Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-864/2024 12.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı və Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “qanunsuz hesablanmış borcun silinməsi” tələbinə dair iddiası; Cavabdeh İB-nin İddiaçı qarşı “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı “qanunsuz hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli akt (abonent kodu: **********00000) əsasında 30240 m3 itirilmiş təbii qaza görə hesablanmış 3.628,80 manat borcun silinməsi və həmin borca görə tutulmuş vəsaitin hesabına geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İB İddiaçı qarşı “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı tərəfindən iddiaçı Cavabdeh İB-yə 3514,80 manat zərərin və 55,15 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3569,95 manat pulun İddiaçı tutularaq Cavabdeh İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi və izahatında bildirdi ki, o, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanda yaşayır. Vaxtı-vaxtında istifadə olunan təbii qazın dəyərini ödəmişdir. Ödənişlə bağlı heç bir problem olmamışdır. xx.xx.2023-cü il tarixdə isə Cavabdeh İB-nin əməkdaşları tərəfindən onun iştirakı olmadan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli əsassız akt tərtib edilmişdir. Aktda onun ad və soyadı qeyd edilsə də, nə ona, nə də ailə üzvlərinə akt tərtib edilərkən məlumat verilməmişdir. Akt yalnız cavabdehin üç əməkdaşı tərəfindən imzalanmışdır. Aktda qeyd edilmişdir ki, Abonent rezin boru birləşdirərək təbii qazdan qeyri-qanuni istifadə edir. Dəymiş ziyan hesablansın və ödənilsin. Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli tələbnaməsinə əsasən ona itirilmiş 30240 m³ təbii qaz sərfiyyatına görə borc hesablanmışdır. Qeyd edilən borcun onun hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi isə sübut olunmur. Hazırda **********00000 abonent hesabında təbii qazdan istifadəyə görə 3628,80 manat borcu olduğu qeyd olunur. Qaz kartının balansını artırdıqda borcunun olduğunu aşkar etmişdir. Cavabdehə müraciət etdikdən sonra ona akt, tələbnəmə və fotoşəkillər təqdim edilmişdir. Təqdim edilən totoşəkillərdəki qaz sayğacı onun evinə aid deyildir, həmçinin çəkilən fotoşəkillər xx.xx.2023-cü il tarixə saat 06:56 və 06:57-yə aid olduğu məlum olmuşdur. Göründüyü kimi yuxarıda qeyd edilən akt xx.xx.2023-cü il tarixdə tərtib edilmişdir. Hesab edir ki, hesablanmış borcun ona ümumiyyətlə aidiyyəti yoxdur. Odur ki, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş edir. Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında ilk iddianı qəbul etmədi, qarşılıqlı iddianı müdafiə etdi və izahatında bildirdi ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindan Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən Yasamal rayonu Zaur Kərimov küçəsi ev 136 qeydiyyatda olan İddiaçı tərəfindən qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazdan özbaşına istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. İddiaçı təqsirli hərəkəti nəticəsindən irəli qələn hal Birliyin əməkdaşları tərəfındən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, İddiaçı yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 3628,80 manat məbləğində Cavabdeh İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Həmin zərərdən 114 manat ödəniş etmişdir. Beləliklə, İddiaçı Cavabdeh İB-yə ödənilməli borc məbləği hazırda abonentin saldosu üzrə ümumi 3514,80 manat təşkil edir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində Cavabdeh İB-yə vurulmuş maddi zərərlə bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Odur ki, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ilk iddia təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda göstərilir ki, İddiaçı məxsus ünvan 1 ünvanda ZENNER G4T Smart markalı **********483 nömrəli sayğacdan kənar rezin boru birləşdirərək təbii qazdan qeyri-qanunu istifadə edir. Dəymiş ziyanın hesablansın və ödənilsin. Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə göstərilir ki, Cavabdeh Qazın Satışı Departamentinin sənayə və məişət qaz sayğacların kalibrləmə laboratoriyasının xx.xx.2023-cü il tarixli ******* nömrəli aktına əsasən İddiaçı məxsus ünvan 1 ünvanda ZENNER G4T Smart markalı **********483 nömrəli sayğacdan kənar qeyri-qanuni qaz xəttindən istifadəyə görə 360 gün müddətinə 30240 m3 (1.2x24x360=10368 m3, 1.5x24x360 = 12960 m3, 0.8x24x360 = 6912m3) itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi tələb edilmişdir. Akt tərtib edilərkən abunəçinin iştirakı təmin edilməmişdir. Aktı BQRSD-nin Yasamal rayonu üzrə nümayəndələri Möhsün Məmmədov, Mübariz Balakişiyev və Samir Tağıyevin tərtib etdiyi və imzaladığı qeyd edilmişdir. Abunəçiyə xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən xx.xx.2023-cü il tarixdə 3628,80 manat borc yazılmışdır. Abunəçi xx.xx.2023-cü il tarixli ******* nömrəli akt üzrə 114 manat ödəniş etmişdir. Aktın tərtib edilməsində İddiaçı iştirakı təmin edilməmiş, video çəkiliş aparılmamışdır. Məhkəməyə təqdim edilmiş fotoşəkli çəkilmiş sayğac İddiaçı mənzilinə aid deyildir. Hakim Hacıyev Vahid Məcid oğlu, İddiaçı və Cavabdeh İB-nin nümayəndəsi X3 iştirakı ilə xx.xx.2024-cü il tarixdə saat 15:00-da İddiaçı məxsus olan ünvan 1 ünvana yerli baxış keçirmişdir. Baxış zamanı ünvan 1 ünvanda quraşdırılmış Zinner smart tipli G4-T STS **********483 nömrəli qaz sayğacına və əsas qaz xəttindən sayğaca qədər olan qaz xəttinə tərəflərin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, qaz sayğacı küçədə yolun kənarında hasara bərkidilmişdir, açıq sahədə yerləşir, qaz sayğacının plombları yerindədir. Əsas qaz xəttindən sayğaca qədər iki ədəd təxminən bir metr uzunluğunda dəmir borular vasitəsilə bir ədəd dirsək qoyulmaqla 90 dərəcəli bucaq şəklində aşağıya doğru xətt çəkilmişdir. Sayğacın girişə yaxın məsafədə borunun üzərində qaz kranı qoyulmaqla sayğaca birləşdirilmişdir. Boruların üzərində hər hansı bir qaynaq izi, borunun kəsilməsi, deşilməsi halları aşkar olunmamışdır. Borulara qanunsuz birləşmə halı yoxdur. Yaşayış evində iki ədəd iki gözlü qaz sobası, iki ədəd İran istehsalı olan qızdırıcı soba və bir ədəd su qızdırıcıdan (pyatiminutka) istifadə edilir. Sayğacın və sayğaca gələn qaz boru xətlərinin fotoşəkilləri çəkilməklə yerli baxış protokoluna əlavə edilmişdir. Cavabdehin təqdim etdiyi fotoşəkillərin üzərində olan yazılardan müəyyən edilir ki, fotolar xx.xx.2023-cü il tarixdə saat 06:56-da və 06:57-də çəkilmişdir. Həmin fotoşəkillərdəki qaz sayğacı ilə ünvan 1 ünvanda quraşdırılmış Zinner smart tipli G4-T STS **********483 nömrəli qaz sayğacının görünüşünə və yerləşməsinə uyğun gəlmir. Çünki, xx.xx.2023-cü il tarixdə saat 06:56-da və 06:57də çəkilmiş fotoşəkildəki qaz sayğacı yerin ekvatorundan şimalda və cənubda olan yerin və ya göy cisminin ekvatorunun dərəcəsi və dəqiqəsi ilə (Peyk vasitəsilə) çəkilmişdir və həmin fotoşəkillərdə dəqiqlik məsafəsinin (+-) 1 metr yüksəklik xətası ilə çəkildiyi göstərilmişdir. Fotoşəkillərdə evin ünvanı göstərilməmişdir. Fotoşəkillərdəki sayğacın ünvandan 8,4 və 9 metr məsafə dəqiqliyi ilə çəkildiyi göstərilmişdir. xx.xx.2023-cü il tarixli protokolda isə ünvan 1 ünvanda quraşdırılmış qaz sayğacına xx.xx.2023-cü il tarixdə baxış keçirildiyi və abonentin rezin boru birləşdirərək təbii qazdan qanunsuz istifadə etdiyi qeyd edilmişdir. Bu halı təsdiq edən fotoşəkillər və videogörüntü yoxdur. Yerli baxış zamanı sayğaca qədər olan dəmir qaz boru xəttində rezin boru birləşdirmək üçün hər hansı bir çıxış olduğu müəyyən edilməmişdir. xx.xx.2023-cü il tarixli protokolu tərtib etmiş Cavabdeh İB-nin əməkdaşları Mübariz Balakişiyev və Samir Tağıyev yerli baxış zamanı fotoşəkildə olan sayğacın harada yerləşməsini və dəqiq hansı ünvana aid olduğunu göstərə bilməmişlər. Protokol tərtib edilən xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanda olub-olmadıqlarını xatırlamadıqlarını bildirmişlər. Həmçinin mütəmadi olaraq ərazidə olduqlarını ünvan 1 ünvanda qaz xəttinə qanunsuz qoşulma halına rast gəlmədiklərini bildirmişlər. Fotoşəkilləri onlar çəkməmişlər, şəkilləri Cavabdeh İB-nin nəzarət qrupunun əməkdaşları tərəfindən Peyk vasitəsilə çəkilərək whatsapp qrupuna atıldığını qeyd etmişlər. Çünki, onlar gecə vaxtı ərazidə olmurlar. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-864/2024 nömrəli qərardadı ilə Cavabdeh İB-nin vəsatətinə əsasən İddiaçı Cavabdeh İB-nə qarşı “qanunsuz hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə məhkəmə-trasoloji ekspertizası təyin edilmişdir. Ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, ekspertizanın rəyi məhkəməyə daxil olanadək, iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-3/565 nömrəli ekspert rəyi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-864/2024 nömrəli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-3/565 nömrəli ekspert rəyində göstərilir ki, tədqiqat obeykti olan İddiaçı məxsus olan ünvan 1 ünvanda yerləşən qaz xətti borusuna və mənzilə xx.xx.2024-cü il tarixdə ekspert tərəfindən baxış keçirilmişdir. Tədqiqata təqdim edilmiş boruya adi gözlə təbii işıq altında və xüsusi böyüdücü lupanın köməyi ilə müxtəlif ölçülərdə böyüdülərək baxış keçirilməklə tədqiq edilmişdir. Bu zaman qeyd olunan borunun üzərində trasoloji zədə aşkar edilməmişdir. Tədqiqata təqdim edilmiş borunun üzərində müdaxilə nəticəsində yaranmış xarakterik olan iz və zədə aşkar edilmədi. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilmədi. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Cavabdeh sayğacdan kənar rezin boru vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə olunduğunu qeyd etsə də, bu halı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Əksinə yerli baxış zamanı və ekspertiza rəyi ilə təsdiq edildi ki, abonentin qaz sayğacı küçədə yolun kənarında hasara bərkidilmişdir, açıq sahədə yerləşir, qaz sayğacının plombları yerindədir. Əsas qaz xəttindən sayğaca qədər iki ədəd təxminən bir metr uzunluğunda dəmir borular vasitəsilə bir ədəd dirsək qoyulmaqla 90 dərəcəli bucaq şəklində aşağıya dobru xətt çəkilmişdir. Sayğacın girişə yaxın məsafədə borunun üzərində qaz kranı qoyulmaqla sayğaca birləşdirilmişdir. Boruların üzərində hər hansı bir qaynaq izi, borunun kəsilməsi, deşilməsi halları aşkar olunmamışdır. Borulara qanunsuz birləşmə halı yoxdur. İstehlakçı tərəfindən sayğacdan qazdan istifadə edilməsi halı sübuta yetirilməmişdir. Cavabdeh tərəfindən iddiaçıya əsassız və qanunsuz olaraq xx.xx.2023-cü il tarixli akta əsasən borc yazılmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Habelə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı yaşadığı ünvan 1 ünvana Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli akt (abonent kodu: **********00000) əsasında 30240 m3 itirilmiş təbii qaza görə hesablanmış 3.628,80 manat borc - istehlakçı İddiaçı **********00000 nömrəli abunə hesabından silinməlidir. Həmin borca görə Cavabdeh İB tərəfindən tutulmuş 114 manat vəsait istehlakçı İddiaçı hesabına geri qaytarılmalıdır. Cavabdeh İddiaçı qarşı “cavabdeh İddiaçı tərəfindən iddiaçı Cavabdeh İB-yə 3514,80 manat zərərin və 55,15 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3569,95 manat pulun İddiaçı tutularaq Cavabdeh İB-nın hesabına ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilməlidir. İş üzrə keçirilmiş məhkəmə-trasoloji ekspertizasının xərci 65 (altmış beş) manat pul Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı yaşadığı ünvan 1 ünvana Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli akt (abonent kodu: **********00000) əsasında 30240 m3 itirilmiş təbii qaza görə hesablanmış 3.628,80 (üç min altı yüz iyirmi səkkiz manat səksən qəpik) manat borc - istehlakçı İddiaçı **********00000 nömrəli abunə hesabından silinsin. Həmin borca görə Cavabdeh İB tərəfindən tutulmuş 114 (yüz on dörd) manat vəsait istehlakçı İddiaçı hesabına geri qaytarılsın. Cavabdeh İddiaçı qarşı “cavabdeh İddiaçı tərəfindən iddiaçı Cavabdeh İB-yə 3514,80 manat zərərin və 55,15 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3569,95 manat pulun İddiaçı tutularaq Cavabdeh İB-nın hesabına ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. İş üzrə keçirilmiş məhkəmə-trasoloji ekspertizasının xərci 65 (altmış beş) manat pul Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 210005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-864/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-864/2024
12.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver