Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1081/2022 06.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçının İddiaçı nümayəndəsi və vəkili Vəkil1 və digər vəkili Vəkil3, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2, nümayəndəsi Yusibov Səlim Hadı oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi, cavabdehin qanunsuz hərəkətlərinin qadağan edilməsi və maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi, cavabdehin qanunsuz hərəkətlərinin qadağan edilməsi və maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospekti 28 V saylı evin həyətinə girişini məhdudlaşdıran özbaşına tikilinin yəni hasarın Cavabdeh hesabına sökülməsi, həyətə giriş-çıxışın bərpa olunması, mülkiyyətində olan evə mülkiyyət hüquqlarını məhdudlaşdıran hərəkətlərin Cavabdeh qadağan olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospektindəki 28 V saylı evin mülkiyyətçisidir. Həmin evə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş 01 noyabr 2013-cü il tarixli, ********** saylı çıxarış mövcuddur. Evinin həyətə giriş yolu Bakı şəhəri, Nərimanov rayonu, X14 prospektindəki 28 B saylı evin mülkiyyətçisi Cavabdeh tərəfindən həyətə gediş-gəlişini çətinləşdirən, dalanı xeyli daraldan mişar daşından tikili inşa edilmişdir. Bu halla bağlı ona müraciət edərək bu işin dərhal dayandırılmasını və özbaşınalığa son qoyulmasını tələb etmişdir. Lakin, Cavabdeh və onun həyat yoldaşı X13 etdikləri işin qanunsuz olduğunu bilə-bilə, hətta dövlət qurumlarının belə hərəkətlərə yol verilməməsi barədə xəbərdarlığına məhəl qoymayaraq qanunsuz tikilini davam etdirərək başa çatdırmışlar və onun həyətə giriş qapısını bağlamışlar. O, mülkiyyətində olan həyətə daxil olmaq üçün hər dəfə maşın üçün nəzərdə tutulan darvazanı qaldırmalı və ordan həyətə daxil olmalı olur. Bu hal iş materiallarına əlavə etdiyi fotoşəkillərdə də açıq-aşkar öz əksini tapır. Həmin sahədə əvvəllər onun evə daxil olmağı üçün qapının olması texniki pasportda da öz əksini tapmışdır. Əlavə olaraq bildirir ki sözügedən mübahisə ilə bağlı tərəfindən Nərimanov Rayon Məhkəməsində X9 qarşı "özbaşına tikilinin sökülməsi, qanunsuz hərəkətlərin qadağan edilməsi və maneələrin aradan qaldırılması tələbinə dair" iddia qaldırmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 noyabr 2020-cı il tarixli, 2(005)-162/2020 saylı qətnaməsi ilə iddia təmin edilərək, Bakı şəhəri, Nərimanov rayonu, X14 prospektindəki 28 V saylı evin həyətinə girişi məhdudlaşdıran özbaşına tikilinin cavabdeh X8 hesabına sökülməsi, həmin həyətə giriş-çıxışın bərpa olunması və mülkiyyət hüququnu məhdudlaşdıran hərəkətlərin cavabdeh X9 qadağan olunması qət edilmişdir. X1 apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 aprel 2021-ci il tarixli, 2(103)- 2983/2021 saylı qətnaməsi ilə cavabdeh X8 apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 noyabr 2020-cı il tarixli, 2(005)-162/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 iyul 2021-ci il tarixli, 2(102)- 4606/2021 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 aprel 2021ci il tarixli, 2(103)-2983/2021 saylı qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 oktyabr 2021-ci il tarixli, 2(103)-9269/2021 saylı qətnaməsi ilə X13 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 noyabr 2020-cı il tarixli, 2(005)-162/2020 saylı qətnaməsi ləğv edilmişdir. Belə ki, həmin qətnamə üzrə müəyyən olunmuşdur ki, hazırki iş üzrə cavabdeh X13 iddiaçının tələbinə cavab verən şəxs deyildir. Yəni iddia əsl cavabdehə qarşı qaldırılmayıb. Kollegiya hesab etmişdir ki, iddiaçı tərəfindən hazırki iddia hasarın yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, X14 prospekti, ev 28B saylı ünvanının mülkiyyətçisinə qarşı qaldırıla bilər. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı N2 ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X14 prospekti, ev 28B ünvanındakı mənzil Cavabdeh adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir. Buna görə də, hazırki iddia tələbi ilə yenidən məhkəməyə müraciət etməli olmuşdur. İş üzrə əsas cavabdehliyi və həmin fədi yaşayış evinin mülkiyyətçisi Cavabdeh olması ilkin iddiaya baxılan zaman X13 tərəfindən bilərəkdən gizlədilmişdir. Bildirmişdir ki, nəzərdə tutulan mübahisə üzrə məhkəmə tikinti-texniki ekspertizası keçirilmişdir. 20 fevral 2020-ci il tarixli ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, həqiqətən də ona məxsus ünvan 2 ünvanda yerləşən yaşayış evinin həyətyanı torpaq sahəsinə darvaza vasitəsilə giriş-çıxış olmasına baxmayaq, texniki pasportda giriş-çıxış yolu kimi nəzərdə tutulmuş qayı tam bağlandığından həyətdə giriş və çıxışa maneə yaratdığı müəyyən edilmişdir. Məhkəmə iclasında iddiaçının İddiaçı nümayəndəsi və vəkili Vəkil1 və digər vəkili Vəkil3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2, nümayəndəsi Yusibov Səlim Hadı oğlu iddi ərizəsini qəbul etməyərək bildirdi ki, hazırda iddiaçı tərəfindən sökülməsi tələb edilən tikili iddiaçı tərəfin razılığı alınaraq tikilmişdir. Bu səbəbdən iddia ərizəsinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 11.03.2022-ci il tarixdə iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, aşağıda göstərilən əsaslara görə hesab edir ki, yuxarıda qeyd edilən iddia tələbi əsassız olduğu üçün rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Belə ki, iddia tələbində qeyd edilən işin halları sənədlərlə öz təsdiqini tapmır. Qeyd etməyi zəruri hesab edir ki, hasar 2,5 il əvvəl çəkilib. Hasar çəkiləndə hasarı çəkən ustaların - X6, X7 və X3 şahidliyi ilə iddiaçının həyat yoldaşı Möhlətin razılğı ilə çəkilmişdir. Həmin vaxt Möhlət mertin arxa tərəfindən tutub, bir tərəfindən də ustalardan - X11 tutub 4,5 m məsafə yol saxlayaraq hasarın yerini işarə edib. Həmin işarə qoyulmuş yerdən hasar 1 metr hündürlükdə hörülmüşdü. Səhərisi gün gəlib metrə ilə ölçüb yolun eninin 4,5 m olduğunu gördü və daha sonra hasara üzlük çəkilən zaman hasarın 10 sm. yola girəcəyini bildirərək qarşılıqlı razılıq əsasında hasarı sökmüş və arxaya çəkmişlər. Bundan hasar tikilib, üzlənib başa çatdıqdan 20-25 gün sonra o, öz qaraj qapısını daha əvvəldən yolu zəbt edib həyətinə birləşdirməyinə baxmayaraq, bundan əlavə qapının yenidən 3 metr irəli çəkmək istəmişdir. İddiaçının qapısını yenidən 3 metr irəli çəkilməsi onun giriş-çıxış qapısına mane olduğu üçün buna etiraz etmiş və aralarında mübahisə yaranmışdır. Hətta hasarının qanuni olmasını yoxlamaq üçün jekin və rayon icra hakimiyyətinin nümayəndələri tərəfindən gəlib baxıblar. Əldə olan sənədlərlə mövcud tikililər yoxlanıldıqdan sonra bildirmişlər ki, hasar sərəncam və layihədə qeyd edilən cizgidən 1,2 m arxadan çəkilib, yəni onun, hal-hazırda hasarını hətta 1,2 m irəli çəkmək hüququ da vardır. Həmçinin qeyd etməyi zəruri hesab edir ki, orada özbaşına tikili tikilməmişdir. 2004-cü ildən Bakı şəhər İcra Hakimyyətinin təsdiqi ilə layihə və sərəncam vardır. Bundan başqa, Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Nərimanov rayonu Mənzil- Kommunal Təsərrüfat Birliyinin 35 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən 24 avqust 2019-cu il tarixdə verilmiş 35/871 nömrəli Arayışdan görünür ki, Bakı şəhəri, M.K.Atatürk prospekti 28 b ünvanında təsdiq edilmiş layihədən kənarlaşma aşkar edilməmişdir. Ev və həyətyanı sahənin daş hasarı layihəyə uyğun aparılmışdır. Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 08 aprel 2004-cü il tarixdə verilmiş 249 nömrəli Sərəncamının surətindən görünür ki, A.S.Məmmədovaya özünə məxsus M.K.Atatürk prospekti 28 b saylı ünvanda yerləşən şəxsi mülkü söküb Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış layihəyə uyğun yenidən tikintisinə icazə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16-cı maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüququndan digər formada sui-istifadə edilməsinə yol verilmir. İşin hallarından da göründüyü kimi, iddiaçının hərəkətlərində MM-nin 16-cı maddəsinin əlamətləri vardır. O, ilk əvvəl məqsədli şəkildə hasarın tikilməsinə razılıq verib daha sonra isə cavabdehə maddi və mənəvi ziyan vurmaq niyyətilə həmin hasarın sökülməsi barədə hazırkı iddianı qaldırıb. Eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, iddiaçının yolu zəbt etməsi ilə əlaqədar məhkəməyə müraciət olunacaqdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportun surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X14 prospekti, 28v ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adına 31.10.2013-cü il tarixdə tərtib olunmuşdur; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X14 prospekti, 28v nömrəli fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 230 nömrəli reyestr kitabının 21289 nömrəli vərəqində qeydiyyata alınmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X14 prospekti, 28B nömrəli fərdi yaşayış evi Cavabdeh adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 2872 nömrəli reyestr kitabının 267913 nömrəli vərəqində qeydiyyata alınmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 fevral 2020ci il tarixli 26563 nömrəli rəyinin məzmunundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu. X14 prospekti, ev 28V saylı ünvana aid texniki pasportun məlumatlarında göstərilən keçid qapısının mişar daşı ilə hörüldüyü və həmin qapı boşluğunun sahəsi, cavabdehə məxsus Bakı şəhəri, Nərimanov rayonu, X14 prospekti, ev 28B saylı ünvana aid hasarın arxasında qaldığı müəyyən edilmişdir. Bakı şəhəri, Nərimanov rayonu X14 prospekti, ev 28B saylı yaşayış evinin faktiki vəziyyəti texniki pasportun məlumatlanna uyğun gəlmədiyi müəyyən edilir. İddiaçı məxsus Bakı şəhən. Nərimanov rayonu, X14 prospekti, ev 28V saylı ünvanda yerləşən yaşayış evinin həyətyanı torpaq sahəsinə darvaza vasitəsi giriş çıxış yolunun olmasına baxmayaraq, texniki pasportda girişçıxış yolu kimi nəzərdə tutulmuş qapı tam bağlanmadığından həyətə giriş və çıxışa maneə yaratdığı müəyyən edilir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 16.11.2020-ci il tarixli, 2(005)-162/2020 saylı qətnaməsi ilə iddia təmin edilərək, Bakı şəhəri, Nərimanov rayonu, X14 prospektindəki 28 V saylı evin həyətinə girişi məhdudlaşdıran özbaşına tikili cavabdeh Yusibov Səlim Hadı oğlunun hesabına sökülməsi, həmin həyətə giriş-çıxışın bərpa olunması və mülkiyyət hüququnu məhdudlaşdıran hərəkətlər cavabdeh Yusibov Səlim Hadı oğluna qadağan olunması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin MK-nın 12.04.2021-ci il tarixli, 2(103)-2983/2021 saylı qətnaməsi ilə cavabdeh Yusibov Səlim Hadı oğlunun apellyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli 2(005)-162/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin MK-nın 30.07.2021-ci il tarixli, 2(102)- 4606/2021 saylı qərarı ilə cavabdeh Yusibov Səlim Hadı oğlunun kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2983/2021 saylı iş üzrə 12 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin MK-nın 06.10.2021-ci il tarixli, 2(103)-9269/2021 saylı qətnaməsi ilə cavabdeh X13 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsi, hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 noyabr 2020-cı il tarixli, 2(005)-162/2020 saylı qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın təmin edilməməsi qət edilmişdir. X2 28 mart 2022-ci il tarixli, 32№-li rəydən görünür ki, rəyin tədqiqat hissəsində qeyd olunanları, o cümdədən təqdim olunmuş sənədləri və baxış zamanı aşkar olunmuş faktiki vəziyyəti nəzərə alaraq, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 28 b ünvandakı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin ölçülərinin, sərhədlərinin, o cümlədən həyətyanı sahənin məhəllədaxili yol ilə həmsərhəddə yerləşən daş hasarın «Azərmemarlayihə» DBLİ-nin tərtib etdiyi eskiz layihəsinin göstəriciləri ilə eyni olduğu müəyyən edilir. Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 28 b ünvandakı fərdi yaşayış evinin yerləşdiyi ərazini əks etdirən 1:2000 miqyaslı stereotopoqrafik çəkilişə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 28 b ünvandakı fərdi yaşayış evi ilə həmsərhəddə yerləşən qonşunun həyətyanı sahəsindən məhəllədaxili yola açılan darvazanın yerləşdiyi sahənin ilkin olaraq gediş-gəliş yolu kimi nəzərdə tutulduğu müəyyən edilir. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dildirilmiş X11 ifadəsində bildirmişdir ki, cavabdehin evinin hasarının tikintisində iştirak etmişdir. Həmin hasara aqlayı o vurmuşdur. Söküntü zamanı qonşu Möhlət adlı şəxs hasarın yeni tikləcəyi yerə baxmış və bildirmişdir ki, 10 sm geri çəkilsin. Belə ki aqlay vurularkən hasar irəli gələcək. Onlar da həmin şəxsin dediyi formada hasarı tikmişlər. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dildirilmiş X4 ifadəsində göstərdi ki, cavabdehin həyat yoldaşı Səlimi tanıyır. 3 il bundan əvvəl cavabdehin mülkiyyətində olan evin hasarını söküb yenisini tikmişlər. Söküntü zamanı qonşu Möhlət adlı şəxs hasarın yeni tikləcəyi yerə baxmış və bildirmişdir ki, 10 sm geri çəkilsin. Belə ki aqlay vurularkən hasar irəli gələcək. Onlar da həmin şəxsin dediyi formada hasarı tikmişlər. Qonşu tərəfindən hər hansı bir narazılıq olmamışdır. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 13-cü maddəsinin İİİ hissəsinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz; 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər; 43-cü maddəsinin İİ hissəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz; 18-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır; 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səsküyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqularının və X5 Haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı, Avropa Konvensiyasının müddəlarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. “İnsan hüquqlarının və X5 haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Cəmiyyətin mənafelərinə beynəlxalq hüququn qanunları və ümumi prinsiplərinə nəzərdə tutulmuş şərtlərdən başqa, heç kəs öz əmlakından məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarının 64-cü bəndində göstərilmişdir ki, müvafiq milli qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yarardığını və xüsusilə də, ərizəçinin üzərinə həddindən artıq yük qoyub qoymadığı qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, məhkəmə bundan öncə qət etmişdir ki, mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyri-mütənasib müdaxilədir. Lakin, 1 saylı Protokolun 1-ci maddəsi bütün hallarda tam kompensasiya hüququna zəmanət vermir. Qanuni “ictimai maraq” məqsədlərini özgəninkiləşdirilən əmlakın tam bazar dəyərinin ödənilməsindən daha az əhəmiyyətli hesab etmək olar. Həmin Qərarın 65-ci bəndində müəyyən edilmişdir ki, bu halda, müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktını nəzərə alaraq, tam kompensasiyanın ödənilməməsi, eo ipso (bununla) ərizəçinin əmlakının alınmasını, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı kontekstndə həyata keçirildiyini nəzərə alaraq, qanunazidd etmir. Buna görə də, bu halda ərizəçiyə kompensasiyanın ödənməsi üçün milli hakimiyyət orqanlarının əsaslandığı meyar və mexanizmlərin zəruri ədalətli tarazlığı pozub pozmadığı və ərizəçi üçün qeyri-mütənasib və həddindən artıq yük yaradıb yaratmadığını müəyyən etmək qalır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı məxsus olan evin həyətə giriş yoluna Bakı şəhəri, Nərimanov rayonu, X14 prospektindəki 28 B saylı evin mülkiyyətçisi Cavabdeh tərəfindən maneələr yaradılmışdır. Belə ki, həyətə gediş-gəlişi çətinləşdirən, dalanı xeyli daraldan mişar daşından tikili inşa edilmişdir. Bu barədə cavabdehə narazılıq bildirilsə də, cavabdeh öz qanunsuz əməllərini davam etdirmişdir. Tərəflər arasında əvvəllər də məhkəmə mübahisələri olmuş, lakin iddia ərizəsi mülkiyyətçiyə qarşı verilmədiyindən yekunda iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmışdır. Bundan əlavə mübahisə predmeti olan hasarın iki il yarım əvvəl çəkilməsi, iddiaçının ərinin buna razılıq verməsi, hazırki mübahisənin yaranmasının iddiaçının qapısının üç metr irəli çəkmək istəməsinə cavabdehin etiraz etməsi səbəb olduğu kimi hallar həqiqi olsa belə bunlar iddianın əsaslılığına təsir etmir. Başqa sözlə həmin hallar iddiaçının hazırki iddiasının rədd edilməsi üçün əsas ola bilməzdi. Çünki, cavabdehin inşa etdiyi tikilinin qanunsuz olması və iddiaçının mülkiyyət hüquqlarını pozması iş materialları ilə açıq- aşkar təsdiq olunur. Həmçinin iş materiallarında olan məhkəmə mühəndis-texniki ekspertizasının 20 fevral 2020-ci il tarixli 26563 nömrəli rəyi ilə də müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, X14 prospekti, ev 28V saylı ünvana aid texniki pasportun məlumatlarında göstərilən keçid qapısının mişar daşı ilə hörüldüyü və həmin qapı boşluğunun sahəsi cavabdehə məxsus Bakı şəhəri, Nərimanov rayonu, X14 prospekti, ev 28B saylı ünvana aid hasarın arxasında qaldığı müəyyən edilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, X14 prospekti, ev 28B saylı yaşayış evinin faktiki vəziyyətinin texniki pasportun məlumatlarına uyğun gəlmədiyi müəyyən edilir. İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, X14 prospekti, ev 28V saylı ünvanda yerləşən yaşayış evinin həyətyanı torpaq sahəsinə darvaza vasitəsilə giriş-çıxış yolunun olmasına baxmayaraq, texniki pasportda giriş-çıxış yolu kimi nəzərdə tutulmuş qapı tam bağlandığından həyətə giriş və çıxışa maneə yaratdığı müəyyən edilir. Göründüyü kimi, ekspert rəyi ilə də cavabdehin inşa etdiyi hasarın iddiaçının mülkiyyətində olan evə və onun həyətinə keçmək üçün nəzərdə tutulmuş giriş qapısının tam bağladığı təsdiq olunur. Bu cür vəziyyətdə cavabdehin inşa etdiyi hasarın layihəyə uyğun tikildiyi heç bir halda həqiqi ola bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospekti 28 V saylı evin həyətinə girişini məhdudlaşdıran özbaşına tikili, yəni hasar Cavabdeh hesabına sökülsün, həyətə giriş-çıxış bərpa olunsun, iddiaçının mülkiyyətində olan evə mülkiyyət hüquqlarını məhdudlaşdıran hərəkətlər Cavabdeh qadağan olunsun. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-1081/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1081/2022
06.04.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver