Məhkəmə qərarları › İş №2(004)-865/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-865/2021

26.08.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-865/2021 26.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı üçüncü şəxs qismində Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti cəlb olunmaqla Cavabdeh qarşı “əmlakın naturada ayrılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D i: İddiaçı üçüncü şəxs qismində Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti cəlb olunmaqla cavabdeh X18 qarşı “əmlakın naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə 11.11.2020 tarixdə məhkəməyə müraciət edərək Bakı şəhəri Yasamal rayonu, Z.Adıgözəlov küçəsi, 99 saylı evin İddiaçı məxsus 1/4 hissəsinin naturada ayrılmsı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 15.07.2021-ci il tarixdə ərizə verərək cavabdehin Cavabdeh ilə əvəz olunmasını xahiş etmişdir. 12.08.2021-ci il tarixli məhkəmə iclasında əsl olmayan cavabdeh əsl olan Cavabdeh ilə əvəz olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirir ki, Bakı şəhəri Yasamal rayonu, Z.Adıgözəlov küçəsi, 99 saylı ev paylı mülkiyyətdə olmaqla 1/4 hissəsi Cavabdeh, 3/4 hissəsi isə X18, Məşədi X6, X1, X11 və X12 məxsus olmuşdur. Cavabdeh öz payını 05.02.2004-cü ildə iddiaçıya satmış və bu barədə aralarında AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanmışdır. Bundan sonra Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən iddiaçıya FM seriyalı, 026792 saylı qeydiyyat vərəqəsi verilmişdir. Qeydiyyat vərəqəsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Z.Adıgözəlov küçəsindəki yaşayış sahəsi 66,8 kv.m, ümumi sahəsi 139,4 kv.m olan 6 otaqdan ibarət, 99 saylı fərdi yaşayış evnin ¼ hissəsi İddiaçı, digər ¾ hissəsi isə hazırkı cavabdehlər Şamil Muxtar oğluna, Məşədi X6, X1, X11 və X12 məxsusdur. Fərdi yaşayış evinin “A” tikilisində, o cümlədən tikilidə olan 4 otaq iddiaçıya məxsus paya aiddir və iddiaçı hazırda həmin otaqlarda yaşayır. Qeyd edir ki, payını iddiaçıya satmış Cavabdeh da həmin otaqlarda yaşamışdır və iddiaçıyada məhz həmin otaqları satmışdır. Payı aldıqdan bu günədək iddiaçı və ailəsi sözügedən otaqlarda yaşayır. Cavabdeh isə “A” tikilisinin onların istifadəsində olan digər otaqlarında yaşayır və onların arasında ərazi ilə bağlı hər hansı bir mübahisə mövcud deyildir. Birgə yaşadıqları müddətdə nə cavabdeh mülkiyyətlərində olan ¾ payı, nə də ki, iddiaçı mülkiyyətində olan ¼ payı bir-birilərinə satmaq niyyətləri olmamışdır. Həmçinin onlara məxsus payların sərbəst şəkildə ayrılması və sərhədlərin müəyyən edilməsi ilə bağlı hər hansı bir razılıq da mövcud deyildir. Payla bağlı mülkiyyət hüququnun sərbəst və rahat şəkildə həyata keçirilməsi üçün iddiaçıya məxsus ¼ pay naturada ayrılmalıdır. İddiaçı ekspertiza xərcinin ona aid edilməsini xahiş edir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, Bakı şəhəri Yasamal rayonu, Z.Adıgözəlov küçəsi, 99 saylı ev paylı mülkiyyətində olan ¼ hissəsi iddiaçıya satmış və bu barədə aralarında daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanmışdır. Ekspert rəyi ilə razıdır. Payla bağlı mülkiyyət hüququ üzrə iddiaçıya məxsus ¼ payın naturada ayrılmasına etiraz etmir. İddianı qəbul edir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş FM seriyalı, 026792 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Z.Adıgözəlov küçəsindəki 66,8 kv.m yaşayış sahəsi, 139,4 kv.m ümumi sahəsi olan 6 otaqdan ibarət, 99 saylı fərdi yaşayış evnin ¼ payı İddiaçı adına digər ¾ hissəsi isə Şamil Muxtar oğlu, Məşədi X13, X4, X16 və X17 adına qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan Yasamal rayon Məhkəməsinin 2(004)-1280/2001 saylı, 09.08.2001-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh Bakı şəhəri, Z.Adıgözəlov küçəsi, 99/101 saylı mülk üzrə Məşədi X6, X11, X12 və X2 məxsus paylar üzrə vərəsəlik hüququ tanınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 26.04.2021-ci il tarixli, **********38 nömrəli məktubuna əsasən Bakı şəhəri, Z.Adıgözəlov küçəsi, 99/101 saylı fərdi yaşayış evi tarixsiz olaraq Məşədi X7, X14 Əliyeva, X15, X8, X9 adlarına qeydiyyatdan keçmişdir. X15 vəfatından sonra 5 saylı DNK-nın 30.07.1957-ci il tarixli, 7748 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 1/5 hissəsi Şamil Muxtar oğlunun adına qeydiyyatdan keçmişdir. 5 saylı DNK-nın 2V-1-12 reyestr nömrəli 24.01.2004-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən Şamil Muxtar oğlu, Məşədi X13, X5, X16, X10 vəfatından sonra ¼ hissəsi Cavabdeh adına qeydiyyatdan keçmişdir. 5 saylı DNK-nın 4Ə- 1/129 reyestr nömrəli 05.02.2004-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən İddiaçı ¼ hissəsini Cavabdeh almışdır. Evin ¾ hissəsi isə hazırda Şamil Muxtar oğlu, Məşədi X13, X5, X16, X10 adında qalmışdır. İş materiallarında olan 21.06.2021-ci il tarixli, 10/917 saylı ekspert rəyinə əsasən Bakı şəhəri Yasamal rayonu, Z.Adıgözəlov küçəsi, 99 saylı evin İddiaçı mülkiyyətində olan ¼ hissəsinin təcrid şəklində ayrılması texniki cəhətdən mümkündür. Cavabdeh 26.08.2021-ci il tarixdə məhkəməyə ərizə verilərək İddiaçı payın naturada ayrılmasına dair iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, mübahisə predmeti olan evin ¼ hissəsi cavabdeh tərəfindən iddiaçıya satılmışdır və həmin hissə hazırda iddiaçının mülkiyyətindədir. Hazırda iddiaçı evin onun mülkiyyətində olan hissəsinin naturada bölünməsini xahiş edir. Cavabdeh isə iddianı etiraf edərək təmin olunmasını xahiş edir. AR Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Qeyd edilən Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Beləliklə məhkəmə iş materiallarını, eləcə də ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli Bakı şəhəri, Yasamal rayonu, Z.Adəgözəlov küçəsində yerləşən ümumi sahəsi 139,4 m2 olan 99 saylı evin İddiaçı məxsus ¼ payına uyğun naturada bölgüsü həyata keçirilsin və texniki pasport üzrə tikili iddiaçının mülkiyyətinə verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı ekspertiza xərcinin ona aid edilməsini xahiş etdiyindən iş üzrə keçirilmiş ekspertiza xərci iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Z.Adəgözəlov küçəsində yerləşən ümumi sahəsi 139,4 m2 olan 99 saylı evin İddiaçı məxsus ¼ payına uyğun naturada bölgüsü həyata keçirilsin və texniki pasport üzrə tikili iddiaçının mülkiyyətinə verilsin. Qətnamə daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına göstərilən sahə üzrə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün əsasdır. Keçirilmiş ekspertiza xərcinin əvəzi olan 50 (əlli manat) manat məbləğində pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar