Məhkəmə qərarları › İş №2(004)-879/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-879/2021

25.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-879/2021 25.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X8 qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MTK-nın cavabdeh Abdullayeva (Qurbanova) Nigar Eldar qızına qarşı “müqavilənin və kassa mədaxil orderinin qəbzinin etibarsız hesab edilməsi, qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair" mülki işə Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı MTK cavabdeh Abdullayeva (Qurbanova) Nigar Eldar qızına qarşı “müqavilənin və kassa mədaxil orderinin qəbzinin etibarsız hesab edilməsi, qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair" iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında xx.xx.2005-ci il tarixdə bağlanmış “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə”nin və xx.xx.2005-ci il tarixli kassa mədaxil orderinin qəbzinin etibarsız hesab edilməsi, cavabdehin Bakı şəhəri, Gəncə prospekti, 2942 saylı məhəllədə yerləşən yaşayış binasının 1-ci korpusunda, 1-ci mərtəbəsində yerləşən 116,8 kv.metrdən ibarət qeyri-yaşayış sahəsindən çıxarılması barədə qətnamə edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Gəncə prospekti, 2942 saylı məhəllədə yerləşən yaşayış binasının 1-ci korpusunda, 1-ci mərtəbəsində yerləşən 116,8 kv.metrdən ibarət ibarət qeyri-yaşayış sahəsini heç bir hüquqi əsas almadan istifadə etdiyinə görə MTK xx.xx.2019-cu il tarixdə cavabdeh Abdullayeva (Qurbanova) Nigar Eldar qızına xəbərdarlıq məktubu göndərərək sahəyə dair sənədləri təqdim etməyi tələb etmiş, əks halda obyektdən çıxarılacağını bildirmişdir. Cavabdeh bu təklifə məhəl qoymadan qeyri-yaşayış sahəsindən qanunsuz istifadəni davam etdirmişdir. O, iddia ərizəsi ilə Binəqədi rayon məhkəməsinə müraciət edərək İddiaçı MTK ilə arasında Bakı şəhəri, Gəncə pr. 2942 saylı məhəllədə yerləşən yaşayış binasının 1-ci korpusunda, 1-ci mərtəbəsində yerləşən 116,8 kv.metrdən ibarət ibarət sahəyə dair maliyyə arayışının, həmin sahəyə dair protokoldan çıxarışın və layihə sənədlərinin ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmənin 2(001)-2383/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Gəncə pr. 2942 saylı məhəllədə yerləşən yaşayış binasının 1-ci korpusunda, 1-ci mərtəbəsində yerləşən 116,8 kv.metrdən ibarət qeyri yaşayış sahəsinin, Abdullayeva (Qurbanova) Nigar Eldar qızı tərəfindən həmin sahənin dəyərinin tam ödənilməsini təsdiq edən maliyyə arayışının və həmin sahənin Abdullayeva (Qurbanova) Nigar Eldar qızma verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışın iddiaçı Abdullayeva (Qurbanova) Nigar Eldar qızına təqdim edilməsi öhdəliyinin İddiaçı üzərinə qoyulması, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən İddiaçı MTK apelyasiya şikayəti vermişdir. Binəqədi rayon məhkəməsinin iclası zamanı Abdullayeva (Qurbanova) Nigar Eldar qızı İddiaçı MTK-nın sədri X4 aralarında xx.xx.2005-ci ildə bağlanmış “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi Müqavilə”ni və xx.xx.2005-ci il tarixli kassa mədaxil orderinin qəbzini məhkəməyə təqdim etmişdir. Hansı ki, İddiaçı MTK ilə Abdullayeva (Qurbanova) Nigar Eldar qızı arasında heç bir müqavilə bağlanmamışdır və o, İddiaçı MTK-nə heç bir vəsait ödəməmişdir. Müqavilə və kassa mədaxil orderinin qəbzi sonradan tərtib edilmişdir, saxtadır. X1 ünvanı, kimliyini təsdiq edən sənəd göstərilməmişdir. Müqavilənin 1-ci bəndində müqavilənin predmetinin qeyri yaşayış sahəsi , yaxud mənzil olduğu göstərilməmişdir. Müqavilənin 2-ci bəndində qeyri yaşayış sahəsinin deyil, mənzilin ümumi sahəsinin 116,8 kv.ımetr olduğu göstərilmişdir. Cavabdehin zəbt etdiyi sahə qeyri-yaşayış sahəsidir. Müqavilənin 2.2-ci bəndində həmçinin mənzilin və ya qeyri yaşayış sahəsinin hər kv.metrinin və ümumi sahənin dəyərinin neçə ABŞ dolları olduğu qeyd olunmamışdır. Bilinmir ki, alıcı Nigar Qurbanova neçə ABŞ dolları ödəməlidir. Müqavilənin məzmununa ödəniş vasitəsi olaraq ABŞ dollarının yazılması yolverilməzdir. Müqavilənin 3.1-ci bəndində xxxxnin müqavilənin ümumi dəyərinin 100%-ni üdəməyi öhdəsinə götürdüyü qeyd olunur. Ümumi dəyər nə qədərdir məlum deyil. Müqavilə İddiaçı MTK-nın möhürü ilə təsdiq edilməmişdir. Müqavilədəki imza cavabdehə məxsus şəxsiyyət vəsiqəsindəki imzadan fərqlidir. Bu da imzanın cavabdehə məxsus olmadığını deməyə əsas verir. Cavabdehin təqdim etdiyi xx.xx.2005-ci il tarixli kassa mədaxil orderinin surətində ödənişin mənzil alınması üçün ödənildiyi, ödənilməli məbləğ qrafasında “Dəyəri tam ödənilmişdir” sözü qeyd olunmuşdur. Azərbaycan Respublikası Mərkəzi X9 xx.xx.2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili” Qaydalarıında göstərilir ki, kassir kassa əməliyyatlarını həyata keçirən maddi məsul şəxsdir. Kassa sənədi — kassa əməliyyatlarının aparılması üçün istifadə olunan ilkin uçot sənədidir. Kassa əməliyyatları mədaxil və ıməxaric kassa orderləri ilə sənədləşdirilirlər. Kassa əməliyyatlarım birbaşa kassir (xəzinadar) yerinə yetirir. Kassa əməliyyatları üzrə tərtib əlunmüş bütün mədaxil və məxaric sənədlərində təşkilatın rəhbəri və ya onun bu sahəyə rəhbərlik edən struktur bölməsinin rəhbəri, baş mühasibi və ya onların səlahiyyətli nümayəndələri, xəzinədarı, habelə nağd pul alan və ya nağd pul verən şəxslər imza edirlər. Kassa mədaxil orderinin qəbzində ödənilən məbləğ göstərilməmişdir. Qəbzdə düzəliş vardır. Qəbz baş mühasib və kassir tərəfindən imzalanmayıb. Qəbzdəki imza naməlum şəxsə məxsusdur. Qəbz yuxarıda qeyd olunan “Qaydalar'a uyğun deyil. Beləliklə sübuta yetir ki, iddiaçının təqdim etdiyi xx.xx.2005-ci il tarixli müqavilə və xx.xx.2005-ci il tarixli kassa mədaxil orderi saxtadır. Cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, idida tələbi başdan-başa cəfəngiyatdan ibarət olmaqla, qanunsuz və əsassızdır. Belə ki, Cavabdeh (Qurbanova) ilə MTK arasında xx.xx.2005-ci il tarixində “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında” fərdi müqavilə, o cümlədən həmin tarixdə “Əsas tikinti işləri” barədə “Müqaviləyə əlavə № 1” bağlanmışdır. Həmin müqaviləyə əsasən “xxxx”nin sifarişinə uyğun olaraq cavabdeh MTK Bakı şəhəri, Gəncə pr, 2942 saylı məhəllədə tikilməkdə olan yaşayış binasının 1-ci korpusunda, 1-ci mərtəbədə yerləşən 116, 8 m2 -dən ibarət sahənin tikintisini öz öhdəsinə götürür. “xxxx” isə müqavilə imzalanarkən müqavilənin ümumi dəyərinin 100 %ni ödəməyi öhdəsinə götürmüş və sahənin dəyərini tam ödəmiş, ödənişin edilməsinə dair İddiaçı MTK tərəfindən kassa mədaxil orderinin qəbzi verilmiş, həmin qəbz MTK-nın möhürü ilə təsdiq edilmişdir. Həmin sahənin yerləşdiyi binanın tikintisi 2008-ci ildə başa çatmışdır. Qeyd olunan 116,8 kvadrat metrdən ibarət sahə 2008-ci ildən bəri Cavabdeh (Qurbanovanın) istifadəsində olmuş, keçən dövr ərzində göstərilən sahə Cavabdeh (Qurbanova) tərəfindən iki dəfə təmir olunmuşdur. Həmin sahə illərdir ki, ofis kimi fəaliyyət göstərir. Keçən dövr ərzində qeyd olunan sahəyə dair hər hansı şəxs tərəfindən heç bir tələb, hər hansı iddia olmamışdır. O cümlədən xx.xx.2015-ci il tarixdə Cavabdeh (Qurbanova) tərəfindən əlavə olaraq kommunal xidmət üçün 1400 manat məbləğində pul ödənilmiş və həmin ödənişə dair İddiaçı MTK tərəfindən kassa mədaxil orderi verilmişdir. Göründüyü kimi tərəflər arasındakı müqavilə 2005-ci ildə bağlanılmış, sahənin alınması ilə bağlı dəyərinin ödənilməsinə dair qəbz MTK tərəfindən təsdiqlənmiş, həmin vaxtdan bəri sözügedən sahə Cavabdeh (Qurbanova) mülkiyyətində olmaqla istifadəsində olmuş, həmin sahə iddiaçı tərəfindən təmir edilmiş, kommunla xidmətlər üzrə ödənişlər edilmiş və həmin ödənişlərə dair də MTK-nın möhürü ilə təsdiqlənmiş qəbz verilmişdir. Lakin bütün qeyd olunanlara baxmayaraq hüquqi şəxs olan MTK tərəfindən 15 ildən sonra müqavilənin etibarsızlığı ilə bağlı hazırki əsassız iddia qaldırılmışdır. Halbuki, Mülki qanunvericiliyin tələbinə əsasən hər hansı bir iddia tələbi müəyyən müddətlər ərzində qaldırıla bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir; Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir(373.2.). Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən hallan bildivi və va bilməli olduüu eündən bir il ərzində əadi mübahisə edə bilər. Qanunvericlikdən də göründüyü kimi əqdin etibarsızlığı ilə bağlı tələb etibarsızlığa əsas olan halın aşkar olduğu vaxtdan bir il ərzində qaldırıla bilər və əgər qanunda göstərilən müddətin keçməsindən sonra iddia qaldırılarsa, mübahisə tərəfinin iddia müddətinin tətbiqi barədə ərizə verməsi iddianın rədd edilməsi üçün əsasdır. O cümlədən qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə iddia müddəti həm ümumi halda (yəni on il), həm də xüsusi halda (yəni bir il) ötürülmüşdür və mülki qanunvericlik iddia müddətinin bərpasını yalnız fiziki şəxslərə münasibətdə tətbiq edilməsini mümkün sayır. Göstərilənlərə əsasən iddiaçı tərəfindən qaldırılmış hazırki əsassız iddia qanunla nəzərdə tutulmuş müddətin ötürülməsi ilə verildiyindən iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, iddiaçının nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək, məhkəmədən əsassız olduğuna görə, həmçinin, iddia müddəti tətbiq olunmaqla iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin 2(001)-2383/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Abdullayeva (Qurbanova) Nigar Eldar qızının cavabdeh İddiaçı Mənzil- Tikinti Kooperativinə qarşı müqavilənin təsdiqlənməsi, maliyyə arayışının, protokoldan çıxarışın və layihə sənədlərinin verilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, Bakı şəhəri, Gəncə prospekti, 2942 saylı məhəllədə yerləşən yaşayış binasının birinci korpusunda, birinci mərtəbəsində yerləşən 116,8 m2 ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin layihəsinin, Abdullayevə (Qurbanova) Nigar Eldar qızı tərəfindən həmin sahənin dəyərinin tam ödənilməsini təsdiq edən maliyyə arayışının və həmin sahənin Abdullayeva (Qurbanova) Nigar Eldar qızına verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışın iddiaçıya təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qət edilmişdir. Məhkəmə baxışı zamanı təqdiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Podratçı İddiaçı MTK ilə X2 arasında bağlanmış xx.xx.2005-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi” müqaviləyə əsasən, Podratçı Bakı şəhəri, Gəncə prospekti, 2942 saylı məhəllədə tikilməkdə olan yaşayış binasının İ korpusunda, İ mərtəbədə 116,8 m2 ümumi sahəsi olan mənzilin tikintisini öz üzərinə götürür, müqavilə imzalanarkən xxxx müqavilənin ümumi dəyərinin 100%-ni ödəməyi öhdəsinə götürür. Həmin tarixdə imzalanmış “Müqaviləyə əlavə №1” də əsas tikinti işlərinin siyahısı göstərilmişdir. Hər iki sənəd imzalanmış, lakin MTK tərəfindən möhürlənməmişdir; İddiaçı MTK tərəfindən imzalanmış və möhürlənmiş xx.xx.2005-ci il tarixli, 2 nömrəli “Kassa mədaxil orderinin qəbzi”ndən görünür ki, mənzilin dəyəri Qurbanova Nigar dar qızı tərəfindən ödənilmişdir; İddiaçı MTK tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli “Kassa mədaxil orderi”ndən rünür ki, kommunal xidmətlər üçün X6 tərəfindən 1.400 manat ödənilmişdir Hazırda İddiaçı MTK “Azərovçu” Abdullayeva (Qurbanova) Nigar Eldar qızı ilə aralarında bağlanmış xx.xx.2005-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə”nin və xx.xx.2005-ci il tarixli kassa mədaxil orderinin qəbzinin etibarsız hesab edilməsi, cavabdehin Bakı şəhəri, Gəncə prospekti, 2942 saylı məhəllədə yerləşən yaşayış binasının 1-ci korpusunda, 1-ci mərtəbəsində yerləşən 116,8 kv.metrdən ibarət qeyri-yaşayış sahəsindən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 337.1-ci maddəsinin tərəblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 354.1-ci maddəsinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2020-ci il tarixli Qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir... iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx xxxx 2013-cü il tarixli Qərarında göstərildiyi kimi, “Mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə x xxxx 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.” Göründüyü kimi, iddia müddətinin keçməsi ilə əlaqədar qanunvericiliyin tələbi imperativ xarakter daşıyır. Belə olduğu halda, məhkəmə hesab edir ki, hazırki iddia tələbi əsassız və qanunsuz olub rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı MTK-nın cavabdeh Abdullayeva (Qurbanova) Nigar Eldar qızına qarşı “müqavilənin və kassa mədaxil orderinin qəbzinin etibarsız hesab edilməsi, qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair" iddia tələbi təmin edilməsin. İddia tələbi təmin edilmədiyi üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar