Məhkəmə qərarları › İş №2(005)-1007/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1007/2022

13.10.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1007/2022 13.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İsmayılova Zəhrəxanım Şahin qızının katibliyi ilə Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə3, Qarşılıqlı iddia üzrə cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Bakı şəhəri Nərimanov Rayon Bələdiyyəsinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi, yeni müqavilə bağlanması və kompensasiya ödənilməsi” tələbinə dair ilk iddiası, iddiaçı Nərimanov Rayon Bələdiyyəsinin cavabdehlər İddiaçı, Cavabdeh1 MMC-yə və Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləgvi tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Bakı şəhəri Nərimanov Rayon Bələdiyyəsinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair cavabdehlər ‘İnteks” MMC ilə Nərimanov Rayon Bələdiyyəsi arasında bağlanmış 306 saylı 03 may 2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ünvanında yerləşən binanın 2 və 3-cü mərtəbəsini təşkil edən ümumi sahəsi 1409.20 kv.metr olan qeyri-yaşayış sahəsi ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Mülkiyyət hüququ əsasında ona məxsus qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazidə “İnteks" MMC tərəfindən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının sərəncamına əsasən söküntıi-tikinti işləri aparılır. Bu yaxınlarda Cavabdeh1 MMC-nin nümayəndələri oun razılığı və icazəsı olmadan yuxarıda qeyd olunan qeyri- yaşayış sahəsini sökmüşlər. Bununla bağlı o, rəsmi olaraq “İnteks" MMC-nin rəhbərliyinə müraciət edərək ona məxsus 1409,20 kv.nı. qeyri-yaşayış sahəsinin əvəzinə kompensasiyanın verilməsini xahiş etmişdir. Onun müraciətinə cavab olaraq “İnteks" MMC-nin rəhbərliyi 181,a saylı xx.xx.2021 -ci il tarixli məktubu ilə bildirmişdir ki, ünvan 2 ünvanında yerləşən binanın 2-ci mərtəbəsi Nərimanov rayon Bələdiyyəsinin istifadəsində olmuş və bu səbəbdən sökülən qeyri-yaşayış sahəsinin əvəzinə kompensasiyanın verilməsinə dair “İnteks" MMC ilə Nərimanov Rayon Bələdiyyəsi arasında müqavilə bağlanmışdır. Hesab edir ki, “İnteks" MMC ilə Nərimanov Rayon Bələdiyyəsi arasında bağlanmış müqavilə bağlandığı andan etibarsız hesab edilməlidir. Belə ki, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Çıxarışa əsasən onun mülkiyyətimdədir və Nərimanov Rayon Bələdiyyəsinin həmin qeyri-yaşayış sahəsinə heç bir aidiyyatı olmadığından “İnteks" MMC ilə bağladığı müqavilə tam qanunsuz və əsassızdır. İddiaçı iddia tələbinə xx.xx.2022-ci il tarixdə dəqiqləşmə verərək bildirmişdir ki, İnteks MMC ilə Nərimanov Bələdiyyəsi arasında bağlanmış 306 saylı xx.xx.2021-ci il tarixli müqavilənin 1.2 –ci bəndindən görünür ki, “Tikinti şirkəti” inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında “Əmlak istifadəçisi”nə qeyri yaşayış sahəsi müqavilə müddətinə təhvil verilən günədək icarə yeri ilə təmin edir. Mübahisəsi aparılan ünvan 6 ünvanında yerləşən binanın 2 və 3-cü mərtəbəsini təşkil edən ümumi sahəsi 1409.20 kv.metr qeyri-yaşayış sahəsi ********** qeydiyyat nömrəli, xx.xx.2021ci il tarixli Çıxarış əsasında mülkiyyət hüququ əsasında İddiaçı məxsus olduğundan, sökülümüş qeyri-yaşayış sahəsinin əvəzinə yeni tikilən binada qeyri-yaşayış sahəsini İddiaçı İnteks MMC tərəfindən verilməli və eyni zamanda yeni qeyri-yaşayış sahəsi iddiaçıya verilənə qədər aylıq kompensasiya ödənişləri Nərimanov Bələdiyyəsinə deyil N.Əlimmədova ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 53-cü maddələrinə əsasən məhkəmədən ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair Cavabdeh1 MMC ilə Nərimanov Rayon Bələdiyyəsi arasında bağlanmış 306 saylı 03 may 2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, sökülmüş qeyri-yaşayış sahəsinə görə 1692 kv.m qeyri-yaşayış sahəsinin verilməsinə dair Cavabdeh1 MMC ilə İddiaçı arasında yeni müqavilənin bağlanması və qeyri-yaşayış sahəsi təhvill verilənədək İnteks MMC tərəfindən İddiaçı aylıq 5.000 manat məbləğində kompensasiyanın ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Nərimanov Rayon Bələdiyyəsi cavabdehlər İddiaçı, Cavabdeh1 MMC-yə və DƏDRXnin Bakı Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləgvi tələbinə dair qarşılıqlı iddia ərizəsilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair Əmlak Məsələləri Dövlət Xidməti ilə bağlanmış xx.xx.2021-ci il tarixli. 1306 saylı icarə müqaviləsi, həmçinin əmlakın satılmasına dair 289 saylı, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun yaratdığı hüquqi nəticələr də etibarsız olduğundan mübahisə predmeti olan həmin sahənin İddiaçı mülkiyyətinə verilməsi barədə xx.xx.2021-ci il tarixli, 648332 saylı çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, təqdim olunan sənədlərdən göründüyü kimi İddiaçı mübahisə predmeti olan sahəyə hüquqlarını təsdiq edən hüquqmüəyyənedici sənəd alqsatqı müqaviləsində qeyd edildiyi kimi xx.xx.2021-ci il tarixli, 1306 saylı icarə müqaviləsi olmuşdur ki, həmin vaxt qeyd olunan qeyri-yaşayış sahəsinə dair Nərimanov Bələdiyyəsinin Əmlak Məsələləri Dövlət Əmlak komitəsi ilə bağlanmış müqaviləsi qüvvədə olmuşdur. Yəni, qüvvədə olan icarə müqaviləsi ləğv edilmədən istifadədə olan əmlaka dair yeni icarə müqaviləsinin bağlanması mümkünsüz olduğundan öz- özlüyündə etibarsızdır. Hesab edirlər ki, 289 saylı, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi etibarsızdır və etibarsız əqdin yaratdığı hüquqi nəticələr əsassız hesab olunmaqla, onun əsasında verilmiş mülkiyyətə dair çıxarış da ləğv olunmalıdır. Bildirmək istəyirlər ki, hazırda mübahisə predmeti olan qeyri-yaşayış sahəsi 2008-ci ildən qanuni əsaslarla Nərimanov Bələdiyyəsinin icarəsində və istiafadəsindədir. Mübahisələndirilən müqavilə bağlananadək müqavilə öhdəlikləri yerinə yetirilmiş və yetirilməkdədir. Həmin qeyri-yaşayış sahəsinin icarə müqaviləsi bu günədək ləğv edilməmiş və hər hansı formada icrası dayandırılmamışdır, hazırda da qüvvədədir və 2021-ci ilin sonunadək icarə haqları ödənilmişdir. Qarşılıqlı iddiaçı Nərimanov Rayon Bələdiyyəsinin vəsatəti əsasında qarşılıqlı iddia üzrə cavabdeh DƏDRX-nin Bakı Ərazi İdarəsi əsl cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti ilə əvəz edilmişdir. Əvvəlki məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil ilk iddianı müdafiə edərək təmin olunmasını, qarşılıqlı iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında “İnteks" MMC-nin nümayəndəsi Nümayəndə3 ilk iddianı qismən qəbul edib, qarşılıqlı iddianı qəbul etməyərək bildirdi ki, İnteks" MMC ilə Nərimanov Rayon Bələdiyyəsi arasında həmin sahəyə dair müqavilə bağlanmışdır. Sonradan İddiaçı onlara mülkiyyət hüququnu təsdiq edən çıxarışı təqdim etmiş və onlara müraciət etmişdir. Lakin onların Bələdiyyə ilə müqavilələri oldugundan Cavabdeh1 MMC iddiaçıya imtina məktubu vermişdir. Məhkəmə hansı qərarı qəbul etsə onlar həmin qərar əsasında müqavilə baglayacaqlar. İlkin iddianın kompensasiya məbləgi hissəsi ilə razı deyillər. Bələdiyyə ilə aralarında olan müqavilədə 440 kv.m sahəyə görə 3.000 manat razılaşma olmuşdur. Həmin məbləg tərəflər arasında olan razılaşma əsasında müəyyənləşə bilər. Onlar bütün sakinlərlə qarşılıqlı razılaşma əsasında kompensasiya məbləgini müəyyənələşdirmişlər. Qarşılıqlı iddianı qəbul etmirlər. Əslində onlara aidiyyatı yoxdur, ilkin iddiaçıya aiddir, ona görə rədd olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Nərimanov Rayon Bələdiyyəsinin nümayəndəsi Cavabdeh3 ilk iddianı qəbul etmədi və rədd olunmasını, qarşılıqlı iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə1 bildirdi ki, mübahisəli əmlak Əmlak Məsələləri Dövlət Xidmətinin inzibati akt olan xx.xx.2021-ci il tarixli 150 nömrəli sərəncamı ilə əvvəlcə icarəyə verilmiş, xx.xx.2021-ci il tarixli 158 nömrəli sərəncamı əsasında isə özəlləşdirilmişdir. Qeyd edilən sərəncamlar (inzibati akt) qüvvədə qaldığı təqdirdə, onların əsasında verilmiş çıxarışların ləğv edilməsi tələbi irəli sürülə bilməz. İddiaçı ilkin olaraq inzibati aktın mübahisələndirilməsi ilə bağlı müvafiq inzibati məhkəməyə müraciət edə, inzibati akt ləğv olunduğu təqdirdə onun nəticəsi olan daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğvi ilə bağlı iddia ilə ümumi məhkəməyə müraciət edə bilər. Lakin, iddiaçı özəlləşdirmə üçün əsas olmuş inzibati akt ləğv olunmadan həmin inzibati aktın nəticələrinin etibarsız hesab edilməsi ilə bağlı iddia irəli sürmüşdür ki, belə bir tələb də təmin edilə bilməz. Qeyd edilənləri nəzərə alaraq, qarşılıqlı iddia üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-1007/2022 saylı qərardadına əsasən iddiaçı Nərimanov Rayon Bələdiyyəsinin cavabdehlər İddiaçı, Cavabdeh1 MMC-yə və Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləgvi tələbinə dair qarşılıqlı iddiası üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilk iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 13-da yerləşən 1409 kv.m sahəsi olan qeyriyaşayış sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyat alınmışdır. İşdə olan öz nizamnaməsinə əsasən fəaliyyət göstərən Cavabdeh1 MMC ilə “Əmlak İstifadəçisi” Nərimanov Rayon Bələdiyyəsi arasında 03 may 2021-ci il tarixdə bağanmış 306 saylı müqavilə bağlanmışdır: Bağlanmış müqavilənin 1.1; 1.1.1;1.1.2;1.2 bəndlərinə əsasən “Tərəflər” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı Qərarının tələblərinin və bu Müqavilənin icrası ilə əlaqədar olaraq aşağıda göstərilən məzmunda üzərilərinə öhdəliklər götürürlər: “Əmlak istifadəçisi” bu Müqaviləyə əsasən öz istifadəsində olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi,» 10 ünvanında yerləşən 440 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsini sökülmək üçün Cavabdeh1 MMC-yə təhvil verməyi və həmin qeyri- yaşayış sahəsinə dair bütün hüquqları Cavabdeh1 MMC-yə ötürməyi, bu Müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada “Tikinti şirkəti” tərəfindən həmin qeyri-yaşayış sahəsinin əvəzində nəzərədə tutulmuş başqa ünvanda icarəsinə veriləcək yerdə fəaliyyət göstərməyi bu Müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada qəbul etməyi öhdəsinə götürür., “Tikinti şirkəti” ünvan 9 ünvanında yerləşən “Əmlak istifadəçisi” -nin istifadəsində olan qeyri-yaşayış sahəsinin sökülməsini və həmin ünvanda və ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, 2-ci mərtəbədə 440 kv.m-lik ümumi sahəyə malik qeyri-yaşayış sahəsini təmirli vəziyyətdə “Əmlak mülkiyyətçisinin (və ya balans saxlayanının)” razılığı ilə həmin əmlakın əvəzində Nərimanov Rayon Bələdiyyəsinə təhvil verməyi öhdəsinə götürür. “Tikinti şirkəti” inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında “Əmlak istifadəçisi” nə qeyri-yaşayış sahəsi müqavilə müddətinə təhvil verilən günədək icarə yeri ilə təmin edir. “Əmlak istıfadəçisi”-nin kommunal borcları olduğu halda “Tikinti şirkəti” həmin məbləğləri ondan tələb etmək hüququna malikdir. İşdə olan İddiaçı Cavabdeh1 MMC-nin rəhbərliyinə ünvanlandığı xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, bildirir ki, ünvan 6 ünvanında yerləşən binanın 2-ci və 3-cü mərtəbəsini təşkil edən ümumi sahəsi 1409.20 kv.m olan qeyri-yaşayış sahəsi mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin ünvanda “İnteks* MMC tərəfindən yaşayış kompleksinin inşası ilə bağlı söküntü işləri aparılır. Bununla bağlı, yuxarıda göstərilən ünvanda yerləşən ona məxsus 1409.20 kv.m qeyri-yaşayış sahəsinin əvəzinə kompensasiyanın verilməsinə göstəriş verməyi xahiş edir. İşdə olan Cavabdeh1 MMC-nin İddiaçı ünvanlandığı 23.12. 2021-ci il tarixli 181/a saylı məktubundan görünür ki, qeyd etdiyiniz ünvan 6 ünvanında yerləşən binanın 2-ci mərtəbəsi Nərimanov Rayon Bələdiyyəsinin istifadəsində olmuş və bu səbəbdən sökülən qeyri-yaşayış sahəsinin əvəzinə kompensasiyanın verilməsinə dair Nərimanov Rayon Bələdiyyəsi ilə "xxxx" MMC arasında müqavilə bağlanmışdır. Ona görə də qeyri-yaşayış sahəsinin əv\zinə kompensasiyanın verilməsi ilə əlaqədar məhkəməyə müraciət etməyi tövsiyyə olunur. İşdə olan texniki pasportun surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən 1409.2 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinə dair xx.xx.2021-ci il tarixə olan vəziyyətə əsasən İddiaçı adına tərtib olunmuşdur. İşdə olan icarəyəverən Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə icarəçı Nərimanov Rayon Bələdiyyəsi arasında baglanmış xx.xx.2008-ci il tarixli, 8457 saylı Dövlət Əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında icarə müqaviləsinə əsasən icarəyəverən Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədrinin xx.xx.2008-ci il tarixli 271 saylı sərəncamına əsasən ünvan 6 ünvanında yerləşən 408.82 kv.m sahəsi olan Nərimanov MKTB-nin balansında olan qeyri-yaşayış sahəsini icarəçi Nərimanov Rayon Bələdiyyəsinin istifadəsinə verir. Müqavilənin müddəti xx.xx.2008 tarixdən xx.xx.2009-cu il tarixədək müəyyən edilmişdir. İşdə olan Satıcı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə alıcı İddiaçı arasında bağlanan xx.xx.2021-ci il tarixli 289 saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən Müqavilənin predmetini “Alıcının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə bağladığı xx.xx.2021-ci il tarixli 1306 saylı icarə müqaviləsi əsasında icarəyə götürdüyü və bu müqavilə ilə satın aldığı 1409,2 kv.m qevri-yasayıs sahəsi təski, edir. "Satıcı" Bakı səhəri Nərimanov rayonu, Təbriz küçəsi. 10 ünvanında yerləşən 1409,2 kv.m qeyri-yasayıs sahəsini bu müqavilədə göstərilən şərtlərə uyğun olaraq tam dəyərlə 900000.00-(doqquz yüz min) manata birbaşa satır, «Alıcı» isə onu satın alır. Əmlakın satış qiymətinin 100%-i ödənildikdən sonra onun üzərində alıcının mülkiyyət hüququ yaranır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli,10/2151 saylı rəyindən görünür ki, ünvan 13 ünvanında yerləşən İddiaçı 3 mərtəbəli binanın 2-ci və 3-cü mərtəbəsində mülkiyyətində olmuş 1409,20 kv.m qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsində yerləşən sahənin xx.xx.2008-ci il tarixli, 8457 №-li icarə müqaviləsinə əsasən Nərimanov Bələdiyyəsinə icarəyə verilmiş 408.8 kv.m qeyri-yaşayış sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunur. Məhkəmə iclasında şahid qismində dindirilmiş xx.xx.2022-ci il tarixli,10/2151 saylı rəyi vermiş ekspert X1 bildirdi ki, mübahisə olunan sahə söküldüyündən iş materiallarına əsasən rəy verilmiş və həmin sahəyə baxış keçirmişdir. İddiaçı 3 mərtəbəli binanın 2-ci və 3-cü mərtəbəsində mülkiyyətində olan 1409,20 kv.m qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsində yerləşən sahənin xx.xx.2008-ci il tarixli, 8457№li icarə müqaviləsinə əsasən Nərimanov Rayon Bələdiyyəsinə icarəyə verilmiş 408,8 kv.m qeyri-yaşayış sahəsi ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. İşdə olan “Daşınmaz dövlət Əmlakına dair bağlanmış bir sıra icarə müqavilələrinin ləgv edilməsi haqqında” 145 saylı, xx.xx.2021-ci il tarixli sərəncama əsasən sıyahısı bu sərəncama əlavədə göstərilən, o cümlədən balanssaxlayıcı Nərimanov MKTB ilə Nərimanov Rayon Bələdiyyəsi arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 8457 saylı Dövlət Əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında icarə müqaviləsi ləgv edilmişdir. İşdə olan “Daşınmaz dövlət Əmlakının icarəyə verilməsi haqqında” 150 saylı, xx.xx.2021-ci il tarixli sərəncama əsasən ünvan 13 ünvanında yerləşən 1409,20 kv.m qeyri-yaşayış sahəsi İddiaçı 1 il müddətinə icarəyə verilmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5-ci maddəsinə əsasən istər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul olmayan hər hansı fiziki və ya hüquqi şəxslər mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının digər şəxslərlə mülki hüquq münasibətləri, qanunda ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericiliklə tənzimlənir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsasıdır; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur; 700.2-ci maddəsinə əsasən İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər; 700.3-ci maddəsinə əsasən Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun: 7-ci maddəsinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. İcarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar; 13.1-ci maddəsinə əsasən icarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə icarəçı Nərimanov Rayon Bələdiyyəsi arasında baglanmış xx.xx.2008-ci il tarixli, 8457 saylı Dövlət Əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında icarə müqaviləsinə əsasən icarəyəverən Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədrinin xx.xx.2008-ci il tarixli 271 saylı sərəncamına əsasən ünvan 6 ünvanında yerləşən 408.82 kv.m sahəsi olan Nərimanov MKTB-nin balansında olan qeyri-yaşayış sahəsini icarəçi Nərimanov Rayon Bələdiyyəsinin icarəsinə vermişdir. "xxxx" MMC tərəfindən həmin ərazidə söküntü-tikinti işləri aparıldıgından Cavabdeh1 MMC ilə “Əmlak İstifadəçisi” Nərimanov Rayon Bələdiyyəsi arasında 03 may 2021-ci il tarixdə bağanmış 306 saylı müqavilə bağlanmışdır. Eyni zamanda müəyyən edilmişdir ki, “Daşınmaz dövlət Əmlakına dair bağlanmış bir sıra icarə müqavilələrinin ləgv edilməsi haqqında” 145 saylı, xx.xx.2021-ci il tarixli sərəncama əsasən balanssaxlayıcı Nərimanov MKTB ilə Nərimanov Rayon Bələdiyyəsi arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 8457 saylı Dövlət Əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında icarə müqaviləsi ləgv edilmiş, “Daşınmaz dövlət Əmlakının icarəyə verilməsi haqqında” 150 saylı, xx.xx.2021-ci il tarixli sərəncama əsasən ünvan 13 ünvanında yerləşən 1409,20 kv.m qeyri-yaşayış sahəsi İddiaçı 1 il müddətinə icarəyə verilmiş, daha sonra Satıcı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə alıcı İddiaçı arasında bağlanan xx.xx.2021-ci il tarixli 289 saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən Bakı səhəri Nərimanov rayonu, Təbriz küçəsi. 10 ünvanında yerləşən 1409,2 kv.m qeyriyasayıs sahəsini Nə satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 13-da yerləşən 1409 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyat alınmışdır. Göründüyü kimi, ünvan 13-da yerləşən 1409 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətində olmaqla həmin əmlaka dair sərəncam, sahiblik və istifadə hüququ yalnız iddiaçıya məxsusdur. Lakin "xxxx" MMC əmlakın mülkiyyətçisi ilə deyil, əmlakı icarəyəgötürənlə müqavilə bağlamış, həmin vaxt Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq razılığı olmamışdır. Hazirki vəziyyətdə Nərimanov Rayon Bələdiyyəsinin əmlaka dair hər hansi tələb hüququ olmamışdır. Belə ki, “Daşınmaz dövlət Əmlakına dair bağlanmış bir sıra icarə müqavilələrinin ləgv edilməsi haqqında” 145 saylı, xx.xx.2021-ci il tarixli sərəncama əsasən Nərimanov MKTB ilə Nərimanov Rayon Bələdiyyəsi arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 8457 saylı Dövlət Əmlakının (qeyriyaşayış sahəsinin) icarəyə verilməsi haqqında icarə müqaviləsi ləgv edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı mülkiyyət hüquqları bərpa edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da “mülkiyyət” hüquqları sayıla b i l ə r. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla qeyd olunur ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən-mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun; 178.1-ci maddəsinə əsasən-daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən qd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; Beləliklə məhkəmə hesab edir, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair Cavabdeh1 MMC ilə Nərimanov Rayon Bələdiyyəsi arasında bağlanmış 306 saylı 03 may 2021-ci il tarixli müqavilə etibarsız hesab edilməli, sökülmüş qeyri-yaşayış sahəsinə görə 1692 kv.m qeyriyaşayış sahəsinin verilməsinə dair Cavabdeh1 MMC ilə İddiaçı arasında yeni müqavilə bağlanmalı və qeyri-yaşayış sahəsi təhvil verilənədək İnteks MMC tərəfindən İddiaçı aylıq 5.000 manat məbləğində kompensasiya ödənilməlidir. Kompensasiya məbləgi ilə bağlı məhkəmə qeyd edir ki, Nərimanov Rayon Bələdiyyəsi ilə Cavabdeh1 MMC arasında olan razılaşma 3.000 manata olmuşdur. Lakin 408.8 kv.m qeyri-yaşayış sahəsinə dair razılaşdırılmışdır. Hazırda iddiaçıya məxsus sahə isə 1409 kv.m oldugundan 5.000 manat məbləğində kompensasiya ağlabatan və ədalətli məbləgdir. Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 may 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı). Həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı). Qərarda eyni zamanda göstərilir ki: Nazirlər Kabinetinin Qərarı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır. Eyni zamanda qeyd olunmalıdır ki, məhkəmələr tərəfindən mübahisəli məsələyə baxılarkən həmin normativ hüquqi akt qüvvədə olmuşdur; Eyni zamanda Mənzil Məcəlləsinin müvafiq maddələri məhz qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının əsaslarını və qaydalarını tənzimləyir. Həmin maddələr Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq həyata keçirilən və əsas məqsədlərindən biri insanların həyatına, sağlamlığına, əmlakına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınması olan şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin reallaşdırılması və qəzalı mənzil fondunun yenidən qurulması prosesində tətbiq ediləcək norma kimi qəbul edilə bilməz; Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir; Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilk iddia tələbi təmin edilməli, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair Cavabdeh1 MMC ilə Nərimanov Rayon Bələdiyyəsi arasında bağlanmış 306 saylı 03 may 2021-ci il tarixli müqavilə etibarsız hesab edilməli, sökülmüş qeyri-yaşayış sahəsinə görə 1692 kv.m qeyriyaşayış sahəsinin verilməsinə dair Cavabdeh1 MMC ilə İddiaçı arasında yeni müqavilə bağlanmalı və qeyri-yaşayış sahəsi təhvil verilənədək İnteks MMC tərəfindən İddiaçı aylıq 5.000 manat məbləğində kompensasiya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia təmin edilsin. ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair Cavabdeh1 MMC ilə Nərimanov Rayon Bələdiyyəsi arasında bağlanmış 306 saylı 03 may 2021-ci il tarixli müqavilə etibarsız hesab edilsin, sökülmüş qeyri-yaşayış sahəsinə görə 1692 kv.m qeyri-yaşayış sahəsinin verilməsinə dair Cavabdeh1 MMC ilə İddiaçı arasında yeni müqavilə bağlansın və qeyri-yaşayış sahəsi təhvil verilənədək İnteks MMC tərəfindən İddiaçı aylıq 5.000 manat məbləğində kompensasiya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar