Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1084/2022 30.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3 Açıq Səhmdar Cəmiyyəti, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsi və Respublika Xammal və X5 Mərkəzi Cavabdeh1nə qarşı hərracın qanunsuz hesab edilməsi və hərracın yekunları barədə protokolların ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3 Açıq Səhmdar Cəmiyyəti, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsi və Respublika Xammal və X5 Mərkəzi Külək” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı hərracın qanunsuz hesab edilməsi və hərracın yekunları barədə protokolların ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal küçəsində yerləşən 27 fevral 2008-ci il tarixli, 3 M/123 qeydiyyat nömrəli ipoteka müqaviləsi ilə yüklü edilmiş 677,8 kv.m əsas, 222,7 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına dair cavabdeh Azərbaycan Respublikası, Respublika Xammal və X5 Mərkəzi "xxxx" MMC tərəfindən keçrilən hərracın qanunsuz hesab edilməsi və Hərracın yekunları barədə 10/06 və 10/07 saylı protokolann ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" İKB ASC ilə "xxxx" MMC arasımla 11 fevral 2010-cu iİ tarixli, 1856/1175/03 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank 24 ay müddətinə, illik 18 faiz ödəmək şərti ilə, 1.143.000 manat məbləğində kredit verilməsini öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin təminatı kimi iddiaçı "xxxx" İKB ASC ilə İddiaçı arasında sonuncuya məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsində yerləşən 27 fevral 2008-ci il tarixli, 3M/123 qeydiyyat nömrəli ipoteka müqaviləsi ilə yüklü edilmiş 677,8 kv.m əsas, 222,7 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının sonrakı ipoteka qoyulması barədə 11 Fevral 2010-cu il tarixli, 665 b nömrəli, “Çənlibel" Kiçik Müəssisəsi arasında sonuncuya məxsus Bakı şəhəri, Yasamal rayonu, Dairədən Xaric küçəsində yerləşən, 27 fevral 2008-ci iİ tarixli, 3M/122 qeydiyyat nömrəli ipoteka müqaviləsi ilə yüklü edilmiş 1168.1 kv.m ümumi, 446,9 əsas. 721.2 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasının sonrakı ipoteka qoyulması barədə 11 Fevral 2010-cu il tarixli, 665 a nömrəli; X2 arasında sonuncuya məxsus Şamaxı Rayonu Avaxıl kəndində 0.90 ha torpaq sahəsi, Şamaxı rayonu Avaxıl kəndində 1.90 ha-dan artıq torpaq sahəsi və Şamaxı rayonu Şirvan kəndində yerləşən 4.825 ha sahədən ibarət Mart 2008-ci il tarixli, 3M/-21 nömrəli notarial qeydiyyat nömrəli ipoteka müqaviləsi ilə yüklü edilmiş torpaq sahələrinin sonrakı ipoteka qoyulması barədə 12 fevral 2010-cu il tarixli, 665 d nömrəli ipoteka müqavilələri bağlanmışdır. İddiaçı cavabdeh "xxxx" İKB ASC-nə qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh "xxxx" İKB ASC və "xxxx" MMC arasında 11.02.2010-cu il tarixli 6658 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədi qətnamə çıxarılmasım xahiş elmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3117/19 saylı, 11 iyun 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı qətnamə ilə razılaşmayaraq ondan apellyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-12163/2019 saylı 13.11.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunmaqla Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3117/19 saylı, 11iyun 2019-cu il tarixli qətnaməsi ləğv olunmuş və iddianın təmin olunmaması barədə qətnamə qəbul edilmişdir. İddiaçı qeyd edilən qətnamədən kassasiya şikayəti vermişdir. İddiaçı tərəfindən verilmiş borc təxmini 2013-cü ilin dekabr ayında ödənilmişdir. Ona görə ki, borcun köçürülməsi və hüququn güzəşti haqqında 04.11.2013cü il tarixli müqavilənin 2.1.1 və 2.1.2-ci bəndləri üzrə tələblər ilkin borclu və üçüncü şəxs tərəfindən yerinə yetirilərək, sənədlər paket şəkilində yeni borcluya və iddiaçıya vermişdir. Ancaq yeni borclu və iddiaçı "xxxx" İKB ASC həmin müqavilənin 2.2.5-ci bəndi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. İddiaçı necə olur pulun ödənilmədiyi halda yüklü əmlakların yüklükdən azad olunması üçün aydiyyatı təşkilatlara məktub verir. Bu hissədə də borcun ödənilməsi faktı öz təsdiqini tapır. Tərəflər Kreditor "Nikoyl” İKB-nin, İlkin Borclu, A.Ə.Ömərovun, Yeni Borclu "xxxx" MMC və üçüncü şəxs "Araz-Tİ” MMC iştirakı ilə arasında borcun köçürülməsi və hüququn güzəşti haqqında 04.11.2013-cü il tarixli müqavilə bağlamışlar. Hansı ki, borcun köçürülməsi və hüququn güzəşti haqqında 04.11.2013-cü il tarixli müqavilə üzrə Kreditor ("Nikoyl” İKB) "YelloBank” ASC öhdəliyi icra etmədiyi halda öz çirkin niyyətini həyata keçirərək iddiaçıya məxsus əmlakı mənimsəmişlər. Yuxarıda göstərilən məhkəmələr tərəfindən qəbul edilən qətnamə və qərarların nəticəsinə məhəl qoymayan cavabdehlər iddiaçının hüquqlarını pozaraq iddiaçıya məxsus əmlakı mənimsəmişlər. Belə ki, cavabdehlər Cavabdeh2, Azərbaycan Respublikası, Respublika Xammal və X5 Mərkəzi Külək ” MMC və "xxxx" ASC əlbir olaraq cavabdehə məxsus qeyri-yaşayış sahəsini mənimsəmişlər. Bildirir ki, məkəmə prosessləri başa çatmamış, yəni məhkəmə qətnamələri və qərarları qanuni qüvəsini almamış cavabhelər tərəfindən hərrac təşkil olunur və əmlak "YelloBank ” ASC nümayəndəsinə satılır. Cavabdehlərə tərəfindən təşkil olunan hərracların heç birindən iddiaçının xəbəri olmamışdır. Həmin vaxt iş Ali məhkəmənin icraatında ola-ola hərrac keçirilir. İşin Ali məhkəmənin icraatında olmasından cavabdehlər xəbərdar idilər. Dəfələrlə cavabdehlərdən hərracın yekunu barədə sənədlər tələb olunsa da, cavabdehlər heç bir sənəd verməmişlər. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsində yerləşən 27 fevral 2008-ci il tarixli, 3M/123 qeydiyyat nömrəli ipoteka müqaviləsi ilə yüklü edilmiş 677,8 kv.m əsas, 222,7 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış sahəsinə dair cavabdeh Azərbaycan Respublikası, Respublika Xammal və X5 Mərkəzi Külək" MMC tərəfindən keçrilən Hərracın yekunları barədə 10/06 saylı protokol ləğv edilməlidir. Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 məhkəmə iclasında iştirak edərək, iddia ərizəsini əsassız hesab etdiyini bildirdi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddiaçıya və digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş digər sübutları tədqiq edərək, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan KüləkMMC tərəfindən Cavabdeh2, Cavabdeh3 İKB, İddiaçı, "xxxx" Kiçik Müəssisəinə ünvanlanmış 23.12.2020-ci il tarixli hərracın keçirilməsinə dair 02 nömrəli bildirişdən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsində yerləşən 677,8 kv.m əsas, 222,7 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası və Bakı şəhəri, Yasamal rayonu, Dairədən Xaric küçəsində yerləşən 1168.1 kv.m ümumi, 446,9 əsas. 721.2 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasının 07.01.2021-ci il tarixdə saat 11:00-dan 17:00-dək müddət ərzində açıq hərraca çıxarılması barədə məlumat verilmişdir. İş materiallarında olan Bakı Şəhəri Cavabdeh2 tərəfindən Külək Məhdud Məsuliyyətli Cəmiyyətinin direktor Əliyeva Nərgizə ünvanlanmış 13.01.2021-ci il tarixli məktubdan müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103) 3679/2019 saylı, 08.04.2019-cu il tarixli icra sənədinə əsasən ‘‘Fateh N” MMC-dən cəmi 1228772.83 manat tutularaq "xxxx" İKB ASC-nə ödənilməlidir. Tutma ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal-1 küçəsində yerləşən 667,8 kv.m əsas, 222,7 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binasının ilkin satış qiymətinin 990000 manat məbləğində müəyyən edilməklə və ipoteka ilə yüklü edilmiş "xxxx" Kiçik Müəssisəsinə məxsus Bakı şəhəri, Yasamal rayonu, Dairədən Xaric küçəsində yerləşən 1168,1 kv.m ümumi, 446,6 əsas, 721,2 kv.m köməkçi sahədən ibarət qeyri yaşayış binasına ilkin satış qiyməti 550000 manat məbləğində müəyyən edilməklə açıq hərracda satılaraq və satışdan əldə edilmiş məbləğin yaranmış borcun ödənilməsinə yönəldilmişdir. İcra sənədinin icrası ilə əlaqədar “Hərracın keçirilməsi haqqında” 20235/34 saylı, 18.11.2020-ci il tarixli sifarişlə Külək MMC-nə müraciət olunmuşdur. Borclu İddiaçı 15.01.2021-ci il tarixdə icra şöbəsinə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal-1 küçəsində yerləşən 667,8 kv.m əsas. 222,7 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binasının daxilində 32 5 kv m qeyri-yaşayış sahəsinin yüklü olmadığını, bununla bağlı qətnaməyə izah verilməsi məqsədilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizənin araşdırılması ilə əlaqədar borclu İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal-1 küçəsində yerləşən 667,8 kv.m əsas, 222,7 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binası hissəsində hərracın müvəqqəti dayandırılması xahiş olunmuşdur. İş materiallarında olan Hərracın yekunları barədə 10/06 nömrəli protokoldan müəyyən olunur ki, Bakı Apelyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103) 3679/2019 saylı, 08.04.2019-cu il tarixli icra vərəqəsi, Bakı Şəhəri Cavabdeh2 17/72-20235/34 saylı 18.11.20-ci il tarixli sifariş məktubuna və Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinin müvafiq məktubuna əsasən Bakı şəhəri, Yasamal rayonu, Dairədən Xaric küçəsində yerləşən 1168.1 kv.m ümumi, 446,9 əsas. 721.2 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binası Cavabdeh3 Açıq Səhmdar Cəmiyyəti tərəfindən 350625 manata əldə edilmişdir. İş materiallarında olan Hərracın yekunları barədə 10/07 nömrəli protokoldan müəyyən olunur ki, Bakı Apelyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103) 3679/2019 saylı, 08.04.2019-cu il tarixli icra vərəqəsi, Bakı Şəhəri Cavabdeh2 17/72-20235/34 saylı 18.11.20-ci il tarixli sifariş məktubuna və Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinin müvafiq məktubuna əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsində yerləşən 677,8 kv.m əsas, 222,7 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası Cavabdeh3 Açıq Səhmdar Cəmiyyəti tərəfindən 631125 manata əldə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 415.1-ci maddəsinə görə auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinəsifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Məhəkəmə İddiaçı hərracın qanunsuz hesab edilməsi və hərracın yekunları barədə protokolların ləğv edilməsi tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddiaçı məhkəməyə müraciət edərək, hərracın yekunları barədə protokolların ləğv edilməsini xahiş etmiş, öz ərizəsində hərracın qanunsuz olduğunu idda etmiş, lakin tələblərini əsaslanıran, ərizəsində qeyd etdiyi halları təsdiq edən heç bir sübut təqdim etməmişdir. Halbuki Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 184.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iddia ərizəsinə etirazı və yasübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi, qanunverici mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır.Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Belə ki iş materiallarından müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-3679/2019 saylı, 08.04.2019-cu il tarixli icra sənədinə əsasən ‘‘Fateh N” MMC-dən cəmi 1228772.83 manat tutularaq "xxxx" İKB ASC-nə ödənilməlidir. Tutma ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal-1 küçəsində yerləşən 667,8 kv.m əsas, 222,7 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binasının ilkin satış qiymətinin 990000 manat məbləğində müəyyən edilməklə və ipoteka ilə yüklü edilmiş "xxxx" Kiçik Müəssisəsinə məxsus Bakı şəhəri, Yasamal rayonu, Dairədən Xaric küçəsində yerləşən 1168,1 kv.m ümumi, 446,6 əsas, 721,2 kv.m köməkçi sahədən ibarət qeyri yaşayış binasına ilkin satış qiyməti 550000 manat məbləğində müəyyən edilməklə açıq hərracda satılmalı və satışdan əldə edilmiş məbləğin yaranmış borcun ödənilməsinə yönəldilməlidir. Bakı Şəhəri Cavabdeh2 17/72-20235/34 saylı 18.11.20-ci il tarixli sifariş məktubuna əsasən sözügedən əmlaklar Respublika Xammal və X5 Mərkəzi Cavabdeh1 tərəfindən açıq hərraca çıxarılmışdır. Hərrac təşkilatı qeyd edilən sifariş əsasında hərracı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş qaydada keçirmişdir. Belə ki, ilkin hərrac baş tutmadığından əmlak ilkin satış qiymətindən müəyyən faizlə aşağı qiymətə təkrar hərraca çıxarılmışdır. Təkrar hərrac da baş tutmadığından ilkin satış qiymətinə əlavə faiz endirimi tətbiq edilməklə tələbkara təklif edilmiş və tələbkar tərəfindən əmlak həmin qiymətə əldə edilmişdir. İddiaçı ərizəsində Bakı Apelyasiya Məhkəməsinin 2(103)-12163/2019 saylı, 13.11.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verdiyini, işin Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında olduğu müddətdə cavabdehlər tərəfindən hərrac keçirildiyini və əmlakların mənimsənildiyini bildirir. Lakin yenə də istinad etdiyi bu halı təsdiq edən heç bir sübut təqdim etməmişdir. İddiaçı hərracın keçirilməsindən xəbərdar olmadığını, bildirişləri almadığını iddia edir. Lakin iddia ərizəsinə hərracın keçirilməsi barədə 23.12.2020-ci il tarixli 02 nömrəli bildiriş əlavə etmişdir. Həmin bildirişdən onun bir surətinin ünvan 2 ünvanına, İddiaçı ünvanlandığı müəyyən olunur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Aydındır ki, qanunvericilik hərracı keçirən təşkilatın üzərinə hərracın keçirilməsi barədə bildirişləri borclunun və ya daşınmaz əmlak sahibinin şəxsən özünə çatdırılması kimi bir vəzifə qoymayıb, bildirişlərin həmin şəxsin və ya şəxslərin yaşadığı və ya qeydiyyatda olduğu ünvana göndərilməsi qanunvericliyin sadalanan əsasları baxımından məlumatlandırmanın yerinə yetirilməsi kimi qiymətləndirilir. İddiaçı ərizəsində 04.11.2013-cü il tarixdə kreditor "xxxx" İKB-nin, ilkin borclu, A.Ə. Ömərovun, yeni borclu "xxxx" MMC və üçüncü şəxs “Araz-Tİ" MMC arasında Borcun köçürülməsi və hüququn güzəşti haqqında müqavilə bağlandığını göstərir. Lakin həmin müqaviləni və ya bu müqavilənin məzmununu əks etdirən heç bir mötəbər sübut təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli plenum qərarına əsasən, sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Yenə həmin plenu qərarında qeyd edilir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Beləliklər, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh3 Açıq Səhmdar Cəmiyyəti, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsi və Respublika Xammal və X5 Mərkəzi Cavabdeh1nə qarşı hərracın qanunsuz hesab edilməsi və hərracın yekunları barədə protokolların ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia rədd edildiyinə görə mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh3 Açıq Səhmdar Cəmiyyəti, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsi və Respublika Xammal və X5 Mərkəzi Külək” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı hərracın qanunsuz hesab edilməsi və hərracın yekunları barədə protokolların ləğv edilməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə ondan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-1084/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1084/2022
30.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver