Məhkəmə qərarları › İş №2(005)-1008/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-1008/2022

19.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-1008/2022 19.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızı, İddiaçı Cavabdeh1 ASC-nin Cavabdeh2nə qarşı «qalıq borcunun silinməsi» tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 ASC-nin Cavabdeh2nə qarşı «qalıq borcunun silinməsi» barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddianın icraata qəbulundan imtina olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5963/2021 nömrəli 23.12.2021-ci il tarixli qanuni qüvvəsini almış qərardadından görünür ki, İddiaçı Cavabdeh1 ASC-yə qarşı «qalıq borcunun silinməsi» tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən məhkəməyə ünvanlanmış iddia tələbi artıq məhkəmənin icraatında Cavabdeh1 ASC-yə qarşı daha əvvəl yönəlmişdir. Hal-hazırda iddiaçı eyni tələblə Cavabdeh1 ASC-nin Cavabdeh2nə qarşı iddia qaldırmışdır. Qeyd olunan “Cavabdeh1 ASC-nin Cavabdeh2 Cavabdeh1 ASC tabe qurumu olaraq istehlakçılar su sərfiyyatına görə ərazi üzrə yığımları həyata keçirir. Belə olan halda iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş hazırki mülki iş üzrə iddia ərizəsinin cavabdeh, predmet və əsaslar ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olmuş 2(005)-5963/2021 nömrəli mülki işdə olan həmin cavabdehə, həmin predmet barəsində və həmin əsaslarla eyni olduğu müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Yuxarıda şərh olunanlara əsasən İddiaçı Cavabdeh1 ASC-nin Cavabdeh2nə qarşı «qalıq borcunun silinməsi» tələbinə dair iddianın yolverilməzliyinə görə iddia ərizəsini icraata qəbul etməkdən imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh1 ASC-nin Cavabdeh2nə qarşı «qalıq borcunun silinməsi» tələbinə dair iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina olunsun. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar