Məhkəmə qərarları › İş №2(005)-1001/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1001/2021

26.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1001/2021 26.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 və X2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs1 iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Maraqlı şəxs2 BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Sabunçu rayon icra və probasiya şöbəsi, Maraqlı şəxs1 cəlb edilməklə) “hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Sabunçu rayon icra və probasiya şöbəsinə, Maraqlı şəxs1 və “xxxx” BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı) “hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8288/2019 saylı, 20.06.2019-cu il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Sabunçu rayon icra və probasiya şöbəsinin sifarişinə əsasən ipoteka qoyan İddiaçı mülkiyyətində olan ipoteka predmeti Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1241 saylı bağ evinin açıq hərracdan satışına dair cavabdeh “xxxx” MMC tərəfindən 18.09.2020-ci il və 30.11.2020-ci il tarixlərində keçirilmiş hərracların nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda İddiaçı nümayəndəsi və vəkili X5 mülki iş üzrə başqa cavabdehin cəlb edilməsi barədə vəsatət təqdim edərək hazırki iş üzrə Maraqlı şəxs2 BOKT Açıq Səhmdar Cəmiyyətinin icraatda olan 2(005)-1001/2021 saylı mülki işə cavabdeh qismində cəlb edilməsini məhkəmdən xahiş etmişdir. İddiaçı Ənnəağı oğlunun nümayəndəsi və vəkili X5 iddia tələbinin əsasının dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1241 saylı bağ evinin ipoteka saxlayan Maraqlı şəxs2 BOKT ASC-yə satılmasına dair “xxxx” MMC tərəfindən tərtib edilmiş 27.11.2020-ci il tarixli, 45/05 saylı hərracın yekunları barədə protokolun və tərəflər arasında bağlanmış 27.11.2020-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8288/2019 saylı, 20.06.2019-cu il tarixli icra sənədinə əsasən borclu Maraqlı şəxs1 tələbkar Maraqlı şəxs2 BOKT ASC-nin xeyrinə cəmi 63.616 ABŞ dolları kredit borcunun tutlması, tutmanın İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1241 saylı bağ evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 70.000 manat müəyyən edilməklə açıq hərracdan satışa çıxarılması, əldə edilən vəsaitdən kredit borcunun ödənilməsi və.s.qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8288 saylı, 20.06.2019-cu il tarixli icra sənədi icra olunmaqdan ötrü Sabunçu rayon icra və probasiya şöbəsinə göndərilmiş, şöbənin icraatına daxil olmuş və Sabunçu rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Amil Əmirovun 10.03.2020-ci il tarixli qərarı ilə icraata başlanılmışdır. iddia ərizəsinə əlavə edilmiş 10.03.2020-ci il tarixli İcraata başlamaq haqqında” qərarın məzmunundan da göründüyü kimi qərar Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8288 saylı, 20.06.2019-cu il tarixli icra sənədindəki tələbə uyğun tərtib olunmamış, belə ki, qərarda yalnız borc məbləğindən bəhs olunsa da, ipoteka predmetinə tutma yönəldilməsi və onun açıq hərracdan satışı ilə bağlı hər hansı bir müddəa mövcud olmamışdır. Daha sonra, heç bir xəbər və məlumat olmadan Sabunçu rayon icra və probasiya şöbəsi tərəfindən mülkiyyətdə olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1241 saylı bağ evinin açıq hərracdan satışı ilə bağlı “xxxx" MMC-yə hərrac sifarişi verilmişdir. Belə bir sifarişin verilməsi barədə tərəf kimi iddiaçı məlumatlandırılmamış və bu barədə iddiaçıya hər hansı bir məktub və s. göndərilməmişdir. Sonrada təsadüfən iddiaçı məlumat almışdır ki, mülkiyyətindəki Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1241 saylı bağ evi “xxxx" MMC-də açıq hərracdan satışa çıxarılmış, 06.07.2020-ci İl tarixdə həmin əmlak ilkin satış qiyməti 70 000 (yetmiş min) manat olmaqla ilkin hərraca, daha sonra 30 noyabr 2020-ci il tarixdə ilkin satış qiyməti 59 500 manat olmaqla təkrar hərrac keçirilmiş və keçirilən hərracların baş tutmaması elan edilərək əmlak "İpoteka haqqında" Qanunun 43.7-43.8-ci maddəsinə əsasən 44 625 manat qiymətə tələbkara təklif edilmişdir. Əmlakın hərracda satılması barədə tələbkardan şifahi məlumat əldə etdikdən sonra hərrac təşkilatında əmlakın hərracı ilə bağlı sənədlərlə tanış olduqda müəyyən edilmişdir ki, hərrac təşkilatı nəinki iddiaçıya heç bir bildiriş, məktub və s. göndərməmiş, hətta hərrac işi materiallarında olan tərəflərə göndərilmiş hərrac bildirişlərində bildirişin ünvanlandığı subyektlər arasında ümumiyyətlə iddiaçının adı göstərilməmişdir. Bu isə o deməkdir ki, hərrac təşkilatı tərəfindən ipoteka qoyan və mülkiyyətçi olduğu halda menə hər hansı bildirişin göndərilməsi nəzərdə tutulmamışdır. Təsadüfi deyildir ki, surəti iddia ərizəsinə əlavə edilmiş "xxxx" MMC-nin 29.08.2020-ci il tarixli Elektron hərracın keçirilməsinə dair 01 saylı Bildirişin məzmunundan göründüyü kimi bu bildiriş yalnız borclu Maraqlı şəxs1, Sabunçu rayon İcra və probasiya şöbəsinə və tələbkar Maraqlı şəxs2 BOKT ASC-yə ünvanlanmış, dolayısı ilə hərrac bildirişinin yalnız həmin sadalanan subyektlərə göndərilməsi nəzərdə tutulsa da, ipoteka saxlayan və mülkiyyətçi İddiaçı “unudulmuşdur”. Başqa sözlə, təqdim olunan bildirişin surətindən görünür ki, hərracın təşkilatçısı hərracların keçirilməsi barədə ipoteka qoyanı məlumatlandırmamış və məlumatlandırmaq niyyəti də olmamışdır. Qeyd olunduğu kimi iddiaçı ipoteka predmeti olan həmin əmlakın açıq hərracdan satışı ilə bağlı heç bir məlumat əldə edə bilməmiş, nə icra qurumu, nə də hərrac təşkilatı onu bu barədə rəsmi və s. qaydada məlumatlandırmamışdır. Halbuki, həmin bağ evinin açıq hərracdan satışı ilə bağlı keçirilən hərraclar barədə məlumatı olsaydı mülkiyyətindəki ipoteka predmeti olan həmin bağ evini açıq hərracdan özü alıcı qismində iştirak edərək əldə edəcəkdi və belə olan halda icra sənədi üzrə ilkin satış qiyməti 70 000 manat müəyyən edilmiş bağ evinin tələbkar tərəfindən hətta likvid qiymətindən də xeyli aşağı qiymətə - 44 625 manata eldə edilməsi üçün şərait yaranmayacaqdı. Belə ki, "İpoteka haqqında" Qanunun 42.3-cü maddəsinə əsasən hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Halbuki, təqdim edilən hərrac bildirişlərinin məzmunundan müəyyən olunmuşdur ki, sözügedən ipoteka predmetinin açıq hərracdan satışı üzrə keçirilən hərracların bildirişləri ipoteka qoyana rəsmi təqdim olunmamış və hətta hərrac təşkilatı tərəfindən ümumiyyətlə hərracın keçirilməsi ilə bağlı ipoteka qoyanın məlumatlandırılması nəzərdə tutulmamışdır. Əldə etdilən hərrac bildirişinin məzmunundan da göründüyü kimi, digər tərəflərə göndərilmiş hərrac bildirişində hərrac adınının məbləği, hərracda iştirak etmək üçün behin ödənilməsi müddəti, qaydası, alış qiymətinin ödənilməsi müddəti və qaydası, hansı hesaba ödənilməsi və s. barədə hər hansı məlumat mövcud deyildir. İş üzrə materiallardan göründüyü kimi Sabunçu rayon İcra və Probasiya şöbəsi tərəfindən xxxx” MMC-yə hərracın təşkili ilə bağlı sifariş edilmişdir, lakin hərracın keçirilməsi ilə bağlı mülkiyyətçi lazımi qaydada məlumatlandırılmamışdır. Bununla da onun ipoteka predmetini hərracdan satın almaq, onun ilkin satış qiymətinin aşağı düşməsinin qarşısını almaq və s. prosessual hüquqları pozulmuşdur. Ona görə də iddiaçı hesab edirik ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8288/2019 saylı, 20.06.2019-cu il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Sabunçu rayon icra və probasiya şöbəsinin sifarişinə əsasən ipoteka qoyan İddiaçı mülkiyyətində olan ipoteka predmeti Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1241 saylı bağ evinin açıq hərracdan satışına dair cavabdeh “xxxx" MMC tərəfindəı 18.09.2020-ci il və 30.11.2020-ci il tarixlərində keçirilmiş hərracların nəticələri etibarsız hesab edilməlidir Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X1 və X8 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs1 iddia tələbini qəbul etməyərək rədd edilməsini məhkəmədən xahiş etmişdir. Digər tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər, səlahiyyətli nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, işdə iştirak edən tərəflərin izahatlarını və çıxışlarını dinləyib, onların təqdim etdiyi sübutları araşdırıb, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan; 11.12.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldrımaq üçün 20 (iyirmi) manat məbləğində dövlət rüsumu ödəmişdir. Asan-1 tərəfindən verilmiş 03.12.2014-cü il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, İddiaçı xx.xx.1964-cü ildə Şamaxı rayonunda anadan olmuş və Bakı şəhəri, Nərimanov rayonu, Çəmənzəminli küç, ev.15,m.4 ünvanında qeydiyyatdadır. Yasamal RPİ tərəfindən verilmiş 09.03.2011-ci il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, Maraqlı şəxs1 xx.xx.1961-cü ildə Füzuli şəhərində anadan olmuş və Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal-2, ev.7,m.99 ünvanında qeydiyyatdadır. Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından görünür ki, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanı ünvan 5obasiya şöbəsinin Maraqlı şəxs1 10.03.2020-ci il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Respublika Xammal və X4 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi tərəfindən Maraqlı şəxs1, Sabunçu rayon icra və probasiya şöbəsinə, və “xxxx” BOKT ASC-yə ünvanlanmış 05 iyun 2020-ci il tarixli 01 nömrəli bildirişin surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8288/2019 nömrəli 20 iyun 2019-cu il tarixli icra vərəqəsinin icrası üzrə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 1241 saylı bağ evinin açıq hərracda satılması üçün hərracın 06 iyul 2020-ci il tarixdə saat 11:00-da keçiriləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Respublika Xammal və X4 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi tərəfindən Maraqlı şəxs1, Sabunçu rayon icra və probasiya şöbəsinə, və “xxxx” BOKT ASC-yə ünvanlanmış 18 noyabr 2020-ci il tarixli 02 nömrəli bildirişin surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8288/2019 nömrəli 20 iyun 2019-cu il tarixli icra vərəqəsinin icrası üzrə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 1241 saylı bağ evinin açıq hərracda satılması üçün hərracın 30 noyabr 2020-ci il tarixdə saat 11:00-da keçiriləcəyi bildirilmişdir. “xxxx” MMC tərəfindən 08.12.2020-ci il tarixdə ipoteka predmetinin əldə olunmasına dair təklifin məzmunundan görünür ki, Sabunçu rayon icra və probasiya şöbəsi 4206- 28692/17 saylı 21.05.2020-ci il tarixli sifariş məktubunda Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1241 saylı bağ evinin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 08.12.2020-ci il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 44.625 (qırx dörd min altı yüz iyirmi beş) manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 20 iyun 2019-cu il tarixli, 2(103)-8288/2019 nömrəli qətnaməsi ilə iddiaçı “xxxx” BOKT ASC-nin apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 aprel 2017-ci il tarixli, 2(004)-231/2017 saylı qətnaməsi mübahisələndirilən, yəni iddia tələbinin kredit müqaviləsinin 3.2-ci bəndinə əsasən müqavilə bitdikdən sonra hesablanmış faiz borcuna görə 25490,50 ABŞ dolları borcun tutulmasının təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 16.12.2019-cu il tarixli 2(102)-7516/2019 nömrəli qərarı ilə cavabdeh Maraqlı şəxs1 kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8288/2019 nömrəli iş üzrə 20 iyun 2019-cu il tarixli qətnaməsi cavabdeh Maraqlı şəxs1 kassasiya şikayətinə əsasən ona münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan görünür ki, Hacıbəyli Hə\sənağa Ənnağı oğluna məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1241 saylı bağ evi ipoteka ilə yüklü edilmişdir. Poçt Xəbərnamələrinin surətindən görünür ki, “xxxx” MMC tərəfindən açıq hərracın keçirilməsinə dair bildirişlər Maraqlı şəxs1, 05.06.2020-ci il,19.08.2020-ci il,23.11.2020-ci il,11.12.2020-ci il tarixlərdə göndərilmiş və həmin bildirişlər 08.06.2020-ci il, 25.08.2020-ci il, 30.11.2020-ci il, 16.12.2020-ci il tarixlərdə Maraqlı şəxs1 tərəfindən qəbul edilmişdir. 18-25 noyabr 2020-ci il tarixli, 08.12.2020-ci il tarixli “Birja yenilikləri” qəzetinin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1241 saylı bağ evinin açıq hərracdan satılması ilə bağlı hərracın 30 noyabr 2020-ci il tarixdə saat 11:00da keçiriləcəyi barədə elanlar verilmişdir. 27.11.2020-ci il tarixli hərrac təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə 45/05 nömrəli protokolun surətindən görünür ki, ipoteka predmetinin Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 1241 nömrəli bağ evi “ipoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 43.7-ci maddəsinə müvafiq olan qiyməti tam dəyəri 44,625,00 (qırx dörd min altı yüz iyirmi beş manat) müəyyən edilmişdir. 27.11.2020-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləsinə əsasən bu müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin, “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun və “ipoteka haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8288 saylı, 20.06.2019-cu il tarixli icra vərəqəsinin,Sabunçu rayon İcra və Probasiya Şöbəsinin 4206-28692/17 saylı, 21.05.2020-ci il tarixli sifariş məktubunun və Maraqlı şəxs2 BOKT ASC-nin müvafiq məktubunun icrasına əsasən bağlanmışdır. Hərracın keçirilməsinə şərait yaradan və protokol tərtib edən “xxxx” MMC-nin direktoru G.N.Mustafayeva və (tələbkar): Maraqlı şəxs2 BOKT ASC-nin etibarnamə əsasında nümayəndəsi X3 arasında aşağıda göstərilən (bağ evi) əmlak barədə alqı-satqı müqaviləsi bağlanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 20 iyun 2019-cu il tarixli 2(103)-8288/2019 nömrəli icra vərəqəsi ilə Maraqlı şəxs1 63.616 (altmış üç min altı yüz on altı) ABŞ dolları borcun tutularaq Maraqlı şəxs2 BOKT ASC-yə ödənilməsi, tutmanın Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1241 saylı bağ evinə yönəldilməsi və həmin əmlakın ilkin satış qiymətinin 70.000 (yetmiş min) manat müəyyən edilməklə hərraca çıxarılaraq satılması, əldə edilmiş vəsaitin tələb olunan məbləği ödənməsi üçün Maraqlı şəxs2 BOKT ASC-ə ödənilməsi nəzərdə tutulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8288/2019 nömrəli 20 iyun 2019-cu il tarixli icra vərəqəsinin və Sabunçu rayon icra şöbəsinin 10 mart 2020-ci il tarixli icraata başlamaq haqqında qərarınının icrasına əsasən “xxxx” MMC hərrac təşkil etmişdir. Hərrac Təşkilatının № 45/05 nömrəli 27 noyabr 2020-ci il tarixli hərracın yekunları barədə protokoluna əsasən müvafiq əmlakı 44.625.00 (qırx dörd min altı yüz iyirmi beş) manat qiymətlə tələbkar Maraqlı şəxs2 BOKT əldə etmişdir. Lakin, hərracın keçirilməsi ilə bağlı bildirişlərin və poçt xəbərnamələrin məhkəmə tərəfindən araşdırılması zamanı müəyyən edilmişdir ki, hərracı keçirən təşkilat tərəfindən prosedur qaydalara riayət edilməmiş, hər iki hərracın keçirilməsi vaxtı barədə bildirişlər İddiaçı göndərilməmişdir. Mövcud hüquq münasibətləri ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı yaranan mülki münasibətlər olduğundan məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İpoteka haqqında” Qanunun normalarını əlaqəli şəkildə təhlil edərək mülki iş üzrə hüquqi nəticəyə gəlir. “İpoteka haqqında” Qanunun: 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.2-ci maddəsinə görə ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 41.2, 41.3, 41.4 və 41.5-ci maddələrinə əsasən, Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanunun 44-cü maddəsinə əsasən “İpoteka haqqında” Qanunun müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.3-cü maddəsinə əsasən icra hərəkətləri, habelə icra sənədi və yaxud icra sənədinin verilməsi üçün əsas olmuş tələb, məhkəmə və ya digər orqanın qərarı barəsində mübahisə qaldırıldığı halda mübahisəyə mahiyyəti üzrə baxılanadək bu Qanunun 17-ci və 18-ci maddələrində nəzərdə tutulmuş hallarda icraat aşağıdakı vaxtlara qədər dayandırılır. Həmin Qanunun 17.1.4-cü maddəsinə əsasən icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. İddiaçının həmin bildirişləri almamasına dair məhkəmədə mübahisələndirməsinə münasibətdə məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslanıdırır. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 6 fevral 2016-cı il tarixli 0001 nömrəli qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nın 9.26-cı bəndinə görə fiziki şəxslərə ünvanlanmış “Şəxsən verilmə” qeydli poçt göndərişləri yalnız ünvançıya və ya onun tərəfindən səlahiyyət verilmiş şəxsə verilir. Həmin Qaydaların 9.28-ci bəndinə görə xəbərnaməli poçt göndərişləri şəxsən ünvançıya, ünvançı olmadıqda isə onun yetkinlik yaşına çatmış ailə üzvünə verilir. Poçt göndərişini alan şəxs öz soyadını, adını, atasının adını və ünvançıya münasibətini göstərməklə xəbərnamədə imza edir. Həmin Qaydaların 9.29-cu bəndinə görə xəbərnaməli poçt göndərişi hüquqi şəxsə verilərkən xəbərnamədə alıcı barədə məlumatlar poçt rabitəsi operatorunun əməkdaşı tərəfindən qeyd edilir. Sadalanan əsaslardan göründüyü kimi “Şəxsən verilmə” qeydli poçt göndərişləri yalnız ünvançıya və ya onun tərəfindən səlahiyyət verilmiş şəxsə verilir. Hazırki iş üzrə poçt qəbzlərində isə “Şəxsən verilmə” qeydi ilə qəbzin verilməsini məcburi edən hal hərracla bağlı qanunvericlikdə nəzərdə tutulmamışdır. Qeyd edilən əsaslardan o da görünür ki, poçt göndərişləri şəxsən ünvançıya, ünvançı olmadıqda isə onun yetkinlik yaşına çatmış ailə üzvünə verilir. Belə vəziyyətdə poçt bildirişlərini qəbul edən şəxsin imzalaması poçt rabitəsi operatorunun vəzifəsi kimi deyil, əksinə olaraq poçt göndərişini alan şəxsə öz soyadını, adını, atasının adını və ünvançıya münasibətini həmin xəbərnamədə göstərmək hüququ vermişdir. Bununla belə qanunvericlik poçt rabitəsi operatoruna belə xəbərnamələrin yalnız hüquqi şəxsə verilərkən alıcı barədə məlumatların poçt rabitəsi operatorunun əməkdaşı tərəfindən qeyd edilməsinin məcburiliyini şərtləndirir. Hazırki mülki iş üzrə mübahisəyə qanunun analogiya üzrə tətbiqi imkanınının itirilmədiyini nəzərə alaraq məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası MPMnin 135.1-ci maddəsinə görə bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Mülki Prosessual Məcəllənin 135.3-cü maddəsinə görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə sorğusuna əsasən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 1241 nömrəli bağ evilə bağlı keçirilmiş hərraca dair məhkəməyə daxil olmuş sənədlərin surətindən görünür ki, keçirilmiş hərrac barədə əmlakın mülkiyyətiçisi olan İddiaçı ünvanına bildiriş göndərilməmiş, əmlakın mülkiyytəçisi ümumiyyətlə məlumatlandırılmamışdır. İş materiallarında olan 27.11.2020-ci il tarixli hərracın yekunları barədə protokoldan o da görünür ki, ipoteka predmetinin mülkiyyətçisi kimi Mövsumov hafiz Rza oğlunun adı göstərilmiş, sonradan həmin protokol texniki yanlışlıq kimi İddiaçı kimi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, belə texniki yanlığlığın aradan qaldırılması əmlakın mülkiyyətçinin hərracla bağlı məluymatlı olması kimi qiymətləndirilməsinə əsas ola bilməz. Bundan başqa o da qeyd edilməlidir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 1241 nömrəli bağ evilə bağlı açıq hərracın keçirilməsinə dair 02 saylı bildirişdən göründüyü kimi növbəti hərracın vaxtı 30.11.2020-ci il tarixə müəyyən edilmiş və tərəflərə bildiriş həmin tarix üçün göndərilmişdir. Bununla belə iş materiallarında olan hərracın yekunları barədə 45/05 saylı protokoldan və əmlakın alqı-satqı müqaviləsindən görünür ki, hərracın yekunları barədə protokol 27 noyabr 2020-ci il tarixdə, yəni növbəti hərracın keçirilməsindən əvvəl tərtib olunmuş, həmin tarixdə də alqı-satqı müqaviləsi bağlanmışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Respublika Xammal və X4 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi tərəfindən ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1241 saylı bağ evinə dair keçirilmiş hərracın yekunları barədə № 45/05 nömrəli 27 noyabr 2020-ci il tarixli protokol və bu protokol əsasında Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1241 saylı bağ evinin Maraqlı şəxs2 BOKT ASC ilə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 27.11.2020-ci il tarixli müqaviləsi etibarsız hesab olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçı tərəfindən hər hansı bir tələb olmadığından, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1241 saylı bağ evinə dair keçirilmiş hərracın yekunları barədə № 45/05 nömrəli 27 noyabr 2020-ci il tarixli protokol və bu protokol əsasında Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1241 saylı bağ evinə dair Maraqlı şəxs2 BOKT ASC ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 27 noyabr 2020-ci il tarixli “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilə etibarsız hesab olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar