Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-110/2022 06.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X3, İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X4, İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X1 nümayəndəsi X5 iştirakları ilə, İddiaçı X4 cavabdeh X2 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair ilk, iddiaçı X1 cavabdeh X6 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X4 ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzildən dəyən zərərin aradan qaldırılması üçün tikilinin sökülməsi və mənzilin təmir edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, divar və döşəmənin xərci üçün 500 AZN maddi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X7 ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X6 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 ünvan 2 ünvanında yerləşən ona və ailəsinə məxsus hamamın üzərində tikilmiş qanunsuz tikilinin (divarın) sökülməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəf 11.03.2022-ci il tarixində məhkəmənin dəftərxana vasitəsilə yazılı ərizə təqdim edərək, iddia ərizəsinin geri qaytarılmasını və mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X1 nümayəndəsi X8 mülki işin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. Eyni zamanda cavabdeh X7 11.03.2022-ci il tarixində məhkəmənin dəftərxana vasitəsilə yazılı ərizə təqdim edərək, iş üzrə sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması və iddia ərizəsinin baxılmamış saxlanmasına dair ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ərizənin geri götürülməsi mülki prosesin sərbəstlik prinsipinə uyğundur, cavabdehlər işin mahiyyəti üzrə baxılmasını tələb etmir. Odur ki, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması və iddia ərizəsinin baxılmamış saxlanmasına dair ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı X4 cavabdeh X2 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair ilk, iddiaçı X1 cavabdeh X6 qarşı “qanunsuz tikilinin sökülməsi” mülki iş üzrə barədə iddiaçının ərizəsi təmin edilərək iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-110/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-110/2022
06.05.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver