Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-888/2021 15.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "Cavabdeh1" MMC-yə qarşı qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı cavabdehlər "Cavabdeh1" MMC-yə və "xxxx" MMC-yə qarşı "mənzillərin iddiaçıya təhvil verilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa edilmiş yaşayış evinin blok 1, mərtəbə 13, ümumi sahəsi 83 kv.m ibarət olan 72 nömrəli izolə olunmuş 2 otaqlı və blok 1, mərtəbə 13, ümumi sahəsi 145 kv.m ibarət olan 71 nömrəli izolə olunmuş 3 otaqlı mənzillərin onun qanuni sahibliyinə təhvil verilməsi öhdəliyinin cavabdehlərin üzərlərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Prosesin gedişində İddiaçı AR MPM-nin 53-cü maddəsini rəhbər tutaraq, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa edilmiş yaşayış evinin blok 1, mərtəbə 13, ümumi sahəsi 83 kv.m ibarət olan 72 nömrəli izolə olunmuş 2 otaqlı mənzilinə görə ödənilmiş 33.200 manat və həmin evin blok 1, mərtəbə 13, ümumi sahəsi 145 kv.m ibarət olan 71 nömrəli izolə olunmuş 3 otaqlı mənzilinə görə ödənilmiş 58.000 manat, cəmi 91.200 manat məbləğində pul vəsaitinin cavabdeh "Cavabdeh1" MMC-dən tutularaq ona ödənilməsi (qaytarılması) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin və iddia tələbinin fəyişdirilməsinə dair ərizənin məzmununa uyğun izahat verərək göstərmişdir ki, Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilələrə görə cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində, inşa edilmiş yaşayış evinin blok 1, mərtəbə 13, ümumi sahəsi 83 kv.m ibarət olan 72 nömrəli izolə olunmuş 2 otaqlı və həmin evin blok 1, mərtəbə 13, ümumi sahəsi 145 kv.m ibarət olan 71 nömrəli izolə olunmuş 3 otaqlı mənzilləri iddiaçıya pul qarşılığında satmışdır. İddiaçı tərəfindən iki otaqlı 72 nömrəli mənzilə görə MMC-yə 33.200 AZN, digər üç otaqlı 71 nömrəli mənzilə görə isə 58.000 AZN məbləğində pul vəsaiti ödənilmişdir və cavabdehlərə heç bir borcu qalmamışdır. Bu haqda iddiaçıya Cavabdeh1 MMC tərəfindən müqavilələrin bağlanan tarixinə pulun ödənilməsi haqqında möhürlə təsdiq edilmiş iki maliyyə arayışlarıda verilmişdir. Həmin arayışlarda qeyd olunmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu Yeni Yasamal yaşayış massivində, inşa edilmiş yaşayış binası hər iki cavabdehlərə məxsusdur. Lakin cavabdehlər uzun müddət ərzində mənzilləri ona təhvil verməmişlər və bununla da həmin mənzillər üzərində qanuni sahiblik hüquqları pozulmuşdur. Lakin həmin müqavilələrdən göründüyü kimi ərizədə 2-ci cavabdeh kimi göstərilən "Cavabdeh2" MTK qeyd edilən müqavilələr üzrə rəsmi öhdəliklər götürməmiş və həmin təşkilatın heç bir səlahiyyətli şəxsi bu müqavilələri imzalamamış və öz möhürü ilə təsdiq etməmişdir. Sözügedən müqavilələrin ikisi də Cavabdeh1 MMC tərəfindən təsdiq edilmiş və iddiaçıda həmin mənzillərə görə pulu məhz Cavabdeh1 MMC-yə ödəmişdir. Belə olan haldə hesab edirik ki, cavabdeh "Cavabdeh2" MTK hazırki iddia tələbində cavabdehlər sırasından çıxarılmalıdır və iddia tələbi Cavabdeh1 MMC-yə qarşı sürməlidir. Üstəlik məhkəmə gedişatında müəyyən edilmişdir ki, iddiaçı ilə bağlanmış müqavilələrdə göstərilən mənzillər əslində başqa şəxslərə ilkin olaraq satılmış olmuş və iddiaçının iki mənzilə görə cəm şəkildə ödədiyi 91.200 AZN (33.200 AZN və 58.000 AZN) məbləğində pul vəsaiti məhz həmin cavabdeh təşkilat tərəfindən əsassız yerə mənimsənilmişdir. Ona görə də iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına (nümayəndəsi) gəlməmiş və işə onun (nümayəndəsinin) iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin (nümayəndəsinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə AR Mülki Məcəlləsinin 385.1, 386.1, 439.3, 449.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilələrə əsasən MMC Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində, inşa edilmiş yaşayış evinin blok 1, mərtəbə 13, ümumi sahəsi 83 kv.m ibarət olan 72 nömrəli izolə olunmuş 2 otaqlı və həmin evin blok 1, mərtəbə 13, ümumi sahəsi 145 kv.m ibarət olan 71 nömrəli izolə olunmuş 3 otaqlı mənzilləri alıcıya verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə edilmiş xx.xx.2012-ci il tarixli maliyyə arayışlarından görünür ki, İddiaçı tərəfindən iki otaqlı 72 nömrəli mənzilə görə MMC-yə 33.200 manat, digər üç otaqlı 71 nömrəli mənzilə görə isə 58.000 manat məbləğində pul vəsaiti cəmi 91.200 manat məbləğində pul ödəyərək, Cavabdeh1 MMC-yə borcu qalmamışdır. İş materiallarında olan elektron çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Alatava-7 küçəsi, Yeni Yasamal yaşayış massivi, ev 88, 1-ci giriş, 72 nömrəli mənzil X1 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyatdan keçmişdir. Göründüyü kimi, mübahisəli mənzillərin başqa şəxslərə satılması nəticəsində, iddiaçıya 91.200 manat məbləğində maddi zərər dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh Cavabdeh1 MMC-dən 91200 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh1 MMC-dən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa edilmiş yaşayış evinin blok 1, mərtəbə 13, ümumi sahəsi 83 kv.m ibarət olan 72 nömrəli izolə olunmuş 2 otaqlı mənzilinə görə ödənilmiş 33.200 manat və həmin evin blok 1, mərtəbə 13, ümumi sahəsi 145 kv.m ibarət olan 71 nömrəli izolə olunmuş 3 otaqlı mənzilinə görə ödənilmiş 58.000 manat, cəmi 91.200 (doxsan bir min iki yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-888/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-888/2021
15.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver