Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-905/2024 24.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə1, maraqlı şəxs "Azərterminalkompleks" Birliyinin nümayəndəsi Nümayəndə2, maraqlı şəxs Balakən Gömrük İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin maraqlı şəxs qismində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi və Azərbaycan Respublikası Dövlət X3 Gömrük İdarəsini cəlb etməklə daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkiyyəti hüququnun tanınması tələbinə dair ərizəsinə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin maraqlı şəxs Azərbaycan Respublikaı Dövlət Gömrük Komitəsinin Maraqlı şəxs1 maraqlı şəxs qismində cəlb etdiyi daşınar əşyaların məhv edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəyə əlavə edilmiş 52 ədəd təşkil edən malların yararsız vəziyyətə düşdüyündən məhv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Balakən Gömrük İdarəsinin Mazımqara gömrük postunun anbarında yerləşən mallar Komitənin xx.xx.2023-cü il tarixli 3-33/3-2-000288/2023 nömrəli sərəncamı ilə Maraqlı şəxs1 Bakı şəhəri, Abşeron rayonu, Məmmədli qəsəbəsində yerləşən saxlanc məntəqəsinə təhvil verilmişdir. Həmin malların istehlaka yararlı olub-olmaması barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Balakən Gömrük İdarəsi tərəfindən 26 oktyabr 2023-cü il tarixli 3-33-1400/2-000933/2023 nömrəli məktubla Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinə göndərilmişdir. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyi qeyd olunan məktubun icrası ilə əlaqədar 26 oktyabr 2023-cü il tarixli 01-Ş nömrəli ekspert rəyini tərtib etmişdir. Həmin rəydə tədqiqata təqdim edilmiş malların istehlaka yararsız olması müəyyən edilmişdir. Qeyd olunan normaların tələbindən görünür ki, gömrük orqanlarına təqdim edilmiş ərzaq "məhsulları öz təyinatına görə istifadə edilə bilmədikdə onların məhv edilməsi yalnız ekspertlərin və digər ixtisaslaşmış müstəqil laboratoriyaların həmin malların istifadə üçün yararsız olması haqqında rəyi alınmaqla, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin təşəbbüsü ilə müvafiq məhkəmə qərarı əsasında həyata keçirilir. Hazırki ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası 'Azərekspertiza” Birliyinin qeyd olunan məktubun icrası ilə əlaqədar xx.xx.2023cü il tarixli 01-Ş nömrəli ekspert rəyindən göründüyü kimi Birliyin Bakı şəhəri, Abşeron rayonu, Məmmədli cəsəbəsində yerləşən saxlanc məntəqəsinə təhvil verilmiş mallar yararsız vəziyyətə olduğundan məhv edilməsi zərurəti yaranmışdır. Bu səbəbdən də 1. 13 kq çəkidə tərəvəz məhsulu (xiyar və pomidor), 2. 5.5 kq çəkidə yumurta, 3. 7 kq yağ və pendir, 4. 19 kq qarışıq ərzaq, 5. 8 kq qarışıq ərzaq, 6. 11 kq qarışıq ərzaq (ət və meyvə),
7. 9 kq qarışıq ərzaq (təzə ət, pendir, süzmə və ədviyyat), 8. 3 ədəd canlı flora ağacı, 9. 12 kq qarışıq ərzaq (pendir, yağ, qoz və turşu), 10. 28 kq qarışıq ərzaq (tutma, qoz, fındıq, ət və yumurta), 11. 2 ədəd gül, 12. 11 kq olan qarışıq ərzaq (müxtəlif markalanma yazılı qutularda müxtəlif növ meyvə və 1 ədəd markalanma yazısı olmayan polietilen qabda badam), 13. 14 kq kustar üsulla hazırlanmış pendir, 14. 9.7 kq qoz ləpəsi, 15. 32 kq qarışıq ərzaq, 16. 7 kq qarışıq ərzaq (alma, fındıq turşu və quru ədviyyat), 17. 25 kq qarışıq ərzaq, 18. 3 ədəd polietilen yeşikdə 21 kq tərəvəz, 19. 14 kq qarışıq ərzaq, 20. 9 kq qarışıq ərzaq, 21. 26 kq qarışıq ərzaq, 22. 59 kq qarışıq ərzaq, 23. 34 kq qarışıq ərzaq,
24. 83 kq qarışıq ərzaq (kartof və pendir), 25. 66 kq qarışıq ərzaq mandarin və pendir),
26. 32 kq tərəvəz (kartof), 27. 1 ədəd kisədə 13.3 kq lobya, 28. 1 ədəd qutuda 20.7 kq pomidor şitili, 29. 32 kq qarışıq ərzaq, 30. 26 kq qarışıq ərzaq, 31. 45 kq qarışıq ərzaq, 32. 8 kq qarışıq ərzaq (yumurta və göyərti), 33. 39 kq qarışıq ərzaq, 34. 1 ədəd qutuda 23 kq pomidor ştili, 35. 1 ədəd torbada 25 kq çəkidə soğan, 36. 3 ədəd torbada çəkisi 90 kq çəkidə kartof, 37. 67 kq qarışıq ərzaq (müxtəlif markalanma yazılı kolbasa və sosiska), 38. 30 kq qarısıq ərzaq (meyvə və kartof), 39. 1 ədəd kisədə 37 kq kartof, 40. 24 kq qarışıq ərzaq (kartof və lobya), 41. 57 kq nektarin, 42. 2 ədəd kisədə 29.6 kq kartof, 43. 2.25 kq konfet (ermənistan mənşəli), 44. 13.6 kq carışıq ərzaq (yağ və pendir), 45. 1 ədəd kisədə 41 kq kartof, 46. 1.9 kq qarışıq ərzaq, 47. 2 ədəd 2.7 kq nutella markalı ərzaq, 48. 11 kq meyvə, 49. 10 kq qarışıq ərzaq (fındıq və qoz), 50. 13 kq qarışıq ərzaq (kolbasa, sosiska və konfet), 51. 34 kq şüşə qablarda qarışıq ərzaq, 52. 9.2 kq qarışıq ərzaq (qoz, süzmə və ədviyyatlar) yararsız vəziyyətə düşdüyündən məhv edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi Nümayəndə1 ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 247 saylı, xx.xx.2013-cü il tarixli qərarına əsasən mallar iki halda məhv edilir: bir şəxsin müraciəti əsasında, bir də gömrük orqanının təşəbbüsü ilə. Gömrük orqanının təşəbbüsü ilə o halda məhv edilir ki, mallar istehlaka yararsız olsun və bununla bağlı ekspertiza rəyi olsun, həmçinin müvafiq məhkəmənin qərarı olsun. Bildirmişdir ki, 52 ədəd mallar qaçalmalçılıq yolu ilə gətirilmiş mallardı və hamısının müddəti bitmişdir. Bu səbəbdən də məhkəməyə müraciət edərək, 52 ədəd malların məhv edilməsini xahiş etmişlər. Qeyd olunanlara əsasən, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maraqlı şəxs1 nümayəndəsi Nümayəndə2 ərizə ilə bağlı bildirdi ki, ərizədə qeyd olunları təsdiq edirlər, həmçinin bildirmişdir ki, anbarda saxlanılan malların hamısının müddəti bitmiş, istehlaka yararsız mallardı. Onların saxlanılma xərcləri, daşıma xərcləri həm Gömrük Komitəsinin, həm də Birliyinin büdcəsinə xeyli ziyan vurur. Qeyd edilənlərə əsasən ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Balakən Gömrük İdarəsinin nümayəndəsi X2 ərizə ilə bağlı bildirdi ki, ərizədə qeyd olunları təsdiq edirlər, ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Ticarət və Sənayə palatası “Azərekspertiza” birliyi mərkəzinin ekspert arayışlarında qeyd edilmişdir ki, Balakən Gömrük İdarəsinin Mazımqara gömrük postunun müvəqqəti saxlanc anbarında olan saxlama müddəti bitmiş 52 ədəd malların yararsız vəziyyətə düşdüyündən məhv edilməsi zərurəti yaranmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maraqlı şəxs1nə məxsus Bakı şəhəri, Abşeron rayonu, Məmmədli qəsəbəsində yerləşən anbarda saxlanılan 52 ədəd mallar yararsız vəziyyətə düşmüşdür. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin ekspert arayışlarına əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 52 ədəd mallar yararsız vəziyyətə düşdüyündən məhv edilməlidir. Qeyd edilənlərdən də göründüyü kimi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Maraqlı şəxs1nə məxsus Bakı şəhəri, Abşeron rayonu, Məmmədli qəsəbəsində yerləşən anbarda saxlanılan malların sahibi yoxdur və həmin əşyalara Dövlət Gömrük Komitəsi tərəfindən sahiblik edilməyə başlanılmışdır. Belə olduğu halda, məhkəmə iş materiallarını nəzərdən keçirərək, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, ümumi 52 ədəd mallar məhv edilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 331.1-ci maddəsinə əsasən gömrük orqanlarına təqdim edilmiş mallar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada məhv edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 247 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük orqanlarına təqdim edilmiş malların məhv edilmə halları və Qaydası”nın 1.5.1-ci yarımbəndinə əsasən malların istehlak xassələrinin bərpası imkanı istisna edildikdə malların məhv edilməsinə yol verilir. Həmin Qaydanın 2.1.2-ci yarımbəndinə əsasən gömrük orqanlarına təqdim edilmiş mallar qanunla müəyyən edilmiş hallarda gömrük orqanının təşəbbüsü ilə məhv edilir. Həmin Qaydanın 2.3-cü bəndinin tələbindən görünür ki, bu Qaydanın 2.1.2-ci yarımbəndinə əsasən mallar gömrük orqanlarının müraciəti əsasında məhkəmənin qərarı ilə məhv edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 305.1.4-cü maddəsinə əsasən daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 305.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə xüsusi icraat qaydasında başqa işlərə baxılması da nəzərdə tutula bilər. Qeyd olunan normaların tələbindən görünür ki, gömrük orqanlarına təqdim edilmiş ərzaq məhsulları öz təyinatına görə istifadə edilə bilmədikdə onların məhv edilməsi yalnız ekspertlərin və digər ixtisaslaşmış müstəqil laboratoriyaların həmin malların istifadə üçün yararsız olması haqqında rəyi alınmaqla, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin təşəbbüsü ilə müvafiq məhkəmə qərarı əsasında həyata keçirilir. Hazırki ərizəyə əlavə edilmiş Mərkəzin ekspert rəylərindən göründüyü kimi, ərizəyə əlavə edilmiş Balakən Gömrük İdarəsinin Mazımqara gömrük postunun anbarında saxlanc məntəqəsinə təhvil verilmiş və artıq müddət orada saxlanılan mallar yararsız vəziyyətə düşdüyündən məhv edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227,233, 323-326 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: Ərizə təmin edilsin.
1. 13 kq çəkidə tərəvəz məhsulu (xiyar və pomidor), 2. 5.5 kq çəkidə yumurta, 3. 7 kq yağ və pendir, 4. 19 kq qarışıq ərzaq, 5. 8 kq qarışıq ərzaq, 6. 11 kq qarışıq ərzaq (ət və meyvə), 7. 9 kq qarışıq ərzaq (təzə ət, pendir, süzmə və ədviyyat), 8. 3 ədəd canlı flora ağacı, 9. 12 kq qarışıq ərzaq (pendir, yağ, qoz və turşu), 10. 28 kq qarışıq ərzaq (tutma, qoz, fındıq, ət və yumurta), 11. 2 ədəd gül, 12. 11 kq olan qarışıq ərzaq (müxtəlif markalanma yazılı qutularda müxtəlif növ meyvə və 1 ədəd markalanma yazısı olmayan polietilen qabda badam), 13. 14 kq kustar üsulla hazırlanmış pendir, 14. 9.7 kq qoz ləpəsi,
15. 32 kq qarışıq ərzaq, 16. 7 kq qarışıq ərzaq (alma, fındıq turşu və quru ədviyyat), 17. 25 kq qarışıq ərzaq, 18. 3 ədəd polietilen yeşikdə 21 kq tərəvəz, 19. 14 kq qarışıq ərzaq,
20. 9 kq qarışıq ərzaq, 21. 26 kq qarışıq ərzaq, 22. 59 kq qarışıq ərzaq, 23. 34 kq qarışıq ərzaq, 24. 83 kq qarışıq ərzaq (kartof və pendir), 25. 66 kq qarışıq ərzaq mandarin və pendir), 26. 32 kq tərəvəz (kartof), 27. 1 ədəd kisədə 13.3 kq lobya, 28. 1 ədəd qutuda 20.7 kq pomidor şitili, 29. 32 kq qarışıq ərzaq, 30. 26 kq qarışıq ərzaq, 31. 45 kq qarışıq ərzaq, 32. 8 kq qarışıq ərzaq (yumurta və göyərti), 33. 39 kq qarışıq ərzaq, 34. 1 ədəd qutuda 23 kq pomidor ştili, 35. 1 ədəd torbada 25 kq çəkidə soğan, 36. 3 ədəd torbada çəkisi 90 kq çəkidə kartof, 37. 67 kq qarışıq ərzaq (müxtəlif markalanma yazılı kolbasa və sosiska), 38. 30 kq qarısıq ərzaq (meyvə və kartof), 39. 1 ədəd kisədə 37 kq kartof, 40. 24 kq qarışıq ərzaq (kartof və lobya), 41. 57 kq nektarin, 42. 2 ədəd kisədə 29.6 kq kartof, 43. 2.25 kq konfet (ermənistan mənşəli), 44. 13.6 kq carışıq ərzaq (yağ və pendir), 45. 1 ədəd kisədə 41 kq kartof, 46. 1.9 kq qarışıq ərzaq, 47. 2 ədəd 2.7 kq nutella markalı ərzaq, 48. 11 kq meyvə, 49. 10 kq qarışıq ərzaq (fındıq və qoz), 50. 13 kq qarışıq ərzaq (kolbasa, sosiska və konfet), 51. 34 kq şüşə qablarda qarışıq ərzaq, 52. 9.2 kq qarışıq ərzaq (qoz, süzmə və ədviyyatlar), ümumi 52 ədəd mallar məhv edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Hakim: Gülnar Babazadə