Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1098/2021 19.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil2, Cavabdeh4in nümayəndəsi Nümayəndə1, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi (vəkili) Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh4 və "xxxx" MMC-yə qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri Cavabdeh4 və Cavabdeh5 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13 iyul 2017-ci il tarixli, 83-85-16a-131a 66-68-39a-112a nömrəli zəmanət müqaviləsinə əsasən İddiaçı məxsus olan ünvan 1 ünvanda inşa olunmuş yeni yaşayış binasının 8ci mərtəbəsində ümumi sahəsi 97 kv.m olan 3 otaqlı 16a saylı mənzilə dair Cavabdeh4 (“Sifarişçi və Zəmanəverən”), "xxxx" MMC (“Podratçı”) və Cavabdeh1 (“Zəmanətalan”) arasında bağlanmış 13 avqust 2018-ci il tarixli 83-85-16a saylı zəmanət müqaviləsinin, Cavabdeh4 (“Sifarişçi və Zəmanəverən”), "xxxx" MMC "Podratçı”) və Cavabdeh2 arasında bağlanmış 07 sentyabr 2018-ci il tarixli 83-85-16a saylı zəmanət müqaviləsinin bağlandığı andan etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Nərimanov rayon İcra Hakimiyyəti (“Sifarişçi və Zəmanəverən”), "xxxx" MMC (“Podratçı”) ilə İddiaçı (“Zəmanət alan”) arasında Bakı şəhər Baş planına uyğun olaraq H.Əliyev prospektində istismar müddəti keçmiş yaşayış binalarının sökülərək yerində yeni müasir yaşayış binasının inşa edilməsi məqsədi ilə ünvan 2 ünvanda inşa olunmuş yeni yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi olan 97 kv.m 3 otaqlı 16a saylı mənzillə təmin olunması barədə 13 iyul 2017-ci il tarixli, 83-85-16a-131a 66-68-39a-112a nömrəli zəmanət müqaviləsi imzalanmışdır. Ona heç bir məlumat verilmədən, razılıq ərizəsi olmadan və əmlakının satılması barədə onun tərəfindən hər hansı üçüncü şəxsə etibarnamə verilmədən həmin mənzillə bağlı Nərimanov İcra Hakimiyyəti və "xxxx" MMC qanunsuz və əsassız olaraq, onun mülkiyyət hüquqlarını pozaraq Cavabdeh1 ilə 13 avqust 2018-ci il tarixdə 83-85-16a saylı zəmanət müqaviləsi bağlanmışdır. Göründüyü kimi, Nərimanov İcra Hakimiyyəti və "xxxx" MMC-nin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətləri sui-istifadə edilmişdir. Cavabdeh1 isə 07 sentyabr 2018-ci il tarixdə 83-85-16a saylı zəmanət müqaviləsi əsasında sözügedən mənzili Cavabdeh2 satmışdır. Yaranmış mübahisənin araşdırılması məqsədi ilə iddiaçı tərəfindən Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə müraciət olunmuşdur. Həmin məktubla bağlı ərizədə qeyd olunur ki , bu mənzil ona, İddiaçı məxsusdur. Həmçinin məktubdan görünür ki, guya Əfsun Budaqov onun atasının bacısı oğludur. Halbuki, onun atasının belə bacısı oğlu və ya hər hansı qohumu yoxdur. Əgər olsaydı belə, təbiidir ki, qohumluq münasibətlərinin olması onun adından mülkiyyətində olan daşınmaz əmlakların satılmasına əsas ola bilməzdi. Həmin şəxsin adı Əfsun Budaqov yox, Əhmədli Əfsun Əli oğludur. O, Cavabdeh3 yuxarıda qeyd olunan mənzillə və onun satılması ilə bağlı hər hansısa bir rəsmi səlahiyyət - etibarnamə verməyib. Belə olan halda Nərimanov Rayon İcra Hakimiyyətinin Əhmədli Əfsun Əli oğlunun səlahiyyəti yoxanılmadan onun adından daşınm az əmlakının taleyini həll etmək hüququ yoxdur. Bundan əlavə, həmin məktubdan görünür ki, guya ki, Nərimanov icra hakimiyyətinin məsul işçiləri məsələdən məlumatları yoxdur. Halbuki, həmin mənzilin inşası ilə məşğul olan "xxxx" MMC-nin işçisi Əbülfət Tağıyev, Cavabdeh3 və Nərimanov icra hakimiyyətinin məsul işçiləri ilə cinayət əlaqəsinə girərək həmin mənzilin müqaviləsinin əsli onda ola-ola saxtalaşdırılaraq başqa səxlərə təkrar olaraq satmışlar. Sözügedən mənzil ona məxsusdur. Lakin cavabdehlər saxta müqavilələr tərtib etməklə ona məxsus olan mənzili özgəninkiləşdirmək niyyətində olmuşdurlar. Sözügedən müqavilələr saxtadır, heç bir hüquqi qüvvəsi yoxdur. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə məhkəməyə ərizə ilə müraciət edərək ona məxsus olan ünvan 3 ünvanda inşa olunmuş yeni yaşayış binasının 8-ci mərtəbəsində umumi sahəsi 97 kv.m olan 3 otaqlı 16a saylı mənzili qanunsuz olaraq başqa şəxsə satdıqlarına görə həmin mənzilin dəyəri olan 145.500 manat məbləğində pulun cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh4dən müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ona heç bir məlumat verilmədən, razılıq ərizəsi olmadan və əmlakının satılması barədə onun tərəfindən hər hansı üçüncü şəxsə etibarnamə verilmədən həmin mənzillə bağlı Nərimanov İcra Hakimiyyəti və "xxxx" MMC qanunsuz və əsassız olaraq, mənim mülkiyyət hüquqlarını pozaraq Cavabdeh1 ilə 13 avqust 2018-ci il tarixdə 83-85-16a saylı zəmanət müqaviləsi bağlanmışdır. Göründüyü kimi, Nərimanov İcra Hakimiyyəti və "xxxx" MMC-nin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətləri sui-istifadə edilmiş, ona məxsus əmlak qanunazidd olaraq başqa şəxsə satılmışdır. Bu faktı Cavabdeh4in 01.10.2020-ci il tarixli, 1/671 saylı məktubu ilə də təsdiq etmişdir.Cavabdeh1 isə 07 sentyabr 2018-ci il tarixdə 83-85-16a saylı zəmanət müqaviləsi əsasında sözügedən mənzili Cavabdeh2 satmışdır. Hesab edirəm ki, qüvvədə olan mülki qanunvericiliyə əsasən Bakı şəhəri, N.Nərimanov rayonu, H.Əliyev prospekti 83-85 saylı ünvanda inşa olunmuş yeni yaşayış binasının 8-ci mərtəbəsində umumi sahəsi olan 97 kv.m 3 otaqlı 16a saylı mənzilin dəyəri Cavabdeh1 qızı və sonradan Cavabdeh2 tərəfindən "xxxx" MMC-yə ödənildiyindən onlar vicdanlı alıcı hesab olunurlar. Alqı-satqı müqaviləsi bağlanan zaman Əliyeva Arzu Arif qızı və sonradan Cavabdeh2 əmlakın əvvəlcədən mənə, İddiaçı satıldığını bilə bilməzdi. Qeyd olunan hal isə Cavabdeh1 və Cavabdeh2 vicdanlı tərəf (vicdanlı əldə edən, vicdanlı alıcı) olmasına dəlalət edir. ünvan 1 ünvanda inşa olunmuş yeni yaşayış binasının 8-ci mərtəbəsində umumi sahəsi olan 97 kv.m 3 otaqlı 16a saylı mənzilin dəyəri ona "xxxx" MMC və Cavabdeh4 tərəfindən müştərək qaydada ödənilməlidir. Belə ki, həmin ərazidə mənzilin dəyəri 1 kv.m 1500 manat olduğunu nəzərə alsaq, (97 kv.m x 1500 m = 145.500) 145.500 manat məbləğində pul ona "xxxx" MMC və Cavabdeh4 tərəfindən geri qaytarılmalıdır. Məhkəmə tərəfindən iddia tələbinin dəyişdirilməsi barədə ərizə Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh4 (“Sifarişçi və Zəmanətverən”), Cavabdeh5 MMC (“Podratçı”) ilə İddiaçı (“Zəmanət alan”) arasında Bakı şəhər Baş Planına uyğun olaraq H.Əliyev prospektində istismar müddəti keçmiş yaşayış binalarının sökülərək yerində yeni müasir yaşayış binasının inşa edilməsi məqsədi ilə ünvan 1 ünvanında inşa olunmuş yeni yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi olan 97 kv.m 3 otaqlı, 16a saylı mənzillə təmin olunması barədə 13 iyul 2017-ci il tarixli, 83-85-16a- 131a 66-68~39a-112a nömrəli zəmanət müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş və məhkəmə tərəfindən qarşılıqlı iddia ərizəsi icraata qəbul olunmuşdur. Daha sonra qarşılıqlı iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmiş və məhkəmə Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəyə əsasən qarşılıqlı iddia ərizəsini baxılmamış saxlamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsi və iddia ərizəsinin dəyişdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil2 iddia ərizəsinin və iddia tələbinin dəyişdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh4in nümayəndəsi Nümayəndə1 iddia tələbinin əsassız olduğunu bildirərək, iddianın təmin olunmamasını xahiş etmişdir. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi (vəkili) Nümayəndə2 iddia tələbinin əsassız olduğunu bildirərək, iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh4, Cavabdeh5 MMC və Cavabdeh2 arasında bağlanmış 07.09.2018-ci il tarixli 83-85-16a saylı Zəmanət müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 Heydər Əliyev prospekti 83 binanın birinci mərtəbəsində ona məxsus , ümumi sahəsi 68.9 kv.m olan, sökülmüş qeyri-yaşayış sahələri əvəzinə, yerləşən Heydər Əliyev prospekti 83-85 saylı ünvanda inşa olunmuş yeni yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 97 kv.m olan 3 otaqlı 16a saylı mənzillə təmin olunmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx"MMC tərəfindən verilmiş 10.03.2021-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Mirzəbala Məmmədzadə küçəsi, ev 29, M8, mənzil 1 (əvvəlki Heydər Əliyev prospekti, ev 83-85, 16a) saylı mənzilin mülkiyyətçisi Cavabdeh2 2018-ci ilin sentyabr ayından Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 83/85, 16 a saylı mənzili qəbul etmişdir. İş materiallarına əlavə edilmiş 21.12.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh5 MMC tərəfindən ünvan 5 ünvanında və 8-ci mərtəbədə yerləşən ümumi sahəsi 92.2 kv.m olan 3 otaqlı mənzil Cavabdeh2 bağışlanmışdır. İş materiallarına əlavə edilmiş AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən № ******* saylı Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Mirzəbala Məmmədzadə küçəsi 29, M8, 1 saylı mənzilin mülkiyyətçisi Cavabdeh2dır. İş materiallarına əlavə edilmiş Cavabdeh5 MMC-nin 11.03.2021-ci il tarixli məktubundan görünür ki, 07.09.2018-ci il tarixli 83-85-16a saylı Zəmanət müqaviləsində göstərilən Heydər Əliyev prospekti 83/85 saylı ünvanında 8-ci mərtəbədə inşa edilmiş, 97 kv.m 3 otaqlı 16 a saylı mənzil 21.12.2018-ci ildə notarial qaydada bağlanmış bağışlama müqaviləsində göstərilən ünvan 6 ünvanında yerləşən mənzil ümumi sahəsi 92.2 kv.m eyni mənzildir və eyni ünvanda yerləşir. İş materiallarına əlavə edilmiş DƏDRX-nin 1 saylı BƏİ-nin 06.07.2021-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı adına Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, 64-87 və 89/29 saylı binalarda qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 83/85 ünvanında inşa edilmiş binanın 8-ci mərtəbəsində yerləşən 16a saylı mənzil (hazırki ünvan Bakı şəhəri, Nərimanov rayonu, Mirzəbala Məmmədzadə küçəsi 29, M8, 1 saylı mənzil) Cavabdeh5 MMC tərəfindən Cavabdeh2 bağışlanmış və sonuncu, mənzilə dair AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən № ******* saylı Çıxarış almışdır. Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, 64-87 və 89/29 saylı binalarda İddiaçı adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. İddiaçı təqdim etdiyi müqavilələrdə qeyd olunan Heydər Əliyev prospekti 83 binanın birinci mərtəbəsində ona məxsus, ümumi sahəsi 98.9 kv.m olan, sökülmüş qeyri-yaşayış sahəsinin ona məxsus olmasına dair hər hansı hüquq müəyyənedici sənəd təqdim etməmişdir. Məhkəmə onu qeyd edir ki, iddiaçının hazırki tələbi ilə bağlı müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırılmalıdır. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İddiaçı məhkəməyə Cavabdeh4, Cavabdeh5 MMC və İddiaçı arasında bağlanmış 13.07.2017-ci il tarixli Zəmanət müqaviləsinin iddia ərizəsinə əlavə şəklində surətini, daha sonra isə məhkəmə iclasında əsli olduğunu iddia etdiyi müqaviləni və qarşı tərəf həmin müqavilənin əsl olduğunu mübahisələndirdikdən sonra isə sonuncu məhkəmə iclasında əslini təqdim etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən təqdim olunan müqavilənin hər 3 nüsxəsində müqavilənin predmeti və nömrəsi fərqli olmuşdur. Bundan başqa iddiaçı müqavilənin əsli olduğunu iddia etdiyi sənədi iddia məhkəməyə daxil olduqdan sonra kifayət qədər vaxt keçməsinə baxmayaraq sonuncu iclasda təqdim etmiş, nüsxələr arasındakı ziddiyyətlərin əsasını izah edə bilməmişdir. Halbuki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Mülki Prosessual Məcəllənin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Mülki Prosessual Məcəllənin 76.1.-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2.-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın cə bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı № 25657/94, 282). Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının cavabdehlər Cavabdeh4 və "xxxx" MMC-yə qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququ olmamışdır. Nəticə etibarilə hazırki mübahisə üzrə cavabdehlər Cavabdeh4 və "xxxx" MMC-nin cavabdehlik daşıması, onun tərəfindən delikt törədilməsi, ziyanvuran şəxsin məhz hazırki iş üzrə cavabdehin olması məhkəmə araşdırması zamanı sübuta yetməmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, iddia rədd edildiyindən, iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh4 və "xxxx" MMC-yə qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-1098/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1098/2021
19.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver