Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-867/2021 09.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, iddiaçı «xxxx» MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, «xxxx» MMC ilə xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********2668 və **********37222 olan Samsung Galaxy S10e, Samsung Galaxy A10 markalı telefon, X3 saat, Philips markalı Ütü, Redmond markalı Çaynik, Aquaphor markalı Sul filtri, Brita markalı Su filtri almış və nəticədə 2599 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2344 manat (12 ay x 132 manat + 760 manat ilkin ödəniş) İMEİ Kodu **********072668 olan Samsung Galaxy S10e markalı telefon, X3 saat üçün ümumilikdə, 1887manat olmaqla ondan, 1452 manat ödənilməmiş hissə, 435 manat dəbbə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 320 manat (12 ay x 21 manat + 68 manat ilkin ödəniş) Philips markalı Ütü üçün ümumilikdə, 300 manat olmaqla ondan, 231 manat ödənilməmiş hissə, 69 manat dəbbə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 509 manat (12 ay x 29 manat + 161 manat ilkin ödəniş) İMEİ Kodu **********37222 olan Samsung Galaxy A10 markalı telefon, Redmond markalı Çaynik, Aquaphor markalı su filtri, Brita markalı Su filtri üçün ümumilikdə, 412 manat olmaqla ondan, 317 manat ödənilməmiş hissə, 95 manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1173 manat təşkil edir. Göstərilənlərə əsasən xx.xx.2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********072668 olan Samsung Galaxy S10e markalı telefon, X3 saat üçün 1452 manat ödənilməmiş hissə, 435 manat dəbbə; xx.xx.2019-cu il tarixli müqavilə üzrə Philips markalı Ütü üçün 231 manat ödənilməmiş hissə, 231 manat dəbbə; xx.xx.2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********37222 olan Samsung Galaxy A10 markalı telefon, Redmond markalı Çaynik, Aquaphor markalı su filtri, Brita markalı Su filtri üçün 317 manat ödənilməmiş hissə, 95 manat dəbbə; ümumilikdə 2599 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2629 manat Cavabdeh alınaraq «xxxx» MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı «xxxx» MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış) qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmişdir. Eyni zamanda cavabdehin faktiki yaşadığı yer məlum olmadığına görə məhkəmə tərəfindən bildiriş cavabdehin qeydiyyatda olduğu yer üzrə Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə göndərilmişdir. Azərbaycan Respublikasının MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edildi ki, Cavabdeh ilə «xxxx» MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, iddiaçı alqı-satqı qiyməti 2344 manat, İMEİ Kodu **********072668 olan Samsung Galaxy S10e markalı telefon, X3 saatı nisyə satmış, alıcı həmin məbləği hər ay 132 manat (ilkin ödəniş 760 manat olmaqla) ödəmək şərti ilə 12 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, iddiaçı alqı-satqı qiyməti 320 manat, Philips markalı Ütünü nisyə satmış, alıcı həmin məbləği hər ay 21 manat (ilkin ödəniş 68 manat olmaqla) ödəmək şərti ilə 12 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. xx.xx.2019cu il tarixli müqaviləyə əsasən, iddiaçı alqı-satqı qiyməti 509 manat, İMEİ Kodu **********37222 olan Samsung Galaxy A10 markalı telefon, Redmond markalı Çaynik, Aquaphor markalı su filtri və Brita markalı Su filtrini nisyə satmış, alıcı həmin məbləği hər ay 29 manat (ilkin ödəniş 161 manat olmaqla) ödəmək şərti ilə 12 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. Cavabdehin müqavilələr üzrə cəmi ödədiyi məbləğ 1173 manat təşkil edir. Cavabdehə borcun ödənilməsinə dair dəfələrlə şifahi xəbərdarlıq edilmiş, həmçinin poçt vasitəsi ilə ona rəsmi qaydada xəbərdarlıq məktubu göndərilmişdir. Lakin cavabdeh xəbərdarlıqlara məhəl qoymaraq müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Məhkəmə tərəflər arasında bağlanmış xx.xx.2019-cu, xx.xx.2019-cu və xx.xx.2019cu il tarixli müqavilələrinin hərfi mənasını onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alaraq, tərəflərin iradə ifadəsinin həqiqi mənasını müəyyənləşdirib belə bir nəticəyə gəlir ki, tərəflər arasında faktiki olaraq hissə-hissə ödəmə şərtilə əşyanın nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Buna görə məhkəmə hesab edir ki, mövcud mübahisənin həlli zamanı hissə-hissə ödəmə şərtilə əşyanın nisyə alqı-satqı müqaviləsinin qaydaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında müqavilə bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Belə ki, cavabdeh iddiaçı «xxxx» MMC-dən aldığı məişət avadanlıqları müqabilində verməli olduğu pul vəsaitini müqavilələr ilə müəyyən edilmiş müddət ərzində qaytarmayaraq müqavilədə nəzərə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikasının MM-nin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu, xx.xx.2019-cu və xx.xx.2019-cu il tarixli müqavilələrinin müvafiq bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir. Azərbaycan Respublikasının MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, MMC tərəfindən hesablanmış xx.xx.2019-cu il tarixli müqavilə üzrə 435 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 69 manat və xx.xx.2019-cu il tarixli müqavilə üzrə 95 manat dəbbə pulu (cərimə) cavabdehin hazırda ödənilməmiş əsas borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan xx.xx.2019-cu il tarixli müqavilə üzrə 60 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 10 manat və xx.xx.2019-cu il tarixli müqavilə üzrə 15 manat məbləğinədək azaldılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu qaydada qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********072668 olan Samsung Galaxy S10e markalı telefon, X3 saat üçün 1452 (bir min dörd yüz əlli iki) manat ödənilməmiş hissə, 60 (altmış) manat dəbbə pulu, ümumilikdə 1512 (bir min beş yüz on iki) manat; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Philips markalı Ütü üçün 231 (iki yüz otuz bir) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu, ümumilikdə 241 (iki yüz qırx bir) manat; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********37222 olan Samsung Galaxy A10 markalı telefon, Redmond markalı Çaynik, Aquaphor markalı su filtri, Brita markalı Su filtri üçün 317 (üç yüz on yeddi) manat ödənilməmiş hissə, 15 (on beş) manat dəbbə pulu, ümumilikdə 332 (üç yüz otuz iki) manat; cəmi 2085 (iki min səksən beş) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı «xxxx» MMC-nin xeyrinə ödənilməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Belə ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 19.78%-i, yəni 5 (beş) manat 94 (doxsan dörd) qəpiyi iddiaçıya aid edilməli, qalan 80.22%-i, yəni 24 (iyirmi dörd) manat 06 (altı) qəpik məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı «xxxx» MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasmm MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********072668 olan Samsung Galaxy S10e markalı telefon, X3 saat üçün 1452 (bir min dörd yüz əlli iki) manat ödənilməmiş hissə, 60 (altmış) manat dəbbə pulu, ümumilikdə 1512 (bir min beş yüz on iki) manat; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Philips markalı Ütü üçün 231 (iki yüz otuz bir) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu, ümumilikdə 241 (iki yüz qırx bir) manat; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********37222 olan Samsung Galaxy A10 markalı telefon, Redmond markalı Çaynik, Aquaphor markalı su filtri, Brita markalı Su filtri üçün 317 (üç yüz on yeddi) manat ödənilməmiş hissə, 15 (on beş) manat dəbbə pulu, ümumilikdə 332 (üç yüz otuz iki) manat; cəmi 2085 (iki min səksən beş) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı «xxxx» MMC-nin xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 19.78%-i, yəni 5 (beş) manat 94 (doxsan dörd) qəpiyi iddiaçıya aid edilsin, qalan 80.22%-i, yəni 24 (iyirmi dörd) manat 06 (altı) qəpik məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı «xxxx» MMC-nin xeyrinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-867/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-867/2021
09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver