Məhkəmə qərarları › İş №2(005)-1071/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1071/2021

01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1071/2021 01.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, müqavilə üzrə borcun ödənilməsi və lizinq obyektinin zəruri sənəd və ləvazimatları ilə birlikdə mülkiyyətçiyə qaytarılması” tələbinə dair iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı” MMC Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, müqavilə üzrə borcun ödənilməsi və lizinq obyektinin zəruri sənəd və ləvazimatları ilə birlikdə mülkiyyətçiyə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01/312/19-V saylı, xx xxxxxxx 2019-cu il tarixli Daxili maliyyə lizinqi müqaviləsinin ləğv edilməsi, həmin müqaviləyə əsasən hesablanmış cərimə üzrə 100 manat məbləğində borcun, dövlət rüsumu qismində ödənilmiş 30 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və lizinq obyekti sayılan, ümumi müqavilə dəyəri 2,835.00 manat olan 1 (bir) ədəd 2018-ci il buraxılışlı İMMERGAS markalı divardan asılan məişət qaz qazanı, divardan asılan məişət qaz qazanı asqı seti -1 ədəd, qaz requlyatoru -1 ədəd, stabilizator optimal -1 ədəd, polobarot vintil -2 ədəd, qaz şlanqı 1 ədəd, qaz vintil -1 ədəd, radiator -65 ədəd, radiator asqı seti 5 ədəd, radiator vintil köşə- 10 ədəd, boru 20 -24 ədəd, boru 25-52 ədəd, dirsək 90*20 mm-22 ədəd, dirsək 90*25 mm- 30 ədəd, mufta 20 mm- 4 ədəd, mufta 25 mm -4 ədəd, rekor 20 mm duz -4 ədəd, rekor 25 mm düz -6 ədəd, troynik 25 mm -10 ədəd, xamut cut 20 mm -15 ədəd, xamut cut 25 mm- 40 ədəd, tangit ip -1 ədəd, troynik 25-20 mm-6 ədəd zəruri sənədləri və ləvazimatları ilə birlikdə Cavabdeh qanunsuz sahibliyindən geri alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılsın. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx xxxxxxx 2019-cu il tarixdə 01/312/19-V saylı Daxili maliyyə lizinqi müqaviləsi (bundan sonra «Lizinq müqaviləsi») bağlanmışdır. Lizinq müqaviləsinə əsasən iddiaçı 2,835.00 manat ödəyərək mülkiyyətinə əldə etdiyi və müqavilə üzrə lizinq obyekti sayılan 1 (bir) ədəd 2018-ci il buraxılışı olan, İMMERGAS markalı divardan asılan məişət qaz qazanı, divardan asılan məişət qaz qazanı asqı seti -1; ədəd, qaz requlyatoru -1 ədəd, stabilizator optimal -1 ədəd, polobarot vintil -2 ədəd, qaz şlanqı 1 ədəd, qaz vintil -1 ədəd, radiator -65 ədəd, radiator asqı seti 5 ədəd, radiator vintil köşə- 10 ədəd, boru 20 - 24 ədəd, boru 25 - 52 ədəd, dirsək 90*20 mm- 22 ədəd, dirsək 90*25 mm- 30 ədəd, mıifta 20 mm- 4 ədəd, mufta 25 mm -4 ədəd, rekor 20 mm duz -4 ədəd, rekor 25 mm düz -6 ədəd, troynik 25 mm -10 ədəd, xamut cut 20 mm -15 ədəd, xamut cut 25 mm- 40 ədəd, tangit ip -1 ədəd, troynik 25-20 mm-6 ədəd (bundan sonra «Lizinq obyekti») cavabdehin istifadəsinə və sahibliyinə vermişdir. Hazırda cavabdeh tərəfindən həmin müqaviləyə əlavə olan lizinq ödənişlərinin qrafikinə əsasən xx.xx.2021 -ci il tarixinədək, ödənişləri üzrə 1,891.40 manat, cərimə üzrə 303.75 manat olmaqla, cəmi 2,195.15 manat məbləğində borcu yaranmışdır. Lizinq müqaviləsindən irəli gələn qeyd olunan ödənişlərin həyata keçirilməsi barədə cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən lizinq müqaviləsi üzrə ödənişlər edilməmiş və beləliklə də, müqavilədən irəli gələn öhdəliklər icra edilməmişdir. Cavabdeh daxili maliyyə lizinqi müqaviləsindən irəli gələn öhdəliyi icra etmədiyinə görə bu, həmin müqavilənin ləğv edilməsi üçün əsas yaradır. Hazırda Lizinq obyekti cavabdehin qanunsuz sahibliyindədir. Belə ki, cavabdehlə lizinq şirkəti arasında bağlanmış Lizinq müqaviləsi cavabdehin müqavilədən irəli gələn öhdəliklərini icra etməməsi səbəbindən öz hüquqi qüvvəsini itirmiş sayılır. Buna müvafiq olaraq, cavabdehin müqavilənin predmetini əks etdirən Lizinq obyekti üzərində olan mülkiyyətçi tərəfindən verilmiş müvəqqəti istifadə və sahiblik hüquqları da həmçinin əhəmiyyətsiz sayılmalıdır. Lakin bütün bunlara baxmayaraq, cavabdeh bu günə qədər Lizinq obyektindən qanunsuz olaraq istifadə etməkdədir. Belə ki, cavabdeh lizinq obyektinin mülkiyyətçisi olan İddiaçı MMC-nin Lizinq obyektinin geri qaytarılmasının təmin edilməsi barədə tələblərinə məhəl qoymur və Lizinq obyektini geri qaytarmaqdan imtina edir. Cavabdeh tərəfindən yol verilən bu hüquqazidd əməl nəticəsində iddiaçının mülkiyyət hüquq pozulmuşdur. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş, o cümlədən səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər, lakin iddiaçının nümayəndəsi X2 “Elektron Məhkəmə” İnformasiya sistemi vasitəsilə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia ərizəsini təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 01/312/19-V nömrəli daxili maliyyə lizinq müqaviləsinin surətindən görünür ki, Lizinq verən lizinq alan tərəfindən seçilmiş aşağıdakı avadanlığı mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində Lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini bu lizinq müqaviləsinin şərtləri əsasında qəbul etməyi öhdəsinə götürür. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 01/312/19-V nömrəli daxili maliyyə lizinq müqaviləsinin surətindən görünür ki, lizinq müqaviləsi 18 aylıq müddətə bağlanılmışdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 01/312/19-V nömrəli daxili maliyyə lizinq müqaviləsinin surətindən görünür ki, İş materiallarında olan xx.xx.2020-ci il tarixli “Lizinq obyektinin təhvil-təslim” aktının surətindən görünür ki, lizinq alan lizinq verəndən İMMERGAS markalı, buraxılış ili 2018 olan İMMERGAS markalı divardan asılan məişət qaz qazanı, divardan asılan məişət qaz qazanı asqı seti-1; ədəd, qaz requlyatoru -1 ədəd, stabilizator optimal -1 ədəd, polobarot vintil -2 ədəd, qaz şlanqı 1 ədəd, qaz vintil -1 ədəd, radiator -65 ədəd, radiator asqı seti 5 ədəd, radiator vintil köşə- 10 ədəd, boru 20 - 24 ədəd, boru 25 -52 ədəd, dirsək 90*20 mm- 22 ədəd, dirsək 90*25 mm- 30 ədəd, mıifta 20 mm- 4 ədəd, mufta 25 mm -4 ədəd, rekor 20 mm duz -4 ədəd, rekor 25 mm düz -6 ədəd, troynik 25 mm -10 ədəd, xamut cut 20 mm -15 ədəd, xamut cut 25 mm- 40 ədəd, tangit ip -1 ədəd, troynik 25-20 mm-6 ədəd avadanlıqları ünvan 1 ünvanında yerləşən mənzilində liziqə qəbul etmişdir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 01/312/19-V nömrəli daxili maliyyə lizinq müqaviləsinin 1 saylı əlavənin surətindən görünür ki, lizinq alan Cavabdeh lizinq obyektinin dəyəri olan 2835 manat, lizinqverənin mükafatı olan 927.8 manat, ümumilikdə 3762 manat məbləğində vəsaiti 18 ay müddətinə aylıq 209.04 manat annuitetlə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. 747.1-ci maddəsinə görə, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-5.1-ci maddələrinə əsasən Lizinq əməliyyatlarının hüquqi forması ya lizinq verənlə lizinq alan arasında bağlanmış lizinq müqaviləsi və lizinq verənlə satıcı arasında bağlanılmış alqı-satqı müqaviləsidir, ya da həmin şəxslər arasında bu Məcəllənin 747-5.2ci maddəsinə və lizinqlə bağlı digər maddələrinə müvafiq surətdə bağlanılmış üçtərəfli müqavilədir. 748-1.5-ci maddəsinə əsasən Lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-7.1-ci maddəsinə görə, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. 750-ci maddəsinə əsasən, lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 01/312/19-V nömrəli daxili maliyyə lizinq müqaviləsi üzrə X1 müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmiş, müqavilə üzrə ödənişləri tam həcmdə yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi lizinq müqaviləsinin ləğv edilməsi hissəsində əsaslıdır. Belə ki, iş materiallarından görünür ki, cavabdeh tərəfindən müqavilənin şərtləri əhəmiyyətli dərəcədə pozulmuşdur. Belə ki, iddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2020ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2020-ci il tarixli, 01/312/19-V nömrəli daxili maliyyə lizinq müqaviləsi üzrə borcu 1891,40 manat təşkil edir. Bu səbəbdən məhkəmə hesab edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, AL-662 saylı “Daxili Lizinq” müqaviləsi ləğv edilməlidir. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən tərəflər arasında bağlanmış müqavilənin 16.1.3-cü maddəsinə əsasən həmin müqavilə üzrə lizinq obyekti olan ümumi müqavilə dəyəri 2,835.00 manat olan 1 (bir) ədəd 2018-ci il buraxılışlı İMMERGAS markalı divardan asılan məişət qaz qazanı, divardan asılan məişət qaz qazanı asqı seti -1 ədəd, qaz requlyatoru -1 ədəd, stabilizator optimal -1 ədəd, polobarot vintil -2 ədəd, qaz şlanqı 1 ədəd, qaz vintil -1 ədəd, radiator -65 ədəd, radiator asqı seti 5 ədəd, radiator vintil köşə- 10 ədəd, boru 20 -24 ədəd, boru 25 - 52 ədəd, dirsək 90*20 mm- 22 ədəd, dirsək 90*25 mm- 30 ədəd, mufta 20 mm- 4 ədəd, mufta 25 mm -4 ədəd, rekor 20 mm duz -4 ədəd, rekor 25 mm düz -6 ədəd, troynik 25 mm -10 ədəd, xamut cut 20 mm -15 ədəd, xamut cut 25 mm- 40 ədəd, tangit ip -1 ədəd, troynik 25-20 mm -6 ədəd zəruri sənədləri və ləvazimatları ilə birlikdə Cavabdeh qanunsuz sahibliyindən geri alınaraq iddiaçıya qaytarılması hissəsində əsaslıdır. Belə ki, iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 01/312/19-V nömrəli daxili maliyyə lizinq müqaviləsinin 14.2-ci maddəsinə əsasən Lizinq verən Lizinq alanın lizinq obyektinə sahiblik və istifadə hüququna birtərəfli qaydada xitam verə və lizinq müqaviləsi ilə nəzərdə tutulmuş qaydada lizinq obyektini geri ala bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2020-ci il tarixli, 01/312/19-V nömrəli daxili maliyyə lizinq müqaviləsinin müqavilə üzrə 100 manat cərimə borcu iddia tələbinə mütənasib olduğundan iddia həmin hissədə əsaslıdır və təmin edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəllənin 216-220, 222, 357, 358,362–ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 01/312/19-V nömrəli daxili maliyyə lizinq müqaviləsi ləğv edilsin. Cavabdeh 100 manat məbləğində cərimə borcu və 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 01/312/19-V nömrəli daxili maliyyə lizinq müqaviləsi üzrə lizinq obyekti sayılan, ümumi müqavilə dəyəri 2,835.00 manat olan 1 (bir) ədəd 2018-ci il buraxılışlı İMMERGAS markalı divardan asılan məişət qaz qazanı, divardan asılan məişət qaz qazanı asqı seti -1 ədəd, qaz requlyatoru - 1 ədəd, stabilizator optimal -1 ədəd, polobarot vintil -2 ədəd, qaz şlanqı 1 ədəd, qaz vintil - 1 ədəd, radiator -65 ədəd, radiator asqı seti 5 ədəd, radiator vintil köşə- 10 ədəd, boru 20 - 24 ədəd, boru 25-52 ədəd, dirsək 90*20 mm-22 ədəd, dirsək 90*25 mm- 30 ədəd, mufta 20 mm- 4 ədəd, mufta 25 mm -4 ədəd, rekor 20 mm duz -4 ədəd, rekor 25 mm düz -6 ədəd, troynik 25 mm -10 ədəd, xamut cut 20 mm - 5 ədəd, xamut cut 25 mm- 40 ədəd, tangit ip -1 ədəd, troynik 25-20 mm-6 ədəd zəruri sənədləri və ləvazimatları ilə birlikdə Cavabdeh qanunsuz sahibliyindən geri alınaraq iddiaçıya qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar