Məhkəmə qərarları › İş №2(005)-1102/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1102/2025

22.04.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1102/2025 22.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə (açar sözlər: müqavilənin etibarsızlığı) Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin faktiki halları: 28 sentyabr 2017-ci il tarixli kooperativ binada mənzil tikintisi üçün müqavilədən görünür ki, "xxxx" MMC (Triumf 2022” MMC hüquqi varisi) İddiaçı arasında müqavilə bağlanmış, "xxxx" MMC (Triumf 2022” MMC hüquqi varisi) ünvan 2nında yerləşən 37.1 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsini sökülmək üçün "xxxx" MMC-yə təhvil verməyi öhdəsinə götürmüşdür.Tikinti şirkəti isə əvəzində həmin ərzidə inşa etdiyi bina 37.1 kv.m lik ümumi sahəyə malik qeyri-yaşayış sahəsini (təmirsiz şəkildə) İddiaçı verməyi öhdəsinə götürmüşdür. 04 aprel 2023-cü il tarixli müqavilədən görünür ki, 28 sentyabr 2017-ci il tarixdə İddiaçı ilə bağlanan müqavilənin ləğv edilməsini (öhdəliyin ötürülməsi üçün) nəzərə alaraq,yeni hüquqi sahibi kimi tanınan Cavabdeh1 və TRİUMF 2022" Məhdud Məsuliyyətli Cəmiyyəti "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 100 saylı müqavilədən irəli gələn hüquq və vəzifələr Cavabdeh1 adına keçirilməsi,müqvailə üzrə kirayə haqqının Cavabdeh1 ödənilməsi və 37.1 kv.m-lik ümumi sahəyə malik qeyri-yaşayış sahəsini təmirsiz vəziyyətdə İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürülməsi barədə razılığa gəlmişlər. İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbi ilə məhkəməyə müraciət edərək, “TRİUMF 2022" MMC ( “İnteks" MMC-nin hüquqi varisi ) ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 026/TP-D-23 saylı müqavilənin etibarsız hesab edilməsiı, mübahisəli mənzil üzrə münasibətlərin ilkin vəziyyətə qaytarılması və “İnteks" MMC (“ Triumf 2022" MMC hüquqi varisi ) ilə İddiaçı arasında bağlanmış 28 sentyabr 2017-ci il tarixli, 100 nömrəli müqavilə üzrə hüququ və öhdəliklərin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə "İnteks” MMC (“ Triumf 2022" MMC hüquqi varisi ) ilə aralarında bağlanmış 28 sentyabr 2017-ci il tarixli, 100 nömrəli müqaviləyə əsasən İddiaçı öz mülkiyyətində olan ünvan 2nında yerləşən 37.1 kv.m ümumi sahədən ibarət qeyri yaşayış sahəsini sökülmək üçün "xxxx" MMC-yə təhvil verməyi öz öhdəsinə götürmüşdür. Tikinti şirkəti isə əvəzində həmin ərazidə inşa etdiyi bina 37.1 kv.m lik ümumi sahəyə malik qeyri-yaşayış sahəsini (təmirsiz şəkildə) İddiaçı verməyi öz öhdəsinə götürmüşdür. Sözügedən müqavilənin 1.2 bəndinə əsasən söküləcək qeyri yaşayış sahəsinə hər ay 300 (üç yüz) manat kompensasiya şəklində vəsait İddiaçı ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı Xaçmaz rayonunda yaşaydığından və fəaliyyəti ilə bağlı Bakı şəhərinə gələ bilmədiyindən, özünə məxsus qeyri yaşayış sahəsi ilə bağlı danışıqların aparılması, müvafiq müqavilənin bağlanması, kompensasiyanın alınması üçün qohumu Cavabdeh2 mülki etibarnamə vermişdir.Həmin etibarnamə əsasında Cavabdeh2 İddiaçı nümayəndəsi kimi “İnteks" MMC ilə yuxarıda qeyd olunan müqavilə müqavilə bağlayaraq etibarından sui-istifadə edərək edərək müqaviləni bağlamışdır. Lakin, bu yaxınlarda məlum olmuşdur ki, Cavabdeh2 etibarından sui-istifadə edərək, İddiaçı xəbəri və icazəsi olmadan tikinti şirkəti tərəfindən ona verilməli olan qeyri yaşayış sahəsini öz qızının adına rəsmiləşdirilmişdir. İddiaçının etibar etdiyi qohumu Cavabdeh2 müqavilə üzrə kompensasiya şəkildə ödənlməli olan aylıq 300 manat pulun iddiaçıya verilməsindən yayındığına görə, vəkilə müraciət edərək, ona verilməli olan qeyri-yaşayış sahəsi və kompensasiyanın verilməsi üçün şirkəti sorğu verilməsini xahiş etmişdir. Triumf 2022" MMC (“ İnteks" MMC hüquqi varisi) yə müraciət edən zaman məlum olmuşdur ki, Cavabdeh2 ona verilmiş etibarnamədən sui istifadə edərək, sözügedən qeyri yaşayış sahəsini öz doğma qızı Cavabdeh1 adına rəsmiləşdirmişdir. Qeyd edilir ki, İddiaçı etibar etdiyi şəxsə verdiyi etibarnamə ilə yalnız özünün xeyrinə müəyyən hərəkətlərin edilməsi ilə bağlı olmuşdur. b) Cavabdehlərin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh3 tərəfindən yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 430 №-li Sərəncamına əsasən "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonunun Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində yerləşən qəzalı mənzillər və qeyri-yaşayış sahələri sökülmüş və yerində “Triumf Palace” yaşayış kompleksi inşa edilmişdir.'‘İnteks” MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 100 nömrəli müqaviləyə əsasən, ünvan 1 ünvanında yerləşən 37.1 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsinin sökülməsi və həmin ərazidə yeni inşa edilmiş binada sahəsi 37.1 kv.m yeni qeyri-yaşayış sahəsinin İddiaçı verilməsi nəzərdə tutulmuşdur.Lakin, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Cavabdeh2 müraciəti əsasında xx.xx.2017-ci il tarixli, 100 nömrəli müqavilədən irəli gələn hüquq və vəzifələr Cavabdeh1 qızma ötürülmüş və "İnteks” MMC-nin hüquqi varisi olan Cavabdeh3 MMC ilə Cavabdeh1 arasında 026/TP-D-23 №-li xx.xx.2023-cü il tarixli müqavilə imzalanmışdır.Cavabdeh3 MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023cü il tarixli müqavilənin ləğvi tələbinə dair “Arbitrium” Vəkil bürosunun vəkili - Vəkil xx.xx.2024-cü il tarixli Pretenziyası Cavabdeh3 MMC-yə daxil olandan sonra, Cavabdeh1 Cavabdeh3 MMC-yə dəvət olunmuş və pretenziya ilə tanış olduqdan sonra Cavabdeh1 yazılı ərizə ilə Cavabdeh3 MMC-yə müraciət edərək sözügedən qeyri-yaşayış sahəsinin atası tərəfindən əvəzsiz olaraq ona bağışlanmasını bildirmişdir. Məhkəmə iclaslarının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş edirlər. Məhkəmə iclasında verilən izahatlar Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin mahiyyətinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. O öz izahatında bildirmişdir ki, iddiaçı Cavabdeh2 etibarnamə vermiş, cavabdeh isə tikinti şirkəti tərəfindən iddiaçıya verilməli olan qeyri yaşayış sahəsini öz qızının adına rəsmiləşdirilmişdir. Deyilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdehlərə isə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Mülki işin materialları - 28 sentyabr 2017-ci il tarixli kooperativ binada mənzil tikintisi üçün müqavilədən görünür ki, "xxxx" MMC (Triumf 2022” MMC hüquqi varisi) İddiaçı arasında müqavilə bağlanmış, "xxxx" MMC (Triumf 2022” MMC hüquqi varisi) ünvan 2nında yerləşən 37.1 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsini sökülmək üçün "xxxx" MMC-yə təhvil verməyi öhdəsinə götürmüşdür.Tikinti şirkəti isə əvəzində həmin ərzidə inşa etdiyi bina 37.1 kv.m lik ümumi sahəyə malik qeyri-yaşayış sahəsini (təmirsiz şəkildə) İddiaçı verməyi öhdəsinə götürmüşdür. - 04 aprel 2023-cü il tarixli müqavilədən görünür ki, 28 sentyabr 2017-ci il tarixdə İddiaçı ilə bağlanan müqavilənin ləğv edilməsini (öhdəliyin ötürülməsi üçün) nəzərə alaraq,yeni hüquqi sahibi kimi tanınan Cavabdeh1 və TRİUMF 2022" Məhdud Məsuliyyətli Cəmiyyəti "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 100 saylı müqavilədən irəli gələn hüquq və vəzifələr Cavabdeh1 adına keçirilməsi,müqvailə üzrə kirayə haqqının Cavabdeh1 ödənilməsi və 37.1 kv.m-lik ümumi sahəyə malik qeyri-yaşayış sahəsini təmirsiz vəziyyətdə İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürülməsi barədə razılığa gəlmişlər. - Cavabdeh3 MMC 14 oktyabr 2024-cü il tarixli, 49/TM №-li məktubuna əsasən, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Cavabdeh2 müraciəti əsasında xx.xx.2017-ci il tarixli, 100 nömrəli müqavilədən irəli gələn hüquq və vəzifələr Cavabdeh1 ötürülmüş və "xxxx" MMC- nin hüquqi varisi olan Cavabdeh3 MMC ilə Cavabdeh1 arasında 026/TP-D-23 №-li xx.xx.2023-cü il tarixli müqavilə imzalanmışdır. - İddiaçı nümayəndəsi Vəkil tərəfindən Triumf 2022” MMCyə ünvanlanan xx.xx.2024-cü il tarixli pretenziya məktubuna əsasən, "xxxx" MMC ilə X2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 026/TP-D-23 saylı müqavilənin etibarsız sayılmasını, İddiaçı ilə bağlanılmış 28 sertyabr 2017-ci il tarixli, 100 savlı müqavilənin bərpa edilməsini əks halda 7(yeddi) gün ərzində məhkəməyə müraciət olunacağı bildirilmişdir. - xx.xx.2024-cü il tarixli X2 tərəfindən Triumf 2022” MMC-yə ünvanlanan ərizədən görünür ki, ünvan 2nında yerləşən 37.1 kv.m ümumi sahədən ibarət qeyri yaşayış sahəsini onun adına rəsmiləşdirilməsini xahiş etmişdir. - xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı Cavabdeh2 ünvan 2nında yerləşən qeyri yaşayış sahəsinin söküntüsü ilə əlaqədar onu bütün dövlət və qeyri-dövlət orqanlarında, idarə və təşkilatlarında təmsil etməyi, sənədləşmə işlərini aparmağı, arayışları və digər lazımi sənədləri əhvil verməyi, ərizə ilə müraciət etməyi, imza etməyi, rüsumlar və digər xərcləri ödəməyi, ona çatası sənədləri almağı, buna dair sənədləri və əqdləri imzalamağı, adına olan əmlakın dövlət qeydiyyatı barədə DƏDRX-dən çıxarışı almağı, aldığına dair imza etməyi və bu tapşırıqların yerinə yetirilmsi ilə əlaqədar bütün hərəkətləri etməyi etibar etmişdir. Etibarnamə xx.xx.2023-cü il tarixədək qüvvədədir. - Cavabdeh1 Cavabdeh3 MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki,atası Cavabdeh2 etibarnamə əsasında sözügedən qeyri-yaşayış sahəsini ona bağışlamışdır. Əvəzsiz olaraq və tası şirkətə müraciət edərək yaşayışçsahəsini onun adına rəsmiləşdirmiş və onunla Cavabdeh3 MMC arasında 026/TP-D-23 nömrəli xx.xx.2023-cü il tarixli müqavilə bağlanmışdır. - xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən (№ **********) görünür ki,iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödəmişdir. Mülki işə tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə iddiaçının nümayəndə və vəkilinin izahatını dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. AR MM: 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 399.1-ci maddəsinin tələbinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 337.1-ci, 337.3-cü və 337.4-cü maddələrinə görə, etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir Məhkəmə qeyd edir ki, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqa zidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən, heç olmazsa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu çür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir. Göründüyü kimi müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə xx.xx.2004-cü il və T.Qasımovanın şikayəti üzrə xx.xx.2020-ci il tarixli Qərarları). Mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Etibarsız əqdlər etibarsızlıq halını yaradan səbəblərin müxtəlifliyindən asılı olaraq dörd növə ayrılmışdır - əhəmiyyətsiz əqdlər; mübahisə edilən əqdlər; müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər; məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər. “M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2013-cü il tarixli Qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir”. Həmçinin məhkəmə qeyd edir ki, mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Belə ki, MM-in 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Təmsilçinin hüquqlarını özündə əks etdirən sənədin anlayışı Mülki Məcəllənin 362.1ci maddəsində göstərilmişdir. Həmin normaya əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir (Mülki Məcəllənin 362.2. maddəsi). Qeyd etmək lazımdır ki, etibarnamə birtərəfli əqd olmaqla, o, təmsil edən şəxs üçün deyil, təmsil olunan şəxs üçün hüquqi nəticələr yaradır. Məhkəmə Konstitusiya Məhkəməsinin Plenum Qərarlarında formalaşdırılmış hüquqi mövqelərini və sadalanan normaların tələblərini rəhbər tutaraq hesab edir ki, mübahisələndirilən alqı-satqı müqaviləsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 359.3-cü maddəsinin tələbləri pozulduğu üçün etibarlı əqd sayıla bilməz. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ünvan 2nında yerləşən qeyri yaşayış sahəsinin söküntüsü ilə əlaqdar müəyyən səlahiyyətlərini Cavabdeh2 etibar etmişdir. Sözügedən xx.xx.2022-ci il tarixli etibarnamədə əmlak üzərində sərəncamverici səlahiyyətlərin ötürülməsi əks olunmamışdır. Cavabdeh2 isə etibarnamə üzrə verilmiş səlahiyyətləri aşaraq, Cavabdeh3 MMC-yə müraciət edərək, hüquqi şəxs ilə iddiaçı arasında mübahisəli qeyri yaşayış sahəsi barədə bağlanmış xx.xx.2017-ci il tarixli 100 nömrəli müqavilədən irəli gələn hüquq və vəzifələrin qızı Cavabdeh1 üızına ötürüldüyünü bildirmişdir. Bundan sonra Cavabdeh3 MMC və Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli müqavilə imzalanmışdır. Müqavilədə İddiaçı tərəfindən müqavilənin ləğv edilməsi (öhdəliyin ötürülməsi üçün)üçün ərizənin notariat ofisi tərəfindən təsdiq edildiyi göstərilsə də, mülki işin materiallarında iddiaçı tərəfindən belə bir ərizənin təqdim edilməsi öz təsdiqini tapmır. Digər tərəfdən Cavabdeh3 MMC-yə iddiaçı deyil, onun nümayəndəsi, Cavabdeh2 müraciət etmişdir. Bu hal mülki işin materialları və Cavabdeh3 MMC-nin və Cavabdeh1 ərizələri ilə də təsdiqini tapır. Göründüyü kimi, Cavabdeh2 Cavabdeh3 MMC-yə qeyri yaşayış sahəsi ilə bağlı qızı Cavabdeh1 xeyrinə müqavilə bağlanılması barədə müraciət etməyə, sonuncunun isə belə bir müqaviləni imzalamağa səlahiyyəti olmadığından, müqavilə bağlandığı andan etibarsızdır. İddia tələbinin digər hissələrinə münasibət bildirən məhkəmə qeyd edir ki, MM-nin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən normanın tələblərini nəzərə alaraq, məhkəmə hesab edir ki,müqavilə etibarsız hesab edildikdən sonra mübahisəli qeyri-yaşayış sahəsi üzrə münasibətlərin ilkin vəziyyətə qaytarılması barədə tələbi əsaslıdır. xx.xx.2017-ci il tarixli müqavilə üzrə hüquq və öhdəliklərin bərpa edilməsi barədə əlavə göstərişin nəzərdə tutulmasına isə zərurət yoxdur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100- cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin: - 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı və cavabdeh "xxxx" MMC ( Cavabdeh3 MMC hüquqi varisi) arasında bağlanan 28 sentyabr 2017-ci il tarixli 100 nömrəli müqavilə etibarsız hesab edilsin. Mübahisəli qeyri-yaşayış sahəsi üzrə münasibətlər ilkin vəziyyətə qaytarılsın. Mülki iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-dən müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar