Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1068/2021 03.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 "A" ünvanına dair qanunsuz tutulan vəsaiti və qanunsuz hesablanan 206 (iki yüz altı) manat vəsaitin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında daxil olmuş və tərəflərə bildiriş göndərilmişdir. İddia tələbi üzrə pul tələbi 206 manat təşkil etdiyindən, eləcə də, sübutların araşdırılması zərurəti yarandığından Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1068/2021 nömrəli, xx.xx.2021-ci il tarixli Qərardadı ilə mülki iş iddia icraatına keçirilmişdir. Daha sonra iddiaçı iddia tələbinin artırılması barədə ərizə təqdim edərək, Cavabdeh tərəfindən 206 (iki yüz altı) manat vəsaitin silinməsi və 62 manat ödənilmiş vəsaitin ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 2 "A" ünvanında 2005-ci ildə ailə üzvləri ilə birlikdə yaşayır. Həmin vaxtdan bu günə qədər hər ay vaxtı-vaxtında istifadə etdiyi qaza görə pulu ödədiyini bildirmişdir. Heç bir vaxt "Cavabdeh" ilə onun arasında problem olmamışdır. Lakin xx.xx.2020-ci il tarixdə heç bir rəsmi məlumat borc olduğu haqda məlumat vermədən, o kart vasitrəsilə pulu ödədikdə hər dəfə ondan 6-4 manat artıq vəsait tutulur. Bununla bağlı o Suraxanı rayon Qaz İdarəsinə araşdırmaq üçün getmişdir. Həmin vaxt Suraxanı rayonu Mühasibat Şöbəsində ona bildirmişdilər ki, 2017-ci ildən onun 206 manat qaz pulu borcu var. İddiaçı hər ay ödədiyi vəsaitin məbləğini ona rəsmi surətdə təqdim edilməsini tələb etmişdir. Onun tələbini nəzərə alaraq, kompüterdə mənzilin ödəniş cədvəlini ona təqdim etmişlər. Həmin cədvəldən təsdiq edilmişdir ki, 2017-ci üdən bu günə qədər heç bir borcu olmamışdır. Lakin buna baxmayaraq hər ay kartdan 4-6 manat vəsait qanunsuz olaraq tutulur. İddiaçı məhkəmə iclasında məhkəmədə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bilodirdi ki, ona 206 (iki yüz altı) manat cərimə yazıldığı üçün hər dəfə qaz pulu ödəyərkən ödədiyi puldan qanunsuz olaraq hesablanmış cəriməyə silinmişdir. Həmin pulun da ona qaytarılmasını xahiş etmişdir. Cavabdeh tərəf məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh tərəfin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.6-ci maddəsinə əsasən, məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunan Azərbayca Respublikası Müdafiə nazirliyi Bakı Qarnizonu Mənzil-İstismar hissəsi 10 №-li MİS-nin 09.12.20-ci il tarixli 783 saylı arayışından görünür ki, İddiaçı ünvan 1 "A" ünvanında yaşayır. İş materiallarına əlavə edilmiş abonent saldosunun surətindən görünür ki, verilən qaz xətti üzrə abonent kodu **********10010 olan İddiaçı qeydiyyata alınmışdır və ailə tərkibi 3 nəfərdən ibarətdir. Həmin ünvanda PG-4tipli sənayecihazı (4 gözlü qaz plitələri), samovar(1/1) otaqları qızdırmaq üçün AVQ-80 markalı su qızdıcısı (1/1) xx.xx.2019-cu il tarixdən isə “Smart G-4 X3 tipli qaz sayğacı quraşdırılmışdır. İşin materiallarında olan “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, İddiaçı aid qaz sayğacın klapanı açıq, qazı buraxmır kimi göstərilmişdir. Buna görə də yeni sayğacla əvəz olunmuşdur. İş materiallarına əlavə edilən Cavabdeh İB-nin ******* saylı xx xxx 2020-ci il tarixli aktı ilə müəyyən edilir ki, istehlakçı İddiaçı məxsus məişət qaz sayğaclarının yoxlanılması laboratoriyasına aparılmış G4 markalı smart-kart tipli qaz sayğacına baxış keçirilmiş və «xx.xx.2020-ci il tarixli lab.29/1710-03579 saylı MSK-ya əsasən 1602FƏ**********59 №-li sayğıcın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Dəymiş ziyan hesablansın və ödənilsin» göstərilmişdir. Dəymiş ziyanın bərpasına dair xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, xx xxx 2020-ci il tarixli aktı ilə dəymiş ziyanın həcmi 2160 m3 hesablanmışdır. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmişdir. Həmin vaxt, yəni qaz sayğacı dəyişdirildikdən 05 ay sonra isə sayğacda qüsur olması aşkar edilmiş və akt tərtib olunmaqla 2160 m3 qaz itkisi olması qeyd olunmaqla iddiaçıdan tələb edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2020-ci il tarixli 29/1710-03579 №-li Aktına əsasən G-4 markalı 1602AZ**********59 №li sayğacda ALARM-1 rejimi aşkar olunmuşdur; Cavabdeh İB-nin xx.xx.2020-ci il tarixli 29/1710-03579 №-li Aktına əsasən 1602AZ**********59 saylı sayğacda baxış keçirilmiş, sayğacın yivli birləşmələri deformasiyaya və korroziyaya uğramış, sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etməmişdir. Sayğacda xx.xx.2019-cu il tarixdə ALARM-1 rejimi aşkar olunmuşdur; Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh dəyişdirilmiş qaz sayğacının dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Cavabdeh təşkilat iddiaçının yaşadığı evin qaz təchizatı ilə hesablaşmasını təmin edən sayğac evdən kənarda quraşdırılmışdır; belə olan halda isə, həmin sayğacda yaranan problemə görə iddiaçının məsuliyyət daşıması qanunvericliyin mənasına görə mümkün deyildir. Başqa sözlə, evdən kənarda quraşdırılmış və işlək vəziyyətinə təchizatçı təşkilatın cavabdehlik daşıdığı sayğaca edilən müdaxilədə iddiaçının təqsirinin olması sübuta yetirilməmişdir. Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmənin qənaətinə görə Cavabdeh İB iddiaçının evindən kənarda quraşdırılmış sayğaca iddiaçı tərəfindən müdaxilə edildiyini təsdiq edən və buna görə də ondan sayğacın dəyərinin tələb edilməsinə əsas verən məlumatların doğruluğuna dəlalət edən mötəbər sübutlar təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının təqsiri olmadan borc hesablandığından, sayğacın yararsız vəziyyətə düşməsində iddiaçının təqsirinin olması sübut olunmadığından cavabdeh tərəfindən akt tərtib edilməklə 2160 m3 qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Digər tərəfdən məhkəmə iclasında iddiaçı tərəf qəbzlər təqdim etməklə göstərmişdir ki, onun ödənişlərindən əsassız olaraq akta əsasən hesablanmış cərimənin 62 manatı silinmişdir. Buna görə də, məhkəmə bu hissədə iddianı əsaslı hesab edir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya əsassız olaraq borc hesablandığından ünvan 1 "A" (35 A mənzil 1) ünvanında yerləşən mənzilə (abonent kodu: **********10010. sayğac nömrəsi 1602FƏ**********59) əsassız olaraq hesablanmış 20650 manat cərimə borc silinməli, hesablan əsassız olaraq silinən 62 manat iddiaçının hesabına geri qaytırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. ünvan 2 "A" (35 A, mənzil 1) mənzil 1 ünvanında sayğacdan qaz sərfinə görə (abonent kodu: **********10010, sayğac nömrəsi 1602AZ**********59) hesablanmış 206 manat cərimə borcu silinsin. Abonentin hesabından akta əsasən silinmiş 62 manat bərpa edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-1068/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1068/2021
03.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver