Məhkəmə qərarları › İş №2(004)-86/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-86/2021

05.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-86/2021 05.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 nümayəndələri və vəkili X1, Cavabdeh1, Cavabdeh2 nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC və Bakı şəhəri Cavabdeh4nə qarşı “keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi, mənzilə istifadə hüququnun tanınaraq, borcun mənzilə yönəldilməsinin dayandırılması, mənzilin satılmasına səbəb olan borc mübahisəsinin yenidən araşdırılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC və Bakı şəhəri Cavabdeh4nə qarşı “keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi, mənzilə istifadə hüququnun tanınaraq, borcun mənzilə yönəldilməsinin dayandırılması, mənzilin satılmasına səbəb olan borc mübahisəsinin yenidən araşdırılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu A.Sereteli küçəsindəki 59 nömrəli evin 1 otaqlı 1 nömrəli mənzilinin Bakı şəhəri Cavabdeh4 sifarişi ilə Cavabdeh3 MMC tərəfindən hərrac yolu ilə Cavabdeh2 satılması ilə bağlı qiymətləndirmənin və hərracın nəticələrinin etibarsız hesab edilməsi; iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 Bakı şəhəri Yasamal rayonu A.Sereteli küçəsindəki 59 nömrəli evin 1 otaqlı 1 nömrəli mənzilinə istifadə hüquqlarının tanınaraq, borcun həmin mənzilə yönəldilməsinin dayandırılması; mübahisəli mənzilin satışına səbəb olan Cavabdeh1 ilə İddiaçı1 arasında yaranmış borc mübahisəsinin yenidən araşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Sonradan, iddiaçıların nümayəndələri və vəkili X3 Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinin tələbinə uyğun olaraq iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, Bakı şəhəri Yasamal rayonu A.Sereteli küçəsindəki 59 nömrəli evin 1 otaqlı 1 nömrəli mənzilinin Bakı şəhəri Cavabdeh4 sifarişi ilə Cavabdeh3 MMC tərəfindən hərrac yolu ilə Cavabdeh2 satılması ilə bağlı qiymətləndirmənin və hərracın nəticələrinin etibarsız hesab edilməsi; iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 Bakı şəhəri Yasamal rayonu A.Sereteli küçəsindəki 59 nömrəli evin 1 otaqlı 1 nömrəli mənzilindən istifadə hüquqlarının olmasını nəzərə alaraq, borcun həmin mənzilə yönəldilməsinin dayandırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 nümayəndələri və vəkili X3 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, Bakı şəhəri Yasamal rayonu A.Sereteli küçəsindəki 59 nömrəli evin 1 nömrəli mənzilinin (1 otaq 16.4 kv.m) hissəsi İddiaçı1 məxsusdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(004)-5521/2013 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı1 və üçüncü şəxslər Cavabdeh1 və Bakı şəhəri 9 nömrəli notariat kontoruna qarşı “borcun tutulması və tutmanın ipotka predmetinə yönəldilməsi” tələbinə dair iddiası təmin edilmiş, İddiaçı1 45.000 ABŞ dollarının manata olan məzənnəsi ilə 39.150 manat pul tutularaq Cavabdeh2 ödənilməsi, tutmanın İddiaçı1 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Yasamal rayonu A.Sereteli küçəsindəki (Cabbar Qaryağdıoğlu küçəsi) 59 nömrəli evin 1 nömrəli mənzilinin sahəsi 16,4 kv.m olan 1 otağına yönəldilməsi, mənzilin açıq hərracdan satılması və satışdan əldə olunacaq vəsait hesabına 45.000 ABŞ dollarının manata olan məzənnəsi ilə 39.150 manat pulun Cavabdeh2 ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli 2(103)-2411/2014 nömrəli qətnaməsi ilə İddiaçı1 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(004)-5521/2013 nömrəli qətnaməsi qismən, yəni “borc üzrə tutmanın İddiaçı1 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Yasamal rayonu A.Sereteli küçəsindəki (Cabbar Qaryağdıoğlu küçəsi) 59 nömrəli evin 1 nömrəli mənzilinin sahəsi 16,4 kv.m olan 1 otağına yönəldilməsi, mənzilin açıq hərracdan satılması və satışdan əldə olunacaq vəsait hesabına 45.000 ABŞ dollarının manata olan məzənnəsi ilə 39.150 manat pulun Cavabdeh2 ödənilməsinin təmin edilməsi” hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 8(004)-923/2018 nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli 2(103)-2411/2014 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədilə Bakı şəhəri Yasamal rayonu A.Sereteli küçəsindəki (Cabbar Qaryağdıoğlu küçəsi) 59 nömrəli evin 1 nömrəli mənzilinin borclu İddiaçı1 məxsus olan hissəsinin (1 otaq 16,4 kv.m) üzərinə həbs qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş xx.xx.2014-cü il tarixli 2(103)-2411/2014 nömrəli icra vərəqəsi və Bakı şəhəri Cavabdeh4 xx.xx.2018-ci il tarixli xx/xx-6689/4-29467 nömrəli sifariş məktubu əsasında Cavabdeh3 MMC tərəfindən Bakı şəhəri Yasamal rayonu A.Sereteli küçəsindəki (Cabbar Qaryağdıoğlu küçəsi) 59 nömrəli evin 1 nömrəli mənzilinin İddiaçı1 məxsus olan hissəsi (1 otaq 16,4 kv.m) Cavabdeh2 14.450 manata satılmış, bu barədə hərracın yekunları haqqında xx.xx.2019-cu il tarixli 006 nömrəli protokol və xx.xx.2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Borclu İddiaçı1 və onun ailə üzvləri olan digər iddiaçıların yeganə yaşayış yeri olan Bakı şəhəri Yasamal rayonu A.Sereteli küçəsindəki (Cabbar Qaryağdıoğlu küçəsi) 59 nömrəli evin 1 nömrəli mənzilinin İddiaçı1 məxsus olan hissəsinin (1 otaq 16,4 kv.m) üzərinə həbs qoyulmasından, həmin mənzilin satılmasına dair təşkil olunan və keçirilən harracdan, hərracın keçirilməsi vaxtı və yerindən məlumatları olmamışdır. Bu barədə onlara rəsmi məlumat verilməmişdir. Həmçinin mənzil dəyəri 50.000-60.000 manat arasında olduğu halda, onun 14.450 manata satılması əsassızdır. Çünki, borclu İddiaçı1 həm mülkiyyətindəki mənzilindən məhrum olur, həm də tələbkar Cavabdeh2 olan borcu tam ödənilməmiş qalır. Bu isə borclu İddiaçı1 və onun ailə üzvləri olan iddiaçıların hüquqları pozur. Hesab edir ki, üzərinə həbs qoyulmuş mənzil iddiaçıların yeganə yaşayış yeri olduğuna görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”nə əsasən tutma yönəldilə bilməzdi. Odur ki, iddia tələblərinin təmin edilməsini xahiş edir. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etdi və izahatında bildirdi ki, onun Cavabdeh2 15.000 manat borcu olub, əvəzində avtomobilini Cavabdeh2 vermişdir. Sonradan o və Cavabdeh2 birlikdə İddiaçı1 45.000 ABŞ dolları borc vermişlər. Həmin borca görə İddiaçı1 39.150 manat pul tutularaq Cavabdeh2 ödənilməsi qət edilmişdir. İddianın təmin edilməsini xahiş edir. Cavabdeh2 nümayəndəsi və vəkili X4 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, Cavabdeh2 Bakı şəhəri 9 saylı notariat kontorunda bağlanmış xx.xx.2007-ci il tarixli borc müqaviləsinə əsasən İddiaçı1 xx.xx.2007-ci il tarixə kimi 45.000 ABŞ dollarının, manata olan məzənnəsi ilə 39.150 manat borc pul vermişdir. Bakı şəhəri 9 saylı notariat kontorunda bağlanmış xx.xx.2007-ci il tarixli 3M-3/616 reyestr nömrəli ipoteka müqaviləsinə əsasən İddiaçı1 xx.xx.2007-ci il tarixli borc müqaviləsi üzrə aldığı 45.000 ABŞ dollarının, manata olan məzənnəsi ilə 39.150 manat borcun qaytarılmasının təminatı kimi Bakı şəhəri Yasamal rayonu A.Sereteli küçəsindəki (Cabbar Qaryağdıoğlu küçəsi) 59 nömrəli evin 1 nömrəli mənzilinin İddiaçı1 məxsus olan hissəsi (1 otaq 16,4 kv.m) Cavabdeh2 xeyrinə ipoteka ilə yüklü edilmiş və yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı1 borcu ödəmədiyinə görə Cavabdeh2 məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 iddiası təmin edilmiş, İddiaçı1 45.000 ABŞ dollarının manata olan məzənnəsi ilə 39.150 manat pul tutularaq Cavabdeh2 ödənilməsi, tutmanın İddiaçı1 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Yasamal rayonu A.Sereteli küçəsindəki (Cabbar Qaryağdıoğlu küçəsi) 59 nömrəli evin 1 nömrəli mənzilinin sahəsi 16,4 kv.m olan 1 otağına yönəldilməsi, mənzilin açıq hərracdan satılması və satışdan əldə olunacaq vəsait hesabına 45.000 ABŞ dollarının manata olan məzənnəsi ilə 39.150 manat pulun Cavabdeh2 ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli qətnaməsi ilə İddiaçı1 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi qismən, yəni “borc üzrə tutmanın İddiaçı1 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Yasamal rayonu A.Sereteli küçəsindəki (Cabbar Qaryağdıoğlu küçəsi) 59 nömrəli evin 1 nömrəli mənzilinin sahəsi 16,4 kv.m olan 1 otağına yönəldilməsi, mənzilin açıq hərracdan satılması və satışdan əldə olunacaq vəsait hesabına 45.000 ABŞ dollarının manata olan məzənnəsi ilə 39.150 manat pulun Cavabdeh2 ödənilməsinin təmin edilməsi” hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iddianı tutma yönəldilməsi hissəsində rədd edərkən, ipoteka ilə yüklülüyün dövlət qeydiyyatına alınmasını təsdiq edən sənədin iş materiallarında olmamasına istifad etmişdir. Əslində isə ipoteka ilə yüklülük qeydiyyata alınmışdır. Bunu DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məktubu bir daha təsdiq edir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Bakı şəhəri Yasamal rayonu A.Sereteli küçəsindəki (Cabbar Qaryağdıoğlu küçəsi) 59 nömrəli evin 1 nömrəli mənzilinin borclu İddiaçı1 məxsus olan hissəsinin (1 otaq 16,4 kv.m) üzərinə həbs qoyulmuş, Bakı Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş xx.xx.2014-cü il tarixli icra vərəqəsi və Bakı şəhəri Cavabdeh4 xx.xx.2018-ci il tarixli sifariş məktubu əsasında Cavabdeh3 MMC tərəfindən Bakı şəhəri Yasamal rayonu A.Sereteli küçəsindəki (Cabbar Qaryağdıoğlu küçəsi) 59 nömrəli evin 1 nömrəli mənzilinin İddiaçı1 məxsus olan hissəsi (1 otaq 16,4 kv.m) Cavabdeh2 14.450 manata satılmış, bu barədə hərracın yekunları haqqında xx.xx.2019-cu il tarixli 006 nömrəli protokol və xx.xx.2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Hazırkı vaxta kimi İddiaçı1 aldığı borcu qaytarmamışdır. Hesab edir ki, hərracın keçirilməsi zamanı qaydalaroa əməl edilmişdir. Bu səbəbdən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər digər cavabdehlər Cavabdeh3 MMC-nin və Bakı şəhəri Cavabdeh4 nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə məhkəmə iclasına gəlməyən cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından müəyyən edilir ki, Bakı şəhəri Yasamal rayonu A.Sereteli küçəsindəki 59 nömrəli evin 1 nömrəli mənzilinin (1 otaq 16.4 kv.m) hissəsi İddiaçı1 məxsusdur. Cavabdeh2 Bakı şəhəri 9 saylı notariat kontorunda bağlanmış xx.xx.2007-ci il tarixli borc müqaviləsinə əsasən İddiaçı1 xx.xx.2007-ci il tarixə kimi 45.000 ABŞ dollarının, manata olan məzənnəsi ilə 39.150 manat borc pul vermişdir. Bakı şəhəri 9 saylı notariat kontorunda bağlanmış xx.xx.2007-ci il tarixli 3M-3/616 reyestr nömrəli ipoteka müqaviləsinə əsasən İddiaçı1 xx.xx.2007-ci il tarixli borc müqaviləsi üzrə aldığı 45.000 ABŞ dollarının, manata olan məzənnəsi ilə 39.150 manat borcun qaytarılmasının təminatı kimi Bakı şəhəri Yasamal rayonu A.Sereteli küçəsindəki (Cabbar Qaryağdıoğlu küçəsi) 59 nömrəli evin 1 nömrəli mənzilinin İddiaçı1 məxsus olan hissəsi (1 otaq 16,4 kv.m) Cavabdeh2 xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2020-ci il tarixli **********12 nömrəli məktubla məhkəmənin xx.xx.2020-ci il tarixli sorğusuna cavab verərək bildirmişdir ki, Bakı şəhəri Yasamal rayonu A.Sereteli küçəsindəki (Cabbar Qaryağdıoğlu küçəsi) 59 nömrəli evin 1 nömrəli mənzilinin İddiaçı1 məxsus olan hissəsi (1 otaq 16,4 kv.m) Cavabdeh2 xeyrinə xx.xx.2007-ci il tarixdə ipoteka ilə yüklü edilmişdir. Həmin mənzilin İddiaçı1 məxsus olan hissəsinin Cavabdeh2 xeyrinə yüklü edilməsinə dair sənədlər İdarənin arxivində saxlanılmamışdır. İddiaçı1 borcu ödəmədiyinə görə Cavabdeh2 məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(004)-5521/2013 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı1 və üçüncü şəxslər Cavabdeh1 və Bakı şəhəri 9 nömrəli notariat kontoruna qarşı “borcun tutulması və tutmanın ipotka predmetinə yönəldilməsi” tələbinə dair iddiası təmin edilmiş, İddiaçı1 45.000 ABŞ dollarının manata olan məzənnəsi ilə 39.150 manat pul tutularaq Cavabdeh2 ödənilməsi, tutmanın İddiaçı1 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Yasamal rayonu A.Sereteli küçəsindəki (Cabbar Qaryağdıoğlu küçəsi) 59 nömrəli evin 1 nömrəli mənzilinin sahəsi 16,4 kv.m olan 1 otağına yönəldilməsi, mənzilin açıq hərracdan satılması və satışdan əldə olunacaq vəsait hesabına 45.000 ABŞ dollarının manata olan məzənnəsi ilə 39.150 manat pulun Cavabdeh2 ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli 2(103)-2411/2014 nömrəli qətnaməsi ilə İddiaçı1 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(004)-5521/2013 nömrəli qətnaməsi qismən, yəni “borc üzrə tutmanın İddiaçı1 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Yasamal rayonu A.Sereteli küçəsindəki (Cabbar Qaryağdıoğlu küçəsi) 59 nömrəli evin 1 nömrəli mənzilinin sahəsi 16,4 kv.m olan 1 otağına yönəldilməsi, mənzilin açıq hərracdan satılması və satışdan əldə olunacaq vəsait hesabına 45.000 ABŞ dollarının manata olan məzənnəsi ilə 39.150 manat pulun Cavabdeh2 ödənilməsinin təmin edilməsi” hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iddia tələbini borcun ipoteka predmetinə yönəldilməsi hissəsində rədd edərkən qeyd etmişdir ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsi qanunla nəzərdə tutulmuş şəkildə-notarial qaydada təsdiq olunsa da, həmin müqavilədən irəli gələn ipoteka hüququ müvafiq qaydada dövlət qeydiyyatına alınmamışdır. Müvafiq dövlət qeydiyyatı aparılmadığından bağlanmış ipoteka müqaviləsi qüvvəyə minməmiş, habelə ipoteka hüququ yaranmamışdır. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 8(004)-923/2018 nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli 2(103)- 2411/2014 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədilə Bakı şəhəri Yasamal rayonu A.Sereteli küçəsindəki (Cabbar Qaryağdıoğlu küçəsi) 59 nömrəli evin 1 nömrəli mənzilinin borclu İddiaçı1 məxsus olan hissəsinin (1 otaq 16,4 kv.m) üzərinə həbs qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixdə verdiyi xx.xx.2014cü il tarixli 2(103)-2411/2014 nömrəli icra vərəqəsi və Bakı şəhəri Cavabdeh4 xx.xx.2018-ci il tarixli xx/xx-6689/4-29467 nömrəli sifariş məktubu əsasında Cavabdeh3 MMC tərəfindən Bakı şəhəri Yasamal rayonu A.Sereteli küçəsindəki (Cabbar Qaryağdıoğlu küçəsi) 59 nömrəli evin 1 nömrəli mənzilinin İddiaçı1 məxsus olan hissəsi (1 otaq 16,4 kv.m) Cavabdeh2 14.450 manata satılmış, bu barədə hərracın yekunları haqqında xx.xx.2019-cu il tarixli 006 nömrəli protokol və xx.xx.2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. İş materiallarında olan rəsmi sənədlərlə təsdiq edilir ki, Bakı şəhəri Yasamal rayonu A.Sereteli küçəsindəki (Cabbar Qaryağdıoğlu küçəsi) 59 nömrəli evin 1 nömrəli mənzilinin İddiaçı1 məxsus olan hissəsi (1 otaq 16,4 kv.m) İddiaçı1 və onun ailə üzvləri olan digər iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 yeganə yaşayış yerləridir. İcra sənədi üzrə borclu İddiaçı1 və onun ailə üzvləri olan digər iddiaçıların, yeganə yaşayış yerləri olan Bakı şəhəri Yasamal rayonu A.Sereteli küçəsindəki (Cabbar Qaryağdıoğlu küçəsi) 59 nömrəli evin 1 nömrəli mənzilinin İddiaçı1 məxsus olan hissəsinin (1 otaq 16,4 kv.m) üzərinə həbs qoyulmasından, həmin mənzilin satılmasına dair təşkil olunan və keçirilən harracdan, hərracın keçirilməsinin vaxtından və yerindən məlumatları olmamışdır. Bu barədə onlara rəsmi məlumat verilməmişdir. Nəticədə, borclu İddiaçı1 mülkiyyət hüququ, ailə üzvlərinin isə istifadə hüquqları pozulmuşdur. İddiaçılar mənzildən məhrum olmuş və borc tam ödənilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 89 nömrəli qərarı ilə “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı” təsdiq edilmişdir. Həmin qərarın 1-ci bəndində deyilir: fiziki şəxs barəsində icra sənədi icra olunarkən aşağıdakı əmlaklara tələbin yönəldilməsinə yol verilmir: 1) borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə); Göründüyü kimi, Bakı şəhəri Yasamal rayonu A.Sereteli küçəsindəki (Cabbar Qaryağdıoğlu küçəsi) 59 nömrəli evin 1 nömrəli mənzilinin (1 otaq 16,4 kv.m) hissəsi İddiaçı1 və ailə üzvlərinin yeganə yaşayış yeridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”na əsasən həmin mənzilə tutma yönəldilməsinə yol verilmir. Mülki Məcəllənin 415.1-ci maddəsinə əsasən auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Mülki Məcəllənin 415.3-ci maddəsinə əsasən əgər bu Məcəllədə və ya hərracın keçirilməsi barədə bildirişdə ayrı qayda nəzərdə tutulmayıbsa, bildirişi göndərən açıq hərrac təşkilatçısı auksionu keçirməkdən istədiyi vaxt, lakin onun keçirilməsi gününə ən geci üç gün qalmış, müsabiqəni keçirməkdən isə onun keçirilməsinə ən geci otuz gün qalmış imtina edə bilər. Açıq hərracın təşkilatçısı onu keçirməkdən həmin müddətləri pozmaqla imtina etdikdə, iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Qapalı auksionun və ya qapalı müsabiqənin təşkilatçısı hərracdan imtinanın bildiriş göndərildikdən sonra məhz hansı müddətdə edildiyindən asılı olmayaraq, dəvət etdiyi iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. “İpoteka haqqında” Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Mülki Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Mülki Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2008-ci il tarixli qərarında vurğulayır ki, Mülki Məcəllənin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Yalnız “İpoteka haqqında” xx.xx.2005-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışları fərqləndirilmiş, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsi nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək qeyd edir ki, iddia qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixdə verdiyi xx.xx.2014-cü il tarixli 2(103)-2411/2014 nömrəli icra vərəqəsi və Bakı şəhəri Cavabdeh4 xx.xx.2018-ci il tarixli xx/xx-6689/4-29467 nömrəli sifariş məktubu əsasında Cavabdeh3 MMC tərəfindən Bakı şəhəri Yasamal rayonu A.Sereteli küçəsindəki (Cabbar Qaryağdıoğlu küçəsi) 59 nömrəli evin 1 nömrəli mənzilinin İddiaçı1 məxsus olan hissəsinin (1 otaq 16,4 kv.m) Cavabdeh2 satılmasına dair xx.xx.2019-cu il tarixdə keçirilmiş hərracın nəticələri, hərracın nəticələri haqqında tərtib edilmiş xx.xx.2019-cu il tarixli 006 nömrəli protokol və xx.xx.2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə etibarsız hesab edilməlidir. İddia tələbi - iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 Bakı şəhəri Yasamal rayonu A.Sereteli küçəsindəki 59 nömrəli evin 1 otaqlı 1 nömrəli mənzilindən istifadə hüquqlarının olmasını nəzərə alaraq, borcun həmin mənzilə yönəldilməsinin dayandırılması hissəsində iddia rədd edilməlidir. Çünki, keçirilmiş hərrac qanunvericiliyin tələblərinə uyğun olmadığına və mübahisəli mənzil iddiaçıların yeganə yaşayış yeri sayıldığına görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı” həmin mənzilə tutmanın yönəldilməsini istisna etdiyinə görə, borcun həmin mənzilə yönəldilməsi qanunvericiliyin tələbinə əsasən imperativ qaydada dayandırıldığına görə, onun yenidən dayandırılmasına dair iddianın təmin edilməsinə zərurət qalmır. Odur ki, iddia tələbi həmin hissəldə təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli 2(103)-2411/2014 nömrəli icra vərəqəsi və Bakı şəhəri Cavabdeh4 xx.xx.2018-ci il tarixli xx/xx-6689/4-29467 nömrəli sifariş məktubu əsasında Cavabdeh3 MMC tərəfindən Bakı şəhəri Yasamal rayonu A.Sereteli küçəsindəki (Cabbar Qaryağdıoğlu küçəsi) 59 nömrəli evin 1 nömrəli mənzilinin İddiaçı1 məxsus olan hissəsinin (1 otaq 16,4 kv.m) Cavabdeh2 satılmasına dair xx.xx.2019-cu il tarixdə keçirilmiş hərracın nəticələri, hərracın nəticələri haqqında tərtib edilmiş xx.xx.2019-cu il tarixli 006 nömrəli protokol və xx.xx.2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə etibarsız hesab edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Ödənilmiş 10 manat dövlət rüsumu İddiaçı1 aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar