Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-936/2024 11.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X15, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X15 nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh2 və onun vəkili Vəkil2, Cavabdeh4 MTK-nın nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh4 MTK-ya və Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinə qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi” və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X15 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh4 MTK-ya, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinə qarşı (Bakı şəhəri 32 saylı Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin olaraq İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 MTK-ya və Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinə qarşı (Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə Cavabdeh4 MTK arasında bağlanmış 3M-1894 reyestr nömrəli xx.xx.2023-cü il tarixli müqavilənin və Cavabdeh3 ilə Cavabdeh4 MTK arasında bağlanmış 3M-2235 reyestr nömrəli xx.xx.2023-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 da cavabdeh qismində qeyd edərək, Bakı şəhəri 32 saylı notariat ofisində Cavabdeh5 ilə Cavabdeh4 MTK-nın nümayəndəsi X16 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 3M-1885 reyestr nömrəli müqavilənin; Bakı şəhəri 32 saylı notariat ofisində Cavabdeh6 ilə Cavabdeh4 MTK-nın nümayəndəsi X16 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 3M-1859 reyestr nömrəli müqavilənin; Bakı şəhəri 32 saylı notariat ofisində Cavabdeh8 ilə Cavabdeh4 MTK-nın nümayəndəsi X16 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 3M-2055 reyestr nömrəli müqavilənin; Bakı şəhəri 32 saylı notariat ofisində Cavabdeh7 Ələsgər oğlu ilə Cavabdeh4 MTK-nın nümayəndəsi X16 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 3M-1887 reyestr nömrəli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8, Cavabdeh4 MTK, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyini cavabdeh qismində, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində qeyd edərək, Bakı şəhəri 32 saylı notariat ofisində Cavabdeh5 ilə Cavabdeh4 MTK-nın nümayəndəsi X16 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 3M-1885 reyestr nömrəli müqavilənin; Bakı şəhəri 32 saylı notariat ofisində Cavabdeh6 ilə Cavabdeh4 MTK-nın nümayəndəsi X16 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 3M-1859 reyestr nömrəli müqavilənin; Bakı şəhəri 32 saylı notariat ofisində Cavabdeh8 ilə Cavabdeh4 MTK-nın nümayəndəsi X16 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 3M-2055 reyestr nömrəli müqavilənin; Bakı şəhəri 32 saylı notariat ofisində Cavabdeh7 Ələsgər oğlu ilə Cavabdeh4 MTK-nın nümayəndəsi X16 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 3M-1887 reyestr nömrəli müqavilənin; Bakı şəhəri 32 saylı notariat ofisində Cavabdeh2 ilə Cavabdeh4 MTK-nın nümayəndəsi X16 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 3M-1894 reyestr nömrəli müqavilənin; Bakı şəhəri 32 saylı notariat ofisində Cavabdeh3 ilə Cavabdeh4 MTK-nın nümayəndəsi X16 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 3M-2235 reyestr nömrəli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olan şəxslərin siyahısı Bakı şəhəri, Yasamal Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinin 56 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən tərtib edilmiş Forma-2 saylı arayışla saxtalaşdırılaraq yəni, ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı həmin ünvanda qeydiyyatda olduğu təqdirdə vəzifəli şəxs tərəfindən X6 həmin ünvanda qeydiyyatda olmadığı barədə rəsmi sənədlərə və informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil etməsini, onun adını gizlətmək yolu ilə və nəticə etibarı ilə İddiaçı fərdi yaşayış evinin özgəninkiləşdirilməsinə notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi olmadan və onun iradə ifadəsinə zidd olaraq Cavabdeh2 və Cavabdeh3 Cavabdeh4 MTK ilə qabaqcadan razılaşma əsnasında fərdi yaşayış evi ilə bağlı alqı-satqı müqaviləsini icra etmişlər. Sözügedən fərdi yaşayış evi 2004-cü il tarixdə Bakı şəhərində vəfat etmiş mərhum babası X10 mülkiyyətində olmuşdur. Ancaq Cavabdeh2 Bakı şəhəri 32 saylı Notariat Ofisində Cavabdeh4 MTK ilə 3M-1894 reyestr nömrəli xx.xx.2023-cü il tarixdə tərtib və təsdiq edilmiş müqavilənin 1.1.2-ci bəndində ünvan 1 ünvanının mülkiyyətçisi kimi özünü təqdim edərək həmin mənzil üzərində subyektiv mülkiyyət hüququnu təsdiq edəcək daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış çıxarış təqdim etmədən həmin ərazidə Bakı şəhəri, Yasamal rayonu, X60 və Xıdır Mustafayev küçələrinin kəsişməsində inşa ediləcək 1 bloklu 15 mərtəbəli yaşayış binasından 1-ci blok, 7-ci mərtəbə, 115 kv.m təmirsiz 25 saylı mənzil və 53350 manat məbləğində pul vəsaiti əldə etməklə və həmçinin Cavabdeh3 da əsassız varlanmalarına səbəb olmuşdur. Daha sonra, Cavabdeh2 məhkəməyə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 MTK-ya və Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinə qarşı (Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə etiraz təqdim edərək, etirazında bildirmişdir ki, o, 2004cü ildə X46 ilə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından xx.xx.2005-ci il təvəllüdlü X52 anadan olmuşdur. Həmin tarixdən, yəni 2004-cü ildən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportla əri X24 atası X10 adınadır. X25 2004-cü də vəfat etmişdir. O, Bakı şəhəri, Yasamal rayonu, 10-cu Xrebtovı küçəsi ev 235 ünvanında yerləşən ikimərtəbəli fərdi yaşayış evinə köçəndə, həmin ikimərtəbəli fərdi yaşayış evinin ikinci mərtəbəsində, əri Rafiq Həbibov və onun birinci nikahdan olan övladları- Cavabdeh3, X32 və İddiaçı ilə birlikdə və əri Rafiq Həbibovun qardaşı X33 ailə üzvləri ilə birlikdə, həmin evin birinci -mərtəbəsində isə əri Rafiq Həbibovun bacıları - Cavabdeh6 Əsgər qızı və X42 ailə üzvləri ilə birlikdə yaşayırdılar. 2005-ci ildə əri Rafiq Həbibovun birinci nikahdan olan qızları X32 və İddiaçı ailə həyatı quraraq Bakı şəhəri, Yasamal rayonu, 10-cu Xrebtovı küçəsi ev 235 ünvanında yerləşən fərdi yaşayış evindən ər evlərinə köçdülər. Həmin vaxtdan sonra onlar ona məlum olmayan ünvanda yaşayırlar. X1 2004-cü ildə,qaynanası X8 isə 2010-ci ildə vəfat etmişlər. 2009-cu ildə əri Rafiq Həbibovun birinci nikahdan olan oğlu Cavabdeh3 ailə həyatı qurmaq qərarına gələrək ikinci mərtəbədə yerləşən otaqlarda təmir işləri aparmaq qərarına gəlmişdir. Bu səbəbdən də o, 2009-cu ildə məcbur olaraq, həmin evin həyətində yerləşən bir otaqlı qarajda təmir işləri aparıb həmin yerdə yaşamağa başlamışdır. 2017-ci ildə həyat yoldaşı Rafiq Həbibov vəfat etmişdir. O, həmin qarajda yaşadığı müddətdə həmin qaraja bitişik əlavə üç otaq inşa etmişdir. Bakı şəhəri, Yasamal rayonu, 10-cu Xrebtovı küçəsi ev 235 ünvanında yerləşən ikimərtəbəli fərdi yaşayış evinin həyətində yerləşən, yaşadığı birmərtəbəli evin heç bir texniki sənədi yoxdur. O və oğlu Emin Həbibov Bakı şəhəri, Yasamal rayonu, 10-cu Xrebtovı küçəsi ev 235 üvanında yerləşən ikimərtəbəli fərdi yaşayış evində qeydiyyatda olsalar da həmin evin həyətində yerləşən bir mərtəbəli evdə yaşamışlar. İddiaçı 2005-ci ildə ərə getdikdən sonra ər evinə köçmüş və həmin vaxtdan sonra ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində yaşamamışdır. Onun həmin evdə qeydiyyatda olmasından heç bir məlumatı yoxdur. O,həmin ünvanda qeydiyyatda olmuş olsa belə, onun tərəfindən inşa edilmiş, ünvan 5 ünvanında yerləşən ikimərtəbəli fərdi yaşayış evinin həyətində yerləşən birmərtəbəli evə qeydiyyata düşə bilməzdi. Belə ki, o, həmin evi sonradan, yəni İddiaçı ər evinə köçdükdən sonra inşa etmişdir və həmin evin heç bir texniki sənədi yoxdur. Həmin Bakı şəhəri, Yasamal rayonu, 10-cu Xrebtovı küçəsi ev 235 ünvanında yerləşən ikimərtəbəli fərdi yaşayış evi evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportla mərhum X1nun adına olmuş olsada da, sonradan həmin ev və evin yerləşdiyi torpaq sahəsi heç kimin mülkiyyətinə keçməmişdir.Tərəfindən inşa edilmiş birmərtəbəli evdə isə o və oğlu Emindən başqa heç kimin istifadə hüququ olmamışdır. Ölmüş şəxsin əmlakının qanunda nəzərdə tutulmuş şəxslərə keçməsi mümkündür ki, həmin əmlak və əmlak hüquqları ölmüş şəxsin xüsusi mülkiyyətində olmuş olsun. Bakı şəhəri, Yasamal rayonu, 10-cu Xrebtovı küçəsi ev 235 ünvanında yerləşən ikimərtəbəli fərdi yaşayış evinin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun da ancaq ikimərtəbəli fərdi yaşayış evi qeyd edilmiş, ona məxsus birmərtəbəli evin isə qeydiyyatı yoxdur. Odur ki, İddiaçı atası mərhum X46 evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportla mərhum atası X10 adına olmuş Bakı şəhəri, Yasamal rayonu, 10-cu Xrebtovı küçəsi ev 235 ünvanında yerləşən ikimərtəbəli fərdi yaşayış evində qeydiyyatda olsa da, həmin əmlakla bağlı ona çatası pay üzərində mülkiyyət hüququ tanınmamışdır. Belə olan halda İddiaçı Bakı şəhəri, Yasamal rayonu, 10-cu Xrebtovı küçəsi ev 235 ünvanında yerləşən ikimərtəbəli fərdi yaşayış evində qeydiyyatda olması ona həmin əmlakdan pay almasına hüquq vermir. Mövcud halda isə Bakı şəhəri, Yasamal rayonu, 10-cu Xrebtovı küçəsi ev 235 ünvanında yerləşən ikimərtəbəli fərdi yaşayış evinin həyətində yerləşən ona məxsus birmərtəbəli ev ümumi mülkiyyətdə olmamış, həmin evə heç kimin mülkiyyət və digər hüquqları yoxdur. Ona görə də İddiaçı Cavabdeh4 MTK ilə aralarında bağlanmış 3M-1894 reyestr nömrəli xx.xx.2023-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi ilə bağlı iddia tələbi qaldırmasına subyektiv hüququ yoxdur. Bundan sonra, Cavabdeh4 MTK-nın nümayəndəsi Nümayəndə2 məhkəməyə İddiaçı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə etiraz təqdim edərək etirazında bildirmişdir ki, nümayəndəsi olduğu Cavabdeh4 MTK ilə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh5 arasında ardıcıl olaraq xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixlərdə fərdi yaşayış binasının MTK-ya təhvil verilməsi ilə bağlı müqavilələr bağlanmışdır. Müqavilələr bağlanarkən tam hüquqi və qanuni əsaslarla bağlanmış, heç bir qanundankənar akt olmamış, bütün prosessual hərəkətlər tam və əsaslı həyata keçirilmişdir. Belə ki, daşınmaz əmlakın alqı-satqısı Azərbaycan Respublikasının qanunvericiliyində ciddi olaraq tənzimlənir. Belə ki daşınmaz əmlak onun qanuni mülkiyyətçisi ilə qarşı tərəf arasında bağlanılır. Mülkiyyətçi dedikdə ona məxsus əmlaka öz mülahizəsinə görə sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüququna malik olan şəxs nəzərdə tutulur.Tərəflərlə MTK arasında bağlanmış müqavilənin məzmunu bundan ibarət olmuşdur ki, cavabdehlər yaşadıqları ünvan 7 ünvanında olan fərdi yaşayış evini sökülmək üçün “Fəxri" MTK-ya təhvil verməyi, tikinti şirkəti isə həmin ərazidə yenidən inşa ediləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında cavabdehlər üçün yaşayış sahəsi verməyi öhdəsinə götürürlər. Həmçinin tikinti şirkəti tərəfindən cavabdehlərin yaşayış binasının tikintisi başa çatanadək müvəqqəti yaşayışını təmin etmək məqsədi ilə hər ay kompensiya şəklində aylıq pul məbləği verilməsi nəzərdə tutulmuşdur. ‘Fəxri” MTK tərəfindən üzərinə götürülən hər iki öhdəlik bugünədək yerinə yetirilmiş, tərəflərə müqavilədə nəzərdə tutulan aylıq kompensiya formasında ödəniş notariusun bankda açılmış depozit hesabına ödənilməkdədir. Lakin sonradan məhkəmə zalında onlara məlum olmuşdur ki, satışı həyata keçirilən fərdi yaşayış sahəsi ilə bağlı mübahisə meydana gəlmişdir. Onlar cavabdeh kimi işə cəlb olunmuşlar. Hesab edirlər ki, “Fəxri" MTK-nın cavabdeh qismində işə cəlb edilməsi tamamilə əsassızdır. Belə ki, cavabdehlərlə bağlanmış müqavilələr qanunvericiliyin tələblərinə uyğun olaraq notarial qaydada bağlanmış, həmçinin müqavilə bağlanarkən cavabdeh tərəfindən Bakı şəhər, Yasalam rayon İcra hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinin 56-saylı Mənzil Kommunal istismar sahəsi tərəfindən tərtib edilmiş Forma-2 saylı qeydiyyatda olan şəxslərin siyahısı təqdim edilmişdir. Siyahıda isə İddiaçı adı ümumiyyətlə olmamışdır, iddiaçı öz iddia ərizəsində qeyd edir ki, həmin Forma-2 arayışı saxtalaşdırılmış, məlumatlar təhrif olunmuş şəkildə yazılmışdır. Daha sonra, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X34 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh4 MTK-ya, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinə qarşı (Bakı şəhəri 32 saylı Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 32 saylı notariat ofisində Cavabdeh5 ilə Cavabdeh4 MTK-nın nümayəndəsi X16 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 3M-1885 reyestr nömrəli müqavilənin; Bakı şəhəri 32 saylı notariat ofisində Cavabdeh6 ilə Cavabdeh4 MTK-nın nümayəndəsi X16 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 3M-1859 reyestr nömrəli müqavilənin; Bakı şəhəri 32 saylı notariat ofisində Cavabdeh8 ilə Cavabdeh4 MTK-nın nümayəndəsi X16 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 3M-2055 reyestr nömrəli müqavilənin; Bakı şəhəri 32 saylı notariat ofisində Cavabdeh7 Ələsgər oğlu ilə Cavabdeh4 MTK-nın nümayəndəsi X16 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 3M-1887 reyestr nömrəli müqavilənin; Bakı şəhəri 32 saylı notariat ofisində Cavabdeh2 ilə Cavabdeh4 MTK-nın nümayəndəsi X16 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 3M-1894 reyestr nömrəli müqavilənin; Bakı şəhəri 32 saylı notariat ofisində Cavabdeh3 ilə Cavabdeh4 MTK-nın nümayəndəsi X16 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 3M-2235 reyestr nömrəli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olan şəxslərin siyahısı Bakı şəhəri, Yasamal Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinin 56 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən tərtib edilmiş Forma- 2 saylı arayışla saxtalaşdırılaraq yəni, ünvan 2 ünvanında qeydiyyatda olan X34 həmin ünvanda qeydiyyatda olduğu təqdirdə vəzifəli şəxs tərəfindən X15 həmin ünvanda qeydiyyatda olmadığı barədə rəsmi sənədlərə və informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil etməsini, onun adını gizlətmək yolu ilə və nəticə etibarı ilə Elmira Həbibovaya məxsus fərdi yaşayış evinin özgəninkiləşdirilməsinə notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi olmadan və onun iradə ifadəsinə zidd olaraq Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 Bakı şəhəri, Yasamal rayonu, 10-cu Xrebtovı küçəsi ev 235 ünvanında yerləşən mülkiyyət hüquqları ilə mərhum atası X17 məxsus fərdi yaşayış evini və fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən tikililəri Cavabdeh4 MTK ilə qabaqcadan razılaşaraq sökülməsinə razılıq verilməsi müqabilində alqı-satqı yolu ilə həmin ünvanda inşa ediləcək hündürmərtəbəli yaşayış binasından ayrı-ayrılıqda mənzillərin, kompensasiya məbləğlərinin və binanın tikilib yekunlaşacağı tarixə qədər hər ay yaşamaları üçün ***-**** manat məbləğində kirayə haqqının ödənilməsi barədə müqavilələr bağlamaqla razılıq əldə etmişlər. Sözügedən fərdi yaşayış evi 2004-cü il tarixdə Bakı şəhərində vəfat etmiş mərhum atası X10 mülkiyyətində olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X34 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X15 nümayəndəsi və vəkili Nümayəndə1 izahatında bildirmişdir ki, iddianı, eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasını müdafiə edir. İddia ərizəsində qeyd edilən müqavilələr bağlanarkən, 32 saylı Notariat ofisi qeydiyyatda olan şəxsləri düzgün araşdırmamışdır. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimat”da göstərilir ki, notariat ofislərinin müxtəlif sistemlərə qoşulması təmin edilmişdir. Belə ki, onlar həmin sistemlərə inteqrasiya edərək, həmin ünvanda qeydiyyatda olan şəxslər barədə məlumatları əldə edə bilərdi. Bundan başqa iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs həmin evin sahibi olmuş X10 vərəsələridir. Bununla bağlı Bakı şəhəri 32 saylı Notariat Ofisinə müraciət edilmişdir. Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs həmin ünvanda qeydiyyatdadırlar. Odur ki, iddia tələbinin, eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddiaları qəbul etmədiyini bildirmiş və iddiaların ona münasibətdə rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili Vəkil2 izahatında bildirmişdir ki, iddiaları qəbul etmirlər. İddialar tam əsassızdır. Cavabdeh2 2004-cü ildə X46 ilə rəsmi nikaha daxil olmuşdur. Həmin vaxtdan etibarən cavabdeh Bakı şəhəri, Yasamal rayonu, 10-cu Xrebtovı küçəsində ünvanında yerləşən 235 nömrəli ikimərtəbəli fərdi yaşayış evinin ikinci mərtəbəsində həyat yoldaşı X46 ilə birlikdə yaşamışdır. Həmin evin texniki passportu X24 atası X10 adına olmuşdur. 2005-ci ildə X24 birinci nikahdan doğulmuş qızları X32 və İddiaçı ailə həyatı quraraq, həmin evdən köçmüş və bir daha həmin evə qayıtmamışlar. 2009-cu ildə Cavabdeh3 ailə həyatı qurmuş və evin ikinci mərtəbəsinə köçmüşdür. Bundan sonra Cavabdeh2 məcbur olaraq, evin həyətində yerləşən qaraja köçmüş və şəxsi vəsaiti hesabına 3 otaq tikmişdir. Cavabdeh2 “Fəxri MTK” ilə müqaviləni özünün yaşadığı, evin həyətində tikdiyi evlə bağlı bağlamışdır. Bundan başqa həmin ikimərtəbəli ev heç kimin mülkiyyətində deyildir və iddiaçı tərəfin AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmiş sorğuya cavabdan görünür ki, ünvan 10 ünvanının dövlət reyestrində hüquqi qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddiaların Cavabdeh2 münasibətdə rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 MTK-nın nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, nümayəndəsi olduğu Fəxri MTK ilə Cavabdeh2 və digərləri arasında qanunvericiliyə uyğun olaraq müqavilələr tərtib edilmiş və Fəxri MTK müqavilə öhdəliklərini hal-hazırda tam şəkildə icra edir. Onlar müqavilə bağlayarkən Mənzil Kommunal İstismar Sahəsindən Forma-2 arayışı təqdim edilmişdir. Həmin arayışda iddiaçının adı olmamışdır. Notariat Ofisinin də həmin sistemə çıxışı olmuş və həmin sənəddə də iddiaçının adı qeyd edilməmişdir. Onda olan məlumata əsasən, iddiaçı 2005-ci ildən həmin evdə yaşamamışdır. Mənzil Kommunal İstismar Sahəsindən Forma-2 arayışını onlar təqdim etmişlər. Lakin Notariat Ofisinin də həmin sistemə çıxışı olmuş və həmin sənəddə də iddiaçının adı qeyd edilməmişdir. Məhkəmə prosesdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, İddiaçı, eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X15 iddiası rədd edilməlidir. Belə ki, iş materiallarında olan Az-İ seriyalı 285167 nömrəli Nikah haqqında Şəhadətnamənin surətindən görünür ki, X35 ilə X36 arasında xx.xx.2007-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 118 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada Şahbudaqova soyadı verilmişdir. İş materiallarında olan Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2023cü il tarixli Arayışdan görünür ki, İddiaçı 29 iyun 2005-ci il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2023-cü il tarixli Arayışlarından görünür ki, Cavabdeh2, X34, Cavabdeh6, Cavabdeh3 və X23 bakı şəhri, ünvan 11 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan 03 noyabr 2023-cü il tarixli Arayışın surətindən görünür ki, X46 ilə X11 arasında xx.xx.1985-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 828 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada Həbibova soyadı verilmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 254812 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X36 xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X14, anası X2r. İş materiallarında olan AZ-İİ seriyalı, 371141 nömrəli Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X21 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan AZ-İİ seriyalı, 388137 nömrəli Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X47 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan AZ-İİ seriyalı, 371143 nömrəli Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X25 xx.xx.2004-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan AZ-İ seriyalı 118784 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X47 ilə X26 arasında xx.xx.2004-cü il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 852 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada Həbibova soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri 32 saylı notariat ofisində Cavabdeh2 (ikinci tərəf) ilə Cavabdeh4 MTK (birinci tərəf) arasında bağlanmış xx.xx.2023-cü il tarixli 3M-1894 reyestr nömrəli müqaviləyə əsasən ikinci tərəf bu müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, 10 Xrebtovı küçəsi, ev 235 ünvanında yerləşən fərdi yaşayış evini sökülmək üçün Cavabdeh4 MTK-ya təhvil verməyi, bu müqavilə ilə şərtləşdirilmiş müddətdə və qaydada tikinti şirkəti tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binasında onun üçün nəzərdə tutulmuş yaşayış sahəsini qəbul etməyi öhdəsinə götürmüşdür. Tikinti şirkəti ünvan 1 ünvanında yerləşən ikinci tərəfin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə, Bakı şəhəri, Yasamal rayonu, X60 və Xıdır Mustafayev küçələrinin əhatəsində inşa ediləcək 1 bloklu 15 mərtəbəli yaşayış binasından 1-ci blok, 7-ci mərtəbə, 115 kv.m, təmirsiz 25 saylı mənzili ikinci tərəfə təmirsiz geri qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Yasamal Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 56 saylı MKİS-nin xx.xx.2023-cü il tarixli Arayışından görünür ki, Cavabdeh2 və X52 Bakı şəhəri, Yasamal rayonu, 10 Xrebtovı küçəsi, ev 235 ünvanında yerləşən 101 kv.m sahədən ibarət fərdi yaşayış evində qeydiyyatdadırlar. İş materiallarında olan X37 xx.xx.2023-cü il tarixli, reyestrdə 8İ-9525 nömrə ilə qeyd edilmiş ərizəsindən görünür ki, qeydiyyatda olduğu Cavabdeh2 adına olan Bakı şəhəri, 10-cu Xrebtovı küçəsi, ev 235 ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh4 MTK tərəfindən sökülməsinə və yerində yeni çoxmərtəbəli yaşayış binasının tikilməsinə etiraz etməmişdir. İş materiallarında olan Bakı şəhəri 32 saylı notariat ofisində Cavabdeh3 (ikinci tərəf) ilə Cavabdeh4 MTK (birinci tərəf) arasında bağlanmış xx.xx.2023-cü il tarixli 3M-2235 reyestr nömrəli müqaviləyə əsasən ikinci tərəf bu müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, 10 Xrebtovı küçəsi, ev 235 ünvanında yerləşən fərdi yaşayış evini sökülmək üçün Cavabdeh4 MTK-ya təhvil verməyi, bu müqavilə ilə şərtləşdirilmiş müddətdə və qaydada tikinti şirkəti tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binasında onun üçün nəzərdə tutulmuş yaşayış sahəsini qəbul etməyi öhdəsinə götürmüşdür. Tikinti şirkəti ünvan 1 ünvanında yerləşən ikinci tərəfin istifadəsində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə, Bakı şəhəri, Yasamal rayonu, X60 və Xıdır Mustafayev küçələrinin əhatəsində inşa ediləcək 1 bloklu 15 mərtəbəli yaşayış binasından 1-ci blok, 3-ci mərtəbə, 105 kv.m, təmirsiz 2 saylı mənzili ikinci tərəfə təmirsiz geri qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan AZ-İ seriyalı 637169 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 ilə X27 arasında xx.xx.2011-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 69 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada Həbibova soyadı verilmişdir. İş materiallarında olan X18 xx.xx.2023-cü il tarixli, reyestrdə 8İ-8246 nömrə ilə qeyd edilmiş ərizəsindən görünür ki, Bakı şəhəri, 10-cu Xrebtovı küçəsi, ev 235 ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh4 MTK tərəfindən sökülməsinə və yerində yeni çoxmərtəbəli yaşayış binasının tikilməsinə etiraz etməmişdir. İş materiallarında olan Yasamal Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 56 saylı MKİS-nin xx.xx.2023-cü il tarixli Arayışından görünür ki, Cavabdeh3 Bakı şəhəri, Yasamal rayonu, 10 Xrebtovı küçəsi, ev 235 ünvanında yerləşən fərdi yaşayış evində (özbaşına tikilidə) qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, 10 Xrebtovı küçəsi, ev 235 ünvanının dövlət reyestrində hüquqi qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. İdarənin arxivində Bakı şəhəri, Yasamal rayonu, 10 Xrebtovı, 235 saylı fərdi yaşayış evinə aid X10 adına 1962-ci il tarixdə hazırlanmış texniki pasport mövcuddur. İş materiallarında olan Bakı şəhəri 32 saylı notariat ofisində Cavabdeh8 (ikinci tərəf) ilə Cavabdeh4 MTK (birinci tərəf) arasında bağlanmış xx.xx.2023-cü il tarixli 3M-2055 reyestr nömrəli müqaviləyə əsasən ikinci tərəf bu müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, 10 Xrebtovı küçəsi, ev 235 ünvanında yerləşən fərdi yaşayış evini sökülmək üçün Cavabdeh4 MTK-ya təhvil verməyi, bu müqavilə ilə şərtləşdirilmiş müddətdə və qaydada tikinti şirkəti tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binasında onun üçün nəzərdə tutulmuş yaşayış sahəsini qəbul etməyi öhdəsinə götürmüşdür. Tikinti şirkəti ünvan 1 ünvanında yerləşən ikinci tərəfin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə, Bakı şəhəri, Yasamal rayonu, X60 və Xıdır Mustafayev küçələrinin əhatəsində inşa ediləcək 1 bloklu 15 mərtəbəli yaşayış binasından 1-ci blok, 6-cı mərtəbə, 115 kv.m, təmirli 19 saylı mənzili ikinci tərəfə təmirli geri qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Yasamal Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 56 saylı MKİS-nin xx.xx.2023-cü il tarixli Arayışından görünür ki, Cavabdeh8 və anası X42, qardaşı X12, qardaşı oğlanları X57, X13 Bakı şəhəri, Yasamal rayonu, 10 Xrebtovı küçəsi, ev 235 ünvanında yerləşən fərdi yaşayış evində (80 kv.m) qeydiyyatdadırlar. İş materiallarında olan AZ-İİ seriyalı 270450 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh8 ilə X19 arasında xx.xx.2018-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1527 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada Salayeva soyadı verilmişdir. İş materiallarında olan X7, X9, X3, X4 xx.xx.2023-cü il tarixli ərizələrindən görünür ki, qeydiyyatda olduqları Cavabdeh8 adına olan Bakı şəhəri, 10-cu Xrebtovı küçəsi, ev 235 ünvanında yerləşən 80 kv.m sahəsi olan fərdi yaşayış evinin Cavabdeh4 MTK tərəfindən sökülməsinə və yerində yeni çoxmərtəbəli yaşayış binasının tikilməsinə etiraz etməmişlər. İş materiallarında olan Bakı şəhəri 32 saylı notariat ofisində Cavabdeh5 (ikinci tərəf) ilə Cavabdeh4 MTK (birinci tərəf) arasında bağlanmış xx.xx.2023-cü il tarixli 3M-1885 reyestr nömrəli müqaviləyə əsasən ikinci tərəf bu müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, 10 Xrebtovı küçəsi, ev 235 ünvanında yerləşən fərdi yaşayış evini sökülmək üçün Cavabdeh4 MTK-ya təhvil verməyi, bu müqavilə ilə şərtləşdirilmiş müddətdə və qaydada tikinti şirkəti tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binasında onun üçün nəzərdə tutulmuş yaşayış sahəsini qəbul etməyi öhdəsinə götürmüşdür. Tikinti şirkəti ünvan 1 ünvanında yerləşən ikinci tərəfin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə, Bakı şəhəri, Yasamal rayonu, X60 və Xıdır Mustafayev küçələrinin əhatəsində inşa ediləcək 1 bloklu 15 mərtəbəli yaşayış binasından 1-ci blok, 4-cü mərtəbə, 105 kv.m, təmirli 8 saylı və 1-ci blok, 3-cü mərtəbə, 78 kv.m, təmirli 5 saylı mənzilləri ikinci tərəfə təmirli geri qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan X69 Ağaqızının, X5 xx.xx.2023-cü il tarixli ərizələrindən görünür ki, qeydiyyatda olduqları Cavabdeh5 adına olan Bakı şəhəri, 10-cu Xrebtovı küçəsi, ev 235 ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh4 MTK tərəfindən sökülməsinə və yerində yeni çoxmərtəbəli yaşayış binasının tikilməsinə etiraz etməmişlər. İş materiallarında olan Bakı şəhəri 32 saylı notariat ofisində Cavabdeh6 (ikinci tərəf) ilə Cavabdeh4 MTK (birinci tərəf) arasında bağlanmış xx.xx.2023-cü il tarixli 3M-1859 reyestr nömrəli müqaviləyə əsasən birinci tərəf Bakı şəhəri, Yasamal rayonu, 10 Xrebtovı küçəsi, ev 235 ünvanında yerləşən fərdi yaşayış evininin sökülməsi müqabilində 100000 manat məbləğində kompensasiya ödəməyi, ikinci tərəf isə birinci tərəfə qarşı heç bir iddia, maddi və mənəvi tələbinin olmamasını bəyan etmişdir. İş materiallarında olan Yasamal Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 56 saylı MKİS-nin xx.xx.2023-cü il tarixli Arayışından görünür ki, Cavabdeh6 və X48 Bakı şəhəri, Yasamal rayonu, 10 Xrebtovı küçəsi, ev 235 ünvanında yerləşən ibarət fərdi yaşayış evində (42 kv.m) qeydiyyatdadırlar. İş materiallarında olan X28 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, qeydiyyatda olduğu Cavabdeh6 adına olan Bakı şəhəri, 10-cu Xrebtovı küçəsi, ev 235 ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh4 MTK tərəfindən sökülməsinə və yerində yeni çoxmərtəbəli yaşayış binasının tikilməsinə etiraz etməmişdir. İş materiallarında olan Bakı şəhəri 32 saylı notariat ofisində Cavabdeh7 (ikinci tərəf) ilə Cavabdeh4 MTK (birinci tərəf) arasında bağlanmış xx.xx.2023-cü il tarixli 3M-1887 reyestr nömrəli müqaviləyə əsasən ikinci tərəf bu müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, 10 Xrebtovı küçəsi, ev 235 ünvanında yerləşən fərdi yaşayış evini sökülmək üçün Cavabdeh4 MTK-ya təhvil verməyi, bu müqavilə ilə şərtləşdirilmiş müddətdə və qaydada tikinti şirkəti tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binasında onun üçün nəzərdə tutulmuş yaşayış sahəsini qəbul etməyi öhdəsinə götürmüşdür. Tikinti şirkəti ünvan 1 ünvanında yerləşən ikinci tərəfin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə, Bakı şəhəri, Yasamal rayonu, X60 və Xıdır Mustafayev küçələrinin əhatəsində inşa ediləcək 1 bloklu 15 mərtəbəli yaşayış binasından 1-ci blok, 3-cü mərtəbə, 115 kv.m, təmirli 1 saylı mənzili ikinci tərəfə təmirli geri qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Yasamal Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 56 saylı MKİS-nin xx.xx.2023-cü il tarixli Arayışından görünür ki, Cavabdeh7 Bakı şəhəri, Yasamal rayonu, 10 Xrebtovı küçəsi, ev 235 ünvanında yerləşən fərdi yaşayış evində (89,13 kv.m) qeydiyyatdadır. İş materiallarında olan AZ-İİ seriyalı 270450 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh7 ilə X29 arasında xx.xx.2008-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 417 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada Həbibova soyadı verilmişdir. İş materiallarında olan X20 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, əri Cavabdeh7 adına olan Bakı şəhəri, 10-cu Xrebtovı küçəsi, ev 235 ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh4 MTK tərəfindən sökülməsinə və yerində yeni çoxmərtəbəli yaşayış binasının tikilməsinə etiraz etməmişdir. İş materiallarında olan Yasamal Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi sökülmüş, həmin ünvanda yeni bina inşa olunmuş, yaşayış yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh4 MTK Bakı şəhəri, Yasamal rayonu, X60 və Xıdır Mustafayev küçələrinin əhatəsində 1 bloklu 15 mərtəbəli yaşayış binasının inşa etmək üçün hazırda həm İddiaçı iddiası üzrə, həm də mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X15 iddiası üzrə cavabdehlər kimi qeyd edilmiş Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evlərinin sökülməsi, fərdi yaşayış evinin sökülməsinə görə kompensasiya ödənilməsi və s. ilə bağlı cavabdehlərlə hazırda iddia tələblərində etibarsız hesab edilməsi xahiş olunan müqavilələri bağlamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edlən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Qanunvericiliyin mənasına görə əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Belə ki, iş materialarında olan sənədlərdən, iddiaçının iddia ərizəsindən də aydın olur ki, iddiaçının və mübahisə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin tələbdə nəzərdə tutulmuş müqavilələrin etibarsız hesab edilməsi tələbini irəli sürməsinə səbəb müqavilənin etibarsızlığına səbəb olan qanunvericilikdə nəzərdə tutulan yuxarıdakı əsaslar deyildir. İddiaçı və mübahisə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs sözügedən müqavilələrin etibarsız hesab edilməsi əsası kimi həmin müqavilə bağlanan zaman onların ünvan 1 ünvanda qeydiyyatda olmalarına baxmayaraq onların razılığının alınmamasına istinad etmişlər. Tərəflərin tələblərinin əsası kimi istinad etdikləri bu dəlilə münasibət bildirərək məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı və onun anası mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X34 formal olaraq həmin ünvanda qeydiyyatda olmuşlar, həmin ünvanda yaşamırlar və həmin ünvandakı fərdi yaşayış evindən istifadə etmirlər. İddiaçı ailə həyatı qurduqdan sonra başqa ünvana köçmüşdür. Həmin şəxslərin həmin ünvanda qeydiyyatda olmaları və daşınmaz əmlakın satılması zamanı onların razılığının alınmaması mülkiyyətçilərin öz mülkiyyətlərində olan daşınmaz əmlakı satmalarına maneə deyildir. Odur ki, Bakı şəhəri 32 saylı notariat ofisində Cavabdeh5 ilə Cavabdeh4 MTK-nın nümayəndəsi X16 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 3M-1885 reyestr nömrəli müqavilə, Bakı şəhəri 32 saylı notariat ofisində Cavabdeh6 ilə Cavabdeh4 MTK-nın nümayəndəsi X16 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 3M-1859 reyestr nömrəli müqavilə, Bakı şəhəri 32 saylı notariat ofisində Cavabdeh8 ilə Cavabdeh4 MTK-nın nümayəndəsi X16 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 3M-2055 reyestr nömrəli müqavilə, Bakı şəhəri 32 saylı notariat ofisində Cavabdeh7 Ələsgər oğlu ilə Cavabdeh4 MTKnın nümayəndəsi X16 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 3M-1887 reyestr nömrəli müqavilə, Bakı şəhəri 32 saylı notariat ofisində Cavabdeh2 ilə Cavabdeh4 MTK-nın nümayəndəsi X16 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 3M-1894 reyestr nömrəli müqavilə, Bakı şəhəri 32 saylı notariat ofisində Cavabdeh3 ilə Cavabdeh4 MTK-nın nümayəndəsi X16 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 3M-2235 reyestr nömrəli müqavilələr Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalara əməl edilməklə bağlanmış, müqavilənin etibarsız hesab edilməsi üçün iş üzrə qanuni əsaslar mövcud deyildir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh4 MTK-ya və Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinə qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi” və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X15 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh4 MTK-ya, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinə qarşı (Bakı şəhəri 32 saylı Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddiaçının iddiası və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası rədd edilməli olduğundan hazırkı iddiaların qaldırılması ilə əlaqədar iddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən şəxs tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumları onlara aid olunmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh4 MTK-ya və Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinə qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi” və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X15 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh4 MTK-ya, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinə qarşı (Bakı şəhəri 32 saylı Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. İş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs X34 tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu müstəqil tələb irəli sürən üçüncü şəxs X22 aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-936/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-936/2024
11.06.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver