Məhkəmə qərarları › İş №2(005)-1117/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1117/2023

03.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1117/2023 03.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı hesablanmış borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istehlakçı kimi hüquqlarının bərpa edilməsi və əvvəlki dövr üzrə əsassız olaraq hesablanmış 392,72 manat məbləğində borcun silinməsi və həmin borca görə yaşadığı mənzilə məxsus qaz sayğacından əsassız olaraq silinmiş pul vəsaitinin ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzildə ailəsi ilə birlikdə yaşayır. Məcburi köçkündür. Sözügedən yaşayış sahəsinin bütün kommunal xərcləri problemsiz şəkildə tərəfindən ödənilir. Cavabdeh inzibati orqan tərəfindən xx.xx.2011-ci il tarixdə quraşdırılmış 1102AQ**********9 hesab nömrəli, Smart G- 4 İTRON tipli qaz sayğacı üzrə yaşadığı Bakı şəhəri, ünvan 2 ünvanında istifadə etdiyi qaz sərfinə görə əsassız və qanunsuz olaraq 585,42 manat məbləğində borc hesablanmışdır. Həmin dövrdə sözügedən qaz sayğacı ümumi şəkildə yaşadığı mənzillə bərabər digər mənzillərdə yaşayan sakinlərində istifadəsində olmuş və bütün mənzillər üzrə qaz sərfi ilə bağlı ödənişlər Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən icra edilmişdir. 2017-ci il tarixdən bütün mənzillər üzrə ayrı-ayrı qaz sayğaclar quraşdırılmış və abonent kodu verilmişdir. Hazırda istifadə etdiyi qaz sərfinə görə 2017-ci il tarixdən əvvəlki dövr üzrə hesablanmış borc cavabdeh tərəfindən əsassız olaraq tələb olunur. Bununla bağlı dələlərlə cavabdehə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Bakı Regional Qazın Satışı Departamentinin xx.xx.2023-cü il tarixli, 14-2-2-4/2Axx/xx/2022-51 saylı cavab məktubunda bildirilmişdir ki. xx.xx.2023-cü il tarixində hesabında 392,72 manat borc mövcuddur. Hər dələ qaz sayğacına kart vasitəsi ilə ödəniş etdikdə ödənişin müəyyən hissəsi əsassız şəkildə borc olaraq hesabından silinir. Halbuki, 2017-ci il tarixədək yaşadığı mənzilə dair qaz sərfi ilə bağlı bütün ödənişlər Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən ödənilirdi. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli, 1206 nömrəli Fərmanı əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli, 11 nömrəli qərarı ilə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi qaydalarının müəyyən edilməsi təsdiq edilmişdir. Bu əsasla artıq 2017-ci il tarixdən etibarən məcburi köçkün olaraq verilən müavinətlər əsasında kommunal xərclərlə bağlı ödənişlər, verilmiş aylıq müavinətlər əsasında mənzil sakinləri tərəfindən həyata keçirildi. 2017-ci il tarixdən etibarən dəyişdirilmiş qaz sayğacına bugünədək kart vasitəsi ilə ödəniş etdiyi halda borcun olması absurddur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını tədqiq edərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş: Cavabdeh Regional Qazın Satışı Departamentinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli müraciətə baxılması məktubda qeyd edilmişdir ki, mənzildə istifadə olunan qaz sərfi ******* nömrəli kollektiv sayğacın aylıq sərfiyyatı ilə qeydiyyatda alınaraq ailə tərkibinə və qeydiyyatda olan qaz cihazlarına uyğun olaraq qeyd olunan ünvanda yaşayan digər abonentlər arasında bölünmüş və bu səbəbdən hesabında (abonent kodu: **********00000) xx.xx.2023-cü il tarixinə 392,72 manat borc yaranmışdır; AA seriyalı, 454444 nömrəli Məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Ağayev X3 rayonundan məcburi köçkündür və hazırda Bakı şəhəri, Nərimanov rayonu, Böyükşor qəsəbəsi, Daş Karxanası ünvanında müvəqqəti məskunlaşmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçıya hesablanmış borc onu yaşadığı binaya quraşdırılmış vahid sayğac əsasında təqribi olaraq abonentlərin sayına bölünərək hesablanmışdır. Kollektiv sayğaca qoşulu olan mənzillərə sonradan fərdi sayğac qoşulmuş və Cavabdeh tərəfindən kollektiv sayğac ilə qalıq borc abonentlərin sayına bölünmüşdür. Məhkəmə qeyd edir ki, kollektiv sayğac ilə hesablanmış borc Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən ödənilirdi və bu səbəbdən kollektiv sayğacdan qalmış borcun yeni sayğac ilə təmin edilmiş məcburi koçkün və və onlara bərabər tutulan şəxslərdən alınması əsassızdır. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsini 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacı göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcı: tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı il təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaların 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdir etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcı: istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının borcu düzgüz hesablanmadığından, cavabdeh yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu ö öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının təbii qazdan istifadəsinin dəyəri düzgün hesablanmadığından, qaz sərfinə görə iddiaçının abunə koduna hesablanmış 392,72 manı məbləğində borc silinməli, qaz sərfinə görə ödənilmiş pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdə tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsin əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması il əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmu qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmi hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 1000 manatdan az olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlə büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və buna görə də, təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, ünvan 1 (abonent kodu: **********00000) ünvanı üzrə qaz sərfinə görə İddiaçı hesablanmış 392,72 manat məbləğində borc silinsin. Həmin borca görə (abonent kodu: **********00000) əsassız olaraq silinmiş pul vəsaiti İddiaçı geri qaytarılsın. 30 manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar