Məhkəmə qərarları › İş №2(004)-87/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-87/2022

09.09.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-87/2022 09.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşviq qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cəfərova Alı̇ yə Sabı̇ r qızının cavabdeh Qurbanova Sabı̇ rəxanım Sabı̇ r qızına qarşı "paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi tələbinə dair" ilkin və iddiaçı Qurbanova Sabı̇ rəxanım Sabı̇ r qızının cavabdeh Cəfərova Alı̇ yə Sabı̇ r qızına qarşı “maneənin aradan qaldırılması, daşınmaz əmlaklar üzrə payların naturada ayrılması, maddi ziyan tələbinə dair” qarşılıqlı iddia ərizələri üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cəfərova Alı̇ yə Sabı̇ r qızı cavabdeh Qurbanova Sabı̇ rəxanım Sabı̇ r qızına qarşı "paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətçisi olduğu Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 137 ünvanında yerləşən 120,2 kv.m ümumi sahəsi olan 3 saylı mənzilin ona məxsus 40,1 kv.m sahəsinin naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Qurbanova (Cəfərova) Sabirəxanım Sabir qızı bacısıdir. ünvan 1 ünvanında olan 120,2 kv.m ümumi sahəsi olan 3 nömrəli mənzilin 80,1 kv.m sahəsi Qurbanova (Cəfərova) Sabirəxanım Sabir qızına, 40,1 kv.m sahəsi isə ona məxsusdur. Belə ki, ataları Cəfərov Sabir rəhmətə getdikdən sonra bu əmlakı aralarında bölərək payları müəyyən etmişlər. Bir müddət bu əmlakı ümumilikdə kirayə verib hər birinin payına mütənasib kirayə haqqı alsalar da, son zamanlar bacısı Qurbanova (Cəfərova) Sabirəxanım Sabir qızı paylı mülkiyyətdə olan əmlakdan istifadəsinə - əmlakın kirayə verilməsinə mane olur, imkan vermir. Ona görə də hal-hazırda mübahisəli mənzilə olan paylarının müəyyən naturada bölünməsi zərurəti yaranmışdır. Məhkəmə prosesinin gedişatında Qurbanova Sabı̇ rəxanım Sabı̇ r qızı cavabdeh Cəfərova Alı̇ yə Sabı̇ r qızına qarşı “maneənin aradan qaldırılması, daşınmaz əmlaklar üzrə payların naturada ayrılması, maddi ziyan tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən sahənin ön qapısından istifadə hüququnun olması, bu hüququn reallaşmasına maneə törətməməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, ünvan 6 saylı evin 3 saylı mənzilinin ona məxsus 80,1 kv.m və cavabdehə məxsus 40.1 kv.m. hissələrinin (payların), ünvan 6 saylı evin 10 saylı mənzilinin ona məxsus 187.57 kv.m. və cavabdehə məxsus 37.5 kv.m. hissələrinin (payların) aralarında naturada ayrılması, 3.400 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Prosesin gedişində qarşılıqlı iddia üzrə iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında yerləşən sahənin qapısından istifadə hüququnun olması, bu hüququn reallaşmasına maneə törətməməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, qeyd olunan əmlakın 80.1 kv.m. (Cavabdeh aid) və 40.1 kv.metrlik (İddiaçı aid) hissələrinin (payların), habelə, eyni küçədə yerləşən 137 saylı evin 10 saylı mənzilinin 187.57 (Cavabdeh aid) və 37.5 kv.metr (İddiaçı aid) hissələrinin (payların) tərəflər arasında naturada ayrılması, bölgünün xx.xx.2021-ci il tarixli, 10/1999 saylı ekspert rəyinə əlavə olunmuş sxemlərdəki kimi aparılması, arakəsmələrin hörülməsinin cavabdehin vəsaiti hesabına həyata keçirilməsi, 25.100 manat məbləğində vurulmuş maddi ziyanın cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, ilkin iddiaçı yaşayış sahəsinin onun təqsiri üzündən kirayəyə verilə bilinməməsi ilə əsaslandırılır. Cavabdeh İddiaçı dedikləri tamamilə yalandır, özü əmlakın kirayəyə verilməsinə (əvvəllər verilən qaydada) maneə törədir. Onun əmlakdan istifadənin məhdudlaşdırılmasına yönələn hərəkətləri hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. ünvan 2 ünvanda yerləşən 120.2 kv.metrdən ibarət yaşayış evinin 80.1 kv.metr hissəsi onun, 40.1 kv.metr hissəsi isə cavabdeh İddiaçı adına mülkiyyət hüququ xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən RX seriya ******* nömrə ilə qeydə alınmışdır. Uzun müddət birgə istifadədə olmasına baxmayaraq hazırda cavabdeh müxtəlif maneələr və bəhanələr gətirərək mülkiyyət hüququnun həyata keçirilməsinə əngəl yaradır. Tərəflər arasında 120.2 kv.metrdən ibarət olan yaşayış evinin bölgüsündə mübahisə yaranmışdır. Belə ki, cavabdeh İddiaçı Zərgərpalan küçəsi, ev 137, mənzil 3 ünvanda yerləşən sahənin qapılarını bağlayaraq oraya gedib-gəlməsinə, əmlakdan istifadəsinə maneə yaradır. Heç bir məntiqə uyğun gəlməyən tələblər irəli sürərək ona fiziki və psixi təziqlər göstərir. Cavabdeh əvvəlki vəziyyəti dəyişdirərək ön giriş qapısının ona məxsus olmasını bildirir, əmlakın bu hissəsinə yiyələnməyə çalışır (daha yüksək məbləğdə kirayə haqqı almaq üçün). Halbuki, bugünə qədər əmlakın 40.1 kv.metr hissəsindən yararlanan cavabdeh giriş-çıxış kimi arxa qapıdan istifadə etmişdir. İddiaçı qanunazidd hərəkətləri nəticəsində mülkiyyət hüququm məhdudlaşdırılmışdır. Bu azmış kimi cavabdeh mübahisəli yerdə özbaşına təmir işləri aparır. Ona aid hissədə öz bildiyin edir, qapının kilidlərini dəyişdirir, o cümlədən görüntülərin qeydə alınması üçün quraşdırılmış kameraları sökür, maddi ziyan vurur. Bu barədə aidiyyəti hüquqmühafızə orqanlarına müraciətlər edilmiş, barəsində qanuni tədbir görülməsini xahiş edilmişdir, lakin verilmiş cavablara əsasən mübahisənin mülki xarakterli olması bildirilərək məhkəməyə müraciət,, edilməsi tövsiyə olunmuşdur. Mübahisəli sahə həmişə icarəyə verilmiş və ön qapıdan heç bir məhdudiyyət olmadan istifadə edilmişdir. Hazırda cavabdeh Zərgərpalan küçəsinə baxan ön qapını bağlayaraq evin istifadəsinə imkan vermir və mövqeyini ona məxsus olan 40.1 kv.metr sahənin bu qapı tərəfə düşməsi ilə əsaslandırır. Habelə, ona evin başqa hissəsindən yeni qapı açmağı məsləhət görür. Bu isə tamamilə qəbuledilməzdir. Bundan başqa, tərəflərə ünvan 4 ünvanda yerləşən 225.07 kv.metrdən ibarət mübahisəli yaşayış evi vardır. Bu mənzilin 187.57 kv.metr hissəsi onun, 37.5 kv.metr hissəsi isə cavabdeh İddiaçı adına mülkiyyət hüququ xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən RX seriya ******* nömrə ilə qeydə alınmışdır. Hesab edir ki, eynilə qeyd olunan yaşayış evi üzrə də paylar naturada bölünməlidir. Daşınmaz əmlak icarəyə verilməmişdən qabaq hər iki tərəfin sahəsi müəyyən edilərək arakəsmələr şəkilində bölünmüşdür. Hazırda 10 saylı mənzil razılıq əsasında icarəyə verilmişdir, 3 saylı mənzilin əvvəlki qaydada icarəyə verilməsinə isə cavabdeh imkan vermir. Mübahisənin yaranmasından ünvan 2 ünvanında yerləşən sahənin yenidən icarəyə verilməsinədək 1 il 4 ay vaxt keçmiş, bu vaxta qədər tərəflər arasında heç bir razılaşma olmamış, İddiaçı təqsiri üzündən ünvan 2 ünvanda yerləşən 120.2 kv.metrdən ibarət sahə 21,06.2022-ci ilədək icarəyə verilməmiş, bununla da xeyli miqdarda ziyan çəkmişəm. 1 il 4 ay ərzində sahənin boş qalması səbəbindən 24.000 manat gəlirdən məhrum olmuşdur. Habelə, cavabdehin gördüyü qanunsuz işlərin aradan qaldırılması üçün tikinti materialları və ustalara 1.000 manat məbləğində xərc çəkmişdir. Görüntünün qeydə alınması üçün nəzərdə tutulmuş kameraların yararsız hala salınmasına görə 70 manat pul, tərəfimdən məhkəmənin hesabına ödənilmiş 30 manat rüsum cavabdehin təqsirli hərəkətləri nəticəsində yarandığından bu ziyanı A.Q.Cəfərova ödəməlidir. Bundan başqa, əmlak tərəflər arasında naturada ayrılarkən həyata keçiriləcək tikinti-təmir işləri, o cümlədən arakəsmələrin hörülməsi cavabdeh İddiaçı vəsaiti hesabına həyata keçirilməlidir. Çünki, aparılmış təmir işləri cavabdeh S.Cəfərovanın qanunazidd hərəkətləri nəticəsində bərbad hala salınmış, arakəsmələr sökülmüş, onun təqsiri üzündən əmlakın əvvəlki kimi idarə edilməsində problem yaranmışdır. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 ilkin iddia ərizəsinin məzmununa uyğu izahat verərək, onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğu izahat verərək, onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkiniddia tələbi təmin, qarşılıqlı iddia tələbi isə qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2016-cı il qeydiyyat tarixli, 0967029№-li Çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 120.2 kv.m olan 3 saylı mənzilin 40.1 kv.m İddiaçı və 80.1 kv.m X2 ümumi birgə mülkiyyətindədir. Həmçinin mülki iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən tərtib edilmiş xx.xx.2016-cı il qeydiyyat tarixli, 0968550№-li Çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən ümumi 225,07 kv.m. olan 10 saylı mənzilin 37,5 kv.rn İddiaçı və 187,57 kv.m X2 ümumi birgə mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin, məhkəmə tikinti-texniki ekspertizasının 10/1999 saylı, xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiq olunan ünvanda yerləşən mənzillərə baxış keçirilən zaman həmin mənzillərin təyinatına uyğun istifadə olunmadığı yəni, faktiki olaraq qeyri-yaşayış sahəsi kimi istifadə olunduğu, həmçinin tədqiq olunan tikililərdə konstruktiv dəyişikliklər edildiyi və texniki pasport sənədində qeyd olunan ölçülərlə uyğunsuzluq təşkil etdiyi müəyyən olunmuşdur. Belə olan halda qərardadın 1-ci və 2-ci sualları üzrə tədqiqat aparılmamışdır. ünvan 6 ünvanında yerləşən 3 və 10 saylı mənzillərin mülki iş materiallarında olan **********31-05101-093001 və **********31-05101-093005 reyestr nömrəli texniki pasport sənədlərinə əsasən tərəflərin qeydə alınmış xüsusi mülkiyyətində olan sahələrinə uyğun naturada bölünməsi texniki cəhətdən mümkündür. Bölgü variantları rəyə əlavə olunmuş sxemlərdə ətraflı göstərilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin, məhkəmə tikinti-texniki ekspertizasının 10/2052 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, ünvan 6 saylı evin 3 saylı mənzildən İddiaçı payına düşən 40.1 kv.m. və X2 payına düşən 80.1 kv.m., 10 saylı mənzildən İddiaçı payına düşən 37,5 kv.m və X3 payına düşən 187,57 kv.metr təcrid şəklində Məhkəmə Tikinti-X7 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən naturada bölünməsi texniki cəhətdən mümkündür. Bunun üçün tədqiq olunan ünvanda yerləşən 3 saylı mənzilinə aid texniki pasportda göstərilən 6 və 7 saylı otaqların arasında olan arakəsmədən 2,15m aralı əvvəllər mövcud olan hal-hasırda sökülmüş arakəsmələr yenidən bərpa olunmaqla və 4 və 5 saylı tikililər arasında olan qapı bağlanmalıdır. Belə bölgü zamanı 3 saylı mənzildən İddiaçı 5, 6, 7, 9 saylı otaqlar, X4 1-4, 8, 10 saylı otaqlar düşür. Eyni zamanda, 10 saylı mənzilinə aid texniki pasportda göstərilən 4 və 5 saylı otaqların arasında olan arakəsmə boyunca düz xətlə 1,10 m enində və 90° altında divara gədər arakəsmə yaradılmalı və 4-5 saylı tikililər arasında olan qapı bağlanmalıdır. Belə bölgü zamanı 10 saylı mənzildən İddiaçı 1 saylı otağı bir hissəsi, 2-4 saylı otqlar, X4 1 saylı otağın digər hissəsi, 5-9 saylı otaqlar düşür. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Konstitusiyanın 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, ünvan 6 saylı evin 3 saylı 10 saylı mənzilləri İddiaçı və X2 ümumi birgə mülkiyyətindədir. Məhkəmə hesab edir ki, tərəflər haqlı olaraq, öz paylarının naturada ayrılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, keçirilmiş məhkəmə tikinti-texniki ekspertizaları ilə müəyyən edilmişdir ki, ünvan 6 saylı evin 3 saylı mənzildən İddiaçı payına düşən 40.1 kv.m. və X2 payına düşən 80.1 kv.m., 10 saylı mənzildən İddiaçı payına düşən 37,5 kv.m və X3 payına düşən 187,57 kv.metr təcrid şəklində Məhkəmə Tikinti-X7 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən naturada bölünməsi texniki cəhətdən mümkündür. Tədqiq olunan mənzillərin ayrılması qaydası və ölçüləri rəyə əlavə edilmiş sxemdə göstərilmişdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin, qarşılıqlı iddia tələbi isə qismən ediməli, ünvan 6 saylı evin 3 saylı 10 saylı mənzilləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 10/2052 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyinə əlavə edilmiş plan-sxemdə göstərilən qaydada tərəflər arasında naturada ayrılmalıdır. Bununla yanaşı məhkəmə hesb edir ki, qarşılıqlı iddia tələbi “bölgünün xx.xx.2021ci il tarixli, 10/1999 saylı ekspert rəyinə əlavə olunmuş sxemlərdəki kimi aparılması, arakəsmələrin hörülməsinin cavabdehin vəsaiti hesabına həyata keçirilməsi, 25.100 manat məbləğində vurulmuş maddi ziyanın cavabdehdən alınıb iddiaçıya verilməsi” hissələrində təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 101.7-ci maddəsinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə isə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə təqdim olunmuş ekspert rəylərinə müqayisəli şəkildə qiymətləndirərərk belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 10/2052 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyində qoyulmuş suallar dana əhatəli şəkildə cavablandırıldığına görə, hazırki mübahisənin həllində qeyd olunana ekspert rəyi ilə təklif olunan bölgü variantə tətbiq olunmalıdır. Həmçinin, qarşılıqlı iddia üzrə iddiaçı göstərilən ünvanlarda cavabdeh tərəfindən arakısmılırin sökülməsini, digər təmin işlərinin aparılmasını, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona 25100 manat məbləğində maddi ziyanın vurulmasını göstərsə də, bu barədə mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlkin iddia tələbi təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 137 ünvanında yerləşən 120,2 kv.m ümumi sahəsi olan 3 saylı mənzilin İddiaçı məxsus 40,1 kv.m sahəsi və ümumi sahəsi 225,07 kv.m. olan 10 saylı mənzilin 37,5 kv.m sahəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 10/2052 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyinə əlavə edilmiş plan-sxemə uyğun olaraq naturada ayrılsın və iddiaçıya verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq, iddiaçıya ödənilsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 137 ünvanında yerləşən 120,2 kv.m ümumi sahəsi olan 3 saylı mənzilin iddiaçı X5 məxsus 80.1 kv.m. sahəsi və ümumi sahəsi 225,07 kv.m. olan 10 saylı mənzilin 187,57 kv.metr sahəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 10/2052 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyinə əlavə edilmiş plansxemə uyğun olaraq naturada ayrılsın və iddiaçıya verilsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq, iddiaçıya ödənilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pulun 50 (əlli) manatı İddiaçı, 50 (əlli) manatı isə X1 tutularaq, X6, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar