərizəçi tərəfindən təqdim edilmiş sənəddə, yəni passportda soyadı “Əliverdibəyov” (ingilis variantında “Aliverdibayov” göstərildiyindən və nikah haqqında Şəhadətnamədə “Aliverdibekov” yazıldığından nikahın pozulmasından imtina edilmişdir. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Daşkənd şəhərində olan Konsulluğundan “Əliverdibəyov” soyadının rus dilində, kiril əlifbası ilə “Aliverdibekov” kimi yazılmasına dair arayış alınıb təqdim edilsə də, qəbul olunmur. Odur ki, ərizənin təmin olunması xahiş edilir. Ərizəçi məhkəmə iclasında iştirak edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında iştirak edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxslər məhkəmə iclasında iştirak etməmişlər. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs2 passportunun surətinə əsasən müəyyən edilir ki, o, Özbəkistan Respublikası vətəndaşıdır. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətinə əsasən müəyyən edilir ki, Maraqlı şəxs2 və Ərizəçi rəsmi nikahdadırlar. İş materiallarına əlavə edilmiş Ərizəçi passportunun və şəxsiyyət vəsiqəsinin surətinə əsasən müəyyən edilir ki, o, xx.xx.1962-ci il tarixdə Bakı şəhərində anadan olmuş və onun soyadı “Əliverdibəyov” kimi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Ərizəçi məxsus xx.xx.1962-ci il tarixli, AZ № 318119 saylı X4nin surətinə əsasən müəyyən edilir ki, o, xx.xx.1962-ci il tarixdə Bakı şəhərində anadan olmuş və onun soyadı “Aliverdibekov” kimi qeyd edilmişdir. Sözügedən sənədin notarial qaydada tərcümə və təsdiq edilmiş surəti əlavə edilmişdir. Məhkəmə hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 305.1.1 hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, Maraqlı şəxs2 və Ərizəçi rəsmi nikahdadırlar. Maraqlı şəxs2 ərizəçinin arvadı olmaqla o, Özbəkistan Respublikası vətəndaşıdır. Ərizəçi şəxsiyyət vəsiqəsi və pasportuna əsasən o, xx.xx.1962-ci il tarixdə Bakı şəhərində anadan olmuş və soyadı “Əliverdibəyov” kimi qeyd edilmişdir. Ərizəçi X4sinin surətinə əsasən müəyyən edilir ki, o, xx.xx.1962-ci il tarixdə Bakı şəhərində anadan olmuş və onun soyadı “Aliverdibekov” kimi qeyd edilmişdir. Nəticə etibarilə, ərizəçinin X4sində onun soyadı “Aliverdibekov” kimi qeyd edilmiş, nəticədə X4 ilə digər hüquq müəyyən edici sənədlər arasında uyğunsuzluq yaranmışdır. Sözügedən uyğunsuzluq məhkəmə qaydasında aradan qaldırılmalıdır. Hazırki ərizə ilə məhkəməyə müraciət edilməsində ərizəçinin hüquqi marağı vardır və ərizənin təmin edilməsi ərizəçi nöqteyi-nəzərdən pozitiv nəticələrə səbəb olacaqdır. Deməli, hazırki ərizəyə xüsusi icraat qaydasında baxılması yolveriləndir. Beləliklə, məhkəmə iş materiallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Ərizəçi xx.xx.2017-ci il tarixdə verilmiş AZE C01431448 nömrəli Azərbaycan Respublikasının Ümumvətəndaş Pasportunda göstərilən xx.xx.1962-ci ildə Bakı şəhərində anadan olmuş Ərizəçi ilə xx.xx.1962-ci il tarixli, AZ № 318119 saylı X2 göstərilmiş X1 eyni şəxs olması, həmin X4nin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 307-311-ci və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1 cəlb edilməklə “sənədin şəxsə məxsusluğu faktının müəyyən olunması” tələbinə dair ərizəsi təmin edilsin. Ərizəçi xx.xx.2017-ci il tarixdə verilmiş AZE C01431448 nömrəli Azərbaycan Respublikasının Ümumvətəndaş Pasportunda göstərilən xx.xx.1962-ci ildə Bakı şəhərində anadan olmuş Ərizəçi ilə xx.xx.1962-ci il tarixli, AZ № 318119 saylı X2 göstərilmiş X1 eyni şəxs olması, həmin X4nin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar