Məhkəmə qərarları › İş №2(005)-1072/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1072/2025

04.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1072/2025 04.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Ərizəçi və nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Ərizəçi maraqlı şəxs Bakı Şəhəri 6 saylı Notariat Ofisi cəlb olunmaqla “hüquq müəyyənedici sənədin iddiaçıya məxsus olması faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizə və onun dəlilləri Ərizəçi Maraqlı şəxs cəlb olunmaqla “hüquq müəyyənedici sənədin iddiaçıya məxsus olması faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X2 adı, atasının adı və ya soyadının rus dilində X7 qeyd olunmuş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 74,5 kv/m, yaşayış sahəsi 56,7 kv/m, yardımçı sahəsi 17, 8 kv/m olan 3 otaqlı mənzilə dair hüquqmüəyyənedici sənədin-02 sentyabr 1995-cı il tarixli alqısatqı müqaviləsinin həmin şəxsə-qardaşı X13 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qardaşı X18 xx.xx.1960-cı ildə anadan olub, 16 dekabr 2022-ci ildə vəfat edib. Bakı şəhəri, 6 saylı Notariat Ofisinin xüsusi notariusu X9 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Qanun üzrə X3 əsasən qardaşına məxsus ünvan 1 ünvnında yerləşən ümumi sahəsi 74,5 kv/m, yaşayış sahəsi 56,7 kv/m, yardımçı sahəsi 17, 8 kv/m olan 3 otaqlı mənzilə miras əmlakdan vərəsə kimi tam hissədə pay almaq hüququ təsdiqlənmişdir. Ancaq həmin əmlakın əldə edilməsinə dair 02 sentyabr 1995-cı il tarixli alqı-satqı müqviləsi həmin dövrün qanunlarına uyğun olaraq rus dilində tərtib olunmuş və həmin müqavilədə qardaşının adı müqavilələrin tərtib olunduğu rus dilinə uyğun olarq Sadiq yox Sadıx yazılıb. Hazırda o vərəsəlik hüququ ilə əldə etdiyi daşınmaz əmlakı öz adına qeydiyyata aldırıb onun barəsində sərəncam verə bilmir.Bu isə onun konstitusiya ilə müəyyən edilmiş mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Buna görə ünvan 1 ünvnında yerləşən ümumi sahəsi 74,5 kv/m, yaşayış sahəsi 56,7 kv/m, yardımçı sahəsi 17, 8 kv/m olan 3 otaqlı mənzilə dair 02 sentyabr 1995-cı il tarixli alqısatqı müqaviləsində qardaşının adının rus dilində alıcı kimi qeyd olunmuş X1 onun doğum şəhadətnaməsində və onun şəxsiyyətini təsdiq edən digər sənədlərdəki X8 oxunması zərurəti yaranmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak etmiş Ərizəçi və onun nümayəndəsi və vəkili Vəkil ayrıayrılıqda ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı Şəhəri 6 saylı Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 məhkəməyə bildirmişdir ki, Ərizəçi onun həyat yoldaşıdır. X18 onun qaynıdır və adının həmişə düz yazılmadığını bildirirdi. Yoldaşından başqa vərəsəsi olmadığını və onun ailə qurmadığını qeyd etdi. Onun əmlakı yoldaşı Ərizəçi istifadəsində olduğunu bildirdi. Eyni ünvanda mənzil də mövcud olmuşdur, onunsənədlərində problem yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində məhkəməyə bildirmişdir ki, Ərizəçi onun anasıdır. X5 onun dayısı olub. 2 ildir ki rəhmətə gedib və adı Sadiq olub. Əmlakı olaraq evi və qarajı vardır və anası Ərizəçi istifadəsində olduğunu qeyd etdi. Məhkəmə ərizəni izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını hərtərəfli, obyektiv, qərəzsiz və tam araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia ərizəsi əsaslı olduğundan təmin olunmalıdır. Əsaslandırıcı hissə: a) Mülki işin materialları - xx.xx.2024-cü il tarixli X25 X4 görünür ki,xx.xx.2022-ci il taarixdə vəfat etmiş X12 vərəsələri,ünvan 2 ünvanda qeydiyyatda olan Ərizəçidır və o əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə 2V-240 nömrə ilə qeydiyyata alınmışdır. - xx.xx.1960-cı il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X18 xx.xx.1960-cı ildə Naxçıvan MR-də doğulmuşdur - AZ-321641 nömrəli xx.xx.2023-cü il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X18 xx.xx.2022-ci ildə qaraciyərin digər dəqiqləşdirilməmiş xəstəlikləri səbəbi ilə Bakı şəhəri Xəzər Rayonunda vəfatı qeydə alınmışdır. - AZ-İ 963196 nömrəli xx.xx.2019-cu il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki,X16 xx.xx.1984-cü ildə vəfat etmişdir. Bu barədə xx.xx.1984-cü il tarixi ilə 706 nömrə ilə qeydiyyata alınmışdır. - AZ-İ 963195 nömrəli,xx.xx.2019-cu il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki,X11 xx.xx.2007-ci ildə kəskin ürək çatışmazlığı səbəbi ilə vəfat etmişdir.xx.xx.2007-ci il tarixi ilə 419 nömrə ilə qeydiyyata alınmışdır. - Bakı şəhəri 6 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 2462 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayon X6 xx.xx.1986 tarixli. № 5T/bT saylı sərəncamına əsasən mərhumun adına olan Bakı şəhəri, Xətai rayonu Nobel prospekt/ ev 7, mənzil 21 həyətində yerləşən 22.7 kv.m. olan qarajın hüquqmüəyyənedici sənədində X12 adında uyğunsuzluq (texniki pasportda Əhmədov Sadıx isa oğlu) aşkar edilmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. - 02 sentyabr 1995-cı il tarixli alqı-satqı müqaviləsindən görünür ki, ünvan 1 ünvnında yerləşən ümumi sahəsi 74,5 kv/m, yaşayış sahəsi 56,7 kv/m, yardımçı sahəsi 17, 8 kv/m olan 3 otaqlı mənzil X15 məxsusdur. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar Beləliklə, məhkəmə prosesində müəyyən olunmuşdur ki, ünvan 1 ünvnında yerləşən ümumi sahəsi 74,5 kv/m, yaşayış sahəsi 56,7 kv/m, yardımçı sahəsi 17, 8 kv/m olan 3 otaqlı mənzilə miras əmlakdan vərəsəsi Ərizəçidır. Bakı şəhəri, 6 saylı Notariat Ofisinin xüsusi notariusu X9 tərəfincən verilmiş xx.xx.2024-cü il tarixli Qanun üzrə X3 əsasən tam hissədə pay almaq hüququ vardır. Lakin, həmin əmlakın əldə edilməsinə dair 02 sentyabr 1995-cı il tarixli alqı-satqı müqaviləsi rus dilində tərtib olunmuş və həmin müqavilədə X12 adı müqavilələrin tərtib olunduğu üçün şəxsdin adı Sadiq yox Sadıx kimi qeyd edilib. Bu səsəbə görə Ərizəçi daşınmaz əmlakı öz adına qeydiyyata aldırıb onun barəsində sərəncam verə bilmir. Hazırda Ərizəçi məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 74,5 kv/m, yaşayış sahəsi 56,7 kv/m, yardımçı sahəsi 17, 8 kv/m olan 3 otaqlı mənzilə dair 02 sentyabr 1995-cı il tarixli alqı-satqı müqaviləsində X8 oxunması faktının müəyyən edilməsini xahiş edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Torpaq Məcəlləsinin : 4.1-ci maddəsinə əsasən torpaq sahəsi dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir.; 4.4-cü maddəsinə əsasən torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir; 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. 49.1-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ- torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. 49.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır. 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2 və 307.2.5-ci maddələrinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi ilə bağlı işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası MPMnin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, ərizə təmin edilməli, ünvan 1 ünvnında yerləşən ümumi sahəsi 74,5 kv/m, yaşayış sahəsi 56,7 kv/m, yardımçı sahəsi 17, 8 kv/m olan 3 otaqlı mənzilə dair 02 sentyabr 1995-cı il tarixli alqı-satqı müqaviləsinin X13 məxsus olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 74,5 kv/m, yaşayış sahəsi 56,7 kv/m, yardımçı sahəsi 17, 8 kv/m olan 3 otaqlı mənzilə dair 02 sentyabr 1995-cı il tarixli alqısatqı müqaviləsinin ərizəçinin qardaşı xx.xx.2022-ci il tarixdə vəfat etmiş X13 məxsus olması fakt müəyyən edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar