Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-948/2022 10.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK-nın nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə2 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh MTK-ya qarşı ümumi yığıncağın qərarından (protokoldan) çıxarışın verilməsi barədə ilkin iddia tələbinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MKT-nın qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı sahənin qanunsuz sahibliyindən geri qaytarılması barədə qarşılıqlı iddia tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh MTK-ya qarşı ümumi yığıncağın qərarından (protokoldan) çıxarışın verilməsi barədə ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilmiş yaşayış binasının 4-5-ci giriş, 2-ci mərtəbəsində yerləşən 817 kv.metr qeyri-yaşayış sahəsinin mülkiyyət hüququnu təsdiq edən sənədin alınması üçün MTK-nın ümumi yığıncağının qərarından (protokolundan) çıxarışın və digər zəruri sənədlərin verilməsi öhdəliyinin Cavabdeh MTK-ya həvalə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum X2 ünvan 2 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilmiş yaşayış binasının 4-5-ci giriş, 2-ci mərtəbəsində yerləşən 817 kv.metr qeyri-yaşayış sahəsini payçı kimi 18 oktyabr 2017-ci il tarixli müqavilə əsasında almışdır. X2 817 kv.metr qeyri- yaşayış sahəsinin pay dəyərini payçı kimi tam ödəmiş və Cavabdeh MTK-ya borcunun olmaması barədə maliyyə arayışını almışdır. Qeyd edir ki, qeyri-yaşayış sahəsi tərəflərindən əsaslı təmir olunduqdan sonra təyinatına uyğun istifadə olunur. X4 vəfat etdikdən sonra Bakı şəhəri 46 saylı notariat ofisində vərəsəlik işi açılmış ünvan 2 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilmiş yaşayış binasının 4-5-ci giriş, 2-ci mərtəbəsində yerləşən 817 kv.metr qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinə 31 iyul 2021-ci il tarixli X/929 saylı məktubla müraciət olunmuşdur. O, qanunu istifadəsində olan 817 kv.metr qeyri-yaşayış sahəsinin mülkiyyət hüququnu təsdiq edən sənədin alınması üçün MTK-nın ümumi yığıncağının qərarından (protokolundan) çıxarışın və digər zəruri sənədlərin verilməsinə köməklik göstərilməsi ilə bağlı MTK-ya rəsmi müraciət etdim. Lakin MTK tərəfindən 15 dekabr 2021-ci il tarixli 19 saylı məktubla bildirdilər ki, guya mən 817 kv.metr sahədən əlavə MTK-ya məxsus 50 kv.metr sahəni də qanunsuz zəbt etmişdir. Hesab edir ki, cavabdehin imtinası tamamilə qanunsuz və əsassızdır. Belə ki, mərhum anası X1 ünvanda yerləşən həmin qeyri-yaşayış sahəsini kooperativin payçıları olmuş X5 və X10 almışdır. Bu barədə onların həyat yoldaşlarının razılıq ərizələri də vardır. Onlar sözügedən sahəni həmin şəxslərdən alarkən MTK tərəfindən müvafiq rəsmiləşdirmə aparılmış, yəni X4 ilə Cavabdeh MTK arasında qeyri-yaşayış sahəsi haqqında xx.xx.2017-ci il tarixli müqavilə bağlanmış və qeyri-yaşayış sahəsi satıcılar və MTK tərəfindən onlara təhvil verilmişdir. Həmin vaxtı qeyri-yaşayış sahəsini digər sahələrdən ayıran ortaq divarlar mövcud idi. Onu da qeyd edir ki, həmin sahə təmir olunan zaman dəfələrlə tərəflərindən ölçülmüş və onun faktiki istifadəsində olan sahədə hər hansı artıq sahənin olduğu müəyyən olunmamışdır. MTK-nın bu cavabından sonra o özündə əmin olmaq üçün qanuni istifadəsində olan qeyri-yaşayış sahəsi mütəxəssislər tərəfindən yenidən ölçdürmüş və məlum olmuşdur ki, sahənin faktiki ölçüsü 806,57 kv.metr təşkil edir ki, bu müqavilədə göstərilən ölçüdən 10,43 kv.metr azdır. Hesab edir ki, bu Cavabdeh MTK tərəfindən onlara qarşı bötandır və əlavə pulun alınması üçün edilən hərəkətdir. Ona məxsus qeyri-yaşayış sahəsinin qeydə alınmaması onun bir çox hüquqlarının məhdudlaşmasına səbəb olmuşdur. Ona görə də hesab edir ki, ünvan 2 ünvanında yerləşən yaşayış binasının 4-5-ci giriş, 2-ci mərtəbəsində yerləşən 817 kv.metr qeyri- yaşayış sahəsinin mülkiyyət hüququnu təsdiq edən sənədin alınması üçün MTK-nın ümumi yığıncağının qərarından çıxarışın, balans arayışının (maliyyə arayışının) və digər zəruri sənədlərin verilməsi öhdəliyi Cavabdeh MTK-ya həvalə edilməlidir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanunun 8.0.6-cı maddəsinin tələbinə görə mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi cavabdeh yuxarıda qeyd olunan maddədə sadalanan sənədləri ona verməməsi səbəbindən qanuni istifadəsində olan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarını Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə aldıra bilmir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MKT qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı sahənin qanunsuz sahibliyindən geri qaytarılması barədə qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, İddiaçı (iddiaçının) qanunsuz sahibliyində olan 50 kv.metr sahənin Cavabdeh MTK-ya geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, MM-nin 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İddiaçı, X16 və X5 xx.xx.2017-ci il tarixli müqavilə əsasında aldığı və istifadə etdiyi iddianın predmeti olan 817 kv.metr qeyri-yaşayış sahədən əlavə olaraq Cavabdeh MTK-nin (özgəsinin) mülkiyyətində olan 50 kv.metr sahəyədə qanunsuz sahiblik edərək ümummilikdə 867 kv.metr sahədən istifadə edir. İstinad edilən bu fakt Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma Bakı idarəsində 18/04-268 saylı xx.xx.2005 tarixli lahiyəsin razılaşdırılması ilə təstiq olunur. İddiaçı iddia ərizəsində istifadə etdiyi qeyri-yaşayış sahəsinin 817 kv.metr yox, faktiki 806,57 kv.metr olmasını göstərmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1 məhkəməyə qarşılıqlı iddia tələbinə etiraz ünvanlayaraq, etirazını onunla əsaslandırmışdır ki, ilkin İddiaçı anası mərhum X1 ünvanda yerləşən həmin qeyri-yaşayış sahəsini kooperativin payçıları olmuş X5 və X10 almışdır. Qeyriyaşayış sahəsinin satılması ilə bağlı iş materiallarında onların həyat yoldaşlarının razılıq ərizələri də mövcuddur. Sözügedən qeyriyaşayış sahəsi həmin şəxslərdən alınarkən MTK tərəfindən müvafiq rəsmiləşdirmə aparılmış, yəni X4 ilə Cavabdeh MTK arasında qeyriyaşayış sahəsi haqqında xx.xx.2017-ci il tarixli müqavilə bağlanmış və qeyri-yaşayış sahəsi satıcılar və MTK tərəfindən ona təhvil verilmişdir. Həmin vaxtı qeyri-yaşayış sahəsini digər sahələrdən ayıran ortaq divarlar mövcud olmuşdur. Onu da qeyd edir ki, həmin sahə təmir olunan zaman dəfələrlə iddaçı tərəfindən ölçülmüş və orada hər hansı artıq sahənin olduğu müəyyən olunmamışdır. Hətta bu ölçü işləri ayrı-ayrı mütəxəsisslər tərəfindən aparılmışdır. Məhkəmənin diqqətinə çatdırır ki, Azərbaycan Respublikasının MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd erməyi zəruri hesab edir ki, ümumiyyətlə Cavabdeh MTK-a ilə İddiaçı mərhum X2 arasında hər hansı qeyr-yaşayış sahəsinin alqı-satqısı olmamışdır. Sadəcə Cavabdeh MTK-a yuxarıda adları qeyd olunan kooperativin payçıların adlarına olmuş 817 kv.metr qeyri-yaşayış sahəsinə aid müqavilələrin və maliyyə arayışlarının addan ada keçirilməsini rəsmiləşdirmişdir. Yuxarıda qeyd olunanlara əsasən hesab edirik ki, qarşılıqlı iddiaçı Cavabdeh MTK-nın subyektiv hüququnun olmaması səbəbindən onun tərəfindən ilkin iddia üzrə İddiaçı qarşı verilmiş iddia qanunsuz və əsassızdır. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1 ilkin iddia tələbini müdafiə edərək təmin edilməsini, qarşılıqlı iddiaya etiraz təqdim edrək həmin tələbin tam əsassız və absurd olmasını göstərərək, eləcə də cavabdehin iddiaçıya qarşı belə bir iddia qaldırmaqda subyektiv hüququnun olmamasını bildirərək rədd olunmasını xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK-nın nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə2 ilk iddianı qəbul etməyərək, qarşılıqlı iddianı isə müdafiə edərək qarşılıqlı iddia ərizəsinin məzmununa uygun izahat verdi və məhkəmədən ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilk iddia təmin, qarşılıqlı iddia isə rədd olunmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, X14 və X11 Cavabdeh MKT-ya ünvanladığı xx.xx.2017-ci il tarixli notarial qaydada ərizəyə əsasən adı çəkilən şəxslər ünvan 3 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilmiş yaşayış binasının 2-ci mərtəbəsində yerləşən hər biri 270 kv.m sahədən 70 kv.m sahəsini özlərində saxlamaqla, qalan 400 (200+200) kv.m sahəsinin X3 adına keçirilməsinə etiraz etmədiklərini bildirmişlər. Daha sonra elə həmin tarixdə satıcı Cavabdeh MTK ilə payçı X6 arasında qeyri-yaşayış sahəsi haqqında müqavilə bağlanmış və satıcı ünvan 2 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilmiş yaşayış binasının 4-5-ci giriş, 2-ci mərtəbəsində yerləşən 817.0 kv.m qeyri-yaşayış sahəsini payçıya verməyi, payçı isə həmin sahəni qəbul etməyi, qabaqcadan müəyyənləşdirilmiş dəyərini vaxtında ödəməyi öhdəsinə götürmüşdür. X6 qeyri-yaşayış sahəsinin dəyərini Cavabdeh MTK-ya vaxtında ödəmiş və sonuncu tərəfindən payçı Məleykə Əfəndiyevanın pay dəyərini tam ödəməsi barədə maliyyə arayışı da verilmişdir. İlkin iddia üzrə iddiaçı cavabdehə müraciət edərək, balans arayışı və protokoldan çıxarışın verilməsini xahiş etmiş, cavadbeh tərəfindən iddiaçıya, zəbt etdiyi 50 kv.m sahədən çıxdıqdan sonra lazımi sənədlərin təqdim ediləcəyi bildirilmişdir. Hazırda ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh MTK-ya qarşı ümumi yığıncağın qərarından (protokoldan) çıxarışın verilməsi barədə ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilmiş yaşayış binasının 4-5-ci giriş, 2-ci mərtəbəsində yerləşən 817 kv.metr qeyri-yaşayış sahəsinin mülkiyyət hüququnu təsdiq edən sənədin alınması üçün MTK-nın ümumi yığıncağının qərarından (protokolundan) çıxarışın və digər zəruri sənədlərin verilməsi öhdəliyi Cavabdeh MTK-ya həvalə barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdeh isə İddiaçı qarşı sahənin qanunsuz sahibliyindən geri qaytarılması barədə qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsi, İddiaçı (iddiaçının) qanunsuz sahibliyində olan 50 kv.metr sahənin Cavabdeh MTK-ya geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə ilkin iddia tələbinə qiymət verərək hesab edir ki, ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh MTK-ya qarşı ümumi yığıncağın qərarından (protokoldan) çıxarışın verilməsi barədə ilkin iddia ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, ilkin İddiaçı anası mərhum X1 ünvanda yerləşən həmin qeyri-yaşayış sahəsiniin 400 kv.m-ni kooperativin payçıları olmuş X5 və X10, digər hissəsini isə Cavabdeh MTK-dan almış, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi həmin şəxslərdən alınarkən MTK tərəfindən müvafiq rəsmiləşdirmə aparılaraq MTK tərəfindən ona təhvil verilmiş və binanın 4-5-ci giriş, 2-ci mərtəbəsində yerləşən 817.0 kv.m qeyriyaşayış sahəsinin pay dəyərinin X4 tərəfindən tam ödənilməsi barədə maliyyə arayışı təqdim edilmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 113.1-ci maddəsinə əsasən Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Həmin Məcəllənin 113.2-ci maddəsinə əsasən bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Eyni Məcəllənin 113.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MKT-nın qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı sahənin qanunsuz sahibliyindən geri qaytarılması barədə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş üzrə təyin edilmiş və rəyi alınmış ekspertiza mərkəzinin 10/3280 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, ünvan 4 ünvanında yerləşən Cavabdeh MTK tərəfindən inşa edilmiş yaşayış binasının 4-5-ci giriş, 2-ci mərtəbəsində yerləşən və iddiaçının istifadəsində olan qeyri-yaşayış sahəsinin ümumi sahəsi daxili parametrləri nəzərə alınmaqla (içdən içə) 778.48 kv.metr təşkil edir. Tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli qeyri-yaşayış sahəsi haqqında müqavilədə göstərilmiş 817 kv.metr sahə ilə qeyri-yaşayış sahəsinin faktiki sahəsi (içdən-içə hesablanaraq arakəsmələr daxil olmaqla) arasında 38.52 kv.metr fərq mövcuddur. Göründüyü kimi ekspert rəyi ilə iddiaçının mərhum anasına verilmiş qeyri-yaşayış sahəsinin faktiki ölçüsü müqavilədə göstərilmiş ölçüdən nəinki artıq, 38.52 kv.m əksikdir. Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin: - 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. - 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamə və ya qərardadda əsaslandırılmalıdır. - 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə ekspertiza rəyinə digər sübutlarla yanaşı qiymət verərək qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bu səbəbdən də, hazırki rəy qarşılqılı iddianın əsassız olmasının təsdiqi kimi qəbul edilməli və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, ünvan 5 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilmiş yaşayış binasının 4-5-ci giriş, 2-ci mərtəbəsində yerləşən 817 kv.m qeyri-yaşayış sahəsinin mülkiyyət hüququnu təsdiq edən sənədin alınması üçün MTK-nın ümumi yığıncağının qərarından (protokolundan) çıxarışın və digər zəruri sənədlərin verilməsi öhdəliyi ilkin iddia üzrə Cavabdeh MTK-ya həvalə edilməli; qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MKT-nın qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı sahənin qanunsuz sahibliyindən geri qaytarılması barədə qarşılıqlı iddia tələbinə dair iddiası isə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası xx.xx.2022-ci il tarixli, 10/3280 saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat olmaqla, dövlət nəfinə keçirilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərci qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MKT-dan tutularaq X7, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ**********0000003944 SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilsin. ünvan 5 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilmiş yaşayış binasının 4-5-ci giriş, 2-ci mərtəbəsində yerləşən 817 kv.m qeyri-yaşayış sahəsinin mülkiyyət hüququnu təsdiq edən sənədin alınması üçün MTK-nın ümumi yığıncağının qərarından (protokolundan) çıxarışın və digər zəruri sənədlərin verilməsi öhdəliyi ilkin iddia üzrə Cavabdeh MTK-ya həvalə edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MKT-nın qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı sahənin qanunsuz sahibliyindən geri qaytarılması barədə qarşılıqlı iddia ərizəsi təmin edilməsin. İş üzrə məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərci qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MKT-dan tutularaq X7, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ**********0000003944 SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-948/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-948/2022
10.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver