Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-977/2023 13.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə, İddiaçılar "xxxx" MTK-nın qanuni nümayəndəsi, MTK-nın sədri İddiaçı, X1 cavabdeh X5 Cəmiyyətinə qarşı “su təminatının təxirəsalınmadan bərpa olunması, binaya su verilməsinin dayandırılmasının qadağan edilməsi, aylıq su istehlakı norması 5,0 kub metr olmaqla hesablanması və su sayğaclarının quraşdırılması (hətta sakinlərin vəsaiti hesabına) Cavabdeh ASC-yə tapşırılması” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar "xxxx" MTK-nın qanuni nümayəndəsi, MTK-nın sədri İddiaçı, X1 cavabdeh X5 Cəmiyyətinə qarşı “su təminatının təxirəsalınmadan bərpa olunması, binaya su verilməsinin dayandırılmasının qadağan edilməsi, aylıq su istehlakı norması 5,0 kub metr olmaqla hesablanması və su sayğaclarının quraşdırılması (hətta sakinlərin vəsaiti hesabına) Cavabdeh ASC-yə tapşırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanununun 9-cu maddəsinin 3-cü və “Su təhcizatı və tullantı suları haqqında” Qanununun 26-cı maddəsinin 3-cü bəndinin tələbləri nəzərə alınaraq Z.Xəlilov küçəsi, 69 ünvanında yerləşən binanın su təminatı təxirəsalınmadan bərpa olunması, işə mahiyyəti üzrə baxılıb həll edilənədək Cavabdeh ASC-yə həmin binaya su verilməsinin dayandırılması qadağan edilməsi, binanın əvvəlki dövr üçün real su borcu Tarif şurasının 2016-cı il 13 may tarixli “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin təsdiq edilməsi barədə” 6 nömrəli qərarının 4-cü bəndinə əsasən sayğac quraşdırılmayan əhali istehlakçı qrupu üzrə bir nəfər üçün dövlət tərəfindən təsdiq edilmiş aylıq su istehlakı norması 5,0 kub metr olmaqla hesablanması, Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər PlanTnın 5.7-ci bəndinin icrasının təmin edilməsi məqsədi ilə, habelə Azərbaycan Respublikasinin Tarif (qiymət) Şurasının 13 may 2016-cı il tarixli 6N°-li qərarının 6-cı bəndinin tələbinə əsasən Z.Xəlilov küçəsi, 69 ünvanında yerləşən binanın mənzillərinə abonent kodları verilməsi və smart-kart tipli, qabaqcadan ödənişli su sayğaclarının quraşdırılması (hətta sakinlərin vəsaiti hesabına) Cavabdeh ASC-yə tapşırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçılar "xxxx" MTK-nın qanuni nümayəndəsi, MTK-nın sədri İddiaçı, X1 iddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalanğından geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin iddiaçılar "xxxx" MTK-nın qanuni nümayəndəsi, MTK-nın sədri İddiaçı və yaxud X3 tərəfindən imzalandığı məlum deyildir. İddiaçılar "xxxx" MTK-nın qanuni nümayəndəsi, MTK-nın sədri İddiaçı tərəfindən imzalandığı halda isə onun iddia ərizəsini imzalamaq səlahiyyətinə malik olmasını təsdiq edən hər hansı sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 152.1.2-ci maddəsinə görə iddia ərizəsi imzalanmadıqda və ya onu hüquqi olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 73-cü maddəsinə əsasən Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. Bundan əlavə iddia ərizəsinin xahiş edirəm hissəsinin a və b bəndləri mahiyyəti ilə müvəqqəti təminat tədbiri barədə ərizənin məzmununa uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçılar "xxxx" MTK-nın qanuni nümayəndəsi, MTK-nın sədri İddiaçı, X1 cavabdeh X5 Cəmiyyətinə qarşı “su təminatının təxirəsalınmadan bərpa olunması, binaya su verilməsinin dayandırılmasının qadağan edilməsi, aylıq su istehlakı norması 5,0 kub metr olmaqla hesablanması və su sayğaclarının quraşdırılması (hətta sakinlərin vəsaiti hesabına) Cavabdeh ASC-yə tapşırılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılar "xxxx" MTK-nın qanuni nümayəndəsi, MTK-nın sədri İddiaçı və X2 qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunur. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-977/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-977/2023
13.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver