Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-111/2022 09.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh «Akkord Sənayə və İnvestisiya Korporasiyası” ASC-yə qarşı “əmək mübahisələri və əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-cı ilin sentyabr, oktyabr, noyabr, dekabr ayları üçün 14000 manat, 2020-ci ilin sentyabr ayı üçün 1 faizlə hesablanmaqla 8015 manat, oktyabr ayı üçün 6930 manat, noyabr ayı üçün 5880 manat, dekabr ayı üçün 4795 manat, cəmi 25620 manat gecikmə faizi, 2021-ci ilin yanvar ayı üçün iş günlərinə görə əmək haqqı, 206.11 manat gecikmə faizi, 2020-2021-ci il üçün istifadə edilməmiş məzuniyyət pulunun, 15.05.2018-ci ildən 01.05.2019-cu ilədək “Akkord Sənaye və İnvestisiya Korporasiyası" ASC-nin Nəqliyyat Məsələləri üzrə müşavir vəzifəsində işlədiyi müddət ərzində 4 ay ezamiyyə xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, 01.05.2019-cu il tarixdən 08.01.2021-ci il tarixədək əmək müqaviləsi əsasında “Akkord Sənaye və İnvestisiya Korporasiyası" ASC-nin Gürcüstan Nümayəndəliyi “Akkord Georgiya” Layihəsinin “Kutaısi bypasş” yolunun modernləşdınlməsı layihəsinə nəqliyyat şöbəsinə nəqliyyat müdiri vəzifəsində işləmişdir. İşlədiyi müddət ərzində 2020-ci ilin sentyabr, oktyabr, noyabr, dekabr, 2021-ci ilin yanvar ayı, əmək haqqı və məzuniyyət haqqı verilməmişdir. Əmək haqqı hər ay üçün 3500 manat təşkil edirdi. O, 15 05 2018-cı ildən 01.05.2019-cu ilədək "xxxx" ASC-nin Nəqliyyat Məsələləri üzrə müşavir vəzifəsində işləmişdir. İşlədiyi müddət ərzində 4 ay ezamiyyətdə olmuş və ezamiyyə pulları hesablansa da, ödənilməmişdir. Əmək haqqının, məzuniyyət pulunun və ezamiyyə pullarının ödənilməsi barədə yazılı ərizə ilə cavabdehə müraciət olunmuşdur. Lakin cavabdeh ərizənin icrası ilə əlaqədar heç bir hərəkət etməmişdir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək bildirmişdir ki, iddia ərizəsində qeyd edilən müddətlərdə iddiaçıya əmək haqqı, məzuniyyət pulu və ezamiyyət pulu ödənilməmişdir. Həmçinin iddia ərizəsində qeyd edilən əmək haqqının ödənilməsinin gecikdirməyə görə hesablanmış günlük 1% cərimə pulu təmin edilməlidir, lakin həmin cərimə məbləği dəqiq hesablanmamışdır. Əvvəlki məhkəmə iclasında Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 bildirmişdir ki, iddiaçıya əmək haqqı və digər ödənişlər edilmişdir, odur ki, iddia əsassız olduğundan və iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; İddiaçı aid əmək kitabçasının surətindən görünür ki, İddiaçı 15.05.2018-ci il tarixdə “Akkord Sənaye və İnvestisiya Korporasiyası" ASC-nin nəqliyyat məsələləri üzrə müşavir vəzifəsinə qəbul edilmiş və 01.05.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. 01.05.2019-cu il tarixdə “Akkord Sənaye və İnvestisiya Korporasiyası" ASC-nin Gürcüstan Nümayəndəliyi “Akkord Georgiya” Layihəsinin “Kutaısi bypasş” yolunun modernləşdınlməsı layihəsinə nəqliyyat şöbəsinə nəqliyyat müdiri vəzifəsinə qəbul edilmiş və 08.01.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin 1-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil “Akkord Sənaye və İnvestisiya Korporasiyası" ASC-yə ünvanladığı ərizədən görünür ki, "xxxx" ASC-nin Gürcüstan Nümayəndəliyi “Akkord Georgiya” Layihəsinin “Kutaisi bypasş” yolunun modernləşdirilməsi layihəsinə nəqliyyat şöbəsinə nəqliyyat müdiri vəzifəsində işlədiyi zaman almadığı 2020-ci ilin sentyabr, oktyabr, noyabr, dekabr, 2021-ci ilin yanvar ayı, məzuniyyət hacqının və "xxxx" ASC-nin Nəqliyyat Məsələləri üzrə müşavir vəzifəsində işlədiyi zaman 4 ayın ezamiyyə pulunu 3 gün müddətində ödənilməsini xahiş etmişdir. TBC Bankın İddiaçı dair hesabdan çıxarışdan görünür ki, İddiaçı son ödəniş 05.02.2021-ci il tarixdə edilmiş və ödənişin təyinatı 2020-ci ilin sentyabr ayının əmək haqqısı kimi qeyd edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında əmək müqaviləsi bağlanmışdır. İddiaçının əmək müqaviləsinə xitam verilərkən 2020-cı ilin sentyabr, oktyabr, noyabr, dekabr ayları üçün, 2021-ci ilin yanvar ayı üçün iş günlərinə görə əmək haqqı, 2020-2021-ci il üçün istifadə edilməmiş məzuniyyət pulu, 15.05.2018-ci ildən 01.05.2019cu ilədək “Akkord Sənaye və İnvestisiya Korporasiyası" ASC-nin Nəqliyyat Məsələləri üzrə müşavir vəzifəsində işlədiyi müddət ərzində 4 ay ezamiyyə xərci ödəniıməmişdir. İddiaçı ödənilməyən pulun ödənilməsi üçün cavabdeh təşçkilata müraciət etmiş, lakin heç bir nəticə olmadığından, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İlk növbədə qeyd edilməlidir ki, cavabdeh iddia müddətin tətbiq etməklə iddianın rədd edilməsini xahiş etsə də, iddia müddəti ötürlüməmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 292-ci maddəsinin 1-ci bəndinə əsasən işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin:
1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
5. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Yuxarıda qeyd olunan qanunvericiliyin müddəalarından görünür ki, cavabdeh tərəf iddiaçıya müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi tarixi qeyd etməmiş və həmin sənədlərin iddia müddəti keçəcək qədər əvvəl zamanda almasına dair sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, hazırki iddia üzrə iddia müddətinin tətbiq edilməsinə əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 143-ci maddəsinin 1-ci bəndinə əsasən müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin «a» və «ç» bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir. 143-ci maddəsinin 2-ci bəndinə əsasən işçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. 144.-ci maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. 154-ci maddəsinin 1-ci bəndinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 172-ci maddəsinin 1-ci bəndinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. 172-ci maddəsinin 5-ci bəndinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin Məcəllənin 195-ci maddəsinin “d” bəndinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Məhkəmə mülki iş üzrə gəldiyi nəticənin aşağıdakılarla əsaslandırılmasını-məqbul hesab edir. İş materiallarından görünür ki, iddiaçıya son ödəniş 05.02.2021-ci il tarixdə edilmiş və həmin ödəniş 2020-ci ilin sentyabr ayının əmək haqqısı olmuşdur və bank tərəfindən verilmiş hesabdan çıxarışdan iddia ərizəsində tələb edilən məbləğlərin iddiaçının hesabına köçürülməsi əks olunmamışdır. Bu hal 2020-ci ilin sentyabr, oktyabr, noyabr, dekabr ayları, 2021-ci ilin yanvar ayı üçün iş günlərinə görə ödənişlərin edilməməsi sübut edir. Cavabdeh tərəfindən daha sonra və tam ödənişlərin edilməsi barədə sübut təqdim edilməmişdir. Həmçinin cavabdeh tərəfindən iddiaçının 2020-2021-ci illər üçün istifadə edilməmiş məzuniyyət pulunun və 15.05.2018-ci ildən 01.05.2019-cu ilədək 4 ay ezamiyyət pulunun ödənilməsinə dair sübut təqdim etməmişdir. Məhkəmə iddianın əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə 1 faizlə hesablanmış cərimə puluna dair qeyd edir ki, iddia həmin hissədə qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili qeyd edir ki, 2020-ci ilin sentyabr ayı üçün 1 faizlə hesablanmaqla 8015 manat, oktyabr ayı üçün 6930 manat, noyabr ayı üçün 5880 manat, dekabr ayı üçün 4795 manat, cəmi 25620 manat gecikmə faizi, 2021-ci ilin yanvar ayı üçün 206.11 manat gecikmə faizi tam dəqiq hesablamamış və konkret məbləği bilmədən təqribi məbləğ qeyd etmişdir. Həmçinin qeyd edilən tələbdə günlük 1% cərimənin hansı tarixədək hesabladığı qeyd etməmiş, yəni məbləğin hansı döv üçün hesabladığı məlum deyil. Odur ki, əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə 1 faizlə hesablanmış cərimə pulu iddianın verildiyi tarixədək hesablanmalıdır. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinə görə isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bu prinsip Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Krçmarın Çex Respublikasına qarşı” işi üzrə 03 mart 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitdə qoymayan şəkildə öz işini təqdim etmək imkanının verilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Yakovlev Rusiya Federasiyasına qarşı işdə” qeyd etmişdir ki, Konvensiya nəzəri və ya xəyali hüquqların deyil, praktiki və səmərəli hüquqların təmininə yönəlmişdir. Məhkəmədə çəkişmə prinsipi prosessual funksiyaların ciddi olaraq fərqləndirilməsində, tərəflərin prosessual bərabərliyində və məhkəmənin tərəflərə münasibətdə müstəqil vəziyyətində təzahür edir. Çəkişmə və tərəflərin bərabərliyi prinsipi tərəflərə bərabər prosessual imkanların verilməsini nəzərdə tutmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçıya verilməmiş 2020-cı ilin sentyabr, oktyabr, noyabr, dekabr ayları üçünəmək haqqının, 2020-ci ilin sentyabr, oktyabr, noyabr, dekabr ayları üçün 1 faizlə iddianın verildiyi günədək hesablanmaqla gecikmə faizinin, 2021-ci ilin yanvar ayı üçün iş günlərinə görə əmək haqqının, iddianın verildiyi günədək gecikmə faizinin, 2020-2021-ci il üçün istifadə edilməmiş məzuniyyət pulunun, 15.05.2018-ci ildən 01.05.2019-cu ilədək “Akkord Sənaye və İnvestisiya Korporasiyası" ASC-nin Nəqliyyat Məsələləri üzrə müşavir vəzifəsində işlədiyi müddət ərzində 4 ay ezamiyyə xərcinin iddiaçıya ödənilməsi öhdəliyi «Akkord Sənayə və İnvestisiya Korporasiyası” ASC-nin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ödənilməmiş 2020-cı ilin sentyabr, oktyabr, noyabr, dekabr ayları üçün əmək haqqı, 2020-ci ilin sentyabr, oktyabr, noyabr, dekabr ayları üçün 1 faizlə iddianın verildiyi günədək hesablanmaqla gecikmə faizi, 2021-ci ilin yanvar ayı üçün iş günlərinə görə əmək haqqı, iddianın verildiyi günədək gecikmə faizi, 2020-2021-ci il üçün istifadə edilməmiş məzuniyyət pulu, 15.05.2018-ci ildən 01.05.2019-cu ilədək “Akkord Sənaye və İnvestisiya Korporasiyası" ASC-nin Nəqliyyat Məsələləri üzrə müşavir vəzifəsində işlədiyi müddət ərzində 4 ay ezamiyyə xərci iddiaçıya ödənilməsi öhdəliyi «Akkord Sənayə və İnvestisiya Korporasiyası” ASC-nin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim: Kəmalə Əmirxanova