Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-100/2022 19.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi-X2 iştirakı ilə, İddiaçı X15 Bianchi Cavabdehnə qarşı “ödənilməmiş əmək və məzuniyyət haqqının və əmək hüquqlarının pozulması nəticəsində vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X15 Bianchi Cavabdehnə qarşı “ödənilməmiş əmək və məzuniyyət haqqının və əmək hüquqlarının pozulması nəticəsində vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən indiyədək ödənilməmiş əmək haqqı məbləği olaraq 21,920 AZN (iyirmi bir min doqquz yüz iyirmi Azərbaycan manatı), əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə ödənc olaraq 170,097.3 AZN (yüz yetmiş min doxsan yeddi Azərbaycan manatı və 30 qəpik); iddiaçını alınmasından məhrum etdiyi 8 (səkkiz) aylıq əmək haqqı məbləği olan 46,160 AZN (qırx altı min yüz altmış Azərbaycan manatı) əmək haqqının; ödənilməmiş məzuniyyət haqqı olaraq 14.045,38 AZN (on dörd min qırx beş Azərbaycan manatı və 38 qəpik); iddiaçıya vurulmuş maddi zərər olaraq 1,700 AZN (bir min yeddi yüz Azərbaycan manatı); və işçiyə vurulmuş mənəvi zərərin əvəzi olaraq 20,000 AZN (iyirmi min Azərbaycan manatı), yəni, cəmi 273,922.68 AZN (iki yüz yetmiş üç min doqquz yüz iyirmi iki Azərbaycan manatı və altmış səkkiz qəpik) məbləğində pul vəsaitin Cavabdehndən tutularaq iddiaçı X15 Bianchi-n xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X15 Bianchi iddiasını onunla əsaslandırmışdır ki, X15 Bianchi ilə Cavabdeh arasında 10.12.2019-ci il tarixdə müddəti olmaqla, 03.12.2020-ci il tarixədək əmək müqaviləsi bağlanmışdır. Göstərilən əmək müqaviləsinə əsasən ödəniş forması vaxtamuzd olmaqla, aylıq əmək haqqı 5,770 AZN (beş min yeddi yüz yetmiş Azərbaycan manatı) məbləğində razılaşdırılıb. Qeyd olunan tarixdən 02 aprel 2021-ci il tarixədək iddiaçı Cavabdehndə əmək müqaviləsi üzrə ingilis dili müəllimi olmaqla, məşğulluq təsnifatı üzrə: müəllim, ümumi təhsil məktəbi/dil vəzifəsində çalışırdı. 02.04.2021-ci il tarixdə məktəbin rəhbərliyi tərəfindən X15 Bianchi-yə "votsap" sosial şəbəkəsi vasitəsilə məktub göndərilərək bildirilib ki, onunla bağlanmış əmək müqaviləsinə 02.04.2021-ci il tarixdən xitam verilmişdir. Lakin sözü gedən əmək müqaviləsinə hansı səbəbdən və hansı əsasla xitam verilməsi ilə bağlı iddiaçıya heç bir izah verilməyib və hətta əmək müqaviləsinə xitam verilməsi ilə bağlı hər-hansı rəsmi sənəd də iddiaçıya təqdim edilməyib. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci bəndinə əsasən, əmək müqaviləsinə xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin maddənin 2-ci bəndinə əsasən isə, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Bundan başqa, qeyd etmək istəyirəm ki, iddiaçıya bu günədək aylıq əmək haqqı tam olaraq ödənilməyib. Belə ki, işəgötürən tərəfindən işçinin adına "xxxx" ASC-də açılmış bank hesabından 06.04.2021-ci il tarixli çıxarışa əsasən, işçiyə aylıq olaraq aşağıdakı tarixlərdə qeyd olunan məbləğdə əmək haqqı ödənilib: Bununla da işəgötürən qanunvericilikdə və əmək müqaviləsinin şərtlərində nəzərdə tutulmuş özünün əsas vəzifələrindən birini yerinə yetirməmişdir. Belə ki, iddiaçıya əmək müqaviləsi üzrə aylıq 5,770 AZN əmək haqqı ödənilməli olduğu halda, 2020-ci ilin oktyabr ayınadək həmin məbləğdən kifayət qədər az məbləğ ödənilib, həmçinin işçiyə ödənilməli olan əmək haqqı gecikdirilməklə ödənilmişdir. Bu isə, işəgötürənin işçi qarşısında aşağıdakı məsuliyyətlərini yaratmaqla yanaşı borc öhdəliyini də yaradıb. Beləliklə, 10 dekabr 2019-cu il tarixə Məktəb tərəfindən X15 Bianchi-yə ödənilməli olan qalıq əmək haqqı məbləği və gecikmə üzrə hesablanmış faiz məbləği, aşağıdakı cədvəldə qeyd edildiyi kimi müəyyən olunur: İşəgötürənin öz öhdəliklərini yerinə yetirməməsi səbəbindən, iddiaçı hüquqlarının müdafiə edilməsi üçün zərurət qarşısında qalaraq, hüquqi yardım haqqında müqavilə imzalayıb və bu müqavilə üzrə öz üzərinə avans ödəniş hissəsi olaraq 1,700 AZN (bir min yeddi yüz Azərbaycan manatı) ödəmək öhdəliyini götürüb. Həmin məbləğ cavabdehin öz öhdəliklərini yerinə yetirmədiyi nəticəsində iddiaçının çəkdiyi maddi zərər olduğuna görə, cavabdeh tərəfindən ödənilməlidir. Bundan başqa, yuxarıda göstərildiyi kimi əmək müqaviləsinə qeyri-qanuni xitam verilməsi nəticəsində və bununla bağlı iddiaçının yaranmış psixoloji gərgin vəziyyətə görə iddiaçıya mənəvi zərər vurmuşdur. Belə ki, iddiaçı sarsıntıya məruz qalmış və iztirablar keçirtmişdir. Nəticədə ona vurulmuş mənəvi zərəri X15 Bianchi 20,000 AZN (iyirmi min Azərbaycan manatı) məbləğində dəyərləndirir. Lakin göstərilən əmək müqaviləsinə cavabdeh tərəfindən heç bir əsas olmadan, qanunsuz olaraq 02.04.2021-ci il tarixdə xitam verilməsi faktı, iddiaçının həmin əmək müqaviləsinin qüvvədə qaldığı halda işləyərək 03.12.2021-ci il tarixədək əmək haqqı almaq imkanından da məhrum etmişdir. Hesab edirəm ki, 2020-2021-ci iş ili üçün iddiaçının məhrum olduğu 8 (səkkiz) ay müddətində 46,160 AZN (qırx altı min yüz altmış Azərbaycan manatı) məbləğində əmək haqqı məbləği də Cavabdehndən tutularaq, X15 Bianchi-yə ödənilməlidir. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi X14 oğlu iddiaya yazılı etiraz verərək bildirmişdir ki, iddia ərizəsi hazırlanarkən iddiaçı heç bir hüquqi rəsmi sənədə istinad etməyərək məlumatları, müddətləri və məbləğləri öz xeyrinə uydurmuşdur. Cavabdehndə ingilis dili müəllimi vəzifəsində işləmiş Böyük Britaniya vətəndaşı X16 Bianchi ilə qarşılıqlı razılaşmaya əsasən onun barəsində zəruri hüquqi sənədlər toplanılaraq Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə təqdim edilmişdir. Dövlət Miqrasiya Xidməti tərəfindən ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul ola bilmək üçün ona İİ ******* saylı, 03.12.2019-cu il tarixdən 03.12.2020-ci il tarixə kimi iş icazəsi verilmişdir. Bununla əlaqədar olaraq işçi X15 Bianchi ilə BSB X10 Məktəbi arasında 03.12.2019-cu il tarixdə əmək müqaviləsi tərtib edilmiş və tərəflər həmin müqaviləni imza edərək təsdiq etmişlər. Dövlət Miqrasiya Xidməti tərəfindən BSB X10 Məktəbinə daxil olduğu andan dərhal əmək müqaviləsi Elektron hökümət portalında qeydiyyata alınmışdır. Bu müqavilə üzrə X15 Bıanchinin aylıq əmək haqqı 3000 (üç min) manat müəyyən olunmuşdur. İşlədiyi müddət ərzində onun əmək haqqı bank hesabına karta ödənilmişdir. Bundan sonra 2020-ci il oktyabr ayında onun əmək haqqı artırılaraq 5770 manat müəyyən olunmuş və bu dəyişiklik elektron portala daxil edilmişdir. Sonradan əmək müqaviləsinin müddətinin bitməsinə l(bir) ay qalmış yenidən X15 Bianchinin zəruri sənədləri toplanaraq iş icazəsinin uzadılması üçün Dövlət Miqrasiya Xidmətinə göndərilmişdir. Dövlət Miqrasiya Xidməti tərəfindən İİ0054355 saylı iş icazəsi ilə etibarlılıq müddəti 04.12.2021-ci il tarixə kimi uzadılmışdır. İş icazəsi uzadıldıqdan sonra 04.12.2020-ci il tarixdə aylıq əmək haqqı 5770 ( beş min yeddi yüz yetmiş) manat olmaqla X15 Bianchi ilə yenidən müqavilə bağlanmış və tərəflər imza edərək müqaviləni təsdiq etmişlər . "BSB“' X10 Məktəbi tərəfindən X15 Bianchi ilə bağlanmış müqavilələr üzrə bütün öhdəliklərini yerinə yetirmiş, hər ay vaxtında onun əmək haqqı ödənmiş, normal iş şəraiti yaradılmış, tədris avadanlıqları ilə təmin edilmiş və ona yaşayış üçün mənzil sahəsi ayrılmışdır. Lakin X15 Bianchi tərəfindən 05.04.2021- ci il tarxdən etibarən əmək müqaviləsi üzrə götürdüyü öhdəliklərin icrasını təmin etmədiyinə, daxili nizam -intizam qaydalarını pozduğuna online" qaydada tədrisi təşkil etmədiyinə və bunun nəticəsində məktəbin tədrisində ciddi problemlər yarandığına görə onunla bağlanmış əmək müqaviləsinə 27.04.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bədninə əsasən xitam verilmiş və son haq-hesabı tam şəkildə ödənilmişdir. X11 Louise Bianchi məktəbə dəvət edilməsinə baxmayaraq heç bir izahat verməmiş, öhdəsində olan dərs vəsaitlərini və tədris otağını təhvil verilməsini təmin etməmişdir. İşdən azad olması ilə əlaqədar olaraq müvafiq əmrin təsdiq olunmuş surəti X15 Bianchinin özünə və Dövlət Miqrasiya Xidmətinə göndərilmişdir. Dövlət Miqrasiya Xidmətinin ******* saylı qərarı ilə iş icazəsinə xitam verilmişdir. İddia ərizəsində iddaçı və onun nümayəndəsi əssasız olaraq iddia edirlər ki, guya Məktəb tərəfindən işlədiyi müddət ərzində ona məzuniyyət verilməmiş və pul ödənilməmişdir. Bu fakt da iddiaçı tərəfindən zəruri hüquqi sənədlərlə əsaslandırılmamışdır. Beləki, Azərbaycan Respublikasının ƏM -nin 131 -ci maddəsinin 5-ci hissəsinə əsasən bilavasitə təlim-tədris prosesində iştirak edən pedaqoji işçilərə işə girdikləri vaxtdan asılı olmayaraq əmək məzuniyyətləri bir qayda olaraq məktəblərdə yay tətili dövründə verilir. Eynilə də BSB” X10 Məktəbində də bir qayda olaraq hər il yay tətili dövründə bütün işçilərə əmək məzuniyyəti verilmiş və iyul-avqust aylarında ödənişlər həyata keçriİmişdir. İddaçı X15 Bianchin 19.06.2020 tarixli 342/M saylı əmrlə 2019/2020- ci tədris ilinin başa çatması ilə əlaqədar olaraq 31 gün müddətinə növbəti əmək məzuniyyəti verilmiş və 2020-ci ilin iyul ayında 2994.94 AZN və 2020-ci ilin avqust ayında isə 3000 AZN məzuniyyət pulu ödənilmişdir. Bütün bu qeyd olunanlar rəsmi hüquqi sənədlərlə tam təsdiq olunur. ( sənədlərin surətləri etiraza əlavə edilir).! lotda iddiaçı və onun nümayəndəsinin tərtib eldiyi iddia ərizəsində belə iddaçı X15 Bianchinin işlədiyi 2020-ci ilin iyul və avqust aylarında onun əmək haqqı kartına pulların ödənilməsidə bir daha təsdiq olunur. İddia ərizəsində əsassız olaraq göstərilir ki,guya məktəb tərəfindən müəllim X15 Bianchin aylıq əmək haqqı müqavilə üzrə tam ödənilməmiş və işdən azad olunarkən onunla son haqq-hesab çəkilməmişdir. Bu halda tamamı ilə yalan və əsassızdır. Belə ki, Məktəb tərəfindən müəllimə X15 Bianchinin hər ay əmək haqqı ödənilmiş və müvafiq qaydada Dövlət Sosial Müdafiə Fonduna hesabat veri İmişdir. İşlədiyi müddət ərzində əmək haqqı ödənişi ilə bağlı onun heç bir şikayət və tələbi olmamışdır. BSB” X10 Məktəbi tərəfindən iddaçı X15 Bianchinin işlədiyi müddət ərzində aşağıdakı illər və aylar üzrə əmək haqqı hesablanaraq ödənilməsi təmin edilmişdir. 2019-cu il üzrə Dekabr - 2000 AZN, 2020-ci il üzrə Yanvar 3000 AZN, Fevral 3000 AZN, Mart 3000 AZN, Aprel 3000 AZN, May 3000 AZN, İyun 3000 AZN, / 6 gün məzuniyyət / İyul 2994,94 AZN (məzuniyyət pulu), Avqust 3000 AZN (məzuniyyət pulu), Sentyabr 5770 AZN, Oktyabr 5770 AZN, Noyabr 5770 AZN, Dekabr 5770 AZN, 2020-ci il üzrə Yanvar 4616 AZN, Fevral 6347 AZN, Mart 6347AZN, Aprel 525.54 AZN / 2 iş günü ) Son haq-hesab-6073.60. İşlədiyi müddət ərzində iddaçı X15 Bianchin əmək haqqı ödənişi və onun barəsində əmək ıüquqlarının pozulması ilə bağlı onun heç bir şikayət və tələbi olmamışdır. Ona görədə iddaçı X15 Bianchin cavabdeh BSB' X10 Məktəbinə qarşı ödənilməmiş əmək və məzuniyyət haqqının və əmək hüquqlarının pozulması nəticəsində vurulmuş zərərin ödənilməsinə dair iddisının rədd edilməsinə dair qətnamə çıxarılmalıdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi X8 məhkəmə iclasında iddia tələbinin əsassız olduğunu bildirərək təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin 07.01.2021-ci il tarixli iclasında ekspert X9 izahat verərək bildirmişdir ki, verilmiş 9/7177 saylı, 29.11.2021-ci il tarixli rəyi müdafiə edir, belə ki rəy mülki iş materiallarında olan sənədlər əsasında verilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verib, hesab edir ki, iddia ərizəsi təmin olunmamalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Cavabdeh 12.10.2020-ci il tarixli 005/3245 №-li arayışından görünür ki, X15 Bianchi həqiqətən də 03.12.2019-cu il tarixdən Cavabdehndən ingilis dili müəllimi vəzifəsində işləyir. Aylıq əmək haqqı 5770 manatdır. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin İİ seriyalı, ******* №-li “İş icazəsi”dən görünür ki, X15 Bianchi Cavabdehndə müəllim kimi işə götürülmüşdür. İş icazəsi 04.12.2020-ci ildən 04.12.2021-ci il tarixədək etibarlıdır. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin İİ seriyalı, ******* №-li “İş icazəsi”dən görünür ki, X15 Bianchi Cavabdehndə müəllim kimi işə götürülmüşdür. İş icazəsi 03.12.2019-cu ildən 03.12.2021-ci il tarixədək etibarlıdır. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X15 Bianchi Cavabdehndə əsas iş yeri üzrə “müəllim” vəzifəsinə 10.12.2019-cu il tarixdə 03.12.2020-ci il tarixədək işə qəbul edilmişdir. Əmək haqqı 3000 manat təşkil edir. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X15 Bianchi Cavabdehndə əsas iş yeri üzrə “müəllim” vəzifəsinə 10.12.2019-cu il tarixdə 01.09.2021-ci il tarixədək işə qəbul edilmişdir. Əmək haqqı 5770 manat təşkil edir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X15 Bianchi ilə 10.12.2019-cu il tarixdə əmək müqaviləsi bağlanmış, qeyd edilən əmək müqaviləsinə 27.04.2021-ci il tarixdə 426 nömrəli əmrlə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilmilmişdir. Cavabdeh 12.10.2020-ci il tarixli 005/3245 №-li arayışından görünür ki, həqiqətən Cavabdeh müəllimi Birləşmiş Krallıq vətəndaşı X15 Bianchi 10 dekabr 2019-cu il tarixdə işə qəbul edilmiş və 27.04.2021 AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. İşlədiyi dövrdə ona üzrə əmək haqqı ödənilmişdir. Əmək haqqı cədvəlinin sonuncu hissəsindəki 6599 (altı min beş yüz doxsan doqquz) AZN iddiaçı X15 Bianchinin müvafiq ay üçün iş günlərinin əmək haqqı və son haqq-hesabını ifadə edir. İddiaçı X15 Bianchiyə "BSB'' X10 Məktəbində işlədiyi müddətdə onunla bağlanmış əmək müqaviləsində göstərilən əmək haqqından əlavə əmək haqqı hesablanmamışdır. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin 30.04.2021-ci il tarixli, ******* №-li iş icazəsinin ləğv edilməsi haqqında qərarından görünür ki, Cavabdeh 28.04.2021-ci il tarixli müraciəti təmin edilmiş, Böyük Britaniya və X5 Krallığı vətəndaşı X15 Bianchiyə Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün ******* №-li iş icazəsi ləğv edilmiş və qüvvədən düşmüş hesab edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 4/1122 saylı, 18.08.2021-ci il tarixli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Ekspertizaya təqdim olunmuş, “BSB" X10 Məktəbi ilə İddiaçı arasında bağlanmış 3 dekabr 2019-cu il tarixli əmək müqaviləsinin “10.2" bəndində “Signature” qrafasındakı imza X15 Bianchi tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/7177 saylı, 29.11.2021-ci il tarixli ekspert rəyinin nəticə hissəsindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən X15 Bianchinin Cavabdehndə işlədiyi 10.12.2019-cu il tarixdən 29.04.2021-ci il tarixədək olan müddətdə 2019-2020-ci il tədris ili üzrə məzuniyyət günlərinə (Əmək Məcəlləsinin 131,5 və 140-cı maddəsinin tələblərinə əsasən) görə ödənilməli olan məzuniyyət pulunun 25,97 manat məbləğində az ödənildiyi, 1461,65 manat (5854,24-3458,03) məbləğində artıq son haqq hesab ödənildiyi müəyyən edilmişdir. Mülki işin materiallarında olan X15 Bianchi ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsində və əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi məlumatlarında qeyd olunan əmək haqqı məbləğləri 10.12.2019-cu il tarixdən - 29.04.2021-ci il tarixə kimi ödənilən əmək haqqı məbləğləri ilə üst-üstə düşür. Təqdim edilmiş iş vaxtı tabeli məlumatları, iş materiallarında olan əmək haqqı bank hesabından çıxarış məlumatlarına əsasən işçiyə hesablanmış əmək haqqı onun bank hesabına köçürülmüşdür. Qeyd edilir ki, məhkəmə-mühasibat ekspertizası, məhkəməmühasibat ekspertizasının metodikasına görə tədqiqat (hesablamalar) ilkin sənədlər əsasında aparılan tədqiqatdır. Bu səbəbdən hazırki ekspertiza tədqiqatı - X15 Bianchi ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsində və əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi məlumatları əsasında, həmin məlumatda qeyd edilən əmək haqqı məbləği əsas götürülməklə işçiyə əmək haqqı, məzuniyyət haqqı və son haqq-hesab hesablanmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 129.1-ci maddəsinə əsasən ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir; Həmin Məcəllənin 129.2-ci maddəsinə əsasən işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər; Həmin Məcəllənin 154-cü maddəsinə əsasən əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur; Həmin Məcəllənin 178-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir; Həmin Məcəllənin 195-ci maddəsinin “d” bəndinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, işçinin əmək haqqının ödənilməsi ilə bağlı işəgötürənin hər hansı təqsirkar hərəkəti və dahartıq məbləği ödəməyə borclu olduğu sübuta yetirilmədiyindən və iddiaçıya kart hesabı üzrə hər ay vergi tutulmaları çıxıldıqdan sonra ona müqavilə üzrə əmək haqqı ödənildiyindən iddia tələbi təmin edilməməldir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı X15 Bianchi Cavabdehndə 10.12.2019-cu il tarixdən onunla bağlanmış əmək müqaviləsinə əsasən, 03.12.2020-ci il tarixə kimi müəllim vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” maddəsinə əsasən xitam verilmişdir. Hazırki iddia tələbi üzrə mübahisə predmeti ilkin olaraq əmək haqqı məbləğidir. İddiaçı ona aylıq 5770 manat əmək haqqı ödənilməli olduğunu iddia etsə də, qeyd edilən əmək haqqı məbləğinin göstərildiyi əmək müqaviləsini məhkəməyə təqdim etməmişdir. Cavabdeh tərəfindən təqdim olunan və aylıq əmək haqqının 3000 manat olaraq göstərildiyi Cavabdeh ilə X15 Bianchi arasındakı 03.12.2019-cu il tarixli əmək müqaviləsinin 10.2-ci bəndində “Signature” qrafasındakı imza və X15 Bianchi tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu ekspert rəyi ilə müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, belə olan halda tərəflərdən heç biri öz iddiasının əsası kimi çıxış edən əmək müqaviləsini məhkəməyə təqdim etməmişdir. Lakin əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişində və 03.12.2019–cu il tarixli əmək müqaviləsində görünür ki, X15 Bianchinin əmək haqqı 3000 manat müəyyən olunmuşdur. Eyni zamanda iddiaçının "xxxx" ASC də olan hesabından görünür ki, işlədiyi müddətdə məzuniyyət dövrünə qədər həy ay müqavilə üzrə əmək haqqı onun hesabına köçürülmüşdür. İddiaçı isə həmin müddət ərzində əmək haqqı məbləğinin aşağı olması ilə bağlı cavabdehə hər hansı müraciət ünvanlaması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. İş üzrə araşdırılmış sübutlardan göründüyü kimi iddiaçı tərəflər arasında əmək haqqının daha artıq məbləğdə bağlanması ilə bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Hazırkı mülki işdə iddiaçı iddia ərizəsində sadalanan hallar ilə bağlı heç bir sübut təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, hazırki tələb ilə bağlı mübahisədə sübutetmə yükü təkzib edənin, yəni cavabdehin deyil, bilavasitə iddiaçının üzərinə düşür. Bununla bağlı, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Məhkəmə iddia tələbinin maddi zərərin ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablamalarla, sübutlarla təsdiq olunmalıdır. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmuş və ya öhdəlik yaranmır. Bu hallar olmayanda pozulmuş öhdəliklərə görə məsuliyyətin həcmini müəyyən etmək olmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə qeyd edir ki, maddi zərərin əvəzinin ödənilməsində məqsəd hüquq pozuntusu baş verməmişdən əvvəlki vəziyyətinin bərpa olunmasından, başqa sözlə, restitutio in integrum prinsipindən ibarətdir. Bu, həm faktiki olaraq baş vermiş real zərər (damnum emergens), həm də əldən çıxmış fayda (lucrum cessans) üzrə təzminatı əhatə edə bilər. Hazırki iş üzrə iddiaçı 1700 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb etsə də, zərərin miqdarını və ya dəyərini sübut etmək üçün müvafiq sənədlər təqdim etməmişdir. 20000 manat məbləğində mənəvi zərərin ödənilməsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərаrındа Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərаrın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərаrın 11-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1128.1-ci maddəsinə müvafiq olaraq malın, işin və ya xidmətin konstruksiya, resept və digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olubolmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq ödəməlidirlər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərər mənəvi sarsıntı və iztirabların əvəzinin ödənilməsinə yönəldildiyi üçün istehlakçıların hüquqları pozulduğu hallarda mənəvi zərərin məbləği malın (işin, xidmətin) dəyərindən deyil, istehlakçının məruz qaldığı mənəvi sarsıntı və ya iztirablardan asılı olaraq müəyyən edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “mənəvi ziyanla” bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi “Koinq Almaniyaya qarşı” işdə ərizəçiyə “mənəvi narahatlıq yetirilməsinə”, “Artiko İtaliyaya qarşı” işdə “tənhalıq və kimsəsizlik hisslərinə”, “Younq, Cames və X3rşı” işdə “alçaldıcı və təhqiredici hərəkətlərə” görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Göründüyü kimi, “İnsan Hüquqlarının və X4 haqqında” Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfin əməllərində mülki hüquq pozuntuları, deliktlər nəticəsində, iddiaçı şəxsin mənəvi sarsıntı keçirməsi ilə bağlı səbəli-əlaqə də aşkar edilməmişdir. Ona görə də məhkəmə işin hallarını nəzərə alaraq, Cavabdehndən mənəvi ziyana görə 20000 (iyirmi min) manat məbləğində pulun iddiaçı X15 Bianchinin xeyrinə tutulmasını əsassız hesab edir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı X15 Bianchi Cavabdehnə qarşı “ödənilməmiş əmək və məzuniyyət haqqının və əmək hüquqlarının pozulması nəticəsində vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı X15 Bianchinin Cavabdehnə qarşı “ödənilməmiş əmək və məzuniyyət haqqının və əmək hüquqlarının pozulması nəticəsində vurulmuş maddi, mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-100/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-100/2022
19.01.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver