Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-988/2021 09.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx/xx/0238 saylı, xx.xx.2018-ci il tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə ödənilməmiş cərimə üzrə 300 manat məbləğində borcun və dövlət rüsumu qismində ödənilmiş 20 manat məbləğində pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi, lizinq obyekti sayılan, ümumi müqavilə dəyəri 2400 manat olan iddiaçıya məxsus 1 ədəd 2017-ci il buraxılışlı olan senator markalı divardan asılan məişət qaz qazanı, 1 ədəd divardan asılan məişət qaz qazanı asqı seti, 1 ədəd qaz requlyatoru, 1 ədəd stabilizator, 53 ədəd radiator, 6 ədəd radiator asqı seti, 12 ədəd radiator vintil köşə, 1 ədəd tangit ip 80 sm-lik, 60 ədəd boru 25mm-lik, 40 ədəd boru 20mm-lik, 30 ədəd dirsək 90*20mm-lik, 30 ədəd dirsək 90*25 mm-lik, 6 ədəd keçid 25*20lik, 10 ədəd mufta 20 mm-lik, 10 ədəd mufta 25mm-lik, 1ədəd qaz şlanqı, 1 ədəd qaz vintili, 6 ədəd rekor 90*20 mm-lik, 6 ədəd rekor düz 20mm-lik, 6 ədəd troynik 25mm-lik, 12 ədəd troynik 25-20-lik, 40 ədəd xamut 20 mm cüt, propka və şrup, 50 ədəd xamut 25 mmlik cüt, propka və şrupun zəruri sənədləri və ləvazimatları ilə birlikdə Cavabdeh1 qanunsuz sahibliyindən geri alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında xx/xx/0238 saylı, xx.xx.2018-ci il tarixli “Daxili maliyyə lizinqi” müqaviləsi bağlanmışdır. xx.xx.2018-ci il tarixli lizinq obyektinin təhvil-təslim aktından görünür ki, 1 ədəd 2017-ci il buraxılışlı olan senator markalı divardan asılan məişət qaz qazanı, 1 ədəd divardan asılan məişət qaz qazanı asqı seti, 1 ədəd qaz requlyatoru, 1 ədəd stabilizator, 53 ədəd radiator, 6 ədəd radiator asqı seti, 12 ədəd radiator vintil köşə, 1 ədəd tangit ip 80 sm-lik, 60 ədəd boru 25mm-lik, 40 ədəd boru 20mm-lik, 30 ədəd dirsək 90*20mm-lik, 30 ədəd dirsək 90*25 mm-lik, 6 ədəd keçid 25*20-lik, 10 ədəd mufta 20 mmlik, 10 ədəd mufta 25mm-lik, 1ədəd qaz şlanqı, 1 ədəd qaz vintili, 6 ədəd rekor 90*20 mmlik, 6 ədəd rekor düz 20mm-lik, 6 ədəd troynik 25mm-lik, 12 ədəd troynik 25-20-lik, 40 ədəd xamut 20 mm cüt, propka və şrup, 50 ədəd xamut 25 mm-lik cüt, propka və şrup Cavabdeh1 istifadəsinə verilmişdir. Müqavilənin 1.4-cü bəndinə əsasən, lizinq obyektinin qiyməti 2400 manat təşkil edir. Müqavilənin 2.1-ci bəndinə əsasən isə lizinq ödənişlərinin ümumi məbləği isə 3185,44 manat təşkil edir. 16.1-ci bəndinə əsasən, lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və lizinq obyektinin təyinatına uyğun olmadıqda, lizinq alan lizinq obyektinin vəziyyətini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə, həmçinin lizinq müqaviləsinin şərtlərini pozduqda lizinq verən müqavilənin icra edilməsindən birtərəfli qaydada imtina edə bilər. Həmin müqavilənin 16.2-ci bəndindən görünür ki, lizinq alan lizinq verənin tələbində göstərilmiş müddət ərzində lizinq verənə lizinq obyektini və lizinq obyektinin ayrılmaz hissəsi olan ləvazimat və sənədləri qaytarmağa borcludur. xx/xx/0238 saylı, xx.xx.2018-ci il tarixli “Daxili maliyyə lizinqi” müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq «İddiaçı MMC ilə Cavabdeh2 arasında xx.xx.2018-ci il tarixli, xx/xx/0238-Z1 saylı zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.2-ci bəndinə əsasən zamin lizinq alan tərəfindən lizinq müqaviləsi üzrə öhdəliklərini icra etmədiyi və ya lazımınca yerinə yetirilmədiyi təqdirdə zamin və lizinq alan lizinq verən qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarına əlavə edilmiş xx/xx/0238 LQ1 saylı lizinq ödənişləri qrafikindən görünür ki, lizinq alan lizinq ödənişlərini hər ay 176,97 manat olmaqla, 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx/xx/0238 saylı, xx.xx.2018-ci il tarixli “daxili maliyyə lizinqi” müqaviləsi üzrə ödənişlər üzrə borc qalığı 1554,44 manat, 1931,75 manat cərimə haqqı olmaqla, cəmi 3486,19 manat borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli məktubların surətindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 daxili maliyyə lizinqi və zaminlik müqaviləsi üzrə öhdəliklərin icra edilməsi barədə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, müqaviləyə əsasən iddiaçı öhdəliklərini yerinə yetirmiş, cavabdehlər isə bunun əksinə olaraq öz öhdəliklərini yerinə yetirməmişdirlər. Məhkəmə iş materiallarını nəzərə alaraq hesab edir ki, iddiaçının tələbi qismən təmin edilməli və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 30 manat cərimə borcu və ödənilmiş 20 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməli, lizinq obyekti sayılan, ümumi müqavilə dəyəri 2400 manat olan iddiaçıya məxsus 1 ədəd 2017-ci il buraxılışlı olan senator markalı divardan asılan məişət qaz qazanı, 1 ədəd divardan asılan məişət qaz qazanı asqı seti, 1 ədəd qaz requlyatoru, 1 ədəd stabilizator, 53 ədəd radiator, 6 ədəd radiator asqı seti, 12 ədəd radiator vintil köşə, 1 ədəd tangit ip 80 sm-lik, 60 ədəd boru 25mm-lik, 40 ədəd boru 20mm-lik, 30 ədəd dirsək 90*20mm-lik, 30 ədəd dirsək 90*25 mm-lik, 6 ədəd keçid 25*20-lik, 10 ədəd mufta 20 mm-lik, 10 ədəd mufta 25mm-lik, 1ədəd qaz şlanqı, 1 ədəd qaz vintili, 6 ədəd rekor 90*20 mm-lik, 6 ədəd rekor düz 20mm-lik, 6 ədəd troynik 25mm-lik, 12 ədəd troynik 25-20-lik, 40 ədəd xamut 20 mm cüt, propka və şrup, 50 ədəd xamut 25 mm-lik cüt, propka və şrupun zəruri sənədləri və ləvazimatları ilə birlikdə Cavabdeh1 qanunsuz sahibliyindən geri alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə hesabe edir ki, iddia tələbi cərimə hissəsində qismən təmin edilməlidir, belə ki cərimə məbləği əsas tənasübsüz çox olduğundan azaldılmalı və 30 manat miqdariında müəyyən edilməldir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12-ci maddəsinə əsasən, lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə, lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 30 (otuz) manat cərimə borcu və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Lizinq obyekti sayılan iddiaçıya məxsus 1 ədəd 2017-ci il buraxılışlı olan senator markalı divardan asılan məişət qaz qazanı, 1 ədəd divardan asılan məişət qaz qazanı asqı seti, 1 ədəd qaz requlyatoru, 1 ədəd stabilizator, 53 ədəd radiator, 6 ədəd radiator asqı seti, 12 ədəd radiator vintil köşə, 1 ədəd tangit ip 80 sm-lik, 60 ədəd boru 25mm-lik, 40 ədəd boru 20mm-lik, 30 ədəd dirsək 90*20mm—lik, 30 ədəd dirsək 90*25 mm-lik, 6 ədəd keçid 25*20-lik, 10 ədəd mufta 20 mm-lik, 10 ədəd mufta 25mm-lik, 1ədəd qaz şlanqı, 1 ədəd qaz vintili, 6 ədəd rekor 90*20 mm-lik, 6 ədəd rekor düz 20mm-lik, 6 ədəd troynik 25mm-lik, 12 ədəd troynik 25-20-lik, 40 ədəd xamut 20 mm cüt, propka və şrup, 50 ədəd xamut 25 mm-lik cüt, propka və şrup, zəruri sənədləri və ləvazimatları ilə birlikdə Cavabdeh1 qanunsuz sahibliyindən alınaraq İddiaçınə qaytarılsın. İddia tələbi qalan hissəsində təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-988/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-988/2021
09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver