Məhkəmə qərarları › İş №2(004)-946/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-946/2021

07.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-946/2021 07.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Salamova Azadə Telman qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “xxxx MTK”-a qarşı “xxxx” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx MTK”-a qarşı “xxxx” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh xxxx MTK-dan 30.000 (otuz min) manat məbləğində xxxxun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 08.04.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə verdiyi izahatında bildirmişdir ki, İddiaçı 2020-ci il tarixdə “xxxx” MMC ilə ev alqı-satqısı üçün müqavilə bağlamışdır. Sonradan “xxxx” şirkəti öz vəzifələrini yerinə yetirmədiyi üçün Çingiz 30000 manatın ödənilməsi üçün iddia tələbi irəli sürmüşdür. 2014-cü il tarixdə iddia tələbi təmin edilmişdir. Lakin şirkətdə müəyyən problemlər yarandığı üçün qətnamə icra olunmamışdır. Onlar müəyyən ediblər ki, müqavilə bağlanan zaman “xxxx” şirkəti ilə “xxxx”xxxx“xxxx MTK”xxxx“xxxx MTK”-nın torpağında sakinlərdən toplanmış vəsait hesabına “Oimpus-Az” şirkəti tərəfindən tikilmişdir. Məhkəmədən iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, cavabdeh “xxxx” MTK-dan 30000 (otuz min) manat məbləğində xxxx tələb etməsinin əsasını cavabdehin əsassız varlanması təşkil edir. 08.04.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə məhkəməyə verdiyi izahatında bildirmişdir ki, binanı “xxxx” tikməyib. Binanı tikən onlardır. Qarşı tərəf xxxxu “xxxx” şirkətindən istəməlidir. Belə bir müqavilə olub ki, onlar torpağı və paket sənədləri verirlər, bunun əvəzində “xxxx” tərəfindən 5 girişli bina tikilir. Lakin bir dənə belə olsun mənzil tikilməyib. Yalnız qeyri-yaşayış hissəsinin 2 mərtəbəsi tikilib. Onların öhdəliyi yoxdur ki, “xxxx” şirkətinin öhdəliklərinə görə cavabdeh olsunlar. Əlavə olaraq qeyd etmişdir ki, həmin müqavilə səlahiyyətsiz şəxs tərəfindən imzalanıb. Onun imzalamaq səlahiyyəti olmayıb. Bu müqavilə onlar tərəfindən imzalanmayıb, möhürləri də yoxdur. Məhkəmədən ididia tələbinin rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan 10 yanvar 2008-ci il tarixli mənzil tikintisi haqqında müqavilənin surətinə əsasən müəyyən olunur ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanılmış müqavilə üzrə cəmiyyət inşa ediləcək binanın 01-ci giriş, 14-cü mərtəbə, 1281 saylı, 1 otaqlı, ümumi sahəsi 58 kv metr olan mənzili İddiaçı (payçıya) verməyi öhdəsinə götürür, payçı isə müqavilə bağlanan gün razılaşdırılmış məbləği tam şəkildə ödəyir. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 2(004)-2552/2014 saylı qətnaməsinə əsasən müəyyən olunur ki, qeyd edilən mülki iş üzrə İddiaçı ilə cavabdeh “xxxx MMC arasında 10 yanvar 2008-ci il tarixdə bağlanılmış mənzil tikintisi haqqında müqavilə üzrə ödənilmiş 30.000 (otuz min) manat məbləğində xxxx cavabdeh “Olimpus- Az” MMC-dən tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 31 mart 2021-ci il tarixli sorğuya cavab məktubuna əsasən müəyyən olunur ki, Cavabdeh MMC (ləğv olunub) (VÖEN **********) 14.02.2020-ci il tarixdə ləğv olunaraq “xxxx” Mənzil-Tikinti Koorperativinə (VÖEN**********) qoşulmuş və “xxxx” MTK Cavabdeh MMC-nin hüquqi varisidir. Məhkəmə iddia ərizəsi üzrə işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə təqdim olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində 30.000 manat məbləğində xxxxun xxxx MTK-dan tutularaq ona ödənilməsi haqında qətnamə qəbul edilməsini xahiş etsə də, cavabdehin əsassız varlanması hallarını məhkəmədə sübut edə bilməmişdir. Həmçinin iddiaçı öhdəliyin əsassını təşkil edən müqaviləni Olimpus şirkəti ilə bağlamış və müqavilə öhdəliyi yerinə yetirilmədiyi üçün Yasama Rayon Məhkməsinə dəymiş ziyanla bağlı müraciət etmiş və iddiası qismən təmin edilmiş və icraya yönəlmişdir. Məhkəmə hesab edir ki cavabdeh xxxx MTK-nın əsassız varlanmasna dair hallar iş materialları ilə müəyyən edilmir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, xxxx ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin maddənin 2-ci bəndinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi varisi “xxxx” MTK-dan 30.000 (otuz min) manat məbləğində xxxxun alınıb İddiaçı ödənilməsi barədə iddiaçı İddiaçı iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar