Məhkəmə qərarları › İş №2(005)-1039/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1039/2022

14.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1039/2022 14.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Ərizəçi və eyni zamanda maraqlı şəxslərin nümayəndəsi Ərizəçi, Əriçənin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Uriyayeva (Eldarxanova) Samirə Niyaz qızı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi olmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Uriyayeva (Eldarxanova) Samirə Niyaz qızı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi olmaqla hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “X20 oglunun, X3, Maraqlı şəxs1, X4, X7, X11 adlarına verilmiş JN:225 KOD 30125028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının ərizəçi və maraqlı şəxslər “X12, Ərizəçi, Maraqlı şəxs1, Maraqlı şəxs2, Uriyayeva (Eldərxanova) Samirə Niyaz qızına, Maraqlı şəxs3” məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli 10/3 saylı qərarı və DNKnın 19 yanvar 2006-cı il tarixli 4ə-l-51 saylı müqavilələrinə əsasən Ərizəçi, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs1, Uriyayeva (Eldarxanova) Samirə Niyaz qızına və X12 Qusar rayonunun Zuxul kəndi ərazisindən 2.05 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədləri üçün nəzərdə tutulmuş pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə onların mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:225 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə təsdiq edilmişdir. X17 04 may 2020-ci il tarixdə vəfat etmişdir. X30 Ərizəçi adı və atasının adı səhvən “Muminat Yarmət qızı, Maraqlı şəxs2 adı və atasının adı səhvən “Anjelika Niyaz qızı”, ərizəçi Maraqlı şəxs3 soyadı səhvən “Eldarxanov”, X8 atasının adı səhvən “Əlihüseyn” kimi qeyd edilmişdir. Şəxsiyyətlərini təsdiq edən sənədlərdə Ərizəçi adı və atasının adı "Mominat Yarmedovna”, Maraqlı şəxs2 adı və atasının adı "Anjela Niyazovna” Maraqlı şəxs3 soyadı “Eldərxanov”, ölüm haqqında şəhadətnamədə X8 atasının adı “Əİisun” kimi qeyd edilmişdir. X29 və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:225 KOD 30125028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında da ərizəçilərin soyadları, adları və ata adları şəxsiyyətlərini və ölümünü təsdiq edən sənədlərə uyğun qeyd edilməli idi. Bu yaxınlarda ərizəçi X30 olan torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən sənədləri almaq üçün maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət etmişdir. X31 və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:225 KOD 30125028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında Ərizəçi adı və atasının adı səhvən “Muminat Yarmət” qızı, ərizəçi Maraqlı şəxs2 adı və atasının adı səhvən “Anjelika Niyaz qızı, Maraqlı şəxs3 soyadı səhvən “Eldarxanov” X8 atasının adı səhvən “Əlihüseyn” kimi qeyd edildiyi üçün DƏDRX-nin 5 saylı Ərazi İdarəsi çıxarış verməkdən imtina etmişdir. Bu səbəbdən də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:225 KOD 30125028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının onlara məxsus olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Məhkəmə iclasında ərizəçi və maraqlı şəxslərin nümayəndəsi Ərizəçi ərizəni müdafə edib, ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq toplanmış sübutlara qiymət verməklə hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:225 KOD 30125028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Qusar rayonunun Zuxul kəndi ərazisindən 2.05 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədləri üçün nəzərdə tutulmuş pay torpaq sahəsi mülkiyyətçi X9 və onun ailə üzvləri X3, Maraqlı şəxs1, X4, X7, X11 adlarına ayrılmışıdır. İş materiallarına əlavə edilmiş 04.06.1950-ci il tarixli ИЕ seriyalı 393557 nömrəli X14 görünür ki, X18 04.06.1950-ci il tarixdə Qusar rayonu, Zuxul kəndində anadan olmuş atası X13r və bu barədə müvafiq qeyd 04.06.1950-ci il tarixdə 12 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarına əlavə edilmiş 16.12.1958-ci il tarixli İİ-ЖГ seriyalı 494497 nömrəli X14 görünür ki, (Eldərxanov) X16 xx.xx.1958-ci il tarixdə Bakı şəhərində anadan olmuş və bu barədə müvafiq qeyd 25.10.1958-ci il tarixdə 714 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarına əlavə edilmiş 26.08.1980-ci il tarixli Vİİ-ЖГ seriyalı nömrəli X14 görünür ki, Maraqlı şəxs1 xx.xx.1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş atası X17 anası Ərizəçidır və bu barədə müvafiq qeyd 26.08.1980-ci il tarixdə 2255 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarına əlavə edilmiş 04.01.1983-cü il tarixli Vİ-АН seriyalı 358864 nömrəli X14 görünür ki, Maraqlı şəxs2 xx.xx.1982-ci il tarixdə RSFSR Rostov şəhərində anadan olmuş atası X17 anası Ərizəçidır və bu barədə müvafiq qeyd 04.01.1983-ci il tarixdə 2850 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarına əlavə edilmiş 08.10.1985-ci il tarixli Xİ-ЖГ seriyalı 320151 nömrəli X14 görünür ki, X19 xx.xx.1985-ci il tarixdə Qusar rayonu Zuxul kəndində anadan olmuş atası X17 anası Ərizəçidır və bu barədə müvafiq qeyd 08.10.1985-ci il tarixdə 24 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarına əlavə edilmiş 08.10.1985-ci il tarixli Xİ-ЖГ seriyalı 320152 nömrəli X14 görünür ki, X15 xx.xx.1985-ci il tarixdə Qusar rayonu Zuxul kəndində anadan olmuş atası X17 anası Ərizəçidır və bu barədə müvafiq qeyd 08.10.1985-ci il tarixdə 25 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qusar rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Qələnxur kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş AZ-İ 989866 nömrəli ölüm haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X17 04.05.2020-ci il tarixdə Qusar rayonu Zuxul kəndi xroniki dəqiqləşdirilməmiş ağciyər və ürək çatışmazlığından ölmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qusar rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Qələnxur kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Qusar rayonu Aqrar İslahat Komissiyasının 16 iyun l998-ci il tarixli 10/3 nömrəli qərarı ilə verilmiş torpağa mülkiyyət hüququna dair JN:225 kod 30125028 Dövlət Aktında Eİdarxanov Niyaz Əlihüseyn oğlu kimi, X1, Eİdarxənova Anjelika Niyaz qızı kimi, X6 yazılmış, ancaq onların soyadı, adı, atasının adı 24.06.7003-cü il tarixdə verilmiş AZE № 00774806 vətəndaşın şəxsiyyət vəsiqəsində olduğu kimi X5 22.08.2012-ci il tarixdə verilmiş AZE 0******* vətəndaşın şəxsiyyət vəsiqəsində olduğu kimi Ərizəçi kimi, 22.01.2021-ci il tarixdə verilmiş AA ******* vətəndaşın Şəxsiyyət vəsiqəsində olduğu kimi Maraqlı şəxs2 kimi, 24.03.2021-ci il tarixdə verilmiş AA ******* vətəndaşın şəxsiyyət vəsiqəsində olduğu kimi X6 düzgün olması göstərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən 31.05.2021-ci il tarixli **********31 nömrəli cavab məktubundan görünür ki, Qusar rayonu, Zuxul kəndində yerləşən mərhum atanız X12 məxsus “Torpağa mülkiyyət hüququna dair dövlət aktı" nın təsdiq olunmuş sürətinə baxılmış və mərhum X17 və ailə üzvlərinin adına olan 2.05 ha torpaq sahəsinə verilmiş JN-225 KOD 30125028 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlətaktı” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabından qeydiyyatdan keçmiş, DVJ məlumatlarında öz əksini tapması qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən 04.08.2021-ci il tarixli **********44 nömrəli cavab məktubundan görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-225 KOD 30125028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktında qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığından bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli 10/3 saylı qərarı və DNK-nın 19 yanvar 2006-cı il tarixli 4ə-l-51 saylı müqavilələrinə əsasən Ərizəçi, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs1, Uriyayeva (Eldarxanova) Samirə Niyaz qızına və X12 Qusar rayonunun Zuxul kəndi ərazisindən 2.05 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədləri üçün nəzərdə tutulmuş pay torpaq sahəsi verilmişdir. Qeyd olunan sənəd üzrə mülkiyyəçinin ailə üzvləri tərəfindən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına alınması ilə bağlı maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət edilmişdir. Müraciətə cavab olaraq müvafiq sənəddə mülkiyyətçi və onun ailə üzvlərinin adlarında uyğunsuzluğun olması halı aşkar edildiyindən və sözügedən idarənin həmin sənədə müvafiq dəyişiklik etmək səlahiyyəti olmadığından bununla bağlı məhkəməyə müraciət olunması bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Göründüyü kimi qanunverici müvafiq sənədlər üzrə faktın müəyyən edilməsi imkanını tanımışdır. Hazırda ərizəçi tərəfindən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi üzrə mübahisə predmeti olaraq göstərdiyi dövlət aktının ərizəçi və onun ailə üzvlərinə məxsusluğunun müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək hüququ mövcuddur. Belə olan halda məhkəmə araşdırması zamanı təqdim olunmuş sübutlara əsasən bildirir ki, Qusar rayonu Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli 10/3 nömrəli qərarı ilə verilmiş torpağa mülkiyyət hüququna dair JN:225 kod 30125028 Dövlət Aktında Eİdarxanov Niyaz Əlihüseyn oğlu kimi, X1, Eİdarxənova Anjelika Niyaz qızı kimi, X6 yazılmış məlumatlar, hazırda məhkəmə araşdırması zamanı qeyd olunan şəxslər barəsində daha əvvəlki tarixlərdə müvafiq dövlət orqanları tərəfindən tərtib edilmiş sənədlərlə uyğunsuzdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12.04.2019-cu il tarixli Qərarın 6.3-cü bəndinə əsasən Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon Şöbəsi tərəfindən verilmiş Torpağa Mülkiyyət Hüququna dair JN seriyalı 0225 nömrəli (KOD ********) Dövlət X2, Ərizəçi, Maraqlı şəxs1, Maraqlı şəxs2, (Uriyayeva) X15 və Maraqlı şəxs3 məxsus olması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon Şöbəsi tərəfindən verilmiş Torpağa Mülkiyyət Hüququna dair JN seriyalı 0225 nömrəli (KOD ********) Dövlət X2, Ərizəçi, Maraqlı şəxs1, Maraqlı şəxs2, (Uriyayeva) X15 və Maraqlı şəxs3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim: Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar