Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-944/2023 09.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Axundov Toğrul Bəhruz oğlunun sədrliyi ilə İddiaçı cavabdeh Yelobank ASC-yə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Yelobank ASC-yə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Nikoil İKB ASC ilə onun arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 4-M-1-0-1045-144 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Belə ki, iddiaçı Nikoil İKB ASC ilə onun arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 4-M-1-0-1045-144 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bildirmişdir ki, kredit müqaviləsi bağlanarkən ona məxsus qeyri-yaşayış binasının ipoteka ilə yüklü edilməsinə razılığı olmamışdır. Lakin iddiaçı iddia ərizəsində həmçinin qeyd etmişdir ki, iddiaçı Yelo Bank ASC ona və X2 qarşı "borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1785/2020 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehlər İddiaçı və X1 353.31 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) əsas borc və məhkəmə xərcinə görə 10.5 manat pul iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın kreditin təminatı kimi cavabdeh İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən 10.7 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi, binanın likvid qiymətinin 51.000 manat müəyyən edilməsi, həmin qeyriyaşayış binasının açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına 353.31 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) əsas borc və məhkəmə xərcinə görə 10.5 manat pul iddiaçı "xxxx" ASC-yə ödənilməsi, ipoteka predmetinin satışından götürülən məbləğin ipoteka saxlayanın tələblərindən artıq hissəsi cavabdeh İddiaçı qaytarılması, ipoteka predmetinin açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ünvan 2 ünvanında yerləşən. 10.7 kv.m ümumi sahədən ibarət qeyri- yaşayış binası boşaldılması qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-879/2022 saylı. 17.05,2022-ci il tarixli qətnaməsi ilə (hakimlər İ..M.Məmmədova (sədrlik edən və məruzəçi). T.O.Quliyev və G.F.Tağızadə) apellyasiya şikayəti qismən təmin edilərək. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1785/2021 nömrəli. 13 dekabr 2021-ei il tarixli qətnaməsi qismən, iddia tələbinin faiz, cərimə, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış borca dair iddianın təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan cəmi 290 (145+145) manat məbləğində pul vəsaitinin iddiaçı "xxxx" ASC-dən tutularaq dövlət xəzinadarlığı agentliyinin Kodu 210005. VÖEN **********, Müxbir hesabı AZ41NABZO**********0********. Sl-'İFT BİK CTREAZ22. Ekspertiza Mərkəzi, VÖFN **********. Hesab AZ34CTRE******************** hesabına köçürülməsi hissəsində ləğv edilərək iddia tələbi həmin hissədə qismən təmin edilmiş cavabdehlər İddiaçı və X1 faiz borcuna görə 4492.41 ABŞ dolları, cərimə borcuna görə 100 ABŞ dolları, müqavilə müddəti bitəndən sonra (xx.xx.2018-ci ildən- 20.11,2020-ci il tarixədək) gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla 367.3 manat faiz borcu (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) tutularaq iddiaçıCavabdeh ASC-nə ödənilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan cəmi 290 (145+145) manat məbləğində pulun 145 (yüz qırx beş) manatı iddiaçı "xxxx" ASC-dən, 145 (yüz qırx beş) manatı cavabdehlərdən tutularaq dövlət xəzinadarlığı agentliyinin Kodu 210005. VÖEN **********, Müxbir hesabı AZ41NABZO**********0********. SFİFT BİK Cİ RİAZ22. Məhkəmə Ekspertiza Mərkəzi. VÖEN **********. Hesab AZ34CTRE00000Ö0000********** hesabına köçürülməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2( 102)-4866/2022 saylı. xx.xx.2022-ci il tarixli qərarı ilə (hakimlər İ.R.Xələfov (məruzəçi). Ə.Ə.Əliyev və İ.K.Xəlilov) kassasiya şikayəti təmin edilməmiş. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-879/2022 nömrəli. 17 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qətnamələrdə ipoteka müqaviləsinin etibarlılığı mübahisə edilməmiş, həmçinin Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 1785/2020 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracda satılması hissəsində dəyişdirilmədən saqxlanılmışdır. Məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc iddiaçı ilə cavabdeh arasında bağlanılmış ipoteka müqaviləsi üzrə ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qanuni qüvvəyə minmiş qətnamə ilə həll olunmuş mübahisələr üzrə ikinci dəfə məhkəmədə eyni iddianın qaldırılması ona mahiyyəti üzrə baxılması, həmçinin həmin işlər üzrə qəbul edilmiş qətnamədən verilmiş şikayətlərin mahiyyəti üzrə yoxlanılması yolverilməzdir. Ona görə ki, bu hal qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyini və işlərə baxılmasının səmərəliliyini şübhə altına qoyur. Eyni zamanda bu qayda artıq həll olunmuş mübahisənin yenidən ayrı icraatda mübahisələndirilməsinə yol açmaqla şəxslərin ədalət mühakiməsinin mötəbərliyinə olan inamını pozur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında qeyd edilir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1785/2020 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ipoteka müqaviləsinin etibarlı olması müəyyən edilmiş və Sumqayıt Apllyasiya Məhkəməsinin qətnaməsi və AR Ali Məhkəməsinin qərarı ilə qətnamə o hissədə dəyişdirilmədən saxlanılmışdır. Müqavilə öhdəliklərinin icrası tələbləri üzrə iddialara baxıldığı halda, ayrıca icraatda həmin müqavilələrin etibarsızlığı tələblərinə baxılmasının mümkünlüyünə dair qanunvericiliyin tətbiqi üzrə mübahisəli hüquqi məsələnin müzakirəyə çıxarılmasına dair Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli məlumatında qeyd olunur ki, hazırkı işə baxan məhkəmə tərkibinin isə hüquqi mövqeyi ondan ibarətdir ki, kredit müqavilələri üzrə verilmiş borcun tutulmasına dair iddia ərizələri məhkəmənin icraatına qəbul edildikdən və yaxud həmin iddialar üzrə məhkəmə qətnaməsi qəbul edildikdən sonra ayrıca icraatda kredit müqaviləsinin etibarsızlığına dair iddia ərizələrinin icraata qəbul edilməsi və həmin işlərə mahiyyəti üzrə baxılması hüquqi müəyyənlik prinsipinin xüsusiyyətlərinə uyğun deyildir. Belə ki, hüquqi müəyyənlik prinsipinin kriteriləri digər məsələlərlə yanaşı həmçinin, onu nəzərdə tutur ki, qanuni qüvvəyə minmiş qətnamə ilə həll olunmuş mübahisələr üzrə ikinci dəfə məhkəmədə eyni iddianın qaldırılması ona mahiyyəti üzrə baxılması, həmçinin həmin işlər üzrə qəbul edilmiş qətnamədən verilmiş şikayətlərin mahiyyəti üzrə yoxlanılması yolverilməzdir. Ona görə ki, bu hal qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyini və işlərə baxılmasının səmərəliliyini şübhə altına qoyur. Eyni zamanda bu qayda artıq həll olunmuş mübahisənin yenidən ayrı icraatda mübahisələndirilməsinə yol açmaqla şəxslərin ədalət mühakiməsinin mötəbərliyinə olan inamını pozur. Nəzərə alınmalıdır ki, kredit borcunun tutulması tələbinə dair işə baxan məhkəmə mübahisəni mahiyyəti üzrə həll edərkən iddianın əsaslı olub-olmadığını müəyyən etmək üçün ilk növbədə bu tələbin əsasını təşkil edən etibarlı borc müqaviləsinin bağlanıb-bağlanmadığını müəyyən etmək vəzifəsi daşıyır və həmin vəzifəni yerinə yetirməklə tələbin qanuni və əsaslı olmasına hüquqi qiymət verir. Ona görə də bu mübahisəyə baxılan vaxt və yaxud baxıldıqdan sonra ayrıca icraatda kredit müqaviləsinin etibarsızlığına dair ayrıca iddia tələbinin irəli sürülməsi və həmin tələblərə mahiyyəti üzrə baxılması prosessual qanunvericiliyin normaları baxımdan mümkün deyildir. Bununla yanaşı qeyd edilməlidir ki, tərəflər arasında “kredit müqaviləsi üzrə borcun ödənilməsi” və s. bu kimi müqavilələrdən irəli gələn öhdəliyin icra edilməsi ilə bağlı tələblər üzrə işlərdə müqavilənin etibarsızlığı iddia predmetinə daxil olduğundan, qarşı tərəfin əlavə olaraq müqavilənin etibarsızlığı barədə iddia ərizəsi ilə ayrıca icraatda məhkəməyə müraciət etməsini öhdəliyin icrasından yayınmağa, vaxt qazanmağa, süründürməçiliyə yönələn prosessual hərəkətlər kimi qiymətləndirmək olar. Göstərilənlərə əsasən hazırda işə baxan məhkəmə kollegiyası hesab edir ki, kredit borcunun tutulmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğu halda, həmin borcun tutulmasına əsas olan kredit müqaviləsinin etibarsız sayılmasına dair iddia tələbinə dair apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv etməli və iş üzrə icraata xitam verməlidir (MPM-nin 261.0.2 və 417.1.5-ci maddələri). Bundan başqa nəzərə alınmalıdır ki, eyni hüquqi yanaşma kredit borcunun borcludan, eyni zamanda zaminlərdən tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair işlərə baxıldığı halda, bundan sonra ayrıca icraatda verilən iddialar üzrə ipoteka və zaminlik müqaviləsinin etibarsızlığına dair işlərdə də tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizə məhkəmə qaydasında baxılmalı deyilsə, hakim ərizəni qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən qeyd edir ki, iddia ərizəsinə iddia icraatı qaydasında baxılmalı olmadığından icraata qəbul edilməkdən imtina edilməlidir. Məhkəmə həmçinin MPM-in 114-cü maddəsinə sasən hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. MPM-in 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh Yelobank ASC-yə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. xx.xx.2022-ci il tarixli (GPP qəbz nömrəsi:**********) qəbzi üzrə dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat məbləğində pul Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-944/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-944/2023
09.01.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver