Məhkəmə qərarları › İş №2(004)-867/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-867/2024

01.02.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-867/2024 01.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi İddiaçı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə (maraqlı şəxs Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin yanında Qəyyumluq və Himayəçilik Komissiyası) mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1952-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi , çıxarılacaq qətnamənin xx.xx.1952-ci il təvəllüdlü X7 üzərində qəyyumun təyin edilməsi üçün hüquqi əsas olmasının qətnamədə göstərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə maraqlı şəxs X7 02 oktyabr 1982-ci ildə nikaha daxil olmuş və həmin nikah 19 saylı akt qeydi ilə qeydiyyata alınmışdır. Həmin nikahdan tərəfləri üç uşağı dünyaya gəlmiş və hər üç uşaq yetkinlik yaşına çatmışdır. Tərəflər bu günə kimi birlikdə yaşayırlar və aralarındakı nikah qüvvədədir. X7 2016-cı ildən ağır xəsətlikdən əziyyət çəkir və hazırda faktiki olaraq tamamilə fəaliyyət qabiliyyətsizdir. O, müalicəsi mümkün olmayan alzheimer və dimensiya xəstəsidir. Bu xəstəlik nəticəsində, o, hal-hazırda, çox çətinliklə danışır, yeriyə, özünə qulluq edə, ehtiyaclarını qarşılaya, fikrini bildirə, ümumiyyətlə heç nə yadda saxlaya bilmir. Eyni zamanda, Həsənov Zabulla öz hərəkətlərini dərk etmir, nə etdiyini bilmir, müstəqil iradəyə sahib deyil, daim nəzarətə ehtiyacı var. Yaddaşı tamamilə pozulmuş vəziyyətdədir. Nəsrəddin Tusi adına klinika tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışa əsasən, X1 Kompyuter Tomoqrafiya müayinəsindən keçmiş, nəticədə isə onda Serebral Strukturların KT görüntüsü degenerativ atrofik statusu əks edir, serebral vaskulopatiya ilə əlaqəli çoxsaylı işemik qliotik ocaqların olması müəyyən olmuşdur. Məhkəmə iclasında ərizəçi İddiaçı nümayəndəsi və vəkili Nümayəndə ərizəsinin məzmununa uyğun izahat verərək, X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, iş materiallarında olan: İİİ-ЖГ 255312 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə İddiaçı 02 oktyabr 1982-ci il tarixdə nikaha daxil olmuş və bu barədə 19 nömrəli akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Həsənov”, arvada “Həsənova” soyadı verilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü X7 Bakı şəhəri, D.Bünyadzadə küçəsi, ev 5 ünvanında qeydiyyatdadır və orada yaşayır. Azərbaycan Respublikası N.Tusi adına Klinikanın xx.xx.2019-cu il tarixli kranioserebal kompyuter tomoqrafiya müayinəsinin surətindən görünür ki, xx.xx.1952-ci il təvəllüdlü X6 “serebral strukturların KT görüntüsü degenerativ atrofik stastusu əks edir. Serebral vaskulopatiya ilə əlaqəli çox saylı işemik qliotik ocaqlar” diaqnozu qoyulmuşdur. İş üzrə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizasının 552 saylı, xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, xx.xx.1992-ci il təvəllüdlü X5 “altsaymer xəstəliyi nəticəsində dərin demensiya” müəyyən olunur. O psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də, X4 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, ərizəçi X4 arvadı olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, X4 “kəskin ifadə olunmuş debillik dərəcəsində anadangəlmə kəmağıllıq, davranış pozuntuları” xəstəliyi olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixatriya ekspertizasının rəyi ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, X7 əqli və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X7 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Məhkəmə MPM-in 88-ci və 217.4-cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 305-306, 317-322 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1952-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar